Ev Turizm Xəbərləri Qusar şəhərinin və Şahdağ Turizm Mərkəzinin yeni turizm xəritəsi hazırlanıb

Qusar şəhərinin və Şahdağ Turizm Mərkəzinin yeni turizm xəritəsi hazırlanıb

turizm

Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən Qusarda fəaliyyət göstərən turizm sənayesi nümayəndələri üçün yeni turizm xəritələri hazırlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi dizaynda tərtib olunan turizm vəsaitlərində Qusar şəhərinin, Şahdağ Turizm Mərkəzinin, həmçinin Quba-Qusar rayonlarının regional xəritələri, turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsullar öz əksini tapıb.

İngilis dilində hazırlanan A3 ölçülü xəritələr hər bağlamada 100 ədəd olmaqla hotellərə və turizm şirkətlərinə təqdim ediləcək. Bu xəritələr turizm müəssisələrinə müraciət edən qonaqlara regiondakı ziyarət olunmalı məkanlarla bağlı tövsiyələr verilməsi üçün münasib vasitədir.

Bundan əvvəl Quba şəhərinin xəritəsi də istifadə üçün hazırlanıb. Xəritələr ilin sonunadək turizm sənayesi nümayəndələrinə pulsuz veriləcək.