??YENİ İL TURU??
11. Moskova Metrosu
15. Büyük Ivan Çan Kulesi (500rubl)
Əlavə məlumat üçün:
Bakıya gələn ərəblərin “gözü açılıb” – Satıcılar maraqlı faktlar açıqladı (REPORTAJ)
İstirahət üçün ölkəmizə üz tutan turistlər arasında tarixi abidələrə, qədim eksponatlara maraq göstərənlər olduqca çoxdur. Demək olar ki, hər bir turist münasib qiymətə suvenir, Azərbaycanı tərənnüm edən əşyalar alaraq istirahət xatirəsi kimi ölkələrinə aparmağa çalışır. Bakının turist cəlb edən əsas ərazilərində addımbaşı rast gəlinən suvenir və hədiyyə satışı mağazaları qonaqların olduqca tez-tez baş çəkdikləri məkanlardan biridir.

Bəs görəsən bu cür məmulatların satışı ilə məşğul olan satıcılar müştəri aktivliyindən razıdırlarmı? Turistlər arasında ən çox rəğbət görən əşyalar hansılardır?
Minval.info saytının əməkdaşı olaraq bu suallara cavab tapmaq məqsədi ilə turistlərin ən çox ziyarət etdikləri İçərişəhər, Qız qalası kimi tarixi məkanların yaxınlığında fəaliyyət göstərən satış mağazalarına yollandıq.

8 ildir bu sahədə satış işləri ilə məşğul olduğunu qeyd edən Əli Əsədli, turistlərin əvvəlki illərdən fərqli olaraq tarixi əşyalara yetərincə qiymət vermədiyini bildirib:
“Mağazamızda daha çox tarixi əşyalar və milli çalarlarla bəzədilmiş suvenirlər satırıq. Ərəb və iranlı turistlər arasında bu cür əşyalara rəğbət daha çoxdur. Təəssüf ki, rus və avropalı turistlərdən fərqli olaraq, ərəb və iranlı turistlər məhsullara yetərincə qiymət vermir. Əşyaların qiymətlərini bacardıqca, aşağı salmağa çalışırlar”.
Ötən əsrin 90-cı illərindən müntəzəm olaraq turistlərə müxtəlif növ əşyaların satışı ilə məşğul olan Kənan Ağayev tarixi əşyaların ölkədən çıxarılmasına olan məhdudiyyətlər ucbatından satışların olduqca zəiflədiyini bildirib:

“Tarixi xalçaların və incəsənət əşyalarının satılması üçün muzeylərdən icazə alınmalıdır. Turistlər gömrükdə də olduqca əziyyət çəkir. Gömrük işçiləri bəzən 40-50 illik tarixi olan xalça və ya mis qabla qədim əşyaları səhv salır. Bu isə turistlər arasında belə əşyalara olan marağı azaldır. Satışlar ötən illərə nisbətən olduqca zəifdir. Turistlər qiymətlərdən razıdır, ancaq tarixi əşyaları alıb ölkələrinə aparmağa çətinlik çəkdikləri üçün alışdan imtina edirlər”.
Artıq 2 ildir ki, bu işlə məşğul olduğunu bildirən Rəna İbadova, satdığı əşyalar arasında kəlağayı, örpək, yaylıq, xalça kimi toxuma məhsulların olduqca böyük rəğbət gördüyünü qeyd edib:

