Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla “Dubai Mall” və ya “Dubai Marina” kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarət mərkəzi Deyrada cəmləşmişdi. Buna baxmayaraq, burada ənənəvi bazarlar – qızıl, parça, balıq, meyvə, ədviyyat və s. bazarları indi də fəaliyyət göstərir. Yüzlərcə restoran, kafe və küçə yeməyi məntəqələrindən gələn Yaxın Şərq mətbəxinin ətri ziyarətçiləri özünə cəlb edir. Təəccüblü deyil ki, “əsl” Dubayı dadmaq istəyən turistlər hər şeydən əvvəl Deyraya üz tuturlar.
Deyranın restoranlarında hansı qeyri-adi yeməklərin dadına baxmaq olar? Bu dəfə sizə məhz bu barədə söz açmaq istərdik.
Delikateslər axtarışında
Əvvəlcə onu qeyd edək ki, Deyranın qastronomik sirləri barədə xeyli yeni və maraqlı məlumatları öyrənməkdə bizə “Friyng Pan Adventures” şirkətinin təşkil etdiyi “Middle Eastern Food Pilgrimage” ekskursiya turu yardımçı oldu. Bu tura Deyranın küçələrində ingilisdilli bələdçinin müşayiəti ilə, müxtəlif kafe və restoranlarda dincəlməklə piyada gəzinti daxildir. Tur çərçivəsində bələdçi bu və ya digər yeməklər barədə məlumat verir, bunlardan bir çoxunun dadına baxmaq fürsəti təqdim edir. Bu tura acqarına gəlmək vacibdir! Ekskursiyanın 4 saat davam etməsinə baxmayaraq, dequstasiya üçün fasilələr sayəsində yorğunluq hiss olunmur və vaxt sanki bir göz qırpımında keçir.
Delikateslər
“Al Rigga” metro stansiyasından başlayan gəzinti Deyranın bir neçə rəngarəng məhəllələrini əhatə edərək “Union” metro stansiyasının ətrafında bitir. Bu perimetrdə İraq, Livan, Misir, İran və digər ölkələrdən gəlmiş insanlara məxsus xeyli sayda kafe və restoranlar yerləşir. Bu yerlərdə yada saldığımız yeməklərin əksəriyyətini siz çox asanlıqla tapa bilərsiniz.
Əgər siz fikirləşirsiniz ki, Yaxın Şərq mətbəxi şaurma, kabablar və plov deməkdir, o zaman gözlənilməz kəşflərə hazır olun. Sabunotu kökündən desert, limonu-çəhrayılı rəngdə əriştə və zəfəranlı dondurma nəyə desən dəyər!
Falafel
Falafel ən məşhur Yaxın Şərq mətbəxi təamlarından biridir. Noxud əvvəlcə üyüdülərək ədviyyat əlavə olunur, daha sonra kürəciklər düzəldilərək yağda qızardılır. Falafel də türk şaurması kimi bütün dünyada geniş yayılmış küçə mətbəxi yeməklərindəndir.
Bu yeməyin əvvəlcə Misirdə əmələ gəlməsi, tezliklə Levanta ölkələrinə (Suriya, Fələstin, Livan və s.) yayılması ehtimal edilir. Sadə falafelə adətən təzə cəfəri və keşniş toxumu əlavə edirlər. Dubayda, həmçinin Çili bibəri ilə içlikli mahşi falafelinin, sumağ, ədviyyat və soğanlı şattanın dadına baxa bilərsiniz.
Falafel
Bəzən falafel kürəciklərini ayrıca boşqabda süfrəyə verirlər. Lakin əksər hallarda falafelin fastfud şəklində, kahı yarpağı və xırda doğranmış tərəvəzə sous əlavə edilərək kökə, yaxud da lavaş arasında təqdim edilməsinə rast gəlinir. Lavaşla olan halda kürəcikləri lavaşın üstündən əllə sıxıb əzmək məsləhət görülür.
Humus
Humus
Yaxın Şərq mətbəxinin populyar sousu və ya yaxmacı – humus da bişmiş noxud və ya digər paxlalılardan üyüdülərək hazırlanır, “tahini” küncüt pastası, zeytun yağı, limon şirəsi və ədviyyat əlavə edilir. Məsələn, bizə Deyrada humusu yaşıl bibər, sarımsaq və limon sousu ilə təklif etdilər. Tatbela qəlyanaltısını siz BƏƏ-nin əksər otellərində səhər yeməyinin menyusunda görə bilərsiniz.
