Ev Blog Səhifə 242

Son iki ay ərinizdə ölkəmizə ən çox turist Gürcüstandan gəlib

0
Gürcüstan

Bu ilin üç ayı ərizədə ölkəmizə gələn turistlərin sayında 3 faiz artım qeydə alınıb. Artım ölkəyə yeni regionlar üzrə turistlərin gəlməsi nəticəsində mümkün olub. Bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu ilin ilk iki ayı ərzində Azərbaycana daha çox ziyarətçi Gürcüstandan gəlib. Qeyd edib ki, Gürcüstandan gələn qonaqların sayı Rusiyadan gələnlərin sayından çox olub. Bundan əlavə, hazırda Çindən daha çox turistin cəlb edilməsi üçün işlər aparılır. Yeni imzalanan memorandumda Çindən Azərbaycana 200 min turistin gəlməsi nəzərdə tutulur.

K.Quluzadə bildirib ki, bu ilin ilk iki ayında ərəb ölkələrindən gələn turistlərin sayında 7 faiz azalma müşahidə olunub.

Yanvar-fevral ayları zəif turizm mövsümü hesab olunur. Digər tərəfdən, ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşların sayı azalıb. İraqlı turistlərə hava limanında viza verilməsi proseduru ilə bağlı müəyyən dəyişikliklər edilib. Bütün bunların hamısı gələn turistlərin sayına təsir edib. Amma ərəb ölkələrindən Azərbaycana iki yeni aviaşirkət vasitəsilə uçuşların başlaması ilə əlaqədar bu məsələdə stabilləşmənin olacağı gözlənilir. Bu da nəzərə alınmalıdır ki, Yaxın Şərq iqtisadi və siyasi baxımdan qeyri-stabil zonadır. Onlarda ölkədən çıxmaqla bağlı da problemlər olur. Ona görə də vaxtaşırı belə problemlər olacaq”, – deyə Dövlət Turizm Agentliyinin rəsmisi söyləyib.

Prezident turistlərin iki dəfə artırılmasını tapşırdı – Qurumlar hərəkətə keçdi

0
Turizm

Turizmlə bağlı hökumətə yeni təkliflər təqdim olunacaq.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizmlə bağlı təkliflər digər dövlət qurumları ilə müzakirə edilib: “İnfrastruktur və Azərbaycana turistlərin gəlməsi üçün daha əlverişli şəraitin yaradılması ilə bağlı təkliflərimiz var.

Eyni zamanda, nəqliyyat vasitələri, viza sistemi  və sair ilə bağlı təkliflər də var. Bütün bunların hamısı formalaşdırılıb və digər dövlət strukturları ilə müzakirə edilib”.

Prezident ilham Əliyevin tapşırığı ondan ibarətdir ki, turistlərin sayı yaxın illərdə iki dəfə artsın. Bunu təmin etmək üçün əlbəttə ki, ölkə daxilində və xaricində marketinq tədbirləri keçirməli, araşdırmalar aparılmalı və təbliğat işləri aparılmalıdır.

Hazırda Dövlət Turizm Agentliyi bu yöndə işlər aparır”, – deyə agentlik rəmisi qeyd edib.


Türkiyə-Azərbaycan turizm əlaqələrinin genişləndirilməsi üçün yeni layihələr hazırlanır

0
Turizm

Türkiyə ve Azərbaycanlı turizmçilərinin Bakıda görüşü keçirilib.

Bu görüş, Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə baş tutub.

Səfirliyin Nuru Paşa zalında keçirilən görüşünə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İzmir Vali köməkçisi Sultan Doğru, Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan  Qasımov, eləcə də turizm sektorunda çalışan digər firma təmsilçiləri qatılıb. 

Səfir çıxışında Türkiyə ilə Azərbaycanın həyatın müxtəlif istiqamətlərində çox yaxın qardaş münasibətlərində olduğunu diqqətə çatdırıb:

İki ölkə arasındakı münasibətlərdən ən dəyərli olanı isə insani münasibətlərdir. Bir millət iki dövlət anlayışını hər zaman qoruyuruq. Türkiyə və Azərbaycan eyni dil,mədəniyyət və ortaq tarixi paylaşır.Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Türkiyəyə səyahət edib. Yavaş-yavaş Türkiyədən Azərbaycana gəlişləri də artırmaq lazımdır. Bu şəkildə bir-birimizi daha yaxşı tanıma şansı əldə edəcəyik.Türkiyədən gələn turizmçilər ölkəyə qayıdanda Azərbaycan haqqında təəssüratlarını bölüşəcəklər”.

