Ev Blog Səhifə 10

Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir

0
Qazaxıstan və Azərbaycan

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Qazaxıstanın Milli Kurort Assosiasiyası Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitiutu və Naxçıvandakı “Duzdağ” Fizioloji Mərkəzi ilə səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə memorandumlar imzalayıb.

Gezmeli.az Trend-ə istinadən xəbər verir ki, memorandumların məqsədi səhiyyə turizmi, sanatoriya-kurort müalicəsi sahələrində əməkdaşlığın inkişafıdır. Həmçinin yeni tibbi-bioloji texnologiyalar və biotibbi tədqiqatlar sahəsində təcrübə mübadiləsi, sağlamlaşdırma sahəsində treninq proqramlarının keçirilməsidir.

Bundan başqa, imzalanmış sənədlər Qazaxıstanla Azərbaycan arasında iki ölkənin sanatoriyalarında sağlamlıq-müalicə prosedurlarına yollanan turist axınının artmasına xidmət edəcək.

Agentlik: Qaydalara əməl edilməməsi daha çox regionlar üçün xarakterikdir

0
Koronavirus

“Bu gün Bakıdakı otellərdə xarici turist olmadığına görə doluluq səviyyəsi aşağıdır. Bu səbəbdən hətta bir sıra otellər fəaliyyət göstərmir”.

Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki “Təhlükəsiz Qida” adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, ölkədaxili turizm hesabına vətəndaşlar əsasən həftə sonları Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən turizm obyektlərinə gedir. Nəticədə daha çox insanın olduğu, daha aktiv işləyən turizm obyektlərində də uyğunsuzluqlar daha çox olur:

“Demək olmaz ki, bu, regionlarda daha çoxdur, ancaq əsasən vətəndaşların maskalardan istifadə etməməsi, ictimai iaşə sahəsində qoyulan tələblərin gözlənilməməsinin şahidi oluruq. Vətəndaş sıxlığı yarandığı halda sosial məsafənin gözlənilməməsi kimi hallar regionlar üçün daha xarakterikdir. Amma ümumilikdə təkrar keçirilən monitorinqlər hesabına turizm obyektlərinin böyük hissəsi vacib, prinsipial tələbləri yerinə yetirirlər”.

Səudiyyə Ərəbistan turizm vizalarını bərpa etməyi planlaşdırır

0
turizm

“Səudiyyə Ərəbistanı koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan bir neçə ay sonra turizm vizalarını 2021-ci ilin əvvəlinə qədər bərpa etməyi planlaşdırır”.

APA Reuters-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Turizm naziri Mərva Rəşad açıqlamasında deyib.

Bildirilib ki, epidemioloji vəziyyət yaxşılaşarsa, turizm vizasının bərpası sürətlənə bilər və daha erkən həyata keçirilə bilər.

Qeyd edək ki, turizm Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün iddialı islahatlar strategiyasının əsas sütunudur. 2019-cu ilin sentyabrında 49 ölkə üçün yeni viza rejimini tətbiq edərək qapılarını xarici turistlərə açan krallıq 2030-cu ilədək turizm sektorunun ümumi daxili məhsulun 10% -ni təmin edəcək səviyyəyə qaldırmaq niyyətindədir.

Xatırladaq ki, fevral ayının sonunda krallıq sərhədlərini xarici zəvvarlar, həmçinin, 25 ölkədən gələn turistlər üçün bağlayıb. Mart ayında isə səyahətçilərin ölkəyə girişi tam qadağan edilib.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanında indiyədək 332 790 koronavirusa yoluxma, 4655 ölüm hadisəsi qeydə alınıb.

Türk Hava Yolları uçuşlarına hər hansı qadağa və ya məhdudiyyət tətbiq edilməyəcək – RƏSMİ

0
Türk Hava Yolları

Azərbaycan Respublikası ərazisində tətbiq olunacaq komendant saatı müddətində Türk Hava Yolları uçuşlarına bileti olan sərnişinlərin hava limanına gedişində və gəlişində problem yaşanmayacaq.

Gezmeli.az Turizmplus.az istinadən xəbər verir ki sayta açıqlamasında Türk Hava Yolları aviaşirkətinin Bakı nümayəndiliyinin rəhbəri Seyfullah İlyas bildirib.

“Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı səlahiyyətli şəxslərindən məlumat əldə olunub. Mövcüd vəziyyət ilə əlaqədər Türk Hava Yolları uçuşlarına hər hansı qadağa vəya məhdudiyyət tətbiq edilməyəcəkdir. Bunun üçün, səyahət edəcək sərnişinin çap edilmiş biletini və pasportunu təqdim etməsi kifayət edəcək”.

Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı – FƏRMAN

0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb.
Gezmeli.az “Report” istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Agentlik turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri var. Onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Turizm şirkətinin rəhbəri sabiq polis rəisini aldatdı

0
turizm

45 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin rəhbərinin cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən, “Like Travel” turzim şirkətinin rəhbəri Şükürov Azər Faiq oğlunun məhkəmə prosesinə hakim Elməddin Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, zərərçəkənlərdən biri Nizami və Xaçmaz rayonlarının sabiq polis rəisi olan Nofəl Məhərrəmovdur.

İttiham aktına görə, Azər Şükürov əsasən Türkiyəyə tur-paket almaq istəyənlərə qarşı dələduzluq edib. Belə ki, müraciət edən müştərilərdən ilkin ödəniş kimi tur-paketin qiymətinin 30 faizini, qalanını isə uçuşa 15 gün qalmış alacağını deyib. Ancaq səyahətə 15 gün qalmış müştəriləri aldadıb. Müştərilər otellərə zəng edən zaman adlarının rezervasiya belə edilmədiyini öyrəniblər.

Azər Şükürovun zərərçəkənlərə vurduğu ziyanın miqdarının 100 min manatdan yuxarı olduğu bildirilir.

Turizm eksperti: Təyyarə biletlərinin qiymətində endirimlər müşahidə olunur

0
turizm

Aviabiletlərin qiymətində endirimlər müşahidə olunur.

Bunu Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, endirimlərə səbəb son günlər açılan yeni istiqamətlərdir:

“Pandemiyanın ən kəskin dövründə bütün istiqamətlər üzrə reyslər dayandırılmışdı. Daha sonra mərhələli şəkildə açılmağa başlasa da, qiymətlər normal satış qiymətlərindən 70%-80% daha baha idi. Bu da onunla əlaqəli idi ki, təyyarələrdə insan sıxlığının qarşısını almaq üçün bütün oturacaqlar satışa verilmirdi. Bundan əlavə reyslərin sayı çox az idi deyə xərcləri qarşılamaq üçün qiymət artımı olmuşdu. Ancaq hazırki vəziyyət də onu göstərir ki, yeni istiqamətlər üzrə uçuşlar bərpa olunduqca qiymətlərdə enmələr müşahidə olunur. Düzdü bu fərq elə də böyük deyil, ancaq gələcəkdə də reyslərin sayı artıqda əvvəlki qiymətlərin qayıtması gözlənilir”.

R. Gəncəliyev qeyd edib ki, hazırda Bakı-İstanbul istiqaməti üzrə AZAL və Türk Hava Yolları xüsusi reyslər həyata keçirir, Antalya, Ankara istiqamətində yalnız AZAL uçuşlar edir. Bu gündən Rusiyanın “Aeroflot” şirkəti oktyabrın birinci yarısına kimi Bakıdan Moskvaya uçuşlar həyata keçirəcək. Minsk və Dubay istiqamətinə isə hər iki ölkənin öz aviaşirkətləri uçuşlar həyata keçirir.

Estoniyaya gələn turistlərin sayı iki dəfəyədək azalıb

0
Estonia

Estoniyada ötən ilin yay mövsümü ilə müqayisədə bu il iki dəfə az xarici ölkə vətəndaşlarına xidmət göstərilib. Həmçinin bu ilin yay mövsümü ərzində xaricə yollanan Estoniya sakinlərinin sayı ötən illə müqayisədə 34 faiz az olub.

Gezmeli.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Estoniyanın kommunikasiya xidmətləti üzrə aparıcı provayderi “Elisa” məlumat yayıb.

Məlumata əsasən, digər ölkələrdə virusa yoluxma hallarının artması səbəbilə daxili turizmə tələbat artıb.

Bundan başqa “Elisa”nın apardığı təhlil göstərib ki, ölkəyə daha çox Litva, Latviya və az da olsa Finlandiyadan turistlər səfər ediblər.

Avropa marketoloqları “Vikipediya”da iki abzasın köməyi ilə adi İspan şəhərciyinə çoxlu turist cəlb ediblər

0
İspaniya

İtalyan və Alman marketoloqları maraqlı bir təcrübə keçiriblər.

AZƏRTAC İspan KİV-lərinə istinadla xəbər verir ki, onlar “Vikipediya” dan olan bir neçə düzəlişin köməyi ilə ən adi İspan şəhərciklərinə turist axınının nəzərəçarpacaq dərəcədə çoxalmasına və onların turizmdən gəlirlərinin 100 min dollar artmasına nail olublar.