Ful medames
Ful medames
Ful medames və ya sadəcə ful bişmiş at paxlasından hazırlanan raqudur. Yemək süfrəyə bitki yağı, zirə, zövqə görə xırda doğranmış cəfəri, soğan, limon şirəsi, Çili bibəri və digər ədviyyatla verilir. Misirdə əsas ərzaq məhsulu olan ful min illər bundan əvvəl əmələ gəlib. Ful medames, həmçinin bir sıra ərəb, Yaxın Şərq və Afrika mədəniyyətlərinin mətbəxinin bir hissəsi hesab edilir. Bu yeməyə də siz BƏƏ-nin hər bir otelinin səhər yeməyi menyusunda rast gələ bilərsiniz.
Sarımsaqlı “Toum” sousu
Toum sousu
Əgər siz Deyrada gəzərkən Livan restoranına girmək qərarına gəlsəniz və hansısa əsas yemək sifariş versəniz, o zaman yəqin ki, onun yanında sizə sarımsaqlı ağ “thoom” sousu (sarımsaqlı ayoli) təqdim edəcəklər. Livanda bu, “toum” adlanır, ərəbcə sarımsaq deməkdir. Sarımsaqlı sous mayonez və ya xamaya bənzər, sarımsaq və limon şirəsi ətrini verən ağ kremli teksturaya malikdir. Sous ət yeməkləri ilə, xüsusən toyuq şaurması, qızardılmış toyuq, barbekü və toyuq kababı ilə yaxşı uyğunlaşır.
Kunafa
“Nabulsi” pendiri ilə, “kataifi” şirin əriştəsindən olan içliklə əridilmiş yağda hazırlanan piroq kunafa adlanır. “Nabulsi” Suriyada, Livanda və İordaniyada populyar olan ağ pendirdir. Qoyun, inək və ya keçi südündən hazırlanır. Yarıbərk teksturaya malik pendir qızdırılanda yumşaq və elastik olur.
Deyranın restoranlarından birində bu desertin hazırlanma prosesini bütünlüklə izləmək bizə nəsib oldu. Qənnadçı əvvəlcə dairəvi tavanı kərə yağı ilə sürtür və üstdən az miqdarda döyülmüş qoz səpir. Sonra aşpaz əriştəni əlləri ilə yaxşıca əzərək qalın qatla yağın və qozun üzərinə qoyur. Sonda qalın qatla pendir ovuntusu səpilir. Daha sonra qaz plitəsinə vam odda bişirilməyə göndərilir. Qənnadıçı vaxtaşırı tavanı fırladır, şirniyyatın kənarlarını tavadan ayırır. Piroq qızarana yaxın aşpaz onu digər tavaya çevirir. Pendir altda, qızaran hissə isə üstdə qalır. Kunafa yenidən sobaya qoyulur. Qənnadıçı çömçə ilə şəkər siropunu üstdən tökür və bir neçə dəqiqədən sonra piroq hazır olur.
Kunafa
Şirniyyat çox dadlı və şirnisi qaydasında alınır: ərinmiş dartılan pendir qaymaq dadı verir, əriştə isə dişlərin arasında xırçıldayır.
“Natef” kremi
“Natef” kremi qeyri-adi şirniyyatdır. Onu “kremli zefir” də adlandırırlar. Görünüşü və dadı şəkərlə möhkəm çırpılmış yumurtanın ağını xatırladır. Tərkibində nə yumurta, nə də qaymaq, hətta südün də olmaması təəccüb doğurur. Bu şirniyyat sabunotunun köklərindən hazırlanır.
Natef
Bundan ötrü sabunotunun kökü suda qaynadılır. Alınan həlim soyudulur, köpüklənənədək mikserlə çalınır, tədricən qızılgül suyu və limon şirəsi əlavə edilmiş şəkər siropu qatılır.
“Natef” peçenye, paxlava və digər şirniyyatlarla yanaşı süfrəyə verilir. Adətən peçenyeni “natef” kreminə batırıb çayla içirlər.
Fətir
Qədim Misir piroqu olan fətir (“feteer”) möhkəm bükülmüş pitsanı xatırladır. Hesab edilir ki, fransızlar məmlüklərlə birgə Avropaya keçən fətirin dadına baxandan sonra kruasanı icad etməyə ruhlanıblar.
Deyrada təkcə bu ləzzətli piroqun dadına baxmaq deyil, hazırlanmasını da izləmək mümkündür. Adətən onu kişilər hazırlayır. Qənnadıçı yayılmış xəmiri nazik və şəffaf olanadək dəfələrlə havada fırladır.
Fətir
Sonra xəmirin bir hissəsinə içlik qoyulur. İçlik müxtəlif növdə – Mosarella pendiri, tərəvəz, “ras” və ya “roomi” növlü Misir pendiri ilə olur. Daha sonra piroqun üstü xəmirin digər hissəsi ilə örtülərək sobada bişirilir. Bizim dadına baxdığımız fətir dana basdırması ilə olan içlikdən hazırlanmışdı.
