Ev Blog Səhifə 18

Turizm cənnətində şok görüntü

0
Kaş rayonu

Antalyanın Kaş rayonunda küçələrdə 2 aydır tez-tez görülən çöl donuzları sakinlərə qorxu dolu anlar yaşadıb.

Gezmeli.az Moderator.az-a istinadən xəbər verir ki, koronavirus səbəbi ilə məhdudiyyətlərinin tətbiq olunduğu dövrdə, təbiətdə ac qaldıqları üçün şəhərin mərkəzinə enən vəhşi heyvanlar hələ də yaşayış məntəqələrində görülür.

Dünən axşam saatlarında küçəyə çıxan donuzlar mobil telefon kamerası ilə görüntülənib. Görüntülərdə yerli sakinlər tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb. Donuzların qaçmaq əvəzinə uzun müddət kameralara baxdığı görülüb.

Antalya

Turizmdə canlanma

0
turizm

Bu gecədən etibarən rayonlara gediş-gəliş açılır. karantin postları ləğv olunur. Avtobuslar istisna olmaqla fərdi avtomobillər və taksilərin hərəkətinə qadağa aradan qaldırılır. Yay mövsümü keçsə də bu yumşalmlar hələ də məzuniyyət planlarını təxirə salan, rayonlarda dincəlmək üçün qadağaların ləğvini gözləyənlərə müəyyən imkanlar yaradır. Turizm sektorunun nümayəndələri də hesab edir ki, qərar bu sahədə müəyyən canlanmaya gətirib çıxaracaq. Artıq turizm şirkətləri də iş başına qayıdıb.

Fariz Hacıyevin sözlərinə görə, bu il hotel və istirahət mərkəzlərinin qiymətlərində ötən ilki ilə müqayisədə təxminən 30 faiz ucuzlaşma müşahidə edilir.

Dövlət Turizm Agentliyi və Turizm Bürosu tərəfindən sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edir. Turizmin rəqabət qabiliyyətinin artırılması məqsədiilə xüsusi proqram – SAHMAN yaradılıb.

Qeyd edək ki, Nazirlər Kabineti pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydalarında dəyişiklik edib. Sabahdan etibarən 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə arayışı olmayan, xəstəlikdən sağalmış lakin testinin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, koronaviruslu xəstələrlə təmasda olduğuna görə, özünütəcrid rejimində olan qonaqların mehmanxanaya qəbul edilməməsi ilə bağlı tələb ləğv olunur.

Qədim yurdun müasir Qobustanı: kötücələrimiz şəkil əvəzinə dil çözəcəklər – FOTO

0
Qobustan

Əsrik dərəsinə üz tutan turistlər müxtəlif rəngli boyalardan istifadə etməklə qayalıqlar üzərində maraqlı görüntülər yaradıblar

 Qayalar üzərinə yazılan müxtəlif ismarıclar, etiraflar və adlar… Bura bir tərəfini Zəyəmçayın yuduğu, bir tərəfini isə Kiçik Qafqazın ucsuz-bucaqsız sıldırım qayalıqlarının qoruduğu Əsrik dərəsidir.

Qobustan

Təbiətin bəxş etdiyi füsunkar gözəlliyi, sərin bulaqları, buludlara qədər uzanan meşələri ilə yanaşı, bu məkan həm də müasir insan izlərini özündə qoruyub saxlayır. Söhbət qayalıqların üzərindəki daş kitabələrdən gedir. Bu kitabələr nə mixi əlifba ilə, nə heroqliflərlə, nə də küt alətlərlə yazılıb. Dərəyə üz tutan turistlər sadə üsulla – müxtəlif rəngli boyalardan istifadə etməklə qayalıqlar üzərində maraqlı görüntülər yaradıblar. Yazılar, əsasən gənc turistlərin duyğularının ifadəsi, ismarıcları ilə diqqət çəkir.

Yazılar arasında yer adlarına və avtomobil nömrələrinə də rast gəlinir. Bu da təbii ki, Əsrik dərəsinə ölkənin dörd bir yanından səyahət edənlərin çoxluğundan xəbər verir.

