Aprelin 15-də Almatıdakı “Kazjol” otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək.
Trend-in məlumatına görə, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və “Milli şirkət “Kazakh Tourism” Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir.
Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır.
Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal “B2B” formatında danışıqları nəzərdə tutulub.
Monakoda harada qalacağınız sualına ən uyğun cavabını axtarmamışdan əvvəl, buraya hansı məqsədlə ziyarət etmək istədiyinizə qərar verməlisiniz. Bir Aralıq dənizi ölkəsi olan Monako, fərqli zövqü olan insanlar üçün çoxsaylı alternativlər ilə önə çıxır. Tanınmış muzeylərə bir çox yerlərə ziyarət edərək, rahat spa qurğuları, fantastik çimərlikləri, gözəl restoranları və dünya şöhrətli moda dizaynerlərinin butiklərinə gedə bilərsiniz.
3★ Novotel Monte Carlo
3★ Novotel Monte Carlo
Novin Monte Carlo, lüks mərkəzlərə və restoranlara yaxın yerdə yerləşir və qatar stansiyasına az bir məsafədədir. Fitness mərkəzi hamamları vardır. Açıq hovuzda təklif edir. Oteldə bağçanın restoranında Amerika səhər yeməyi və bir sıra Aralıq dənizi mətbəxinin yeməkləri təklif olunur.
3★ Hotel Columbus Monte Carlo
3★ Hotel Columbus Monte Carlo
Hotel Columbus Monte Carlo geniş, lüks şəkildə təchiz olunmuş suitləri təklif edir. Aralıq dənizi və dağ mənzərələri olan bir yaşayış təklif edir. Çimərliyə 14 dəqiqəlik məsafədədir. Oteldə açıq bir üzgüçülük hovuzu və bir günəş terası var və səhər yeməyi menyusunda özü olmayan alternativlərini təklif edir.
4★ Fairmont Monte Carlo
4★ Fairmont Monte Carlo
Möhtəşəm bir çatı terasına sahib olan Fairmont Monte Carlo, Aralıq dənizinin bütün gözəlliyindən zövq almağınız üçün yaxşı bir seçimdir. Çimərliyə 7 dəqiqəlik bir məsafədə yerləşir. Açıq bir hovuz, 5 restoran, bir kazino, fitness mərkəzi, saç salonu və bir spası vardır. Müstəqil araşdırmalara əsasən, otel cütlükləri buranı 10,6 və 8,6 balla qiymətləndirirlər.
4★ Port Palace
4★ Port Palace
Port Palace, hər özəl bir spa hamamına malik olan lüks tikilmiş hamamları ilə diqqəti cəlb edir. Məşhur Monte Carlo Casinosundan 6 dəqiqə və sahildən 8 dəqiqəlik məsafədə yerləşən lüks mağazaları var. Ticarət mərkəzlərinin yaxınlığındadır. Restoranlarda, dəniz məhsulları var. Otel 8.9 və 10 ballıq sistemlə qiymətləndirilir.
4★ Monte Carlo Bay Hotel&Resort
4★ Monte Carlo Bay Hotel&Resort
Larvotto yarımadasında yerləşən Monte Carlo Bay Hotel & Resort, sahildən 4 dəqiqəlik məsafədə yerləşir. 4 hektarlıq bir bağda quraşdırılmış 4 restoran, bir kazino, 900 m2 spa sahəsi olan bir yerdir. Bufetdə qəlyanaltı və Amerika üslubları ilə seçilən yeməklər təklif edir. İki restoran məşhur şef Marcel Ravinin rəhbərlik etdiyi müxtəlif menyular təklif edir.
4★ Le Meridie Beach Plaza
4★ Le Meridie Beach Plaza
Monte Carlo və Aralıq dənizinin mənzərələri ilə əhatə olunan Le Meridie Beach Plaza sahildən iki dəqiqəlik məsafədədir. Burada xüsusi çimərliy əlavə olaraq, qapalı və açıq hovuzlar 24 saatlıq restoran və barlar vardır. Qonaqlara gözəllik mərkəzinlərindən və saunadan faydalanma imkanları verilir.
