Culfada Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir
Muxtar respublikanın Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tikintisinə 2019-cu ilin mart ayından başlanılan, zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində qazanxana, elektrik otağı, çarhovuzlar, mətbəx, bərbər, VİP masaj və qeydiyyat otaqları, gözəllik salonu yerləşəcək.
Yeni səhiyyə ocağının birinci mərtəbəsində restoran, mağaza, gözləmə zalı, bufet, mətbəx, otel işçiləri üçün istirahət, həkim və müdir otaqları yerləşəcək. İkinci, üçüncü və dördüncü mərtəbələr isə istirahət otaqları üçün nəzərdə tutulub.
Hazırda kompleksin birinci və ikinci mərtəbələrdə hörgü və suvaq işləri yekunlaşdırılıb, üçüncü mərtəbədə hörgü, dördüncü mərtəbədə isə beton-qəlib işləri aparılır. Həmçinin kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb. Obyektdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir. İnşaatçılar işlərin keyfiyyətli yerinə yetirilməsi üçün səylə çalışırlar.
Qeyd edək ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikamızda müalicə turizminin inkişafına da öz töhfəsini verəcək.
Bakıda olay: tur şirkəti 20 ailəni aldatdı – Foto
Məşhur tur şirkətlərindən biri 20-dən çox ailəni Antalyaya səyahət adı ilə aldadaraq, pullarını mənimsəyib. Turistlər aldadıldıqlarını hava limanında ikən başa düşüblər.
Axar.az xəbər verir ki, bu haqda məlumatı zərərçəkən Leyla Məmmədova adlı xanım yayıb. Şikayətçi bildirib ki, “İnTravel.Az” tur şirkətindən Türkiyənin Antalya şəhərinə tur-paket alıblar. Uçuş bu gün nəzərdə tutulsa da, səfər alınmayıb:
“Qızım, yoldaşım, mən, qardaşım və anam bu gün səhər Antalyaya uçmalıydıq. “InTravel.Az” tur şirkətinə tam ödəniş edərək, möhürü, imzası və qəbzi olan sənəd almışdıq. Səhər hava limanında anlaşıldı ki, nə bilet var, nə də hotel.
İş orasındadır ki, biz tək deyilik. Bizim kimi aldadılmış 20-dən çox ailə var və hamımız da aldadıldığımızı hava limanında öyrənmişik”.
Zərərçəkən bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər:
“Təbii ki, qanun qarşısında cavab verəcəklər, pulumuzu geri alacağıq. Amma mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Belə turizm firmaları bağlanmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanıram”.
Sözügedən tur şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab almaq mümkün olmadı. Bizimlə telefonda danışan əməkdaşlardan biri suallarımızı eşidər-eşitməz əlaqəni kəsdi.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin inteqrasiyası məqsədilə yeddi birgə komitə fəaliyyətə başlayır
Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin bütün vacıb sahələrdə inteqrasiya olunması məqsədilə yeddi birgə komitə fəaliyyətə başlayır.
AZƏRTAC SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Ər-Riyadda keçirilmiş Səudiyyə Ərəbistanı və BƏƏ-nin Koordinasiya Şurasının İcraçı komitəsinin sonuncu iclasında 7 komitə yaradılıb. İki qardaş ölkənin çiçəklənməsi və təhlükəsizliyinə çatmaq məqsədilə inkişaf və iqtisadiyyat sahəsində strateji təşəbbüslərin və inkişaf layihələr hazırlanacaq. Həyata keçirilməsi üzərində işləniləcək.
Maliyyə və sərmayə, energetika, ətraf mühit, turizm və informasiya, insan inkişafı, siyası və təhlükəsizlik məsələləri üzrə bu yeddi komitə fəaliyyət göstərəcək. İkitərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin həllinə çalışılacaq. Müxtəlif sahələrdə maneələrin aradan qaldırılması və ümumi məqsədlərə çatmağ üçün tədbirlər görüləcək.
Şəhəri turist basdı, sərxoşluq və əyyaşlıq baş alıb getdi SAKİNLƏR MƏRKƏZİ TƏRK ETMƏLİ OLUR…
“The Guardian” qəzeti Çexiyanın paytaxtı Praqada turist çoxluğunun yaratdığı problemlərdən yazır. 55 yaşlı fotoqraf Eugen Kukla 120 içkili turistin gecəyarısı səs-küylə onun evinin yanından keçməsini lentə alıb. Bu, şəhərin mərkəzində yerləşən, adətən sakit küçədə normal gecə həyatının pozulması deməkdir. Fotoqraf turistlərin bir bardan digərinə getməsini lənətləyə-lənətləyə kütləni çəkərkən bəziləri gülümsəyərək kameraya əl eləyib.
