Ev Blog Səhifə 233

Zəngin ruslar Bakını seçir

0
Bakı

Rusiyanın turizm şirkətləri qarşıdan gələn yaz tətilində (Rusiyada 1-5 may tarixlərində qeyd olunur – red.) biznes-klasla uçan rusiyalı turistlər arasında ən populyar istiqamətlərin beşliyini açıqlayıb.

Moskovskiy Komsomolets”in yazdığına görə, beşliyə İndoneziyanın Bali adası, Almaniyanın Köln və Münhen şəhərləri, Maldiv adaları və Azərbaycanın paytaxtı Bakı daxildir.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına verdiyi müsahibədə rusiyalıları Azərbaycana səyahət etməyə çağırmışdı:

 “Təhlükəsizlik, rahatlıq və Azərbaycan xalqının yüksək qonaqpərvərlik səviyyəsi, tarixi abidələr, iqlim. Turistlərin nə üçün Azərbaycana gəlməli olduğu ilə bağlı çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcək. Mən böyük məmnuniyyətlə onları bizim ölkəyə səfər etməyə dəvət edirəm. Biz onlara hər zaman şadıq”.

Prezidentin sözlərinə görə, 2018-ci ildə 800 mindən çox rusiyalı Azərbaycana səfər edib. İlham Əliyev hələ həmin vaxt rusiyalıların Azərbaycanda özlərini “evdəki kimi hiss etdiklərini” dilə gətirmişdi.

“Burada dil maneəsi yoxdur, onlara yaxşı münasibət var, bizim ortaq tariximiz də mühüm rol oynayır”, – deyə Azərbaycan lideri bildirmişdi.

2019-cu ilin mart ayında “RİA Novosti” agentliyi də öz oxucularına Azərbaycana səhayət etməyi tövsiyə etmişdi.

Azərbaycanın paytaxtı – eyni vaxtda həm Xəzərin ən böyük liman şəhəri, həm də Qafqazın ən böyük şəhəridir”, – deyə məqalədə qeyd olunurdu.

Materialda Azərbaycan paytaxtının gəzməli-görməli yerlərindən də söz açılır:

Burada şəhərin qədim məhəlləsi olan İçərişəhər mürəkkəb formalı binalar və Alov qüllələri ilə gözəl ahəng təşkil edir. Yeri gəlmişkən, Bakıda (İstanbulda olduğu kimi) Qız qalası və əlbəttə ki, saraylar, məscidlər, teatrlar, parklar, sahilyanı bağlar və muzeylər var. Aralarında olduqca unikalları da var, məsələn Azərbaycan xalça muzeyi”.

Xatırladaq ki, Azərbaycanda son illər keçirilən irimiqyaslı mədəniyyət və idman tədbirləri də (“Eurovision”, Avropa Oyunları, “Formula 1” və s.) Azərbaycanın xarici turistlər arasında populyarlığının artımında mühüm rol oynayıb.

Azərbaycan şirkətlərinin Latviyanın Valka şəhərində fəaliyyət perspektivləri müzakirə olunub

0
Cavanşir Axundov

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Valka şəhərinin meri Vends Armands Kraklisin dəvəti ilə bu şəhərə səfər edib.

Valka şəhərinə ilboyu turist axınının olması və alıcılıq qabiliyyətinin də yüksəkliyinin nəzərə alınaraq, Azərbaycan şirkətlərinin də Valka bazarlarında təmsil olunmasının məqsədəuyğunluğu əsas müzakirə mövzusu olub.

Görüş zamanı V.A.Kraklis Valka şəhərinin iqtisadiyyatı və beynəlxalq əməkdaşlıq imkanları barədə səfir C.Axundova məlumat verib. Valka şəhərinin Estoniya ilə sərhəddə yerləşməklə əlverişli coğrafi mövqeyə, tranzit-ticarət və regional bazarlara çıxış imkanlarına malik olduğunu qeyd edib. Mer son illərdə Valkaya turist axınının da artdığını bildirib.

