Ev Turizm Xəbərləri Türkiyəyə səfər edən azərbaycanlıların sayı kəskin azalıb

Türkiyəyə səfər edən azərbaycanlıların sayı kəskin azalıb

turizm

2020-ci ilin iyununda Azərbaycandan Türkiyəyə 2 810 turist səfər edib ki, bu da 2019-cu ilin iyunu ilə müqayisədə 96,49 faiz azdır.

Bu barədə Gezmeli.az Trend-ə istinadən xəbər verir ki bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,31 faiz təşkil edib.

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 127 379 şəxs səfər edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,77 faiz azdır.

2020-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,83 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin iyununda Türkiyəyə 214 768 turist səfər edib. Bu da ötən ilin iyunu ilə müqayisədə 95,96 faiz azdır.

2020-ci ilin yanvar-iyun aylarında 4 507 479 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,06 faiz azdır.