Ev Blog Səhifə 5

Azərbaycandan Gürcüstana səfərlər – 76% Azalıb

0
Gürcüstan

Bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 283 351 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

İllik müqayisədə Azərbaycandan olan ziyarətçilərin sayı 886 480 nəfər və yaxud 75,8% azalıb.

Yanvar-sentyabrda Gürcüstan ümumilikdə 1 597 528 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 78% azdır. (Report)

Londona getsəniz bunları unutmayın

0
London

London dünyanın ən bahalı və böyük şəhərlərindən biridir. Şəhər dinamikasının saat kimi işlədiyi, sıxlıq yaşanan, ancaq xaosun olmadığı müthiş bir meqapolis. Həftədə təxmini dörd dəfə yağış görən bu şəhərdə palçıq görməniz imkansızdır.
Hər şeydən əvvəl bunu deyim. Londonda gəzməyə başladığınızda tez-tez bu cümlə qarşınıza çıxacaq: Mind the gap! Mənası metro və dəmir yolu arasındakı boşluğa diqqət yetirmənizdir, ayağınız orada qalmasın. İngilislər bu hadisəni dəfələrlə yaşadıqları üçün fəlakətlərin qarşısını almaq məqsədilə sərnişinləri xəbərdar edirlər.

Gələk metro və avtobusun gediş haqqlarına. Bizdə sərnişin daşımaları üçün “metro kartı” sisteminin eynisi burda da var. Buradakı adı ‘Oyster card’. Bu kart sizin göz bəbəyiniz olacaq. Çünki sərnişin daşımada bir keçid 2.40 paunddur, bizim pulla hardasa 5 manat 20 qəpik. Bir turist olaraq gəzsən, ən azı gündə 5-6 dəfə nəqliyyatdan istifadə edəcəksən, bu da günlük təxmini 30 manat edəcək.
6 günlük tətildə siz nəqliyyata 180 AZN pul xərcləyəcəksiz. Bunun əvəzinə, 5 paunda bir ‘Oyster card’ alsaz, ‘həftəlik limitsiz’ metro və avtobusdan istifadə edə biləcəksiz. London metrosu İsveçrə saatları kimidir, olduqca çətin və bahalı mexanizm.
Londona çatdıq, hotelimizə yerləşdik, xoş əhval ruhiyyə ilə gəzərkən gördük ki, mədəmizdən bir səs gəlir. Nə yeyəcəyik?!

Londonda hər iqtisadi səviyyədə yemək yerləri tapa bilərsiniz.

Minimum 9 manata gözəl ləzzətlər dada bilərsiz. Həyatınızı qurtaracaq şey isə Londondakı marketlərdir. London marketlərinin çoxunda “meal deal” deyilən bir tətbiq var. Bu kəliməni “yemək anlaşması” kimi tərcümə etmək olar. Bu tətbiqdə bir sendviç, bir içki, bir meyvə paketi (və ya çipsi) 3 paunda (7 manat) satılır.
Londondakı ən çox satılan yeməklər “meal deal”dir. Bundan əlavə, dünyanın ən kiçik ölkələrinin belə ləzzətlərinə London küçələrində rast gələ bilərsiz. Publarda isə alkollu içkilər 6 manatdan başlayır. Az qalmışdı ki, unudum. Kabab müsəlman ölkələrində yaransa da, dünyanın ən bahalı kababı Londonda hazırlanır. Canary Wharf-da yerləşən “Hazev restoranı”nda dünyanın ən bahalı kababı verilir, qiyməti 925 funt sterling. Yox, yox, rəqəmi səhv yazmamışam, təxmini 2220 AZN.
Siqaret çəkənlərə diqqət! Siqaret Londonda olduqca bahalıdır. Bakıdan ya da Duty Free-dən siqaretinizi alsaz cibinizə qənaət etmiş olacaqsız.

