Ev Blog Səhifə 131

Osakada beynəlxalq “Japan Tourism EXPO” sərgisi açılıb

0

Oktyabrın 24-də Yaponiyada turizm üzrə beynəlxalq “Japan Tourism EXPO” sərgisi açılıb.

AZƏRTAC Yaponiya Turizm Agentliyinə istinadla xəbər verir ki, hər il təşkil edilən sərgi bu il ilk dəfə Osaka şəhərində keçirilir.

Təşkilatçıların bildirdiyinə görə, uzun illərdir ki, keçirilən turizm sərgiləri sahənin mühüm tədbirlərinə çevrilib. Qeyd edilir ki, insanların turizmə və səyahətə artan marağı, bu sahənin regional iqtisadiyyata, iş yerlərinin açılmasına, cəmiyyətin rifah halının və ekologiyanın yaxşılaşmasına müsbət təsir göstərir.

Cari ildə INTEX sərgi mərkəzində keçirilən sərgidə dünyanın 100-dən çox ölkəsindən gəlmiş turizm şirkətləri iştirak edirlər. Sərgi çərçivəsində müxtəlif forumların və seminarların təşkili də nəzərdə tutulur.

Təşkilatçıların bildirdiyinə görə builki sərgini təqribən 130 min nəfərin ziyarət edəcəyi gözlənilir.

Macarıstanla ticarət dövriyyəsinin həcmi 24 milyon dollar təşkil edib

0
Macarıstan

Macarıstanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycan və Macarıstanın dövlət himnləri səsləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ölkəsinin müstəqillik tarixindən, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafından bəhs edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev dost Macar xalqını İnqilab və Azadlıq döyüşünün 63-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Hökuməti adından təbrik edib. Nazir bildirib ki, bu gün Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması şübhəsiz, iki ölkənin dövlət başçıları tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir. 2014-cü ilin noyabr ayında Budapeşt şəhərində Azərbaycan və Macarıstanın rəhbərləri tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bir çox istiqamətlərdə, o cümlədən siyasi sahədə əməkdaşlığın dərinləşməsində mühüm addımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların Bəyannamədə yer alması məhz iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığının göstəricisi hesab oluna bilər.

S.Babayev ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin mövcud əlaqələrin hüquqi bazasının formalaşdırılmasını təmin etdiyini, ümumilikdə 40-dan çox sənədin imzalandığını qeyd edib. O, Macarıstanın Baş naziri Viktor Orbanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə iştirakını xüsusi qeyd edib. Eyni zamanda, Macarıstanın Xarici İşlər və Ticarət naziri, Hökumətlərarası Birgə Komissiyanın həmsədri Peter Siyyartonun son yeddi ildə Azərbaycana 8 dəfə səfər etməsini, ölkələrimiz arasındakı əməkdaşlığa göstərdiyi dəstəyi vurğulayıb. İki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edən nazir bu günə qədər Komissiyanın 6 iclasının keçirildiyini və 7-ci iclasın gələn il Budapeşt şəhərində keçirilməsinə dair razılıq əldə edildiyini bildirib.

S.Babayev ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığımızın mühüm tərkib hissəsi olduğunu deyib. Qeyd edib ki, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 24,39 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 23,85 mln. ABŞ dolları, ixracın həcmi 0,54 mln. ABŞ dolları təşkil edib. Ümumilikdə, 1995-2019-cu illər ərzində Macarıstandan Azərbaycana 23,2 mln. dollar, Azərbaycandan Macarıstana isə 12 mln.dollar həcmində investisiya qoyulub. 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ölkəmizin ixrac missiyasının Macarıstana səfəri olub. Həmçinin Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsi bu istiqamətdə görülən mühüm işlərdir. Qeyd edilən tədbirlər ticarət əlaqələrinin inkişafına müsbət töhfəsini verəcəkdir.

S.Babayev ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə 11 Macarıstan şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini bildirib. İnvestisiya sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. 2016-cı ilin mart ayından ölkələrimiz arasında birbaşa hava əlaqəsinin bərpa edilməsinin biznes və turizm sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.

Nazir birgə səylər nəticəsində Azərbaycan-Macarıstan əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini diqqətə çatdırıb. Əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edib. Macar xalqına firavanlıq arzulayıb.

