Ev Blog Səhifə 213

IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

0
Anlaşma Memorandumu

İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub.

Görüşdə IDEA ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Zurab Pololikaşvili arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ÜTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb.

Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə IDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirib. Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini müzakirə ediblər.

ANTALYA GURAL PREMIER BELEK 5* QAYNAR TURLARIN – GO TRAVEL

0
ANTALYA GURAL PREMIER BELEK 5*

? ?ANTALYA GURAL PREMIER BELEK 5* QAYNAR TURLARIN QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK.

? 2 BÖYÜK – 2200 USD
? 2 BÖYÜK 1 UŞAQ – 2500 USD
? 2 BÖYÜK 2 UŞAQ – 3390 USD
? 4 BÖYÜK – 4280 USD
Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (5 gecə / 6 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)
? – Tarix 17 – 22 IYUL ayı üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır

0
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır

ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Reuters” agentliyinə ABŞ administrasiyasından mənbələr bildirib.

Onların sözlərinə görə, regiona əlavə qoşunların göndərilməsi İranın Oman körfəzində iki tankerə hücum etməsi ilə əlaqədardır. Mənbələr əlavə qoşunun sayı və göndəriləcək tarixi barədə məlumat vermir.

Dubaya qayıdış-2

0
Dubay

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir.

Dubay

“The Green Planet” – meqapolisin mərkəzində biogünbəz

“Dubai mall” yaxınlığında yerləşən “City Walk” alış-veriş məkanında əsl tropik meşə yaradılıb. “The Green Planet” («Yaşıl planet») regionda ilk biogünbəzdir. Onun içində bioloji müxtəlifliyi ilə birlikdə tropik meşə ekosistemi yaradılıb. Burada təbii şəraitə uyğunlaşdırılmış qapalı tropik mühitdə yaşayan 3 mindən çox bitki və heyvan növü toplanıb. Ekosistemin mərkəzində 25 metr hündürlüyündə dünyada ən böyük süni ağac quraşdırılıb, ona quş yuvaları bərkidilib, epifit bitkilər əkilib.

Kənardan “The Green Planet” bir neçə mərtəbədən ibarət müasir binanı xatırladır. Binanın mərtəbələri burada məskunlaşmış sakinlərlə birlikdə tropik meşənin çətir, orta, alt və su basmış hissələrini təmsil edən yaruslardır.

Dubay

Birinci mərtəbədə içərisində balıqlar üzən kiçik nohur, divar boyu isə akvarium yerləşir. Amma biogünbəzə gələnlər əvvəlcə liftlə ekspozisiyanın başlandığı ən yuxarı mərtəbəyə qalxır və tropiklərin heyvanlar aləmi ilə tanışlığa buradan başlayırlar. Tələsmədən gəzişərək yavaş-yavaş aşağı mərtəbələrə enirlər.

Məncə, biogünbəzin ən maraqlı sakinləri quşlardır: adama elə gəlir ki, təşkilatçılar planetimizin ən gözəl quşlarını bura toplayaraq əsl cənnətməkan yaradıblar. Onların arasında tukanlara, suquzğunlarına, kaik tutuquşularına, Kuba amazonuna, nəcib yaşılımtıl-qırmızı tutuquşuya, giasint rəngli araya və s. təsadüf olunur. Heyvanlardan meymunlar, o cümlədən ərincəklər, oxlu kirpilər, kisəli uçaq mişovullar, kərtənkələlər, ilanlar, habelə cürbəcür həşəratlar və s. var. Avstraliya ekosisteminin müxtəlifliyinin təqdim olunduğu alt mərtəbədə Qoanna kərtənkələsi və ya alabəzək çöl kərtənkələsi, vallabi-antilop, naxışlı piton, qara kakadu və s. saxlanılır.

Yaşıl planet

“Yaşıl planet”in qonaqlarını gün ərzində müxtəlif şoular gözləyir. Məsələn, saat 4-də piranyaları yedirirlər. Həmin vaxt burada saxlanılan min ac piranyanın toyuq ətlərini bir anda neçə aşırdığına tamaşa etmək olar. Sonra tukanlar və tutuquşularla birlikdə şəkil çəkdirmək, yaxud piton və skolopendranı əldə tutmaq mümkündür.