5★ Hotel Hermitage Monte Carlo
5★ Hotel Hermitage Monte Carlo
Hotel Hermitage Monte Carloda, qış bağı və bir sarayda tarixi bir abidə olaraq xidmət edən 7000 m2-lik bir spa sahəsi var. Şəhərin, bağın və ya dənizin görünüşü olan otaqlar, fərdi bəzəkli otaqlar təklif edir. Fitness mərkəzindən zövq alın və dəniz suyu ilə müalicə alın və saunada istirahət edin.
? 2 böyük – 2300 usd ? 2 böyük 1 uşaq – 2620 usd ? 2 böyük 2 uşaq – 2880 usd ? 3 böyük – 3200 usd ? 3 böyük 1 uşaq – 3620 usd __________ Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Tarix (01 iyul – 08 iyul) ? – Otel (7 gecə / 8 gün) ? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Hədiyyə ( Dubay Turu) ✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Turu bron etmək üçün ödənişin ilkin olaraq 30 faizini ödəməniz kifayətdir. Qalan hissəsini isə istər kredit, istərsə də getdiyiniz tarixə 2 həftə qalmış ödəyə bilərsiniz. ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb. ❓ – Siz istədiyiniz tarixə görə Qiymət öyrənmək istəyirsiz? ❗ – Elə isə WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. ________ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
Qazaxıstanın Almatı şəhərində ikinci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirildi.
Tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və Qazaxıstan Turizm İnstitutunun dəstəyi ilə reallaşıb. Forumda Qazaxıstanın və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbirdə “Qazax Turizm” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Timur Duysenqaliyev, Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatıdakı nümayəndəsi Ramil Rzayev, “Rayda Tour Operator” turizm şirkətinin inkişaf üzrə direktoru Veronika Lübçenko və digərləri iştirak edib.
II Qazaxıstan-Azərbaycan Turizm Forumu
“Qazax Turizm” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Timur Duysenqaliyev Qazaxıstandan Azərbaycana yeni aviareysin açılmasının zərurəti, həmçinin yeni turizm perspektivləri – Xəzər dənizində turların təşkil olunmasının vacibliyindən danışdı.
Natiq qeyd edib ki, Azərbaycan və Qazaxıstan vətəndaşlarının qarşılıqlı səfərlərinin artırılması rəhbərlik etdiyi qurumun diqqət mərkəzində olan məsələlərindəndir.
T.Duysenqaliyev 2017-ci il aprelin 3-də Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Qazaxıstan-Azərbaycan münasibətlərinin yeni formatda işə salınmasının bəyan edildiyini xatırladaraq bununla iki qardaş ölkə arasında daha sıx və uğurla inkişaf edən qarşılıqlı əlaqələrə imkan yaradıldığını bildirib. O, həmçinin 2018-2020-ci illər üçün işlənib-hazırlanmış ikitərəfli iqtisadi əməkdaşlığın yol xəritəsində prioritet sahələr müəyyənləşdirildiyini də qeyd edib.
Qeyd edilib ki, turizm gündəmdə olan sahələrdən biridir. Bu istiqamətdə artıq ciddi nailiyyətlər mövcuddur.
Daha sonra Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev forum iştirakçılarına səfir Rəşad Məmmədovun müraciətini oxuyub.
Müraciətdə son illər qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişlənməsinin müşahidə olunduğu vurğulanıb. Bildirilib ki, bu da təəccüblü deyil, çünki münasibətlərimiz ümumi tariximizə, dil və mədəni birliyimizə əsaslanır. Həm Azərbaycan, həm Qazaxıstan böyük turizm potensialına malikdir. Ölkələrimizdə turizm sahəsində birgə layihələrin həyata keçirilməsi üçün münbit şərait var. Belə forumların keçirilməsi qarşılıqlı fəaliyyətin müzakirəsi və səmərəli əməkdaşlığın inkişafı üçün gözəl imkandır.
Yeni aviareyslərin açılması vurğulanan müraciətdə Azərbaycanın milli aviaşirkəti “AZAL” tərəfindən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm reyslərin açılması, bu marşrutun ölkələrimizə böyük uğur gətirəcəyi, turizm sahəsinin daha da inkişaf etdirilməsinə kömək edəcəyi qeyd edilib.