San-Marino | Çox kiçik və qeyri-adi ölkə

0
San-Marino

Ümumi məlumat


San-Marino İtaliya ərazisində yerləşən balaca müstəqil respublikadır. Onun 31 mindən çox əhalisi və 10 böyük şəhəri var. Ölkə ərazisinə görə çox kiçik olsa da, qeyri-adiliyi ilə turistləri heyran edir. Paytaxtı San-Marino şəhəridir. Dövlət dili italyan dili, dini isə əsasən katolikdir. San-Marino Avropanın ən qədim ölkələrindən biri hesab olunur. Ərazisi doqquz vilayətə bölünür ki, bunlar da kastelli adlanır. Kastelli italyan dilindən tərcümədə qala deməkdir. Ölkənin ümumi sahəsi 60, 57 kvadrat kilometrdir. San-Marino paytaxt olsa da, respublikanın ən böyük şəhəri Serravalledir. Hər il sentyabrın 3-də San-Marinonun sakinləri Müqəddəs Marinonun bayramını və Respublikanın yaranma gününü qeyd edirlər. Əhali qonaqpərvərliyi ilə seçilir və hər zaman turistləri gülərüzlə qarşılayır. 

Tarixi


San-Marino şəhərinin tarixi Müqəddəs Marino haqqında əfsanə ilə bağlıdır. 298-300-cü illərdə o, mənzərəli Dalmasiyada (hazırda Xorvatiyanın Qul adası) dini təqiblərə məruz qalır. Onlardan qaçmaq üçün Rimini şəhərinə üz tutur. Burada Marino daşyonan kimi çalışır və ilk dəfə Titano dağında daş karxanası aşkar edir. Həmin yerdə özünə kiçik hücrə tikir. Marinonun sürdüyü pak həyatdan hər kəs xəbər tutur və bir çox insan buraya köçüb onun hücrəsi ətrafında evlər tikməyə başlayır. Beləliklə, tez bir zamanda həmin yerdə balaca dağlıq monastır əmələ gəlir. Monastırı Müqəddəs Marino, yəni San-Marino adlandırırlar. VI əsrin sonunda şəhər siyasi müstəqillik qazanır. 1922-1943-cü illərdə San-Marinoda bütün İtaliyada olduğu kimi faşist diktaturası hökmranlıq edir. San-Marino hər zaman neytral mövqe saxlayıb. O, yeganə şəhərdir ki, bir dəfə də olsun işğal edilməyib. 

Şopinq


San-Marino alış-veriş üçün hər zaman açıqdır. Burada siz istənilən növ geyimləri 30-70% endirimlə əldə edə bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, iyundan sentyabradək bura çoxlu sayda turistlər gəlir, bu da o deməkdir ki, siz istədiyiniz ölçüləri tapmaya bilərsiniz. İtalyan dizaynerlərin brendlərini ucuz qiymətə almaq olar. San-Marino Kürk həvəskarlarının əsl yeridir. Kürklərin keyfiyyəti əla, xəzi gözəl, dizaynı isə olduqca cəlbedicidir. Qiymətlər təxminən 1000-1500 avrodan başlayır. San-Marinoda, həmçinin autletlər çoxluq təşkil edir. San Marino Factory Outlet mərkəzində 30-70% endirimlə siz orta və tanınmış brendləri əldə edə bilərsiniz. Həmçinin «Park avenu» ticarət mərkəzindən Brioni, Celine, Clohe, Etro, Marc Jacobs, Prada, Tod’s və s. kimi brendləri sərfəli qiymətə ala bilərsiniz. 

Mətbəxi


San-Marino mətbəxinin heç bir özəlliyi yoxdur. Burada əsasən italyan xörəkləri üstünlük təşkil edir: populyar tortellini, pasatelli (bulyon), talyatelle, lazanya, ravioli, kanelloni, pastalardan isə strozapetti, kapeletti-in-brodo və s. Həmçinin şirik şüyüdlə qızardılmış dovşan əti, ədviyyatlı toyuq əti, eskalopa və müxtəlif kotletlər: bolonyeza kotletləri, mutfuls. Desert üçün isə San Marino piroqu və kaçyatello (karamel) şirnisi. Masada həmişə pyada (lavaşa oxşayan çörək), ənənəvi polenta və müxtəlif pendirlər olur. Nadir hallarda kotiş-di-kon-i-facioli şorbasına rast gəlmək mümkündür. Bu şorba paxla və donuz ətindən hazırlanır. Daha bir ənənəvi xörək isə minestra-del-poveri və ya bobolotti (kasıblar üçün şorba) adlanır. Onun tərkibində paxla, piy və makaron olur. Hər bir restoran və ya kafedə siz növbənöv şərablara rast gələ bilərsiniz. Yerli «Moskato-di-San-Marino», birinci dərəcəli «Byankale», «Albana», «Sancoveze» və digərləri. Yerli spirtli içkilərdən ən məşhuru isə «Mistra» adlanır.