İzmir Bələdiyyə sədrinin müavini Sultan Doğru, İzmir ilə Bakının qardaş şəhər olduğunu və vətəndaşların bir-biri ilə çox gözəl münasibətlər qurduğunu bildirib.

Azərbaycan Dövlət Turizm Agentliyi  Aparat rəhbəri Kənan Qasımov Azərbaycanda insanların Türkiyəyə olan xüsusi istəyindən danışıb:

Bu günə qədər çok sayda azərbaycanlı Türkiyəyə səfər edib. Arzu edirik ki, Türkiyədən Azərbaycana gələn turistlərin də sayı daha da artar. Bunun üçün bu günə qədər görülən tədbirlər sislsilə şəklində davam edir”.

Türkiyə Səfirliyinin Mədəniyyət və Turizm Müşaviri İrfan Çiftçi, iki ölkə arasındakı turizm münasibətlərinin daha da inkişaf etdiyini deyib:

Son 2 il ərzində Azərbaycandan Türkiyəyə turist axını sürətlə artıb. Təxmini bu illər ərzində turist axını 60 faizə qədər artıb”. 

Görüşdə, QAFSAM-nin sədri Araz Aslanlı da Türkiyə-Azərbaycan turizm münasibətlərinin bu günkü vəziyyətindən danışıb. Gələcəkdə turizm sektorunun daha da inkişaf etməsi üçün bir sıra yeni layihələrin də gerçəkləşdiriləcəyini bildirib. 

Görüşün sonunda Müşavirliyin Türkiyə haqqında çəkilən yeni qısametrajlı filminin təqdim edilib və milli xalq oyunları nümayiş olunub.


Bu şəxslər Azərbaycana turist göndərəcək – Rəsmi maaş alacaqlar

0
Turizm

Azərbaycanın altı ölkədə xarici turizm nümayəndəliyi fəaliyyətə başlayıb. Bu nümayəndələr xarici vətəndaşlardır və onlar Azərbaycan Dövlət Turizm Bürosundan rəsmi əməkhaqqı alırlar. 

Agentliyin icraçı direktor müavini Bəhruz Məmmədov bildirib ki, nümayəndələr Azərbaycana göndərdikləri turistlərin sayına görə marja almayacaqlar.

Agentliyin işçisi kimi əməkhaqqı alan bu şəxslər məsul olduqları regionlardakı bütün sərgi və tədbirlərdə Azərbaycanı təmsil edəcəklər və turizm məhsullarımızın təbliğinə çalışacaqlar.

Büro rəsmisi əməkhaqlarının ümumi məbləği barədə sualımıza cavab olaraq bu rəqəmi səsləndirə bilməyəcəyini bildirib.

Türkiyə kurortlarının otellərinə böyük ENDİRİM kampaniyası – Go Travel

0
Go Travel

? Кампания больших СКИДОК на отели курортов Турции!

Aquasis Deluxe Resort & Spa 5*
Baia Hotel Bodrum 5*
Bodrum Holiday Resort 5*
Blue Bay Platinum 5*
Club Hotel Letoonia 5*
Delta Hotels by Marriot Bodrum 5*
Duja Bodrum by La Blanche 5*
Green Beach Resort 5*
Hilton Bodrum Turkbuku 5*
Hilton Dalaman Sarigerme Resort & Spa 5*
Kadikale Resort Hotegl 5*
La Blanche Island Bodrum 5*
La Blancshe Resort & Spa 5*
Lalila Blue Suites 5*
Liberty Hotels Lykia Holiday World 5*
Lujo Bodrum 5*
Omer Holiday Resort 5*
Pine Bay Holiday Resort 5*
The Bodrum by Paramount Hotels 5*
Tıtanic Deluxe Bodrum 5*
——————————————–
Yerlərin sayı məhduddur.
❓ – Siz istədiyiniz tarixə görə Qiymət öyrənmək istəyirsiz? 
❗ – Elə isə WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. 
________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Bakıdan Almatıya birbaşa aviareys açıldı

0
Bakı-Almatı

Azərbaycan Hava YollarıBakı-Almatı-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. 

Almatı hava limanında aviareysin açılması münasibətilə mərasim keçirilib.

