Ev Blog Səhifə 17

Misirdə 2500 illik tabut tapıldı

0
Misir

Gezmeli.az Eastnews.org istinadən xəbər verir ki, Misirdə arxeoloqlar 2500 yaşında olduğu bildirilən 13 taxta tabutun tapıldığını açıqlayıb.

Tabutlar Misirin ən qədim paytaxtı Memfis sakinlərinin dəfn olunduğu Qahirənin 24 kilometr cənub-qərbindəki Saqqara bölgəsində tapılıb.

Misirin Turizm və Qədim Abidələr Nazirliyi tabutların 11 metr dərinlikdə tapıldığını bildirib.

Qaxın füsunkar təbiət mənzərələri

0
Turizm

Qaxın mülayim və saf dağ iqlimi, gözəl təbiət mənzərələri, çayları, düzənlik və dağ meşələri burada turizmin müxtəlif növlərinin inkişafı üçün çox əlverişlidir.

Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Albaniya dövrünə aid olan və yaşayış sahəsindən xeyli uzaqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi ölkə əhəmiyyətli tarixi abidə olmaqla yanaşı, turistlərin ən böyük maraq göstərdiyi məkanlardan biridir.

Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində davamlı işlər görülür. Bunun nəticəsidir ki, pandemiyadan əvvəlki dövrlərdə rayona gələn qonaqların sayı nəzərəçarpacaq dərəcədə çoxalmışdı. Xüsusilə yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayında xeyli artım qeydə alınmışdı. Qaxın füsunkar təbiəti pandemiyadan sonrakı dövrdə də rayonun yerli və xarici turistlərin diqqət mərkəzində olacağını deməyə əsas verir.

Azərbaycan Turizm Bürosu turizm şirkətləri üçün rəqəmsallaşdırma proqramına start verib

0
Azərbaycan Respublikasının Turizm Agentliyi

Azərbaycan Turizm Bürosu ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə postpandemiya dövründə fəaliyyətlərinə dəstək olub. Həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verib.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqramın əsas məqsədi turizm destinasiyası kimi Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrə dəstək göstərilməsidir.

Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə həyata keçirilir. Proqram yalnız xüsusi meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlər və 25 sentyabradək qeydiyyatdan keçirilən layihələr üçün nəzərdə tutulub.

Müraciətlər yeni layihələrlə, həmçinin mövcud olan onlayn layihələrə əlavə kimi və ya hazır platformaların təkmilləşdirilməsi ilə bağlı ola bilər.

Müraciət və iştirak meyarları barədə ətraflı məlumat üçün https://tourismboard.az/az/page/522-reqemsallasdirilma-layihesi  keçidinə daxil ola bilərsiniz.

Dünyanın ən uzun şüşə körpüsü Çində açıldı

0
Çin

Çinin Memarlıq Dizayn Bürosu və Zhejiang Universitetinin Tədqiqat İnstitutu Guangdong əyalətinin mənzərəli bir yerində uzunluğu 526 metr olan şüşəli asma körpünün inşasını başa çatdırıb.

KONKRET.az xəbər verir ki, məlumatı Popmech nəşri yayıb.

Açılışından dərhal sonra müəssisə rəsmi olaraq dünyanın ən uzun şüşədən ibarət olan asma körpüsü kimi tanınıb.

İndi o, Ginnesin Rekordlar Kitabına düşüb.

Körpü yalnız turizm məqsədi ilə tikilib. Dərənin iki tərəfini çaydan 201 metr yüksəklikdə birləşdirir. Yerli hakimiyyət orqanları materialların şəffaflığının və təbiətin gözəlliyinin bu yerlərə çox sayda səyahətçi gətirəcəyinə əmindir.

Təhlükəsizlik üçün körpü polad materialla, həmçinin ziyarətçilərin başqalarını narahat etmədən dayanaraq şəkil çəkdirə biləcəyi səkkiz metr enində dörd adacıqla təchiz edilib.

Layihə yaradıcılarının dediyi kimi şüşə körpünün inşası üçün təsadüfən seçilməyib. Daha doğrusu, material yalnız turistləri cəlb etmək üçün deyil, funksiyalarından biri də ətraf mühitlə birləşməkdir.

“Layihə heyəti yeni tikinti metodlarını tətbiq edərək, memarlığın təbiətə qüsursuz bir şəkildə inteqrasiyasını həyata keçirib” deyirlər.