Qədim şəhərlərindən Ərdəbilə səyahət &Alış veriş turu

0
Ərdəbil turu

??Azərbaycanın Qədim şəhərlərindən Ərdəbilə səyahət &Alış veriş turu ?Turun tarixi :8Noyabr -10 Noyabr ?Toplanış vaxtı 8Noyabr saat 22:00da toplaniş: 22:30da Çıxış.(Gənclik Molun Qarşısı) ?Bakıda olma :10 Noyabr saat 23:30da (Gənclik Molun Qarşısı )
?Cəmi -59Manat
(2Gün/1Gecə)
?Qiymətə daxildir :
?1.Gediş -Donüş
?2.səhər yeməyi(oteldə)
?3.oteldə Gecələmə
?4.Tarixi Məkanlarda Fotosesiya
??5.Bələdçi


GƏZİNTİ YERLƏRİ:

ƏRDƏBİL BAZARI
SORABİL GÖLU
ŞAH İSMAYİL MƏQBƏRƏSİ
CUMƏ MƏSCİDİ
KANAT XETTİ
QAYİDANDA ASTARA BAZARI


Qiymətə daxil Deyil :
-Nahar &Şam yeməyi
Kanatdan İsdifadə


✔Qeyd :
●Xarici pasportun olmagi vacibdir.
.

●Bir insana 30kq ərzaq 40 kq qeyri ərzaq baqaj icazəsi var.

SATİŞ MƏQSƏDİ İLƏ MALLARIN GƏTİRİLMƏSİNDƏ GORMUK MƏNTƏQƏSİNDƏ QADAGAN VAR(SƏXSİ İSTİFADƏNİZ UCUN MÜƏYYƏN MİQDARDA GETİRƏ BİLƏRSİNİZ)


Qeydiyyat və Əlavə Məlumat Üçün.
(+994 70) 264-60-30 (wh var)

Rusiya XİN: MDB-də vahid vizanın tətbiqi müsbət addım ola bilər

0
Andrey Rudenko

“MDB məkanında vahid viza sisteminin tətbiqi müsbət addım ola bilər”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, vahid vizanın tətbiq olunması tez bir zamanda mümkün ola bilməz: “Sözsüz ki, MDB məkanında vahid vizanın mümkün tətbiqi birlik ölkələrinin digər dövlətlərlə işgüzar və turizm təmaslarının inkişafına müsbət təsir göstərərdi. Bununla belə, MDB-yə üzv dövlətlərin hər birinin öz viza və miqrasiya siyasətini həyata keçirdiyi faktını nəzərə almamaq olmaz. Bu sahədə ölkələrimizin milli qanunvericilikləri ilə bağlı vəziyyət heç də hər zaman üst-üstə düşmür”.

A. Rudenko vahid viza sisteminin tətbiqi ilə bağlı ölkəsinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mövqeyini bölüşdüyünü vurğulayıb: “Məlum məsələ hər şeydən öncə ekspertlər səviyyəsində bütün müvafiq dövlət orqanlarının iştirakı ilə hərtərəfli öyrənilməlidir. İlk növbədə MDB ölkələri sırasında vahid vizanın tətbiqində marağı olanları və onların miqrasiya qanunvericiliyinin yaxınlaşdırılması planında güzəştli həllə hazırlığını müəyyən etmək tələb olunur. Bu cür vahid vizanın tətbiq edilməsi üçün ümumi işin qiymətləndirilməsi də vacibdir. Bu uzun və təəssüf ki, sürətli bir yol deyil. Ona görə də belə bir mexanizmin işə salınması üçün hər hansı bir konkret vaxt barədə danışmaq hələ tezdir”.

Qış əyləncəsinə çox ciddi hazırlıq

0
Şahdağ

Qusarın rayon mərkəzindən 29 km aralıda yerləşən “Şahdağ” turizm mərkəzi 9-cu qış mövsümünə hazırlaşır. 2012-ci ildən fəaliyyət göstərən bu məşhur dağ-xizək istirahət mərkəzində mövsümə ciddi hazırlıq işləri görülür.

