Ev Blog Səhifə 36

Avstriyanın məşhur turizm regionunda yeni növ koronavirusa yoluxma klasteri aşkarlanıb

0
Avstriya

Avstriyanın məşhur turizm regionlarından biri olan Zaltskammerqutda yeni növ koronavirusa yoluxma klasteri müəyyən edilib.

Gezmeli.az xəbər verir ki, Sankt Volfqanq gölü ətrafında yerləşən 18 turizm obyektində yoluxma faktları aşkarlanıb. Yuxarı Avstriya əyalətində yaradılmış böhran mərkəzi indiyədək 62 nəfərin test cavabının müsbət olduğunu təsdiqləyib. Bu göstəricinin yaxın günlərdə artacağı ehtimal olunur.

Əyalət qubernatorunun müavini Kristine Haberlander mətbuata verdiyi açıqlamada qeyd edilən regionda otellərin bağlanması və ya karantin elan edilməsinə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, rəsmi qurumlar vəziyyəti tam nəzarətə götürə biliblər. Yoluxan şəxslərin sosial çevrəsi müəyyən edilərək testlər aparılacaq.

Sankt Volfqanq gölü ətrafında yerləşən Sankt Qilqen və Ştrobl qəsəbələrində bütün qastronomiya və turizm obyektlərində çalışanlar müştərilərlə ünsiyyətdə maskadan istifadə etməli olacaqlar. Eləcədə Sankt Volfqanq qəsəbəsində gecələmiş bütün turistlər həmin bələdiyyənin ərazisini tərk edərkən haradan gəlmələri və növbəti dayanacağın harada olacağı, həmçinin son günlərdə testdən keçmələri barədə anket doldurmalıdırlar.

Qeyd edilməlidir ki, fevral-mart aylarında Avstriyanın məşhur dağ-xizək regionlarından biri olan İşqldə çox sayda yoluxma halı müəyyən edilmiş və həmin regionda dincələn turistlər vətənlərinə döndükdən sonra virusun yayılmasına səbəb olmuşdular. Bu hadisə Avstriyanın turizm regionları üçün ağır zərbə olmuşdu. İndiyədək Skandinaviya ölkələri tərəfindən Avstriya qurumları başdansovdu fəaliyyətə görə ittiham olunur.

Yuxarı Avstriya Böhran Mərkəzindən bildirilib ki, Sankt Volfqandakı yoluxma hallarını “ikinci İşql” kimi qəbul etmək yolverilməzdir. Çünki klasterə daxil olan bütün müəssisələr artıq müəyyən edilib və yoluxanların sayı məhduddur.

Qazaxıstandan Türkiyəyə aviareyslərin bərpası planlaşdırılır

0
turizm

Qazaxıstandan Tailand, Türkiyə və Gürcüstana aviareyslərin bərpası planlaşdırılır. Dəyişikliklər avqustun 10-dan etibarən qüvvəyə minə bilər.

Gezmeli.az xəbər verir ki Qazaxıstan avqustun 10-dan etibarən Gürcüstan, Tailand və Türkiyəyə uçuşları bərpa etməyi planlaşdırır. Bunu ölkənin Turizm Sənayesi Komitəsinin sədri Dastan Rıspekov açıqlayıb.

Qeyd edək ki, iyunun 20-də Qazaxıstandan Türkiyə və Koreya Respublikasına beynəlxalq uçuşlar bərpa edilmişdi. İyulun 4-də epidemioloji vəziyyətin pisləşməsi səbəbindən uçuşlar Türkiyəyə müvəqqəti olaraq dayandırılmışdı.

Hazırda epidemioloji vəziyyətin yaxşılaşmasını nəzərə alaraq bir sıra ölkələrlə hava əlaqəsinin bərpası məsələsi üzərində iş aparılır, o cümlədən avqust ayında Tailand və Gürcüstana aviareyslərin açılması planlaşdırılır.

Assosiasiya: Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər

0
turizm

Azərbaycanda turizm şirkətləri müştərilərinə hələlik aviabilet sata bilmirlər.

