Ev Blog Səhifə 37

Son 6 ayda 42 faiz azalma: Turizm sektoru böhranda

0
turizm

Koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr kimi, turizm sektoru da dərin böhran dövrünü yaşayır.

Gezmeli.az xəbər verir ki, bununla bağlı Türkiyə Statistika Qurumu diqqətçəkən rəqəmlər açıqlayıb.

Açıqlanan rəqəmlərə görə, ilin ilk 6 ayında turizm sektoru 41.9 faiz zərər edib.

Sözügedən dövrdə 6 milyon 781 min nəfər yalnız ölkədaxili səahətlər edib. Səhayət zamanı həmin şəxslər 4 milyard 61 milyon 93 min lira xəcləyib. Bu ilə ötən ilin eyni dövrü ilə müqayisədə 41.9 faiz azdır.

Turizm sahəsində insan alveri qurbanı olmaq riskinin qarşısı alınacaq

0
İnsan Alveri

Respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınacaq. Belə ki şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlər hazırlanacaq.

Gezmeli.az APA-a istinadən xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamda təsdiqlənib. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. 

Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyinə 2020-2021-ci illərdə bununla bağlı qabaqlayıcı tədbirlər hazırlanması tapşırılıb.

Moskvadan Bakıya növbəti çarter reys yerinə yetirib

0
turizm

Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan “COVID-19” koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb.

Gezmeli.az xəbər verir ki, sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə “COVID-19” testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb.  Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Go Travel pandemiya dövründə olan uçuş qiymətlərini açıqlayıb

0
Go Travel Turizm Agentliyi

İlk öncə uçuşdan qabaq yerinə yetirməli olduğunuz sərnişin daşıma ilə bağlı yeni qaydalar sizə təqdim edirik .

Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün aşağıdakı tədbirlər tətbiq edilir:

– yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;

– terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq – dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;

–  aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;

– girişdə bütün sərnişinlərin  bədən hərarəti  ölçüləcək,  37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq;

–  aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;

– qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways”  aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;

– uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;

–  sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Uçuş qiymətləri

Gələn həftə üçün olan birbaşa reyslərin qiymətləri

Bakı- İstanbul – 392 azn

Bakı- İstanbul- Bakı – 770 azn

Bakı -Dubai – 670 azn

Bakı- Dubay -Bakı – 1290 azn

Bakı -Berlin – 400 azn

Bakı Berlin Bakı – 770 azn

Bakı London – 680 azn

Bakı London Bakı – 1560 azn

Ətraflı məlumat üçün: 050-664-60-30

Dövlət Turizm Agentliyi təkliflər sorğusu keçirir

0
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Dövlət Turizm Agentliyi daxili turizmə dair sorğu keçirilməsi üçün kotirovka sorğusu elan edib. 

Gezmeli.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 6-sı, saat 18:00-a qədər qurumun Bakı şəhəri, Nizami küçəsi, 90 (I Landmark, 3-cü mərtəbə) ünvanında yerləşən ofisinə təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 505-87-04 (əlavə 23 04) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər (faks: 492-05-92).

Təkliflərə avqustun 7-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Göyçayda “Bizim KəndimİZ” layihəsinə start verilib

0
turizm

Göyçay rayonunda gənclər “Bizim KəndimİZ” adlı yeni təşəbbüs həyata keçiriblər.

Gezmeli.az ”Report”a istinadən verir ki, Gənclərin İnkişaf Karyera Mərkəzinin Göyçay nümayəndəliyi “Bizim KəndimİZ” adlı yeni təşəbbüsə start verib.

Layihə çərçivəsində gənclər Göyçay rayonunun Qarayazı kəndinə səfər edərək orada meyvə bağları, əkin sahələri, göl, heyvandarlıq təsərrüfatı və dağüstü otlaq sahələri ilə yaxından tanış olub, bir çox kənd təsərrüfatı işlərində əyani olaraq iştirak ediblər.

Layihə müddəti ərzində gənclər karantin rejimi qaydalarına tam əməl edərək qoruyucu vasitələrdən istifadə ediblər.