Hazırlıq barədə mərkəzin marketinq direktoru Rauf Cahangirov İstiPress-in şimal bürosuna açıqlama verib. Məlumata görə, “Şahdağ” turizm mərkəzində qış mövsümü ərzində turistlərə 17 dağ xizək yolu xidmət göstərəcək. Onlardan 2 ədəd ən çətin sürüşmə zolağı olan qara rəngli sürüşmə zolağı, 3 ədəd çətinlik dərəcəsinə görə nisbətən asan olan qırmızı rəngli sürüşmə zolağı, 3 ədəd mavi və 5 ədəd yaşıl rəngli asan sürüşmə zolağı turistlərə təqdim olunacaq.

Azərbaycanın məşhur dağ istirahət mərkəzində xizək mövsümü rəsmi olaraq dekabrın 15-də açılacaq. Hazırda kanat yollarının texniki baxışı və sazlanma işləri görülür. Xizək yolları düzəldilir, turistlərin istifadə etdiyi ümumi məkanlarda təmir və bərpa işləri aparılır.

Şahdağ” turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov onu da məlumat verdi ki, istirahət mərkəzində ilboyu fəaliyyət göstərən 2 hoteldən başqa “Marriot Autograph Collection” şəbəkəsinə daxil olan 2 ədəd 5 ulduzlu hotel də dekabrın 15-dək açılacaq.

Amma mərkəz rəsmisi qiymətlərin tam tənzimlənmədiyini deyib. Onun sözlərinə görə, qiymətlərin bazara və müştərilərin fikirlərinə uyğun şəkildə rəqabərli formada hazırlanması istiqamətində işlər aparılır.

Rauf Cahangirov bildirib ki, bu qış mövsümündə də bura gələn yerli və xarici turistlərə kanat yolları bir neçə formada -oturacaqlı, budel, xalça və qondola ilə təqdim olunacaq. Bu da”Şahdağ“ın çox çeşidli xizək strukturu olan, Avropa səviyyəli bir turizm nöqtəsi kimi tanınması deməkdir.

Mərkəz təmsilçisinin sözlərinə görə, burada xüsusi avadanlıqların sayəsində meyllərdə bütün mövsüm ərzində qarın lazımi səviyyəsi saxlanılır. Qış mövsümündə turistlər avtoxizəkdə gəzinti, atla gəzinti, tubinq, kanat yolu, uşaqlar isə qış parkından istifadə edə biləcəklər.

ENDİRİMLƏRLƏ DOLU TİBİLİSİ TURU

0
Tbilisi turu

? ENDİRİMLƏRLƏ DOLU TİBİLİSİ TURU? ?? Ən sərfəli qiymətlə TBİLİSİ turu ??
1⃣ günlük səyahət etmək imkanını yaratdıq.

Turun başlama tarixi: 25 Oktyabr
Geri dönüş tarixi: 27 Oktyabr
Qiymət – 29 AZN

Qiymətə Daxildir: ▶ VİP Nəqliyyat vasitəsi ( Əsas məsələ avtobusda WIFI ? var ) ▶Tur rəhbəri ▶ Yol Boyu Sərinləşdirici içkilər (Fanta,Cola,Sprite,Meyvə suyu) ▶ Professional foto çəkiliş ?? ( dostlarınıza “Bildikdə Gürcüstanda olmusam” dedirdəcək qədər çoxlu fotosesiya etmək imkanı )
Ekskursiyalar:
▶ Şəhər gəzintisi ? (Qədim şəhəri yaxından tanımaq fürsəti)
⏩ Sevgililər Körpüsü ? ( Körpüyə sevgilisi olmayanda çıxa bilər )
⏩ Kanat ?
⏩ Qədim Tbilisi Şəlaləsi ?
⏩ Tbilisi Mall ? ( Xanımların sevimli məkanı, Shopping üçün qaçınılmaz fürsət ??? )
⏩ Festivalda Gəzinti ⏩ Gəmi Gəzintisi
⏩ Zippline minmək şansı (yüksək adrenalin sevənlər üçün ?) Qeyd: ? ( Nəzarət Məntəqəsində (Tamojni) Gecikmə olarsa Müddət nə qədər olur olsun Turizim şirkəti cavabdeh deyil ? Ekskursiya zamanı ödənişli məkanlara giriş tur paketə daxil deyil.
? 6 yaşa qədər əlavə yer tutmayan balaca qonaqlarımız ? üçün Tur paket ödənişsizdir.
? Tur boyu spirtli içkilərdən istifadə etmək qəti qadağandır! ??? (Əks halda istifadə edən şəxs məkandan asılı olmayaraq turdan kənarlaşdırılacaq)
? Tur boyu çəkilən şəkillər 3 gün ərzində link vasitəsilə sizə göndəriləcək ? Toplaşma yeri: Gənclik Mall qarşısı, 25 Oktyabr saat 22:30.
? 23:00 da nəqliyyat vasitəsi yola düşəcək. ??Bakıya çatma vaxtı: 27 Oktyabr saat 07:00 – 08:30 bu saaatlar arasında çatır (gecikmə olsa bu halda nəqliyyat gecikir)