Hazır piroq Çili bibərindən hazırlanmış acı şatta sousu ilə süfrəyə verilir.
Masquf
İraq masqufu nar patkası ilə şirələnmiş yüngül hisə verilən balıqdır. Ənənəvi olaraq bu yemək tonqalın yanında hazırlanır. Biz masqufun dadına Deyranın İraq restoranlarından birində baxdıq. Burada yeməyin açıq ocağın yanında bişirilməsi üçün əla şərait yaradılmışdı: odadavamlı şüşənin arxasında əsl odundan od qalanır, elə onun yanındaca balıq hisə verilir. Masquf üçün adətən karp, çapaq, xek və digər balıq növləri istifadə olunur. Hisə verilməmişdən əvvəl balıq iki yarı hissəyə bölünür və şaquli şəkildə, içi ocağa tərəf odun yanına söykədilir. Bir müddətdən sonra balığın üstünə nar patkası çəkilir və hazır olanadək bişirilir.
Masquf
Masqufla yanaşı stola təndir çörəyi, ambu (manqo şorabası, sirkə, xardal, sarıkök, Çili bibəri və şambaladan hazırlanan sous), pomidor, sumaq və reyhan verilir.
Faluda
Faluda (faloodeh) – sorbetə bənzəyən ənənəvi İran soyuq desertidir. Soyudulmuş siropla nişastadan hazırlanan nazik vermişel qızılgül suyu və laym şirəsində qaynadılır. Bəzən bu desert döyülmüş fıstıqla, yaxud bizə təklif edildiyi kimi ənənəvi İran zəfəranı və dondurma ilə təqdim olunur.
“Radisson Blu Hotel, Dubai Deira Creek” – yemək vadisi
Deyraya qastrotur başa çatdı, lakin dünya xalqlarının mətbəxi ilə tanışlığımız bizim qaldığımız “Radisson Blu Hotel, Dubai Deira Creek” otelində gözlənilmədən davam etdi. Mehmanxana Deyranın mərkəzində, “Union” metro stansiyasının yanında, Krik su kanalının mənzərəli sahilində yerləşir. Otelin nömrəsinin eyvanından sahilboyu bulvara maraqlı bir mənzərə açılır. Turistlərlə dolu gəzinti gəmiləri və ərəblərdə ənənəvi olan taxta qayıqlar bir-birinin ardınca sahildən yola düşür.
Radisson Blu Hotel, Dubai Deira Creek
Yerləşdikdən sonra öyrəndik ki, bizim beşulduzlu otel görməli yerlərdən biri – qurmanlar üçün əsl Klondayk hesab edilir. Birincisi, otelin ərazisində 11 ictimai iaşə müəssisəsi yerləşdirilib. Buraya müxtəlif tematik “İsveç masaları”, həmçinin yapon, Çin və İran mətbəxi, habelə təzə dəniz məhsulları ilə bəzədilən beynəlmiləl restoran daxildir. Restoranlar təkcə otelin müsafirləri ilə deyil, sadəcə ağzının dadını bilənlərlə – yaxşı yeməkləri dəyərləndirənlərlə daim doludur. İkincisi, “Radisson Blu Hotel, Dubai Deira Creek” Dubayda qonaqlara “tam pansion” konsepsiyası təklif edilən nadir otellərdən biridir. Bu opsiya ilə yaşayışı seçən müsafirlər oteldə istədikləri restoranda qidalana bilərlər. Onlar, həmçinin “Al Mansour Dhow” otel gəmisinin göyərtəsində Krik kanalına şam yeməyinin də daxil edildiyi kruizə yollana bilərlər.
Bizim tanış olduğumuz ilk restoran “Boulvar” idi. Biz səhər yeməyində çox gözəl qəlyanaltılar, əsas yeməklər və ləzzətli desertlər seçdik. Gecə-gündüz fəaliyyət göstərən bu restoran dünyanın müxtəlif guşələrinin ekzotik yeməklərinin təqdim edildiyi xüsusi tematik süfrəli “İsveç masası” sayəsində çox populyardır. Livan, Hindistan və ərəb mətbəxinin ləziz təamları burada təzə dəniz məhsullarından ustalıqla hazırlanmış yeməklərlə yanaşı verilir.
