Ev Blog Səhifə 34

Turizmin təşkilinin beynəlxalq əhəmiyyəti

0
turizm

Son illərdə turizmin təşkili işi qloballaşaraq sırf beynəlxalq fəaliyyət dairəsinə daxil olmuşdur. Bu səbəbdən də turizmin təşkili işi dünya əhalisinin bir-birinə yaxınlaşmasına təminat yaradan bir sahə olmaqla yanaşı, o həm də milyonlarla insanların sosial və iqtisadi problemlərinin ödənilməsinə yardımçı olan böyük fəaliyyət sahəsinə çevrilmişdir. Eyni zamanda turizmin inkişaf etdirilməsi nəticəsində yeni iş yerləri yaranmışdır. Alimlərin apardıqları tədqiqatlara görə hal-hazırda dünya üzrə turizm sahəsində çalışanların sayı 192 milyon nəfərə çatmışdır. Turizmin qloballaşması onun iqtisadi və sosialmədəni əhəmiyyəti ilə bağlıdır.
Eyni zamanda iqtisadi və sosial-mədəni cəhətdən geridə qalmış ölkələrdə turizmin inkişafının səviyyəsi də çox aşağıdır. Bu baxımdan Afrika ölkələrində mövcud olan mədəni-iqtisadi gerilik 700 milyon əhalisi olan bu qitədə turizmin zəif inkişafına səbəb olur. Elə buna görə də beynəlxalq aləmdən Afrika ərazisinə turizm səfərinə gələn əhalinin sayı ildə 19 milyon nəfərə çatır. Afrika ölkələrində turizmin zəif inkişafının bir səbəbi də bu ərazilərdə qeyri-siyasi sabitliyin mövcud olmasıdır. Afrikanın bir çox dövlətləri tez-tez bir-biri ilə müharibələr aparırlar. Dünya əhalisi isə daxili münaqişələr və müharibələr olan ərazilərə turizm səfərinə getməkdən imtina edir.

Digər tərəfdən insanlar indiyə qədər bəşəriyyətin diqqətini özünə cəlb edən müqəddəs yerləri də görməyə can atır, həmin yerlərdə möhtəşəm tarixi abidələri görmək istəyirlər. Məsələn, hələ e. ə. III minillikdə dünyanın mədəniyyət mərkəzlərindən biri olan Misirin tarixi yerləri ilə tanış olmaq bu gün hər kəs üçün çox maraqlıdır. Dünyanın yeddi möcüzəsindən biri hesab olunan qədim Misir ehramları, (мясялян, е.я. 2600 илдя Хеопс ещрамы вя с.) həmin ehramların birinin qarşısında ucaldılmış «Sfinks» heykəli bir çox tarixi hadisələrin, elmi biliklərin açarıdır. Misirdə e. ə. III minillikdə bürokrat monarxiya quruluşuna rəhbərlik edən bütün fironların tarixi xatirələri bu abidələrdə cəmlənmişdir. Ehramları görməyə gələnlər fironlara həsr olunmuş maraqlı miflərlə üzləşir, onların qəbirlərindən aşkar olunmuş qiymətli əşyalara baxırlar. Eyni zamanda hələ də müasir elm tərəfindən hazırlanma texnologiyası tam məlum olmayan mumiyalar haqqında maraqlı məlumatlar eşidirlər. Ekskursovodlar Misir fironlarını Günəş allahı Ranın övladları kimi təqdim edirlər. Qədim Misir miflərində fironların Ranın övladları kimi təqdim olunması əslində onların hakimiyyətlərini ilahiləşdirmək xarakteri daşımışdır. Miflərin birində deyilir ki, Günəş allahı Ra firon II Ramzesə demişdir: «Sən mənim oğlumsan. Mən sənə ilahi hakimiyyət verdim ki, onu idarə edəsən». Qədim dövrdə Misirdə inşa olunan piramidaların tikinti texnologiyası da turistlərin heyrətinə səbəb olur. Bu еhramların divar daşlarının hər birinin ağırlığı 3 tona yaxındır. Qədim Misir sənətkarları bu daşları 150 metr hündürlüyə qaldıra bilmişlər. Qeyd olunan bu abidələr beynəlxalq turizmin inkişafına təsir göstərə bilən çox maraqlı faktorlardır. Elə bu abidələrə dünyada olan maraq hesabına 1995-ci ildə Misirə gələn beynəlxalq turistlərin sayı 4 milyona çatmışdır. 1997-ci ildə isə bu ölkəyə gələn turistlərin sayı 13 faiz artmışdır. 1998-ci ildə Misirin xarici turizmdən əldə etdiyi gəlirin həcmi 3 milyard 838 milyon ABŞ dolları olmuşdur. Turizmin inkişafına görə dünyada 40 qabaqcıl ölkələr sırasında Misir 27-ci yerdə dayanır. Misirin timsalında qeyd olunan iqtisadi göstəricilər beynəlxalq turizmin hər bir ölkənin iqtisadi inkişafına hansı dərəcədə təsir etməsini görmək mümkündür. Bu fakt bir daha sübut edir ki, dünya iqtisadiyyatının inkişafında turizmin böyük rolu vardır. Elə ölkələr vardır ki, onların milli gəlirinin xeyli hissəsi turizm sənayesindən, turizm işinin təşkilindən əldə olunur.