Görməli yerləri


San-Marino şəhəri tarixi abidələrlə zəngindir. Hökumət sarayı XVI əsrdə memar Françesko Adzurri tərəfindən inşa edilib. Tikintisinə 1884-cü ildə başlanılıb və on il davam edib. Sarayın sağ tərəfində San Marinonun tuncdan hazırlanmış heykəli, yanında isə arxitektor Françesko Adzurinin büstü ucalır. Kilsənin interyeri orta əsrlər üslubunda hazırlanıb, yəni ciddi və əzəmətli. Digər kilsə isə Müqəddəs Fransisko adlanır. Bura XVI-XVII əsr italyan məktəbi rəssamların kolleksiya toplusudur. Bazilika Santo Pyeve 1838-ci ildə memar Antonio Serra tərəfindən inşa edilib. Baş mehrab Müqəddəs Marinonun heykəli ilə bəzədilib. Şəhər müxtəlif vaxtlarda inşa edilən üç divarla əhatə olunub. Şəhər böyüdükcə divarların yarısı uçurdulub. Della Rupe qapıları, başqa cür desək Delya Omerelli qapıları 1525-ci ildə tikilib. Düzbucaqlı qüllədə vaxtilə artilleriya briqadasının silahları yerləşdirilib. Muzeylərə gəlincə, dövlət və kuryozlar muzeyini sadalamaq yetərlidir. 

Ucuz otel axtaranlara 7 məsləhət

0
otel

1. Araşdırın


“Trivago”, “Kayak” və ya “Booking.com” kimi saytlar sizə lazım olan şəhərdə hotellərin icmalını verəcək. Lakin onlardan hər şey barədə tam dolğun məlumat gözləməyin. Vəziyyəti özünüz yoxlayın. Məsələn, pulsuz parkinq, səhər yeməyi və ya Wi-Fi-ya promokodlar və bonuslar axtarın. Sizi maraqlandıran hotelin birbaşa saytına diqqət yetirin: Çünki orada qeyd olunan qiymətlər vasitəçilərdən daha aşağı ola bilər.

2. Qiyməti “öldürün”


Beləlik, sizin gedəcəyiniz hoteldə nələrlə qarşılacağınız haqda azdan-çoxdan məlumatınız var. İndi bir neçə hotel seçib, bir neçə zənglər etməyin vaxtıdır. Hotel menecerinə saytda qeyd olunan qiyməti deyin. Danışıq əsnasında qiymət dəyişikliyinə diqqət yetirin. Təcrübəyə əsasən deyə bilərik ki, 80% hallarda hotellə birbaşa danışıqlar sizə ya daha rahat otaq qaqzandıracaq və ya qonaqlama daha ucuz başa gələcək.

3. “Yanan” təkliflər axtarın


“HotelTonight” kimi mobil tətbiqlər sizə təcili ucuz nömrə axtarışında yardımçı ola bilər. Məsələn, “Swissotel Chicago” tətbiqetmənin köməyi ilə iki gecəlik o cümlədən bütün vergilər və ödənişlərlə birgə 313 dollara başa gələcək. Bu bronlaşdırma saytları ilə müqayisədə ən azı 100 dollar daha aşağıdır. Lakin yadda saxlayın ki, otağı ən son dəqiqə bron etmək alınmaya da bilər. Əgər siz turistlərin çox olduğu, ya hotellərin sayı az olduğu yerə gedirsinizsə, hoteli qabaqcadan bron edin.

4. Hərraclarda iştirak edin


Mehmanxana hərracları sizin xərclərinizi xeyli azalda bilər. Lakin burada hər şey sizin şansınıza bağlı olacaq. “Öz qiymətini seç” funksiyası sizə rayonu və ulduzların sayını seçməyə imkan verir. Lakin hotelin adı sifarişiniz qəbul olmayınca gizli qalacaq. Siz qiymətinizi elan etməyə hazır olduğunuz an sizə rahat olan hoteldən başlayın və qəbul olunmayınca imtina etməyin. Bu hərracın mənfi xüsusiyyəti odur ki, sizin təyin etdiyiniz qiymət qəbul olan kimi kredit kartınızdan vəsaitlər silinəcək. Yəni, siz hotel bronunuzu nə dəyişə, nə də qaytara biməyəcəksiz.