“Minato” restoranı
Şam yeməyində biz “Minato” restoranına – Deyradakı yapon restoranlarının ən yaxşısına baş çəkdik. Restoranda teppanyaki masası, suşi-bar və tatami döşənmiş ayrıca otaqları olan ənənəvi yapon süfrə zonaları təqdim edilir. Suşi, saşimi, qaymaqlı bulyonlar və bir çox ənənəvi yapon mətbəxi təamları bu restoranda öz müsafirlərinin yolunu gözləyir. Teppanyaki masası ziyarətçilərə yeməyin hazırlanma prosesini canlı izləmək fürsəti verir: aşpazlar yeməyin bişən səthini alovlandırır və ərzaqlarla jonqlyorluq edərək qonaqlara əsl şou göstərirlər.
Ertəsi gün bizə “Aseelah” Yaxın Şərq mətbəxi restoranı ilə tanışlıq nəsib oldu. Bu restoran özündə ərəb mədəniyyəti və qonaqpərvərliyini müasir tərzdə birləşdirir. Yeməklərin təqdimatı “İsveç masası” prinsipinə uyğun qurulub, burada əsl Yaxın Şərq mətbəxinin nümunələri təqdim olunur. Ziyarətçilərin gözü qarşısında çörək bişirilir, restoranın həyətində manqalda kabab hazırlanır, şişdə isə bütöv qoyun qızardılır. Paxlava və rahatluqum çeşidləri göz qamaşdırır. Buradan heç kim ac getməyəcək!
“Minato” restoranı
Axı “Radisson Blu Hotel, Dubai Deira Creek” otelində İran mətbəxinə aid “Shabestan”, “Sumibiya” Koreya restoranı, “Fish Market” balıq restoranı və s. var. Bunların hamısını bir səfərdə ziyarət etmək qeyri-mümkündür. Vacib işlərinizi yerbəyer edin və tam sürətlə irəli!
“Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.
Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə – çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.
Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Elə bir şəhər düşünün ki, ildə hər 100.000 vətəndaşından 159 – u cinayətə qurban gedir. Hondurasdakı bu rəqəmlər San Pedra Sulanı dünyanın ən təhlükəli şəhəri etməyə kifayət edir. Son dərəcə ciddi yoxsulluqla savaşan bu şəhərdə qrupların narkotik davaları arasında qalan xalq küçəyə çıxmağa belə qorxur. Şiddət elə böyük həddə gəlib ki, ölkədə mövcud olan ABŞ sülhməramlı qüvvələri belə dayana bilməyib bu şəhəri tərk etmək məcburiyyətində qalmışdır.
2) Ciudad Juarez (Meksika)
Ciudad Juarez
Meksikanın ABŞla sərhədində yerləşən bu şəhər dünyanın narkotik mərkəzi olaraq adlandırılır. 2012 – ci ildə Ciudad Juarezdə cinayət səviyyəsi 57% – ə qədər düşdü və Meksika üçün sevindirci bir hal yarandı. Düşünün ki, cinayət səviyyəsinin bu qədər aşağı düşməsi belə şəhərin ən təhlükəli şəhərlər siyahısında 2 – ci sırada olmasına əngəl olmadı. Qruplar arasında tez – tez silahlı qarşıdurmalar yaşanması ilə yanaşı, kəndlilər arasında da balta, çubuq və s. kimi primitiv alətlərlə davalar baş verir.
3) Caracas (Venesuella)
Caracas
Narkotik qaçaqçılığının mərkəzlərindən biri olan bu şəhər dünyanın ən təhlükəli yerlərindən biri sayılır. Çox böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, Venesuellada yoxsulluq ən mühüm problemlərdən biridir. Bu cənnət şəhərdə küçələr turistlər üçün çox təhlükəlidir. Hər küçə başında döyülərək soyulmuş insanlara rast gəlmək mümkündür.
4) Moqadişu (Somali)
Moqadişu
Aclığın və fəlakətin geniş şəkildə yayıldığı şəhərdə bütün bu problemlərə üstəlik daxili müharibələr də əlavə olunduqda yaşamağın mümkünsüz olduğu bir vəziyyət yaranır. Şəhərin böyük bir hissəsi qatı İslamçıların idarəsindədir. Onların da Əl Qaidə terror təşkilatına xidmət etdiyini nəzərə alsaq, dünyanın ən çox bomba partlayan şəhərlərindən biri olması qaçınılmazdır. Adam qaçırma və terror bölgədəki ən böyük problemdir. Şərait belə olduqda insanlar yavaş – yavaş şəhəri tərk etmək məcburiyyətində qalırlar.
5) Bağdad (İraq)
Moqadişu
ABŞ işğalından sonra vəziyyətinin heç cürə normallaşa bilmədiyi, müharibələrdən yorğun düşmüş bir şəhər – Bağdad. Heç kimin heç kimə inanmadığı bu şəhərdə insanlar bombalarla yaşamağa öyrəşmiş vəziyyətdə olsalar da , demək olar ki, hər gün bir yerdə partlayan bombalar və şiddət hadisələri xalqı bezdirib. Şəhərdə inanılmaz bir xaos mühiti yaranmışdır.
