Ev Blog Səhifə 407

“Go Travel ” ilə Antalya

0

Antalyaya erkən rezervasiya

Əziz, Gəzməli.az oxucuları, bu gün bir daha sizlərə “Go Travel”turizm şirkətinin sizlər üçün möhtəşəm təklifləri ilə qarşınızdayıq.

Dəyərli oxucular, bu gündən etibarən siz Türkiyənin Bodrum şəhəri ilə birlikdə   Antalya şəhərinə də erkən rezervasiya edə bilərsiniz. Və daha ucuz və sərfəli ?

Antalya -Türkiyənin cənubunda Aralıq dənizisahilində kurort şəhəri və liman olan Türkiyənin ən gözəl şəhərlərindən biridir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük rayonudur.

Əlavə məlumat üçün :

☎️+994 12 564 60 30

? +994 50 664 60 30(WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı)

Əzizlərim, Antalya haqqında daha geniş məlumat üçün sizlərə video linki izləməyi məsləhət görürəm. Xoş izləmələr.☺️

https://youtu.be/WRTy6YgJ4_U

Bodruma erkən rezervasiya

0

Erkən rezervasiya

Əziz, dəyərli, Gəzməli.az oxucuları, bu gün bir daha sizlərə “Go Travel”turizm şirkətinin sizlər üçün gözəl təklifləri ilə qarşınızdayıq.

Əzizlərim, bu gündən etibarən siz Türkiyənin Bodrum şəhərinə erkən rezervasiya edə bilərsiniz.

Yadınızdadırsa, bir məqaləmdə  əlverişli, uyğun bilet əldə etməyin günləri haqqında söhbət açmışdım. Orda belə  bir söz qeyd etmişdim ki, biletləri erkən sifariş edəndə daha ucuz və sərfəli olur. Bəli, əziz oxucular, buda belədi siz daha ucuz və əvvəlcədən  biletlərinizi sifariş edə bilərsiniz. Bunun üçün sadəcə Go Travel turizm şirkəti ilə əlaqə saxlamalısız.

Əlavə məlumat üçün :

☎️+994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı)

Ümid edirəm, sizlər üçün faydalı məlumat verə bildim. Xoş istirahətlər ?

 

 

Kiyevə getmək istəyənlər üçün yeni fürsət – Avtobus reysləri açılır

0

           Avtobus reysləri

Bakıdan Xarkov və Kiyevə avtobus reysləri açılır.

Bakı-Xarkov-Kiyev reysi

Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə təşkil olunur. Reys həftənin bazar ertəsi və cümə axşamı günləri, saat 11:00-da yola düşür və təxminən 39 saata Kiyevə çatır.

Gediş haqqı

Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə – red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir.

  Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətə bilet əldə edə bilərlər.

Bakı Beynəlxlq Avtovağzal Kompleksi

Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək.

 

Nazir müavini: Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur

0

              Nikah kağızı

“Hotellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi”.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Mədəniyyət və Turizm Nazirliyi

Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb: “Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, hotellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil.

Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər”.

Hotel

N. Səmədov əlavə edib ki, hotelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: “Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır.

Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Hətta bu, konkret işçinin özbaşınalığı da ola bilər”.

Bu ölkələrdə 1 avroya ev almaq mümkündür.

0

         Ev almaq arzusu

Fransa və İtaliyada ev almaq arzusu ilə yaşayanların  xəyalları gerçəkləşir. Belə ki, Avropanın bir sıra şəhər və rayonlarında artıq 1 avroya ev almaq mümkündür. Bunun əsas səbəbi həmin ərazilərdə əhalinin sayının az olmasıdır.

Fransa 

Fransanın Bolqarıstanla sərhəddində yerləşən Rube şəhərində 1 avroya ev almaq olar. Bu zaman irəli sürülən əsas şərtlərdən biri evin 5 il müddətində satılmamasıdır.

İtaliya

Leççe-nei-Marsi şəhərciyində 1 avroya ev sahibi olmaq mümkündür. Əsas odur ki, bütün xərcləri – notarial qeydiyyat işlərinə qədər tələb olunan məbləği tam şəkildə ödəyəsiniz.

Böyük Britaniya

Liverpulun qədim rayonlarından olan Yenfilddə köhnə binalardan mənzil almaq da sərfəlidir. Çünki alqı-satqıdan sonra hökumət evləri restavrasiya edir. Qeyd edək ki, bu təklifdən ancaq rayonda yaşayan və işləyənlər istifadə edə bilər.