Gezmeli.az Trend-ə istinadən xəbər verir ki bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, “Türk Hava Yolları”nın turizm şirkətlərinə müraciətinə əsasən, turizm şirkətləri turistlərə biletləri yalnız avqust ayının 1-dən sonra sata bilərlər:

“Buna görə də hazırda turizm şirkətləri aviabiletlərin satışı sahəsində fəaliyyət göstərmirlər. Amma müştərilər özləri onlayn şəkildə bilet alaraq, sərbəst qaydada Türkiyəyə gedə bilərlər”.

Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq

0
turizm

Quba rayonunda kənd turizminin inkişafı üçün “www.kendegel.az” portalı yaradılacaq. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi Quba rayonunda fəaliyyət göstərən KOB subyektinə fərdi məsləhət xidmətləri göstərib.

Gezmeli.az -ın “Report”-a istinadən verdiyi məlumata görə, peşəkar və təcrübəli ekspertin iştirakı ilə portalda yerləşdiriləcək Qubanın Yuxarı Xanəgah, Nügədi, Qımılqışlaq, Qəçrəş, Təngəaltı və Qrız kəndlərində yerləşən evlərin sahibləri ilə görüş keçirilib, portalın yaradılmasının ev sahiblərinə verəcəyi üstünlüklər, gəlirlərinin artmasına təsiri müzakirə edilib. Kənd turizminin inkişafında evlər üçün minimal tələb və standartlar haqqında ətraflı məlumat verilib.

Yaradılacaq “www.kendegel.az” portalı yerli və xarici turistlərə istirahətinin Quba rayonunda planlaşdırılmasında dəstək olacaq. Belə ki, portal turistlərə qeyd olunan kəndlərdəki evlər, onların qiyməti, tarixi abidələr, ekskursiya yerləri, vaxın səmərəli keçirilməsi üçün təklif olunan xidmətlər barədə ərtaflı məlumat əldə etmək imkanı yaradacaq.

Zelenski Çin vətəndaşları üçün vizasız rejim tətbiq etdi

0
Ukrayna Prezidenti Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Çin vətəndaşları üçün müvəqqəti olaraq vizasız rejimin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb.

Gezmeli.az Türk mediasına istinadən xəbər veriri ki bu barədə Ukrayna liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sözügedən sənədin Ukrayna və Çin dövlətləri arasında dostluq münasibətlərinin inkişafı və turizm sahəsində ikitərəfli münasibətlərin aktivləşdirilməsi məqsədi daşıdığı vurğulanıb.

Qeyd edək ki, Çin vətəndaşları üçün vizasız rejim avqustun 1-dən 2021-ci ilin yanvar ayının 31-dək qüvvədədir.

Türk Hava Yollarından agentliklərə xəbərdarlıq – Cərimələr tətbiq olunacaq

0
Türk Hava Yolları

Türk Hava Yolları turizm agentliklərinə xəbərdarlıq edib.

Gezmeli.az Turizmplus.az-a istinadən xəbər verir ki, aviaşirkət yaxın zamanlarda turizm agentliklərinə dəstək məqsədilə GDS satışlarına icazə verib. Bu halda aviabiletlər tərtib olunarkən sərnişinin həqiqi səyahət istiqamətinə görə rezervasiya və aviabilet almaq mümkündür.

Xəbərdarlıqda deyilir:

Türk Hava Yollarına finansal olaraq zərər gətirəcək, həqiqi olmayan istiqamət seçimləri aşkarlanarsa, agentliyə, uçulmayan istiqamətlər üçün cərimələr göndəriləcəkdir. Sərnişinin son çatma havalimanını düzgün planlamaya görə seçməyiniz, uçulmayacaq seqment seçimi etməməyiniz tələb olunur.

Bilet

Turizmçilərə xoş xəbər…

0
Turizm

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən iyul ayının 28-də ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilib.

Danışıqlarda “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev, “Azərbaycan Hava Yolları”nın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak edirdi.

COVID-19 pandemiyası dövründə turizm sahəsinin inkişafı və bu məsələdə mülki aviasiyanın rolu danışıqların əsas mövzusu olmuşdur. Qeyd etmək lazımdır ki, görüş ərəfəsində videokonfrans vasitəsilə Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilmiş və onların pandemiya dövründə AZAL aviaşirkəti ilə əməkdaşlığa dair təklifləri dinlənilmişdir.

