Ev Blog Səhifə 33

Rusiya elektron vizaya keçir

0
Elektron viza

2021-ci il yanvarın 1-dən Rusiyaya qısamüddətli elektron vizanın köməyilə getmək mümkün olacaq. Onun hazırlanmasına təxminən 4 gün lazımdır. Sputnik yeni qaydalardan necə istifadə etməyin yollarını araşdırıb

Vladivostok, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətlərinə səfərlər üçün 53 ölkənin vətəndaşlarına elektron vizaların verilməsi üzrə pilot layihənin ardından Rusiya ölkənin istənilən bölgəsinə səfər etmək hüququ verən qısamüddətli elektron vizaların alınması imkanını yaradıb. 

Gezmeli.az Sputnik-ə istinadən xəbər verir ki ötən cümə günü Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qısamüddətli səfər üçün 60 günlük müddəti olan universal vahid elektron vizanın tətbiqi barədə federal qanunu imzalayıb. Diplomatik, xidməti, adi, tranzit və müvəqqəti yaşamaq hüququ olan şəxsin vizası ilə yanaşı, bu viza da müstəqil kateqoriyaya malik olacaq.

Bu zaman səfərin müddəti 16 gündən çox olmamalıdır. Ancaq Rusiya Turoperatorları Assosiasiyasından (ATOR) Sputnik agentliyinə bildirdilər ki, statistikaya görə, əcnəbilərin Rusiyaya səfəri orta hesabla bir həftə təşkil edir. Ona görə də ölkəyə qısa müddət ərzində gəlmək üçün həmin vizanın vaxtı bəs edəcək.

Rusiyaya giriş maksimal dərəcədə sadələşdirilib: 113 ölkənin vətəndaşları yararlanacaqlar

Yeni viza üçün 2021-ci il yanvarın 1-dən müraciət etmək mümkün olacaq. Rusiya XİN-dən bildiriblər ki, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətinə elektron vizalarla eksperiment zamanı onlar bir problemin şahidi olublar: ərizəni dolduranlar çox zaman səhvlər edirlər və bu da onlara viza almaqda imtina edilməsinə əsas yaradır. Yeni vizalarla bağlı eyni problem yaşanmasın deyə saytı təkmilləşdirərək sadələşdiriblər.

Hansı ölkənin vətəndaşlarının yenilikdən istifadə edəcəkləri hələlik dəqiq məlum deyil. “Xarici ölkələrin siyahısını Rusiya Federasiyası hökuməti ayrıca təsdiq edəcək”,  – Dövlət Dumasının Fiziki tərbiyə, idman, turizm və gənclərlə iş komətəsinin üzvü Natalya Kuvşinova Sputnik-ə deyib.

“Güman edirəm ki, qısamüddətli elektron viza üçün tələbat böyük olacaq. Yenilik Rusiyada gəlmə turizminin inkişafına yönəldilib, çünki hazırda məhz daxili və gəlmə turizmi prioritetdir. Hesab edirəm ki, bu, əcnəbi vətəndaşlara digər səyahət ölkələri ilə yanaşı, Rusiya Federasiyasını da seçməyə imkan verən bir mexanizmdir”, – Dövlət Dumasının üzvü deyib.

Ehtimal ki, elektron vizadan faydalanacaq ölkələrin siyahısında pilot layihədən yararlanan 53 dövlətin sakinləri də olacaqlar. Bunlar arasında Avropa İttifaqı ölkələri, Çin, Yaponiya, Türkiyə, Hindistan vardı. Ancaq ABŞ, Kanada və Böyük Britaniya həmin siyahıda deyildi. Və mümkündür ki, qısamüddətli elektron vizanı onlar bundan sonra da ala bilməyəcəklər. XİN-dən qeyd ediblər ki, ayrı-ayrı regionlar üçün elektron vizaların pulsuz olduğu eksperimental layihədən fərqlənəcək. Yeni viza 2021-ci ilin yanvarından pullu olacaq. Qiyməti isə, güman ki, 50 ABŞ dollarından baha olmayacaq.