“Yaşıl planet”də gəzməyin qiyməti 115 dirhəmdən (təqribən 31 dollar) başlayır. Əgər biletləri onlayn sifariş etsəniz, bu sizə 99 dirhəmə (təqribən 26 dollar) başa gələr. “Yaşıl planet” hər gün səhər saat 10-dan axşam saat 7-dək işləyir.

Dubay

“Dubai Frame” – çərçivəyə alınmış şəhər

Dubayın Bürc Xəlifə qülləsində yerləşən ən hündür müşahidə meydançasından sizə danışmışdıq. İndi isə şəhərin ən orijinal müşahidə meydançasından – Dubayın qədim və yeni hissələrinin qovuşuğunda yerləşən “Dubai Frame”dən (Dubay çərçivəsi) danışacağıq.

Tikintisinə 250 milyon dirhəm (təqribən 69 milyon dollar) xərclənmiş “Dubai Frame” təpə hissələri 93 metrlik körpü ilə birləşdirilmiş 150 metr hündürlüyündə iki şüşə qüllədən ibarətdir. Müşahidə meydançasından şəhər ovuc içi kimi görünür. Bir tərəfdən müasir Dubaya – günəşin şüaları altında bərq vuran göydələnlərə və Şeyx Zayed şosesinə mənzərə açılır, digər tərəfdən Köhnə şəhərin rəmzi olan Deyra, Ümm Hurair və Karama rayonları görünür.

Dubay

Binanın aşağı mərtəbəsində Dubayın inkişaf tarixinə həsr olunmuş muzey yerləşir. Burada qonaqlar sanki şəhərin keçmişinə səyahət edirlər. Proyeksiyalar, xüsusi effektlər, qoxular və dinamika reallıq hissi yaradır. Keçmişin qalereyası Əmirliyin təkamülündən, onun tarixindən danışır, Köhnə şəhəri göstərir. Bütün bunlar ən müasir texnologiyaların, o cümlədən üçölçülü təsvirlərin köməyi ilə təqdim olunur. Müasir texnologiyalar şəhərin yaşadığı tikinti bumunu da parlaq əks etdirir.

Sky Deck

Sonra qonaqlar yuxarı – Dubayın parlaq indisini təcəssüm etdirən “Sky Deck” müşahidə meydançasına qalxırlar. Müşahidə meydançasının şəffaf divarlarından şimalda Köhnə şəhərin, cənubda yeni Dubayın mənzərələrinə tamaşa etmək olar. Burada interaktiv ekranlar da quraşdırılıb. Ekranlarda Dubayın bir-birindən orijinal tikililəri və görməli yerləri barədə informasiya əldə etmək, binaların layihələrinə 3D rejimində baxmaq olar. Müasir texnologiyalar şəhərin arxitektura, iqtisadiyyat və infrastrukturun inkişafı kimi müxtəlif cəhətlərinin daha yaxşı təqdim olunmasına kömək edir.

Sonra qonaqları daha bir cəlbedici şou gözləyir: Dubayın gələcəyi qalereyası. Qalereyada interaktiv proyeksiyaların və virtual gerçəklik texnologiyalarının köməyi ilə tamaşaçılara meqapolisin 50 ildən sonrakı görkəmi nümayiş etdirilir. Tamaşaçıların dayandığı meydança ekranda nümayiş etdirilənlərə uyğun şəkildə yüngülcə vibrasiya edərək daha güclü təəssürat effekti yaradır.

Dubay

Bura gəlmək neçəyə başa gəlir: yaşlı adam üçün biletin qiyməti 50 dirhəm (təqribən 14 dollar), uşaq üçün 20 dirhəmdir (təqribən 6 dollar). Ahıl, habelə möhkəm ruhlu insanlar (BƏƏ-də fiziki imkanları məhdud olan insanları məhz belə adlandırırlar) və onları müşayiət edən iki şəxs üçün biletlər pulsuzdur. “Dubai Frame” hər gün səhər saat 10-dan axşam saat 7-dək işləyir.