Qonaqları salamlayaraq Cahangir Əsgərov bildirdi ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir. Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilib. 23 mindən artıq həmyerlimiz vətənə çatdırılmışdır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

Görüşdə Fuad Nağıyev qeyd etdi ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməlidir. Reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.

Görüşə yekun vuraraq Cahangir Əsgərov məlumat verdi ki, pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlamışdır. Bu zaman, vətənə qayıtmaq arzusunda olan Azərbaycanlı tələbələr üçün AZAL-ın reyslərində aviabiletlərin dəyərinə 30% həcmində güzəşt tətbiq edilir.

Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir.

“Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, görüş ərəfəsində keçirilən videokonfrans zamanı səsləndirilən turizm şirkətlərinin arzularını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır. Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır. Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır. “Azərbaycan Hava Yolları” isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək.

Ən ideal ölkə

0
İspaniya

Turistlər üçün ən ideal ölkə İspaniya müəyyən edilib.

Bu barədə “The İndependent” xəbər yayıb.

Nəşrin apardığı araşdırmada 6 000-dən çox insan iştirak edib. Respondentlərin bu ölkəni seçməsinin səbəbi yaxşı çimərliklərin, böyük şəhərlərin, zəngin mədəni irsin və əla mətbəxin birləşməsi olub.

İkinci yerdə yalnız 55 səs az toplamış, uğurlu ərazisi, müxtəlif mədəniyyətə malik insanları, tarixi və ləziz yeməkləri olan İtaliya dayanır.

Almaniya və Türkiyə siyahıda növbəti yerləri paylaşıb.

“Silk Way Group” pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib

0
Silk Way Group

COVID-19 pandemiyası dünyada baş verən bir sıra proseslərin gedişatına, o cümlədən yük daşınması sahəsində ciddi dəyişikliklərə səbəb olub. Belə şəraitdə təcili və təhlükəsiz şəkildə icra edilən hava yük daşımalarına tələbat olduqca artıb.

“Silk Way Group” koronavirus pandemiyası zamanı Azərbaycan Respublikası hökumətinin bütün təşəbbüslərini dəstəkləmək məqsədilə fərdi qoruyucu vasitələr və tibbi avadanlıqların hava gəmiləri ilə nəql edilməsini dəfələrlə həyata keçirib. Qeyd etmək lazımdır ki, pandemiya şəraitində “Silk Way Group”un təyyarələri tibbi təyinatlı yüklərin MDB, Mərkəzi və Şərqi Avropa, Asiya, eləcə də Şimali və Cənubi Amerika ölkələrinə çatdırılması üzrə 100-dən çox çarter reysi icra edib.

“Silk Way Group” 14 iyul 2006-cı ildə hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən şirkətlər qrupudur.

İllər keçdikcə “Silk Way Group” genişlənib və tədricən yalnız aviasiya ilə xidmət göstərməyib. Həm də yük daşınması ilə əlaqəli olmayan sahələrdə fəaliyyət göstərən bir sıra törəmə şirkətləri öz adı altında bir araya gətirib. 2019-cu ilin sonunda şirkətlər qrupunun səhmdarı və rəhbərliyinin verdiyi strateji qərara əsasən yenidən qurulma prosesinə başlanılıb. “Silk Way Group”un bütün fəaliyyətlərini birbaşa hava yük daşımalarının həyata keçirilməsinə yönəldilib. Bu məqsədilə şirkətlər qrupunun əsas olmayan aktivlərinin satışı həyata keçirilib. Bu prosesin nəticəsi olaraq, “Silk Way Group” yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarət olub: “Silk Way Group”, “Silk Way West” və “Silk Way Technics”.

“Silk Way West”in əsası 2012-ci ildə qoyulub və hal-hazırda bu şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrinə 50-dən atrıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 “Boeing 747-400F” və “Boeing 747-8F” təyyarələrindən ibarətdir.

“Boeing” aviakonserninin məlumatına əsasən, 2016-ci ildə “Silk Way West” donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə ən sürətli böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yerdədir.