6) Maceio (Braziliya)
Maceio
Turizm mərkəzlərindən biri olan bu şəhər 100.000 nəfərə düşən 135 cinayətlə Braziliyanın ən təhlükəli şəhəridir. Cinayətkarların əsas cinayət obyektlərinin turistlər olduğunu nəzərə alsaq, bu bölgəyə getməyi düşünənlərin qərarlarını yenidən nəzərdən keçirmələri faydalı olar.
7) Karaçi (Pakistan)
Karaçi
Pakistanın ən böyük şəhəri olan Karaçidə siyasi iqtidarsızlıq, yüksək cinayət səviyyəsi və İslami terror səbəbindən yaşamaq hər keçən gün daha çətin hala gəlir. Şəhərdə canlı bomba hadisələri o qədər çox olur ki, sakinlər artıq belə hallar qarşısında təəccüblənmir.Ən vacib problemlərdən biri yoxsulluq olan Karaçidə oğurluq, cinayət və adam oğurluğu sıx şəkildə müşahidə edilir.
8) Acapulco (Meksika)
Acapulco
Meksikanın turizm cənnəti olan Acapulconun ən böyük problemi narkotik təşkilatlarıdır. Dünyanın ən çox cinayət işlənən yerlərindən biri olan bu şəhər hər il milyonlarla turist cəlb etməsinə baxmayaraq, xalq cinayət və narkotik təşkilatlarından boğaza yığılmış vəziyyətdədir. Artıq bu şəhərin sakinləri üçün hardasa öldürülmüş olaraq tapılan birini görmək adi vəziyyətdir.
9) Sana’a (Yəmən)
Sana’a
Böyük bir siyasi qarışıqlığın olduğu ölkədə hər gün artan şiddət hadisələri narahatlığı daha da artırır. Yəməndə, demək olar ki, hər vətandaş silaha sahibdir. Varlı ya da kasıb olmasından asılı olmayaraq, hər kişinin mütləq bir xəncəri vardır. Başda ABŞ olmaqla, bir çox ölkə Yəmənə, xüsusilə, Sana’aya getməməklə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Ölkədə mövcud olan Əl Qaidə terror təşkilatı tez-tez sui-qəsdlər və hücumlar təşkil edərək şəhərin tikan üstdə oturmasına səbəb olur.
10) Cape Town ( Cənubi Afrika)
Cape Town
Dünyanın ən çox turist cəlb edən şəhərlərindən biri olan Cape Town cinayətlərin və oğurluq hallarının yüksək səviyyədə olması səbəbiylə ən təklükəli şəhərlərdən biri sayılır. Varlı bir şəhər olmasına baxmayaraq, gəlirlərin paylaşdırılmasındakı bərabərsizlik xüsusilə şəhərdəki zənci əhalini cinayətə sövq edir. Mənşələri Avropaya söykənən ağ əhali şəhərin ən lüks bölgələrində ,yerli xalqın böyük bir qismi isə xəstəliyin və çirkabın ən çox yayıldığı komaya bənzər yerlərdə yaşayır. Hətta bu bölgələrin çoxunda elektrik və su kimi zəruri ehtiyacların olmadığı yerlər də var. Oğurluq, cinayət, adam oğurluğu və təcavüz kimi halların yüksək olduğu bu şəhərdə xüsusilə, gecələr qadınlar üçün olduqca təhlükəlidir.
Dünyada hər gün bir-birindən hər cəhətdən fərqli və rəngli bir çox festival keçirilir. Festivallar artıq insan həyatının bir parçası olub. Ama bu festivallar yalnız insanlar üçün deyil. Əlbəttə, bütün yaşayan canlıların xoşbəxt və azad yaşamağa haqqı var. Bu inanca əməl edən yeganə yer Meymun Süfrəsi festivalı ilə məşhur olan Taylanddır. Bu festivala Londonun Guardian redaksiyası ən qəribə festival mükafatını vermişdir. Festivalın əsl məqsədi isə Taylandda xarici turizmi artırmaqdır.
Meymun Süfrəsi Festivalı
Bu qəribə festival Taylandın mərkəz bölgəsində yerləşən Lopburi əyalətinin Pra Prang Sam Yot məbədində keçirilir. Banqkokdan təxminən 150 km şimalda yerləşir. Lopburi həm də Meymun qəsəbəsi olaraq da bilinir, çünki bu şəhərdə saysız hesabsız meymun yaşayır. Əvvəllər şəhər ətrafında yaşayan meymunlar, zaman keçdikcə Pra Prang Sam Yot məbədinə köçmüşlər. Yavaş-yavaş məbədə öyrəşən və getdikcə cəsurlaşan meymunlar, indi şəhərin mərkəzinə qədər gedirlər. Meymunları telefon dirəklərinin kabellərindən asılı vəziyyətdə tapmaq mümkündür. O qədər cəsurlaşıblar kı, istər turist, istərsə də yerli insanların əllərindəki hər cür yeməyi oğurladıqları da görülür.