“IMG Worlds of Adventure” – əyləncələr şəhəri

Dubayı ailəvi istirahət üçün bir nömrəli istiqamət adlandırsaq, yanılmarıq. Uşaqları ilə birlikdə istirahət edən insanlar üçün bu qədər əyləncə imkanı yaradılmış yerlər çox azdır. “IMG Worlds of Adventure” dünyada ən böyük örtülü tematik əyləncə parkı, turistlər üçün ən populyar istirahət məkanlarından biridir. Onun tikintisinə 1 milyard dollardan çox vəsait yatırılıb.

Kompleks yeni Dubayın düz mərkəzində təqribən 140 min kvadratmetr ərazidə yerləşir. “IMG Worlds of Adventure” sadəcə parlaq təəssüratlar bəxş etmir. Burada ən mükəmməl beynəlxalq və regional əyləncə mərkəzlərinin təcrübəsi toplanıb, dünyanın ən tanınmış personajları və superqəhrəmanları hökmranlıq edir. 25 konseptual mağaza və 28 iaşə müəssisəsi ilə birlikdə dörd müxtəlif dünya – “Cartoon Network”, “Marvel”, habelə “IMG Group”un orijinal layihəsi – “Lost Valley-Dinosaur Adventure” dinozavrlar parkı və ona bitişik “IMG Boulevard” bir dam altında yerləşir. Kompleksə gələnlər unudulmaz təəssüratlar yaşayırlar.

IMG Worlds of Adventure

Bir bilet gün ərzində 20-dən çox attraksiondan, o cümlədən Amerika təpəciklərindən istifadə etməyə, müxtəlif tamaşalara və 5D-kinoteatrda filmlərə baxmağa imkan verir.

IMG Boulevard

Parkla tanışlıq “IMG Boulevard” zonasından başlayır. Burada həyat daim qaynayır, animatorların və küçə artistlərinin çıxışları təşkil olunur, çeşidbəçeşid dadlı yeməklər təklif edən çoxsaylı kafe və restoranlar, konseptual mağaza və suvenir dükanları işləyir.

Aydın məsələdir ki, “Marvel” zonası komikslər mövzusuna həsr olunub. Burada 100 nəfər üçün nəzərdə tutulmuş “Xalk: Baza Epsilon 3D” innovativ attraksionu yerləşir. Attraksionda dünyada ilk dəfə döyüş səhnələrində iştirak hissi reallığını yaradan panoram proyeksiya ekranlarının və əlavə effektlərin tətbiq edildiyi texnologiyadan istifadə olunub. Sürətsevərlər isə “Hörümçək-adam, Doktor Octopusun qisası” attraksionunu qiymətləndirəcəklər: 400 metr uzunluğunda Amerika təpəcikləri cəsurları ildırım sürəti ilə Nyu-York göydələnləri üzərindən uçurur.

Lakin ən həyəcanverici təpəciklər “İtirilmiş dünya” zonasındadır. Məsələn, götürək “Velotsiraptor” adlı heyrətamiz attraksionu. 1,1 kilometr uzunluğunda olan bu attraksion 2,5 saniyəyə saatda 100 kilometr sürətlə hərəkət edir. Bu, Dubayda ən sürətli və yüksək Amerika təpəcikləridir.

IMG Boulevard

“Yasaq ərazi” adlı attraksiona gələnləri bundan heç də az həyəcan gözləmir. Dinozavrsevərlər tarixdən əvvəlki varlıqların real boyu bərabərində olan, onlar kimi hərəkət edən 70 dinozavr modeli ilə “məskunlaşmış” cəngəlliklərə safaridən böyük zövq alırlar.

Nəhayət, “Yırtıcı” attraksionu dik qüllədən vertikal enmə həyəcanı yaşadır: Yaxın Şərqdə ikinci belə attraksion yoxdur.

Cartoon Network

“Cartoon Network” zonası balacalar üçündür. Burada “Ben-10” cizgi filminin qəhrəmanları Ben və Rukla birlikdə macəralar aləminə baş vurmaq olar. 5D attraksionu müxtəlif duyğu orqanlarını fəallaşdırır və ürəyi tez-tez döyünməyə məcbur edir.