Eksperiment üçün təsadüfi olaraq İspaniyanın kiçik şəhərləri seçilmişdir. Marketoloqlar “Vikipediya” da onlar haqqında məlumatları yeniləyiblər və bir neçə yüksək keyfiyyətli fotoşəkil əlavə ediblər. Bununla belə onlar ensiklopediyanın Fransız, İtalyan, Alman və Holland versiyası ilə çalışmış, İspan “Vikipediya”sından yaşayış məntəqəsi ilə bağlı adi faktları özündə ehtiva edən mətnləri tərcümə ediblər.

Kiçik düzəlişlər turistlərin şəhərcikdə keçirdikləri gecələrin sayını 9 faiz artırıb. Gəlir isə bu cür şəhərciklərin hər biri üçün orta hesabla 100 min dollar olub.

Ekspertlərin sözlərinə görə bu cür əməliyyatın bütün istiqamətlər üzrə aparılması turizmdən illik gəliri milyardlarla dollara artıra bilər.

Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər və yeyib-içmək

0
Milli Turizm günü
Heç bilirsiz qışda bizim adalar necə olur? Ekspertlər milli turizmin çatışmayan cəhətlərini sadaladılar, iş pandemiyadan sonraya qaldı.
Yay mövsümü başa çatıb və pandemiya ilə əlaqədar olaraq yay turizmi demək olar ki, ölkəyə gəlir gətirməyib. İndi turizmçilər ümidlərini payız-qış mövsümünə bağlamağa başlayıblar: əgər ölkədə COVID-19-la bağlı durum sabit olsa, daxili turizm müəyyən qədər inkişaf edə və gəlir gətirə bilər.
Amma burada da məsələlərə kreativ yanaşma tələb olunur. Məsələn, payız-qış mövsümlərində daxili turizmin qolu kimi sağlamlıq turizminin inkişafını nəzərdən keçirmək olar. Bəs mütəxəssislər bu barədə nə düşünür?
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sektorunun fəaliyyəti yenidən bərpa olunarsa belə, hər şey əvvəlki kimi olmayacaq: “Yay mövsümü başa çatır, amma bizim əsas hədəflərimiz yalnız bir mövsümlük deyil, 365 günlük turizmdir. Yəni, ilin hər bir zamanında turizm inkişaf etdirilməlidir”.
Həmsöhbətimiz deyir ki, Azərbaycanda sağlamlıq turizminin yaradılmasına ehtiyac var:
“Biz bununla bağlı təkliflər də hazırlamışıq. Bu zaman ənənəvi məkanları – Qalaaltı, Naftalan, Duzdağı, Abşeron yarımadasının sağlamlıq turizm məkanlarını unutmamışıq. Hədəfimiz digər məkanlarda da yeni sağlamlıq turizm məkanlarının yaradılmasıdır. Bu gün bununla bağlı təşviq siyasəti və investisiyaların qoyulması çox zəruridir”.
Turizm üzrə ekspert Çingiz İsmayılov qış turizminin inkişafı üçün perspektivlərdən danışarkən deyib ki, pandemiya şəraiti yumşalmır, əskinə daha da kəskinləşir. Gürcüstanda rəqəmlər artmaqdadır, Rusiyada da COVID-19-la bağlı rəqəmlər artır. İndiki dönəmdə Azərbaycana xarici turistin gəlmə ehtimalı çox azdır, hətta yoxdur. Bu səbəbdən də ilin sonunadək Azərbaycanda xarici turist artımından söhbət belə gedə bilməz.
Daxili turizmə gəldikdə isə mütəxəssis hesab edir ki, indiki şəraitdə Azərbaycanda onlayn tədris başlayıb və valideynlər uşaqları ilə birgə bu dərslərə qoşulurlar. Yəni, artıq onların bölgələrə üz tutmaq imkanı azalıb. Bu səbəbdən də daxili turizmlə bağlı sevindirici bir şey demək mümkün deyil.
“Sevindirici hal odur ki, Gürcüstandan fərqli olaraq, bizdə turizm Ümumi Daxili Məhsulun formalaşamasında önəmli yer tutmur. Gürcüstanda bu rəqəm 30-40 faizdirsə, bizdə heç 10 faiz də təşkil etmir. Bizdə real sektor əsasən istehsal sahəsidir. Burada əhalinin məşğulluğu da ümumi məşğulluğun xüsusi çəkisində o qədər də çox deyil ki, deyək kütləvi işsizlik yaransın. Bu səbəbdən də turizmin tənəzzülü Gürcüstan, İspaniya, Türkiyə, Yunanıstan kimi ölkələrə daha böyük zərbə vuracaq, nəinki bizə”, – deyə ekspert bildirib.