Kilometrlərlə uzanan dərənin insan əli çatan yerləri, demək olar ki, qalmayıb. Artıq yeni ismarıclar köhnələrin üzərinə həkk olunub. Bəzi yazılar hətta daha yuxarı və çıxılması üçün risk tələb edən yerlərə yazılıb.

Ənənəyə çevrilən qayaüstü yazılar daha çox restoran sahiblərinin işinə yarayıb. Son vaxtlar bu yazılar arasında istirahət məkanlarının reklamlarına da rast gəlmək mümkündür.

Düzdür, bu cür yazılara başqa yerlərdə – parklarda, yol kənarlarındakı divarlarda tez-tez rast gəlinsə də, nədənsə Əsrik dərəsindəki yazılar ilk baxışda Qobustandakı daş kitabələri xatırladır. Elə buna görə də qədim yurdun əzəmətli qayalarına həkk olunan rəngbərəng sözlər həm dərəni ziyarətə gələnlərdə, həm də yerli sakinlərdə xüsusi maraq doğurur.

Hotellərdə işçilərin hər həftə mehmanxana hesabına test vermə qərarı LƏĞV EDİLDİ

0
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Bir neçə gün öncə mehmanxana işçilərinin test verməsi məsələsi Turizmplus.az saytında dərc edilən və müzakirə mövzusu olan məsələlərdən olub. Hotel işçilərinin hər həftə mehmanxana hesabına test verməsi məsələsi həllini tapıb. 

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik edib.

Qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçməli idi.

Bundan başqa, COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir. Lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən şəxslərdə problem olurdu. Habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Yeni dəyişikliklə hər iki tələb ləğv edilib.

“Real Vətən” Zaqatalanın turizm potensialına fokuslandı

0
Real Vətən

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirilir. Mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən “REAL Vətən” layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Zaqatala rayonundan bəhs olunub.
Zaqatala buraxılışında rayonun tarixi, füsunkar təbiəti, mədəniyyəti, özünəməxsus mətbəxi, Car, Əliabad, Tala kimi kəndlərin unikal tarixi abidələri və turizm potensialı, nadir flora və faunaya sahib Zaqatala Dövlət Təbiət Qoruğunun ekoturizm potensialı, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Layihə çərçivəsində növbəti veriliş isə Qusar rayonuna həsr olunacaq.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandıracaq. Daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Naftalanda qədim yaşayış məskəni aşkarlanıb

0
Naftalan

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli qədim yaşayış yeri aşkar edilib.

Naftalan

İnstitutdan Trend-ə verilən məlumata görə, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 ha-a yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas təbəqəsi eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Yaşayış yerinin üzərində son tunc-ilk dəmir dövründə torpaq qəbirlərin, antik dövrdə isə küp qəbirlərin yerləşdirildiyinin şahidi oluruq. Abidənin mərkəzi və şimal qərb hissəsində eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olmuşdur. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsəinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinmişdir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir:

Naftalan

“Məlum olduğu kimi, Naftalan şəhəri dünyada müalicəvi nefti ilə məhşur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə məşhur olan Naftalan şəhəri təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə də, diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir”.

Şamaxıda gəzməli yerlər

0
Şamaxı

Qafqaz dağlarının cənub-şərq tərəflərində tarixi və təbiəti ilə görənləri heyrətləndirən gözəl, cənnət ölkəsinin cənnət şəhəri Şamaxı. Dəniz səviyyəsindən 749 m yüksəklikdə yerləşən bu vilayət bir tərəfdən Pirsaat çayı, digər tərəfdən Pirdireyi və Qız qalası dağları ilə əhatə olunmuşdur. Özünəməxsus təbiəti, meşələri və qədim tarixi ilə Azərbaycanın turizm mərkəzlərindən biri hesab olunur. Yol boyu gözəl yaşıllıqda kafe və restoranlara rast gələ bilərsiniz. Tarixi 5-ci əsrə gedən bu qədim şəhər, həqiqətən Ptolomanın tarix kitabında Kamexiya olaraq tapılmışdır. Qədim Şirvanşahlar dövlətinin paytaxtı olub.

