Ev Blog Səhifə 130

Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrində yeni səhifə açıldı

0
turizm

Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli mətbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.

Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.

Viza qaydaları, valyuta, nəqliyyat sistemi, ölkənin iqlimi, tətil və bayram günləri haqda ətraflı informasiyalar yerləşdirilən səhifənin sonunda Rusiyadan olan məşhur blogerlərin Azərbaycana dair təəssüratlarına da yer verilib. Həmçinin səhifəyə keçidləri çoxaltmaq məqsədilə rəqəmsal sferada xüsusi reklam bannerlərinin yerləşdirilməsi işlərinə başlanılıb.

Gündəlik 67 min ziyarətçi sayı olan “Profi+travel” onlayn portalının əsas funksiyası müxtəlif ölkələrin turizm məhsullarının tanıdılmasını həyata keçirməkdir. Partnyorlarla biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir. Bundan əlavə, portal vasitəsilə turizm destinasiya və məhsulları turizm mütəxəssisləri arasında B2B (Biznesdən-biznesə) və B2C (Biznesdən-müştəriyə) formatlarında təbliğ olunur.

Çinlilər bizə qonaq gəlir: Say artıb, yenə də artacaq

0
Çinlilər

2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir

 Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artıb. Həmin müddətdə Azərbaycana 20 min çinli turist səfər edib.

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirib. Qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib. B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib.

Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.

2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Yeddi gözəl şəlaləsi, arxiv şəkli”Yeddi gözəl”ə aparmayan yol: şəlalənin adını eşit, üzünü görmə

0
Yeddi gözəl şəlaləsi

Burada fəaliyyət göstərən istirahət mərkəzlərinin nümayəndələri də deyirlər ki, yolun narahat olması gələn turistlərin sayına ciddi təsir göstərir

 “Dünyanın bütün yolları Romaya aparır” deyirlər, amma biz fikirləşirik ki, o yolun Qəbələdən keçən bir hissəsini qət edənlərin İtaliya paytaxtına çatmağa nə tabı-taqəti, nə də həvəsi qalar.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, söhbət Azərbaycanın turizm məkanlarından biri olan Qəbələ rayonunun Vəndam qəsəbəsi Rusyan yaşayış massivindən gedir. Dağlar qoynunda yerləşən bu məkanı az qala bütün dünyaya “Yeddi gözəl” şəlaləsi tanıdıb. Şəlalə magistral yoldan 3.5 km aralıda olsa da, oraya gedib çıxmaq müşkül məsələdir.

Turistlərin bol olduğu yay mövsümündə hər gün azı beş min adamın keçdiyi yoldan qalan vaxtlarda 500-800 insan istifadə edir. Elə təkcə Rusyanda təxminən 250 yaşayış evi var. Ətraf kəndləri, istirahət mərkəzlərini də nəzərə alsaq, sakinlərin sayı turistlərin sayına tən gəlir. Təmirsiz, bərbad halda olan yolu isə nə piyada, nə də avtomobillə qət etmək asan deyil. Hətta buraya turist daşıyan şirkət maşınlarının sürücüləri avtomobillərinin amortizasiya xərclərini azaltmaq üçün “çarə” də tapıblar. Müəyyən yerə qədər gətirilən turistləri Rusyana yaşayış massivinin sakinlərinin “şəlalə taksisi” adlandırdıqları nəqliyyat vasitələri çatdırır.

Rusyanlılar üçün qazanc mənbəyi olsa da, bu “çarə” nə yerli, nə də xarici turistlərin ürəyincədir. Çünkü bu kələ-kötür yolu taksilər 10 manata aparır.

Yayda toz, qışda gölməçələr və palçıqdan bol olan yoldan istifadə eləməyə isə insanlar sadəcə məcburdurlar: alternativ yoxdur. Çox zaman yolun vəziyyətindən bixəbər olan qonaqlar maşınlarını yarı yolda saxlamalı olurlar.

Burada fəaliyyət göstərən istirahət mərkəzlərinin nümayəndələri də deyirlər ki, yolun narahat olması gələn turistlərin sayına ciddi təsir göstərir. “Yeddi gözəl” nə qədər möhtəşəm olsa da, yolun bir dəfə “daddırdığı” məşəqqəti ikinci dəfə yaşamaq istəmirlər.

Vəndam bələdiyyəsindən bildirdilər ki, keçən il yol əsaslı təmir edilib, ancaq sonradan yağış, sel yenə də dağıdıb. Yolun ciddi təmirə ehtiyacı olduğunu onlar çox gözəl bilir və etiraf edirlər, “əmma” isə “buna imkanlarının çatmamasıdır”.