Turizm sektorunun tənəzzüldən çıxışı da uzun zaman alacaq deyən İsmayılov, qış turizmi ilə bağlı mövcud problemlərdən danışıb:
“Azərbaycanda qış turizmi zəif inkişaf etmiş sahədir. Ümumiyyətlə, qış turizmindən başı çıxan mütəxəssislərimiz də çox azdır. Lakin indi imkan varkən gələcək haqda da düşünmək olar. Çünki qış turizminin müxtəlif qolları var və bunun üçün struktur hazırlanmalıdır. Öncə bu sahə ilə bağlı mütəxəssislər yetişdirilməlidir. Yay turizmi ilə müqayisədə qış turizmində vəziyyət dramatikdir. Bununla bağlı proqram da tərtib olunmalıdır”.
Vaxtilə qış turizmi ilə bağlı ideyalarının olduğunu vurğulayan İsmayılov, onların həyata keçmədiyini deyib: “Turizm, eləcə də daxili turizm dedikdə biz yeyib-yatmağı nəzərdə tutmuşuq. Əksəriyyət istəyir ki, yeyib-yatsın, sahilə, dənizə, dağa baxsın. Yəni, yerli turistlərimiz fəal deyil. Halbuki həm yayda, həm də qışda turizmin bir qolu olaraq gəzinti təşkil etmək olar. Xəzər dənizində qış adasını görmüsüz? Heç kəsin təsəvvürü yoxdur ki, qışda bizim adalar necə olur. Qışda adalara turlar təşkil etmək olar. İdeyalar çoxdur, sadəcə olaraq, mütəxəssislər və bu istiqamətdə təbliğat olmalıdır”.
Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi mövcud durumu şərh edərək payız və qış mövsümlərində turizmdən gəlir əldə etməyin yollarını açıqlayıb: “Hələlik fərqlənmə inşanı olmayan nəqliyyatların şəhərlərarası fəaliyyətində məhdudiyyətlər qalır. Bundan başqa, şəhərlərarası ictimai nəqliyyatlar, qatarlar hələ də işləmir. Məncə, müəyyən qaydalara əməl etməklə bu nəqliyyatların da fəaliyyətini bərpa etmək olar. Çünki bu gün yalnız şəxsi, yaxud da tanış birinin avtomobili ilə bölgələrə üz tutmaq mümkündür”.
Sağlamlıq turizmi ilə bağlı mövcud problemə toxunan həmsöhbətimiz təkliflərini də açıqlayıb: “Naftalan nefti əsasında xidmət göstərən şirkətlərdə bəzi işlər düzgün yerinə yetirilmir. Müalicə almaq istəyən şəxs hansısa regiona üz tutanda, ona dolğun əyləncə proqramı təklif olunmalıdır. Bu cür proqramlar turistlərin yaşından, maraqlarından asılı olaraq da dəyişə bilər. Bu gün bizim hər bir regionun özünəməxsusluğu var. Bunlardan istifadə edərək dolğun turlar yaratmaq olar”.
Dübəndi buna misal olaraq, Lənkəran, Naftalan, Naxçıvanı göstərib. Qeyd edib ki, Naxçıvanda “Duz dağı” var. Burada da müxtəlif xəstəliklərdən müalicə olunmaq mümkündür. Odur ki, turları daha da təkmilləşdirmək olar. Ora dərketmə və əyləncə proqramlarını da daxil etmək mümkündür.
“Bizdə müalicəvi otlardan tutmuş termal sularadək, sağlmalıq turizmini inkişaf etdirmək üçün imkanlarımız var. Palçıq vulkanlarımız daha çox seyr üçün nəzərdə tutulur, müalicə məqsədi ilə istifadə edilmir. Abşerondakı duzlu göllərdə isə yüngülvari olaraq müəyyən xidmətlər göstərilir. Lakin ciddi təşkil olunmuş xidmət və servis yoxdur. Biznes sektoru üçün də bu sahələr maraqlı olmalıdır. Yerli və xarici investorlarda müalicə turizminə maraq yaradılmalıdır”, – deyən Dübəndi əlavə edib ki, bizim təbii sularımızın keyfiyyəti heç də dünyaca məşhur təbii su brendlərindən geridə qalmır. Arı və balla terapiyanı da genişləndirmək mümkündür. O, əlavə edib ki, sağlamlıq turizmi üçün bir xəritənin yaradılmasına da ehtiyac var.