5. Qeyri-standart fikirləşin


Hotel – qalmaq üçün yeganə yol deyil. “Airbnb” və “HomeAway” kimi saytlardan siz otaq, mənzil, və ya ayrıca ev kirəyəlaəyə bilərsiz. Hostellərı də unutmayın, bunlar gecələmək üçün super-ekonom variantdır. Narahat olmayın, otağı yeniyetmələr kütləsi ilə bölmək məcburiyyətində deyilsiniz. Hostellərin əksəriyyəti ayrı hamam otaqları olan 1-2 nəfərlik nömrələr təklif edir.

6. Digər rayona diqqət yetirin


Şəhərin mərkəzində yaşayış, bir qayda olaraq, daha bahalıdır. Mərkəzdə deyil, ondan bir-iki dayanacaq qıraqda hotel seçsəniz qənaet edərsiniz. Belə ki, Çikaqonun “Hyatt Regency O’Hare” hotelində gecələmək 80 dollara başa gələcək. Hotel metronun düz çıxışında yerləşir. Ordan həm hava limanına, həm şəhər mərkəzinə çatmaq rahat olacaq. Müqayisə üçün bildirək ki, mərkəzi “Hyatt Regency H”-də gecələmək 120 dollara başa gələcək.

7. Güzəştlərdən faydalanın


Təqaüdçülər, dövlət xadimləri, tələbələr, qeyri-kommersiya təşkilatrarın üzvləri və hərbçilər səyahət zamanı mehmanxana güzəştlərindən istifadə edə bilərlər. Bron etdikdən öncə hoteldən və sizin təşkilatdan endirim haqda məlumatı dəqiqləşdirmək lazımdır.

Şanxay Əməkdaşlıq Təşkilatının Çindəki sərgisi COVID-19-a görə təxirə salınıb

0
Şanxay Əməkdaşlıq Təşkilatı

Bu ilin 16-18 oktyabr tarixlərində Çinin Tsindao şəhərində keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Ticarət və İnvestisiya Sərgisi koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.

“APA-Economics” xəbər verir ki, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla sərgidə 600-dən çox çinli və xarici şirkətin iştirakı gözlənilirdi. Sərgidə maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, yüngül sənaye və xalq sənəti məhsullarının və xidmətlərin təqdimatı nəzərdə tutulurdu.

Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılıb. Daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Üzv dövlətlər sırasında Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka isə “dialoq üzrə tərəfdaş” ölkələr sırasındadır.

Səudiyyə Ərəbistanının ən böyük bankları birləşir

0
Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistanının “National Commercial Bank” (NCB) və “Samba Financial Group” bankları birləşmə haqqında müqavilə imzalayacaqlar.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.

Verilən məlumata görə, NCB hər səhm üçün 28,45 rial (7,58 dollar) ödəyəcək. Müqavilənin ümumi dəyərinin 55,7 milyard rial (təxminən 15 milyard dollar) olduğu bildirilir. Qeyd edildiyi kimi, NCB-nin səhmdarları yeni şirkətdə 67,4%, “Samba” isə 32,6% paya sahib olacaq.

Agentliyin məlumatına görə, bu birləşmə Səudiyyə Ərəbistanının “Vizyon 2030” milli proqramının əsas tərkib hissələrindən biridir. Onun çərçivəsində ölkə dünyada çox milyard dollarlıq sərmayə qoymaq, neftdən asılılığı azaltmaq, iqtisadiyyatı şaxələndirmək, həmçinin səhiyyə, infrastruktur, təhsil, turizm və digər bu kimi sahələri inkişaf etdirmək niyyətindədir.

Bankların birləşməsi 2020-ci ilin ən böyük müqaviləsidir. Yeni maliyyə qrupunun ümumi aktivləri 220 milyard dollar təşkil edəcək. Hesablamalara görə, yeni şirkət hər il təqribən 800 milyon rial (213 milyon dollardan çox) qazandıracaq. Müqavilə 2021-ci ilin birinci yarısında bağlanmalıdır. Təşkilatın idarəedici direktoru Əl Hamdi, rəhbəri isə Əmmər Əl Hudayri olacaq.

Estoniya vətəndaşları gələn ildən Rusiyaya elektron viza ilə yollana biləcəklər

0
viza

2021-ci ilin əvvəlindən Rusiyada vahid elektron viza tətbiq olunacaq.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, vətəndaşları elektron viza almaq üçün müraciət edə biləcək dövlətlərin siyahısı Rusiyanın Baş naziri Mixail Mişustinin sərəncamı ilə təsdiqlənib.

