Bhutana gedən turist və səyyahların qeydlərindən belə başa düşülür ki, bura dünyada qalan “son cənnət”dir.
Şərqi Himalaylarda yerləşən kiçik, lakin əvəzsiz bir ölkədir. Yerli əhali Bhutanın saf təbiətini və mədəniyyətini qorumaq üçün əlindən gələni edib. Din və siyasət sahəsində azad olan ölkə insanların hüzurlu yaşaması üçün olduqca əlverlişlidir. Gəlin, bu ölkədəki maraqlı 10 faktla tanış olaq ?
Dünyanın azad ölkəsi
1.Bhutan otellərində səndən bəxşiş gözləyən otel personalı görməzsən, çünki onlarda belə bir adət yoxdur.
2.Bura 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olanadək turist qəbul etməyən, qapalı ölkə olub.
3.Paytaxt Thimpin heç bir nöqtəsində işıqfor yoxdur. Piyada və avtomobillərə yol polisi nəzarət edir.
4.Bhutan dünyada ən pis futbol oynayan iki ölkədən biridir.
5. Qadın haqqlarına olduqca önəm verilən ölkədə ailə mirasları qız övladlarına verilir.
6.Şimali Bhutanda adlar qadın kişi ayrımı olmadan hər iki cins üçün istifadə olunur.
7.Ölkənin 70 faizi meşə ötüyündən ibarətdir və bu faizin 60-a endirilməsi qanunən qadağandır.
8.5500 m yüksəklikdə dağlarla əhatənən dərin bir dərə içərisində yerləşən Paro Havalimanı dünyanın ən təhlükəli 10 havalimanlarından biridir. Buraya cəmi 25 pilot eniş edə bilir.
9.Təbiətinin və mədəniyyətinin korlanmaması üçün ölkəyə turist girişi məhdudiyyəti var. “Son cənnət”i görmək üçün ancaq müəyyən turlarla Bhutana səfər etmək mümkündür.
Ölkəyə gələn turistlər turagentliklərə burada qaldıqları hər gün üçün müəyyən məbləğ ödəməli olurlar.
“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək. 2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artıb, keçən il isə əlavə daha 20 faiz artım olub və rekord səviyyəyə çatıb”.
TravelNews.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycana 2,7 milyon xarici vətəndaş gəlib: “Bu, çox müsbət haldır. Bunun səbəbləri var, – əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, – həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir.
Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı cəmi 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”.
2017-ci ildə 4,06 milyon sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan səyahət edib.
TravelNews.Az xəbər verir ki, bu ötən ilki göstərici ilə müqayisədə 23 faiz çoxdur.
Nəzərə çatdıraq ki, 2017-ci ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetiib. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını – “Air Arabia”, “Wataniya Airways”, “ISR Air”, “Jazeera Airways”, “IrAero”, “Mahan Air”, “İkar” aviaşirkətini (“Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri “Buta Airways”i qarşılayıb.
“Azərbaycan Hava Yolları” QSC rəsmi Facebook səhifəsində sərnişinlər üçün məlumat paylaşıb.
Məlumatda qeyd olunur ki, 2018-ci il yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının bütün beynəlxalq reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq (daxili uçuşlarda – 30 dəqiqə). Eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.
Avropanı qatarla gəzmək asan olacaq. “Rail Europe” şirkəti fevralın ortalarından Azərbaycanın turizm agentliklərinə rəsmi saytından bilet almaq imkanı verəcək.
Bunu Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış meneceri Aleksis Darn deyib.
Bildirib ki, hazırda “Rail Europe” şirkətinin Azərbaycanda nümayəndəliyi – “SI Travel & Luxury” şirkəti fəaliyyət göstərir. Bunun sayəsində azərbaycanlı turistlər Bakının turizm agentliklərində Avropa qatarlarına bilet alıb, onların haqqını manatla ödəyə biləcəklər:
“Bu, çox rahatdır. Bileti öncədən almaq yola düşməzdən əvvəl vağzalda alınandan ucuz olur. Yenilənmiş sayt işə salınana qədər turizm agentlikləri əvvəllər olduğu kimi, biletləri nümayəndəliyimiz vasitəsilə, yaxud birbaşa “Rail Europe”nin “B2B” saytından (www.raileurope-world.com) da sifariş edə bilərlər.
Qatar
Avropada qatarlar istər dövlətlər, istərsə də ayrılıqda bir ölkənin regionları, şəhərləri və ətraf qəsəbələri arasında ən geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun səbəbi çoxdur. Dəmir yolu vağzalları adətən şəhərlərin mərkəzlərində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir.