Beynəlxalq turizm bir sıra konkret funksiyaları yerinə yetirir. Onlar əsasən aşağıdakı funksiyalardan ibarətdir:
1. Beynəlxalq turizm ölkəyə xarici valyuta qazandırmaq funksiyasını yerinə yetirir.
2. Turizmin xidmət şəbəkələrinin genişləndirilməsinə təkan verir. Bunun da nəticəsində yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına səbəb olur.
3. Ölkədə məşğulluğun sahələriни və istiqamətlərini genişləndirir.
Turizmin əsas funksiyalarına nəzər yetirərkən görürük ki, bu sosial-mədəni sahədən hər bir ölkə faydalanır. Turizmdən faydalanma əmsalı isə çox böyükdür. Birinci növbədə turizmə qoyulan sərmayələr hesabına və ondan əldə olunan gəlirlə yeni müəssisələr yaradılır. Yeni müəssisələrin yaradılması isə bütün dünyanın əsas və bir nömrəli problemi olan işsizliyin azalmasına yardımçı olur. Digər tərəfdən ölkənin büdcəsinə turizmdən əlavə gəlir daxil olur və bunun da hesabına dövlət büdcəsindən maliyyə-ləşən təşkilatların əmək haqları artır, təqaüdlər və s. çoxalır. Əgər turizm səfərlərində olan insanların sayına nəzər yetirsək görərik ki, onların sayı milyonlardır. Bu milyonlarla insanın isə gündəlik tələbatı ödənilməlidir. Təbii ki, bu tələbatı ödəmək üçün ölkə bazarının çeşidini genişləndirmək lazım gəlir. Faktiki olaraq turistlərin sayının ölkə miqyasında artması yeni bazarlar yaradır. Bu da ölkə əhalisinin istehsal etdiyi məhsulun satışını artırmaqla, onun istehsal həcminin artırılmasına da şərait yaradır. Turistlər kommunal obyektlərin lazımi səviyyəsinə də xüsusi diqqət yetirirlər. Bu obyektlər beynəlxalq standartlara uyğun təşkil edilmədikdə həmin ölkənin turist təşkilatları minlərlə müştərilərini itirməyə məhkum olur. Buna görə də beynəlxalq turizmin sərtlərinə əməl edilərək onun infrastrukturuna, xidmət sahələrinin modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Hər bir turist öz ölkəsinə qayıdarkən ilk növbədə turizm xidmətləri sırasında kommunal xidmətləri xüsusi olaraq qeyd edirlər. Sözsüz ki, yaxşı xidmət turizm təşkilatının reytinqini daha da artırır və onun müştərilərinin sayının çoxalmasına səbəb olur.
Ən maraqlısı odur ki, xidmət sahələrinin keyfiyyət və həcmi artdıqca yeni ixtisas və texnologiyalara da tələbat çoxalır. Bu cəhət də ölkə daxilində bir sıra sosial problemlərin həllinə təkan verir. İnsanlar yeni iş yerləri ilə təmin olunurlar. Qeyd etmək lazımdır ki, aparılan сосиоложи tədqiqatlara görə hal-hazırda dünya turizm müəssisələrində çalışanların sayı 192 milyon nəfəri ötüb keçmişdir. Yəni dünyanın 192 milyon nəfər insanı, təkcə turizm işinin təşkili hesabına yeni iş yerləri ilə təmin olunmuşlar. Bu da dünya miqyasında işlə təmin olunan əhalinin təxminən 8 faizini təşkil edir. Dünyaya 532 milyard ABŞ dolları həcmində turizm məhsulları ixrac olunur. Bu məhsullar avtomobil sənayesinə, kimyəvi məhsullar istehsalına, ərzaq məhsullarının istehsalına və s. sahələrə