Ev Blog Səhifə 6

Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq – Samir Dübəndi

0
Qarabağ
Samir Dübəndi: “Başqa dövlət tərəfindən işğal olunmuş əraziyə invesitisiya qoyaraq hotellər tikmək qanunsuz fəaliyyət və cinayətdir”
Cəbhə istiqamətində gedən döyüşlərin 27 senyabr tarixindən etibarən yeni mərhələyə qədəm qoyması və Azərbaycan ordusunun uğurla irəliləməsi bir sıra kəndlərin, əraizlərin işğaldan azad olunması, Cəbrayıl şəhərinin də azad olunması turizm sektorunda çalışanlara zəngin torpağı, təbiəti olan Qarabağın turizm potensialı haqda düşünməyə imkan verir.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında Qarabağın turizm potensialından bəhs edib: “Hazırda əsas hədəfimiz işğalda olan torpaqlarımızın azad olunmasıdır. Bu gün şanlı ordumuz uğurla irəliləyir. Ümid edirik ki, tezliklə böyük mədəni irs daşıyıcımız olan bu torpaqlar bizə geri qayıdacaq”.
“Dağlıq, meşəlik əraziləri əhatə edən Qarabağın turizm potensialı da çox yüksəkdir”, – deyən həmsöhbətimiz qeyd edir ki, bu torpaqlar eyni zamanda da mineral və termal su mənbələri ilə də zəngin bir ərazidir. Erməni mənbələrinə istinad edən ekspert bildirir ki, bu gün Qarabağ ərazisində 50 hotel var. Burada bir neçə xarici şirkətin də adı çəkilir.
“Düşünürəm ki, gələcəkdə Azərbaycan ərazilərində bu şirkətlərin fəaliyyəti qadağan olunacaq. Çünki başqa dövlət tərəfindən işğal olunmuş əraziyə invesitisiya qoyaraq hotellər tikmək qanunsuz fəaliyyət və cinayətdir”, – deyə Dübəndi bildirib.
Onun fikrincə, gələcəkdə həmin hotel və infrastukturun aqibətinin necə olacağını zaman göstərəcək. Rəqəmlərə gəldikdə isə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında ötən illər ərzində təxminən 15-16 min turistin Ermənistan vasitəsilə Dağlıq Qarabağa gəldiyi bildirilir. Ermənilərin bu illər ərzində orada infrastruktur formalaşdırmağa çalışmalarına baxmayaraq, bu, elə də böyük rəqəm deyil. Lakin torpaqlar işğaldan azad olduqdan, Qarabağ təhlükəsiz zonaya çevridikdən sonra orada turizmi inkişaf etdirmək olar:
“Hələlik ilkin mərhələdə turizmdən danışmaq mümkün olmayacaq. Çünki ilkin mərhələdə görüləcək digər işlər var. İlk növbədə ərazilər minadan təmizlənməli, infrastruktur yenilənməlidir. Ermənilər bilirdilər ki, gec-tez bu əraziləri boşaldacaqlar. Ona görə də həmin ərazilərdə geniş infrastuktur layihələr həyata keçirilməyib. Müqayisə üçün deyim ki, ötən il Göygöl Milli Parkımız 5 min turist qəbul edib. Təkcə ölkədə daxili turizmdən danışsaq, ötən il bu rəqəm yarım milyonla 700 min arasında dəyişib”.
Ekspert bildirir ki, Qarabağda turizmin inkişafı üçün sıra kadrların əməyindən istifadə edilməlidir. Dövlət, özəl sektor, alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan turizm potensialı işlənib hazırlanmalıdır. Onlar Qarabağın həm təbii, həm də antropogen turizm resurslarını nəzərdən keçirməlidirlər.
“Düşünürəm ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq. Bundan məharətlə istifadə etsək, Qarabağı dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevirəcəyik. Ola bilsin, dövlət bu istiqmaətdə xüsusi proqram da qəbul etsin”, – deyə Dübəndi bildirib.
Turizmçi hesab edir ki, Qarabağ turziminin inkişafı üçün yeni marşrutlar yaradılmalıdır. Dağlıq ərazi olduğundan, dağçılıq və alpinizm turizmi xüsusi qeyd edilməlidir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmi inkişaf etdirmək olar.
S.Dübəndi Qarabağda turizmin inkişafı ilə yanaşı ermənilər tərəfindən saxtalaşdırılan abidələrin də öz tarixlərinə qovuşmasının vacibliyini dilə gətirib.

