Ev Blog Səhifə 240

Azərbaycan Yaxın Şərq ölkələri ilə turizm sahəsində əməkdaşlığı gücləndirir

0
Turizm

Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədi ilə aprelin 9-12-də Səudiyyə Ərəbistanından, aprelin 14-18-də isə BƏƏ-dən mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

TUMSIAD rəhbəri: “Bakıda sərgiyə 10 mindən çox adam gələcək”

0
Çundari Anis İqbal

Bakıda Azərbaycan-Türkiyə-Pakistan sərgisinin keçirilməsinin məqsədi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsidir.

Bu barədə Türkiyə Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) Pakistan ofisinin rəhbəri Çundari Anis İqbalmətbuat konfransında bildirib.

“Seçdiyimiz sferalar çox vacibdir – toxuculuq, kənd təsərrüfatı, əl işləmələri, turizm, əczaçılıq və s. Sərgidə, ümumilikdə, 35 Pakistan, 20 Türkiyə10-dan çox Azərbaycan şirkəti təmsil olunacaq. Sərgiyə 10 mindən çox adamın gələcəyi gözlənilir”, – Çundari Anis İqbal deyib.

Xatırladaq ki, sərgi Azərbaycan paytaxtında aprelin 11-dən 13-dək keçiriləcək.

Maraqlı fakt – Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir

0
naftalan

Milli Turizm Təbliğat Bürosu Azərbaycana daha çox çinli turist cəlb etmək niyyətindədir.

Bunu Büronun mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Büronun dəstəyi ilə Azərbaycan və Çin turizm şirkətləri arasında saziş imzalanıb. Saziş çərçivəsində 2 min Çin turisti Azərbaycana səfər edəcək:

Şirkətlərin həyata keçirdiyi marketinq tədqiqatları nəticəsində müəyyən edilib ki, çinli turistlər üçün prioritet istiqamət Naftalandır. Əminik ki, Naftalanın potensialı Çin turistlərinin tələbatını ödəyəcək“.

K.Quluzadə əlavə edib ki, bu hələ ilk addımdır: “Biz daha çox çinli turist cəlb etməyi planlaşdırırıq. Həm də təkcə Naftalan və ya Duzdağ kimi sağlamlıq kurortlarına yox. Qeyd edim ki, əvvəllər Çin turistləri Azərbaycana yalnız Cənubi Qafqaza ümumi turlar çərçivəsində səfər edirdi. Yeni saziş bilavasitə Azərbaycana səfərləri nəzərdə tutur“.

ELEKTRİK TƏYYARƏLƏR – EKOLOJİ ZƏRƏRSİZ, UCUZ VƏ SƏSSİZ

0
elektrik təyyarə

CNN-in verdiyi məlumata görə, hava nəqliyyatının səbəb olduğu ekoloji problemlərə görə narahat olan sərnişinlərə tezliklə ekoloji zərərsiz alternativlər təklif olunacaq.

Britaniyanın büdcə aviaşirkətlərindən olan EasyJet, 2030-cu ilə qədər, qısa marşrutlu uçuşlar üçün elektrik təyyarələrindən ibarət donanma yaratmağı planlaşdırır. Bu tipli təyyarələrin karbon emissiyasını azaldacağı və daha səssiz uçuşa yol açacağı gözlənilir.

Aşağı büdcəli hava daşıyıcısı EasyJet, ABŞ-ın istehsalçılarından biri olan “Wright Electric” ilə iki saatdan az olan uçuşlar üçün batareya ilə gücləndirilmiş təyyarələrin istehsalı üçün razılığa gəlib.

2016-cı ildə yaradılan “Wright Electric” artıq iki oturacaqlı elektrik təyyarəsinə sahibdir və gələn il 9 oturacaqlı təyyarəsini “EasyJet” ilə uçurmağa  hazırlaşır.  Şirkət artıq elektrik hava daşıyıcılarında motorların istehsalı üçün patent müraciəti edib.