“Bizim KəndimİZ” layihəsinin məqsədi gəncləri kənd həyatı ilə yaxından tanış etmək, əməyə qarşı maraqlarını artırmaq və bu sahədə yeni təcrübələrə yiyələnmələrinə şərait yaratmaqdır.

Bununla yanaşı, bu layihə kəndlərin tanıdılmasına və ölkəmizdə kənd turizminin təbliğinə dəstək olamaq məqsədi ilə həyata keçirilir. Layihənin mütəmadi olaraq digər kəndlərdə də davam etdiriləcəyi düşünülür.

Dünyada hazırki dövrə qədər itmiş 5 möhtəşəm şəhər

0
turizm

Gezmeli.az Turizmplus-a istinadən xəbər veriri ki uzun illər ticarət, din, siyasət arenasında söz sahibi olan bu şəhərlər yaşanan müharibələr, dağıntılar nəticəsində taleyinə tərk edilib. Yenidən kəşf edildikdən sonra, əvvəlki görünüşünü qorunmağa çalışılan tikililərə hər il milyonlarla səyahətsevər baş çəkir.

1. Palmira, Suriya

1980-ci ildə UNESCO-nun Dünya Mirası siyahısına daxil edilən şəhər antik dövrün ən önəmli din və ticarət mərkəzlərindən biridir. Şamın 215 kilomert şimal-şərqində yerləşir. Palmiranın əsasının eramızdan əvvəl XIX yüzillikdə qoyulduğu deyilir. Lakin Roma və Yunan qaynaqları şəhərin quruluş tarixinin I yüzilliyə aid olduğunu bildirir. Daxilindəki antik teatrın görkəmli mənzərə yaradan sütunları ilə Suriyanın ən dəyərli bölgəsi hesab edilir. İŞİD tərəfindən zərər görən şəhərin son halı heç də içaçıcı deyil.

2. Nəbatilərin İtkin Şəhəri, Petra

Qaya içərisinə daşla oyulmuş dünyanın ən görkəmli yerlərindən olan Petranın mənası “daş” deməkdir. Günəş işığının əks olunması ilə çəhrayı, qırmızı, sarı, narıncı rənglərə bürünür. İsveçrəli kaşif Ludvin Burckhardt tərəfindən yenidən tapılan şəhər UNESCO-nun Dünya Mirasları siyahısındadır. Nəbati Krallığının paytaxtı olan Petra daha öncə yalnızca ərəblərin bildiyi bir məkan olub.

3. Mempis, Misir

Əski və yeni krallıq dövrlərində Misirin paytaxtı olub. Eramızdan əvvəl 2000-3000-ci illər arasında Kral Memfis ətrafdakı bataqlıqları qurudaraq şəhərin əsasını qoyub. Qahirənin Cənubundakı Mit Rahina çevrəsində Mempisə aid qalıqlar var. Əski Misir dönəmində “İneb Hedj” adı ilə də anılan şəhərin o dövrə aid tarixi əsərlərinin çox az qismi bu günə qədər gəlib çatıb. Həmin əsərlər arasında xüsusilə II Ramzesə aid heykəl çox məşhurdur.

4. Angkor Vat, Kamboca

Sənayeləşmə dövrü öncəsi qurulan ən böyük şəhərdir. Aparılan araşdırmalara görə, Angro Vat 800 kvadratmetrlik genişliyə sahibdir. Dünyanın ən böyük dini məbədi də burada yerləşir. 1177-ci ildə dağıdılan bu itkin şəhərin qalıqlarını UNESCO qoruma altına alıb. İçərisində mindən çox məbəd inşa edilən Angro Vatı hər il iki milyona yaxın turist ziyarət edir.

5. Maçu Picçu, Peru

1450-ci ildə inşa edilib. 200-dən çox pillə sistemi ilə bir-birinə bağlanan daşdan ibarət antik bir şəhərdir. Bura İspaniyanın fəthi sonrası insanlar tərəfindən tərk edilib. Ətrafını basan bitki örtüyü və nəhəng ağaclar sayəsində zamanla Maçu Picçunun varlığı unudulub. 1911-ci ildə Yale Universitetinin akademiki Hiram Bingham tərəfindən yenidən kəşf edilib. Bu itkin şəhər dünyanın yeddi möcüzəsindən biri hesab edilir.

Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar

0
Turizm

Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından Trend-ə verilən məlumata görə, “Türk Hava Yolları” şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:

“Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyta keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Covid-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında çətinliklərlə üzləşiblər. Bildirlib ki bu vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirib. “Türk Hava Yolları” şirkətinə öz dərin təşəkkürünü bildirib”.

86 ildən sonra Ayasofyadakı ilk Cümə namazına hansı dövlət başçıları qatılacaq?..

0
Aya Sofya

Azərbaycan Prezidenti İlham Əliyevin də bu möhtəşəm məsciddə namaz qılacağı gözlənilir…

Yenidən ibadətə açıq edilməsi qərarından sonra qısa müddətə bağlanan Ayasofya məscidində ilk Cümə namazına hazırlıq işləri sona çatıb. Azərbaycan Prezidenti İlham Əliyev, Qətər əmiri və digər dövlətlərin başçıları Ayasofyada bu gün 24 iyulda təntənəli bir şəraitdə keçiriləcəkilk müsəlman ibadətinə dəvətlidir.

Gezmeli.az xəbər verir ki, bu haqda “Rossiyskayaqazeta” məlumat yayıb.

Ayasofya məscidində qılınacaq ilk cümə namazında Prezident Rəcəb Tayyib Ərdoğan, digər dövlət başçıları və MHP prezidenti Dövlət Bahçeli də daxil olmaqla 1500 nəfərin iştirak edəcəyi gözlənilir.

Hazırlıqlar çərçivəsində Ayasofya meydanının Hürrem Sultan hamamının yerləşdiyi hissədə mərasimi izləyəcək yerli və xarici jurnalistlər üçün bir platformaqurulub.

Bir çox təhlükəsizlik əməkdaşı maneələrlə bağlanmış meydanda önləyici təhlükəsizlik tədbirlərigörür.

Türkiyənin “Hürriyyet” qəzetinin yazdığına görə, Ayasofyanın ziyarətçilər üçün açılışı İstanbul vaxtı ilə saat 10:00-a planlaşdırılır.

Bütünhəftə boyu Ayasofyada ilk namaz hazırlıqları davam edib. Döşəmə “ördəkbaşı rəngi”ndə olan 14 min kvadrat metrlik yaşıl xalçalarla örtülüb. Xalçalar Türkiyənin Manisa vilayətində təmiz yundan hazırlanıb. Ənənəvi Osmanlı naxışları ilə bəzədilib.
Qədim mərmər döşəmələrə ziyan vurmamaq üçün xalçalar altdan iki hissə mahudun üzərindən sərilib. Birinci mərtəbədəngörünən xristian mozaikaları namaz əsnasında pərdələrlə örtüləcək.

Bundan əvvəl Türkiyə Diyanət İşləri Müdirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Ayasofyanın statusu dəyişdikdən sonra da ümumdünya irsi obyekti olaraq qorunmağa davam edəcəyini rəsmi olaraq təsdiqləyib

Biz də turistlərə pul paylayaq? – Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları

0
turizm

Müzəffər Ağakərimov bildirib ki, qonşu Rusiyanın daxili turizmin dirçəldilməsi, turistlərin marağının cəlb edilməsi ilə bağlı atdığı bu addım yaxşı təcrübədir.

Gezmeli.az Sputnik.az istinadən xəbər verir ki, Azərbaycanda sərt karantin rejiminin avqustun 5-də başa çatması ilə bağlı xəbərlər daxili turizmin fəaliyyətinə ümidləri artırır. Belə ki, artıq dünyanın bir sıra ölkələrində daxili turizm öz fəaliyyətini bərpa edib. Bu günlərdə qonşu Rusiya daxili turizmə dəstək məqsədilə maraqlı addım atıb. Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. “İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb. “Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların xərclərinin qismən təzminatı üçün ayrılıb”, – deyə, hökumət başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanda da pandemiyanın təsirlərinə məruz qalan əsas sahə kimi, turizm sektorunda çalışan sahibkarlara dövlət tərəfindən maliyyə yardımı göstərilib. Bəs görəsən ölkəmizdə daxili turizmə marağı stimullaşdırmaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qonşu Rusiyanın daxili turizmin dirçəldilməsi, turistlərin marağının cəlb edilməsi ilə bağlı atdığı bu addım yaxşı təcrübədir: “Rusiya pandemiya dövründə turistlərin marağını daxili turizmə yönəltməyə çalışır. Bu çox cəlbedici təklifdir. Rusiya böyük dövlətdir. Bu ölkə Uzaq Şərqdə turizmin inkişafı üçün işlər görür. Azərbaycan da bu yöndə təkcə Rusiyanın təcrübəsindən deyil, Türkiyə və Gürcüstanın təcrübəsindən istifadə etməlidir. Çünki, məqsəd daxili turizmi dirçəltmək, inkişaf etdirməkdir. Hələlik Azərbaycanda daxili turizmin inkişafı üçün bir iş görülmür”.