Mənbə-Sputnik.az

Bu il fəaliyyətini dayandıran hava yolları ötən ildəkindən azdır

0
Hava yolları

Cari ilin əvvəlindən etibarən dünyada 43 hava yolu şirkəti fəaliyyətini tam və ya müvəqqəti dayandırıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Cirium” turizm araşdırmaları şirkətinin məlumatına görə, ötən il belə şirkətlərin sayı 46, 2018-ci ildə isə 56 olub.

Ekspertlərin qənaətincə, bu ilin daha məqbul statistikası hazırkı koronavirus pandemiyası ilə bağlı hökumətlər tərəfindən görülən dəstək tədbirlərilə bağlıdır.

Bununla belə “Cirium” şirkətinin məsləhət xidmətinin rəhbəri Rob Morris ilin sonuna dair bədbin gözləntilərinin olduğunu bildirib.

Ekspert “Təyyarə şirkətləri daha çox ilin son aylarında fəaliyyətini dayandırır”, – deyib. Sektorda gəlirin böyük hissəsi ilin ikinci-üçüncü rübündə əldə edildiyi üçün birinci və dördüncü rübün daha çətin keçdiyini diqqətə çatdırıb.

Həmçinin 10 və daha çox təyyarə sahibi olan hava yollarının pandemiyadan daha çox ziyan çəkdiyi üçün istifadəsiz qalan təyyarə sayı bu il artıb. Belə ki, 2018-ci ildə 406, ötən il 431-ə qarşı cari ildə belə təyyarələrin sayı 485 olub.

Pişiklə Avstraliyanın Kəşfi – Maraqlı Səyahətçilər

0
Səyahət

Mükəmməl səyahət partneri tapmaq çətin ola bilər, amma Richard East sahib olduğu hər şəyi satıb və istifa edib səyahətə çıxmağa qərar verəndə o artıq bu parnterin kim olacağını bilirdi. O pişiyi Willow-u nə satmaq istəyirdi, nə də tək qoya bilərdi. Elə ona görə də, onlar birlikdə Avstraliyanı kəşf etməyə başladılar.

Richard-ın əvvəllər şəhərkənarında evdə yaşayır və İT sahəsində çalışırdı. Lakin 2015-in mayından etibarən o bütün ştatlı olaraq yalnızca səyahət edir. O, pişiyini özüylə götürməyinin çox yerində bir qərar olduğunu bildirir: “Willow hər zaman mənim yanımda olub və ona görə də mən özümə söz vermişdim ki, heç vaxt onu tək buraxmayacam. Biz onunla “pişik saat”-ıyla səyahət edirik. Yəni, pişiyim mürgüləməyə qərar verirsə, onu gözləyirəm. Pişiklə səyahət etmək insanı yavaşladır, amma elə bunun unikallığı da bundadır –hər şeyi kəşf etməyə vaxtınız olur”.

Səyahətçi Richard pişiyi ilə olan macəralarını sosial media üzərindən paylaşmağa başlayanda bu insanlarda çox böyük maraq doğurdu. Hal-hazırda, onun 100.000-dən çox izləyicisi var və Richard mütəmadi olaraq səyahəti haqqında blog yazıları da dərc edir. O, hətta “Van Cat Meow” adlı kitabının dekabr ayında nəşr etməyə hazırlaşır.

Mənbə- TRAVELNEWS

İşğaldan azad olunan ərazilər iqtisadiyyatımıza nə verəcək?