Ora necə getmək olar: park Dubayın mərkəzindən 20 dəqiqəlik yolda yerləşir. Hər gün Dubayın müxtəlif otel və “mall”arından parka pulsuz “shuttle”lar gedir (sizə hərəkət cədvəlini təqdim edirik: https://www.imgworlds.com/language/en/hotel-shuttle-service/).

Parka getmək neçəyə başa gəlir: yaşlı adamlar üçün qiymətlər 285 dirhəmdən (təqribən 77 dollar), uşaqlar üçün 255 dirhəmdən (təqribən 69 dollar) başlayır.

Cartoon Network

Səhrada dəvə belində safari

Dubayda səhraya ekosafari təklif edən yeganə şirkətin – “Platinum Heritage Dubai”nin ekskursiyası gecənin ən maraqlı və maarifləndirici ekskursiyasıdır. Bu şirkət Yaxın Şərqdə səhrada ən yaxşı safarinin təşkilatçısı kimi nüfuzlu “World Travel Award” mükafatına layiq görülüb. 

Əvvəlcə “Jeep” markalı avtomobilin sürücüsü saat 16:00-da ekskursiyaçıları oteldən götürüb səhraya aparır. Lakin onları adətən belə safarilərdə olduğu kimi barxanlıq ərazidə çox sürətli yürüş gözləmir. Barxanlara çatan kimi onlara dəvə belinə qalxmaq təklif olunur. Həqiqətən də səhranı tanımaq üçün dəvə karvanında səyahətdən yaxşı nə ola bilər ki?! Özü də belə gəzinti 5-10 dəqiqə deyil, düz 45 dəqiqə çəkir!

Dəvə karvanı rahat şəkildə bədəvilər düşərgəsinə çatır. Yalnız dəvədən düşəndə onun boynundan möhkəm yapışmaq lazımdır, çünki heyvan qumun üstündə oturmaq üçün əvvəlcə qabaq dizlərini qatlayır və bu zaman minici özünü azacıq gərgin hiss edir.

Bədəvilər düşərgəsində ekskursiyaçılara region üçün son dərəcə əhəmiyyətli olan digər heyvan – şahin barədə ətraflı məlumat verilir. Onlara qürub vaxtı unudulmaz şou – şahin ovu nümayiş etdirilir.

Şou qadınların əllərinə xına çəkilməsi, zərb alətlərində çalan bədəvilərin çıxışları, ənənəvi bədəvi çörəyinin bişirilməsi, ərəb qəhvəsinin dequstasiyası kimi əyləncələrlə davam edir. Sonda qonaqlar Ərəbistan səhrasının ulduzlu səması altında milli yeməklərin təqdim olunduğu doyumlu şam süfrəsinə dəvət olunurlar. Dubayda Yaxın Şərq kulinariyasının nümunələri haqqında sizə növbəti reportajımızda danışacağıq.

Ekskursiya başa çatanda, yəni saat təqribən 23:00-da qonaqları geriyə – mehmanxanalara aparırlar. Qeyd edək ki, dəvə belində səyahət zamanı hər bir ekskursiyaçını foto və video-operator çəkir. Tədbirin sonunda həmin şəkil və videolar əlavə haqq müqabilində onlara təklif olunur. Amma təşkilatçılar kiçik bir biclik işlədiblər: əgər ekskursiyaçı şirkətin “www.platinum-heritage.com” saytında, heç olmasa, 7 gün əvvəl yer sifariş veribsə, safaridə çəkilmiş şəkil və video ödənişsiz olur.

ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatında yenidən təmsil olunmaq hüququ əldə edib

0
turizm

Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub.

37 ölkədən5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.

ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün görüş keçirilib. ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.

Kommersiya Departamentinin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə açılış nitqi ilə çıxış edib. Azərbaycanda turizmin dayanıqlı inkişafı və Azərbaycanın milli-mədəni irsinin qorunması üçün son illərdə görülən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.

İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” devizi atlında sessiya keçirilib. Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi faktı agentlik sədri tərəfindən sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv qəbul edilib. 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.

Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edir

0
turizm

İyunun 17-də Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb.

İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib.

37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi tədbir iyunun 18-dək davam edəcək.

Turizm

Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər.

Qonaqları salamlayan Fuad Nağıyev son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlardan danışıb. Ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədbirlər barəsində məlumat verib.

Turizmdə etik normaların vacibliyindən danışan Fuad Nağıyev Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Agentlik sədri BMT-nin Ümumdünya Turizm Təşkilatının “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirib. Qərarların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsədəuyğunluğunu bildirib.

Ümumdünya Turizm Təşkilatının 158 üzvü var. Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub. Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur. Qurumun qərar qəbuletmə prosesində fəal iştirak edir.

Xatırladaq ki, 2018-ci ildə İspaniyanın San-Sebastian şəhərində keçirilmiş BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 108-ci sessiyasında 110-cu sessiyanın Azərbaycanda keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.

Böhran vaxtı səyahət etmək üçün bəzi məsləhətlər

0
səyahət

Əgər siz bu yazıda təqdim olunan antiböhran lifehacklarla tanış olsaz böhranın səyahətiniz üçün məhdudiyyət olmadığını anlayacaqsız. Gələcək böhranlı dövrdə kədərlənmək əvəzinə yeni bilik və qənaət vərdişlərinin formalaşmasına iman yaradır.

Bu gün biz sizə istirahətdə qənaət etməyə kömək edəcək 17 lifehack təqdim etmək istəyirik. Lifehacklar Datravel online-xidmətlər tərəfindən toplanmışdır.



 1. Hər iki başa bilet alın, bu həmişə bir tərəfə bilet almaqdan daha ucuz olur.

 2. Təyyarəyə bileti çərşənbə axşamı, 15:00 sonra alın. Adətən bu zaman iri aviaşirkətləri büdcə şirkətləri ilə rəqabət aparmaq üçün öz xidmətlərində endirimlər edirlər.

 3. Qənaət məqsədilə valyutadəyişmə məntəqələrinin əvəzinə hava limanında bankomatdan istifadə edin. Bankomatların əksəriyyəti mübadilə məntəqələrinə nisbətən daha sərfəli məzənnələr təklif edir.

 4. Aviaşirkətlərin saytlarında turistik online-xidmətlər arasında yerləşən təkliflərə göz gəzdirin və orada həmişə bilet qiymətlərini müqayisə etmək, endirimli təkklifləri süzgəcdən keçirmək mümkündür.

 5. Amerikada və Avropada gəzmək üçün yerli lowcost-daşıma bazarlarını araşdırın. Bəzən belə aviaşirkətlər bütün toplanışlar da daxil olmaqla, 10 dollar dəyərində bilet təklif edirlər.

 6. Əgər siz tək səyahət etmirsizsə yaşamaq xərclərinə də qənaət edə bilərsiz. Biryerli nömrənin dəyəri o ikiyerlidən demək olar ki, fərqlənmir.

 7. Mövsümn vaxtı istirahətə getməyin! Bu qayda xüsusilə yeni il, may gender bayramlarına aiddir, çünki bu vaxt səfərlərin qiymətləri iki-üç dəfə artır. Əgər xaricdə yeni ili, bayram əhval-ruhiyyəsini hiss etmək istədiyirsizsə öz istirahətinizi bayram günlərindən bir neçə gün əvvəl və ya bir az sonraya planlaşdırın. Qiymətlər bu dövrdə bir qayda olaraq norma daxilində qalır.

 8. Biri də Avropa üzrə səyahət edənlərin ən böyük dərdi – ərzaq bahalığıdır.Burada Avropa tələbələrinin təcrübəsindən yararlanmaq olar : onlar necə qidalandıqlarını araşdırın. Berlində bu ucuz və dadlı türk kabalarıdır, Parisdə – çin restoranlarıdır, Praqada isə – vyetnam “yeməkxanalarıdır”. Hər bir avropa şəhərində sərfəli qiymətləri olan yerlər tapmaq olar.