Azərbaycan Dubayda keçirilən “Arabian Travel Market-2019” beynəlxalq turizm sərgisində geniş təmsil olunub

0
Arabian Travel Market-2019

Dubaydakı beynəlxalq ticarət mərkəzində 26-cı illik “Arabian Travel Market-2019” (ATM) beynəlxalq turizm sərgisi keçirilir.

Ən iri və nüfuzlu beynəlxalq sərgi tədbirlərindən biri hesab edilən “ATM-2019” turizm sərgisi BƏƏ-nin vitse-prezidenti, Dubayın Baş naziri və hökmdarı Məhəmməd bin Rəşid Al-Maktumun himayəsi altında keçirilir. Ölkənin turizm sənayesi üçün mühüm hadisə olan bu sərgi bütün iştirakçıların öz turizm imkanlarını nümayiş etdirməsi üçün yaxşı bir seçimdir. Daha sıx əlaqələr qurulması və əməkdaşlıq haqqında sazişlər bağlanması baxımından isə gözəl fürsətdir.

Arabian Travel Market-2019

Bu nüfuzlu sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilati dəstəyi ilə 28 turizm şirkəti və otel burada iştirak edib. O cümlədən “PASHA TRAVEL”, “Silk WayTravel”, “Zakher Travel” və digər məşhur yerli şirkətlər, habelə Azərbaycan Hava Yolları və Heydər Əliyev Beynəlxalq Aeroportu təmsil edir. UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyununu təbliğ etmək məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edirlər. Ayrıca stenddə çempionatın kuboku nümayiş etdirilir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Yaxın Şərq regionunun turizm bazarı Azərbaycanda turizmin inkişafı və ölkəmizə turist axınının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Dubay sərgisi Yaxın Şərq bazarının əsas iştirakçıları ilə əlaqələri möhkəmlətmək üçündür. Bu regiondan Azərbaycana turist axınını artırmaq baxımından əhəmiyyətlidir. F.Zenqstşmid xatırladıb ki, bu ilin əvvəlindən Yaxın Şərqdə iki rəsmi nümayəndəlik açılıb – biri Ər-Riyadda, digəri Dubayda.

Arabian Travel Market-2019

Sərginin elə ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin ən məşhur turizm istiqamətlərinin təkliflərindən xəbər tutmaq, Azərbaycanın turizm potensialı və görməli yerləri barədə ətraflı informasiya əldə etmək mümkündür.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə müsahibəsində qeyd edib ki, bu nüfuzlu beynəlxalq sərginin işində Azərbaycanın çoxsaylı turizm şirkətlərinin iştirak etməsi ölkəmizin turizm potensialının populyarlaşdırılması vacib amillərdəndir. Ərəb ölkələrindən, Körfəz dövlətlərindən, Afrika ölkələrindən və bütün dünyadan Azərbaycana turizm axınının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. K.Quluzadə deyib: “Məlum olduğu kimi, ölkəmizin rəhbərliyi ərəb ölkələrindən və digər dövlətlərdən turizm axınını stimullaşdırmaq üçün bütün zəruri tədbirləri görür. Bununla əlaqədar, viza prosedurlarının sadələşdirilməsi də turizm axınının artmasına səbəb olub və bu meyil davam edir”. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu həm Yaxın Şərq regionundan, həm də bütün dünyadan daha çox turist cəlb etmək üçün maksimum səy göstərir və belə bir tədbirdə iştirak etməyimiz ölkəmizin böyük turizm potensialını növbəti dəfə nümayiş etdirmək üçün gözəl fürsətdir.

Arabian Travel Market-2019

“Zakher Travel” turizm şirkətinin direktoru İbad Bağırov

Zakher Travel” turizm şirkətinin direktoru İbad Bağırov bildirib ki, turizm bazarında dörd ildən bəri uğurla fəaliyyət göstərən şirkət bu nüfuzlu böyük məmnuniyyətlə iştirak edir. Onun sözlərinə görə, altı ölkədə öz ofisi olan şirkət bütün turizm tədbirlərində fəal iştirak edir. İ.Bağırov vurğulayıb: “Bu gün biz burada ölkəmizin turizm potensialını təmsil edirik. Şirkətimiz Azərbaycanı Körfəz ölkələrində, Qazaxıstanda, Qırğızıstanda, Polşada, Rusiyada və Ukraynada fəal reklam edir. Şübhəsiz, bu mövsümdə turist axınının qat-qat artacağına ümid bəsləyirik”.