aiddir. Tədqiqatçılar qeyd edirlər ki, müasir dövrdə turizmin illik artım tempi 7 faizdən çoxdur. Bildirilir ki, 2020-ci ildə 2000-ci ilə nisbətən turizm səyahətinə çıxanların sayı 2,2 dəfə artacaqdır. Belə ki, aparılan proqnozlara görə həmin ildə turizm səfərlərində iştirak edəcək insanların sayı 1 milyard 561 milyon nəfərə çatacaqdır. Turizmdən gələn gəlirin miqdarı isə bütün dünya üzrə qeyd olunan ildə тягрибян 2 trilyon dollara qədər yüksələcəkdir. Lakin, qeyd etmək lazımdır ki, beynəlxalq turizm dünyada heç də bərabər templə inkişaf etmir. Belə ki, hər bir ölkənin özünəməxsus olan turizm potensialı vardır.
Bu baxımdan Azərbaycan Respublikasının həm iqtisadi tempinin artımı, həm də təbii-coğrafi quruluşu burada beynəlxalq turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu sübut edir. Torpaqlarımızın ən zəngin və mənzərəli yerlərinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq ölkənin turizm sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Mədəniyyət və Turizm Nazirliyi turizmin beynəlxalq miqyasda inkişaf etdirilməsi üçün ayrıayrı inkişaf etmiş dövlətlərlə iş birliyi yaradır вя Azərbaycanda turizmin inkişafına təsir etmək məqsədi ilə sərmayələrin cəlb olunmasına çalışır. Artıq turizmin ölkəmizdə inkişafı üçün bir çox dünya dövlətləri ilə müqavilələr bağlanmışdır. Bу эцн бeynəlxalq bazarda turizm təşkilatları arasında güclü rəqabət mövcuddur. Elə dövlətlər var ki, onların sosial-iqtisadi mövcudluğu yalnız turizmin təşkilinin səviyyəsindən asılı olduğundan bu rəqabətin önündə getməyə çalışırlar. Belə ölkələrdən Tailandın, Kiprin, Malayziyanın və başqalarının adını çəkmək olar. Təbii ki, turizm işinin təşkili sahəsində yüksək peşəkarlığa nail olmuş belə ölkələrlə rəqabət aparmaq gənc Azərbaycan dövləti üçün çox çətindir. Ancaq buna baxmayaraq Azərbaycan Respublikasında da turizm işinin təşkili sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Xüsusilə, вахты иля ölkədə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması və turizm işinin 18 aprel 2001-ci ildə bu nazirliyə həvalə edilməsi bu sahədə müsbət nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin Nazirliyin səyi nəticəsində Azərbaycan 2001-ci il oktyabr ayının 14-də Seulda keçirilən Ümumdünya Turizm Təşkilatının XIV beynəlxalq yığıncağında iştirak etmiş və bu təşkilata üzv qəbul olmuşdur. Həmin təşkilat vasitəsilə beynəlxalq turizmə inteqrasiya olmaq imkanı əldə etmişdir. Eyni zamanda beynəlxalq səviyyədə turizm xidmətlərini yaxşılaşdırmaq və inkişaf etdirmək üçün ölkə prezidentinin fərmanı ilə «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırması» haqqında sənəd qəbul edilmişdir. Həmin sənəddə mehmanxana və onun xidmət funksiyasına bərabər olan müəssisələrin qarşısında xüsusi tələblər qoyulmuşdur. Bu tələblər əsasən göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Əyləncə turizmi