“Rayda Tour Operator” şirkətinin inkişaf üzrə direktoru Veronika Lübçenko, Naftalan şəhərindəki mehmanxanaların satışı üzrə direktor Mirağa Seyidov, Qalaaltı kurortun satış üzrə direktoru Fəxri Qafarlı, eləcə də Bakı şəhərindən olan mehmanxanaların nümayəndələri Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumatlar verib və təqdimatlar keçiriblər.
Forumda B2B formatında iki ölkənin işgüzar dairələri arasında qeyri-rəsmi informasiya mübadiləsi aparılıb.
Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda “Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirib.
Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak ediblər.
Azal
Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən, çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub.
Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilib. Qonaqlar ölkəmizin mətbəx incilərini qiymətləndiriblər.
Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə edib. Ötən il “Azərbaycan Hava Yolları”nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənib və AZAL Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunub.
Azal
Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax” şirkəti tərəfindən maksimal “5 Ulduz” statusuna layiq görülüb. Bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımaları sahəsində regionun şəksiz lideridir.
“Xalqlarımız ümumi dini-mədəni irsə, ümumi mənəvi dəyərlərə malikdirlər. Yeni istiqamətlərin açılması, həmçinin sadələşdirilmiş viza rejimi iki ölkə arasında turist axınını və işgüzar əlaqələri xeyli artırmağa imkan verəcək”, – deyə Eldar Hacıyev bildirib.
Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına – Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.
Azal
Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:
Səudiyyə Ərəbistanı Krallığı həmçinin iki müqəddəs yer – əfsanəvi Mədinə və Məkkənin yerləşdiyi ölkə kimi tanınır. Bütün dünyadan müsəlmanlar buraya ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanı ekskursiya istirahəti həvəskarlarını misli görünməmiş dəbdəbəsi var. Özünəməxsus memarlıq ansamblları və heyrətamiz Şərq ab-havası ilə özünə cəlb edir.
Azal
Müntəzəm reyslərə aviabiletlərin alınması üçün aviaşirkətin www.azal.az rəsmi internet saytına, çarter reyslərə aviabiletlər üçün isə AZAL-ın əsas agenti “Silk Way Travel” turizm şirkətinin satış ofislərinə müraciət etmək olar. 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi: (+994 12) 598 88 80, e-mail: callcenter@azal.az. Yazılı müraciətləri həmçinin Whatsapp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.
Din: Müsəlmanlar və Buddistlər adada yaşayırlar. Rəsmi dil: Rəsmi dil Taycadır. Lakin turistik bir ada olduğu üçün, otel və restoran işçiləri İngilis dilində danışa bilir. Valyuta: Baht (฿), 1TL = 10 Viza: Tayland 90 gün müddətində diplomatik, rəsmi və özəl pasport sahiblərini və pasport sahibləri üçün 30 gün müddətindən azad edir. Əgər viza müddətiniz adada bitirsə, vizanın müddətini adaya gəlməmişdən əvvəl olduğunuz şəhərin ən yaxın immiqrasiya ofisindən uzatmaq lazımdır. Vizasız olduğunuz hər gün üçün cərimələr tətbiq olunur. İqtisadiyyat: Adada demək olar ki, bütün insanlar turizmlə yaşayırlar. İqlim: İl ərzində 26 dərəcə istilik olan adanın ən isti ayı aprel ayıdır. Dekabrdan yanvar ayına qədər hava idealdır. Oktyabr və noyabr ayları arasında gəlsəniz, normal sayda turist görəcəksiniz.
Ərazisi: Koh Lipe kiçik bir ada 3.5 km genişlikdə və 2.5 km uzunluğundadır. Coğrafiya: Co Tarutao Milli Marina Parklarından biridir. Əhali: Ada əhalisi 600 nəfərdir. Saat Fərqi: Azərbaycan ilə ada arasında +5 saat vaxt fərqi var. Neçə gün qalmaq olar: Burada ən azı 1 həftə keçirməlisiniz. İnternet: Yavaş sürətdə olmasına baxmayaraq, demək olar ki, hər bir otel və restoran pulsuz WiFi təklif edir. Sağlamlıq: Sunrise çimərliyində bir xəstəxana və ingilis dilli həkimlər var. Walking Street-də bir poliklinika var.