Arabian Travel Market-2019

Azərbaycan” pavilyonu elə ilk gündən sərgiyə gələn mütəxəssislərin və potensial səyyahların diqqətini cəlb edir. Ziyarətçilərin çoxu qeyd edib ki, indiyə qədər də Azərbaycanda olublar. Ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi, nadir görməli yerləri və mədəni irs obyektləri ilə böyük maraqla tanış olublar. Hələ ölkəmizdə olmayan ziyarətçilərə Odlar Yurdunu görməyin üstünlükləri və səyahət müddətində onların alacaqları unudulmaz təəssüratlar barədə müfəssəl məlumat verilib.

Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev, ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev sərginin Azərbaycan stendinə baş çəkiblər.

Kənan Quluzadə: Azərbaycan Dubayda “ATM 2019” turizm sərgisində çox fəal iştirak edir

0
Kənan Quluzadə

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində çox fəal iştirak edir.

Kənan Quluzadə

Kənan Quluzadə müsahibəsində bildirib ki, ölkəmizin yeni turizm konsepsiyasına uyğun olaraq Yaxın Şərq regionunda keçirilən ən iri sərgisində müxtəlif turizm şirkətləri və otellərlə yanaşı, Azərbaycan Hava Yolları (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu da sərginin 28 iştirakçısı sırasındadır.

Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir. Onun sözlərinə görə, 190 kvadratmetr ərazidə təşkil oluna sərgidə, Azərbaycan ən böyük stendlə təmsil olunur. Şirkətlərin sayının çoxluğu Azərbaycanın Yaxın Şərq bölgəsinə önəmli yer ayırdığını göstərir.

Son illər ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını bildirən Kənan Quluzadə deyib: “Bununla yanaşı bildiyiniz kimi, Yaxın Şərq turizm bazarı bir qədər qeyri sabit olur, çünki siyasi və iqtisadi amillərlə bağlıdır və biz daima bunu nəzərə alırıq. Azərbaycan Yaxın Şərqdə ötən ilin dekabrından iki rəsmi turizm nümayəndəliyi açıb – Dubayda və Ər-Riyadda. Bu regionda Azərbaycanın iştirak etdiyi ilk tədbir deyil. Bundan öncə, Dövlət Turizm Agentliyi Ər-Riyadda keçirilən sərgidə geniş tərkibdə iştirak edib. Ümumiyyətlə ölkəmizin turizm potensialının təşviqi istiqamətində müxtəlif alətlərdən istifadə edilir. Məsələn, Azərbaycana buradan media turlar təşkil olunur, blogerlər dəvət olunur və digər addımlar atılır. Onu dəyə bilərəm ki, biz çox fəal işləyirik, çünki əsas bazarlarımızdan, yəni Azərbaycana daha çox turistlərin gəlməsini təmin edəcək regionlarından biri məhz Yaxın Şərq bölgəsidir”.

20 sərgidə ölkəmizin iştirakı gözlənilir

Dövlət Turizm Agentliyinin nümayəndəsi, həmçinin bu sərginın Azərbaycan turizm imkanlarının təbliği kampaniyasının bir vasitə olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, keçən ilin noyabrında Azərbaycan yeni turizm brendini London sərgisində təqdim edib və həmin konsepsiyaya uyğun olaraq 2020-ci ilə qədər 20 sərgidə ölkəmizin iştirakı gözlənilir: “ATM bu bölgənin ən iri turizm sərgisidir və bütün Yaxın Şərqi əhatə edən bir sərgi olduğuna görə təmsilçiliyimiz də genişdir. Bizim əsas hədəfimiz – ərəb və digər bölgələrdən turistlərinin Azərbaycana axınını artırmaq və bu artımın davamlı olması üçün şərait yaratmaqdır”.

