Ev Blog Səhifə 375

Bakı Aeroportundan bir milyona yaxın sərnişin istifadə edib

0

Bakı Aeroportundan istifadə artıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.

Gezmeli.Az-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb.

768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub.

Heydər Əliyev adına aeroport

Cari ilin mart ayından Abu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu dörd ulduza layiq görülüb.

2018-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

Turistlərin bank kartları vasitəsilə xərclədikləri vəsait bəlli olub

0

Bank kartları vasitəsilə xərclər məlum olunub

2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 minşəxs gəlib. Ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxsdir.

kartlar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Gezmeli.Az-a verilən məlumata görə ölkəmizə gələn xarici vətəndaşların sayında baş verən artım həm də onların xərcləmələrinə təsir edib.

Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar məlum olub. Dəyəri 15 faiz artaraq 99,8 milyon manat təşkil edib.

Ekspert: Azərbaycan regionda turizmin lideri olacaq

0

                           Azərbaycan turizmdə lider

2018-ci ildə Azərbaycanda turistlərin sayı 3,5 milyon nəfəri keçə bilər, bu ölkəmiz üçün rekord göstəricidir.

Gezmeli.Az xəbər verir ki, bu barədə miqrasiya və turizm üzrə ekspert Azər Allahverənov məlumat verib.

“Çərşənbə günü səhər Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı zamanı ölkəyə gələn turistlərin sayını açıqladı. Onun sözlərinə görə, Novruz münasibətilə ölkə paytaxtında keçirilən bayram şənliklərində 1-1,5 milyon insan iştirak edib”.

turizm

Ekspert hesab edir ki, bu, yaxşı göstəricidir.

“Bugün ölkəmizdə turizm sahəsində aparılan işlər dövlət siyasəti səviyyəsindədir, hazırkı il üçün hədəf 3,5-5 milyon turist göstəricisidir. Bu 2017 ilə nisbətən, 30-35% çoxdur”, – Allahverənov qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan üçün rekord göstəricinin əldə edilməsinin ilk mərhələsi artıq geridə qalıb:

“Turistlərin ölkəmizə axını üç mövsümdə müşahidə olunur. Bu, Novruz, Ramazan və yay vaxtlarıdır. Bu il Ramazan yay aylarına təsadüf edəcək. Məhz bu səbəblə biz bu dövr üçün böyük sayda turist gözləyirik”.

Saytın həmsöhbəti həmçinin Azərbaycan və Gürcüstanın turizm göstəricisi arasındakı oxşarlığı da nəzərə çatdırıb:

“Hər il Gürcüstanı 5,5 milyon turist ziyarət edir. Bizdə isə bu göstərici 2017-ci il üçün 2,7 milyondan bir qədər çoxdur. Düşünürəm ki, ölkəmizdə turizmin inkişaf sürətini nəzərə alsaq, bir neçə ildən sonra bu göstərici ilə regionda lider ola bilərik”.

Turizm xidmətlərinin dövriyyəsi altı milyard dollara çatıb

0

Turizm xidmətlərinin dövriyyəsi artıb

2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 5,7 milyard dollar təşkil edib.

Gezmeli.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-dekabr ayları ərzində turizm xidmətləri üzrə profisit 2016-cı illə müqayisədə 1,6 dəfə artaraq 353,4 milyon dollar olub.

Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 219.4 milyon dollar  təşkil edib. 2017-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.7 milyard dollar məbləğində olub. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin  payına düşür (2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşların sayı 4% azalıb).

İrandan Azərbaycana gələn turistlərin sayı azalıb

0

                                 Turistlərin sayı azalıb

2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min turist gəlib.  Ötən illin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxslərdir.

Statistika

Gezmeli.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 13,8 faizi Türkiyə, 8,0 faizi İrandır. 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, 2,0 faizi İraq, 16,1 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 71,0 faizini kişilər, 29,0 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8 faizi yanvar, 47,2 faizi fevral ayında ölkəyə gəlib.

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib.

turistlər

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə artıb. Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artım müşahidə olunur.

İrandan gələnlərin sayında 26,7 faiz azalma müşahidə edilib.

2018-ci ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  ötən ilin yanvar-fevral aylarında gələnlərin sayına bərabər olmaqla 11,3 min nəfərdır. MDB ölkələrindən gələnlərin sayı 4,6 faiz artaraq 123,0 min nəfər olub.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,8 faizi dəmir yolu və avtomobil, 36,3 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,6 faiz azalaraq 583,0 min nəfər olub.