Koh Lipe nəqliyyat
Sürət gəmilərinin ayrıldığı Koh Lipe üçün ən yaxın gəmilər Pakbara və Langkawi 40 km məsafədədir. Gəzinti müddəti 1,5 saatdır, lakin bəzi gəmilər digər adalarda dayanır. Belə hallarda səyahət zamanı bir qədər uzun olur.
Koh Lanta, Krabi, Koh Phi Phi və Phuket-dən noyabr-apreldə sürət gəmiləri ilə Lipe-ə çatmaq mümkündür. May və oktyabr aylarında Koh Lipe yalnız Pakbara qayıqları tərəfindən gəzilir.
Koh-lipe
Qiymət: Phuket-Koh Lipe (bir yol, bir nəfər 3400 Phuket) Phi Phi-Koh Lipe (bir yol 2500 Ph) Koh Lanta-Koh Lipe (bir yol, bir nəfər 1900 anta) Təyyarə + Ferry
Gündə iki uçuş təşkil edən NokAir ilə, Koh Lipe-a Bangkok-Trang-dan 2,5 saat uzaqlıqdadır.
Qiymət: 1200-1300baht, 1600baht (dəyirmi bərə), ümumi orta 3000baht
Koh Lipe’də Yemək
Restoranın yerləşdiyi otellərin əksəriyyətində yemək yeyəcəyiniz yerlər görə bilərsiniz. Ancaq adada dadlı yeməklər hazırlayan restoran və barlar nəzərə alınmalıdır. Bütün bu xidmətləri Pattaya, Sunrise, Sunset plajlarında və Walking Street də tapa bilərsiniz. Hansı çimərliydə olduğunuzdan asılı olmayaraq, zövqünüzə uyğun bir restoran və kafe tapa bilərsiniz. Bundan əlavə, adanın nisbətən bahalı olmasına baxmayaraq, qida və içki qiymətləri nisbətən münasibdir.
Koh lipe
Koh Lipe’də Gəziləcək Yerlər & Ediləcək şeylər
Üzmək və Günəşlənmək
Koh Lipe sahillərinə ayaq basmamış dəniz suyunun təmizliyi və rəngi sizi valeh edəcək. Bu, gözəl bir rəngə sahib olan sulara aşiq olacağsınız. Tropik meyvələrinin dadına baxaraq, dəsmalınızı, günəş gözlüyünüzü və günəş kreminizi götürüb özünüzü çimərliyə atın.
Plajda Masaj etdirmək
Koh-lipe
Sahildəki çimərliydə gəzintiyə çıxın, gəzinti zamanı çimərlikdə olan restoran və barları görəcəksiniz. Masaj edən qadınlar görəcəksiniz. 1 saat Tai ayaq masajı elətdirin. Əgər qiyməti 400 ฿ olan yağla masaj etdirmək istəyirsinizsə etməmişdən günəş yanığınızın olub-olmamasından əmin olun.
Qayıqlarla Sahilləri Kəşf etmək
Kua-Lipe
Digər yaxşı fikirlərdən biri, adanın ətrafından oteldən və ya dalış mərkəzlərindən birindən qayıq kirayə edin. Koh Lipe’tan 1 saatlıq yolu olan Koh Adang adasına gedin. 1 saatlıq qayıq kirayəsi xərcləri 100฿, həftəlik 300฿. Koh Adang’a gedərkən su, şapka və günəşdən qorunmağınız üçün krem götürün.
Günəşin Batışını Seyr etmek
Gün batımı
Sunset Beach’de qalırsınızsa şanslısınız. Hər axşam bir içki və kitabla möhtəşəm günbatımı seyr edə bilərsiniz. Əgər Pattayadırsızsa Sunset Plajı’nda olduğunuz qədər şanslısınız.
Walking Street’ə gedin
Walking Street
Gündüz saatlarında boş olan bu küçə saat 8-dən sonra dolmağa başlayır. Dəniz keyfindən və masajdan yorulmusunuzsa Walking Street küçəsinə səyahət edin. Restoranlara gedib dadlı yeməklərin dadına baxın.
Koh Lipe’də Alışveriş
Koh-Lipe
Satın almaq istədiyiniz hər şeyi Walking Street-də görə bilərsiniz. Bura suvenirlər, çantalar və s daxildir. Adada 3 ATM var. Walking Street-də 7-Eleven bazarı var. Sunrise çimərliyinin son yolunda Pooh Restauran görə bilərsiniz . Bir çox mehmanxana və səyahət agentliyi 5-8% komissiya üçün nağd pul verə bilər.