Rusiya hökumətinin rəsmi saytının verdiyi məlumata görə, siyahıda Estoniya, Latviya, Litva, Finlandiya da daxil olmaqla, 52 ölkə yer alıb.

Bildirilib ki, elektron viza internet vasitəsilə turizm, işgüzar, humanitar və qonaq səfərləri məqsədilə veriləcək. Qeyd edilib ki, vizanı əldə etmək üçün dəvətnamələrə, otel rezervasyonlarına və ya səfərin məqsədini təsdiqləyən digər sənədlərə ehtiyac qalmayacaq. Konsulluq haqqı 40 dollar təşkil edəcək. Viza 6 yaşadək olan uşaqlar üçün pulsuz veriləcək.

Belizin kurortları

0
Beliz

Beliz turizm turizmin əsas mənbəyi olduğu kiçik bir ölkədir. Tətilçilər ölkəyə sights, dalğıc və balıq ovu görməyi arzulayırlar, yalnız çoxları olan gözəl Belize kurortlarında rahatlaşırlar. Bu möhtəşəm ölkəyə bir səfər kifayət deyil, Belizin kurortları yenidən turistləri geri çəkir.
Belize ən yaxşı 5 istirahət

 1.Terneffe atoll

Terneffe Belize şəhərindən 40 kilometr məsafədə yerləşən bir atolldir. Uzunluğu 48 km, eni isə 16 km. Yalnız bir otel adada, lakin çox rahatdır, lüks otaqlar, suit və ayrı bungalov təklif edir. Burada həftədə 3000 dollar istirahət edə bilərsiniz. Eğlencelerden birində maska, balıqçılıq və nəhayət, gözəl qumlu çimərliklərdə yalnız sakit tənha tətil ilə dalma və üzmə var. Dalış və balıqçılıq lisenziyalı tur operatorları ilə aparılır. Belizdə istirahət etmək ən yaxşı vaxt dekabrdan aprel ayına qədərdir. Payızda qasırğa ehtimalı səbəbiylə gəlməmiz istənir.

Terneffe atoll

2.San Pedro . 

San Pedro çox məşhur bir kurort və Ambergris adasının əsas şəhəridir. Şəhər, adanın cənubundakı mənzərəli bir lagündə yerləşir. Burada bir çox qəşəng otel və restoran var. Həyat saatda qaynar. Bu dalğıc üçün ən yaxşı yerdir, məsələn, səthə yaxın olan reefin divarıdır və axınlarda üzmək üçün yeganə imkandır. Diverlər balıq tutuquşu, barracuda, moray eels, stingrays dalış zamanı müşahidə olunur. Ən böyük cəlb sualtı parkdır. Farslarla birlikdə mercan dağları var. Parkdakı dərinlik kiçikdir, amma burada və 30 metrə çatır. Fevral-iyun ayından etibarən küləklər əsəcək, sörf etmək üçün böyük bir fürsət var. Bəzi əyləncə növləri balıqçılıqdır. Burada başqa yerlərdən daha maraqlıdır, çünki adanın şərqində şoklar var və onlar kral qəlyanaltı, tuna, tarpon, marlin kimi nadir balıqları cəlb edən planktonlarla doludur və siz də köpəkbalığı əldə edə bilərsiniz.

San Pedro

3.San Ignacio

San Ignacio, Maya dağlarının ətəyində ölkənin qərb hissəsində yerləşir. Şəhər yeddi təpədə yerləşir və piramidaların qalıqları üzərində Maya dünyasına gedişlərin başlanğıc nöqtəsidir. Bu ekskursiyalar zamanı turistlər dağ çaylarında rafting, təbiətin təbiətindən bəhrələnirlər. Şəhərdə də çox əyləncə var, amma fərqli bir növ. Burada bir çox bar və restoran var. Konforu sevənlər üçün beşulduzlu San Ignacio Resort var. Otellər çox ucuzdur, üçulduzlu. San Ignacio cənubunda dağ çayları, şəlalələr və mağaralar ilə dolu bir təbiət ehtiyatı var.

3.San Ignacio

4.Kay Kolker

Kay Colter Belize City yaxınlığında kiçik bir mərcan adasıdır. 800 nəfərlik burada çimərlikdən zövq almaq və Maya tayfasının sirli tarixinə toxunmaq üçün buraya gələn 10 dəfə daha çox turist var. Adada dadlı dəniz yeməkləri təklif edən üç və dördulduzlu mehmanxanaların, bir çox restoranın böyük bir seçimi var.