Səfər edənlər

Ölkə vətəndaşlarının 32,0 faizi Gürcüstana, 26,0 faizi İrana, 22,4 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 71,1 faizi kişilər, 28,9 faizi isə qadınlar olub.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,2 faizi dəmir yolu və avtomobillə səyahət edib. 19,8 faizi hava, 1,0  faizi isə su nəqliyyatından istifadə edib.

Azərbaycana böyük turist axını gözlənilir

0

                                       Turist axını

Astara-Rəşt dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Böyük turist axını gözlənilir.

Gezmeli.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

Turistlər

O qeyd edib ki, hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir:

“Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm.

Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, hotellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcəkdir”.

Ən sərfəli sanatoriyaların qiymətləri Kıslovodskda -Go Travel

0

 Sərfəli sanatoriya qiymətləri – Go Travel

?MAY, İYUN, İYUL, AVQUST, SENTYABR aylarına olan 1 gecəlik 1 nəfər üçün nəzərdə tutulmuş qiymətlər:
?«Парк Отель» sanatoriyası – 50 AZN
?«Им. Димитрова» sanatoriyası – 70 AZN
?«Москва» sanatoriyası – 75 AZN
?«Нарзан» sanatoriyası – 75 AZN
?«Им. Семашко» sanatoriyası – 75 AZN
?«Узбекистон» sanatoriyası – 75 AZN
?«Им. Кирова» sanatoriyası – 80 AZN
?«Пикет» sanatoriyası – 80 AZN
?«Им. Горького» sanatoriyası – 85 AZN
?«Им. Орджоникидзе» sanatoriyası – 90 AZN
?«Кавказ» sanatoriyası – 90 AZN
?«Колос» sanatoriyası – 90 AZN
?«Радуга» sanatoriyası – 90 AZN
?«БЕЛАЯ ДАЧА» sanatoriyası – 110 AZN
?«Родник» sanatoriyası – 115 AZN
?«Крепость» sanatoriyası – 115 AZN
?«МЧС» sanatoriyası – 115 AZN
?«Виктория» sanatoriyası – 120 AZN
?«Кругозор» sanatoriyası – 120 AZN
?«Центросоюз» sanatoriyası – 125 AZN
?«Целебный Нарзан» sanatoriyası – 135 AZN
?«Солнечный» sanatoriyası – 145 AZN
?«Джинал» sanatoriyası – 145 AZN
?«Долина Нарзанов» sanatoriyası – 160 AZN
?«Вилла Арнест» sanatoriyası – 180 AZN
?«АРНИКА» sanatoriyası – 180 AZN
?«Заря» sanatoriyası – 185 AZN
?«Плаза» sanatoriyası – 250 AZN
__________________________________________

Qiymətə daxildir – 1 nəfərin 1 gecəlik sanatoriyada qalmağı, gündə 3 dəfə qidalanmağı və müalicəsi

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
 – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
 – Fərqli tarixlər üzrə turlar mümkündür. Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
 – Qiymət öyrənmək istəyirsiz?
 – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

 Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
___________________
Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Kislovodsk

 

Yesentukidə ən sərfəli tur qiymətləri – Go Travel..

0

Sərfəli tur qiymətləri – Go Travel

?MAY, İYUN, İYUL, AVQUST, SENTYABR aylarına olan 1 gecəlik 1 nəfər üçün nəzərdə tutulmuş qiymətlər:

?«Целебный ключ» sanatoriyası – 50 AZN
?«Виктория» sanatoriyası – 62 AZN
?«Надежда» sanatoriyası – 66 AZN
?«Украина» sanatoriyası – 75 AZN
?«Им. Анджиевского» sanatoriyası – 78 AZN
?«Центросоюза РФ» sanatoriyası – 86 AZN
?«Жемчужина Кавказа» sanatoriyası – 90 AZN
?«Им. Павлова» sanatoriyası – 90 AZN
?«Им. Сеченова» sanatoriyası – 93 AZN
?«Нива» sanatoriyası – 95 AZN
?«Воронеж» sanatoriyası – 100 AZN
?«Металлург» sanatoriyası – 106 AZN
?«PLAZA Essentuki» pansionat – 106 AZN
?«Им. М.И. Калинина» sanatoriyası – 108 AZN
?«Шахтер» sanatoriyası – 111 AZN
?«Россия» sanatoriyası – 115 AZN
?«Казахстан» sanatoriyası – 135 AZN
?«Источник» sanatoriyası – 141 AZN
?«Русь» sanatoriyası – 150 AZN
?«Истокъ» sanatoriyası – 180 AZN
__________________________________________

?Qiymətə daxildir – 1 nəfər üçün 1 gecəlik sanatoriyada qalmaq, gündə 3 dəfə qidalanmaq və müalicə.