Yol – mədəniyyətdir. Onun təmizliyi, abadlığı yerləşdiyi yaşayış məntəqəsinin sakinlərinin rifah halının göstəricisidir. Təəssüf ki, yollarımız heç də həmişə yaşayış tərzimizi “çəhrayı tonlarda” əks etdirmir.

Türkiyədə istirahət edən rusiyalı turist əməliyyatdan sonra ölüb

0
Türkiyə

Rusiyanın Türkiyədəki səfirliyi oktyabrın 8-də Alanyada dincələrkən xəstəxanada yerləşdirilən 54 yaşlı rus turistin öldüyünü açıqlayıb.

APA “İnterfaxa”a istinadla xəbər verir ki, oktyabrın 10-da əməliyyat edilən 1965-ci il təvəllüdlü Rusiya vətəndaşı oktyabrın 23-də dünyasını dəyişib.


Turistin hansı səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilməyib.
Rusiyanın Antaliyadakı Baş Konsulluğu cəsədin geri qaytarılması üçün lazımi tədbirlər görüb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsinin müdiri Anton Skvortsov bildirib ki, may ayından bəri Türkiyədə 88-dən çox rus həlak olub.


O, əlavə edib ki, ölümlərin əksəriyyəti turistlərin bir qədər diqqətsizliyindən baş verir, məsələn, yolu keçərkən qəzalar baş verir və s.
İnterfax-Turizm” portalının açıqlamasında bildirib ki, Türkiyədə tətildə rusların ölüm hallarının çox olması ilk növbədə bu ölkəyə böyük turist axını ilə əlaqədardır. Təxminən hər gün Türkiyəyə 300 min rus səyahətə gəlir.

LAHIC~QƏBƏLƏ turu

0
İsmayıllı Lahıc Qəbələ

Əziz dostlar sizdə məşhurlarla gözəl bir gün keçirmək istəyirsinizsə o zaman şirkətimizin təşkil etdiyi möhtəşəm
LAHIC~QƏBƏLƏ turumuza qoşula bilərsiniz
Tarix: 27 Oktyabr
Turun qiyməti 24 Azn . 
—————————————– 
Qiymətə daxildir. . 

Komfortlu nəqliyyat. 

Səhər yeməyi. ( Yağ – bal – pendir – qaymaq – yumurta – çörəy – çay ). 

Çay süfrəsi

Limitsiz foto çəkiliş.  
Tur Rəhbər. 

Maraqlı oyunlar ve viktorinalar
..
Ekskursiyalar: 

Lahıc qəsəbəsi 

Asma körpü 

Laza kəndi

Nohur göl

Qəbələ Lunapark
_ 
Toplanış: 06:30 – 07:00 Gənclik Mall-ın qarşısı. . 
• 07:00 yola düşmə vaxtı 
..
Qeyd: 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz . 
Qeyd: Tur zamanı spirtli içkilər qəti qadağandır. 
Qeyd: 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş. 

Ətraflı məlumat ûçün:

070-819-32-64

YENI IL TURU UKRAYNA KIEV

0
yeni il turu

229$

28 dekabr-3yanvar

?Qiymətə Daxildir :⤵
1.Kamfortlu Traveqo ilə Gediş -Dönüş
2.Səhər Yeməyi(Otelde)
3.Çay (Yol Boyu)
4.Bələdçi xidməti
5.Yol boyu Şaxta baba maşında ?
6.Qrup Şəklində Fotosesiya
7.(3 Gecə/4 Gün) oteldə Gecələmə


Gəzintilər :

Rodina mat abidesi muzeyi

Pecerskiy lavra muzeyi

Muzey golodomor

Maydan

Marininskiy park

Sofievskaya plosad

Andreevskiy spusk

Peyzajnaya alleya

Kdu shevcenko

Dag ustu park

Pesexodnkiy most

Kiev tarixinin muzeyi


Qeyd:⤵
Qiymət 2 və 3 nəfərlik otaqda 1nəfər üçün Hesablanmışdır .
1 yaşdan 6 yaşına kimi uşaqlar ödənişsizdir xidmət tələb olunmursa.