Maraqlıdır ki, bu, Çində rekord qıran ilk şüşə asma körpü deyil. 430 metr uzunluğundakı Zhangjiajiedəki ilk bu cür şüşə körpü, 2016-cı ildə dünyanın ən hündür və ən uzun körpüsü olub. 2018-ci ildə Hongyaguda 488 metrlik bir asma körpünün meydana çıxması ilə dərəcəsini itirib. 2019-cu ildə BBC ölkədə 2300 şüşə körpünün olduğunu təxmin edib.

Rus turistlər niyə Türkiyəni seçir…

0
turizm

Səyahət xidmətlərinin sorğusuna görə, hər üç rusdan biri istirahət üçün Türkiyəni seçir.

Avqustdan Rusiya ilə qonşu ölkə arasında aviareyslərin bərpası bu istiqamətdə vəziyyətə yaxşı təsir göstərib.

Bizimyol.info xəbər verir ki, sorğuda 220 nəfər iştirak edib. Onların 12 faizi avqustda Türkiyəyə dincəlməyə getməyə imkan tapıb.

Respondentlərin 22 faizi hələ də bu fikirdə olduğunu bildirib. Fikri soruşulanların 66 faizi ya dincəlməyəcək, ya da başqa ölkə seçəcək.

Bəs rus turistlər niyə məhz Türkiyəni seçir? Qardaş ölkənin xeyrinə işləyən amil çoxdur. Ruslar hər şeydən əvvəl ucuz qiymətləri nəzərə alır. İqlim yaxşıdır, xidmət yüksək səviyyədədir. Türkiyədə ruslara münasibət də qənaətbəxş sayılır. Viza almağa ehtiyac yoxdur, Türkiyə turizm sektorunda dəniz suyunun təmizliyinə xüsusi diqqət ayrılır.

“Hər şey daxil” xidməti lap sərfəli mühit yaradır. Üstəlik, bizim qardaş ölkədən qayıdan Rusiya vətəndaşları vətənlərində karantinə alınmırlar.

Postpandemiya dövründə turizm fəaliyyətinə dəstək üçün yeni layihəyə start verilib

0
turizm

Azərbaycan Turizm Bürosu ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə postpandemiya dövründə fəaliyyətlərinə dəstək olur. Həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verib.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, proqramın əsas məqsədi turizm destinasiyası kimi Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrə dəstək göstərilməsidir.

Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə həyata keçirilir.

Proqram yalnız xüsusi meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlər və 25 sentyabradək qeydiyyatdan keçirilən layihələr üçün nəzərdə tutulub. Müraciətlər yeni layihələrlə, həmçinin mövcud olan onlayn layihələrə əlavə kimi və ya hazır platformaların təkmilləşdirilməsi ilə bağlı ola bilər.

Müraciət və iştirak meyarları barədə ətraflı məlumat üçün https://tourismboard.az/az/page/522-reqemsallasdirilma-layihesi keçidinə daxil ola bilərsiniz.

Səkkiz ayda Türkiyəni on milyondan çox turist ziyarət etdi

0
Türkiyə

2020-ci ildə Türkiyəyə gələn turist sayı on milyonu keçib.

Gezmeli.az Konkret.az-a istinadən xəbər verir ki, bunu respublika prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu gün on milyon qonaq rəqəmini keçdik. İlin sonuna qədər artıracağıq”. RİA Novosti agentliyi prezidentdən sitat gətirir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, yanvar-iyul ayları ərzində Türkiyəyə 5,44 milyon xarici turist gəlib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə (24,69 milyon) təxminən beş dəfə azdır.

Turistik zonalarda avtobusların sayı artırılacaq

0
Turizm

Bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib

Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılıb. Bununla əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) dəyişiklik olacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) regionlarda gücləndirilmiş iş rejimi elan edib. 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib. Bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı məhdudiyyət öz qüvvəsində qalır. Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.

Azərbaycan oktyabrda onlayn turizm konfransına ev sahibliyi edəcək

0
Turizm

Azərbaycan Turizm Bürosu (ATB) oktyabrın 14-də virtual turizm ticarətinə həsr olunub. “Travel Business Azerbaijan Online” (TBA 2020) onlayn konfransa ev sahibliyi edəcək.

Təşkilatçılar bu tədbirdə yerli və beynəlxalq turizm ekspertlərini bir araya gətirirlər. Onlar arasında əlaqələrin qurulmasına ümid edirlər.

Məlumata görə, ATB və Dövlət Turizm Agentliyi (DTA) tərəfindən tədbir təşkil edilib. Tədbirdə Çin, Cənub-Şərqi Asiya, Rusiya və MDB ölkələrindən başlayaraq, Hindistan, Cənubi Asiya, Avropa və Körfəz Əməkdaşlıq Ölkələrinə qədər 300-dən çox alıcının iştirakı gözlənilir.

