Ev Blog Səhifə 410

Bakı otellərin “Prezident suit” otaqlarında neçəyə qalmaq olar? – QİYMƏTLƏR

0

    Bakı otel suitlərində qiymətlər

Bakıda ucuz otellərlə yanaşı, dəbdəbəli və bahalı hotellər də fəaliyyət göstərir. Amma bu cür otellər elə də çox deyil.

1.“JW Marriott Hotel Absheron”

202 kvadratmetr sahəsi olan “Prezident suiti”ndə gecələmək 18 000 manatdır. Ayrı-ayrı vaxtlarda hoteldəki qonaqların sayından və sifariş vaxtından asılı olaraq bu qiymət dəyişə bilər. Nömrədə zal, yataq otağı, ayrıca mətbəx, 2 vanna otağı və bar var. 21-ci mərtəbədə yerləşən nömrədən dənizə gözəl mənzərə açılır.

 

2.“Pullman Bakı”

Oteldə “Prezident suit” 3565 manatdır. Otaq 14-cü mərtəbədə yerləşir. Nömrədə 3 yataq otağı 1 qonaq otağı və bilyard zonası, həmçinin vanna otağı və cakuzi var. Ümumilikdə nömrənin sahəsi 374 kv.metrdir. Bu nömrədə qalanlar şəxsi mətbəxlə yanaşı, spa xidmətlərindən də istifadə edə bilərlər.

3.“Four Seasons Hotel Baku”

“Four Seasons”da “Prezident” kateqoriyalı iki nömrə var – “Liman Prezident” və “Xəzər Prezident”. Hotelin 8-ci mərtəbəsində yerləşən bu otaqlar dənizə açılan möhtəşəm mənzərəyə malikdir.

Otaqların ölçülərinə gəlincə, “Prezident” otaqlarının sahəsi 285 kvadratmetrdir. Burada çoxsaylı yataq, yemək və qonaq otaqları, bir neçə vanna otağı və digər yüksək səviyyəli rahatlıqlar nəzərdə tutulub. “Prezident suiti”nin öz trenajor zalı, türk hamamı və cakuzi otağı var. “Prezident suit”in qiyməti isə 9 min manatdır.

4.“Hilton Hotel Bakı”

Hotedlə “Prezident suit”in sahəsi 196 kv.metrdir. Nömrədə 1 qonaq otağı, yataq otağı və mətbəx var. Bundan başqa, gün ərzində qonağa şirniyyatlar və kofe, çay təklif olunur. Həmçinin spa xidmətlərindən də pulsuz istifadə mümkündür. Nömrənin qiyməti 3889 manatdır.

Alman şəhərinə sürprizlərlə dolu HANNOVER turnesi – FOTO

0

    Hannover

Almaniyanın gözdəsi Hannover şəhərinə gəzinti.

Almaniya doqquz dövlətlə həmsərhəd olan 16 əyalətdən ibarət federativ respublikadır. Ölkənin müxtəlif bölgələrinin mədəniyyəti və təbii landşaftları bir-birindən xeyli fərqlənir.

Bu səbəbdən Almaniyada səyahət etmək çox maraqlıdır. Bu dəfə sizi Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverə sürprizlərlə dolu turneyə dəvət edirik.

Hannoverdə keçirdiyimiz iki gün ərzində Avropada yeganə olan əyri liftlə Yeni Ratuşa binasının müşahidə meydançasına qalxaraq, oradan şəhərə açılan gözəl mənzərədən zövq aldıq, çəlləkdə dünyanın ən qocaman nar ağacının bitdiyi Kral bağlarında gəzişdik və Hannover zooparkı ərazisindəki süni çayda qayıq gəzintisinə çıxdıq. İndi isə Hannoverin bu və bir çox digər qeyri-adi görməli məkanları haqqında söhbətimizi sizə təqdim edirik.

Biz Almaniyaya uçmaq üçün Şərqi Avropanın ən iri loukost (münasib qiymətlərlə işləyən) aviaşirkətinin – “Wizz Air”in reyslərini seçdik. Bu şirkət 43 ölkədə, o cümlədən Azərbaycanda 142 istiqamət üzrə uçuşlar həyata keçirir və Budapeştdə rahat tranziti təmin edir. Bakı-Budapeşt-Hannover marşrutu ilə uçuşun ümumi müddəti təqribən 4,5 saat təşkil edir. Bakı-Budapeşt reysinə biletlərin qiyməti 44,99 avrodan, Budapeştdən Hannoverə isə 29,99 avrodan başlayır.