Kənan Quluzadə, həmçinin qeyd edib ki, sərgidə iştirak edən 28 tərəfdaş şirkətlər burada danışıqlar aparır, razılıqlar əldə edir, sazişlər imzalayırlar. Sərgi çərçivəsində təqdimatlar və digər tədbirlər keçirirlər. O deyib: “Biz də öz növbəsində, dövlət qurumu olaraq, digər dövlətlərin rəsmləri ilə, həmçinin iri özəl turizm şirkətləri ilə danışıqlar aparırıq. Tək ərəb ölkələri ilə deyil, burada iştirak edən əksər ölkələrin təmsilçiləri ilə əlaqələr qururuq. Bu sərgi bütün dünyanın təmsil olduğu böyük bir bazardır. Biz bu meydançadan maksimum səmərəli istifadə edib həm yerli, həm xarici şirkətlərlə əlaqələr saxlayırıq. Çalışırıq ki, Azərbaycana bütün dünyadan daha çox turist gələrək ölkəmizlə yaxından tanış olsun.

Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” beynəlxalq turizm sərgisində iştirak edir

0
ATM 2019

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində iştirak edir.

Aprelin 28-də başlayan sərgi mayın 1-dək davam edəcək. Sərgidə Azərbaycan yeni brendə uyğun dizayn edilmiş 190 kvadratmetrlik stendlə təmsil olunur. Müxtəlif turizm şirkətləri, otellərlə yanaşı, Azərbaycan Hava Yolları və Heydər Əliyev Hava Limanı da sərginin 28 iştirakçısı sırasındadır. Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir.

Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Yaxın Şərq bazarı Azərbaycan üçün xüsusi önəm daşıyır. O qeyd edib ki, Dubay sərgisi Yaxın Şərq bazarının əsas iştirakçıları ilə əlaqələrin möhkəmləndirilməsi, ərəb turistlərin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın bu bazara diqqət yetirdiyini vurğulayan F.Zenqstşmid ötən ildən etibarən regionda 2 rəsmi turizm nümayəndəliyimizin fəaliyyətə başladığını bildirib.

”Biz vodkanın düzəldilməsinin əleyhinəyik” Vüqar Mikayılov

0
Azqranata

Dünən AzQranata MMC-nin dəstəyi, Turizm.Az şirkətinin təşkilatçılığı ilə Azərbaycanın seçilmiş incoming və inbound şirkətlərinin iştirakı ilə adı çəkilən Azqranatanın Bakı ofisi-dequstasiya zalında Şərab turları ilə bağlı görüş keçirilib. Bu mövzuda geniş müzakirələr aparılıb.

AzQranata

AzGranatanın istehsal üzrə direktor müavini vəzifəsində çalışan Vüqar Mikayılov şərabların istehsalı haqqqında danışıb. Şərabların fərqləri müzakirə olunub. Həmçinin qonaqlara müxtəlif şərablar təqdim olunub.

AzQranata

Nəticədə, 03.05.19 tarixində Azqranata şərab zavodu və Şamaxıda yerləşən üzüm tarlalarına İnfoturun keçirilməsinə qərar verilib.

AzQranata


Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”

0
Bakı

Əgər biz kütləvi turist axınını istəyiriksə o zaman anlamalıyıq ki, onlar varlı deyil orta təbəqəyə aid olan şəxslərdir”. 

Bunu Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

S.Dübəndinin sözlərinə görə, bu səbəbdən də daha ucuz otellərə ehtiyac var:

Biz Monako, İsveçrə kimi lüks turizmlə məşğul olmuruq. Adlarını çəkdiyimiz ölkələr az turist qəbul edir, amma bu turistlər varlı qismi təşkil edir. Çalışırıq ki, turistlərin kütləvi səfəri ilə məşğul olaq. Bunu dövlət də belə istəyir, strateji yol xəritələrində də bu cür göstərilir. Həmçinin çalışırıq ki, burada mövsümiliyi aradan götürək və turistlər yay-qış gəlsin. Turist olmayanda otellərin xərcləri çox olur. Kommunal xərcləri, işçilərin əməkhaqqılarını və s. ödəməkdə çətinlik çəkir. Azərbaycanda biznesin inkişafı üçün son illər çox böyük işlər görülür. Xüsusən də KOBİA və Fondun yaradılmasını demək olar. Amma təəssüf ki, hələ də otelçilik biznesi üçün xüsusi imtiyazları görmürük. Burada aşağı vergi yükü olan xüsusi vergi rejimi, dövlət yaxud bələdiyyə balansında olan torpaqların satış yaxud icarə məsələlərinə diqqət yetirilsə yaxşı olar”.