Şamaxı

Azərbaycan türklərindən, Şamaxının yetişdirdiklərindən nə qədər danışsaq az olar. Şamaxı Azərbaycanda ədəbiyyatın, muğamın, elmin mərkəzi sayılır. Şamaxılılar sivilizasiyaları ilə tanınırlar. Azərbaycanda Şamaxı qonaqpərvərliyi deyilən xüsusi bir anlayış var.

Tarixi mənbələrə görə qədim Şamaxı şəhərinin adı orada yaşayan “icmah (Şamake)” heyətinin adı ilə bağlıdır.

Şamaxı

Öz fıstığı, meşələri ilə zəngin olan Şamaxının təbiəti fərqlidir.

Bakıdan 2-3 saat məsafədə olan Şamaxıya getmək çətin deyil.

Bu gözəl şəhər, xatirələrində, Fransız yazıçısı Aleksandr Düma’nın bu yerin təbiətinə, insanlarına və yeməyinə vurğunluğunu gizlətmir. Bu şəhərin mətbəxi müxtəlifliyi və zövqü ilə seçilir. Əslində bu xalqın qonaqpərvərliyindən çox təsirlənən Düma, Fransaya qayıtdıqdan sonra ziyarət etdiyi insanlara “Le Roy A PARIS” markasından bir divar saatı göndərir.

Pirqulu kəndi

Pirqulu kəndi

Bu kənd öz təmiz təbiəti ilə Şamaxının vazgeçilməz bir hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanın “Şamaxı Astrofizika Rəsədxanası” da bu kənddə yerləşir. Gecə səmanın bütün gözəllikləri parlaq görünür.

1953-1959-cu illərdə yaradılan bu rəsədxana Sovet İttifaqı məlumatlarına və Azərbaycan elminə böyük töhfə verib.

Burada dünyanın 5 ölkəsində 85 ton olan bir teleskop quraşdırılmışdır. Bu Rəsədxana dünyanın ən vacib rəsədxanalarından biridir.

Rəsədxana

Bu Astrofizika Rəsədxanası Azərbaycanın tanınmış riyaziyyatçısı, astronomu, fiziki Nəsrəddin Tusinin adını daşıyır.

Şamaxı təbiət inciləri də Pirkulu Dövlət Parkında qorunur. Pirkulu şəlaləsi də bu parkda yerləşir.

Çukuryurd

Özünəməxsus təbiəti olan Şamaxının kəndlərindən biridir. Sakinləri Rus malikanələrindən ibarətdir. Bura gələn turistlərin tez-tez üz tutduğu kənddir.

Safari parkı

Şamaxıda yaradılan bu park həm böyüklərin, həm də uşaqların sevəcəyi bir yerdir. Təbiəti zəngin olduğundan burada çoxlu heyvan yaşayır. Ceyranların bu təbiətdə xüsusi yeri var. Şamaxıdakı Safari Parkında qurulması da boş yerə deyil.

Safari

Şamaxıda bir çox otel var. Burada təbiət qoynunda istədiyiniz mənzərədə istədiyiniz kimi yüksək keyfiyyətli xidməti görə bilərsiniz.

Şamaxı Palace oteli

Şamaxı

Seredil kəndindəki bu otelin xidmətindən 196 TL-dən başlayan qiymətlərlə faydalana bilərsiniz.

Şamaxı “Sakit Göl”( “Silient lake”) oteli

Sakitgöl oteli

Dağlarla əhatə olunmuş sakit gölünün sahilində tikilən bu oteli heyran olmamaq mümkün deyil. Qiymətləri 160 TL-dən başlayan dağ və ya göl mənzərəli otaqlar tapa bilərsiniz.

Azərbaycanlıların həsrət qaldığı “buzlaqlar ölkəsi”: Oranın öz qayda-qanunu var…

0
Buzlaqlar ölkəsi

“Əslində, Antarktidaya tur təşkil etmək bizim üçün də maraqlı olardı. Amma nə tur təşkil etmək mümkündür, nə də təşkil etsək belə, ora getmək istəyən turistlərin olacağına inanırıq”.