6 yaşdan yuxarı tam ödəniş (xidmətlər Tam Göstəriləcək )

?Qiymətə Daxil deyil:⤵
1.Muzeylərə və ödənişli yerlərə Giriş bileti

2.Nahar & Şam yeməyi

?YERLƏR ÖDƏNİŞ GÜNÜNƏ GÖRƏ VERİLİR:

?ÖDƏNİŞLƏR GÜNÜN MƏZƏNNƏSİNƏ GÖRƏ MANATLA QƏBUL OLUNUR :

Toplanış: Gəncliy m/s
Toplanış Günü :28.12 .2019
Toplanış saatı :19:00
Çıxış :20:00

Bakıda olma vaxtı :03.01.2020

Ətraflı məlumat üçün:⤵

070-264-60-30

MDB-nin ən böyük bilet axtarışı saytı “Aviasales” artıq Azərbaycanda – FOTO

0
Aviasales

Avisales” xidməti azərbaycanlı səyahətçilərə biletlərin qiymətlərini müqayisə edib ən əlverişli təklifli seçməyə imkan yaradacaq.

Aviasales.com ünvanında istifadəçilərə biletlərin qiyməti manatla göstəriləcək.

Saytda AZAL hava yollarının və daha onlarla aviadaşıyıcının təklifləri toplanıb. Bu o deməkdir ki, istifadəçi bir pəncrədə bütün qiymətləri müqayisə edə biləcək və özünə ən uyğun təklifi seçəcək. Ödəniş bilavasitə daşıyıcının və ya agentliyin saytında bəzən isə saytın öz interfeysində həyata keçiriləcək.

Avisales”ın yeni istiqamətlərin inkişafı üzrə direktoru Yaroslav Stepanyuk bildirib:

“Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, 2019-cu ilin ilk səkkiz ayı ərzində buradan uçuş edən sərnişinlərin sayı keçən ilə nisbətən 5,2% artıb. Bu məlumat bizim üçün bazarın potensialı haqda bir siqnal oldu və biz xidmətimizi Azərbaycan üçün də uyğunlaşdırmaq qərarı verdik. Artıq yerli turizm ekspertlərindən ibarət olan komandamızı toplamışıq”.

Aviasales”ın statistikasına əsasən, azərbaycanlı istifadəçilər daha çox Rusya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan kimi istiqamətlərə bilet axtarır. Əlbəttə, Fici kimi ekzotik istiqamətlərə də axtarışlara rast gəlinir.

Yaroslav Stepanyuk əlavə edir:

“Azərbaycan pasportlarında xarici ştampların sayı artır və biletlərin qiymətlərini müqayisə etməkdə yardımçı olan “Aviasales” kimi xidmət çox yerinə düşər”.

Azərbaycan üçün uyğunlaşdırılan xidmətlərimiz arasına bu yaxında “Ucuz qiymət təqvimi” əlavə olunacaq. 

Şirkətin məlumatına görə, bir gün öncə və ya sonra uçuş fərqli qiymətlərə başa gələ bilər. Məsələn, cümə axşamı Bakı-Dubay reysinin qiyməti 274 AZN təşkil edirsə, planlarımızı biraz dəyişib çərşənbə günü uçuş etsək, biletin qiyməti 186 manata qədər enə bilər.

Yaroslav Stepanyuk vurğulayıb:

“Biz azərbaycanlıların səyahət planlamasını rahatlaşdırmaq üçün bir çox addım atmışıq. Məsələn, interfeysin üzərində əlavə iş aparılıb və yerli agentliklər əlavə olunub. Biz düzgün qiymət prinsipi ilə işimizi qururuq və saytda biletlərin son qiymətləri qeyd edilir, sonradan heç bir dəyər əlavə edilmir.

Və, ən asası, bizim support komandamız 24/7 istifadəçilərlə əlaqədədir. Əməkdaşlarımız həm bron zamanı, həm də brondan sonra yaranan bütün sualları cavablandırmağa hazırdırlar.

Aviasales” – Şərqi Avropada ən böyük onlayn bilet axtarışı xidmətidir və MDB ölkələrində aktiv inkişaf edir. “Aviasales” 2019-cu ildə “Forbes” tərəfindən Runet məkanının  ən bahalı şirkətlərindən biri adlandırılıb. Daha öncə şirkət öz xidmətlərini Qazaxstan, Belarus və Özbəkistan üçün uyğunlaşdırıb.


Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO)

0
Azərbaycan və Səudiyyə Ərəbistan

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrəhman Əli Əl-Rassini qəbul edib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud olan sıx münasibətlərin inkişaf etməsindən məmnunluq ifadə olunub. Bu mənada, iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə turizm sahəsində müşahidə edilən müsbət dinamika qeyd olunub.

Azərbaycan və Səudiyyə Ərəbistan

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin, eləcə də Cənub-Cənub çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət yetirib.

Səudiyyəli rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.