Ekspert bildirib ki, bir sıra regionlarda yüksək təbəqə üçün nəzərdə tutulan otellər var:

“Biz həmçinin turistlər üçün yeni məhsullar, yeni turlar təşkil etməliyik. Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır. Bunun üçün həm də alış.-veriş mərkəzlərinin, safari parklarını və aqua-parkların da səviyyəsini qaldırmaq lazımdır. Biz çalışmalıyıq ki, ölkəyə ilk dəfə gələn turisti qayıdan turistə çevirək”.

“Welcome to Azerbaijan” kitabı işıq üzü görüb

0
“Welcome to Azerbaijan”

Bakıda “Welcome to Azerbaijan” kitabı işıq üzü görüb. 

Nəşrin müəllifləri Azərbaycan Dillər Universitetinin (ADU) professorları Məsməxanım Qazıyeva və Sevinc Zeynalova-dır. Redaktorları isə Böyük Britaniya vətəndaşı, jurnalist İan Peart və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səadət İbrahimovadır. 

Azərbaycan haqqında müfəssəl məlumat verən kitaba ön sözü ADU-nun rektoru, akademik Kamal Abdullayev yazıb: “Sözün əsl mənasında şimalla cənubun və şərqlə qərbin kəsişməsində yerləşən Azərbaycan, ənənəvi olaraq, bu ölkələrə səyahət edənlərə və burada qalmağa gələnlərə qonaqpərvərlik nümayiş etdirir. Onların mədəniyyətlərinə qucaq açaraq onlardan faydalanır. Bu isə Azərbaycanda multikulturalizm ənənəsinə bariz nümunədir. Əhalisi və ərazisi kiçik olmasına baxmayaraq, qarşılaşdığınız mehriban və alicənab insanlarımız, əsrarəngiz təbiətimiz və bir o qədər də zəngin olan mədəniyyətimiz haqqında hər hansı bir məlumat verməyə hər zaman hazırdırlar”.

Kitabda coğrafiya, tarix, siyasi quruluş, iqtisadiyyat, din, mədəniyyət və incəsənət, adət-ənənələr, həyat tərzi, idman və asudə vaxt adlı bölmələri yer alıb. 

Dünyanın ən böyük gölünün, Qafqaz sıra dağlarının, 9 iqlim qurşağının mövcud olduğu şəraitdə yerləşən Azərbaycanın coğrafiyası haqqında nəşr başlayıb. Daha sonra Odlar diyarının XX əsrin son 10 illiyindəki tarixi həqiqətlərini əks etdirir.

Müstəqillik əldə etdikdən sonra yürüdülən stabil siyasət ölkəmizin dövlət quruluşu və iqtisadiyyatına müsbət təsir göstərib. Neft və qaz sektorundakı nailiyyətlər ticarətin, turizmin, kənd təsərrüfatının inkişafına təkan verib. Bütün bu dəyişikliklər kitabın iqtisadiyyat bölməsində əksini tapıb.

Siyasət bölməsində isə azərbaycançılıq ideologiyasını əsas tutan və eyni zamanda multikulturalizmi bir dövlət siyasəti kimi miras qoyan ulu öndər Heydər Əliyevin və bu irsi layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici və daxili siyasəti əks olunub. Dövlət strategiyasının prioritet istiqamətlərindən biri olan xarici əlaqələrin möhkəmləndirilməsinə dair beynəlxalq təşkilatlar və qurumlarla görülən işlər də qeyd olunub.

Kitabda xalqımızın zəngin İslam mədəniyyəti və dini tolerantlığı, nəsildən-nəslə ötürülən əsrarəngiz mədəni irsi,dolğun və rəngarəng incəsənəti, həyat tərzi, idman və asudə vaxtı dəyərləndirməsi istiqamətində zəngin informasiya təqdim edilib.