Əlavə haqq müqabilində baqaj daşımaq, o cümlədən 32 kiloqrama qədər əlavə yük, 15 kiloqrama qədər əl yükü daşımaq, habelə təyyarənin içində yeməklə təmin olunmaq imkanı əldə etmək mümkündür. Yeri gəlmişkən, hər bir sərnişinin təyyarənin içinə pulsuz keçirə biləcəyi əl yükünün qabariti oktyabrın 29-dan artaraq təqribən 55x40x23 santimetrə çatacaq.

Hannover hava limanından şəhərin mərkəzinə qatarla 15-20 dəqiqəyə çatmaq olar. Qatara biletin qiyməti 3,4 avrodur. Biletlər perrondakı avtomatlarda satılır. Çətinlik hiss etsəniz, ətrafınızdakı adamlara müraciət edə bilərsiniz. Onlar məmnuniyyətlə sizə kömək edərlər. Almanlar çox qayğıkeş xalqdır. Yeri gəlmişkən, bu və ya digər qatara bileti elə Bakının özündə – bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış üzrə baş agenti “SI Travel” şirkətinin ofisində ala bilərsiniz.

Hələ XIX əsrdə inşa edilmiş Hannover Mərkəzi Vağzalında özünü tarixin bir parçası hiss edirsən. Bu vağzal öz dövrü üçün ilk belə innovativ tikili olub. Hazırda iri dəmir yolu qovşağı olan Hannover vağzalından hər gün müxtəlif istiqamətlərdə 680-dən çox qatar yola düşür. Vağzalın binası qarşısında 1837-1851-ci illərdə hökmranlıq etmiş Hannover Kralı I Ernst Avqustun at belində məğrur heykəli ucalır.

Bu abidə şəhər sakinlərinin sevimli görüş yeridir: onlar görüş təyin edərkən kralın atının quyruğunu nəzərdə tutaraq elə belə də deyirlər: “Quyruğun altında görüşərik”. Vağzalyanı meydan da elə bu kralın adını daşıyır.

Hotel axtarışına vaxt itirmədik: “Grand Hotel Mussmann” mehmanxanası mərkəzi vağzal binasının düz qarşısında yerləşir. Əşyalarımızı tələm-tələsik nömrədə qoyub, şəhərin görməli məkanlarını görməyə tələsdik. Müstəqil ekskursiyaları sevənlər üçün Hannoverdə “qırmızı xətt marşrutu” deyilən unikal fişka var. Asfalta çəkilən və 4 min kilometrdən çox uzanan qırmızı xətt şəhərin təqribən 40 memarlıq və tarixi obyektini əhatə edən əsas görməli məkanlara istiqamətləri göstərir.

Marşrut Ernst-Avqust-Plats meydanında yerləşən Turizm İnformasiya Mərkəzinin binasının qarşısından start götürür. Mərkəzdə 3 avroya soraq kitabçası (o cümlədən rus və türk dillərində) ala bilərsiniz. Sistem çox sadə işləyir: qırmızı xətt üzrə hərəkət edərək, hər biri soraq kitabçasında ətraflı təsvir olunan bu və ya digər görməli məkanın yanından keçirsiniz. Yeri gəlmişkən, bizim şəxsi bələdçimiz olduğuna görə sərbəst marşrutla getmək qərarına gəldik.

Biz isə irimiqyaslı sərgilərin keçirildiyi dünyanın ən iri sərgi mərkəzinə, 5 min pəncərəli ev adlandırılan, bəşəriyyətin mədəniyyət tarixini əks etdirən eksponatların nümayiş etdirildiyi Kestner Muzeyinə getmək, Hannover akvariumunda bütün gözəlliyi ilə təqdim edilən sualtı dünyanın al-əlvan həyatını müşahidə etmək istəyirdik. Əfsuslar olsun ki, həmişə olduğu kimi, vaxtımız çatmadı. Əvəzində Hannoverə qayıtmaq üçün gözəl səbəbimiz var. İndi isə növbəti şəhərə – Bavariyanın paytaxtı Münxenə yola düşməliyik. İnanırıq ki, Münxendə də bizi maraqlı macəralar gözləyir! Bizi izləyin!