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq, buyurub ofisimizə gələ bilərsiniz.
 – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
 – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
 – Qiymət öyrənmək istəyirsiz?
 – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal qiymətləri göndərək.
 Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
___________________
Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Yessentuki

XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin son günü- 7 Aprel

0

7 Aprel XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin son günü idi.

       

Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi 5 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürüb. Sayca 17-ci olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirəcəkdir. İşgüzar turizm qovşağı (“hub”) kimi fəaliyyət göstərən “AITF” sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır.

Sərgilərin rəsmi açılış mərasimində cənab Əbülfəs Qarayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri, cənab Zurab Pololikaşvili – Baş katib, Ümumdünya Turizm Təşkilatı, xanım İrena Georgiyeva – Nazir müavini, Bolqarıstan Respublikası Turizm Nazirliyi və cənab Edvard Stron – İTE Qrup şirkətinin Regional direktoru çıxış ediblər.

Mərasimdə çıxış edən cənab Əbülfəs Qarayev sərginin turizmin inkişafı ilə bağlı olan qlobal tədbirlər təqvimində layiqli yer tutduğunu vurğulayıb. Nazirliyin rəhbəri bildirib ki, Azərbaycan turizminin artım tempi müsbət nəticələrlə xarakterizə olunur. Bu baxımdan, ötən ilin nəticələri diqqətəlayiqdir – xarici turistlər Azərbaycanda ilk dəfə olaraq həmvətənlərimizin xaricdə xərclədiklərindən daha çox pul xərcləyiblər. Cənab Zurab Pololikaşvili qeyd etdi ki, Azərbaycanın beynəlxalq turoperator kimi cəlbedici rolu artır və hazırkı sərginin layiqli ekspozisiyası da bunu əks etdirir. Yeni texnologiyaların hazırlanması, yeni layihələrin yaradılması və müasir biznes modellərinin tətbiqi Azərbaycanda aktiv turizmin perspektiv inkişafını təmin edir. Xanım İrena Georgieva, “AITF 2018” sərgisinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar təklif etdiyi Bolqarıstan və Azərbaycanın biznes və dostluq əlaqələrindən məmnunluğunu ifadə edib. cənab Edvard Stron sərgiyə dair təsirli statistik məlumatları qeyd edib və layihənin dəstəklədiyinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də ÜTT və müvafiq təşkilatlara öz minnətdarlığını bildirib.

“BÜTÜN DÜNYA – BİR SƏRGİ” Bu deviz altında keçirilən “AITF” sərgisi bu il dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edir. Hər il sərgi iştirakçılarının sırasına həm yerli, həm də xarici iştirakçılar qatılırlar. Ümumilikdə, “AITF” sərgisində debütantlar iştirakçıların 31%-ni təşkil edirlər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi qismində hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstan ölkəsidir. Sərgidə 90-dan çox turizm istiqamətini, eləcə də digər turizm xidmətlərini təqdim edən şirkətlər iştirak edir ki, bu da hətta ən tələbkar müştərilərə belə qeyri-standart istirahət proqramı seçmək üçün imkan yaradır. Ölkələrin fəal iştirakı artıq “AITF” sərgisinin vizit kartına çevrilib. Bu il sərgidə Azərbaycan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşki Slatina (Sloveniya) və Stavropol Diyarından (Rusiya) ümumilikdə 13 milli və regional ekspozisiya iştirak edir. Həmçinin bu il Şərqi Yava (İndoneziya) sərgidə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyaların, eləcə də turizm şirkətləri və otel şəbəkələrinin nümayəndələri fəaliyyət göstərəcəklər.