“Bu, mənim şəxsi hisslərimin ifadəsidir, uzun illər boyunca yığılmış məyusluqdur. 10-15 ildir belə davam edir və durum indi daha da pisləşib”, – o deyib.
Minlərlə çex 1968-ci ilin 21 avqustunda sovet işğalının ildönümünə anmağa gedərkən müxtəlif ölkələrdən gəlmiş turistlər küçələrdə başqa bir missiyayla dolaşırdı, əylənmək və sərxoş olanadək içmək.
Məqalədə bunun “ifrat turizm”ə dəlalət etdiyi vurğulanır. Daha çox Barselona, Amsterdam, Venesiya, Edinburq üçün səciyyəvi olan fenomen artıq Praqaya da çatıb. 1989-cu ilin məxməri inqilabınadək bu şəhər turistlərin üzünə qapalı idi.
2000-ci ildə Praqanı 2,62 milyon, ötən ilsə 8 milyonadək turist ziyarət edib. Bu il turist sayının 9 milyona yüksələcəyi gözləyir.
Bu tendensiya Praqanı dəyişir, şəhər sakinlərini şəhər mərkəzindən uzaqlaşdırır və buranı yalnız turist zonasına çevirir. Bu ildən şəhərin ilk “gecə meri” kimi fəaliyyətə başlamış Jan Štern bu durumu “alçaldıcı” sayır. O, bar sahiblərini dilə tutmağa çalışır ki, turistlərin bir bardan o birinə keçməsini önləsinlər, qonşuluqda yaşayanlar üçün şərtləri dözülməz edən səs-küyü yasaqlasınlar.
“Şəhərimizin tarix mərkəzindən əl çəkməməyimiz, onun ölü zonaya çevrilməsini önləməyimiz çox vacibdir”, – Štern deyib.
Qəzet yazır ki, hakimiyyət Praqanın ucuz əyləncə məkanı kimi artan nüfuzundan əndişələnməyə başlayıb, şəhərə, ona sayqısızlıq göstərənlərə qarşı sərt davranılacağını bildirir.
Ərəblərdən sonra çinlilərin ümidinə qalan turizm: Qiymət onları da ölkədən qaçıracaq
Sentyabrın 16-dan 22-dək Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.
Belə ki, “Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.
İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Həmçinin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu müqavilədən sonra Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çata biləcəyin bildirib.
Görəsən, çinli turistlərin hesabına Azərbaycanda turizmi inkişaf etdirmək mümkün olacaqmı? Yoxsa ərəb turistlərdə olduğu kimi gələn “bir də gəlmərəm“, deyib gedəcək?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan təqdimat aparmadan əvvəl çinli turistlərin profilini çıxarmalıdır:
“Azərbaycanda turizm sahəsi ilə məşğul olanlar həmişə məsələnin sonuncu nöqtəsindən başlayırlar. Təqdimat aparmaq sonuncu nöqtədir. İlk atılacaq addım çinli turistlərin profilinin öyrənilməsidir.
Bu günə qədər Azərbaycanın turizmlə məşğul olan rəsmi qurumları bir çinli turistin profili çıxarıblarmı? Ümumiyyətlə, çinli turist nə istəyir, haralara gedir, onların davranış qaydaları necədir, maraq dairələri nədir?
Dünya turizmində çinli turistlərin böyük bazar payı var. Bu bazar payından Azərbaycan 1 faiz götürsə, kifayət qədər böyük gəlir əldə etmiş olar. Son hesablamalara görə, hər il 100 milyon çinli müxtəlif ölkələrə səfərlər edir. Çin çox böyük turizm potensialı olan ölkədir. Təbii ki, Azərbaycana Çindən gələn turistlərin sayının artması kifayət qədər ölkənin iqtisadiyyatına da, turizm sektoruna da fayda verə bilər. Lazım olan tədbirlər görülsə, çinli turistlərin hesabına Azərbaycan turizmini inkişaf etdirmək olar”.