Tədbirdə bildirilib ki, bu gündən etibarən AZAL-ın reysləri həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı “Airbus A319” tipli təyyarə ilə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

AZAL-ın marketinq kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov bildirib ki, reysin açılmasına səbəb Azərbaycanın prioritet siyasətlərindən biridir:

Bunun üçün turizm və iqtisadi sahədə hər iki dövlətlərarası əməkdaşlıq üçün birbaşa uçuşların olması vacibdir. AZAL-ın Almatı şəhərinə uçuşlar yox idi. İqtisadi və turizm sahəsi nəzərə alınıb və reysin açılması üçün qərar verilib. Fikrimcə, bu reys hər iki dövlət arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək”.

Almatı Qazaxıstanın “cənub paytaxtı” adlanır. Şəhər cənub paytaxtının bir növ “vizit kartı” olan inanılmaz gözəl qarlı dağlar – Alatau dağları platosunda yerləşir. Eyni zamanda, şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.

Fuad Yusifov qeyd edib ki, hər il müxtəlif ölkələrdə beynəlxalq turizm sərgiləri keçirilir:

Aprelin 4-6-da Azərbaycanda turizm sərgisi keçiriləcək. Aprelin 17-19-da Almatı şəhərində turizm sərgisi olacaq. Ayın 17-də sərgidən sonra AZAL-ın təqdimat mərasimi baş tutacaq. Həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən turagentlər öz təkliflərini təqdim edəcəklər”.

Gediş-gəliş qiyməti 320 dollar təşkil edir”, – deyə direktor qeyd edib.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərindən və www.azal.az saytından əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün genişmiqyaslı tədbirlər görülür

0
Bakı kart

Aprelin 5-də Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etməkdir. Həmçinin qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir.

Tədbirin ikinci hissəsi isə ikitərəfli görüşlər formatında müzakirələr çərçivəsində davam etdiriləcək.

2018-ci ilin dekabrından Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaqdır. Hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Bakı kart

Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan “Bakı Kart”ın (“BakuCard”) da təqdimatı keçiriləcək.

“BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş əldə etmək olar. 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq 1 həftəlikdir. 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN70 AZN təşkil edir.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan “BakuCard” kartları geniş funksional imkanları ilə tanınır. Bu kart Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.

Səyahət bələdçisi – Bled

0
Bled

Bled Sloveniyada gizli cənnət kimi tanınır. Məlumdur ki, Sultan Əbdülhəmit də Avropa səfəri zamanı Bledə səyahət etmişdir.

Xüsusilə, son zamanlarda həqiqətən çox kiçik bir şəhər Bled, Sloveniyanın əsas turizm bölgələrindən biri olmuşdur.

Bled

Bled’ə nəqliyyat

Bled, Ljubljanın şimalında, Avstriya sərhədindən 55 kilometr şimalda yerləşir. Təəssüf ki, Bled’e birbaşa uçuş yoxdur. Ljubljana’dan ölkəmizə birbaşa uçuş təxminən 2 saata yaxındır.

Bled səfəriniz üçün Lubljanaya da qala bilərsiniz. Ljubljana şəhərində qalırsınızsa, şəhərin mərkəzindən gedən avtobuslarla Bled-ə 1 saatda çatmaq olar. Avtobuslar hər saat Ljubljana avtovağzalından gedir. Son dayanacaq Lake Bleddir. Həm də geri dönmək üçün eyni avtobus seçə bilərsiniz. Yol boyunca təbiət mənzərəsi görəcəksiniz. Şəhər havası həqiqətən möhtəşəmdir.

Avtobus

Ümumiyyətlə, regionda ictimai nəqliyyat (avtobus, metro və s.) yoxdur. Bled olduqca kiçik bir şəhər olduğundan, hər yerə gəzərək və ya velosiped ilə gedə bilərsiniz.

Bled səyahət bələdşisi

Bled’e çatdığınızda avtobus dayanacağında dərhal bir neçə metr kənarda, Bled gölünün görəcəksiniz. Tam bir təbiət möcüzəsi olan Bled Gölü əslində bir buzlaq gölüdür və dənizdən yüksəkliyi 475 metrdir. Gölün dərin hissəsinin dərinliyi 30 metrdir. Sahə baxımından çox böyük deyil.

Bled

Bu sizin üçün maraqlı görünə bilər, amma bu kiçik adacık Sloveniyada tək adadır və gözyaşına bənzədilir. Bled fotoşəkil çəkmək üçün ideal yer hesab olunur.