Dünyanın ən zərif və dəbli şəhərləri – REYTİNQ

0

       Ən zərif və dəbli şəhərlər

Zolando onlayn paltforması Fransanın paytaxtı Paris dünyanın ən zərif şəhəri adlandırıb.

1.Nəqliyyat

Reytinq dəb, nəqliyyat təminatı, küçələrin təmizliyi və şəhərin memarlıq görkəmi ilə bağlı doqquz meyar üzrə hazırlanıb. Paris dünyanın 80 ən dəbli şəhərləri arasında birinci olub.Siyahıda ikinci yerdə London, üçdə isə Vyana qərarlaşıb. Nyu-Yorkdan (yeddinci yer) əlavə ilk onluqda olan şəhərlərin hamısı Avropada yerləşir.

2.Zəriflik

Biz bilirik ki, zərifliyi pulla almaq olmaz. İstiqamətlər dəyişir, lakin əsl zəriflik dəbdən heç vaxt çıxmır, – müəlliflər deyiblər.

3.Venesiya

Reytinqdə dördüncü yerə Venesiya, beşinci – Florensiya, altıncı – Barselona, səkkizinci yerə isə Bordo şəhəri layiq görülüb. İlk onluğa həmçinin Milan və Roma şəhərləri da daxil edilib. Moskva siyahıda 67-ci, İstanbul sonuncu, 80-ci olub.

Kosmosa hər gün uçuş reallaşdırılacaq

0

         Kosmosa uçuş

Britaniyalı milyarder Riçard Brenson kosmosa hər gün baş tutacaq uçuşlar həyata keçirməyi planlaşdırır.

1.Uşuş

Uçuşların müddəti 1015 dəqiqə çəkəcək, onun qiyməti isə təxminən 250 min dollar təşkil edəcək.

2.Virgin Galactic

Riçard Brensonun sahibi olduğu “Virgin Galactic” şirkəti gündəlik kosmik uçuşlar planlaşdırır. Hazırkı mərhələdə belə uçuşları həyata keçirəcək kosmik cihazların tərtibatı aparılır.

“Virgin Galactic” kosmik turizm layihəsinin inkişafının həyata keçirilməsi ilə məşğul olan yeganə şirkət deyil.

Türkiyədə hotellərin xidmət siyasəti dəyişir

0

       Dəyişik xidmət siyasəti 

1.Türkiyə

Türkiyə Ticarətçi və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandökən yerli hotellər üçün “hər şey daxil” (all inclusive) sisteminin ləğv olunması təklifi ilə çıxış edib.

2.Rusiya və Almaniya

Bildirilir ki, “hər şey daxil” sistemindən ən çox Rusiya və Almaniya turistləri istifadə edir. Bu sistemin tətbiqi nəticəsində turistlərin hotel ərazisini tərk etmədiyi və gün ərzində 3 dəfə yeməklərini buraxmaq istəmədikləri bildirilir.

 Bunun nəticəsi olaraq, bir çox turist hava limanından hotelə və ya əksinə hərəkət edərək ölkəni tərk edirlər.

Azərbaycanlılar Türkiyədən bu qədər ev alıb

0

       Türkiyədən alınan evlər

Bu ilin oktyabr ayında xarici vətəndaşlar Türkiyədən 122 882 daşınmaz əmlak alıb.

1.Xarici vətəndaşlar

Ötən ilin analoji ayı ilə müqayisədə ötən ay xarici vətəndaşlara satılan daşınmaz əmlakın sayı 70,9% artıb.

2.İstanbul

Xarici vətəndaşlar ən çox İstanbulda daşınmaz əmlak alıb. Ötən ay xaricilər İstanbulda 1 321 obyektə yiyələnib. İkinci yerdə Antalyadır (465 obyekt).

3.Səudiyyə Ərəbistan

Hesabat dövründə Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 528, İraq vətəndaşları 344, Azərbaycan vətəndaşları 278, Küveyt vətəndaşları 154, Rusiya vətəndaşları isə 125 ədəd daşınmaz əmlak alıb.

Turistlərin əsas məkanlarından biri: tərsinə ev

0

WonderWorks tərsinə ev.

1.WonderWorksün

WonderWorksün eksteryeri neoklassizm üslubundadır və heç bir şeydə bu üslubdan fərqlənmir. Və əgər WonderWorksün damı yerdə, bünövrəsi isə havada olmasaydı, hər şey qaydasında olardı.

2.Güclü zəlzələ

WonderWorks elə görünür ki, elə bil o güclü zəlzələdən çıxıb: ev tərsinə çevrilib. Və bu xarici görünüş də evin daxilində olanları tamamilə əks etdirir.