Uğurlu olduğu halda, EasyJet bu təyyarələrdən məşhur marşrutlarda istifadə olunacağını bildirib.

Şirkətin icraçı direktoru Johan Lundgren elektrik təyyarələrinə keçidin çox sürətli baş verdiyini vurğulayıb və ilk uçuşun London-Amsterdam marşrutu üzrə həyata keçəcəyini vurğulayıb. Elektrik təyyarələrin uçuş məsafəsi 500 km ətrafında olduğu üçün bu istiqamət ilk “elektrik marşrut” olmaq üçün əlverişli hesab olunur.

Wright Electric” elektrik təyyarələrin ənənəvi təyyarələrdən 50% daha səssiz və aviaşirkətlər üçün 10% daha ucuz olacağını vurğulayıb.

Şirkətin icraçı direktoru Jeffrey Engler Avropaya bu yeni texnologiyanı tanıtmaq üçün səbrsizləndiyini bildirib.

Qeyd edək ki, artıq “Zunum” şirkəti “Boeing”-in dəstəyi və “Siemens” şirkəti “Airbus”-ın tərəfdaşlığı ilə elektrik motorlar üstündə çalışır.

QARA QUTU HAQQINDA BİLMƏDİKLƏRİNİZ

0
qara qutu

Hər dəfə avia-qəza baş verdikdə, şübhəsiz ki, qara qutular haqqında eşidirik. Bu qurğular təyyarələrlə bağlı zəruri informasiyalar özündə saxlayır və qəzaların səbəbin araşdırılmasında ən önəmli rolu oynayır. 1950-ci illərdən etibarən, bu texnologiya aviasiya sənayesinə çox kömək edib. Bəs sizin bu qurğular haqqında başqa məlumatınız var? Yoxdursa, aşağıda qeyd olunmuş faktlar köməyinizə çatacaq:

  1. “Qara qutu” əslində qara rəngdə deyil. Əslində bu qutular, “beynəlxalq narıncı” adlanan çox əlvan bir rənglə boyanır.
  2. Aviasiya sənayesində çalışan şəxslər bu cihazı qara qutu adlandırmır. Onun terminoloji adı uçuş məlumat yazarıdır (Flight Data Recorder).
  3. Qara qutu iki hissədən ibarətdir: uçuş məlumatları yazılan hissəpilot kabinəsindəki danışıqları qeyd edən hissə.
  4. Araşdırmalara və bugünə qədər analiz edilmiş qara qutulara nəzər saldıqda, qəzaların böyük hissəsinin mexaniki səhvlər deyil də, pilotların və təyyarənin baxımı ilə məşğul olan insanların səhvlərindən qaynaqlandığını görərik.
  5. Bütün təyyarələrdə qara qutularının mövcud olmasını zəruriyyətə çevirən ilk ölkə Avstraliyadır.
  6. Bu cihazlardakı məlumatı yalnız xüsusi təyinatlı insanlardan ibarət komitə analiz edib oxuya bilər.
  7. Bu qurğular uçuş haqqında informasiyaları 25 saat müddətinə yaza bildiyi halda, danışıqların yalnız 2 saatını qeyd edəcək həcmdədir.
  8. Yüksək texnologiyalı izləmə komponenti sayəsində, qara qutuların yeri okeanın dərinliklərində belə aşkar oluna bilir.
  9. Qara qutular təyyarələrin quyruq tərəfində yerləşir, çünki bu hissə qəza zamanı ən az zərər görən hissələrdən hesab olunur.
  10. Qara qutular dayanıqlıdır, amma məhvedilməz deyil. Bugünə qədər onlarla qara qutunun məlumatı alınan zərbələrə görə hələ da analiz edilə bilməyib.

“Etihad Airways” qolf ləvazimatlarını pulsuz daşıyacaq

0
Etihad Airways

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviasiya şirkəti Əbu-Dabi şəhərini qolf idmanı həvəskarları üçün daha cəlbedici etmək üçün qolf ləvazimatlarını pulsuz daşımağa qərar verib.

