Yunanıstanda, Krit adasının İraklion şəhərində koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar iki həftə müddətində məhdudiyyət tədbirləri tətbiq olunacaq.
Gezmeli.az Trend-ə istinadən xəbər verir ki, yeni qərara əsasən, turistik adada kütləvi tədbirlər, yarmarkalar, əyləncə tədbirləri dayandırılıb.
Sakinlərin 9 nəfərdən çox qrup halında toplanması, restoran və kafelərdə masa arxasında dörd nəfərdən çox müştərinin oturması qadağan edilir. Həm qapalı məkanlarda, həm də açıq havada maska taxmaq zərurəti tətbiq edilib.
Qeyd edək ki, Krit adasında iyun ayında sutkada 2-3 yoluxma qeydə alınırdısa, avqustun əvvəlində bu göstərici 4-5 nəfərə, son günlərdə isə 10-20 nəfərə bərabər olub. Yoluxmaların əksəriyyəti İraklion şəhərində olub.
Koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur.
Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla xəbər verir ki, bunun nəticəsində cari ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib.
Ümumilikdə isə yanvar-iyul ayında əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 302,7 milyon manatlıq əməliyyatlar aparıblar.
2020-ci ilin səkkiz ayı ərzində Vyetnama cəmi 3,8 milyon xarici turist səfər edib. 2019-cu ilin analoji dövründə isə ölkəyə 11,3 milyon turist gəlmişdi. Beləliklə Vyetnam koronavirus pandemiyası səbəbindən azı 7 milyon turist itirib.
AZƏRTAC VNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Milli Statistika Bürosu tərəfindən yayımlanıb.
Ölkə hökumətinin sərhədləri bağladığı martın 22-dək Vyetnama 3,05 milyon insan gəlib. Avqust ayında bəzi məhdudiyyət tədbirləri aradan qaldırıldıqdan sonra ölkəyə səfər edən turistlərin sayı 163 min nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 99 faiz azdır.
Hakimiyyət COVID-19 pandemiyası səbəbindən zərər görən turizm sahəsinə yardımlar göstərir. Ölkəyə daxil olan hər kəs üçün tətbiq olunan 14 günlük məcburi izolyasiya şəraitində alternativ karantin mərkəzləri kimi fəaliyyət göstərən otellərə elektrik enerjisinə görə 20 faizlik güzəşt edilib. Eyni zamanda, beynəlxalq turizm sektorunda fəaliyyət üçün dövlət lisenziyasının qiyməti iki dəfə azaldılıb.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyənləşdiriblər və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
COVID-19 pandemiyası Avstriya iqtisadiyyatının əsas qollarından biri olan turizmə ağır zərbə vurub. May-iyul aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz və ya 21,5 milyon az otel gecələmələri qeydə alınıb.
Bu barədə məlumat Avstriya Statistika İdarəsinin cari ilin yay mövsümünə dair hesabatında əksini tapıb. Yay aylarında şəhər otellərində vəziyyət daha ağır olub. Paytaxt Vyanada əksər otellər turist azlığına görə fəaliyyətini dayandırıb. İyul ayında Vyanada otel qonaqlarının sayı ötən ilin müvafiq ayı ilə müqayisədə 74 faiz az olub.
Dəniz sahillərində istirahətdən məhrum olan əksər avstriyalılar bu yay mövsümü Alp dağlarının qoynunda yerləşən göllərə üstünlük veriblər və Burqenland, Ştiriya və Karintiya federal əyalətlərində otel gecələmələri ötənilki nəticəni üstələyib.
Statistika İdarəsi bu ilin yeddi ayı əsasında turizmdə geriləmə olduğunu müəyyən edib. Ötən illə müqayisədə bu il ümumilikdə 33 faiz az qonaq (63,74 milyon gecələmə) istirahət üçün otellərə üz tutub.