0
İşğaldan azad olunan torpaqlarımızın iqtisadi potensialı çox yüksəkdir. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Parlament üzvü deyib ki, ilkin mərhələdə ərazilər minalardan təmizlənəcək:
“Daha sonra isə bərpa prosesi olacaq. Bizim qiymələndirmələrimizə görə, prosesin sürətli aparılması ərazilərimizin 3-4 il ərzində bərpa edilməsinə imkan verəcək. İnvestisiya fərqli mənbələrdən, yerli və xarici mənbələrdən cəlb olunacaq. Mövcud potensial imkan verir ki, bu istiqamətdə sərmayə qoyuluşu həyata keçirə bilək”.
V.Bayramov qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının növbəti dövr üçün daha dayanıqlı inkişafına stimul verəcək:
“Minalardan təmzləndikdən sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun yenidən qurulması, o cümlədən sosial obyektlərin və yaşayış binalarının inşası reallaşacaq. Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərilə bağlı proqram hazırlanacaq.
Beynəlxalq maliyyə qurumlarının prosesə cəlb olunması gözlənilir. Nəticə etibarilə fərqli mənbələrdən investisiya qoyuluşlarının həyata keçirilməsi gözlənilir ki, bununla da bir neçə il ərzində işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması mümkün olacaq”.
Deputatın sözlərinə görə, yalnız bundan sonra ərazilərimizin iqtisadiyyata qazandırılması mümkündür:
“Dağlıq Qarabağ və ətraf rayonlar mineral, digər təbii ehtiyatlar baxımından zəngindir. Təbii su ehtiyatları kifayət qədər böyükdür. Nəzərə alsaq ki, su ehtiyatlarına tələb artıb, hətta 1 litr suyun qiyməti 1 litr xam neftin qiymətindən bahadır, bu da ondan xəbər verir ki, azad edilmiş ərazilərimizin hesabına təbii suya olan tələbi ödəməklə yanaşı, ixracı da həyata keçirmək imkanımız olacaq. Mineral ehtiyatlarımız var, bu da həmin sahədə istehsalın təşkil edilməsinə imkan yaradacaq. Qızıl ehtiyatlarımız kifayət qədərdir ki, qızıl ixracı və istehsalı, daxili tələbin ödənilməsi baxımından vacib hesab olunur. İstehsal sahələrilə yanaşı, işağldan azad olunmuş torpaqlarımızın əsas üstünlüyü daxili turizmin inkişafı baxımından ciddi potensiala malikliyidir. Təbiəti cəlbedicidir və gözlənilir ki, bu bölgə turizm baxımından da faydalı olacaq.
Bütövlükdə azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı peotensialı böyükdür. Xüsusilə Füzuli rayonu taxıl istehsalında öncül rayonlarımızdandır. Həmçinin, işağldan azad edilən rayonlarımızda meyvəçiliyin inkişaf potensialı kifayət qədər böyükdür. Bu baxımdan torpaqlarımız işğaldan azad olunduqdan və bərpa işləri aparıldıqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa töhfə verəcək, inkişafın lokomotivinə çeviriləcək”.

Səyahət bloqu: “Uşaqla necə səfərə çıxım axı?!”

0

Səyahət çoxlarının arzusu olsa da, bəzən gərgin iş qrafikinə görə gedə bilmir, bəzən də yetərincə pulu olmadığı üçün arzusunu ürəyində boğmalı olur.

Bir də uşaqlı analar var bunu özünə dərd edir. Tez-tez eşitmək olur bu şikayətləri: “Uşaqla necə səfərə çıxım axı?!” , “Bütün səfər burnumdan gələr” və s. Əksər qadınlar düşünür ki, uşaq onun əl-qolunu bağlayır, onunla nəinki səyahətə, heç əvvəl getdiyi restorana, kafeyə, dükana, hətta dostlarla görüşə də getmir. Yollar, iqlim və saat qurşağının dəyişməsi, təyyarə, avtobus, qatar, otel narahatlıq və gərginlik yarada bilir. İlk baxışda bütün bunlar bir balaca çətin ola bilər. Ancaq bu, səyahət etmək və bundan zövq almağa maneə olmasın gərək.

“Səyahət etmək istəyənə uşaq əngəl olmamalıdır”

Gənc ana Cəlalə Osmanlı 2 aylıq körpəsi ilə xarici ölkədə istirahətdə olub. Öz təcrübəsini bölüşərkən o bildirir ki, səyahət etmək istəyənə uşaq əngəl olmamalıdır.