5. Plasenta

5. Plasenta

Bu şəhərdə təbiət sevənlərə getmək lazımdır. Burada bir çox bitki və çiçək, quş və kəpənəklər görə bilərsiniz. Görünüşü sakit mavi lagounlara sevindirir. Monkey çayı üzərində bir gəmiyə minib, hətta bir timsahı görürsünüz.

Bora Bora adası

0
Bora Bora adası

Dünyada məşhur olan bu ada öz əsrarəngiz gözəlliyi ilə seçilir. Hələ 60-cı illərdə bu ada dünyanın ən gözəl adası adlandırılmışdı. Hələ də heç kəs daha yaxşısını tapa bilməyib.

Sakit okeanın incisi, Fransa Polineziyasının ən ekzotik kurortu – Bora Bora – Taitidən 240 km şimal-qərbdə yerləşir. Ada sanki həmail imiş kimi rəngbərəng göllərin, kiçik adaların əhatəsində yerləşir. Adanın əhalisi 4000 nəfərdən bir az çoxdur.

Adanın mərkəzində 2 qara pik yerləşir, ada özü də sönmüş vulkandan ibarətdir. Adanın ətrafında qumlu çimərliklərə malik azsulu göllər və Polineziya kəndləri yerləşir.

“Akula və skatların yemlənməsi” və “mərcan bağı” ekskursiyalarında bu kiçik göllərə rast gəlmək ən maraqlı tapıntıdır. Bora Bora – ecazkar şale (kiçik yaylaq evi), mənzərəli tropik parklar, mavi hovuzlar, Avstraliya, şərq, fransız və italyan mətbəxlərinə malik restoranlar deməkdir. Kurort kiçik Polineziya kəndi kimi dizayn edilmişdir, şalelər heç də yalnız quruda yerləşmir, həm də suda”üzür”.

Zəngin tarixi şəhər, çox sayda spa və ucuz müalicə | Budapeştə gəlin

0
Budapeşt

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt Mərkəzi Avropanın ən mühüm mərkəzlərindən biridir. Rəsmi olaraq 19-cu əsrin 70-ci illərində təsis edilən müasir Budapeşt indi həm də qlobal mərkəzlərdən hesab olunur. Əhalisinin sayına görə Avropanın 8 ən iri şəhərindən biridir. Macarıstanın paytaxtı zəngin tarix, mədəniyyət və əyləncə təklif edir. Mədəniyyət, əyləncə və rahatlıq bir yerdə arayırsınızsa onda Budapeşt sizin üçündür. Spa, akva park və müalicə şəraiti bu gözəl Avropa şəhərini əsl istirahət yerinə çevirir.

Budapeşt

Vannalar şəhəri

Budapeşt nəyə görə “Vannalar şəhəri” adlanır? Ümumən Macar torpağı termal bulaqlarla zəngindir. Budapeşt isə dünyada şəfalı termal sularlə ən zəngin paytaxtdır. İstər bayram istirahəti, istərsə də müalicə məkanı kimi hədəfiniz Budapeşt olmalıdır! Məşhur hamam və unikal spalar  içində səyahətinizdən zövq alın.

Budapeşt

Stomatoloji xidmət

Yüksək keyfiyyətli stomatoloji xidmət Macarıstanı Avropada sağlamlıq turizm sahəsində flaqman ölkələrdən birinə çevirir. Buradakı stomatoloji tələblər və tədris Böyük Britaniya, Avropa və Amerika Birləşmiş Ştatlarının standartları səviyyəsində, lakin xeyli ucuzdur. Əslində siz müalicə arasında görməli yerləri gəzə və Avropa tətili təcrübəsi əldə edə bilərsiniz.  Amma bütün bunlar istənilən halda ABŞ və Böyük Britaniya qiymətləri ilə müqayisədə 60-70 % ucuz başa gələcək.

Budapeşt

Plastik cərrahiyyə

Bilirsinizmi ki, Macarıstan qanunlarına görə plastik cərrahlar on ilədək sınaq müddəti keçməlidir? 5 il ümumi cərrahiyyə və daha 3 il plastik cərrah köməkçisi təcrübəsi onları öz sahəsində yüksək səviyyəli mütəxəssisə çevirir. Qiymətlərə hətta hava limanından Budapeştdə daşınma, oteldə otaq daxildir. Bununla belə qiymətlər Böyük Britaniya, İrlandiya və ya ABŞ-dan 50% aşağıdır.