Qolf idman növü Əbu-Dabinin turizm strategiyasında mühüm yer tutur, idmançılar şəhərdə adi turistlərdən iki gün yarımdan çox vaxt keçirirlər. Qolfçular tez-tez ailələri ilə birlikdə səyahət edirlər ki, bu da turistlərin sayını artırır. “Etihad Airways” aviaşirkətinin yeni qaydalarına əsasən, qolfçuların içərisində qolf ağacı, bir cüt çəkmə, çətir və çadır olan əlavə çantanı pulsuz aparmasına icazə veriləcək.

Aviaşirkətin turizm istiqamətlərinin inkişafı üzrə vitse-prezidenti Hareb Al Muhairi deyib: “Qolf meydançaları BƏƏ-yə gələn turistləri cəlb edən mühüm aspektdir. Biz qolf həvəskarlarını salamlayırıq və onları şəhərimizdə görməkdən şad olarıq. Ləvazimatların pulsuz aparılması dünyanın ən gözəl məkanlarından birində istirahət edən qolf həvəskarları üçün gözəl hədiyyədir.

Etihad Airways” aviaşirkəti BƏƏ-də qrup halında qolf turnirləri təşkil edən “Hala Abu Dhabi” komandası ilə sıx əməkdaşlıq qurub, paytaxtda qolf cəmiyyətinin fəaliyyətində yaxından iştirak edir, onun dünya səviyyəli idman istiqaməti imicini möhkəmləndirir”.

Hər il yaşıl və geniş qolf meydançalarından zövq almaq üçün Əbu-Dabiyə minlərlə qolfçu axın edir. “Etihad Airways“ Avropa Qolf Assosiasiyasının (EGA) hər il paytaxtda keçirdiyi “Abu Dhabi HSBC” çempionatının rəsmi tərəfdaşıdır. Bu yarışlar dünya qolf ulduzları ilə yanaşı, minlərlə tamaşaçını da cəlb edir.

Gəzməli öz stendi ilə Azərbaycanın Beynəlxalq Turizm Sərgisində iştirak edib

0
Telman Məmmodov-Go Travel təsisçi

Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişafında həmişə aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev turizm sektorunun inkişafına daim çalışmışdır. Ölkə başçısının sərgini hər il ziyarət etməsi turizm sahəsində işgüzar münasibətlərə və ümumilikdə, bu sahənin inkişafına əlavə təkan verir.

4-6 aprel tarixlərində 18-ci Azərbaycan Beynəlxalq TurizmSəyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açıb. Hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirib.

AİTF

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim ediblər. Həmçinin Gəzməli də öz stendini 3 gün müddətində ziyarətçilərin üzünə açıb. Gəzməlinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Ziyarət edənlər bu saytın ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayıb. Gəzməlinin redaktoru olaraq üç gün müddətində stenddə dayanıb ziyarətçilərin suallarını cavabladım. Bu sərginin keçirildiyi müddətdə müxtəlif təkliflər, razılıqlar əldə olundu. Sərginin sonunda isə AİTF-in sertifikatı ilə təltif olunduq.

Nərmin Məcidli

Ənənəvi olaraq,sərgidə Belarus, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand Çex Respublikası milli stendlər ilə çıxış edib. Roqaşki Slatina (Sloveniya) regional stendlə təmsil olunub.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib və bu hadisə “AITF” sərgisi çərçivəsində də öz əksini tapıb. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış ediblər.

AITF” sərgisi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.

Turistlər üçün dünyanın ən cəlbedici istiqamətlərinin adı açıqlanıb

0

Dünyanın ən çox oxunan turizm saytı “Tripadvisor” turistlər üçün ən cəlbedici istiqamətlərin siyahısını açıqlayıb.

Birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.

Saytın veb-səhifəsində ən maraqlı adalar, ekzotik ölkələr, müxtəlif turpaketlər kruizlər turistlər üçün təklif olunur.