“Övladın dünyaya gəlibsə, evə həbs olunmalı və ya sevdiyin nələrdənsə özünü məhrum etməli deyilsən. Bizdə adətən ana olmaq fədakarlıq, hər şeydən məhrum olma, evə qapılma, əzab-əziyyət kimi dəyərləndirilir. Halbuki elə deyil.”

Cəlalə deyir ki, uşaqla həyat əvvəlkindən fərqlənir, ancaq o qədər də dözülməz deyil.

“Körpəylə səyahətə çıxmaq əvvəlkinə bənzəmir. Sadəcə bilməlisən ki, hər şey planlaşdırdığın kimi getməyə, bütün günü istədiyin kimi əylənməyə bilərsən. Uşaqla səyahətə çıxmağın özü böyük işdir. Bunu bacarmısansa, özünü qoçaq və xoşbəxt hesab edə bilərsən.”

Bəzi qaydalara əməl et, yetər

Dünyada səyahətdən yazan bloqçular, eləcə də səyahət saytları uşaqla səyahətə çıxmanın qaydalarını müəyyənləşdiriblər: təyyarədə rahat olmaq üçün uçuşu gecə saatlarına salmaq, təyyarəyə minməzdən öncə uşağı yedirmək, onu tualetə aparmaq, ürəyi bulanan uşaqlar üçün çantaya limonlu, nanəli konfetlər atmaq və s. Təbii bunlar standart normalardır.

Qəhrəmanımız Cəlalə deyir ki, körpənin gecə yuxusu normallaşandan sonra onunla səyahətə çıxmaq olar.

“Yəqin heç kim istəməz gecələr yuxusuz qalıb günortalar yuxulamağı. Onda səyahətdən zövq ala bilməyəcəksiz. Belə deyək, əvvəl səyahət planlamasına iki gün ayırırdınsa, indi beş gün ayırıb, beş dəfə fikirləşməlisən.”

Səfər öncəsi Cəlalə uşaq həkimiylə məsləhətləşməyi lazım bilir. “Pediatr sizə səyahət vaxtı qarşılaşacağınız problemlərdən danışacaq və onlardan çıxış yolunu göstərəcək.”

Hava limanında sizi hansı çətinliklər gözləyir?

Körpənin xarici pasportu varsa, onun təyyarə ilə getməsi üçün heç bir əngəl yoxdur. Cəlalə gənc analara hava limanında bəzi çətinliklərdən qaçmaq üçün bunlara diqqət etməyi tövsiyə edir.

“Ana və atanın soyadı eyni deyilsə, bir balaca çətinlik yarana bilər. Uşağın anası olduğunu sübut etmək üçün onun kimliyini özünüzlə götürün. Eləcə də, səfərə gedəndə uşaq arabası da önəmlidir, təyyarəyə qədər uşağı kolyaskada aparmaq olur.”

Cəlalə vurğulayır ki, həm hava limanında, həm də təyyarədə uşağın bezinin dəyişdirilməsi üçün şərait var: “Sadəcə, bizim hava limanında digər ölkələrdəkindən fərqli olaraq, bu şəraiti niyəsə əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş tualetdə yaradıblar. Bunu da təsadüfən ordakı xadimədən öyrəndik. Uşağın buna ehtiyacı olarsa, xadimədən xahiş etmək lazımdır ki, qapını açsın. Çünki qapı çox vaxt kilidli olur. Bunu da analar yadda saxlasın.”

“Evdən kənarda da ana olmağı bacarmaq lazımdır”

Təcrübəli səyahət yazarları uşaqla səfər zamanı təyyarədə, avtobusda, gəzintidə slinqlərdən (körpəni ana qucağına bağlayan kəmər-red) istifadə etməyi tövsiyə edir. Cəlalə də bunun asan vasitə olduğunu və çox işə yaradığını deyir.

“Bir də gördünüz, uşaq arabadan sıxıldı. Qucaqda olmaq, ətrafa baxmaq istəyir. Bu baxımdan, slinq çox faydalıdır, mən də səfərim zamanı ondan yararlandım.”

Slinqin önəmindən danışarkən, Cəlalə onun uşağa çox yardım etdiyini bildirir.