Bundan əlavə, qatarlar sürətli, rahat və səssizdir. Təyyarələrdə olduğu kimi, qatarlarda da ekonom, biznes və s. kimi siniflər var. Üstəgəl qatarlar fasiləsiz işləyir və cədvələ uyğun, vaxtında yola düşür.
Böhrandır, gəlirimiz əvvəlki kimi deyil, və yaxud da əvvəlki əmək haqqı olsa belə ərzaq bahalaşıb, yaşamaq çətinləşib deyib səyahəti arxa plana atma.Əksinə, nə qədər qənaətcil biri olduğunu göstərmənin zamanıdır. Elə isə video linki izləyin.
https://youtu.be/rXdvWLT0mAw
İzlədikdən sonra yenə mi səyahət etmək planını arxaya atmısınız, yoxsa fikriniz dəyişdi? El arasındakı deyim kimi desək”5 günlük həyatdı, bu gün varıq, sabah yox “nəyi gözləyirsiniz? Həyatın dadını çıxarın. Gəzin, əylənin! Xoş istirahətlər!
Almaniyanın JACDEC-in (Jet Airliner Crash Data Evaluation Centre) təyyarə qəzalarını araşdıran bürosu dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqini hazırlayıb. İlk onluqda olan aviaşirkətləri sizinlə bölüşmək istəyirəm ?
Air New Zealand
Air -New-Zealand
Yeni Zellandiyanın milli aviaşirkətidir. 1940-cı ildən fəaliyyət göstərir. Aviaşirkət ölkədaxili 27, əcnəbi ölkələrə isə 26 istiqamətdə uçuşlar həyata keçirir. Air New Zealand dünyada yeganə aviaşirkətdir ki, onunla Yer kürəsinin ətrafında dövr etmək mümkündür. Bu aviaşirkət 2012-2013-cü illərdə Piter Ceksonun “Hobbit” adlı reklam kampaniyasında iştirak etmişdi.
CATHAY PACİFİC AİRWAYS
Cathay-Pacific-Airways
1946-cı ildə yaradılıb və Honq Konqun beynəlxalq hava limanında yerləşir. Aviaşirkət mütəmadi olaraq bütün dünya üzrə 114 istiqamətə sərnişin və yük daşınmasını həyata keçirir. Cathay Pacific şirkəti Skytrax 5 ulduzlu reytinqinə sahib dünyanın 6 aviaşirkətindən biridir.
FİNNAİR
Finnair
1924-cü ildə yaradılıb. Əsas bazası ilə Vantaa şəhərində yerləşən Finlandiyanın milli aviaşirkətidir. Finnair dünyanın 50 dövlətinə reyslər təşkil edir və 1963-cü ildən Avropanın ən təhlükəsiz hava daşıyıcısı hesab olunur.
EMİRATES
Emirates
Dubayda yerləşən dünyanın ən nəhəng aviaşirkətlərindən biridir. Əsası 1985-ci ildə qoyulub. Emirates Airlines 60 ölkə, 130-dan çox şəhərə uçur.
EVA AİR
Eva-Air
Əsası 1991-ci ildə qoyulub. Böyüklüyünə görə Tayvanın ikinci aviaşirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikaya beynəlxalq reyslər təşkil edir.
BRİTİSH AİRWAYS
British-Airways
Əsası 1974-cü ildə qoyulub. Böyük Britaniyanın nəhəng aviaşirkətlərindən biridir. Şirkətin baza hava limanları Heathrow və Gatwick-dir. Bununla yanaşı British Airways Oneworld aviasiya ittifaqının üzvüdür. Şirkətin təyyarələri bütün dünya üzrə 222 reys həyata keçirir.
TAP PORTUGAL
Tap-Portugal
Əsası 1946-cı ildə qoyulub. Portuqaliyanın milli aviaşirkətidir. Şirkət Lissabonun Portela hava limanında yerləşir. Şirkət 14 mart 2005-ci ildən etibarən Star Alliance-a daxildir. TAP Braziliyaya reyslər təşkil edən nəhəng operatordur. Hazırda TAP şəbəkəsinə 30 ölkədə 65 hava limanı daxildir. Şirkət gündəlik 1600 reys həyata keçirir.