Adaya çatmaq üçün gondol stilindən və avarçəkmə gəmilərindən istifadə edə bilərsiniz. Bu vasitələr na Pletna adlanır. Nəqliyyat vasitələrindən gölün təmizliyini qorumaq üçün bu ərazidə istifadə edilmir. Adağa daşınma haqqı 12 Avrodur. Ən azı 10 adam bu gəmilərə yerləşir.

Bu ada qədim zamanlarda imperatorların yazlıq yeri olub.

Bled qalası

Qala göldən təxminən 130 metr yüksəklikdədir. Orada sizi qala girişinə yönəldəcəklər.

1011-ci ildə inşa edilən qala, kiçik bir muzeyə malikdir.

Bled qalası

Qalada müxtəlif fəaliyyətlər təşkil edilir. Xüsusən, qala içində olan teatr və oyunlarla üst-üstə düşsəniz, izləyə və xoş vaxt keçirə bilərsiniz.

Qala xaricində, gözəl Bled gölünün mənzərəsini görə bilərsiniz. Qalanı gəzəndən sonra gölün görünüşünə baxaraq zövq ala bilərsiniz.

Bled və Slonenya mətbəxi

Bled gölü gəintisi etdikdən sonra bir nahar edə bilərsiniz. Mərkəzi sahədə bir çox restoran kafe var. Əgər bunlardan birini seçsəniz qəhvənizin yanında bölgəninin ən məşhur və dadlı desertini dadacaqsınız.

Bleddə Sloveniya mətbəxinin digər məşhur yeməklərini də sınamaq mümkündür. Məsələn, bizdə düşbərəyə çox yaxın olan “strukljt” -i dada bilərsiniz. Şirniyyat seçiminizdə kremşinatan yeməyəcəksinizsə, qozla hazırlanan bir xəmir olan “Potica” yeyə bilərsiniz.

Bled mətbəxi

Bled Ljubljana kimi digər Avropa şəhərlərinə nisbətən müqayisəli yeyib-içmək alternativləri təklif edir. Məsələn, qəhvə qiymətləri 1-2 Avrodur. Nahar üçün ucuz bir yer axtarırsınızsa, Sloveniyada çox məşhur olan pastriesi yeyə bilərsiniz.

Bled’ə nə zaman getmək olar?

Bled

Ljubljana Bledə səfəriniz üçün payız və ya baharı seçə bilərsiniz. Ljubljanada hava vəziyyəti dəyişir. Gölə yaxın olduğu üçün çox vaxt soyuq ola bilir.

Bled’də Alışveriş

Bled çox kiçik bir şəhər olduğundan və təbii gözəllikləri daha bol olduğuna görə bir çox alışveriş imkanları yoxdur.

Bled

Sloveniyada ağac və şüşə işlərinin yayıldığı bir yerdir. Daha çox əl işləri tapa bilərsiniz.

Bled’də qala biləcəyiniz yerlər

Göl mənzərəsi ilə oyanmaq istəyirsinizsə, Bled Gölü sahilində yerləşən makarman Guest House seçə bilərsiniz. Otelin göl mənzərəli otaqları çoxdur.

Bled

Ljubljana’da qalacaqsınızsa, təklifim, köhnə mərkəzə və avtobus stansiyasına yaxın olan Ginger Rooms-dur. Otel, bir çox bar, restoran və turistik yerlərdən bir neçə addım uzaqlıqdadır. Otel konsepsiyasında səhər yeməyi xidməti yoxdur, lakin ətrafdakı bir çox kafedə krosan və qəhvə ilə səhər yeməyi yeyə bilərsiniz.

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmaq istəyir

0
Azərbaycan və Avstraliya

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır.

Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.

O qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:

Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır”.

Qeyd edək ki, turizm Azərbaycanımn qeyri-neft sektorunun aparıcı sahələrindən biridir.

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.

Ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə açılacaq

0
Portonovi

Azmont Investments” şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində – Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş çoxməqsədli ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edir.