“Gələn il yeni elektron vizanın bu gün qüvvədə olanlara nisbətdə nə qədər populyar olduğuna baxacağıq”, – Dövlət Dumasının deputatı Natalya Kuvşinova qeyd edib. 

RF-ə elektron viza almaq hüququ olan 53 ölkənin vətəndaşları ilə yanaşı, daha 60 ölkənin sakinlərinin ikitərəfli beynəlxalq razılaşmalar əsasında Rusiyaya vizasız giriş imkanı var. Beləliklə, XİN-dən qeyd ediblər ki, 2021-ci ildən Rusiyaya kağız vizanın alınmasını tələb etməyən maksimum liberal giriş rejimi əhali sayı ümumilikdə bəşəriyyətin yarısını – təxminən dörd milyard insanı əhatə edən xarici ölkələrin vətəndaşlarına şamil ediləcək.

Turist axını minimum 30% artacaq

“Ölkəyə girişin bu cür əhəmiyyətli dərəcədə sadələşdirilməsini gəlmə turizmi illərdir xəyal edirdi. Əsas odur ki, doğrudan da elektron vizanı almaq asan olsun”, deyə ATOR-un icraçı direktoru Mayya Lomidze yeniliyi şərh edib.

Onun fikrincə, qısamüddətli elektron viza, hətta ən pessimist proqnozlar da nəzərə alınarsa, turist axınını minimum 30% artıracaq. Ona görə Lomidze əmindir ki, yeniliyin ancaq müsbət tərəfləri olacaq. Mənfi tərəfi isə ancaq bir ola bilər – o da əgər sadələşmə deyildiyi kimi gerçək sadələşmə olmasa. 

Öz növbəsində ATOR-un vitse-prezidenti Aleksandr Kurnosov hesab edir ki, hökumətin bu qərarı turist axınını 40 və ya 50%, hətta bundan da çox artıra bilər. Vizaları ləğv edən və ya alınmasını xeyli sadələşdirən ölkələrin təcrübəsi göstərir ki, effekt daha böyük ola bilər.

“Bu qərarın qəbul edilməsi, özü də turizm bazarı üçün belə bir çətin dövrdə gündəmə gəlməsi özü çox pozitiv hadisədir”, – o qeyd edib. 

Aleksandr Kurnosov viza rejiminin bundan sonra da liberallaşdırılacağına – “vizanın etibarlı olduğu indiki iki aydan yarım il və ya bir il müddətinə uzadılacağına, yaxud da günlərin sayının 16-dan 30-a qaldırılacağına” ümid edir. 

ATOR-un vitse-prezidenti həmçinin  elektron vizanın şamil ediləcəyi ölkələrin sayının artırılacağına da ümidlidir, “Çünki Rusiyaya xeyli sayda turist göndərən ölkələrin, məsələn, ABŞ və Böyük Britaniyanın, adlraı siyahıya daxil olmayıb”. 

“Bu, yaxşı olardı. Amma aydındır ki, bu məsələdə hər şey siyasi vəziyyətdən asılıdır”, – Aleksandr Kurnosov yekunlaşdırıb.

Turizm şirkətləri sıradan çıxacaq

0
turizm

“Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq”

“Son 150-200 ildə 90 faiz peşələr dəyişib. Zaman-zaman yeni peşələrin yaranması və ənənəvi peşələrin tamamilə sıradan çıxması mümkündür. 60 il bundan qabaq liftçi qızlar var idi, artıq bu gün yoxdur”.

Gezmeli.az Sputnik.az istinadən xəbər verir ki iqtisadçı-ekspert Natiq Cəfərli  pandemiya dövründə dünyada yeni peşələrin önə çıxmasından, bir sıra ənənəvi peşələrin isə əhəmiyyətini itirə biləcəyindən danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası dünyanın rəqəmsallaşmasını xeyli sürətləndirəcək:

“Artıq bir sıra ölkələr rəqəmsal iqtisadiyyata keçidi daha da sürətləndirib. Rəqəmsal iqtisadiyyatın gətirdiyi yeni peşələr daha çox populyar olacaq. Onlayn satışlar və onlayn xidmətlər kimi peşələr daha çox populyar olacaq. Yəqin, gənclərin də bu sahələrə marağı artacaq”.

