Ev Blog Səhifə 243

Avropanın ən yaxşı kurortu harada yerləşir? (FOTO)

0
Avropanın ən yaxşı kurortu

Burada siz hətta fərqli nəfəs alacaqsınız. Saat əqrəbləri dayanır, buna görə anın gözəlliyindən faydalana biləcəksiniz. Bu möhtəşəm məkanı bir dəfə ziyarət edən, heç vaxt unuda bilməyəcək.

Beşulduzlu bu otel, 4 müəllif mətbəxinin restoranı, Sağlamlıq Mərkəzi, SPA, golf klubu, Art-kosmik, bağları, ahırlar, parklar Gənclik gölünü özündə birləşdirir.

kurort

Bu, həqiqətən cənnət məkanıdır!

Biz əsl möhtəşəm yerin harada yerləşdiyini bilirik. Lviv-dan sonra, 26 km, gözəl mənzərələri olan kiçik kənd yollarından keçərək “Edem Resort & Medical Spa”nın cənnət qapıları sizə açılacaq.

Otel kompleksi “Total Escape” beynəlxalq nəşrində dünyanın ən yaxşı 9 SPA və Sağlamlıq kurortlarının reytinqinə daxil edilib və Chance Travel Awards-da “Ukraynada ən yaxşı oteli” mükafatına layiq görülüb.

kurort

Burada siz yaxın dost kimi qarşılanacaqsınız. Siz mükəmməl Ukrayna təbiətinin, Mələklər prospektinin və Gənclər gölünün gözəlliyi ilə tanış olacaqsınız. Siz buranin gözəl ahırlarında gəzəcəksiniz, Art-kosmosda müasir incəsənətin şah əsərlərini qiymətləndirəcəksiniz, yeni sürücülük sahəsində golf oynayacaqsınız və sonra ağ qumlu çimərlikdə istirahətinizi davam edəcəksiniz. Kulinar əsərlərinin pərəstişkarları xüsusi təamların dadı ilə yeni hissələr kəşf edəcəklər. Su üzərindəki Terras restoranında yeməklərdən həzz alacaqsınız.

Ağır bir günün sonunda SPA mərkəzində enerjiniz bərpa ediləcəkdir.

Edem Resort & Medical Spa” harmoniya məkanı sayılır, çünki burada siz həm fiziki, həm də mənəvi istirahət edəcəksiniz.

kurort

Əgər sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, Sağlamlıq Mərkəzinin mütəxəssisləri sizi xüsusi proqramlar ilə tanış edəcəklər. Bu proqramlar fiziki və mənəvi cəhətdən sizi bərpa edəcəklər.

Ən yaxşı proqramlardan biri 7, 10 və ya 14 günlük Detox programı.

Hər bir tibb proqramına başlamazdan öncə sizi Avropa İnsan Haqları Akademiyasının akademik vəzifəsini icra edən, anti-yaşlanmaq tibbində beynəlxalq mütəxəssis və Səhiyyə Mərkəzinin baş həkimi Aleksey Bəşkirtsev konsultasiya edəcək.

Daxili harmoniya və özünüzü yenidən kəşf – “Edem Resort Medical & SPA” yeni üfüqləri açır, bu sizə dünyaya gözəl baxmağa imkanı verir. Burada, göldə, meşədə və sakitçilikdə, həqiqətin qapıları üzünüzə açılır.

Azərbaycan və Almaniya ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırıb

0
Azərbaycan və Almaniya

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası zamanı deyib.

O qeyd edib ki, ötən il Almaniyanın Cənubi Qafqazda tərəfdaşları arasında Azərbaycanın payı 70 faiz təşkil edib.

Nazir müavini həmçinin Azərbaycanın iqtisadi göstəriciləri barədə də məlumat verib. Onun sözlərinə görə, ölkədə inflyasiya 2,3 təşkil edib, ÜDM 1,4 faiz artıb, kənd təsərrüfatı sahəsində artım 4,6 faiz, turizm sahəsində 7,6 faiz, nəqliyyat sahəsində 7,9 faiz təşkil edib:

Əsas kapitala investisiyalar 12,9 milyard manat, xarici ticarətdə müsbət saldo 7,6 milyard manata bərabər olub”.