Avstriya 

2009-cu ildə hökumət Rappottenstein kəndi ilə bağlı qərar qəbul etdi. Qərara əsasən, 10 ildə ailə qurmağı planlayan və 3 il ərzində ev tikməyə hazır olanlara pulsuz torpaq sahələri verilirdi.

Yaponiya

Xokkaydo adasının sakinlərinin əksəriyyəti digər rayonlara köçdüyündən hökumət torpaqların pulsuz paylanması ilə bağlı qərar qəbul edib.

Torpaq alanlar 3 il müddətində ərazidə ev tikməli idilər.

Azərbaycan pasportu dünya reytinqində

0

       Pasportun nüfuzu

“Passport Index” araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.

 

Azərbaycan pasportu 2017-ci ilin oktyabr ayı üçün olan reytinqdə 63-cü yeri tutub.

Viza

Qeyd edək ki, pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.

Almaniya

Siyahıda birinci yeri vətəndaşları 159 ölkəyə vizasız səyahət edə bilən Sinqapur tutub. İkinci yerdə Almaniya qərarlaşıb, (158), üçüncü yeri isə İsveç və Cənubi Koreya (157) bölüşdürüblər.

Türkiyə

Qonşu ölkələrdən Ermənistan 67-ci, Gürcüstan 43-cü, Türkiyə 44-cü, Rusiya 41-ci, İran isə 89-cu olub.

Suriya

Reytinqin sonuncu pillələrində Suriya (29), Pakistan, İraq (26) və Əfqanıstan (22) qərarlaşıb.

Turistlər üçün ən təhlükəli və təhlükəsiz ölkələr açıqlandı

0

        İnternational SOS

“International SOS” tibbi servis şirkəti səyyahlar üçün ən təhlükəli və təhlükəsiz ölkələrin qeyd olunduğu dünya xəritəsini tərtib edib.

Əfqənistan

Səyahət üçün ən təhlükəli ölkələr qırmızı rənglə qeyd ediliblər. Bu ölkələrin siyahısına Suriya, Mali, Livan, Cənubi Sudan, Yəmən, Əfqanıstan və Somali daxil edilib.

Finlandiya

Turistlər üçün ən təhlükəsiz dövlətlər qismində isə Finlandiya, Norveç və İslandiya seçilib. Bu ölkələr yaşıl rənglə qeyd olunublar.

 

Viza dəstəyi – Go Travel

0

Viza üçün möhtəşəm dəstək

Əziz, Gəzməli.az oxucuları bu gözəl gündə sizin qarşınıza möhtəşəm təkliflər ilə gəlmişik.”Go Travel” şirkəti sizlərə möhtəşəm viza dəstəyi təklif edir. Daha dəqiq məlumat üçün davam edin oxumağa ☺️⤵️

Səyahət etmək istədiyiniz yer haqqında bilməli olduğunuz ilk şey viza məsələləridir.

Gedəcəyiniz ölkəyə vizasız giriş mümkündürmü, əgər mümkün deyilsə vizanın alınması üçün hansı sənədlər və şərtlər tələb olunur.  Bütün bu suallara cavab tapmaq üçün bizə müraciət edə bilərsiniz. Şengen zonası??, ABŞ??, Kanada??, Böyük Britaniya??və digər ölkələrə səfərləriniz üçün turistik viza dəstəyi..!


Go Travel müştəriləri üçün :

??Şengen-19 azn

??ABŞ  – 39 azn

??Birləşmiş Krallıq – 39 azn

??Kanada – 39 azn

Xidmətə daxildir :

?Blank doldurulması,?️Sənədlərin düzgün hazırlanması

?Otel və?bilet bronları

?Səfirliklərlə görüş tarixinin müəyyən edilməsi

______________________________________________

Daxil deyil :❎

?Səfirliyə ödəniləcək viza rüsumu

?Sığorta

______________________________________________

Əlavə məlumat üçün :

☎️ +994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı)

Rahat və sərfəli ünvan.Səyahətinizi Go Travel ilə asanlaşdırın. Tələsin və yararlanmağa çalışın!

 

 

Viza macərası

0

Səfər zamanı viza macərası

Səfərlərimdən birini Sloveniyaya planlamışdım. Təbii ki öncə incələmək lazım idi ki, Sloveniyaya vizanı haradan ala bilərəm.