Ənənəvi olaraq Avstriyaya ən çox turist göndərən ölkələrin statistikasında da geriləmə müşahidə olunub. Rusiya, ABŞ və İsveçdən gələn turistlərin sayı 90 faiz, İtaliyadan 66 faiz, Fransadan 55 faiz azalıb. Turizmdə bu yay mövsümündə əldə olunan göstəricilər əsas etibarilə daxili turizm sayəsində mümkün olub.
Mövcud olan bütün istiqamətlərə ən ucuz aviabiletlərin satışı başladı. Münasib qiymətə biletləri əldə etməyə tələsin. Hal -hazırda ucuşlar olan istiqamətlər aşağıdakılardır;
1. Bakı-İstanbul
Avropaya və Asiyaya çıxış əldə etmək üçün İstanbul ən uyğun şəhərdir. İstanbula səyahət edərək Sultanahmet camisi, Taksim meydanı, “İstiklal caddesi”, “Galata kulesi”, “Dolmabahçe” və “Topkapı sarayı”, “Boğaz körpüsü”, “Emirgan park” və Miniatürk kimi görməli yerlərini gəzmək şansı əldə edə bilərsiniz. Birbaşa reys – 390 Azn
İstanbul
2. Bakı-Moskva
Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Gedib bu tarixi məkanı və digər memarlıq strukturlarını, abidələri, muzey komplekslərini görmə şansınız var. Elə isə tələsin. Qiymət -650 Azn
Moskva
3. Bakı-Minsk
Belarusiyanın paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. Minskin bu gözəl mənzərəsini mütləq görməlisiniz. Birbaşa -660 Azn
Minsk
4. Bakı-London
Londonun paytaxt kimi tarixi iki min ildir. Qədim şəhəri səyahət etmək istəyirsinizsə əsl vaxtdır. Birbaşa – 697
London
5. Bakı – Berlin
Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar. Bütün dünyadan incəsənət və mədəniyyət sahəsi ilə məşğul olanlar üçün Berlin çox cazibədardır. Berlinin tarixi, gecə həyatı və çoxsaylı arxitektur tikililəri hər yanda məşhurdur. Birbaşa reys- 640 Azn
Berlin
Artıq 5 ildir ki gördüyü işlər ilə seçilən Go Travel MMC sizə cibinizə uyğun xidmətə təkliflərini verməyə davam edir. Səyahətinizi bizə əmanət edin. Tarixdən asılı olaraq qiymət dəyişir.
COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Gezmeli.az “Azərbaycan Hava Yolları”nın səhifəsinə istinadən QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarını sizə təqdim edir.
COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?
2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən “AZAL” və “Buta Airways” aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.
Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.
Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etmək lazımdır?
callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.
Aviabiletlər hansı tarixə dəyişdirilə bilər?
Yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 12 aydan gec olmamalıdır.
Yalnız uçuş tarixi dəyişdirilə bilər? Yoxsa uçuş istiqamətinin də dəyişdirilməsinə icazə verilir?
Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.
Mən aviabileti dəyişmək istəmirəm, ödədiyim pulu geri almaq istəyirəm. Bu mümkündürmü?
Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer “AZAL” və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.
Sərnişin yuxarıda qeyd edilən şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır.
Yerli və beynəlxalq istiqamətlər üzrə reyslərin yerinə yetirilməsinə nə zaman başlanacaq?
Daxili və beynəlxalq aviareyslərin bərpa edilməsi barədə qərar ölkələrin hökumətləri tərəfindən qəbul olunur, həmçinin aviaşirkətimizin uçuşlar yerinə yetirdiyi dövlətlərin sərhədlərinin açılma müddətindən birbaşa asılıdır. Sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə yerləşdirilən məlumatları, həmçinin müvafiq dövlət qurumlarının kütləvi informasiya vasitələrində xəbərlərini izləməyinizi tövsiyə edirik.
Çində ildə 535 dollardan başlayan qiymətlərlə ada icarəyə götürmək təklif olunur.
Gezmeli.az xəbər verir ki, bu barədə “Travel & Leisure” məlumat verib.
Qeyd edək ki, ölkənin şimal-şərqdəki Liaoning əyalətində 500-dən çox yaşayış olmayan ada var. Onlardan bəziləri Şimali Koreya ilə sərhəddə, Yalu çayı boyunca yerləşir.