Bu sözləri Lent.az -a açıqlamasında özəl turizm şirkətlərindən birinin nümayəndəsi deyir. Onun sözlərinə görə, Antarktidaya turizm təşkil etmək heç də asan deyil. Ora səfər etmək arzusunda olan turistlərdə yaxşı bilir ki, qiymətlər baha olacaq.

Amma hamımız yaxşı bilirik ki, bu gün əksər ölkələrdən Antarktidaya səyahət etmək istəyən və bu arzusunu reallaşdıran minlərlə insan var. Yəni sehrli buzlaqlar qitəsinə getmək artıq mümkünsüz deyil.

Bəs bizim ölkə üçün bu nə zaman mümkün olacaq?

Əlaqə saxladığımız bir neçə özəl şirkətdən, demək olar ki, eyni cavabı aldıq.

Turizm üzrə ekspert İldırım Musayev Lent.az -a açıqlamasında bildirdi ki, Azərbaycanda turizm şirkətlərinin işi çox zəif qurulub:

“Antarktida bəzi böyük dövlətlərin strateji maraqlarında olan bir ərazidir. Eyni zamanda, oraya uça biləcək təyyarə və ya yüksək səviyyəli gəmilər lazımdır. Azərbaycanın bu sahədə də problemləri var. Bəs, bizim insanların bədən temperaturu oranın havasına dözə bilərmi? Çadır qurub orada qala bilərlərmi? Azərbaycandan Antarktidaya kütləvi turist qrupları olacaqmı? Bütün bunlar çətin məsələlərdir. Dənizlərdə və okeanda üzə bilən gəmilərimiz yoxdur”.

Bəs, Antarktidaya getmək mümkün olan dövlətlərdə biletlərin qiyməti necədir? Məsələn, Moskvadan Antarktidaya gedərkən səyahət xərci nə qədər tələb olunur?

Gəzintinin qiyməti hər bir turist üçün fərdi olaraq hesablanır, çünki kruiz proqramı 8-21 gün arasında hesablana bilər. Həm də xidmət səviyyəsi, səyahət edənlərin sayı, gediş tarixi də vacibdir. Buna görə də, turların yalnız orta qiymətlərini göstərmək mümkündür. Məsələn, Antarktidaya 9 günlük səyahət planlayırsınızsa, bu zaman sizin 14 min dollar xərciniz çıxacaq. Buraya yol, qidalanma və gecələmə daxildir. Heyət rus dillidir.

Turizm eksperti onu da deyir ki, ümumiyyətlə bizdə turizm şirkətləri işlərini düzgün qurmayıblar.

“Bizim turizmçilər loru dildə desək, yatıblar. Yeni fikirlər, fantaziyalar yoxdur. Dövlətin qarşısında turizmə aid olan məsələləri qaldırmaq iqtidarında deyillər. Yaxşı layihələrə vəsait ayırmırlar. Çünki buna savadları imkan vermir. O ki qaldı Antarktidaya turlar təşkil etsinlər. Pandemiyaya qədər ölkədən çıxış turizmi ilə, bilavasitə bilet satmaqla məşğul olublar. Təbii ki, aralarında yaxşıları da var. Bir sözlə Azərbaycanda turizm şirkətləri öz işlərini sıfırdan qurmalıdır. Antarktidaya turist aparmaq isə uzaq gələcəyin işidir. Bu, turizm şirkətlərinin gücü xaricində olan bir məsələdir”.

Onu da qeyd edək ki, Antaraktidada turist səyahəti 1960-cı illərdən sonra başlayıb və dəniz səyahəti formasında olub. 60-cı illərin sonunda buraya şəxsi yaxta ilə səyahətdə əlavə olunub. Hava uçuşları isə 1970-ci illərdən Avstraliyadan və Yeni Zellandiyadan ekskursiya formasında həyata keçirilib. Ümumiyyətlə, Antarktidaya turizm mövsümü yayda, noyabrda başlayıb martda bitir. Antarktidaya səfərlər Antarktida haqqında konvensiyasının qərarına əsasən turizm şirkətlərinin buna icazəsi olan halda mümkündür. Dəniz səfərləri zamanı materikin sahilinə qayıqlar və vertolyotlar ilə enişlər həyata keçirilir. Təsadüfü hallarda bəzi turların proqramına alpinizm, xizəklə sürüşmə və Cənub qütbünə səfərlər var.