0
Əyləncə turizmi

Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var. İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər.

Əyləncə


Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf etmişdir.
Əyləncə turizmi dedikdə: müxtəlif attraksionlara, tematik parklara, akvaparklara, məşhur teatrlara, sirklərə, kazinolara, barlara  getmək nəzərdə tutulur. Ayrıca karnavallara, festivallara, milli bayramlara getmək, tamaşaçı və ya azarkeş kimi idman yarışlarında iştirak etmək də, buna misal ola bilər.

Disneyland

Tematik parklara misal olaraq “Disneyland”i misal göstərmək olar. Dünyanın  ən məşhur əyləncə parklarından biri olan “Disneyland” ABŞ-in Kaliforniya ştatının Anahaym şəhərində 1955-ci il 17 iyun tarixində Uolt Disney tərəfindən açılmışdır. “The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”ın tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə çox gəlir gətirmişdir.Tikilən vaxtı 36 hektar ərazini əhatə  edirdi, attraksiyonların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. İndi isə “Disneyland”ın müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq ərazini əhatə edir. “Disneyland” bütün yaşda olan insanlar üçün nəzərdə tutulan əyləncə parkıdır. Anahaym şəhərindəki “Disneyland”dan başqa, Florida ştatında “Disney-World”, Parisdə “Avro-Disneyland”, Honqkonkda “Disneyland” və sonda Tokiada “Tokio-Disneyland” fəaliyyət göstərir.

Dünyanın ən gözəl çayı – “Cano Cristales”

0
Cano Cristales

Kolumbiyanın Sierra de la Macarena bölgəsində yerləşən,  xalq tərəfindən «5 Rəngin Çayı» olaraq adlandırılan Cano Cristales çayı «cənnətə doğru irəliləyən çay» və «dünyanın ən gözəl çayı» olaraq da bilinir.

İlin əksər vaxtı başqa çaylardan fərqi yoxdur, yaşıl yosunlarla örtülü daşları və masmavi suları vardır. Ancaq çay hər il qısa bir müddət üçün sanki çiçək açır və göyqurşağının bütün rənglərini özündə birləşdirir.

Kolombiyanın yağışlı mövsümü boyunca çayın su kütləsi daha sürətli və dərindən axır, çayın dibini qaraldaraq görünməz edir. Belə olduqda çaydakı yosunlar ehtiyac duyduqları günəş şüalarını ala bilmirlər.

Quraq mövsüm boyunca isə çaydakı həyatı bəsləyəcək qədər su tapılmaz. Ancaq yağışlı və quraq mövsüm arasında elə bir dövr də vardır ki, su səviyyəsi olması lazım olduğu kimi olur, onlarla növ yosun və alg mükəmməl bir rəng müxtəlifliyi nümayiş etdirir. Mavi, yaşıl, qara, qırmızı və çəhrayı rəngin minlərlə tonu çayın üzərini örtür.

Cano Cristales çayının genişliyi 20 metr, uzunluğu isə 100 kilometrdir. Canon Cristales çayı yaxınlarında yol yoxdur, bu səbəblə çayı görmək arzusunda olan turistlə atlarla təmin edilir.

Rusiyada beynəlxalq aviareyslər bərpa edildi

0
turizm

Rusiyada bu gündən başlayaraq, beynəlxalq reyslər bərpa edilir.

Gezmeli.az Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq bəyanatla ölkənin Baş naziri Mixail Mişustin çıxış edib.

İlk mərhələdə uçuşlar üç şəhərdən – Moskva, Sankt-Peterburq və Rostov-Dondan həyata keçiriləcək.

Uçuşların bərpa ediləcəyi ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən ruslar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan Antalya, Bodrum və Dalaman şəhərlərinə uçuş edə biləcəklər.

“Türkiyə yaxın zamanda dünyanın cazibə mərkəzinə çevriləcək, yetər ki…”

0
Türkiyə

Görəcəksiniz, Türkiyədə heç kimin gözləmədiyi proseslər baş verəcək. Türkiyə yaxın zamanda dünyanın cazibə mərkəzinə çevriləcək, yetər ki, biz sabitliyimizi saxlaya bilək.
Gezmeli.az xəbər verir ki bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hərbi bazada əsgərlərlə görüşündə deyib.
Soylu böyük addımlar atmağın zamanı gəldiyini bildirib:
“Bizdə sabitlikdirsə, Yaxın Şərqdə də sabitlikdir. Bizdə sabitlikdirsə, Qafqaz regionunda da sabitlikdir. Biz müsəlmanıq, böyük mədəniyyətin övladlarıyıq. Biz qonşu, dost, qohum, düşmən, əmanətin nə olduğunu çox gözəl bilirik”, – deyə nazir bildirib.