R.Məmmədov əlavə edib ki, Azərbaycan ixracı 30 faiz, o cümlədən qeyri-neft ixracını 10 faiz artırıb. Kənd təsərrüfatı məhsullarının ixracı 12 faiz, sənaye məhsullarının ixracı 9 faiz artıb.

“Eurotourism Travel Agency” İsraildə İMTM 2019 beynəlxalq turizm sərgisində iştirak etdi (FOTO)

0
"Eurotourism Travel Agency"

Eurotourism Travel Agency” İsraildə İMTM 2019 beynəlxalq turizm sərgisində iştirak etdi.

İTTM-2019 25-ci illik beynəlxalq turizm sərgisi Tel Aviv şəhərində 12-13 fevral tarixləri arasında təşkil edildi.

IMTM İsrail turizm bazarında yeganə rəsmi və peşəkar sərgi sayılır.

Tədbirdə İsrail turizm bazarının nümayəndələri və digər ölkələrin iştirakçıları, otel və avtomobil icarəsi şirkətlərindən turoperatorlar, peşəkar assosiasiyalar, bələdiyyələr və texnologiya təchizatçıları iştirak ediblər.

IMTM çərçivəsində seminar və mətbuat konfransları da təşkil edildi. Səhər saatlarında sərgi yalnız turizm sənayesinin peşəkarları, günortadan sonra isə bütün gələn qonaqlar üçün təşkil olunub

Eurotourism Travel Agency” şirkəti bu sərgidə iştirak edərək, yeni tərəfdaşlıqlarını uğurla qurdu. Şirkət nümayəndəsi İsraildə səyahət şirkətlərinin liderləri və rəhbərləri ilə 30-dan çox iş görüşməsini keçirdi.

Stendə Hindistan, Qazaxıstan və Rusiya şirkətlərinin nümayəndələri böyük maraq göstərdilər.

Ümumiyyətlə sərgi olduqca məhsuldar keçdi və İsraildən gələn turistlər axınına müsbət təsir göstərəcəkdir.

Qeyd etmək istərdik ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. 2017-ci illə müqayisədə 2018-ci ildə İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161% artım (40 min səyahətçi) olub.

“Prime Travel Market” sərgisinin yaz sessiyası keçirilib (FOTO)

0
Prime Travel Market

Mart ayının 15-də “Prime Consulting” şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə üçüncü Prime Travel Market tədbiri baş tutub. Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunub. Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Çexiya, Sloveniya, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurublar. Eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.

Prime Travel Market“in təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edib.

Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri vardır.

Üçüncü “Prime Travel Market” sərgisinin tərəfdaşları “Glion İnstitute of Higher Education” və “Türk hava yolları” şirkətləri olub.

Tədbir zamanı qonaqlar üçün 10-yə yaxın dəyərli hədiyyələr uduşa düşüb.

Prime Travel Market” ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır.

Növbəti dəfə “Prime Travel Market” tədbirinin 2019- -cu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

Tramp: ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımağının vaxtıdır

0
ABŞ

ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaq vaxtı gəlib çatıb.

Bunu “Tvitter“də ABŞ prezidenti Donalt Trump yazıb.

Trump qeyd edib ki, Qolan yüksəklikləri həddindən artıq strateji əhəmiyyətə, həmçinin İsrail dövlətinin və regionun təhlükəsizliyi üçün əhəmiyyətlidir.

İsrailin baş naziri Binyamin Netanyahu, öz növbəsində, prezident Donald Trampa bu addıma görə öz təşəkkürünü bildirib.

Qəbələdə Turizm Forumu keçiriləcək

0
Qəbələ

Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək.

Məqsəd forumun hədəflərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması əsas məqsədlərdən biridir.

Azərbaycan Turizm Forumu ilk dəfə 2016-cı ildə keçirilib. Forumda ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələlər yerli və xarici spikerlərin iştirakı ilə müzakirə edilir.

Forum bütün turizm mütəxəssislərinin və turizmə birbaşa və dolayısı ilə bağlı olan biznes adamlarının görüşdüyü Azərbaycanın yeganə turizm forumudur.