“Kenquru”dan fərqli olaraq “slinq” yeni doğulmuş uşaqlar üçün idealdır və onda uşaq həm uzana, həm otura, həm yata, hətta yemək də yeyə bilir”.

Gənc ana körpəylə səyahətdən zövq almaq üçün onu çox erkən vaxtdan bəzi vərdişlərə alışdırmağı vacib bilir.

“Sadəcə evdə yox, kənarda da ana olmağı bacarmaq lazımdır. Körpənizlə istənilən şəraitdə, istənilən yerdə birlikdə vaxt keçirin. Qoy həyətdə, küçədə səs-küyə, insanlara, ünsiyyətə alışsın. Buna alışmış körpə səyahət zamanı restoranlarda, diskolarda, şou proqramlarda yuxudan zövq alacaq, siz də gündən zövq alacaqsınız.”

Planlı, məsuliyyətli və diqqətli

Uşaqla səyahətə çıxanlar qeydlərində bunun insana çox şey öyrətdiyini yazırlar. Cəlalə də təsdiqləyir bunu. Deyir uşaqla səyahət sonradan düşünəndə sənə zövq verən, üzünü güldürən imtahandır.

“Bacardığını düşünmək adamı xoşbəxt edir. Üstəlik, çox şey öyrədir. Məsələn, gündəlik həyatda bizə lazım olmayan şeylərə səyahətdə diqqət edirik. Adicə uşağın yemək vaxtlarını yadda saxlamaq ehtiyacı yaranır. Bu da sənin çox şeyi planlı şəkildə etməyinə kömək edir.”

Cəlalə öz təcrübəsini gənc analarla bölüşür.

“Övladınızın olması əl-qolunuzu bağlamasın. Əvvəlki həyatınıza davam edin, heç nədən vaz keçməyin. Hətta o çox zövq aldığınız səyahətdən belə. Bunun üçün ikiqat planlı, məsuliyyətli və dəqiq olmaq kifayət edir.”

Mənbə- BBC NEWS

Tək səyahət qorxuludur?

0
Səyahət

İçimizdə səyahəti sevib, ancaq onunla gedəcək birini tapa bilmədiyi üçün istəyini ürəyində boğanlar az deyil.

Tez-tez eşidirəm “səyahəti çox sevirəm, ölkədən kənara çıxıb, gəzmək-görmək istəyirəm, ancaq təkəm, gedə bilmirəm”, – sözlərini.

Tək də səyahət edə bilərsiniz. Tək səyahət edən yalnız yox, təkbaşına olur.

“Təyyarədən cəmi bircə dəfə istifadə etdim”

56 gün müddətində təkbaşına səyahət edən Elvin Quliyev deyir ki, tək səyahət o qədər də qorxulu deyil. Sən istəmədiyin müddətdə tək qalmırsan. Yolda çoxlu yeni insanlarla tanış olur, yoldaşlıq edirsən:

“Sinqapura getmək çoxdankı arzum idi. Həm də, bu səyahəti bacardığım qədər ucuz etmək istəyirdim. Odur ki, təyyarə ilə getməyə üstünlük vermədim. 56 gündə təyyarədən bircə dəfə istifadə etdim.”

Bizdə adətən gənclərin böyük əksəriyyəti hər hansı bir formada ailədən asılı olduqlarından, qərar verib, çantasını çiyninə atıb evdən çıxan adama çox rast gəlmirik. Özü də təyyarə bileti, öncədən bron edilmiş otel olmadan. Bir sözlə, əksər ailələr övladının nəinki planlaşdırılmamış səfərə çıxmasına, heç dostları ilə Gürcüstana getməsinə də razı olmur.

Elvinin səfər müddətində yeganə planlaşdırdığı şey gəmi ilə Bakıdan Qazaxıstana getmək olub. Sonrakı planları vəziyyətə görə dəyişib:

“Gəmi məni Qazaxıstanın Aktau şəhərinə apardı. Yolda, bacarıb-bacarmayacağımla bağlı çox götür-qoy edirdim. Bu, mənim təkbaşına çıxdığım ilk səfərim idi. Önümdə 25 min kilometr yol, bu yolu gedib-qayıtmaq üçün 2 ay vaxtım var idi. Sentyabrda Bakıda olmalıydım. Bu düşüncələrlə 48 saat ötdü. Aktau şəhərinin işıqları görünürdü. Elə ilk gecəni dənizin kənarında keçirdim.”