DAXİLİ TURİZM

“AITF” sərgisi Azərbaycanın daxili turizminin inkişafını əks etdirir. Sərgidə hər il Azərbaycanın turizm istiqaməti kimi xarici turistlərə təklif etdiyi yeni imkanları təqdim olunur. Azərbaycanda mədəniyyət və turizmin inkişafı üzrə fəaliyyət planı ilə sərginin daimi iştirakçı olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin stendində tanış olmaq mümkündür. Azərbaycanın təxminən 20 turizm şirkətini, o cümlədən otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası ekspozisiyası həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Dünyanın hər hansı ölkəsinin yerləşdiyi regionun ənənələri və nadir təkrarsız təbiəti ilə tanış olmadan, həmin ölkənin koloritini öyrənmək mümkün deyil. Buna görə də, Azərbaycanın regional turizm mərkəzləri sərgidə həmişə parlaq və rəngarəng şəkildə təqdim edilir. Belə ki, sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional turizm idarələri iştirak edir. Ənənəvi olaraq, sərgidə qonaqları regionun mədəni – tarixi irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur. İkinci ildir ki “ASAN Visa” – elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bu stenddə Azərbaycanda elektron vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək mümkündür. Bakının tarixi mərkəzi olan (və artıq Azərbaycanın hüdudlarından kənarda yaxşı tanınan) qədim İçərişəhərdə turizminin inkişaf imkanları Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş olunacaq. Həmçinin Bakı Şopinq Festivalı da (Baku Shopping Festival) sərgidə iştirak edir. Bakı Şopinq Festivalının stendində Festivala qoşulmaq barədə ətraflı məlumatı əldə etmək mümkün olacaq. Sərgidə “Ulduz Turizm” və “Paşa Travel” kimi yerli turoperatorlar, yerli üslubda toxuculuq məmulatları təklif edən “Zadəgan” şirkəti, habelə “Abşeron Hotels Group”, “Gilan Hospitality”, “Ulu Hospitality” və başqa otel şəbəkələri ilə tanış ola bilərsiniz.

TİBBİ VƏ SAĞLAMLIQ TURİZMİ

Çox vaxt Azərbaycan turistləri bütün dünyada tibbi proseduralar və ya yüksək keyfiyyətli səhiyyə və kosmetoloji xidmətlər təklif edən sanatoriya-kurort komplekslərində istirahətə üstünlük verirlər. Bu gün tibbi turizmi bütün dünyada turizm sənayesinin ən dinamik inkişaf edən sahələrindən biridir və buna görə də daim ekspozisiya genişlənir və yeni iştirakçıları cəlb edir. Sərgidə tendensiyalara riayət edilməklə, “Tibbi və Sağlamlıq Turizmi” sektorunu fəal şəkildə inkişaf etdirilir və bu sektoru təmsil edən iştirakçıların sayı hər il durmadan artır. Bu il sərginin tibbi turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir. Bu sektorun iştirakçıları istirahət məkanları seçməklə yanaşı, yüksək ixtisaslı tibbi yardım xidmətləri əldə etmə siyahısını nümayiş etdirəcəklər. Beləliklə, sərgi üç gün ərzində turizm xidmətləri, aviaşirkətlər, yerli və regional turizm təşkilatları, mehmanxana şəbəkələrinin geniş çeşidini əyani şəkildə nümayiş etdirəcəkdir.

ƏLAVƏ TƏDBIRLƏR

“AITF” sərgisi çərçivəsində sərginin xarici iştirakçıları və yerli turizm şirkətlərinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilir. Bu “B2B” formatlı görüşlər iştirakçılara stenddə görüşməklə yanaşı, xüsusi olaraq ayrılmış sahədə həmkar turoperatorlar ilə üz-üzə danışıqlar və təcrübə mübadiləsi aparmağa imkan verir. Bu il “B2B” formatlı görüşlər 6 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək və aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq, vasitəçilərsiz birbaşa danışıqlar aparmaq və tərəfdaşlıq bazasını genişləndirmək üçün imkan yaradacaq.

Sərgi iştirakçıları da bazarda yeni istiqamətlər və onların təbliğ haqqında məlumat vermək fürsətini əldən buraxmırlar. Belə ki, İtaliya Milli Turizm Agentliyi turizm sənayesinin nümayəndələri üçün “İtaliya kaleydoskopu” adlı maraqlı təqdimat təşkil edir, Çexiyanın “In Travel” şirkəti isə Çexiya kurortları haqqında təqdimatla çıxış edəcək.