Ənənəvi peşələr ilə bağlı danışan ekspert bildirib ki, rəqəmsallaşma artdıqca, məsələn, ənənəvi bankçılıq dəyişəcək: “Yəni bank şöbələrinin fiziki olaraq qalmasına ehtiyac qalmayacaq. 

Ekspert: “Bəzi peşələrin öyrənilməsi lüzumsuz olacaq”Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq. Bu sahədə də ciddi azalmanın olması ehtimalı var. Dünyada artıq 250 minə yaxın restoran və kafenin bağlandığı xəbərləri var. Bu, çox böyük rəqəmdir və getdikcə bu tendensiya da arta bilər. İnsanların pandemiyadan doğan davranış qaydaları da dəyişir”.

“Bütün bunlar yeni iş yerlərinin yaranmasına, yeni istiqamətlərin formalaşmasına, bir sıra köhnə peşələrin isə yavaş-yavaş sıradan çıxmasına səbəb olacaq. Məsələn, son zamanlar Avropada ən populyar yeni peşələrdən biri onlayn psixoloqlardır. Onlayn psixoloji yardım göstərərək pul qazana bilirlər”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, rəqəmsal iqtisadiyyat istehsal və xidmət sahələrinin daha çox elektronlaşmasına, robotlaşmasına yol açır:

“Artıq müxtəlif mobil tətbiqlər mövcuddur. İnsanlar mobil tətbiq vasitəsilə həkimi ilə görüşə bilirlər və beləcə həkimə getməyə ehtiyac qalmır. Şəxsin xroniki xəstəliklər, ürək döyüntüsü, təzyiq ilə bağlı məlumatlarının, hətta analizlərin cavablarının onlayn rejimdə həkimə ötürülməsi və ondan məsləhətlər alınması mümkündür. Bir çox sahələr artıq rəqəmsallaşır, kağız dönəmi bitir”.

“İstehsalın forması dəyişir, yəni istehsalda fiziki əməkdən daha çox, süni intellektdən, robotlardan istifadə genişlənir. Məsələn, 100 il əvvəl bir “Ford” avtomobilinin istehsalında 12 nəfərin əməyi var idisə, 50 il bundan əvvəl 5 nəfərin, bu gün isə 1 operatorun əməyi var. Bu da işsizlik ilə bağlı müxtəlif problemlər yaradır. Və dünyanı yaxın gələcəkdə ən çox məşğul edən problemlərdən biri də sərbəst qalmış əmək bazarının müxtəlif istiqamətlərə yönləndirilməsi olacaq”, – deyə ekspert əlavə edib.

Bu Avropa ölkəsi Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı

0
Azərnaycan və Çernoqoriya

Çernoqoriya respublikası sərhədlərini Rusiya və Azərbaycan vətəndaşları üçün açıb.

Gezmeli.az yerli mediaya istinadən xəbər verir ki, onlar əlavə tələb olmadan ölkəyə buraxılacaq.

“Bu ölkələrdəki epidemiloji vəziyyəti, o cümlədən statistik məlumatlara etibarı və milli turizmin tələblərini əsas götürüb. Rusiya və Azərbaycan vətəndaşları üçün ölkəyə giriş icazəsi verilib”-deyə məlumatda deyilir.

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

0
Xüsusi reys

Həftənin çərşənbə günü, avqustun 5-də, “Azərbaycan Hava Yolları” Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:
– diplomatik və xidməti pasportu olan əcnəbilər;
– Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.
Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı https://www.azal.az/az/article/31082015 saytında qeyd edilmişdir.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

– Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;
– Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;
– “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;
– Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;
– Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;
– “Təbabət” (“Medisina”) SC;
– “İNVİTRO müstəqil laboratoriyası” MMC;
– “Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;
– “Laborator-diaqnostika mərkəzi” MMC;
– “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Rusiya məhdudiyyətlərini aradan qaldırır

0
Rusiya-İsveçrə

Rusiya İsveçrə vətəndaşları üçün səyahət qadağasını ləğv edib.