 9. Şəhərin mərkəzində yaşamaq üçün yer tapmaqdan qorxmayın , xüsusən də Avropada. Sizin tapdığınız otel və ya mənzil xəritədə çox uzaqlarda görünə bilər amma faktiki olaraq mərkəzdən 5-10 dəqiqəlik piyada məsafədə olacaq. Bu da sizə ənənəvi yeməkləri dadmaq imkanı yaradacaq.

10. Əgər siz muzeylər, sərgi və digər görməli yerlərini ziyarət etməyi planlaşdırırsınız, əvvəlcədən öz qadjetinizə ekskursiya audiokitabları yükləyin, onları itunes və ya Google Playdə tapa bilərsiz. Beləliklə, siz həmin Luvr Muzeyində ekskursiya üçün ailə və ya böyük bir kompaniya ilə getdiyiniz vaxt 5 dollardan 20 dollara qədər qənaət edə biləcəksiniz.

11. Əgər siz yaxşı restoranlarda artıq pul vermədən nahar etmək istəyirsinizsə, səhərdən naharadək ora gedməlisiz. Bir çox kafe və restoranlar axşama qədər axşam gəzintisi və romantik şam yeməyi arzulayan turistlərlə qaynayır, bir qayda olaraq, bir çox restoranda isə səhərdən bütün menyuya 20-30% -ə qədər endirimlər olur.

12. Hava limanlarında, vağzallarda və ticarət küçələrində heç vaxt suvenir almayın. Təxminən eyni mallar mərkəzin yaxınlığında bir neçə dəfə ucuz qiymətə almaq olar. Özünüzə və dostlarınıza maraqlı və ucuz hədiyyələri əntiq mağazalarda, birə bazarlarında ala bilərsiz. Tax free etmək imkanları barədə də həmişə soruşun. Bu xidmət sizə orta hesabla malın dəyərinin 15%-ni qaytarmağa kömək edəcək.

13. Taksiyə qənaət etmək üçün, onu əvvəlcədən onlayn sifariş etmək olar. Bir çox turizm on-line-da xaricdə transfer əvvəlcədən ödəmək imkanı imkanı verir. Transferi əvvəlcədən internet vasitəsilə ödəyərək, siz 300% -dən 20% -dək qənaət edə bilərsiniz.

14. Velosipedlə səyahət edin! Həm siz nəqliyyat xərclərindən qurtulacaqsız həmdə yeni unudulmaz təəssüratlar alacaqsınız. İstənilən velosəyahət ölkəni sizə avtobusla və ya maşınla səyahətdən daha çox tanıdacaq.

15. Şəhərdə əsas görməli yerləri həftə içi gəzin. Həftəsonu və ya bayram günlərinə nisbətən daha ucuz başa gələcək sizə. Həftəsonlarını şəhəri gəzməyə və şopinq üçün ayırın.

16. Səyahətlərin onlayn agentlər tərəfindəm müstəqil planlaşdırılması zamanı “Otel+avia” təkliflərinə nəzər yetirin. Aviabilet otel bron edərkən sizə 20% -ə qədər endirim təşkil oluna bilər.

17. Əyləncə və ekskursiyalarda qənaət etmək üçün xüsusi Citypass turizm kartlarını qazanın. Kart ən yaxşı və məşhur mağaza, restoran, attraksion və əyləncə proqramları üçün 50% -dən 10% -dək endirimlər verir. Məsələn belə kartlar ilə London şəhərinin həm daxilində, həm də onun ətrafında 60-dan çox yerdə pulsuz gəzmək olar. Yaponiyada isə belə welcome kartlarının 10 qədər müxtəlif növləri var.

Pulsuz səyahət etməyin 8 yolu

0
Səyahət

Yox, başlıq sizi sayta cəlb etmək üçün deyildi. Doğrudan, boş ciblə səyahət etmək mümkündür. Mark Tvenin də dediyi kimi, 20 il sonra etdikləriniz üçün deyil, etmədikləriniz üçün peşman olacaqsınız. Xəyallarınızı ertələməyin, əlinizdəki işi kənara qoyun və səyahət etmək istədiyiniz ölkələrin siyahısını tutmağa başlayın!