“Silk Way Airlines” – 2001-ci ildə yaradılmış, Avropa, Yaxın Şərq, Asiya və Afrika ölkələrinə müntəzəm çarter uçuşları həyata keçirən aviaşirkətdir. “Silk Way Airlines”ın donanması dünyanın hər yerinə uçuşlar üçün sertifikatlaşdırılmış tam yeni 5 İl-76TD və İl-76 PS-90 təyyarələrindən ibarətdir. Həmçinin, aviaşirkət BMT və ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) proqramları çərçivəsində hava daşımaları ilə də məşğuldur. Bundan başqa, “Silk Way Airlines” ABŞ, İspaniya, İtaliya və Bundesver (Almaniya) Müdafiə Nazirlikləri üçün yük daşımalarının icrası üzrə xüsusi sertifikatlara malikdir.

“Silk Way Technics” şirkəti 2006-cı ildə qurulub, hava gəmilərinin istismarı və təmiri ilə məşğuldur. Şirkət müasir avadanlıqla təchiz olunmuş, bölgədəki ən böyük anqara və “Airbus”, “Boeing”, “Embraer”, “Gulfstream”, ATR kimi təyyarələrə texniki xidmət üzrə beynəlxalq standartlara uyğunluq sertifikatlarına sahibdir. MDB ölkələri, Avropa və Yaxın Şərqdən olan digər aviaşirkətlərin təyyarələrinə də xidmət göstərir. 

Bu gün “Silk Way Group” dinamik şəkildə inkişaf edir və gələcəyə dair yeni planlar qurur. Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutmağı bacaran şirkətlər qrupu bütün dünya üçün bu cür çətin dövrdə təkcə şəhərləri deyil, hətta qitələri birləşdirərək, hava yük daşımalarının sxemlərini genişləndirməyə davam edir.

Səyyahların ən çox yol verdiyi 17 səhv

0
turizm

1. Səyahəti lap xırdalıqlarına kimi planlaşdırmaq


Bütün işlər kimi, səyahəti də planlaşdırmaq əlbəttə ki, lazımdır. Amma burada bütün xırdalıqları nəzərə alıb, hər addımı əvvələdən yazmaq, əsində, yeni hisslər gətirməli oan səyahəti protokola çevirə bilər. Belə etsəniz səyahətə çıxmazdan əvvəl daha çox zövq alacaqsınız, nəinki səyahətin özündə. Səyahətin ləzzəti isə buradakı yeniliklər, bilmədiyiniz sürprizlərdir. Ona görə də planlaşdırmada o qədər də dərinə getməyin.

2. Ölkədən böyük gözləntilərinizin olması


Əsas odur ki, internetdə gördüyünüz hər şeyi reallıq saymayasınız. Hər şey orada göstərilən kimi deyil. Bunu əvvəlcədən qəbul etsəniz səyahət zamanı dilxor olmayacaqsınız. Çünki əgər internetdə ağ qumları olan əla çimərlik görürsünüzsə, bilin ki, bu şəkilin görünməyən tərəfləri də var.

3. Banka səyahətiniz barədə məlumat verməmək


Təsəvvür edin, xaricdəsiniz, kartınızda pul var, amma onu çıxara bilmirsiniz, çünki bank onu bloklayıb — bundan pis vəziyyət fikirləşmək olmazdı. Ona görə də həmişə telefonunuzun balansında bir az pul saxlayın ki, banka xəbər verib problemi həll edəsiniz. Kartın üstündə zəng etmək və sms göndərmək üçün telefonlar göstərilib. Amma ən yaxşısı odur ki, belə vəziyyətə düşməmək üçün – əvvəlcədən bankı xaricə getməyiniz barədə xəbərdar edəsiniz.

4. Sənədləri hazırlamamaq


Aeroportun girişində, registrasyada, pasport kontrolunda və sair yoxlama yerlərində, bilet, pasport, elektron viza, hotel bronu vıə sair vacib sənədlər üstünüzdə olmalıdır. Həm çap olunmuş, həm də planşet və telefonda baxıla bilən elektron formada. Hərçənd aeroport işçiləri bildirir ki, kağızda olan sənədlərə daha rahat baxmaq olur, ona görə də çap variantını nəzərdən qaçırmayın. Eləcə də pasportun üzünü də çıxarmaq lazımdır ki, pasportu itməmək üçün hoteldə saxlayanda lazım olan vaxt (məsələn polis sizdən pasport istəyəndə) onun göstəriciləri əlinizin altında olsun.