Dünyanın hər yerində insanlar getdikcə daha çox zəngin və ruhlandırıcı həyat tərzi, təbiətə yaxınlıq, stresdən azad və təhlükəsiz mühit, eləcə də ilhamverici sənət və mədəniyyət hadisələri təqdim edən kəşf edilməmiş yerlər axtarırlar. Biznes investisiyaları üçün də ən əlverişli mühitlərdən birinə malikdir. Dünyanın müxtəlif nöqtələrindən Monteneqroya uçuş həyata keçirən hava yollarının sayının getdikcə artır. Eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti şübhəsiz ki, digər bir üstünlükdür. Bunlar hamısı bizdə beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır”. Portonovi kurortu layihəsini həyata keçirən “Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok bildirir.

Portonovi

Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksinin Aralıq dənizi bölgəsindəki ən çox rəğbət qazanan yaşayış və istirahət məkanlarından birinə və Avropanın bu bölgəsindəki ən eksklüziv daşınmaz əmlak layihəsinə çevrilməsinə inamımız tamdır”, – deyə A.Erentok 22-24 noyabr 2018-ci ildə Bakı Ekspo Mərkəzində keçirilmiş 4-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo Real Estate) keçirilən təqdimat zamanı vurğulayıb.

Portonovi kurortu haqqında

Monteneqronun cövhəri: Ölkənin qeyri-adi gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən Portonovi, bağları, məşhur ticarət nişanlarının məhsulları ilə təchiz edilmiş fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir. Bu bənzərsiz yaşayış sahəsi ilə yanaşı, ezackar Aralıq dənizi regionunda yerləşən, şairlər tərəfindən vəsf edilməyə layiq möhtəşəm eviniz qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı və Avropada ilk “One&Only Resort Espace Chenot Health Wellness Spa” ilə qonşu olacaq. Fərqli konseptlərdə olan restoran və barlar, yüksək səviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verən dünya vətəndaşları üçün nəzərdə tutulub.

Portonovi

2019-cu ildə açılışı olacaq Portonovi kurortunun ilk mərhələsi çərçivəsində “Portonovi Village”, “Marina Residences”, parkların və meydanların olduğu gəzinti sahələri, həmçinin tam fəaliyyətdə olacaq. “D-Marin Portonovi” limanı sakinlərin və qonaqların istifadəsinə veriləcək. Village Residences Monteneqronun milli arxitekturasının və Venesiya tərzinin kombinasiyası olmaqla ənənəvi Aralıq dənizi regionu təəssüratını əks etdirir. Sakinlər işıqlandırılmış mənzərəli gəzinti yolları ilə bir-birinə bağlanib. Yüksək olmayan binalarda yerləşən, fərqli xarakterlərə, eleqant interyer və müasir rahatlığa malik mənzillər, “penthouse”lar və “townhouse”lardan zövqlərinə uyğun olaraq seçim edə bilərlər. “Cülyetta” balkonları, balkonlara açılan pəncərələr və qorunaqlı terraslar Village Residences məhəlləsinin gözəl mənzərəsinə xüsusi rəng qatır. Eyni zamanda, şəxsi həyatın gizliliyini də kifayət qədər təmin edir.

Marina Residences

Portonovi Marina Residences evlərində həyat müasir və canlı atmosferdə yaşanacaq. Sahildə yerləşən mənzillər və “sky villa”lar incəliklə işlənmiş lüks məkan hissi yaratmaqla, zərif və müasirdirlər. Ağac və şüşənin bir arada istifadə edilməsi parlaq bir görüntü yaradır. Eleqant daxili məkanlar dəniz mühitini balkonlar vasitəsilə içəriyə daşımaq üçün dizayn edilib. “Sky villa”lar isə malik olduqları möhtəşəm liman mənzərəli hovuzları ilə diqqət çəkir və sizi su ilə ahəngə dəvət edir.

Beynəlxalq səviyyədə tanınan, peşəkar liman idarəetmə şirkəti olan D-Marin tərəfindən işlədiləcək. D-Marin Portonovi Marina 238 lövbər dayanacağı ilə sakinlərin və qonaqların qayıqlarına və yaxtalarına gömrük rüsumundan azad yanacaq təchizatı və vertolyot meydançası da daxildir. Limanda Monteneqro dövlətinin sərhəd və gömrük xidməti yerləşəcək. Bu, liman vasitəsilə ölkəyə giriş etməyə və ölkədən çıxmağa imkan yaradacaq. Boka körfəzinin girişində, dalğalardan maksimum qorunan mövqedə yerləşməsi limanı super yaxtalar üçün ideal məkana çevirir. Limanın yaxınlığında yerləşən “Vista” meydanı isə marina həyatının dinamik mərkəzini formalaşdıracaq.