Ev Turizm Xəbərləri Türkiyədə tətil qiymətləri düşə bilər

Türkiyədə tətil qiymətləri düşə bilər

Türkiyə

Türkiyədəki epidemioloji vəziyyətin pisləşməsi səbəbindən tətil qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Bu fikir Rusiya Dövlət Dumasında səsləndirilib.

İndi Türkiyədə koronavirusun yeni hallarında artım qeydə alınır. Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsi sədrinin müavini Sergey Krivonosovun sözlərinə görə, COVID-19-ın respublikada yayılması ilə bağlı vəziyyət pisləşərsə, qiymətlər aşağı düşə bilər.

Bununla yanaşı, Rusiya Tur Operatorları Birliyi qeyd edir ki, Türkiyədə yoluxmaların sayının artması azdır və bu, qiymətlərə təsir göstərə bilməz:

“Əksinə uçuş və istirahət xərcləri artır”. “İzvestiya” qəzeti yazır.

Türkiyədə Rusiya ilə sərhəd açıldıqdan sonra kurortlarda yoluxanların sayı kəskin artıb.

Bunu Respublika Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Koca deyib.