5. Çemodanları artıq əşyalarla doldurmaq


Bütün yeni səyahətçilərin problemidir. Belə çemodanla səyahət etmək fiziki cəhətdən də çətindir – ağır əşyanı bütün səyahət boyunca daşımalı, qaldırmalı, düşürtməlisən. Üstəlik artıq çəkiyə görə ödəniş də tələb olunur. Ona görə də özünüzlə yalnız ən vacib əşyaları götürmək lazımdır.



6. Şəbəkəyə qoşulmaq üçün universal adapter götürməmək


Təsəvvür etmək belə çətindir ki, adaptersiz xaricdə nə edərik. Əvvəllər bu ehtiyac yalnız noutbukla səfər edənlərə aid idi – yəni adapter hamıya lazım olmur. İndi isə üstümüzdəki telefon və smartfonlar enerjini fasiləsiz olaraq «yeməklə» məşğuldur. Xaricdə isə həm şəbəkələr fərqlidir, həm də onlara giriş. Bəzən gərginliklərdəki ərqlər aparatın xarab olmasına səbəb olur. Ona görə də, problem yaranmaması üçün universal adapter götürmək lazımdır.

7. Maye və qayçıları əl yükündə daşımaq


Birdəfəlik yadda saxlayın, bu əşyaları onsuz da təyyarəyə buraxmayacaqlar. Ona görə də əsas yükünüzü yük yerinə verməzdən əvvəl əl yükündəki kəsici alətləri və 100 qramdan artıq tutumu olan bütün mayeləri əsas yükün içərisinə yerləşdirin. Yoxsa onları sadəcə itirəcəksiniz.

8. Telefon üçün enerji doldurma qurğusu götürməmək


Yuxarıda dediyimiz kimi, istənilən vaxt üstümüzdə olan smartfonlar bizim bütün dünya ilə əlaqəmizi təmin edir. Onların enerjisi bitərsə, biz bütün əlaqələrdən məhrum olacağıq. Ona görə də enerji qurğusu daim üstümüzdə olmalıdır. Onları yük yerinə versəniz aeroportdakı saatlarla gözlədiyiniz zaman smantfonsuz qalacaqsınız. Eyni hal yüklərinizi hələ açmadığınız avtobusda da davam edəcək.

9. Bahalı əşyaları yük yerinə vermək


İlk baxışdan bu etibarlı variantdır. Amma yaddan çıxarmayın ki, bütün çemodanlara təhlükəsizlik xidməti baxır, özü də sizin iştirakınız olmadan. Bəli, qanuna görə onlar oğurluq etməməlidirlər, amma belələrinin arasında pis fikrə düşənlər də ola bilər. Nəticədə sizin əşyanız itir və siz heç nə sübut edə bilmirsiniz. Ona görə də bahalı əşyaları yalnız əl yükündə aparmaq məsləhətdir.

10. Həddən artıq kiçik gözləmə vaxtı seçmək


Aeroportda saatlarla uçuşunu gözləmək əməlli-başlı əziyyətdir. Amma uçuşa gecikmək ondan da pisdir. Adətən biz bilet alanda elə reysləri seçirik ki, aeroportda çox vaxt itirməyək. Amma əgər biz səyahətimizi ikinci reyslə davam etdirəcəyiksə, hökmən elə vaxt seçməliyik ki, bir təyyarədən düşüb, yeni reys üçün qeydiyatdan keçməyə və lazım olarsa, təhlükəsizlik nəzarətindən keçməyə də vaxtımız qalsın. Özü də hələ bu yalnız o hala aiddir ki, reyslərin hər ikisi eyni aeroportda kəsişsin. Söhbət bir şəhərdəki başqa başqa aeroportlardan gedirsə, ehtiyat vaxt daha böyük olmalıdır.