Ağakərimov deyir ki, Azərbaycanda bu gün daxili turizmə marağı təmin etmək üçün qiymətlərin münasib olması əsas şərtdir: “İllərdir ki, xeyli sayda insan dincəlmək üçün qiymət ucuz olduğu üçün Gürcüstana üz tutur. Bu gün Azərbaycanda turizmin inkişafı üçün aparılan əsas iş məhz qiymət siyasəti olmalıdır. Daxili turizmdə qiyməti münasib etsinlər bu yetərlidir. Həmçinin daxili turizmdə qiymət siyasəti ilə yanaşı, xidmət səviyyəsi yüksək olmalıdır. Bu ikisi bir arada turistə təqdim olunsa, xeyli sayda insan dincəlmək üçün öz ölkəsini seçəcək. Pandemiya dövründə daxili turizmin dirçəldilməsi üçün aparılacaq daha bir zəruri tədbir təhlükəsizlikdir. Turist bilməlidir ki, Qubanın hansısa istirahət mərkəzində təhlükəsiz dincələ bilər. Orada pandemiya dövründə virusa yoluxmayacaq. Bunun üçün turizm məkanlarını pandemiya dövrünə hazırlamaq lazımdır. Turizm məkanları monitorinq edilməlidir. Çox təəssüf ki, sabah sərt karantin götürülərsə, turistlər harada təhlükəsiz dincələ biləcəklərini öyrənə bilməyəcəklər. Çünki, bununla bağlı bir siyahı yoxdur ki, turist açıb o siyahıya baxıb seçimini eləsin. Hələlik görünən odur ki, bizdən başqa əksər qonşularımız daxili turizmin inkişafı üçün xeyli iş görüblər. Bizdə isə bu məsələ yubanır”.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxili turizmi dirçəltmək üçün ixtisaslaşmış yardım paketləri olmalıdır. Ekspert bildirir ki, ilk addım turizm sektorunu xilas etmək olmalıdır: “Pandemiya dövründə turizm ən çox ziyan çəkmiş sahədir. Turizm məşğuluğun ən yüksək olduğu sektor olduğundan bu sahədə ixtisaslaşmış paket olmalıdır. Dövlət kommersiya banklarına tövsiyyə edib ki, pandemiyadan zərər çəkən sahələrdə kreditlərə güzəşt olmalı, güzəştli kreditlərə çıxış asanlaşdırılmalıdır. Amma kommersiya bankları kreditlərin faizini əvvəlki kimi tələb edirlər. Hətta cərimə, dəbbə pulunu da hesablayırlar”.

S. Dübəndinin sözlərinə görə, hazırda turizmdə gəlir yoxdur. Uzaqbaşı kredit alan sahibkarlıq subyekti kredit borcunu bağlayacaq: “Turizmin inkişaf mexanizmini müəyyən müddətə unudub turizmi xilas etmək lazımdır ki, işçiləri saxlaya bilək. Biz ayrılan maliyyə yardımı ilə işçilərin bir aylıq məvacibini ödəyə bilmişik. Turizm şirkətlərinə, qonaqpərvərlik sənayesinə dəstək göstərilməlidir. Bu sahədə çalışan sahibkarların götürdükləri kreditləri müəyyən müddətə dondurmaq lazımdır. İşi olmayan müəssisənin o krediti ödəmək imkanı yoxdur. Amma bu gün banklar faiz hesablamaqda davam edirlər”.