3.Picen Forc 

WonderWorks Picen Forc (Tenessi) şəhərində yerləşir. Bu əyləncə parkı avropalı və amerikanlar arasında çoxdandır ki, məşhurdur.

Bu hotel depressiyadan çıxmağa kömək edəcək – FOTO

0

                Tərsinə ev

“Airbnb” saytı Pantone rəng institutu ilə birlikdə hotel açıb. Londonda yerləşən məkan qış depressiyası ilə mübarizə aparan insanlar üçün nəzərdə tutulub.

1.Greenery

“Tərsinə ev” adlanan hotelin interyeri 2017-ci ilin rəngində – “Greenery” qammasında yerinə yetirilib. Məkan dibçəklərlə bəzədilib.

2.Hotel

Otaqlardan birində ayıdöşəyi, kolluqlar və ağaclardan ibarət əsl meşə təşkil edilib. Hotel əhval-ruhiyyəni qaldırmaq, ilham vermək və mövsümi depressiyadan can qurtarmağa kömək etmək üçün nəzərdə tutulub.

Turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyib

0

       Azərbaycanda turistlər

Son illər ərzində tu­rizm Azərbay­can iqtisadiyyatının şaxələndirilməsi işində aparıcı sahələrdən biri olub”.

1.Miqrant günü

Mədəniyyət və turizm nazirinin mü­avini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı keçirilən tədbirdə deyib.

2.Turistlər

N.Səmədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə mü­qayisədə bu ilin 11 ayı ərzində Azərbayca­na gələn turistlərin sayı 20 faiz artıb və 2 milyon 477 min­dən artıq olub.

3.Saldo

N.Sə­mədov bildirib ki, ölkəmizə gələn xarici turistlər 1.3 mily­ard dollar xərcləyib, Azərbaycandan xari­cə gedən turistlər isə 1.2 milyard dollar xərcləyib. 100 mily­on dollar müsbət sal­do yaranıb ki, bu da müsbət haldır.

Hotellərə yeni tələb qoyula bilər.

0

 Hotellərdə Azan zamanı  musiqi səslənməməlidir.

Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb. Bu tələblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Halal idarəetmə sistemi-Hotellər” adlı dövlət standartı layihəsində öz əksini tapıb.

1.Menecment və Turizm Universteti

Layihənin müəlliflərindən biri – Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, layihəyə əsasən, mehmanxanada ibadət etmək istəyənlər üçün dəstəmaz alma yeri və kifayət qədər böyüklükdə namaz otağı və ya məscid olmalıdır.

2.Mehmanxana

Dəstəmaz alma yerləri (kran, çanaqlar və s.), kişilər ilə yanaşı, qadın və uşaqların da fiziki quruluşuna uyğun olmalıdır: “Qadınlara aid hissədə açıq qapıdan içəridəki şəxslərin görünməsini istisna edən qabaqlayıcı tədbirlər (arakəsmə və s. quraşdırılması) görülməlidir. Məscidlər və ya namaz otaqları, ətrafdan gələ biləcək səs-küyü və musiqi səsini keçirməyəcək formada izolyasiya edilməlidirlər. Mehmanxananın istirahət otaqlarında aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim, qiblə istiqaməti göstəricinin otaqda olduğu yeri (siyirmə içi, şkaf içi, otağın tavanı və s.) və məscidin/namaz otağının yeri (yerin planı və s.) Azərbaycan dili ilə yanaşı, ən azı ərəb, ingilis dillərindən birində ifadə edilən elan olmalıdır”.

3.Məscidlər

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, cümə namazının mehmanxananın məscidində, namaz otağında qılınmaması halında namaza getmək istəyənlərin yaxınlıqdakı məscidlərə daşınması üçün kifayət qədər xidmət vasitəsi olmalıdır. Budan başqa, azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməlidir.

4.Qurani Kərim

R.Səfərov qeyd edib ki, mehmanxana otaqlarında qiblə istiqamətini göstərən işarə olmalı, hər otaqda aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim və bir “Qurani Kərim” və ya “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməsi və səccadə (canamaz) saxlanılmalıdır. Lift və ya dəhlizlərdə namaz vaxtlarını və məscidin yerini göstərən elanlar (məlumat qeydi, yerləşmə planı və s.) olmalıdır.

Qeyd edək ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.