Azərbaycan və Səudiyyə Ərəbistan

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Misir arxeoloqları 3 000 illik 30 tabut aşkar edib

0
Misir

Misirdə bu yaxınlarda Luksor şəhərində aşkar edilən, rəsmilərin son 100 ildə ən böyük arxeoloji tapıntı adlandırdığı 30 qədim taxta tabut ictimaiyyətə nümayiş etdirilib. Rəsmilər mediaya nümayiş etdirilmiş 3 min illik tabutların uzun illərdən sonra arxeoloji qazıntıların bərpa edilməsi ilə tapılan qədim əşyaların yalnız bir hissəsi olduğunu deyir.

Arxeoloji tapıntılar Luksorun Krallar Vadisindəki “Hatşepsot Məbədi”nin qarşısında nümayiş etdirilib. Misirin əntiq naziri Xalid Əl-Anani 23 kişi, 5 qadın və 2 uşağın qalıqları olan tabutların Əl-Əsasif qəbiristanlığında dəfn edildiyini bildirib. “Onların hamısı ayrı-ayrılıqda boyanıb və xüsusi maddələrdən istifadə edilərək qorunub. Və indi biz həmin tabutlardan ikisini media qarşısında açacağıq.”

Rəsmilər qalanlarının yolda olduğunu deyir. Mustafa Əl-Vəziri: “Hələ işimizi başa çatdırmamışıq. Qazıntılar davam edir və nazirin göstərişi ilə biz medianı tabutların aşkar edildiyi yerə aparacağıq. Həmin yer buradan 200 metrlikdədir.”

2011-ci ildə Misirdə başlayan siyasi böhran arxeoloji qazıntıların tamamilə dayanmasına səbəb oldu. Lakin rəsmilər layihələrə yenidən başlandığını deyir. “Polis və hərbi qüvvələrin yardımı ilə təhlükəsizlik və stabillik qorunur və 250 xarici ekspedisiya da daxil edilməklə, Misir boyu arxeoloji qazıntılar davam edir” deyə, Misirin əntiq naziri Xalid Əl-Anani bildirir.

Sonuncu tapıntının əhəmiyyəti nədədir? Misir arexeoloruZahi Həvass: “Bu bizim misirşünas kimi axirət inanclarına dair biliyimizi – gözəl səhnələr, rənglər, dini səhnələr, Ölülər Kitabının hamı üçün, o cümlədən sadə xalq, şahlar və kahinlər üçün dəyəri barədə biliyimizi zənginləşdirəcək. Məhz buna görə bu tapıntı olduqca mühümdür.”

Şənbə günü açılan tabutlar illər boyu xaricilərin rəhbərlik etdiyi arxeoloji qazıntılardan sonra Misir tərəfindən aşkar edilən ilk tapıntıdır. Gələn il Giza piramidaları yaxınlığında açılacaq Böyük Misir Muzeyində nümayişə göndərilənə qədər tapıntılar üzərində bərpa işləri aparılacaq.

Yeni muzeydə bir sıra qədim tapıntıları nümayiş etdirməklə, Misirin uzun illər lideri olan Hüsnü Mübarəkin devrildiyi 2011-ci il qiyamından sonra siyasi qeyri-sabitliyə düçar olmuş turizm sektorunu canlandıracağına ümid edilir.

Azərbaycan Turizm Bürosu beynəlxalq platformada mükafatlandırılıb

0
turizm

Azərbaycan Turizm Bürosu “Ən perspektivli turizm bürosu” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafat Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Ərəb Səyahət Mükafatı 2019” platforması çərçivəsində təqdim edilib.

Mərasimdə qeyd edilib ki, son illərdə Azərbaycana Yaxın Şərq və Şimali Afrika bölgəsindən gələn turistlərin sayı çoxluq təşkil edir. Bu artım gələcəkdə də müşahidə edilə bilər.

Platformanın icraçı direktoru San Jit bu haqqda məlumat verib. Yaxın Şərq bölgəsi 2018-ci ildə 87 milyondan çox turist qəbul edib.

Tədbirdə, həmçinin 60-dan çox nominasiya üzrə mükafatlandırma mərasimi baş tutub.

Nominantlar “Ən yaxşı hotel”, “Ən yaxşı viza asanlaşdırma şirkəti”, “Ən yaxşı aviaşirkət”, “Ən innovativ səyahət idarəetmə şirkəti”, “Ən yaxşı B2B səyahət portalı” və s. kimi nominasiyalar üzrə mükafatlandırılıblar.

2017-ci ildən etibarən hər il keçirilən “Ərəb Səyahət Mükafatı” platforması Yaxın Şərq və Şimali Afrika bölgəsinin turizm və qonaqpərvərlik sənayesi üzrə ixtisaslaşmış şirkətlərini bir araya toplayır.