Ərəb mətbuatının nüfuzlu nəşrlərindən olan və Londonda çap edilən Səudiyyə Ərəbistanının “Əş-Şərq Əl-Ausat” qəzetində Azərbaycan haqqında məqalə paylaşılıb. “Qafqazın incisi Azərbaycanda təcrübədən keçirməyi təklif edəcəyimiz 10 fəaliyyət” məqalə bu sərlövhə ilə paylaşılıb.
Materialda dünyada mövcud olan 800 palçıq vulkanından350-yəyaxınının Azərbaycanda yerləşdiyi deyilir. Həmçinin, ölkəmizin Yaxın Şərq regionundan o qədər də uzaq olmadığı bildirilir. Azərbaycanın təyyarə ilə 3-4 saatlıq məsafədə olduğu, buna baxmayaraq ölkəmizə gələn turistlərin tamamən fərqli bir aləmə düşdüyü oxucuların diqqətinə çatdırılır. Onlara Azərbaycanda görəbiləcəkləri 10 yer haqqında geniş məlumat verilir.
Məqalədə Qobustan qayaüstü rəsmləri, Qərb üslublu şərq şəhəri olan Bakı, Şəki Xan Sarayı, “İçərişəhər Tarix-Memarlıq” Qoruğu və Qız Qalası, Atəşgah və Yanardağ haqqında danışılır. Azərbaycanda son nəsil texnologiya ilə təchiz olunmuş Tusi Bohm Planetariumu və Meqafan Əyləncə Mərkəzi, Heydər Əliyev Mərkəzi, Qəbələ, Göygöl və Azərbaycanın ləziz mətbəxindən ətraflı söhbət açılır.
2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Mayın 29-u və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.
29 may (yerli vaxt göstərilib, “+” növbəti gündəki vaxta işarə edir):
30 may (yerli vaxt göstərilib):
Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar. Reysləri ləğv edilən və dəyişdirilən sərnişinlərin istəyi halında onlara alternativ aviareyslər təklif olunacaq.
Əlavə məlumat üçün callcenter@azal.az elektron poçtuna müraciət edə bilərsiniz. Yazılı müraciətləri “WhatsApp” vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.
Şri-Lanka hökuməti silsilə terror hücumlarından sonra 39 ölkənin vətəndaşlarına vizasız giriş hüququ verməyəcək.
Bu barədə Şri-Lankanın Turizm, Vəhşi Təbiət və Xristianlıq naziri Con Amaratunq bildirib.
“İstintaq göstərdi ki, bazar günü törədilən terror hücumlarına görə məsul olanlar xaricdə terror təşkilatları ilə əlaqəsi olan şəxslərdir. Ona görə də (terrorçulara) ölkəyə sadələşdirilmiş giriş proqramından sui-istifadə etməyə imkan vermək istəməzdik“, – nazir deyib.
Qeyd edək ki, 2019-cu ilin mart ayında Şri-Lanka hökuməti 39 ölkədən, o cümlədən Avropa İttifaqı ölkələrindən, Avstraliya və ABŞ-dan olan turistlərin ölkəyə girişini sadələşdirmək niyyətlərini açıqlayıblar. Yeniliklər 2019-cu il mayın 1-də qüvvəyə minməli idi.
Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ölkə tarixində ən böyük silsilə terror hücumları baş verib
? MALAZİYADA ? MÖHTƏŞƏM KUALA LUMPUR TURU! 7 gecə / 8 gün – CƏMİ 826 usd –——————————- Qiymətə Daxildir: ?Otel (7 gecə / 8 gün) ✈️Aviabilet (gediş – dönüş) ?23kq baqaj + 10kq əl yükü ?Qidalanma (səhər yeməyi) ? Tarix: HƏR GÜN –—————————— ?Sandpiper Hotel 3* – 826 usd ?Hotel Pudu Bintang 3* – 828 usd ?Leo Palace Hotel New Wing 3* – 839 usd ?Grand Pacific Hotel Kuala Lump 3* – 848 usd ?Mandarin Pacific Hotel 3* – 857 usd ?The Plaza Hotel 3* – 860 usd ?Pacific Express Hotel Central Market 4* – 865 usd ?The Grand Campbell Hotel 3* – 865 usd ?Travelodge Bukit Bintang 3* – 867 usd ?Swiss Inn Chinatown Kuala Lumpur 3* – 868 usd ?Nouvelle Hotel Kuala Lumpur 3* – 869 usd ?City Comfort Hotel City Centre 3* – 870 usd ?Crossroads Hotel 3* – 871 usd ?ZEN Premium Hulo Hotel 3* – 873 usd ?V Hotel Kuala Lumpur 3* – 875 usd ?Regalia Suites Kuala Lumpur 4* – 913 usd ?Oakwood Hotel and Residence 4* – 923 usd ?Best Western Petaling Jaya 4* – 923 usd ?Vivatel Kuala Lumpur 4* – 937 usd ?Royale Chulan Bukit Bintang 4* – 943 usd ?Royale Chulan Kuala Lumpur 5* – 1020 usd ?MiCasa All Suite Hotel 5* – 1021 usd ?Hotel Maya Kuala Lumpur 5* – 1030 usd ?Fraser Residence Kuala Lumpur 5* – 1031 usd ?Hotel Istana Kuala Lumpur City Centre 5* – 1037 usd ?Dorsett Kuala Lumpur 5* – 1054 usd ?Pacific Regency Hotel Suites 5* – 1058 usd ?Palace of the Golden Horses 5* – 1061 usd ?Parkroyal Kuala Lumpur 5* – 1075 usd ?Hilton Petaling Jaya 5* – 1090 usd ——————————- ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir. ✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ❓ – Qiymət öyrənmək istəyirsiz? ❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək. —————————————– ? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib uçuşumun vaxtını gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına.
Brügge
Nəqliyyat
Buradan Brüggeyə getmək üçün müxtəlif variantlar var avtobusla Charleroi-Sud dəmir yoluna gedin. Oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək mənim seçimim idi. . Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.
Nəqliyyat
Tarixi tikililər
Əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsini gördüm dumanlar içində. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah ).
Brügge
Beləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockethostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.
Praqa və skelet kilsə Kutna Hora
Səhər saat 10-a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim.
Kutna Hora
İlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin. Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.
Nə yeyib, içməli?
mətbəxi
Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz.
Gəzməli-görməli yerlər Brugge
İndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir.
Holy Blood Church
Şəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından kanala doğru yol var. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən qayığa tullanır .
Budapeşt – Peşt hissə bələdçisi
Ən çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2-ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.
Our Lady Church
Begijnhof monastrı
Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması monastra xüsusi bir gözəllik verir . Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz Monastr yalnız qadınlar üçündür axşam saat 7-də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur.
Begijnhof
Bələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir. mən də bələdçimizin yalançısıyam Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır. Gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir.
Roma bələdçisi
Şəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm.
Hava qaralarkən meydana çıxan mavi rəngdə olan parlaq ləkələr Maldiv adalarındakı Vaadhoo çimərliyində turistlərin sevə-sevə baş çəkdiyi ən füssünkar məkanlardan biridir. Bu mənzərə,sanki ulduzların göy üzündən enərək dəniz suyuna səpələnməsinə bənzəyir. Bir sözlə,artıq çoxlarının tanıdığı Vaadhoo çimərliyini “təbiətin möcüzələrindən biri” kimi adlandırmaq olar.
Vaadhoo Maldivin dəb-dəbəli adalarından birində yerləşir. Gündüz vaxtı bu məkan sadə,qumlu və palmalı çimərliklərdən heç də fərqlənmir. Lakin qaranlıq düşən kimi bura nağıllar aləminə bənzəyir.
Bu mavi ləkələrin saçdığı işıqlar mürəkkəb kimyəvi reaksiyalardan əmələ gələn “lüminesans” adlandırılan prosesin nəticəsidir. Hind okeanının dalğaları bu mikroorqanizmlər bəzən okeanın içinə də aparır,lakin bir çoxu sahildə qalaraq işıq saçmağa davam edirlər.
vaadhoo sahili
Fitoplanktonların nəsil vermə dövründə onlar daha parlaq işıq saçmağa başlayırlar. Bu dövrdə sahil sözün əsl mənasında atəşfəşanlığı xatırladır.
