Ev Turizm Xəbərləri Prezidentin köməkçisi: “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir”

Prezidentin köməkçisi: “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir”

Turizm

“Turizm sektoru tək Azərbaycanda deyil, dünyada ən çox zərər çəkmiş sektordur”.

Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransı keçirilib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, turizm sektorunun özünü nə zaman bərpa edəcəyi ilə bağlı müxtəlif fikirlər var: “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir. Regionlarda turizm obyektləri ilə bağlı tibbi-epidemioloji qaydalar qəbul edilib. Ancaq təbii ki, turizm obyektlərinin fəaliyyəti rayonlara gediş-gəlişdən daha çox asılıdır”.