Ekspert çinli turistlərin ərəb turistlərdən fərqli maraq dairələrinin olduğunu deyərək ilk növbədə bu istiqamətdə tədbir görülməli olduğunu qeyd edib:
“Bununla yanaşı çinli turistləri cəlb etmək üçün Çinlə viza məsələsi ləğv olunmalıdır. Çin bazarına açılmaq lazımdır, bunun üçün aviaşirkətlərin cəlb olunması, birbaşa uçuşların təşkil olunması, aviabiletlərin qiymətlərinin ucuz olması vacib şərtlərdir. Çinli turistlərin Azərbaycanda nə görmək istədiyini əvvəlcədən öyrənmək olduqca vacibdir. Çinli turist Azərbaycanda ərəb turistin istədiklərinimi istəyir? Bununla bağlı Azərbaycanın rəsmi orqanları “Çin turistinin profili” adlı bir sənəd hazırlamalıdır. Ciddi elmi araşdırmalar, başqa ölkələrin təcrübəsinin öyrənilməsi, sorğuların keçirilməsi yolu ilə bu məsələ həll olunmalıdır. Viza məsələsi də həll olunmalıdır. Düzdür, “ASAN viza”dan sonra vizanın alınması xeyli sadələşib. Ümumiyyətlə, Çinlə vizaların ləğv olunması məsələsi gündəmə gəlməlidir. Düşünsək ki, biletlər də bahadır, çünki Azərbaycandan birbaşa reyslər çox azdır və bu reyslərin baha olması çinli turistlərin Azərbaycana gəlməsini təmin edəcəkmi? Əgər Azərbaycana gəlməklə Parisə getmək eyni qiymətə başa gələcəksə, çinli turist Bakını seçər, yoxsa Parisi? Bunlar həddindən artıq vacib suallardır. Bu sualların cavabı tapıldıqdan sonra, çinli turistlərin Azərbaycana cəlb olunması yolunda normal addımlar atmaq mümkündür və lazımdır”.
Natiq Cəfərli Azərbaycanda turizmlə məşğul olan qurumların Çinlə bağlı lazımi məlumatlara sahib olmadığını, sadəcə reklam bukletləri ilə turist cəl etməyin mümkünsüzlüyünü diqqətə çatdırıb və qeyd edib ki, çinli turistlərin ölkəyə səfərini təmin etmək üçün şəxsi reklama da yer verilməlidir, bunun üçün isə çinli turistlərə ərəblərə göstərilən münasibət göstərilməməlidir:
“Əgər Azərbaycanda turizmlə məşğul olan qurumlar araşdırma aparsa idi, bilərdilər ki, çinli turistin davranış qaydaları fərqlidir. Onlar nə bahalı hotelləri, nə də bahalı yeməkləri xoşlayırlar. Onlar daha çox tarixi abidələr olan, gəzməli-görməli, şəkil çəkdirməli yerləri sevirlər. Xaricə gedərkən bu əyləncə növlərinə üstünlük verirlər. Onlar Azərbaycanda hər hansı bir restoranda çox baha hesab versə, bir daha gəlməz, nəinki gəlməz, hətta öz ətrafından kiməsə Azərbaycana gəlməyi tövsiyə etməz. Çünki turizmdə ən vacib reklam aksiyalarında biri şəxsi tanıtımdır. Güvəndiyin, inandığın insanların tanıtımı çox vacib rol oynayır. Avropa turistlərinin Gürcüstana gəlməsininin ən böyük səbəblərindən biri reklam aksiyalarından başqa, şəxsi çevrələrdə Gürcüstanın yaxşı təqdimatının olmasıdır. Hətta Avropada artıq belə bir tendensiya var ki, Gürcüstana getməmisənsə, Qafqazı görməmisən. Çünki Gürcüstanın çox yaxşı şəxsi reklamı gedir. Azərbaycan da buna nail olmalıdır ki, tək reklam bukletləri, tanıtım filmləri ilə yox, şəxsi təəssüratlarına görə də Azərbaycana gəlmək istəyən və bunu təbliğ edən turistlərin sayı çox olsun. Əgər ərəblərə olan münasibət olacaqsa, çinli turistlər də Azərbaycana gəlməkdən imtina edəcək”.
Go Travelda tupaketlərə xüsusi endirimlər
ANTALYAda çimərlik tətili üçün ən yaxşı
mövsümdür

Turpaketlərə sentyabr ayı üçün xüsusi ENDİRİMLƏR!
Səyahət tarixi: 01.09 – 30.09.2019
Daxildir: Aviabilet;
5* oteldə qalma;
Yemək – “Hər şey daxil”;
Səyahət sığortası;
Transfer.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Yerlərin sayı məhduddur.