Meymun Süfrəsi Festivalı
Festival hər il noyabr ayının son həftəsonundə qeyd olunur. Bir turist yığıncağının olmasıyla yanaşı, artıq yerli xalqın da marağına səbəb olmuşdur. Bu inanca görə Lopburi insanları meymunlara yemek verməlidirlər. İnsanlar, bu meymunların turistlərin diqqətini cəlb etdiyinə və bunun sayəsində də iqtisadiyyatın canlanacağına inanirlar. Meymunlara, onların şərəfinə hazırlanan meyvə, yumurta, banan yemələrinə icazə verilir. Təxminən 2000 meymun var və bu festivalda 2 ton meyvə, tərəvəz, dondurma, alkoqolsuz içkilər, süd, qızardılmış sosis hazırlanır.
Meymunların, geridə qoyduğu dağınıqlıqdan başqa, onların şəhərə zərərli olduğu düşünülməz, çünki meymunların onlara rifah gətirdiyini düşünərlər.
Burano Adası , Venedikin 11 km şimalında yerləşən, 3500 əhalisi olan kiçik bir adadır. Keçmişdə balıqçılıq ilə özünü keçindiren Burano’nun bu gün ən əhəmiyyətli dolanışıq qaynağı turizmdir. Burano adası, rəngli evləri və bağ sənətiylə məşhurdur.
Burano
Bir zamanlar balıq tutmaqdan qayıdan ada sakini kişilərin, evlərini çaşıb başqa evlərə girməsinlər deyə evlər fərqli rənglərə boyandı, bu adanın nə səbəblə beləsinə rəngarəng olduğu tam olaraq bilinməsə də, bu hekayə də qulağa xoş gəlir.
Burano
Göyqurşağının bütün rəngləri bu adada vardır. Burano’da demək olar ki, hər evin qarşısında mütləq özünə aid və evlə eyni rəngdə olan qayığı var. Qonşularına belə bəzən bu qayıqlarla gedən ada xalqı, evinin dolanışığını də bu qayıqlarla balıqçılıq edərək təmin edir. 10-12 yaşlı uşaqlar və yaşlı qadınlar da bu qayıqlardan rahatlıqla istifadə edə və ada içində gəzintiyə gedə bilir, evə alış-veriş edirlər.
Burano
Burano’nu digər adalardan ayıran bir digər xüsusiyyət də krujeva ilə məşhur olmasıdır. Burano’nun dar küçə aralarında gəzinti edərkən sağlı-sollu sıralanan bir çox kiçik dükanda krujeva (dantel) satıldığı görülür. 1872-ci ildə adada krujeva işləməyi öyrətmək üçün məktəb da açılmışdır. Krujeva iynə ilə işlənir və krujevalı paltarlar olduqca bahalı satılır.
Baqan, köhnə adı Paqan,Myanmada, Mandalay bölgəsində antik bir şəhərdir. IXəsrdən XIIIəsrə qədər şəhər, bölgəni birləşdirən ilk krallıq olan və günümüzdəki Myanmanın meydana gəlməsinərolu olan Paqan Krallığının paytaxtı idi. Krallığın zirvəsinə çatdığı XI və XIIIəsrlər arasında yalnız Baqan düzənliklərində inşa edilən 10.000–dən çox Buddist məbədi, paqoda və monastırda qalan 2.200–dən çox məbəd və paqoda indiki vaxtda hələ də ayaqda dayanmaqdadır. Baqan Arxeologiya Bölgəsi ölkənin yeni inkişaf etməkdə olan turizm sektorunun təməl xəttini meydana gətirməkdədir.