Ziyarətçilər və sərgi iştirakçıları Bakı Ekspo Mərkəzinin foyesində müzakirələrdən və işgüzar görüşlərdən uzaqlaşa biləcəklər. Sərginin 3-cü günü sərginin iştirakçı ölkələrinin nümayəndələrinin iştirak edəcəyi “Səyahət festivalı” adlı festival keçiriləcək. Mərkəzi səhnədə regionların və dünyanın ölkələrinin rəqs və musiqi qrupları çıxış edəcək. Festival ölkələrin və bölgələrin ənənə və mədəniyyəti ilə tanış olmaq üçün əla fürsətdir. Belə bir bayramdan sonra, mütləq təmsil olunan ölkələrə səfər etmək istəyəcəksiniz.

Bundan başqa, sərginin keçirildiyi bütün günlər ərzində foyedə həm də “Səyahətimin növbəti istiqaməti …” adlı platforma da fəaliyyət göstərəcək və burada qonaqlar və sərgi iştirakçıları gələcəkdə ziyarət etmək istədikləri (iştirakçı şirkətlərin təmsil etdikləri) şəhər və ya ölkə fonunda yaddaqalan fotoşəkillər çəkə biləcəklər.

“AITF” sərgisinin təşkilatçıları “Çünki biz qayğı göstəririk!” adlı layihə təşəbbüsünü irəli sürmüşlər. Bu layihə öz hobbisini biznesə çevirən əl işi sənətkarlarını bir araya toplayacaq. Bakı Ekspo Mərkəzinin foyesində simvolik bar gətirən ağacın ətrafında 8 tikməçi qadın öz unikal bəzək məmulatları və aksessuarlarını, eləcə də təbii sabun və üzvi kosmetik vasitələri, uşaqlar üçün toxuculuq məmulatları və yataq dəstlərini, toxuma əl çantaları və qəhvə topiarilərini, polimer materialdan əl ilə hazırlanan fiqurları, o cümlədən müxtəlif aksessuar və interyer kompozisiyalarını, habelə müəllif tekstil kukla və poniləri, kuklalar üçün taxta mebel, maarifləndirici yumşaq kitabçalar, planşetlər və digər məhsulları təqdim edəcək.

Həmçinin Bakı Ekspo Mərkəzinin foyesində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzinin stendi yerləşir. Stenddə mərkəzə daxil olan sənətkarların əsərləri təqdim edilir. Əlavə olaraq foyedə Sandiqca brendinə aid olan mükəmməl əl işləri nümayış olunur. Bu brendə aid olan hər bir məhsul (aksessuarlar, örpəklər, səbətlər və s.) Azərbaycanın mədəni irsini əks etdirir.

“AITF” sərgisi yanaşı 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi də keçirilir. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

Bu il sərgidə qəhvə, qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları və otel, restoran və kafe “HoReCa” sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcəklər. İlk dəfə olaraq, İtaliyada trüfel (göbələk növü) və trüfel məhsullarının istehsalı sahəsində lider olan “Giuliano Tartufi” şirkəti “Horex Caucasus 2018” sərgisində iştirak edir.

“HOREX Caucasus” sərgisinin işgüzar proqramı çərçivəsində bir sıra premyeralar keçiriləcək. Belə ki, təşkilatçılar tərəfindən ilk dəfə olaraq sərgi iştirakçıları və yerli şirkətlər arasında “B2B” formatlı görüşlər təşkil olunacaq. Bu biznes görüşləri işgüzar ünsiyyət üçün əlavə imkanlar yaradacaq. Bu il “HOREX Caucasus 2018” sərgisində ilk dəfə olaraq barista çempionatı keçirilir. Bu “ətirli” müsabiqənin təşkilatçısı sərginin iştirakçısı olan “Specialty Coffee Association” (SCA) adlı İxtisaslaşmış Qəhvə Assosiasiyasıdır. Çempionatda mütəxəssislər “Latte-art” texnikasından istifadə edərək qəhvə və qəhvə əsaslı içkilərin hazırlanmasında yarışacaqlar.