Gezmeli.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir Mixail Mişustin İsveçrə vətəndaşları üçün Rusiyaya girişə məhdudiyyətləri aradan qaldıran sərəncam imzalayıb.

Daha əvvəl Koronavirus İnfeksiyası ilə Mübarizə və Profilaktika Qərargahı Rusiyanın avqustun 15-dən İsveçrə ilə uçuşları bərpa edəcəyini bildirmişdi.

İsveçrədən Rusiyaya səyahət yalnız hava yolu ilə mümkün olacaq və uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya daha əvvəl Türkiyə, Tanzaniya, İngiltərə ilə hava nəqliyyatını bərpa etmişdi.

AZAL sevindirməyə davam edir

0
Azal

Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.

Belə ki, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11 reysədək artırılacaq. Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, tariflər daha əvvəl yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş Bakıdakı laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-clinics.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində PCR-testininin keçirilməsi barədə arayışı təqdim edə bilər.

Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünü təcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Türkiyədə hotel qiymətləri ucuzlaşacaq – RƏSMİ

0
Türkiyə

Türkiyədə istirahət mövsümü müddətində hotellərdə tətil qiymətləri artmayacaq və 2019-cu il səviyyəsində qalacaq.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Hotelçilər Dərnəyinin rəhbəri Sururi Çorabatır RİA “Novosti”yə açıqlamasında deyib.

Çorabatır bildirib ki, Rusiya Federasiyasından uçuşların başlamasından sonra qiymətlərdə dəyişiklik olmayacaq. Hətta bəzi hotel sahibləri müştəri cəlb etmək məqsədilə qiymətlərdə güzəştə getməyi planlaşdırır.

Bundan əlavə, hotel işçilərinə qonaqlardan hər hansı birində COVID-19 aşkar edildiyi zaman necə davranmaları barədə təlimat verilib: “Xüsusi izolyasiya otaqları təchiz edilib, məlumatlar dərhal Səhiyyə Nazirliyinə göndəriləcək. Hər kəs hotelin sertifikatlaşdırma proqramına uyğun olaraq hazırlanmış sxemə uyğun olaraq fəaliyyət göstərir. Qalan turistlər də sakit istirahət etməyə davam edirlər”.

Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti pandemiyadan zərər görən iqtisadiyyat sektorlarını və turizm sənayesini dəstəkləyir: “Yalnız Türkiyə deyil, digər ölkələr də turizm sektoru üçün yeni bir yol açmağa başlayıblar. Ancaq düşünürük ki, ölkəmiz xarici turistlərin, o cümlədən rusların üstünlük verdiyi yerlərdəndir”.

Bundan əlavə, o, qidalanma normalarının epidemiya əleyhinə tələblərə uyğun olaraq dəyişdiriləcəyini söyləyib. Belə ki, hotellərdə, “hər şey daxil” sistemində işləyənlər də daxil olmaqla, qaydalar eyni qalacaq, lakin açıq bufetlər təşkil olunmayacaq. Maska, dezinfeksiya, sosial məsafə qoruma işarələrindən istifadə olunacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiya Federasiyası Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə hava nəqliyyatını bərpa edib. Artıq Ankara və İstanbula uçuşlar başlanıb. Avqustun 10-dan etibarən Antalya, Bodrum və Dalaman kurortlarına da uçuşlar açılacaq.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə hər gün təxminən minə yaxın koronavirus infeksiyası aşkarlanır. Pandemiyanın başlanğıcından bu yana 230 mindən çox insan xəstələnib, onlardan 5,7 min nəfər ölüb.

Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞIB – Ekspert

0
turizm

Bu il pandemiya ilə əlaqədar Türkiyə istiqamətinə olan turların qiymətlərində kəskin artım var.

Gezmeli.az Trend-ə istinadən xəbər verir ki bu haqda turizm üzrə ekspert Fariz Hacıyev bildirib.