1. Couchsurfing

Couchsurfing

Couchsurfing – az vəsaitlə müxtəlif ölkələrə səyahət etmək istəyənlər üçün yaradılmış nəhəng şəbəkədir.  Artıq 3 milyon insan və 246 ölkə bu şəbəkəyə daxil olmuşdur. Couchsurfing tam olaraq nədir? Səyahət etmək istədiyiniz ölkəni seçirsiniz, ölkəyə çatdığınız zaman sizi həmin ölkənin sakinləri qarşılayır və evində qonaq edir. Bundan əlavə, onlar sizə ölkənin tarixi abidələri və gəzməli məkanlarını kəşf etməyə kömək edir. Beləliklə, siz həm səyahət edir, həm də yeni dostlar qazanırsınız. Layihənin əsas şərti isə ölkə sakinlərinin bütün bunları tamamilə ödənişsiz etmələridir.

2. Turtle Teams

Turtle Teams

Karib dənizi, Atlantik okean və ya Sakit okeana səyahət etmək istəyir və tısbağaları sevirsinizsə çamadanınızı yığın! Turtles Team-ə qoşularaq dünyanın müxtəlif bölgələrindən gəlmiş insanlarla birlikdə dəniz tısbağalarının azalması ilə mübarizə apara bilərsiniz.

3. Conservation Volunteers

Conservation Volunteers

Səyahət etməklə yanaşı təbiəti qorumağa yönəlmiş bir təşkilat daha. Ekoturizmin inkişafı məqsədi ilə yaradılmış təşkilat Avstriya, Yeni Zelandiya, Yaponiya və ABŞ-da aktivdir.

4. Sudan Volunteer Programme

Sudan Volunteer Programme

Artıq 22 yaşınız olub və ingilis dili biliyiniz varsa, bu layihə tam sizə görədir. Layihəyə qoşulan könüllülərin fəaliyyəti Sudanda uşaq və yeniyetmələrə inglis dili dərsi keçməkdən ibarətdir. Bununla bərabər onlar ekzotik ölkəni kəşf edir və təşəkkür əlaməti olaraq əmək haqqı da alır.

5. Help Exchange

Help Exchange

Əkib becərmək, 4 ayaqlı dostlarımızın qayğısına qalmaq, ev tikmək, qayıq idarə etmək kimi fəaliyyətlərə marağınız var? Bu layihə tam olaraq bunlarla bağlıdır. Bəlkə də, sevdiyiniz ölkədə sizin köməyinizə ehtiyacı olan insanlar var. Köməyinizə qarşılıq olaraq onlar sizə evlərinin qapısını açacaq və isti yeməklə təmin edəcək.

6. Peace Corps

Peace Corps

İstədiyi ölkədə yaşayış hüququ almaq istəyən insanlar üçün unikal təşkilat! Bu təşkilat sayəsində istədiyiniz ölkədə yaşayış hüququ və karyera qurmaq şansını qazana bilərsiniz. Burada əldə edəcəyiniz təcrübə isə sizə hələ çox lazım olacaq!

7. United Nations Volunteers

United Nations Volunteers

Hər kəsə tanış olan BMT-nin könüllüsü olduqdan sonra müxtəlif ölkələrə səyahət edərək, insanlara yardım əlinizi uzada bilərsiniz.  Bundan əlavə, daimi iş qazanmaq şansınız da olacaq. 

8. WOOF

Bu təşkilata qoşulduqdan sonra müxtəlif ölkələrin fermerlərinə gün ərzində cəmi 6 saat kömək etməklə səyahət edə bilərsiniz. Yaşayış və qidanızı Fermerlər təmin edir. Təşkilat Avstraliyadan tutmuş Avropaya dək 53 ölkədə aktivdir. Havay və Tayvan adaları kimi ekzotik məkanlar da daxildir.