Bura bir çox adam tərəfindən Kambocada olan Angkor Vat kimi cəzbedici qəbul edilməkdədir. Baqan, tamamilə dini təhsilin verildiyi eyni zamanda Birma məbəd dizaynına qatqı verən möhtəşəm arxitekturaya sahib binalarıyla gözə dəyməkdədir. Baqan məbədləri iki şəkildə təsnif edilir ki bunlar; Stupa tərzi adı verilən tək parça məbədlər və gu tərzi adı verilən oyuq-çuxur formalı məbədlərdir. Bir Stupa və ya digər adıyla bir paqoda, içində tipik olaraq bir müqəddəs əmanət otağı saxlayan tək parçadan ibarət bir quruluş formasıdır. Baqan Stupa və ya paqodaları erkən dövr Pyu dizaynından inkişaf edərək ortaya çıxmışlar. Orijinal Hind dizaynı ilk olaraq Pyular tərəfindən alınaraq yenidən biçimləndirilmiş və sonrasında birmalılar tərəfindən Baqanda tədrici olaraq daha uzun və silindr formalı bir quruluşla yaradılmışdır. Bupaya Paqodası (IX əsr) kimi ən erkən Baqan Stupalar Sri Ksetradaki Pyu tərzinə əsaslanır. Stupaların əksinə, gu tərzi içi çuxurlu məbədlər meditasyon və Buda və digər ayinlərə bağlılığın yerinə yetirilməsi üçün yaradılmış strukturdur. Əsas xüsusiyyətləri kəmər və dam kəməri kimi xarakterizə edilən, formalı məbədlər, Baqan dövrü boyunca genişlədilmiş və ehtişam verilmişdir. Çuxurlu Gu tərzinin bir nümunəsi olan Baqanın ikinci ən yüksək məbədi olan iki mərtəbəli Gavdavpalin Məbədinin girişə görə, yuxarıya doğru dörd, aşağıya doğru isə üç ədəd tərası var.
Baqan Arxeologiya Muzeyi: Baqan Arxeologiya Bölgəsində olan tək muzey, min ildir orada olan sahənin özüdür. Üç mərtəbəli muzey evlərində Birmanın Myazedi yazı, Rosetta daşı kimi bir sıra nadir olan Baqan dövrü nümunələri sərgilənməkdədir.
Görünür dünyada ən təmiz və sakit yer tapılıb. Hollandiyada yerləşən Qitxorn kəndinin bir özəlliyi var-burada maşın və ya avtobuslardan istifadə olunmur. Səbəbi isə burada avtomobillərin hərəkəti üçün yolların olmamasıdır. Qitxornda əsas nəqliyyat vasitəsi kiçik qayıqlardı. Nahaq yerə buranı Hollandiyanın Venesiyası adlandırmayıblar.
Qitxorn
Kənd 1230-cu ildə ölkənin cənubundan gələn məcburi köçkünlər tərəfindən aşkar olunub. Onların diqqətini ilk cəlb edən isə saysız-hesabsız keçi buynuzları olub. Kəndin adı da buna əsasən yaranıb.
Qitxorn
Kənddə həyat çiçəkləndikcə, insanlar çoxaldıqca tapıntılar da artıb. Tədricən bu ərazilərdən insanlar torf aşkar ediblər. Bu insanların sevincinə səbəb olub və onlar çoxlu qazıntılar aparıblar. Zamanla qazıntı yerləri su ilə dolub və kiçik göllərin, kanalların yaranmasına səbəb olub.
Qitxorn
Kənd turizm aləmində 60-ci illərdə tanınmağa başladı. Buna səbəb rejissor Bert Xaanstranın bu kəndi öz filmində çəkməsi səbəb olub.
Viv üçün səhəh yeməyi bir stəkan süd, yağla çörək, hansı ki, çörəyin üzərinə müxtəlif şirnili (şokolad, vanil, karamel ) toz səpirlər. Hollandiyanın turizmə aid vebsaytı hollandların gündəlik rasionunda 750 000 çörək dilimindən istifadə etdiyini qürurla nümayiş etdirir. Hollandların sevimli yeməyi olan şirin konditor tozu səpilmiş çörək həmin tozları istehsal edən şirkətləri olduqca məşhurlaşdırıb.
Uşaqlar
Emili Katumba (Emily Kathumba), 7 yaş , Çitedze ,Malavi.
Emilinin səhər yeməyinə aiddir : qarğıdalı unundan hazırlanmış sıyıq , şirin kartof və boranı ilə qızardılmış piroşkilər . İmkan olanda Emili bütün uşaqlar kimi səhərlər şirin çay içməyi sevir.
Birtanın “xafraqautur” adlı yulaf sıyığı İslandiyada ənənəvi səhər yeməyi hesab olunur. Həmin sıyıq su və ya süddə bişirilir və adətən qəhvəyi şəkər, kərə yağı , meyvələr və turşumuş südlə birlikdə süfrəyə təqdim olunur. Birta həmçinin hər səhəh balıq yağı qəbul edərək gündəlik D vitamininə olan ehtiyacını ödəyir.
Filipp Kamtenqo (Phillip Kamtengo) və Şellin Kamtenqo (Shelleen Kamtengo), 4 yaşlı ekizlər, Çitedze, Malavi.