“İndiki çətin dövrdə tərəfdaşlarımız və bu sahədən olan maraqlı tərəflərlə əlaqə qurmaq və bu əlaqələri qoruyub saxlamaq bizim üçün həmişəkindən daha vacibdir. “Travel Business Azerbaijan Online” bunu daha da sürətləndirəcək”, – deyə məsələni şərh edən ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid əlavə edib.

Dünyanı bürüyən qlobal böhran: Azərbaycanı nə gözləyir?

0
Qlobal böhran
Mütəxəssislər ilin sonunadək dünyada iqtisadi böhran olacağını proqnozlaşdırıb.
Bu barədə narahatlığını ifadə edən “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bütün ölkələrdə tezliklə tənəzzülün başlayacağını qeyd edib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərcləyib. Elə bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azalıb və mənzil bazarında vəziyyət yaxşılaşıb. Həmçinin xərclənən vəsait hesabına Çin iqtisadiyyatı bərpa olunub, Almaniyada istehsal artıb.
Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq çətin olacaq və bütün ölkələrdə iqtisadiyyatı stumullaşdırmaq üçün aparılan səylər fayda verməyəcək.

Belə bir şəraitdə Azərbaycanı nə gözləyir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda artıq iqtisadi tənəzzülün başlandığını deyib.
Onun sözlərinə görə, bu, ilin sonuna qədər daha da dərinləşəcək:
“Dünya ölkələrinin, hətta inkişaf etmiş ölkələrin tarixdə görünməmiş bir vəziyyətin- ümumdaxili məhsulunun aşağı düşməsinin şahidi oluruq. Britaniyada az qala iqtisadi azalmalar 30 faizə çatıb. Britaniya tarixində belə bir şey olmayıb. Dünya ortalamasında əvvəl ümumdaxili məhsulun 6 faizə qədər azalacağı gözlənilirdisə, indi gözlənti 2 dəfə çox, yəni 11-12 faizə qədərdir. Pandemiyanın təsirləri dalğa-dalğa gəlir, bu bir düymə ilə yandırılıb söndürülmür. İqtisadiyyat qəliz, proseslər daha dərindir. Ona görə də hökumətlərin atdığı addımlara baxmayaraq, problemlər dərinləşir. İnsanların alıcılıq qabiliyyətləri və alıcılıq alışqanlıqları, çox şey dəyişir. Bu baxımdan, dünyada ilin sonuna qədər iqtisadi tənəzzülün dərinləşməsi ehtimalı çox yüksəkdir. Azərbaycanda da ümumi daxili məhsulun 2,7 faiz azalması müşahidə olunur. Çox güman ki, dəqiqləşdirilmiş rəqəmlər də ortaya çıxacaq. Çünki bu rəqəm ilkin hesablamadır və tənəzzül bundan iki dəfə çox, təqribən 5-6 faiz civarında olacaq”.
İqtisadçının fikrincə, dünyadakı son proseslər Azərbaycana iki yöndən təsir edəcək:

“Pandemiya təqribən mart ayının ortalarından etibarən Azərbaycan iqtisadiyyatını dondurdu. Bir çox sahələr hələ də tam gücü ilə işləyə bilmir və yaxın gələcəkdə də işləməsi mümkün deyil. Turizm sektoru tamamilə çökdü. Yəni 2020 turizmin çökməsi ili kimi tarixə düşəcək. İctimai iaşə müəssisələrində problemlər var, tam açılmır. İnsanların davranış qaydalarında problemlər var. Həm xərclənmə alışqanlıqları dəyişib, həm də gəlirləri azalıb. İqtisadiyyat elə bir sahədir ki, istehlak olmasa, inkişaf olmur. İnsanlar istehlaka pul xərcləmir, əsasən ərzağa və tibbi ehtiyaclara pul ayırır, digər sahələrə pul ayırmaq istəmirlər. Həmçinin insanların gəlirləri azalıb. Digər təsir edən məqam isə neftin qiymətləridir. Azərbaycan neftin qiymətindən asılı ölkələrdəndir. Neftin qiymətinin 40 dollar civarında olması və bu ilin ortalama qiyməti 35-40 dollar arasında olacağı ehtimalı Azərbaycanın xarici ticarət dövriyyəsinə, valyuta gəlirlərinə də mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən Azərbaycanda iqtisadi tənəzzülün daha uzunmüddətli olma ehtimalı yüksəkdir”.