Sehrli ab-havası olan bu yerlər fərqli təbiətə malikdir. Ona görə də həmən yerlərin özünə xas qayda-qanunları da olur. Ora səyahət etmək istəyənlər də bu qayda-qanunlara riayət etməlidirlər.

Belə ki, buranın havası çox soyuq olduğuna görə, yosunların bitməsi də uzun müddət ərzində baş verir. Buna görə də, onları tapdalamaq, üzərində gəzmək qadağandır.

Səfər bitdikdən sonra çoxları buradan özləri ilə kiçik də olsa nə isə götürmək istəyirlər. Xatirə olaraq götürəcəyiniz kiçik bir daş belə təbiətə zərərdir. Buna görə də, buradan özünlə bir şey götürmək qadağandır.

Olduğunuz yerdə səs-küy salmaq, buranın daimi sakinlərini-delfinlər, balinalar və pinqvinləri qorxutmaq olmaz.

Hotellərdə monitorinq keçirilib – “Məqsəd mehmanxanalara dəstək olmaqdır”

0
Mehmanxana

Pandemiya dövründə hotellərdə qaydalara riayət olunmasına nəzarətlə bağlı monitorinq keçirilib. Yoxlamalar Dövlət Turizm Agentliyi və Qida Təhlüksəziliyi Agentliyi tərəfindən aparılıb. Monitoriqnlər çərçivəsində hotellərdə işçi heyətinin və qonaqların təhlüksəziliyi ilə bağlı tədbirlərin səviyyəsi yoxlanılıb. Həmçinin hotellərin ictimi iaşə zonalarında və mətbəxlərində tələblərin yerinə yetirilməsi istiqmətində nəzarət tədbirləri həyata keçirilib.

Kənan Qasımov – Dövlət Turizm Agentliyinin aparat rəhbəri

Hal hazırda 229 mehmanxana həm Bakı şəhəri həm də regionlarda monitorinqə cəlb olunub. Monitorinqlər 3 həftədir ki, davam edir. həftədə 2 dəfə monitorinq təşkil olunub. Bu monitorinqlərin əsas məqsədi qayda pozanların cəzalandırılması deyil. məqsəd ondan ibarətdir ki, hotelləri qaydalara uyğun fəaliuyyətini təşkilinə kömnəklik göstərək.

Elxan Mikayılov – AQTA sədrinin müşaviri

İlkin nəticələr bundan ibarətdir ki, ümumilikdə bu tələblərin yeroinə yetirilməsi hoteelər tərəfindən gözlənilir. Müəyyən uyğunszuluq var. İlk həftə ilə müqayisədə uyğunsuluq azalıb. Bu sevindirici ki, bu rəqəmlərin aşağı düşməsi ehtimal edilir.

Daha bir ölkə turistlərin qəbulunu bərpa etdi

0
Namibia

Namibiya xarici turistlərin qəbulunu bərpa edib. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla belə, ölkəyə gələn xarici turistlər üçün bir sıra şərtlər irəli sürülüb.

Belə ki, turistlər mənfi koronavirus testi barədə arayışa sahib olmalı, (72 saat ərzində)
ölkənin paytaxtı Vindhukdakı əsas beynəlxalq hava limanından keçməlidirlər.

Ölkəyə çatanda sağlamlıq anketini doldurmaq tələb olunur. Hava limanında şübhəli simptomları aşkarlanarsa, COVID-19 üçün pullu test verməlidirlər.

Həmçinin, səyahət sığortası da tələb olunur. Namibiya səlahiyyətliləri tərəfindən izləniləcək yerli bir mobil telefon nömrəsi almaq da vacibdir.

Qonaqlar birbaşa hava limanından Namibiya Turizm Şurası və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş otelə və ya yaşayış yerinə getməlidirlər. Əcnəbilərə yolda dayanmağa icazə verilmir.

Mütəxəssislərin fikrincə, xarici səyahətçilər üçün bu ölkəyə giriş və qalma sxemi hələ ki, mürəkkəb görünür.