İspaniyada karantin nəticəsində turizm və aviasiya sahələrində 1,6 milyon iş yeri itirilə bilər

0
turizm

Böyük Britaniyan və Norveç hökumətləri İspaniyadan bu ölkələrə gələn səyahətçilər üçün karantin tətbiq edilməsini qərara alandan sonra İspaniya iqtisadiyyatının hərəkətverici qüvvəsi olan turizm sektorunun perspektivləri pisləşməkdədir. Beləliklə, turizm sənayesində 750 min və aviasiya sektorunda 900 minə yaxın işçi öz iş yerlərini itirmək təhlükəsi ilə üzləşir.

Gezmeli.az xəbər verir ki, bu hesablamalar Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və İspaniya Turizm Assosiasiyası (Exceltur) tərəfindən aparılıb. Fransa və Almaniya kimi Avropa ölkələrinin öz vətəndaşlarına İspaniyaya getməməyi məsləhət görməsi və karantin nəticəsində vəziyyət daha da gərginləşə bilər. Ümumdünya Turizm və Səyahətlər Şurasının (WTTC) hesablamalarına görə, İspaniyada itirilmiş iş yerlərinin sayı 2,3 milyona çatacaq.

İspaniyanın turizm sektorunda əmindirlər ki, bəzi “hay-küyçülər” ölkənin reputasiyasına ziyan vururlar. İspaniya Sahibkar Təşkilatları Konfederasiyası (CEOE) bu böhranın yumşaldılması üzrə təxirəsalınmaz tədbirlər görülməsi üçün ölkə hökumətini dərhal “idarələrarası işçi qrup” yaratmağa çağırır.

İspaniyada ümumi daxili məhsulun 13 faizi turizm sənayesi hesabına yaranır, məşğulluğun da təxminən 13 faizi bu sahənin payına düşür. İspaniyanın turizm sektorunun əsas bazarı Birləşmiş Krallıqdır (İspaniyaya gələn turistlərin orta hesabla hər dörd nəfərindən biri ingilisdir). Buna görə də mövsümün qızğın vaxtında karantin tətbiq edilməsi barədə qərar turizm sektoruna ciddi zərbə vurur. Dünən TUI UK və Jet2 turoperatorları bildiriblər ki, onlar Kanar və Balear adalarına reysləri ləğv edirlər. Arxipelaqda istirahət edən turistlərin 50 faizi britaniyalıdır.

IATA-nın hesablamalarına görə, İspaniyanın aviasiya sektorunda 900 min iş yerinin itirilməsi təhlükəsi yaranıb. 114 milyona yaxın sərnişinin (bu, 2019-cu il ərzində qeydiyyata alınmış sərnişinlərin ümumi sayının təqribən yarısına bərabərdir) itirilməsi nəticəsində bu sektorun gəlirləri təxminən 15 milyard avro qədər azalacaq.

IATA-nın proqnozlarına görə, bu vəziyyət ÜDM-in 55 milyard avro və ya ümumi ÜDM-in 4,41 faizi qədər azalmasına ekvivalentdir.

Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır

0
Azal

Mövcud koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlanaraq beynəlxalq uçuşlar ləğv olunmuşdu.

Həmçinin turizm şirkətlərinə biletlərin satışı da dayandırılmışdı. Mart-iyul ayları ərzində uçuşlar ancaq təxliyyə məqsədli həyata keçirilirdi.

Gezmeli.az Baku TV -ə istinadən xəbər verir ki, artıq beş aylıq fasilədən sonra bütün turizm şirkətləri bilet satışını pandemiyadan öncəki qaydada, normal formada həyata keçirməyə başlayacaq.

Artıq tərkibində bilet olan turpaketlər də hazırlanır.  Azərbaycan Turizm Agentlyi Asossasiyası tərəfindən təklif verilib ki, testin nəticəsi neqativ olan bütün şəxslər xarici ölkələrə səyahət edə bilsinlər.