İlk dəfə olaraq, “HOREX Caucasus” sərgisi çərçivəsində iştirakçılar arasında “Innovation Award” (“İnnovasiya mükafatı”) müsabiqəsi keçiriləcək. Ziyarətçilər qeydiyyatdan keçərkən, onlara innovasiyaları təqdim edən şirkətin stendini göstərən xüsusi kart təqdim olunacaq və ziyarətçilər bu kart vasitəsi ilə öz sənayesində ən yaxşı innovasiyaları təqdim edən şirkətə səs verə biləcəklər. Səsvermə başa çatdıqdan sonra isə ən çox səs toplamış şirkətə fəxri sertifikat təqdim olunacaq. Öz növbəsində, qalib gələn şirkət də səs vermiş ziyarətçilərdən birinə xüsusi hədiyyə verəcəkdir.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

“AITF” və “HOREX Caucasus” sərgiləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Həmçinin “AITF” sərgisində daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası “AZTA” sərgiyə dəstək göstərir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Sərgilər 7 aprel tarixində öz işlərini bitirəcəklər.

Gəzməli-görməli yerlər – Kiyev

0

Gəziləcək yerlər – Kiyev

1. Pirogovo Açıq Hava Muzeyi

1. Pirogovo Açıq Hava Muzeyi

Kiyevin cənubunda yerləşən və yerli dildə “Pyrohiv” adlanan kənd günümüzdə Pirogovo Açıq Hava Muzeyi (Pirogovo Open Air Muzey) olaraq istifadə edilir. Keçmişi Bürünc Dövrünə qədər uzanan kənd, 1969-ci ildə Ukrayna Xalq Memarlığı və Həyatı Muzeyinə dəyişdirilərək ölkə xaricindən gələn səyyahlara Ukrayna kənd həyatı haqqında məlumat verilməsi məqsədi güdmüşdür. Açıq hava muzeyində taxtadan tikilmiş 300 binadan və 70.000 hissə əşyadan ibarət kolleksiya nümayiş olunur.

2. Gorodetsky House

2. Gorodetsky House

Ukrayna Sədrlik Binasının yaxınlığında yer alan Gorodetsky House (House with Chimaeras), dövrün məşhur memarı Vladislav Gorodezhkii tərəfindən 1901-1903 illəri arasında xüsusi iqamətgah olaraq inşa etdirilmişdir. Bağçasındakı və daxili hissəsindəki irili-xırdalı bir çox heykəl sayəsində olduqca maraqlı bir görüntüyə sahib olan binanın dizaynında Kiyevli memar Art Nouveau axınından təsirlənmişdir. Yerli xalqın zaman içərisində haqqında çoxlu əfsanə istehsal etdiyi bina, özünəməxsusluğu sayəsində Kiyev görüləcək yerlər siyahısında yer almağı haqq edir.

3. Maidan Nezalezhnosti

3. Maidan Nezalezhnosti

Tarixi əhəmiyyəti səbəbindən istirahət edənlərin Kiyev görüləcək yerlər siyahılarına əlavə etdikləri Mai Nezalezhnosti (Müstəqillik Meydanı), keçmişdə Yüksək Qoruq adlandırılan sahə üzərində inşa edilmişdir. Ortasındakı sütunun üst hissəsində Başmelek Mikayılın təsvir edildiyi bir heykəlin yerləşdiyi meydanda, şəhərin qurucuları sayılan 4 əfsanəvi xarakterə həsr olunmuş bir abidə yer alır. SSCBDEN ayrılma və Narıncı İnqilab zamanı keçirilən bir çox tamaşanın və toplantının keçirildiyi meydanın ətrafındakı binaların yuxarı mərtəbələrindən Kiyevin tarixi hissəsini görmək mümkündür.

4. St. Michael Altın Kubbeli Katedral

4. St. Michael Altın Kubbeli Katedral

Dnepr Çayının sahilində yerləşən və Müqəddəs Sofiya Kilsəsinə görə şimal-şərqdə olan bir uçurumun kənarında yer alan Sankt-. Maykl Qızıl Günbəzli Kilsə (Sankt-. Michaels Golden-Domed Monastery, ilk olaraq 1108-1113 illəri arasında qurulmuşdur. Zaman içərisində ətrafına barokko stildə binaların inşa edildiyi kilsən monastır olaraq istifadə edilən binası müəyyən fasilələrlə tənəzzül və yenidən inşa prosesləri keçmişdir. Qızıl tağlarının arasında Başmelek Mikayla həsr olunmuş bir abidənin yerləşdiyi bina mozaikaları və fresk-ləri ilə ziyarətçilərini ovsunlayır.