ETİHAD AİRWAYS
Etihad-Airways
Əsası 2003-cü ildə qoyulub. BƏƏ-nin milli aviaşirkətidir. Şirkətin baş-qərargahı Abu-Dabidə yerləşir. Etihad ərəb dilindən tərcümədə “ittifaq” mənasını verir. Şirkət Yaxın Şərq, Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya 84 istiqamətdə yük və sərnişin daşınmasını həyata keçirir.
AİR CANADA
Air-Canada
Əsası 1937-ci ildə qoyulub və Star Alliance-ın yaradıcı-üzvlərindən biridir. Şirkət Monreal şəhərində yerləşir. Air Canada 5 qitə üzrə 175 istiqamətlərdə uçuşlar həyata keçirir.
QANTAS AİRWAYS
Qantas-Airways
Əsası 1922-ci ildə qoyulub. Avstraliyanın ən böyük, dünyanın ən qədim ikinci aviaşirkətidir. Ləqəbi “Uçan kenquru”dur (The Flying Kangaroo). Şirkətin baş-qərargahı Sidneydə yerləşir və 144 istiqamətdə uçuşlar həyata keçirir. Qantas-ın təyyarə heyətinə 135 hava gəmisi daxildir.
Dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqini hazırlayıb sizlərə təqdim etdik.Bəs siz bununla razısınızmı?
Hər ölkənin öz qayda qanunları var.Onlara əməl etməyənlər cəzalandırılır. Bəzən bu qadağalar çox qəribə və biraz da qeyri-adi görünə bilir. Sizə həmin qəribə qadağalardan bəzilərini təqdim edirik.
Sinqapurda küçədə saqqız çeynəmək qadağandır. Pul və ya həbs cəzası ilə nəticələnir. Burada digər maraqlı qadağa isə ətraf mühiti çirkləndirənlərlə bağlıdır. Belə ki, əgər siz Sinqapurda yerə 3 dəfə zibil atsanız üzərində “mən ətrafımı çirkləndirirəm”, – yazısı olan önlüklə bazar günləri küçələri təmizləməli olacaqsınız.
1.Taylandda küçəyə çeynənilmiş saqqız atan 600 dollar cərimələnir. Cərimə ödənməsə, həbs təhlükəsi var. Kimsə Tayland pulunu ayaqlaya bilməz.
2.Avstraliyada uşaqların siqaret alması qadağandır, ancaq siqaret çəkməklərinə qadağa yoxdur. Boş avtomobildə maşının açarlarını qoymaq qanunla qadağan edilib.
3.Meksikada cəmiyyət içində yüksək səslə söyüş söymək qadağan edilib.
4.ABŞ ştatlarının birində yeriyərkən asqırmaq qadağandır, cəzası 100 dollar.
5.Pensilvaniyada hamamda mahnı oxumaq olmaz.
6.Vaşinqtonda loli-pop yemək qadağandır.
7.Fransada donuzlara Napaleon adı qoymaq qadağandır.
8.Səudiyyə Ərəbistanında din dəyişməyin cəzası ölümdür.
9.Səudiyyə Ərəbistanda çox nadir hallarda qar görünsə də, bu ölkədə qar adamı düzəltmək olmaz.
“Go Travel” səyahət agentliyi Turizm işi üzrə xanımlar üçün “Tur Menecer” vakansiyası elan edir.
– İş barədə məlumat: Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
– Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
– Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
– Mehmanxanaların bronlaşdırılması
– Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
– Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
– Aviabiletlərin alınması
– Müştərilərdən gələn zənglərin cavablandırılması
– İş saatları: 10:00–20:00
– Şənbə günü: 10:00-18:00
– İstirahət günü; Bazar günü
– İş yeri; Fətəli Xan Xoyiski 85. Gənclik metrosunun çıxışı
– Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər
– Tələblər Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
– Azərbaycan dilini yüksək səviyyədə bilmək (ingilis dili və rus dilini bilənlərə üstünlük verilir)
– Səlis və işgüzar danışıq bacarığına malik olmaq
– Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
– Məsuliyyətli və diqqətli olmaq
– Gülərüz və özünə qarşı tələbkar olmaq
– Vaxtın idarəolunması bacarığına malik olmaq
– Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
– Şəkilli CV-lərinizi 20 yanvar 2018-ci il tarixinə kimi cv@gotravel.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Daha sonra sınaq müddəti veriləcəkdir. Sınaq müddəti ərzində etdiyi satışın mənfəətindən də gəlir əldə edəcəkdir. Sınaq müddətini uğurla başa vuranlar rəsmi əmək müqaviləsi ilə işə qəbul olacaq.