Bildirildiyi kimi, icarəyə verilən adalar arasında ən ucuzu ildə 535 dollaradır. Bununla yanaşı, daha bahalı variantlar da var, məsələn, 3,6 milyon dollara. Qiymətlər dəniz faunasından, ekoloji problemlərdən və çimərliklərin sayından asılıdır.
Ada icarəyə götürmək qərarına gələn hər kəs icarə haqqından daha çox pul ödəməli olacaq. Layihələr turizm, kənd təsərrüfatı, balıqçılıq və şəhərsalma daxil olmaqla doqquz kateqoriyadan birinə daxil olmalıdır.
Qeyd edək ki, Liaoning vilayətindəki bir neçə ada artıq turizm üçün istifadə olunur, onların bir çoxu parklara çevrilib.
İndiki pandemiya günlərində mavi və ya digər rəngli maskalarda dolaşan insanlar görmək adi haldır, lakin təyyarənin “maska taxması” ilk dəfə görünüb. Gezmeli.az Virtualaz.org istinadən xəbər verir ki, “Cargolux Airlines” hava yolları şirkətinin Boeing 747-8 yük təyyarəsinin burun hissəsini mavi rəngli tibbi maska şəklində rənglənib. Təyyarə bu günlərdə Bakı aerportuna enib.
Bundan əvvəl isə CLX 7952 reysi ilə uçan həmin təyyarə Sinqapurun Çanqi aerportuna enib. Təyyarənin üzərində iri hərflərlə “Mənim maskam olmadan mümkün deyil” sözləri yazılıb. “Changi Airport Group” şirkətindən deyiblər ki, ilk dəfədir aerporta “maskalı” təyyarə enir. Təyyarə Sinqapurda avqustun 27-də səhər saat 04.20-də dayanıb, daha sonra Bakı üzərindən Lüksemburqa uçub.
Bu ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 23 milyon manat təşkil edib.
Gezmeli.az “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111,6 milyon manat yaxud 82,9% azdır.
2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 422,7 milyon manat və yaxud 58,3% azdır.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“Azərbaycan vətəndaşlarının xaricdən gətirilməsi üzrə gələn həftəlik proqramımız hazırdır. Artıq bu proqram barəsində qərarlarımız da var. Azərbaycan-Rusiya quru sərhədi boyunca vətəndaşlarımızın ölkəyə gəlməsi intervalla və Rusiyanın aidiyyati strukturları ilə əqələndirilmiş şəkildə həyata keçirilir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, burada işlənmiş bir mexanizm var, Azərbaycanın aidiyyati strukturları Rusiyanın strukturları ilə yaxın əməkdaşlıq şəraitində bunu həyata keçirirlər və vətəndaşlarımızın qeydiyyatı təmin olunur.
O, əlavə edib ki, əvvəlki qərarlarda göstərildiyi kimi bir sıra istisnalar olmaqla, ölkədə sərhədlərin bağlı olması davam edəcək.
“Eyni zamanda, Mərkəzi Asiya regionundan, Qazaxıstan və Türkmənistandan Azərbaycan vətəndaşlarının testləri verərək müxtəlif qruplarla, bərə nəqliyyatı vasitəsilə olmaqla ölkəyə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, Bakı-Moskva istiqamətində xüsusi reysin həyata keçirilməsi ilə bağlı qərar var. Bu da aidiyyati strukturlarla əlaqələnməlidir. Hazırda Bakı-İstanbul istiqamətində reyslərimiz fəaliyyət göstərir. Vətəndaşlar koronavirus testi verərək təyyarənin göyərtəsinə daxil ola bilərlər”, – H.Hacıyev bildirib.
PA-nın şöbə müdiri həmçinin vətəndaşlara müraciət edərək bildirib ki, zərurət olmadığı təqdirdə xaricə səfərlərə getməsinlər. Çünki hər zaman reyslərin dayandırılması, fövqəladə vəziyyətin meydana çıxması riski var.