“Qəti qadağandır!”

“Sahili də dənizin suyu kimi soyuq idi. Elə bil 3-4 gün əvvəl üzdüyümüz Xəzərin suyu deyildi. Xəzərin Qazaxıstan tərəfinin suyu Azərbaycandakından təmiz, şirin və soyuqdur. Səhər durub düzəldim yola. Avtostopla 3 günə 200 kilometr yol gedə bildim. Qazaxıstanın yolları bərbaddır. Ona görə avtostop və ya velosipedlə səyahət etmək istəyənlərə deyərdim ki, bunu qətiyyən Qazaxıstan ərazisində etməsinlər”.

“Yollar uzun, ərazi böyük, yaşayış məntəqələri bir-birindən uzaq. 100 kilometrdən bir qarşıma xırda, 20-30 evlik kəndlər çıxırdı. Tozlu yollar, boş ərazilər, bir tərəfdən də 51 dərəcə isti – mənzərə, şərait ürəyimi bulandırırdı. Yollar darıxdırıcı olanda susuzluq və aclıq da güc gəlir”, – deyir Elvin Quliyev.

Elvin deyir ki, isti çöllərlə getməkdən yorulmuşdu, ancaq bəxti gətirib, qarşısına onunla eyni yolu gedəcək tir çıxıb. Yolun bundan sonrakı hissəsini az da olsa rahat gedə bilib:

“İçində kondensioner var idi. Rahat, sürətli idi. Bir sözlə, Qazaxıstan ərazisində qət etdiyim 4500 km məsafənin 1000 km-ni avtostop, qalanını isə qatarla getdim. Yolum Rusiya sərhəddinə idi. “Lokot” adlanan keçiddən Rusiyaya, 1000 km daha gedəndən sonra Monqolustana keçməli idim”.

Onun sözlərinə görə, Rusiya tərəf “inanılmaz gözəl” olub.

“Yollardan zövq aldım. Altay dağları, Çuy çayının sahili ilə uzanan inanılmaz gözəl mənzərələrlə türk xalqlarının sıx yaşadığı dağlıq Altay vilayətinə gəlib çıxdım. Koş Ağaş qəsəbəsindəki Çuy çayının vadisində qaldım bir neçə gün. Sonra Taşantaya Rusiya-Monqolustan sərhəddinə getdim. Keçdim Monqolustana.”

Ağ-qara filmin iştirakçısı

Elvin üçün Monqolustana keçəndən sonra o qədər də asan olmayıb. Saatlarla piyada yol gedib. Deyir, burada maşın tapmaq çox çətin oldu. Saatlarla yol gedib yorulub.

“Sonra bir yerdə oturub düz 5 saat gözlədim. Bir maşın gəlib saxladı. Nəsə dedi və sürüb getdi. Bu hissləri sözlə izah etmək çətindir. Beləcə bir neçə şəhəri piyada keçib getdim. Paytaxt Ulaan-Bator çox fərqli bir şəhərdir. Elə bil 16-18-ci əsrdən qalıb. İnsanları, restoranları, bazarları, dükanları – köhnə filmlərdəki kimidir. Elə bilirdim ağ-qara çəkilmiş filmin iştirakçısıyam.”

Bundan sonra Elvin Monqolustan-Çin sərhəddinə gələrək Çinin ərazisinə keçib. Deyir, getdiyi yerlərin hamısında sərhəd keçid məntəqələrində viza almaq mümkündür.

“Monqolustan vizasına 62, Çin vizasına isə 60 dollar ödədim. Çinin paytaxtı Pekinə gəlib çıxdım. Çində şəhərlərarası yollar bağlı və ödənişli olduğundan avtostopla səyahət çətindir. Daha bir çətinlik isə çinlilərin başqa dil bilməməsidir. Onlardan gedəcəyim yer və avtomagistralın harada olmasını öyrənmək asan olmadı”.