Ətraflı məlumat və suallarınız üçün 070-264-60-30

Çexiyada alkoqollu içkilərə qarşı kampaniya start götürüb

0
İçkilər

İçməmək normal haldır”. AZƏRTAC xəbər verir ki, bu həftə Çexiyada məhz bu şüarla yeni kampaniya başlayıb. Ölkə hökuməti tərəfindən dəstəklənən və sponsorlaşdırılan kampaniyanın məqsədi bu Mərkəzi Avropa ölkəsinin vətəndaşları arasında alkoqoldan istifadə və nəticə etibarilə sui-istifadə səviyyəsini azaltmaqdır. Lakin Çexiya xəzinəsinə gəlirlərin xeyli hissəsi “pivə turizmindən” daxil olur.

Səhiyyə Nazirliyindən jurnalistlərə bildiriblər ki, kampaniya Çexiya vergiödəyicisinə təqribən 80 min avroya başa gələcək.

Son illər alkoqoldan istifadənin azalması meylinin müşahidə olunmasına baxmayaraq, bu problem ölkənin sosial gündəliyinin ən mühüm məsələlərindən biri olaraq qalmaqdadır. Yaşlı çexlərin təqribən 5 faizi hər gün alkoqol qəbul edir. Onlar arasında hər altı nəfərdən biri ifrat dərəcədə içir.

Dövlət Turizm Agentliyinin elan etdiyi müsabiqə davam edir

0
Dövlət Turizm Agentliyi

Dövlət Turizm Agentliyi 27 sentyabr –Dünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında müsabiqə elan edib.

Müsabiqəyə dəstəkçi qismində Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda keçirilən müsabiqə cari ilin 27 sentyabr–10 noyabr tarixlərini əhatə edəcək.

Göndərilmiş materialların yoxlanılması və qiymətləndirilməsi prosesindən sonra noyabrın 29-da baş tutacaq Milli Turizm Sammitində qaliblər elan ediləcək.

Müvafiq nominasiyalar üzrə 1, 23-cü yerləri tutmuş şəxslərə ardıcıllığa uyğun olaraq noutbuklar, planşetlər və smartfonlar hədiyyə olunacaq. Digər yerlərin sahibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin şərtlərinə görə təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir, yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar (tel: +994512296043, Fikrət Təhməzov)

İsveçrənin səyahət portalı Lənkəran haqqında məqalə yayıb

0
Lənkəran turu

İsveçrənin “www.travel-blog.ch” səyahət portalında “Lənkəran – Azərbaycanın əsrarəngiz guşəsi” sərlövhəli məqalə yerləşdirilib.

Yazıda Azərbaycanın cənub-şərqində, Xəzər dənizinin sahilində yerləşən Lənkəranın özünəməxsus memarlığından danışılıb. Füsunkar təbiət mənzərələri ilə göz oxşadığı qeyd edilir.

Bildirilir ki, əlverişli iqlim şəraiti, dəniz sahilində yerləşməsi və mineral su mənbələrinə yaxınlığı Lənkəranı dincəlmək və müalicə almaq arzusunda olan, eləcə də tarixi abidələri görmək istəyən turistlər üçün münasib səyahət istiqamətinə çevirir. Buranın subtropik iqlimi də sitrus bitkilərin becərilməsi üçün münbit şərait yaradır. Lənkəran öz çayı və bir çox məhsulları ilə beynəlxalq sərgilərdə və müsabiqələrdə Azərbaycana qələbə qazandırıb.