Filipp və onun əkiz bacısı günə qarğıdalı unundan hazırlanmış şirin çörəklə başlayırlar. Əkizlərin və onların bacı-qardaşlarının səhər yeməyinə həmçinin şirin qara çay və kartof soyutması da daxildır.
Natanel Vitşi Pikar (Nathanaël Witschi Picard), 6 yaş , Paris.
Onun adi məktəb günündə səhər yeməyi kivi , tartin, qarağat mürəbbəsi ilə yaxma , bir stəkan təzə sıxılmış portağal suyu və süddən ibarətdir.
Arisiya Dominika Ferreyra (Aricia Domenica Ferreira), 4 yaş və Xakim Xorxe Ferreyra Qomes (Hakim Jorge Ferreira Gomes), 2 yaş San Paulo, Braziliya.
Arisiyanın çəhrayı fincanında şokoladlı süd, qardaşının fincanında isə kofe var. Braziliyalı valideynlər hesab edirlər ki, kofe uşaqlara məktəbdə diqqətini toplamağa kömək olur. Buna görə də burdakı uşaqlar hələ kiçik yaşlarından kofe içməyə vərdiş edirlər.
Öykü Özerslan, 9 yaş, İstanbul.
Öykünün səhər yeməyinə daxildir: qara çörəklə zeytun , Nutella , pomidorlar, yumurta, çiyələk mürəbbəsi, çörəyə batırılmış kərə yağı və müxtəlif növlərdə tük pendirləri.
Xoki Xayaşi (Koki Hayashi), 4 yaş , Tokio , Yaponiya.
Xoki səhər yemək kimi yaşıl bibərlə kuncut və lobya sousunda qızardılmış quru balıq, lobya sousu ilə qarışdırılmış çiy yumurta düyü ilə, miso şorbası, üzüm, armud və süd qəbul edir.
Onun səhər yeməyi “natto” adlı fermentləşdirilmiş soya xörəyi, miso şorbası, ağ düyü, “kaboça” adlı yapon boranısının püresi, marinə edilmiş xiyar, hansı ki , yumurta omletinə bükülüb (tamaqoyaki) və bir hissə qızardılmış qızılbalıq.
Şimal bölgəsinə istirahətə gələn turistlər daha çox kənd yerlərində fərdi yaşayış evlərində qalmağa üstünlük verirlər.
Şimal bürosunun verdiyi məlumata görə, turistlərin otellərə marağı azalıb, onlar kənd yerlərində fərdi yaşayış evlərini kirayələyərək istirahət edirlər.
Belə kəndlərdən biri də Quba-Qonaqkənd yolunun üstündə yerləşən Təngəaltı kəndidir. Burada evlər müasir tipli təmir olunub və turistlərin qalmaları üçün şərait yaradılıb. Bəzi evlərdə internet şəbəkəsi də quraşdırılıb.
Ev sahibləri bildiriblər ki, şimal bölgəsində həm yerli, həm də əcnəbi turistlərin iyun ayının əvvəllərindən başlayaraq oktyabr ayına qədər istirahət etdiklərini bildiriblər. Ev sahibləri əlavə ediblər ki, qiymətlərin münasib olması səbəbindən istirahətə gələnlər narazılıq etmirlər.
Kənd yerlərindəki fərdi yaşayış evində qalmağa üstünlük verən turistlər adının və görüntüsünün çəkilməsini istəməsələr də, otellərin qiymətlərinin münasib olmadığını, otellərdə xərclərinin daha çox çıxdığını və otellərdə qalmağın fərdi yaşayış evlərindəki istirahətin yerini vermədiyini deyərək bu addımı atdıqlarını bildiriblər.
Kənd sakinləri yol kənarında həyət və bağlarında becərdikləri məhsulları satışa çıxarırlar. Gələn qonaqlar və turistlər bu təbii məhsullarla maraqlanaraq onlardan alırlar.
Satıcılar isə turizmin inkişafında “informator” rolunu oynayır. Belə ki, gələn turistlər kirayə evlər və gəzməli-görməli yerlər barədə onlardan informasiya alırlar.
Xatırladaq ki, Qubada 3 turizm marşrut xətti var. Bunlar Quba-Qonaqkənd, Quba-Xınalıq və Quba-Alpan-Susay turizm marşrut xətləridir.
Quba-Qonaqkənd yolu Quba-Qonaqkənd-Qızmeydan-Şamaxı yolunun bir hissəsidir.
Həmçinin Quba-Qonaqkənd yolu üzərində Afurca şəlaləsi, Güləzi şəlaləsi, (kiçik şəlalə), Qonaqkənd qəsəbəsi, Xaltan istisuyu və digər çox sayda əsrarəngiz təbiəti olan yerlər var.