? 2 nəfər – 1945 usd ? 3 nəfər – 2775 usd ? 4 nəfər- 3530 usd __ Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Tarix (01 iyul – 08 iyul) ? – Otel (7 gecə / 8 gün) ? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Hədiyyə ( Dubay Turu)
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Turu bron etmək üçün ödənişin ilkin olaraq 30 faizini ödəməniz kifayətdir. Qalan hissəsini isə istər kredit, istərsə də getdiyiniz tarixə 2 həftə qalmış ödəyə bilərsiniz. ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb. ❓ – Siz istədiyiniz tarixə görə Qiymət öyrənmək istəyirsiz? ❗ – Elə isə WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. ____ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng)
İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb.
İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına istinadla xəbər verir ki, 100 ballıq cədvəl üzrə Santander 87 bal, Qranada isə 85 bal toplayıb.
Reytinqin lideri olan Santander turistləri özünün təhlükəsizliyi, yerli sakinlərin dostcasına münasibəti və qastronomiyası ilə yaxşı mənada heyrətləndirib. Eyni zamanda, turistlər buradakı qiymətlərin yüksək olmasından gileyləniblər.
Barselona və Madrid hərəyə 80 bal toplayıb. Bu şəhərlərdə turistləri daha çox nəqliyyat infrastrukturu, əyləncə və alış-veriş cəlb edib. Yeri gəlmişkən, bu meyarlara görə, yüksək ballar alan şəhərlər sırasında Bilbao, Sevilya və Valensiya da var.
Fransanın nüfuzlu “Lexpress”, “Liberation”, “France24”, “Actu.orange” və digər qəzet və portalları Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edən məqalə yayıb. Müəllif Naftalan neftini “Allahın hədiyyəsi” adlandırır.
Məqalədə qeyd olunur ki, Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhəri xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhurdur. Dağlıq Qarabağ bölgəsinə yaxın olan bu neft kurortu xarici turistləri cəlb edir. Polartirit, artirit xəstəliklərindən əziyyət çəkən insanlar müalicə almaq üçün məhz buraya gəlirlər. Burada aldıqları 10 günlük müalicədən sonra xəstələrin dərmandan istifadəsi kifayət qədər azalır və onlar özlərini əla hiss edirlər. Naftalan neftindən, həmçinin əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur.
Neftin Azərbaycan iqtisadiyyatında vacib rol oynadığını qeyd edən müəllif bildirir ki, ölkədə “qara qızıl” XIX əsrin ortalarında kəşf olunub. Naftalan nefti isə adi neftdən müalicəvi xüsusiyyətləri ilə fərqlənir.
Məqalədə xatırladılır ki, ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkün şəhərdəki sanatoriyalarda məskunlaşıb. Bu isə müalicə mərkəzinə gələn turistlərin sayına mənfi təsir göstərib. Son iki onillikdə Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülüb. Burada məskunlaşmış məcburi köçkünlər Azərbaycanın digər regionlarına köçürülüb, sovet dövrünün sanatoriyaları isə yeni turistik obyektlərlə əvəzlənib. Hazırda Naftalanda müxtəlif sanatoriyalar, spa mərkəzləri və otellər tikilir və bu şəhər öz əvvəlki şöhrətini qaytarmaqdadır. İllər keçdikcə buradakı sanatoriyalarda müalicə metodları təkmilləşdirilir. Görülən tədbirlər sayəsində buraya gələn turistlərin sayında artım müşahidə olunur.
Latviyanın www.delfi.lv portalında Azərbaycanın altı ən məşhur turistik əhəmiyyətli yeri barədə məlumat verilib.
Azərbaycanın “Odlar diyarı” adlandırıldığı məqalədə ölkə qədimliyi və müasirliyi bir arada birləşdirən unikallığa malik göstərilir.
Siyahıda Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları və Talış dağlarının adları yer alıb. Hər bir yer haqqında maraqlı məlumatların bölüşdürüldüyü məqalə latış turistləri üçün çox maraqlı ola bilər.