?️Şri-Lankanı çox sevəcəksiniz.. – Go Travel

0
Go Travel

7 gecə / 8 gün Möhtəşəm Tur – CƏMİ 782 usd
——————————–
Qiymətə Daxildir:
?Otel (7 gecə / 8 gün)
✈️Aviabilet (gediş – dönüş)
?23kq baqaj + 10kq əl yükü
?Qidalanma (səhər yeməyi)
? Tarix: HƏR GÜN
——————————
?Green Palace Inn 3* – 782 usd
?Thilhara Days Inn 3* – 794 usd
?Metro City Hotel 3* – 838 usd
?Colpetty House 3* – 858 usd
?Gsh Colombo 3* – 865 usd
?Euro Lanka Hotel 3* – 879 usd
?Ivy Lane Colombo 3* – 881 usd
?Monsoon Suites 3* – 882 usd
?Ocean Breeze Colombo 3* – 896 usd
?Vista Hotel Kanaro 3* – 901 usd
?Fair View Hotel Colombo 3* – 907 usd
?The Canes Boutique Hotel 3* – 909 usd
?Hotel Sapphire 3* – 915 usd
?Hotel Nippon 4* – 971 usd
?Best Western Elyon Colombo 4* – 973 usd
?Mirage Colombo 4* – 981 usd
?Ocean Edge Suites & Hotel Colo 4* – 990 usd
?The Havelock Place Bungalow 3* – 990 usd
?Wonder Hotel Colombo 4* – 991 usd
?The Steuart by Citrus 3* – 1001 usd
?Pearl Grand Hotel 4* – 1019 usd
?Fairway Colombo 4* – 1038 usd
?Galadari 5* – 1048 usd
?Zylan Luxury Villa 5* – 1066 usd
?Hilton Colombo Hotel 5* – 1171 usd
?D Pavilion Boutique Hotel 5* – 1175 usd
?The Kingsbury Colombo 5* – 1295 usd
?Cinnamon Grand Colombo 5* – 1325 usd
?Mövenpick Hotel Colombo 5* – 1374 usd

ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

MƏLƏKLƏR ÖLKƏSİ TAYLANDI BİZİMLƏ KƏŞF EDİN – Go Travel

0
Go travel

6 gecə / 7 gün – CƏMİ 819 USD ? 
—————————
Qiymətə Daxildir:
?Otel (6 gecə / 7 gün)
✈️Aviabilet (gediş – dönüş)
?23kq baqaj + 10kq əl yükü
?Qidalanma (səhər yeməyi)
? Tarix: HƏR GÜN
——————————
?Nantra Ploenchit hotel 3* – 819 usd
?Nantra Sukhumvit 39 3* – 836 usd
?Murraya Residence 3* – 837 usd
?Convenient Park Bangkok Hotel 4* – 837 usd
?Convenient Park Bangkok Hotel 3* – 840 usd
?Sawasdee House 3* – 844 usd
?Nantra Ekamai Hotel 3* – 845 usd
?Must Sea Hotel Bangkok 3* – 850 usd
?Nasa Vegas Hotel 3* – 853 usd
?Metro Point Bangkok 4* – 856 usd
?Paradise Sukhumvit 4* – 867 usd
?Tubtim Siam Suvarnabhumi Hotel 4* – 870 usd
?Onyx Hotel Bangkok 4* – 881 usd
?130 Hotel & Residence Bangkok 4* – 890 usd
?Bangkok Cha Da 4* – 891 usd
?Karnmanee Palace Hotel 4* – 902 usd
?Siam Villa Suite Suvarnabhumi 4* – 908 usd
?President Park 4* – 911 usd
?Atelier Suites 4* – 915 usd
?Miramar Bangkok Hotel 4* – 925 usd
?Royal President Bangkok 4* – 934 usd
?Prince Palace Hotel 5* – 947 usd
?FuramaXclusive Asoke Bangkok 5* – 1010 usd
?Montien Riverside Hotel 5* – 1047 usd
?Al Meroz Hotel Bangkok 5* – 1048 usd
?Jasmine Grande Residence 5* – 1052 usd
?Jasmine Resort Hotel 5* – 1065 usd

ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək
.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz
.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)