Bu sehrli mənzərəni daxildən izləmək üçün suya baş vurmaq istəyənlər də az deyil,amma bu suda üzmək insan həyatı üçün çox təhlükəli ola bilər. Belə ki,mikroorqanizmlər parıltayarkən suya güclü toksik tərkibli maddə ifraz edirlər. Ona görə də bunu sahildən seyr etmək ən ideal variantdır.
Azərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir.
Bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə aprelin 25-26-da Yekaterinburq şəhərində keçirilən “Bolşoy Ural-2019” VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir. Burada aktiv təbliğat işləri aparılır.
İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin “MİTT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”ndə iştirak edib. Turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.
Azərbaycanın geniş turizm potensialından danışan agentlik sədri çıxışında ötən il Azərbaycana Rusiyadan 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçinin gəldiyi haqqında məlumat verib.
Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən “Formula 1”, UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər. Şərab festivallarında iştirak edirlər.
Fuad Nağıyev
Fuad Nağıyev qeyd edib ki, Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi üçün tək mərkəzdə – Sankt-Peterburq və Moskva şəhərlərində deyil, həmçinin bütün regionlarında işləmək lazımdır. Ötən dövr ərzində Şimali Qafqaz regionu, Həştərxan vilayəti, Altay diyarı ilə turizm əlaqələri intensivləşdirilib. Sverdlovsk vilayəti, həmçinin Yekaterinburq şəhəri ilə də turizm əlaqələrinin artırılması istiqamətində işlər görülür.
O xatırladıb ki, Azərbaycan ötən il “Bolşoy Ural” forumunun rəsmi tərəfdaşı kimi çıxış edib. Bu il isə tədbirdə nümayəndə heyəti ilə təmsil olunması Azərbaycan tərəfindən bu regiona olan diqqətdən xəbər verir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Sverdlovsk vilayətinin mərkəzi Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyət göstərir. Konsulluğun akkreditasiya ərazisinə Ural, Sibir və Uzaq Şərq regionu daxildir. Sverdlovsk və Rusiyanın digər vilayətləri ilə turizm imkanlarının təbliğatı işində Baş konsulluq fəal iştirak edir.
Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. Novruz bayramı ərəfəsində, Martin 18-i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmin gün mən Kiyevin küçələrini kəşf edirdim.
Kiyev
Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları vacib deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.
Kiyevdə harda qala bilərik?
Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi. amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə bilərsiniz.
Kiyevdə otel
Kiyevdə nə yeyə bilərik?
İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.
Kiyev tortu
Kiyev gəzməli-görməli yerlər
İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.
Хрещатик
Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.
Müqəddəs Nikolas Roman-katolik katedralı
Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.
Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.
Nikolas Roman-katolik katedralı
Lviv Handmade Chocolate
Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.
Lviv Handmade Chocolate
Orex
Orex pub
Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.
Opera binası
Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.
Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar.
Kiyev Dinamosunun ev oyunları
Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz .
Dinamos
Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq Növbəti yazılara qədər…
? 2 böyük – 2300 usd ? 2 böyük 1 uşaq – 2575 usd ? 2 böyük 2 uşaq – 3190 usd ? 3 böyük – 3290 usd ? 3 böyük 1 uşaq – 3570 usd __________ Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Tarix (31 iyul – 06 avqust) ? – Otel ***** (6 gecə / 7 gün) ? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Hədiyyə (Dubay turu)
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Turu bron etmək üçün ödənişin ilkin olaraq 30 faizini ödəməniz kifayətdir. Qalan hissəsini isə istər kredit, istərsə də getdiyiniz tarixə 2 həftə qalmış ödəyə bilərsiniz.
ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
? Bizdən YAY TURU alana – QIŞDA DUBAY TURU lotoreya yolu ilə HƏDİYYƏ olunacaqdır.
❓ – Siz istədiyiniz tarixə görə Qiymət öyrənmək istəyirsiz? ❗ – Elə isə WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. ________ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)