Türkiyənin Antalya və Bodrum şəhərlərinə də birbaşa uçuşlar bərpa oluna bilər. 

Onu da deyək ki, avqustun 1-dən etibarən həm də London və Berlin şəhərlərinə həftədə bir dəfə olmaqla aviareyslərə icazə veriləcək. Bundan başqa, Dubay və Minskə uçuşların bərpası da istisna edilmir.

BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb

0
Turizm

Yeni növ koronavirusun yayılmasına görə 2020-ci ildə beynəlxalq turizm sektorunun itkisi 320 milyard ABŞ dollarına çatıb. Bu da 2009-cu ildə iqtisadi böhran səbəbindən bu sahədə yaşanan itkidən üç dəfədən də çoxdur.

Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) məlumat verib.

UNWTO qeyd edir ki, koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətlər və ölkələrin, demək olar, tamamilə bağlanması nəticəsində turistlərin sayı 300 milyon azalıb.

Yanvar-may aylarında keçən ilin eyni dövrü ilə müqayisədə dünya ölkələrinə turist səfərlərinin sayı 56% azalıb. May ayında səfərlərin sayı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 98% azalıb.

Bu ölkəyə gedənlər 2 həftəlik karantində qalmalı olacaq

0
Tayland

Tailanda səfər edən əcnəbilər iki həftəlik karantində qalmalı olacaqlar. Gezmeli.az “Qafqazinfo”a istinadən xəbər verir ki , bu barədə “The Thaiger” xəbər verib.

Tailandın Turizm və İdman naziri Pipat Ratçakitprakan bildirib ki, statusundan və vətəndaşlığından asılı olmayaraq, bütün əcnəbilər məcburi 14 günlük karantindən keçməli olacaqlar.

Ölkədə iki aydan çoxdur ki, COVID-19-a yoluxma halı qeydə alınmayıb. Amma xaricdən qayıdan və iki həftəlik karantində qalan repatriantlar arasında koronavirusa yoluxma halları olub.

Azərbaycan mehmanxanalarında gecələmələr 60% azalıb

0
otel

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim tətbiq olunub. Eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq edilib. Bununla əlaqədar 2020-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb. Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 55,9%azalaraq 585,9 min olub.

Cari ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 58,8%-i Bakıda, 8,1%-iQəbələdə, 8,0 faizi Qusarda, 4,7%-iQubada, 4,2%-i Naftalanda, 3,1%-i Naxçıvan MR-da, 1,7%-i Lənkəranda, 1,4%-i Şabranda, 1,1% Mingəçevirdə, 0,8%-i Gəncədə və 8,1%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 64,3 % azalıb. Ümumi gecələmələrin 58,2%-ni təşkil edib. Gecələmələrin 15,6%-i Rusiya, 11,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,2%-i Səudiyyə Ərəbistanı, 6,8%-i Türkiyə, 6,4%-i Hindistan, 5,3%-i Böyük Britaniya, 5%-i Küveyt, 3,3%-i İran, 2,9%-i İsrail, 2,2%-i ABŞ, 1,8%-i Qətər, 1, 7%-i İraq, 1,6%-i Almaniya, 1,5%-i Pakistan, 1,5%-i Qazaxıstan, 1,2%-i İtaliya,1,2%-i Ukrayna, 1,0%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 75,3%-i Bakıda, 7,2%-i Qusarda, 4,8%-i Qəbələdə, 4,5%-i Naftalanda, 3,7%-i Naxçıvanda, 2,3%-i Qubada, 2,2%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Gecələmələrin sayı 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 34,4% azalaraq 245,1 min olub.

Cari ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6% azalaraq 72,0 milyon manat olub. Onun da 58,7%-i nömrələrin təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərini təşkil edib. 9,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6% səviyyəsində olub. Bu göstərici Beyləqanda 21,8%, Naftalanda 21,7%, Qusarda 13,6%, Şabranda 12,8%, Qubada 11,8%, Bakıda 11,4%, Qəbələdə 11,0%, Biləsuvarda 10,4%, Cəlilabadda 9,2%, Sabirabadda 9,2%, Göyçayda 9,2%, Naxçıvan MR-da 8,3%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.report