Dünyanın ən romantik şəhəri kimi qəbul edilən Paris siyahıda ikincidir. Tarixi gözəllikləri ilə insanı valeh edən İtaliyanın paytaxtı Roma isə üçüncüdür. Növbəti yerlərdə Yunanıstanın ən böyük adası olan Krit, tropik təbiətin hakim olduğu Bali, hər il təxminən 5 milyon turist qəbul edən, bəyaz qumlu çimərlikləri, ecazkar təbiəti ilə məşhur Puket adası, zəngin sənət tarixi ilə ziyarətçilərin diqqətini çəkən Barselona üç böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən, başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu olan və iki qitədə yerləşən İstanbul, Şimali Afrikanın ekzotik şəhərlərindən olan Mərakeş Ərəb yarımadasının ən inkişaf etmiş ölkələrindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri qərarlaşıb.

“AITF 2019” sərgisi çərçivəsində fotosəyahət

0
AİTF

Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisinin ikinci günü keçirilən tədbirlərdən biri də foto və səyahətə həsr olunub.

Tədbirdə tarixçi, etnoqraf İradə Qədirova ölkəmizdə eko-turizmin inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, bölgələrə də əcnəbi turistlərin səfərlərinin təşkilinin vacibliyini qeyd edib.

Mühəndis və fotoqraf Emin Dostəliyev dünyanın 40-a yaxın ölkəsində olduğunu söyləyib. Madaqaskar, Kamerun, Mozambik, Mərakeş Tailand kimi ekzotik yerlərə səfərləri zamanı fotoçəkilişlər etdiyini deyən natiq, bu sahədə qazandığı təcrübəni və xatirələrini bölüşüb.

Fotoqraf Fərid Novruzi də sərgidə nümayiş olunan fotoları ilə fərqlənib. Çıxışından məlum oldu ki, o da aktiv səyahətçidir və dünyanın qeyri-adi yerlərində foto çəkilişlər edib. Antarktikaya səyahəti zamanı oradakı əriyən buzlaqları seyr edib və heyvanat aləmi ilə elə də zəngin olmayan adalarda gördüklərini kameranın yaddaşına köçürüb.

O, həmçinin Meksikada yerləşən, dərinliyi 300 metr olan dünyanın ən böyük mağarası “Cave of Swallows” (Qaranquşlar mağarası), Namibiyadakı “Sossusvlei səhrası”nda olub, Madaqaskarda yerləşən “Boabab küçəsi”ndə ağacların əhatəsində şəkil çəkdirib, UNESCO tərəfindən mühafizə olunan “Tsingy of Bemaraha” milli parkında qayalıqların arasından və asma körpülərdən keçib, Perudakı “Maçu Pikçu”da selfiləri ilə tamaşaçıları təəccübləndirib.

Sərgidə, həmçinin Fərid Novruzinin son illərdə çəkdiyi fotoşəkilləri də sərgilənir.

Xatırladaq ki, aprelin 6-dək davam edəcək “AITF-2019” sərgisinə dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat qatılıb.

Turizm bazarlarının şaxələndirilməsi Azərbaycan Turizm Bürosu üçün əhəmiyyətlidir

0
Bəhruz Əsgərov

Azərbaycan üçün prioritet istiqamət sayılan turizm bazarlarının şaxələndirilməsi Azərbaycan Turizm Bürosu üçün əhəmiyyətlidir. Görülən işlərin davamı olaraq yaxın gələcəkdə daha 4 bazarda Turizm Bürosunun nümayəndəliyinin açılması nəzərdə tutulub.

Bu sözləri jurnalistlərə Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov açıqlamasında deyib.

O əlavə edib ki, qeyd edilən bazarların seçilməsində gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq. İlkin olaraq həmin ölkələr artıq məlumdur, yaxın gələcəkdə bu istiqamətdə bütün işlər yekunlaşdıqdan sonra adlar açıqlanacaq.