Onun sözlərinə görə, aviabiletlərin qiymətlərində 40-45 faiz artımın olması turpaketlərin qiymətlərinin kəskin bahalaşmasına səbəb olub:

“Bu artım yalnız iki ölkə arasındakı aviabiletlərin qiymətlərinə deyil, Türkiyənin daxili uçuşlarına da aiddir. Məsələn, İstanbuldan Bodruma, Antalyaya da ucuşların qiymətləri xeyli artıb. Ona görə Antalya və Bodrumda istirahət etmək istəyənlər üçün qiymətlər daha başa gələcək. Türkiyədəki hotellərin qiymətlərində isə elə də ciddi artım yoxdur. Əskinə, Antalya və Bodrumda 10 günə qədər olan turlar üçün hotellərin qiymətlərində azalma var. Digər tərəfdən, ötən illə müqayisədə bu il tur almaq həm çətindir, həm də bahadır. Çünki fəaliyyət göstərən hotellərin sayı da məhduddur”.

Ekspert əsas artımın avqust, sentyabr ayları üçün olan turlarda müşahidə edildiyini nəzərə çatdırıb.

Xaricdə gəzmək istəyən özünə agent tapsın – hər şey qanunidir və bu gündən başlayır

0
turizm

Onlayn bilet satışından fərqli olaraq bileti tur şirkətlərindən almaq biletin qiymətinə çox cüzi təsir edir

Gezmeli.az Sputnik-ə istinadən xəbər verir ki Koronavirus pandemiyası başlayandan turizm şirkətləri aviabilet satışından məhrum olub. Azərbaycan digər ölkələrlə hava sərhədlərinin bağladığından uçuşlar təxirə salınsa da, artıq bir müddətdir ki, uçuşlar bərpa edilməsinə baxmayaraq turizm şirkətlərinə bilet satılmır. Bilet satışı AZAL tərəfindən onlayn həyata keçirilir.

İyulun 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilib. Bu görüşdə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov bildirib ki, turizm şirkətlərinin arzuları nəzərə alınaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribütor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır.

Sputnik aylardır aviabilet satışından məhrum olan tur şirkətlərinin problemini araşdırıb.

“Baku Life Travel”in rəhbəri Aqşin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya başlayandan turizm şirkətləri bilet satışından məhrum olub: “Çünki Azərbaycan koronavirusa görə öz hava sərhədlərini bağlamışdı. Artıq bir neçə aydır ki, AZAL çarter reyslər həyata keçirir. Amma bilet satışı onlayn həyata keçirilir. Turizm şirkətlərinə isə hələ ki bilet satılmır. Mehriban xanımın göstərişi ilə turizm şirkətlərinə bilet satışına avqustun 1-dən icazə verilməsi bizi çox sevindirdi. Çünki turizm şirkətlərinin müştərisi çoxdur.

Biz kart vasitəsilə onlayn bilet almaqda çətinlik çəkirik. Bir müştəri üçün bilet aldıqdan sonra bank kartı bloklanır. Hər müştəri üçün bank kartı açmaq isə sərf etmir. Bu qərar müştərilərin də xeyrinədir. Çünki onlayn bilet satışı tez qurtarır. Hər adamın onlayn bilet almaq üçün bank kartı yoxdur. Turizm şirkətləri isə bilet satışında bir çox üstünlüklərə malikdir. Tur şirkətindən bilet alan müştərinin biletinin tarixini sistemə daxil olaraq dəyişə bilir. Onlayn bilet satışında isə müştərilər bu məsələ ilə bağlı problem yaşayırlar. Turizm şirkətlərinə bilet satışı üçün icazənin verilməsinin hərtərəfli üstünlükləri var”.

A.Hüseynov deyir ki, hazırda Azərbaycandan Türkiyə, Kiyev, London, Minsk, Dubay istiqamətlərində uçuşlar bərpa edilib. Bu istiqamətlər üzrə bilet satışı avqustun 1-dən etibarən tur agentliklər vasitəsilə mümkün olacaq. Onun sözlərinə görə, onlayn bilet satışından fərqli olaraq bileti tur şirkətlərindən almaq biletin qiymətinə çox cüzi təsir edir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından (ATAA) isə Azərbaycan-a bildirilib ki, bu məqsədlə ATAA turizm şirkətlərinə müraciət ünvanlayıb: “ATAA Azərbaycanın milli aviadaşıyıcısının turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.

Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev koronavirus pandemiyası (COVID-19) təhlükəsinin həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində davam etdiyini nəzərə alaraq turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb. Rüfət Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini və analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.

Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin hazırlanan xüsusi videotəlimata uyğun olaraq qurulmasını tövsiyə edib. Rüfət Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri, onların problemlərini daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbər şəxsləri ilə görüşlər keçirildiyini, müzakirələr aparıldığını, bir sıra təkliflərin hazırlanaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını qeyd edib. O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb”.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlayıb. Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir. 

Niyə dünyanın ən xoşbəxt insanları Skandinaviya ölkələrində yaşayır?

0
Skandinaviya

Anket və araşdırmalara görə Skandinaviya ölkələrində yaşayan insanların xoşbəxtlik nisbəti olduqca yüksəkdir. Yəni əlverişsiz hava şərtləti xoşbəxtliklərinə təsir etmir. Bu xoşbəxtliyin mənbəyi yüksək firavanlıq və iqtisadi inkişafdan qaynaqlansa da, vəziyyətə təsir edən bir çox amil var.
İqtisadi inkişaf baxımından Skandinaviya ölkələrində yaşayan insanların hamısının varlı olması barədə təsəvvür formalaşmasın. Lüks maşınlarla dolu bir küçəni də, parıltıdan uzaq köhnə binalarla təchiz olunmuş küçələrdə görə bilərsiniz.Skandinaviya ölkələrində yaşayan insanların dinc həyatının dörd mənbəyi vardır.

Nizam və şəhər planlaşdırması


Avropa ölkələrində “Old Town” (Qədim Şəhər) rastlaya bilərsiniz. Bunu tarixi bir yarımada kimi də düşünə bilərsiniz. Old Town-da küçələr ümumiyyətlə dar və uzun incədir. Yollar labirentə bənzəyir. Gediş və ya dönüş tək bir zolaqdan ibarətdir. Girilməməsi lazım olan yolları istifadə etmirlər. Bu plan çox ölkədə həddən artıq stress qaynağı olan xaotik yolların və şəhərləşmənin Skandinaviya ölkələrində minimuma endirilməsini təmin edir.


Minimum Həyat


Minimal həyatı nizamlılıq nəticəsi olaraq görmək olar. Buradakı minimalizm, şəhər evlərinin çox böyük olmaması və istifadə edilən avtomobillərə çox yer tutmayan modellər tərəfindən üstünlük verilməsidir. Danimarkada insanlar günlük həyatlarından  avtomobil sözünü çıxardıblar. Çox vaxt velosipedlə nəqliyyat təmin edirlər.


Ümumi Dəyərlərin və Mədəniyyətin Qorunması


Tarixi baxımdan Skandinaviya torpaqları böyük imperiyalar üçün arzuolunan deyildi. Ancaq bu, onlara mənfi təsir göstərmədi. Əksinə, insanın həyatını və dəyərini vurğulayan, fərdiliyi qoruyan, cəmiyyətin faydalarını vurğulayan və azadlıqları qoruyan qaydaların qəbul edilməsinə imkan vermişdir. İsveçdə küçənin ortasında sahibi bilinməyən lakin tarixi dəyəri olan açıq köhnə bir bina var. Tapıldığı vaxtdan bir dənə də olsun zərər görülməyib. Əlverişsiz hava şəraitində belə üzərinə bariyer də qurulurmuş. Bu, tolerantlığın nə qədər vacib olduğunu izah edir.


Yüksək şüurla yaşamaq və məlumata verilən dəyər


İsveçli bir universitet tələbəsi ölkəsini başqalarına tanıtmaqdan məmnun idi və sevdiyi üçün könüllü olaraq iştirak edirdi. Pul qazanmadığından narahat deyildi və oxuduğu hissə ilə əlaqəsiz idi. Onun məqsədi cəmiyyətlərarası əlaqəni təmin etmək və xoşbəxt olduğu işi görməkdir. Məlumatı hər zaman üstün tutduğundan peşmançılıq hissi olmadan məzun olacaq və özünü ortaya qoyacaq və öz iş təsvirini inkişaf etdirəcəkdir.