Ekstremal səyahət sevənlərin yeni məkanı: Çernobıl

0
Çernobıl

Yenicə yayımlanmış “HBO”nun “Çernobıl” serialı turistləri Ukraynanın şimalında yerləşən Pripyat şəhərinə səyahət etməyə ilhamlandırdı. Beş epizodluq mini-serial 1986-cı ilin aprelində baş vermiş nüvə qəzasını əks etdirir. Çernobılda reaktor partlayan zaman qərbi Avropaya və Sovet İttifaqı ölkələrinə radioaktiv maddənin yayılma təhlükəsi yarandı. Serialda hadisə baş verən zaman şəhərə və ətraf mühitə dəymiş zərər, ikinci partlayışın baş vermə təhlükəsi zamanı gedən proseslər yer alır. Çernobılda insanlar öz həyatlarını təhlükəyə atdılar və onların kimyəvi zəhərlənməsi ölümlə nəticələndi.

Pripyat parkında attraksion

Partlayışdan sonra Pripyat sakinləri  evakuasiya olundular və bu gün şəhər kabus məskəninixatırladır, amma ötən il 70 000 turist tərəfindən şəhər ziyarət olunmuşdur. Bura 1970-ci illərdə nüvə kompleksi işçiləri üçün inşa edilmişdir və serialın nümayişindən sonra şəhərdə tura rezervasiyaların sayı 40% artdı.

Pripyatda məktəb yataqxanası

Qara turizm turizmin inkişaf edən bir istiqaməti olduğundan bu nəticə əslində o qədər də təəccübləndirici deyil. Partlamış keçmiş nüvə reaktorunun 30 km-nə qədər turistlərin yaxınlaşması mümkündür. Gündəlik ekskursiyalar üçün onlayn saytdan qeydiyyat mümkündür, amma hələ də Pripyatda radiasiya səviyyəsi normadan yüksəkdir. Turopetorlar bildirir ki, qısamüddətli səyahət üçün bura təhlükəsizdir.

Çernobıla getmək istəyənlərin səyahəti Kiyevdən başlayır, partlayış zonası Ukraynanın paytaxtından şimalda, 2 saatlıq məsafədə yerləşir.

Çernobılda mənzillərdən biri

Saytlarda Çernobıl şəhərində qonaq evlərində bir gecə keçirmək seçimi və daha çox diqqət çəkən məkanı ziyarət etmək imkanı yaradan uzunmüddətli turlar da vardır.



Meksikanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib

0
Qəbələ

İyunun 14-də Meksika səfəri Qəbələdə səfərdə olub. Səfir ikitərəfli əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşüb.

Rayon İcra Hakimiyyətinin başçısı Meksika səfirini qəbul etməkdən məmnunluğunu ifadə edib.

O, səfirə rayon haqqında ümumi məlumat, onun iqtisadi və turistik potensialından xəbər verib. Həmçinin, qeyd edib ki, Qəbələ yerli və beynəlxalq tədbirlərin keçirməsi ilə daha da tanınıb.

Öz növbəsində, səfir Labardini Qəbələyə bir neçə dəfə müxtəlif məqsədlərlə gəldiyini vurğulayıb. Bu xüsusda, qeyd edib ki, buraya rəsmi səfərlər çərçivəsində, eyni zamanda, bu rayonda baş tutmuş mədəni tədbirlərdə Səfirliyin iştiraki ilə əlaqədar səfər edib. Meksikalı rəssam Marqarita Moralesin Qəbələdə keçirdiyi sərgisinin uğurunu bir daha yada salıb.

Bundan əlavə, tərəflər əlaqələrin genişlənməsi perspektivlərini nəzərdən keçiriblər. Qəbələnin turistik imkanlarını nəzərə alan səfir Labardini, Meksika ilə Azərbaycan arasında turizmin dinamik artımı barədə məlumat verib. Qeyd edib ki, son iki il ərzində Azərbaycandan Meksikaya üz tutan turistlərin sayı 20% artıb. Diplomat ikitərəfli münasibətlər üçün böyük imkanlar açan sahə olan turizmin böyük potensialından söz açıb.

Görüşdə, həmçinin, ölkənin regionlarında Meksika mədəniyyətini təşviq etmək məqsədilə, Səfirliyin bir sıra mədəni tədbirlərinin Qəbələdə mümkün həyata keçirilməsi müzakirə olunub.