Uğursuz avtostop cəhdləri ilə əlaqədar Elvin gündə cəmi 60-70 km qət edə bilib.

“Çini çıxmaq üçün qarşımda 7700 km var idi. Hesabladım, bu gedişlə 3 ay Çində qalmalıyam. Odur ki, qatardan istifadə etdim. Böyük şəhərləri Şanxayı, Şenjeni gəzdim. 14 gün sonra Çinin cənub əyaləti Yunnana çatdım. Buradakı Nanning, Kunming şəhərlərində oldum.”

O, Çinin 100-ə yaxın böyük, kiçik şəhərlərini gəzib.

Polisə gedən yol

Çində Elvinin başına maraqlı hadisə də gəlib. Deyir, çinlilər onun azdığını düşünüb polis bölməsinə aparıblar.

“Burda dərdimi izah edib yenicə çıxmışdım ki, yol soruşdum, bu dəfə də məni avtovağzala aparıb daha öncə gəzdiyim şəhərə yola saldılar. Bir sözlə, Çində avtostop dəhşətli bir şeydir. Təbii çin dilini bilənlər üçün problem olmaz. İnsanları mehriban, istiqanlı və xeyirxahdır.”

Səyahətinin 31-ci günündə Elvin vizaya 35 dollar ödəyərək Laosa keçib.

4 günə avtostopla paytaxt Vientienə gedib.

“Gözəl təbiətli Laos, eyni zamanda, kasıb ölkədir”, Elvin deyir.

Laosda 7 gün qaldıqdan sonra o, Tailanda gedib.

“Bu ölkədə şəhərlərarası nəqliyyatın qiyməti çox ucuzdur. 3-4 dollar ödəməklə qatardan istifadə etdim. Bəzən avtostopla da gedirdim. 10 gün içində Tailandın Krabi, Phi Phi adalarını, bir sözlə, ən görməli yerlərini gəzdim.”

Daha sonra o, Malayziyaya, ordan da avtostopla paytaxt Kuala-Lumpura gedib. Sonuncu məntəqəsi Sinqapur olub.

Sən, qəlbin, ruhun və düşüncələrin

Elvin səfəri zamanı yeganə istifadə etdiyi təyyarə ilə Kuala-Lumpurdan Sinqapura uçub. Çünki Azərbaycan vətəndaşları Sinqapura yalnız təyyarə ilə daxil olduqda onlara 96 saatlıq viza verilir.

“Həmin viza pulsuzdur. Ona görə mənim piyada getmək cəhdim alınmadı. 60 dollara Kuala-Lumpurdan Sinqapura təyyarə bileti aldım.”

Ümumi səfərə 1000 dollar pul nəzərdə tutduğunu deyir Elvin.

Ancaq Singapura giriş bir az problem yaratdığından 100 dolları artıq çıxıb.

“54 günlük səyahətə 1100 dollar xərclədim. Təbii geri dönmək üçün təyyarə biletlərinə verdiyim pul bura daxil deyil.”

Təyyarə ilə qayıtmaq 2 gününü alıb. Deyir, bu 56 gün ömrümün ən maraqlı və yadda qalan hissəsi olub.

“Bu səfər mənə hesablı, az xərcləməyin də mümkün olduğunu öyrətdi. O vaxtdan 3 manatdan çox pul xərcləyəndə birtəhər oluram ki, xərcim çox çıxdı”.

Elvinin bu səyahətdən öyrəndiyi tək şey hesablı olmaq deyil.

Deyir, həm də özü ilə tək qalmağı kəşf edib. O, gənclərə heç olmasa həyatlarında bir dəfə tək səyahətə çıxmağı məsləhət görür.

“Kimsə sizinlə getmir deyə geri addım atmayın. Tək səyahətdə sən, qəlbin, ruhun və düşüncələrin olur. Bir də tam azadlıq və sərbəstliyin. Qız, oğlan fərq etmir, insan mütləq həyatında tək səyahət etməlidir ki, əsl rahatlığı, sərbəst və azadlığı, özü ilə təkbaşına qalmağı duya bilsin.”