11. Pulu aeroportda dəyişmək


Aeroportlardakı problemləri saymaqla qurtarmaz. Bütün qiymətlər bahadır, üstəlik bütün əməliyyatlardan böyük faiz tuturlar. Bir qayda olaraq aeroportlardakı valyuta dəyişmə məntəqələrində məzənnələr turistlər üçün çox əlverişsiz olur. Bankomatlarda isə nağd pul çıxarılmasına görə yüksək komissiyalar var. Ona görə də aeroportda pul dəyişmək məsləhət görülmür. Təcili deyilsə bu işi şəhərə də saxlamaq olar.

12. Aeroportda taksi saxlamaq


Bakıda olduğu kimidir – aeroportdakı taksilər adamdan əl çəkmir, üstəlik qiymətləri də xeyli şişirdirlər. Ona görə də sizi qarşılayan yoxdursa, ən yaxşısı ya UBER-dən. Ya da sifarişli taksidən istifadə etməkdir.

13. Yerli sim-kartlar almamaq


Düzdür bir az axtarmalı olacaqsınız, amma getdiyiniz ölkənin sim kartını alıb istifadə etmək rouminqə qoşulmaqdan daha sərfəlidir. Öz mobil operatorundan rouminq qiymətlərini soruşsanız buna əmin ola bilərsiniz. Sonra həmin simkartı saxlayıb gələcəkdə həmin ölkədə istifadə edə, ya da həmin ölkəyə gedən dostlarınıza bağışlaya bilərsiniz.

14. Həddən artıq çox şey planlaşdırmaq


Adamlar səyahətin hər dəqiqəsindən ləzzət almaq istəyirlər, bu təbiidir. Amma ləzzət anlayışının özü ayrı-ayrı adamlar üçün fərqlidir. Bəziləri səyahət zamanı həddən artıq çox iş planlaşdırırlar. Amma nəzərə almaq lazımdır ki, siz iş görüşməsinə deyil, səyahətə, istirahətə gedirsiniz. Ola bilər ki, hansısa gün yataqda daha çox uzanıb dincəlmək istəyərsiniz və ya restoranda səhər yeməyini daha rahat, tələsmədən yemək fikrinə düşərsiniz. Bunun özü də bir istirahətdir. Üstəlk hər şeyi əvvəlcədən planlaşdırmaq səyahət zamanı xoş sürprizlərlə qarşılaşmaq şansını da azaldır. Sürprizsiz səyahət isə kimə lazımdır? Ona görə də, səyahətdə boş vaxtlar və yerlər də saxlayın.

15. Gedilən ölkənin qanunlarını öyrənməmək


Əslində bu qayda daha çox ekzotik və Asiya ölkələrinə aiddir. Məsələn, Dubayda çiyinləri və ayaqları açıq paltar geyinmək olmaz. Sinqapurda isə adi hal saydığınız hərəkətə görə, sizi böyük məbləğdə cərimə edə bilərlər. Belə hallarla rastlaşmamaq üçün getdiyiniz ölkənin qanunlarını oxumaq lazımdır. Heç olmasa əsas məqamları.

16. Mərkəzdə isə turist yerlərində nahat etmək


Səyahət üçün ölkələr çoxdur, amma onların hamısında mərkəzdəki restoranlar yüksək qiymətlərlə turistləri gözləyirlər. Mərkəzdən, turistlərlə dolu küçələrdən cəmi 1-2 tin uzaqlaşmaqla yarı qiymətə ondan da yaxşı yemək mümkündür. Dadı da ondan geri qalmayacaq.


17. Həddən artıq çox şəkil çəkdirmək


Getdiyin ölkədən təəssüratlar və xatirələr gətirmək əladır. Amma onun da bir ölçüsü olmalıdır. Adətən səyahətdən qaydanda özümüzlə yüzlərlə şəkil gətiririk. Səyahət zamanı da vaxtımızın böyük hissəsi şəkil çəkdirməyə gedir. Amma bunu edərkən əslində gəzintidən zövq almağı yadırğayırıq. Əsas yerlərdə bir neçə şəkil çəkdirmək kifayətdir, qalan vaxtı sadəcə gəzib, səyahətdən ləzzət alın.