Öyrəndim ki, Azərbaycanda Sloveniyanın səfirliyi yoxdur. Ora getmək üçün iki şansın var. Viza almaq üçün ya Ankaradakı Sloveniya səfirliyinə müraciət etməlisən, ya da Latviyanın Azərbaycandakı səfirliyinə. Asan yolu elə budur. Latviya səfirliyi Caspian Plaza-da yerləşir. Yay aylarında səfirliyə müraciət edənlərin sayı yaman çox olur. Çünki səfirlik təkcə Latviyaya yox, Estoniya, Sloveniya, Slovakiya, İtaliya və s. kimi ölkələrə də viza verir. Getmək istəsən bunu nəzərə al və tez müraciət et. Mən vizanı 10 gün sonra, uçuş günü aldım. Beləcə, hazırlaşmağa, çantamı toplamağa cəmi 3 saatım qalmışdı ?  Keçirdiyim həyəcan da öz yerində…

ÇƏTİNLİKLƏ ALINAN VİZA SONRADAN MACƏRAYA ÇEVRİLDİ…

Lyublyana aeroportu

Aldığım vizanın mənə problem yaradacağı ağlıma da gəlməzdi. Odur ki, Lyublyananın hava limanında ürəklə pasport yoxlanan yerə yollandım. Məndən sonra yapon, çin, ərəb, Cənubi Asiya ölkələrindən gələn səyyar satıcılara qədər hər millətdən insan var idi. Hamıdan tez gəlsəm də, aeroportdan ən sonda mən çıxdım. Nədənsə azərbaycanlı olduğumu biləndən sonra vizaya fikir vermədən xüsusi yoxlamaya ehtiyacım olduğunu düşündülər. Sənədlər qaydasında olsa da, hava limanında bir saatdan artıq qaldım. Gömrük işçiləri nədənsə narahat idi. Gah sənədlərimi yoxlayır, gah da otel rezervasiyana diqqət yetirirdilər. Sonda pul qabıma baxmağa qərar verdilər. Məndə olan vəsaitin 10 gün içində yetib-yetməyəcəyini yoxladılar. Axır ki get dedilər. Şəhərə getmək üçün aeraportun qarşısından çıxan sonuncu avtobusa əyləşmişdim ki, gömrük işçisi yenidən qaça-qaça özünü çatdırdı. Yenə pasportumu aldı, yenə yoxladı, sənədin surətini çıxardı. Nəhayət, hər şeyin qaydasında olduğuna əmin olandan sonra yenidən məni yola saldı. Taksilər çox baha aparır. Odur ki, 5-6 nəfərlik mikroavtobusla getməli oldum. Adamın biri 9 avro 40 sentə.

Əslində, buradan şəhər mərkəzinə ictimai nəqliyyat da gedir. Avtobus 1 avro 20 sentə aparır. Sadəcə, mən gecikdiyimə və çox ac, yorğun olduğuma görə birbaşa mehmanxanaya getmək istədim. Bunun üçün də ən asan yol ya taksi, ya da s (tutumu çox olan taksi, mikroavtobus) idi. Taksi çox daha baha olduğundan mikroavtobusla getdim ?

Lyublyana

Düzdür, hava limanında ləngimək məni bir az hövsələdən çıxardı, sonra bunu avtobusla hava limanından uzaqlaşan kimi unutdum. Yolda gördüyüm gözəllik, meşə, dağ, səliqəli qəsəbələr hamısı acı macəranın təəssüratlarını həmin andaca sildi… Düşünürəm ki, səyahət zamanı bu cür macəralar həmişə ola bilər, bunlar səni səyahətdən çəkindirməsin. Ən azı, gələcəkdə danışmağa bir hekayən olacaq ?

Hindistanda yubka geyinmək olmaz?

0

Hindistanda qadağalar…

“Hindistanın kiçik şəhərlərinə gələn turist xanımlardan yubka geyinməmələrini xahiş edirik”, – açıqlaması ilə Hindistanın Mədəniyyət və Turizm naziri Maxeş Şarma çıxış edib.

Nazir xanımlara gecə saatlarında bəzi şəhərlərdə tək gəzməməyi və yubka geyinməməyi tövsiyyə edib.

O, bunun turist xanımların təhlükəsizliyi üçün vacib olduğunu deyib ?