Mənbə; BBC News

“Fitch”: Qlobal hava sərnişin trafiki 2024-cü ilin sonunadək tam bərpa olmaya bilər

0
Fitch

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi qlobal hava sərnişin axınının 2024-cü ilin sonunadək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcəyini ehtimal edir.

“APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, sərnişin trafikinin bərpa sürəti sərnişin uçuşlarının növündən asılı olaraq (turizm, biznes) regionlar və ölkələrin dəstək sxemləri və səyahət məhdudiyyətlərinə görə dəyişəcək.

“Fitch”in direktoru Cefri Lak bildirib ki, ciddi izolyasiya tədbirləri hava sərnişin trafikini azaltdığı üçün hava nəqliyyatı ilə səyahətdə önümüzdəki bir neçə il ərzində əhəmiyyətli dərəcədə dəyişikliklər gözlənilir.

Agentlik qeyd edir ki, hava limanlarının fəaliyyəti pandemiyanın əhəmiyyətli dərəcədə ağırlaşmasına qarşı həssasdır. Iqtisadiyyatı xilas etmək üçün məhdudiyyətlər yumşaldıla bilər. “Fitch”ə görə, aeroportların fəaliyyəti aviaşirkətlərlə əlaqələndirilir. Onların çoxu hazırda iflasa uğrayır və ya likvidlik problemi yaşayır.

Yunanıstanda karantin rejimi uzadıldı

0
Yunanıstan

Hökumət Yunanıstanda koronavirusa yoluxma hallarının artmağa davam etdiyini nəzərə alıb. Sentyabrın 21-dən oktyabrın 4-dək tətbiq etdiyi məhdudiyyətlərin müddətini bu ayın 12-dək uzadıb.

“Report” “ANA”ya istinadən xəbər verir ki, yoluxma hallarının yarısına qədərinin qeydə alındığı paytaxt və ətraf ərazilərində bir sıra t\dbirlər görülüb. Gecə yarısından səhər saat 5-dək ictimai iaşə və ticarət müəssisələrinin, kinoteatrların fəaliyyətinə, bütövlükdə konsert keçirilməsinə, teatr tamaşalarına və s. kütləvi tədbirlərə qadağa qoyulur. Toy, vəftiz, dəfn mərasimlərində 20 nəfərin artıq, ictimai iaşə yerlərində bir masada 6 nəfərdən artıq, xəstəxanalarda isə 4 nəfərdən artıq, açıq və qapalı məkanlarda 9 nəfərdən artıq toplaşmaq qadağandır.

Bununla yanaşı, dövlət sektorundakı müəssisə və təşkilatların işçiləri üçün işə gəlmək və işdən getmək üçün dörd mərhələ tətbiq edilir. İstər açıq havada, istərsə də qapalı yerlərdə keçirilən hər cür ictimai tədbirlərdə və iş yerlərində maska taxmaq lazımdır. Ara məsafəsini gözləmək isə məcburidir.

Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq

0
Kuba

Xarici turistlərin Kubanın əsas turizm bölgələrindən biri olan Varaderoda qəbulu oktyabrın 15-dən başlayacaq.

Gezmeli.az-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Qranma” qəzeti xəbər verir.

Məlumata görə, koronavirusun yayılmasının qarşısını almaq üçün bölgədəki hər bir oteldə tibb mütəxəssislərindən ibarət qruplar çalışacaq. Bundan əlavə, bütün xidmətlər üçün ödəniş yalnız bank kartları ilə həyata keçiriləcəkdir.

Turizm Kuba dövlətinin xəzinəsinin əsas maliyyə mənbələrindən biridir. Ötən il bu sahə adaya 3 milyard dollara qədər vəsait qazandırıb.

“Summer Tour” Azərbaycanın Silahlı Qüvvələrinin Yardım fonduna 100 min manat dəyərində vəsait köçürmüşdür

0
Summer Tour

Türkiyənin “Summer Tour” kimi tanınan “BERİL OTELCİLİK & TURİZM” şirkəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib. Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat dəyərində vəsait ianə etmişdir.

Şirkət rəhbərliyi Dağlıq Qarabağdakı münaqişə kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan ordusuna inamlı qələbələr arzulayır!