Məqalədə bu regionun fauna və florasının özəllikləri, Hirkan Milli Parkı, Talış dağları, Lənkəran ovalığı, bir sıra endemik bitki və heyvan növləri barədə ətraflı məlumat verilir. Bu ərazilərdə ilk yaşayış məskənlərinin 4-5 min il bundan əvvəl salındığını qeyd edib. Müəllif regionda yerləşən tarixi abidələrdən də geniş bəhs edib.

Yazıda, həmçinin Lənkəranın Azərbaycanda sağlamlıq turizmi üçün mühüm mərkəzlərdən biri olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, buraya səfər edənlər Azərbaycanın özünəməxsus cənub mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə edə bilərlər.

Turistlərin Azərbaycana saxta dollar partiyaları gətirmək təhlükəsi getdikcə artır

0
Azərbaycan

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Yaradılan iqtisadi sektor özünü yeni iş yerlərinin açılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulması ilə göstərir. Görülən işlər sayəsində son illər ölkəmizə gələn turistlərin sayı günü-gündən artır. Xüsusilə ərəb ölkələrindən ölkəmizə səfər edənlərin sayında artım qeydə alınır. Təbii ki, turist sayının artması ölkə iqtisadiyyatına müsbət təsir edir. Həm ölkəyə daxil olan xarici kapitalın həcmi artır, həm də ölkəmiz beynəlxalq aləmdə tanınır.

Qeyd etdiyimiz kimi, turistlərin ölkəmizə marağı artır. Bəzi hallarda turistlər ölkəmizə xeyir deyil, problem də gətirirlər. Məlumatlara görə, ölkəmizə gələn turistlər arasında saxta dollar gətirənlər də var.

Bu haqda sosial şəbəkə istifadəçisi Aysel Ələkbərzadə öz “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, son iki gün ərzində təkcə bir banka 4 dəfə saxta dollar gətirilib. Amma bu pullarla gələnlərin heç biri əcnəbi deyil: “Məsələ ondadır ki, ölkəyə saxta əskinas gətirən əcnəbilər bunları əsasən taksi sürücülərinə, yolüstü restoranlara, iaşə obyektlərinin işçilərinə, dolayısı ilə sadə adamlara verirlər. Həmin məqamlarda əskinasın keyfiyyətini yoxlamaq mümkün deyil. İş ortaya sadə adamlar pulu manata dəyişmək istəyəndə üzə çıxır”.

Aysel Ələkbərzadə qeyd edir ki, belə əskinaslardan biri ona da verilib: “Sonradan saxta 100-lük dolları banka təhvil verdim”.

Vətəndaşlar aldanmamaq üçün turistlərdən ödənişi dollarla deyil, milli valyutada etmələrini tələb etsinlər

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün əksər dünya ölkəsində turistlər tərəfindən gətirilən saxta pullarla bağlı problem yaşanır: “Ölkə qanunvericiliyinə əsasən, hər hansı bir xidmətə görə ödəniş xarici valyuta ilə qəbul oluna bilməz. Hətta buna görə qanunvericilikdə cəza da nəzərdə tutulub. Taksi sürücüləri, iş adamları, iaşə obyekləri bilməlidirlər ki, xarici vətəndaş öz valyutasında və ya dollarla ödəniş etmək istəyirsə, bu hal gerçəkləşə bilməz. Bunun üçün yerli vətəndaşlar istənilən banka müraciət edib, həmin valyutanı manata çevirə bilərlər. Bankların hər birində valyutanın saxta olub-olmadığını müəyyən edən xüsusi aparat var. Beləliklə, vətəndaşlar aldanmamaq üçün xaricilərin ödəniş etmək istədikləri valyutanı banka təhvil verməklə valyutanı çevirə bilərlər. Onu da bildirim ki, bu gün bankların, demək olar ki, hamısı 24 saat fəaliyyət göstərir. Bu səbəbdən də vətəndaşlar vaxt problemini düşünmədən istənilən an banka yaxınlaşa bilərlər”.

Həmsöhbətimiz qəzetimiz vasitəsilə ictimaiyyətə müraciət etdi ki, vətəndaşlar aldanmamaq üçün turistlərdən ödənişi dollarla deyil, milli valyutada etmələrini tələb etsinlər. Əgər onlar milli valyuta olmadığını deyərsə, o zamanı həmin turistlə birgə istənilən banka yaxınlaşıb valyutanı manata çevirə bilərlər. Belə olarsa, dövriyyəyə saxta pul daxil olmaz.