Azərbaycan Turizm Forumu “Tourismlab.” MMC-nin təşkilatçılığı ilə keçirilir. Qeyd edək ki, “Tourismlab.” MMC həmçinin “Tourism Students Meetup”-ın da təşkilatçısıdır.

Ukraynada Azərbaycanın turizm potensialı təqdim edilib

0
turizm

Azərbaycanın turizm potensialı Kiyevdə keçirilən “Uitt 2019” beynəlxalq turizm sərgisində uğurla təqdim olunub.

Azərbaycanın turizm potensialı

Azərbaycanın Turizm Bürosu və ölkəmizin turizm sektorundan olan partnyor şirkətlər Azərbaycanın bu sahədəki potensialını, yeni turizm marşrutlarını, həmçinin iyun ayından başlayaraq sentyabrın ortalarınadək davam edən çimərlik mövsümü zamanı istirahət imkanlarını nümayiş etdiriblər.

Sərgi çərçivəsində Azərbaycanın Turizm Bürosu və partnyorlarının Ukraynanın turizm sahələrinin təmsilçiləri üçün təqdimatla çıxış etdikləri seminar da təşkil olunub.

turizm

2018-ci ildə Azərbaycanı 57640 Ukrayna vətəndaşı ziyarət edib ki, bu da MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir.

Ukraynadan Azərbaycana Bakı və yaxın şəhərlərlə tanış olmaq məqsədilə əsasən gənclər gəlir. Ailəliklə gələn turistlər daha uzun müddətə ölkəmizdə qalırlar. Turistlər arasında SPA və sağlamlaşdırıcı prosedura, qastronomiya turlarının həvəskarları, həmçinin biznes səyahətçiləri çoxluq təşkil edirlər.

ALVA DONNA WORLD PALACE 5* paket qiymətləri -Go Travel

0
ALVA DONNA WORLD PALACE 5*

2 böyük – 2500 usd
? 2 böyük 1 uşaq – 2840 usd
? 2 böyük 2 uşaq – 3980 usd

__________
Qiymətə daxildir.
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Tarix (18 iyun – 25 iyun)
? – Otel *** (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
✅ – Turu bron etmək üçün ödənişin ilkin olaraq 30 faizini ödəməniz kifayətdir. Qalan hissəsini isə istər kredit, istərsə də getdiyiniz tarixə 2 həftə qalmış ödəyə bilərsiniz.

ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.

Bizdən YAY TURU alana – QIŞDA DUBAY TURU lotoreya yolu ilə HƏDİYYƏ olunacaqdır.

❓ – Siz istədiyiniz tarixə görə Qiymət öyrənmək istəyirsiz? 
❗ – Elə isə WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. 
________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Bakı-Tbilisi-Qars Dəmir Yolu xəttində hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb

0
Bakı-Tbilisi-Qars Dəmir Yolu

Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.

Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1520 millimetr standartlı izdən və 1435 milli metr standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib.

Qeyd edək ki, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.

Azərbaycanın turizm potensialı yaxın Şərqdə təqdim olunur

0
Turizm

Ölkəmiz Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.

10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması əsas məqsəddir. Yaxın Şərq regionu və Səudiyyə Ərəbistandan olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.

Sərgi 8 ildir ki, Yaxın Şərq regionunun əsas turizm iştirakçılarını bir araya toplayır. Turizm üzrə faydalı əməkdaşlıqlar üçün uğurlu platforma rolunu oynayır.

Qeyd edək ki, ötən ilin dekabrından etibarən Səudiyyə Ərəbistanda ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bundan öncə isə ölkəmiz Yaxın Şərq regionunda Azərbaycanın işgüzar turizm imkanlarının tanıdılması məqsədilə 25-27 martda BƏƏ-nin Əbu-Dabi şəhərində 13-cü “IBTM Arabia”da təmsil olunub. Azərbaycan Konqreslər Bürosunun iştirak etdiyi tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər zamanı ölkəmizin beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsi üzrə potensialı haqqında təqdimatlar maraqla qarşılanıb.