“Ərəb ölkələrindən, İsraildən, İrandan gələn turistlər arasında keçmişdə toxunmuş xalça, yaylıq, kələğayı kimi incəsənət nümunələrinə olduqca böyük rəğbət var. Məhərrəmlik və Orucluq aylarından başqa müntəzəm olaraq turistləri cəlb edə bilirik. Satışlarımız yaxşıdır”.
Gənc satıcı Mədinə Məmmədova müştərilərin ən çox ərəb ölkələrindən olduğunu qeyd edib:
“Ərəb ölkələrindən, xüsusilə Səudiyyə Ərəbistandan olduqca çox sayıda müştərimiz olur. Bu cür turistlər daha çox əşya alsa da, yetərincə qiymət vermirlər. Məsələn, rus turistlərdən fərqli olaraq əşyaların dəyərindən olduqca az pul təklif edirlər. Əvvəllər daha çox tikiş nümunələrinə üstünlük verirdilər. İndi isə daha çox suvenirlərlə maraqlanırlar”.
Satıcı Amil Quliyev satışların zəif olduğunu, otellərin turistlərin mağazalardan əyşa almamasını təbliğ etdiyini deyib:
“Satışlarımız çox zəifləyib. Turistlərin qaldığı bəzi otellər bizim kimi turistik əşya mağazalarından alış-veriş etməmələri barədə turistlərə təsir göstərir. Məqsədləri isə öz əşyalarının satılmasını təmin etməkdir. Həm də açığı bir az bahaçılıq var. Turistlər daha çox ucuz mal axtarır”.
Aldığımız cavablardan belə məlum oldu ki, turistlər arasında ötən illlərdən fərqli olaraq tarixi incəsənət əşyalara maraq nisbətən zəifləyib. Səbəblər arasında bir çox kənar faktorun təsiri olsa da, daha çox qiymət bahalığı və satış zamanı turistlərin məhsulun dəyərindən olduqca aşağı məbləğlər təklif etməsi durur.
Xarici vətəndaşların ölkəmizə cəlb olunması baxımından olduqca əhəmiyyətli olan turistik əşya mağazaları turizm gəlirlərinin artması baxımından da vacib önəm daşıyır. Bu sahənin inkişaf etdirilməsi turizm iqtisadiyyatımızın genişlənməsinə də müsbət təsir göstərəcək.
“NABUCCO A&C” şirkəti Caspian Energy Forum Baku – 2019-un partnyoru olub
“Caspian Energy Forum son illər ərzində regionda yeganə unikal platformaya çevrilib. Onun çərçivəsində dövlət və özəl sektor təmsilçilərinin fəal dialoqu qurulub. Bu da iqtisadiyyatın neft-qaz və qeyri-neft sektor nümayəndələrini xüsusilə sevindirir. Əminəm ki, sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019 bu ənənəyə sadiq qalacaq və dialoqun daha da fəallaşmasına xidmət edəcək”. Bu fikirləri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev səsləndirib.
Telman Əliyevin sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunmuş 9-cu Beynəlxalq Caspian Energy Forum-un növbəti partnyoru uzun müddətdir əməkdaşlıq edilən “NABUCCO A&C” şirkəti olub. “Öz layihələri ilə Azərbaycanda yaxşı tanınan “NABUCCO A&C” şirkəti sıralarında dünyanın 50 ölkəsindən 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club-un ən fəal üzvlərindən biridir. Biz bu şirkətlə gələcəkdə də sıx əməkdaşlıq etməyə hazırıq və partnyorluq üçün açılan yeni imkanlara görə şadıq”, – deyə Telman Əliyev söyləyib.
“NABUCCO A&C” tikinti şirkətinin baş direktoru Kəmaləddin Mənsimov Caspian European Club ilə əməkdaşlığı və regional xarakter daşıyan Bakıdakı illik forumun təşkili üçün partnyorluğu yüksək qiymətləndirdiyini bildirib. “Biz Azərbaycanda İsveçin “ASTRON BUILDINGS” şirkətinin rəsmi və eksklüziv inşaat partnyoruyuq . Tikiinti sahəsində lider mövqeni tuturuq. Bu il yaradılmağımızın 10 ilini qeyd edirik. Əsas fəaliyyət istiqamətlərimiz sənaye və kommersiya təyinatlı tamkomplektli polad qurğuların layihələndirilməsi, istehsalı, çatdırılması və montajıdır. Şirkətimiz gələcəkdə də Caspian European Club ilə səmərəli əlaqələri davam etdirmək niyyətindədir”, – deyə Kəmaləddin Mənsimov qeyd edib.
Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq. Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “AzeriСard” ASC, “ICODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm” və “Vien Group” şirkətləri də yer alıb.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
Bizi ərəblərə möhtac qoyan AZAL – Dünya bazarından 4 dəfə bahalı biletlər
Avropalı turistlərin istirahət və gəzmək üçün ölkəmizi seçməməsinin başlıca səbəblərindən biri də Azərbaycan Hava Yollarının (AZAL) monopolist siyasətidir.
Aviabiletlərin qiyməti o qədər yüksəkdir ki, ölkə əhalisi belə xarici ölkəyə üz tutanda, qonşu ölkələrin, daha çox Gürcüstan Hava Yollarının xidmətindən istifadə edir. Bununla bağlı faktlar da kifayət qədər çoxdur. Onlayn bilet sifarişi bölməsində qısa axtarış etmək kifayətdir ki, qiymətlər arasındakı fərqli, belə demək mümkündürsə, uçurum açıq şəkildə görünsün.
Belə bir faktla qarşılan Vüqar Abbasov adlı “Facebook” istifadəçisi yazır:
“Niderlanddan (Eindhoven şəhərindən) Gürcüstana (Kutaisi şəhərinə) gediş-dönüş üçün aviabiletin qiyməti cəmi 83 avro 11 sentdir və həm də uçuş birbaşa həyata keçirilir. Həmin tarixdə məmləkətimizə (Bakıya) ən ucuz qiymət 325 avro 39 sentdir, uçuş isə birbaşa deyil.
Qiymətləri müqayisə etsək görərik ki, arada 4 dəfə fərq var. Digər tərəfdən, 83 avro 11 sent ödəməklə 4 saata, 325 avro 39 sent ödəməklə isə 9 saata mənzil başına çatırsan.
Bu, bir istiqamətdə olan aviabiletlərin müqayisəsidir. AZAL-dan və digər özəl aviaşirkətlərdən eyni şəhərə, eyni məsafədən bilet qiymətlərini müqayisə etsəz, fərqli siz də açıq şəkildə görə bilərsiz.
Bu faktın özü AZAL-ın ölkənin turizm potensialının inkişafına vurduğu zərbənin miqyasını göstərir. Son illər Bakıda “göz çıxaran” ərəb turistlərlə bizi də “üz-üzə qoyan” məhz AZAL-dır. Avropalı turistləri ölkəmizdə görmək demək olar ki, mümkün deyil. Gələnlər isə ya rəsmi səfərə, ya da hansısa idman yarışına görə gələnlərdir.
Digər tərəfdən AZAL-ın qiymətlərinin baha olması həm də özünün şirkət kimi rentabelliyini aşağı salır. Əgər bazarda normal, rəqabətli mühit olsaydı, AZAL bu qiymət siyasəti ilə çox davam gətirə bilməzdi. Amma AZAL-ın alternativi, monopolist şirkət olması, onun hələ də varlığını qorumağa imkan verir.
Türkiyənin ucuz bilet satması ilə məşhur olan “Pegasus” şirkəti əvvəllər Azərbaycanda bir müddət fəaliyyət göstərdi və AZAL onunla rəqabətə davam gətirmədiyi süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb oldu. Amma bir müddət sonra Türkiyənin “Pegasus” aviaşirkəti Azərbaycana reysləri həyata keçirmək üçün ölkədən icazə aldı və məlumatlara görə, müqavilə şərtlərində ciddi məhdudiyyətlər mövcuddur.
Qeyd edək ki, hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən “Türk Hava Yolları” ilə sıx əməkdaşlıq edir. “Türk Hava Yolları” ilə AZAL-ın uçuş qiymətləri arasında isə elə də ciddi fərq yoxdur. Burada söhbət Bakı Heydər Əliyev adına Hava Limanından həyata keçirilən uçuşlardan gedir.
Dünyanı başına alan sanksiyalar: Bumeranq effekti, yoxsa?
ABŞ müxtəlif dövrlərdə müxtəlif dövlətlərə, iş adamlarına, hətta şirkətlərə sanksiyalar tətbiq edir.
Bunun hansı nəticələr verdiyi məlumdur. Öz növbəsində bu sanksiyalara məruz qalmış dövlətlər də laqeydlik nümayiş etdirmir. Məsələn, İran, Rusiya, Çin də ABŞ-a sanksiya tətbiq edib. Srağagün İran Xarici İşlər Nazirliyi (XIN) ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib.
Rəsmi Tehran Fondu və Fondun direktorunun İrana qarşı sanksiyaların hazırlanmasında iştirak etdiyini bəyan edib. İran XİN-nin bəyanatında qeyd edilib ki, ABŞ-ın “iqtisadi terror“u İranda rejimi dəyişmək, hökumətin qərarlar qəbul etməsinə təsir göstərmək, ölkənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.
Maraqlıdır, əks sanksiyalar nə effekt verir?
Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə bildirib ki, bütün hallarda qadağaların mənfi tərəfi daha çoxdur, nəinki müsbətləri:
“Doğrudur, ABŞ iqtisadi sanksiya tətbiq etməklə siyasi cəhətdən Rusiyanı təcrid etmək istəyir. Amma Rusiya da, İran da resursu olan bir dövlətdir. Əgər bu tip sanksiyalar Kuba və bu kimi resursu olmayan dövlətlərə qoyulsaydı, o dövlətlər batardı. Amma əslində ABŞ-ın öz maraqlarına uyğun hərəkət edirlər. Bu günə qədər qoyulan sanksiyalardan heç bir dövlət müsbət qazanc əldə etməyib. ABŞ-a qarşı tətbiq olunan sanksiyalar rəsmi Vaşinqton üçün ciddi problemlər yarada bilər. Hər halda, Çinlə ABŞ arasında başlanan ticarət müharibəsində Amerika qalib gələ bilməyəcək. Çünki Çin dünyada kifayət qədər iqtisadi gücü olan bir dövlətdir. ABŞ ən çox xarici borcu olan bir dövlətdir. Hətta ABŞ-ın borcların Səudiyyə Ərəbistanı üzərindən Çin alıb. Ümumiyyətlə, Çin iqtisadi cəhətdən bütün Afrikanı işğal edib. ABŞ-da buna görə Çini zəiflətmək istəyir. ABŞ-la Çinin Qrenlandiya adasında maraqları toqquşur. Çünki Çin sözügedən adaya kifayət qədər sərmayə qoyub. Doğrudur, Qrenlandiyanın xarici işlər naziri adanın biznes və turizm üçün açıq olduğunu, ancaq satılmadığını elan etmişdi. Ona görə də bu iqtisadi sanksiyalar, adətən, dövlətləri yeni yollar, yeni iqtisadi fırıldaqlar fikirləşməyə məcbur edir”.
Politoloq hesab edir ki, Rusiyaya qarşı qoyulan sanksiyalar müəyyən mənada iqtisadi problemlər yaradır, amma rəsmi Moskva tədricən həmin problemləri aradan qaldırır:
“Demək olar ki, yaxın bir neçə ildən sonra Rusiya dünyanın Çin kimi yeni iqtisadi güc mərkəzlərindən birinə çevriləcək. Rusiya özünün ödəmə sistemini dəyişib, maliyyə sistemində yeniliklər var. ABŞ beynəlxalq maliyyə qurumlarının vasitəsilə onların işlərinə qarışa bilməyəcək. İnsanlar da belədir, çətinliyə düşdükdə daha ağılla işləməyə başlayır. Təbii ki, sanksiyalar qoyulan dövlətlərdə də bu qadağalardan daha yüngül qurtulmaq üçün çıxış yolları fikirləşirlər. Bütövlükdə sanksiyaların heç bir dövlətə heç bir xeyri olmayıb. İlk öncə onların inkişafına çox mənfi təsir göstərir, müəyyən müddətdən sonra onlarda inkişaf başlayır. Bundan isə ölkə vətəndaşları əziyyət çəkir”.
Jurnalist ölkəsini turist gəlirlərindən məhrum elədi
“Hamımız inanırdıq ki, əməyimiz nəticə verəcək, sonra isə dünənki hal baş verdi“
“Rustavi 2” telekanalının efirində jurnalistin Rusiya lideri Vladimir Putini təhqir etməsindən sonra Rusiya Federasiyasından olan turistlər kütləvi surətdə bu ölkənin otellərində sifariş etdikləri nömrələrdən imtina edirlər.
Sputnik Azərbaycan “RİA-Novosti“yə istinadən bildirir ki, bu barədə Gürcüstanın otellər və restoranlar assosiasiyasının başçısı Şalva Alaverdaşvili bildirib.
“2019-cu ilin necə başladığı hamımızın yaxşı yadındadır. Əvvəlcə turizm sektoru viruslara görə xeyli ziyana düşdü, sonra yavaş-yavaş dirçəlməyə başladıq, may yanvarı, iyun fevralı tənzimlədi, sonra isə Qavrilovla (Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov – red.) olan vəziyyət… Biz insanları Gürcüstanda dincəlmək üçün razı salmışdıq, hamımız inanırdıq ki, əməyimiz nəticə verəcək, sonra isə dünənki hal baş verdi. Bu səhərdən etibarən turistlər heç bizimlə əlaqə də qurmurlar. Sadəcə hamısı kütləvi surətdə bronlarını ləğv edirlər”, – Alaverdaşvili Facebook-da yazıb.
Assosiasiya rəhbəri qeyd edib ki, özü və komandası gürcü məhsullarını maksimal surətdə populyarlaşdırmağa çalışıblar, məqsədləri də ölkə iqtisadiyyatını xilas etməkdir.
“Kim olursunuz-olun, istər hökumət, istər də müxalifət – öz aranızda həll edin, bizə isə öz işimizi görməyə imkan verin. Ölkəni öz siyasi ambisiyalarınıza qurban verməyin“, – o, əlavə edib.
Turizm bazarında saxtakarlıqla bağlı açıqlama
Assosiasiyanın əldə etdiyi məlumata əsasən, şirkətin keçmiş əməkdaşı Nərgiz Məmmədova “InTravel Az” şirkətinin adından sui-istifadə edib. Rəhbərliyin və şirkətin xəbəri olmadan saxta tur paketlərin satışını həyata keçirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycan turizm bazarında baş verən son saxtakarlıq olayı ilə bağlı açıqlama yayıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sosial şəbəkələrdə bir neçə şəxsin “InTravel Az” şirkəti tərəfindən aldadılması və onlara saxta tur paketlərin satılması məsələsini araşdırıb. Assosiasiyanın əldə etdiyi məlumata əsasən, şirkətin keçmiş əməkdaşı Nərgiz Məmmədova “InTravel Az” şirkətinin adından sui-istifadə edərək rəhbərliyin və şirkətin xəbəri olmadan saxta tur paketlərin satışını həyata keçirib. Adı çəkilən xanım ayrı-ayrı şəxslərdən ofisdən kənar ərazilərdə görüşərək ödəmələr toplayıb. Artıq bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib və hal-hazırda araşdırma gedir.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir daha vətəndaşların bu cür hallarla rastlaşmaması üçün diqqətli olmalarını söyləyib. Bütün sənədlərinin qaydasında olmasına diqqət yetirmələrini tövsiyə edib.
Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları açılır
Yaxın günlərdə Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları istismara veriləcək.
Bu sözləri İranın Yollar və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mənüçöhr Salmanzadə deyib.
O nəzərə çatdırıb ki, göstərilən marşrut üzrə həm İran, həm də Azərbaycan şirkətlərinə məxsus olan avtobuslar hərəkət edəcək.
Yerli mətbuata açıqlama verən M.Salmanzadə bildirib ki, qarşılıqlı razılaşmaya əsasən Azərbaycan ərazisindən tranzit kimi istifadə edən yük maşınlarının rahatlığı təmin ediləcək. İlk növbədə, gömrük rəsmiləşdirilməsi və yüklərin daşınması üçün rüsum ödənilməsi asanlaşacaq.
Ötən ay Bakıya etdiyi səfəri xatırladan M.Salmanzadə qeyd edib ki, səfər çərçivəsində faydalı görüşlər keçirib. Bu görüşlərin və əldə edilən razılaşmalara əsasən iki yaxın qonşu və dost dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri daha da genişlənəcək, hər iki dövlətin turizmin sektorunun inkişafına əhəmiyyətli təkan verəcək.
Trabzon – Uzungöl – Rize – Ayder Yaylası – Batumi – Go Travel
Trabzon – Uzungöl – Rize – Ayder Yaylası – Batumi
Qiymət:
Hər Şey Daxil: 130 USD
Tarix:
• • • 02.09.2019 – 05.09.2019 • • •
( 3 gecə – 4 gün )
Qiymətə Daxildir:

Nəqliyyat Xidməti

Gecələmə – 3 gecə 4 gün ( Rize – Ayder Yaylası )

Qidalanma ( Səhər Yemeyi )

Tur Rəhbər Xidməti ( Yol boyu və ekskursiya zamanı )

Fotosessiya

Ekskursiyalar:
———————————
• I Gün
b) Nahar yemeyi ( öz hesabınıza ) ( Rize şəh )
c) Hotel yerləşmə. İstirahət zamanı
• II Gün
a) Səhər Yeməyi
d) Rafting ( 40TL) və Zipline ( 20TL) istifadə ( öz hesabınıza )
e) Ayder yaylası
c) Palavic şəlaləsi
z) Zil Kalesi
j) Uzungol gəzinti
k) Gokyuzu şəlaləsi
• III Gün
a) Səhər Yeməyi.
b) Trabzon Forum Shooping Mall
c) Trabzon Ayasofiya
d) Trabzon Mərkəz Shooping ( İstanbul pazar )
• IV Gün
a) Səhər Yeməyi
b) Batumi yola düşmə
c) Batumi şəhər gəzintisi ( Nahar yeməyi öz hesabınıza)
e) Ali və Nino
f) Gürcülərin Əlifba binası
g) Batumi – şəh gəzintisi
j) Qırmızı körpü
☛ Qeyd:
1) 5 yaşına qədər uşaqlar üçün turda iştirak
ödənişsizdir. ( avtobus və hoteldə yer verməmək şərti ilə )
2) Muzey, milli park və qoruqlara giriş turun qiymətinə daxil deyil.
3) Avtobusda yerləşmə say ilə həyat keçirilir.
4) Qiymətə: Səhər Yeməyi Nəqliyyat, Hotel, Gəzinti, Fotosessiya daxildir
BAKIDAN CIXIŞ:
1 Sentyabr saat 13:00 da 28 May m-st qarşısından yola düşülür.
