Ev Blog Səhifə 9

Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”

0
Samir Dübəndi

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib.

“Hətta sərt karantin dövründə belə otellərin fəaliyyətinə qadağa qoyulmamışdı. Otellər məcburiyyət qarşısında qalıb fəaliyyətini dayandırmışdı”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycan turizmi son illər gəlmə turizmi istiqamətində uğurlar qazanıb:

“Lakin pandemiya şəraitində bu mümkün olmadığı üçün turizm sektoru ziyan çəkib. Xüsusən də şəhər otelləri bu baxımdan çətinliklər yaşayır. Sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib. Uzun müddət sərt karantin rejimində yaşamış insanlar istirahət zonalarına üz tuturlar. Məhdudiyyətlərin götürülməsi başa çatmış yay mövsümünü turizm üçün bir qədər də uzatdı. Ona görə də hazırda həftə sonları bölgələrdə yerləşən turizm mərkəzlərində boş yerlər tapmaq çətindir”.

İstanbulda və Ankarada məşhur məkanlar Azərbaycan bayrağı ilə işıqlandırıb

0
İstanbul və Ankara

İstanbulun tarixi Qalata qülləsi və Ankara şəhərindəki “TOBB towers” binaları Azərbaycan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb.

Gezmeli.az “Demirören Haber Ajansı” (DHA) istinadən xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın hərbi obyektlərinə və mülki vətəndaşalarına qarşı təxribatlarından sonra başlayan hərbi əməliyyatlar hazırda da davam edir.

İstanbul və Ankara

Qeyd olunur ki, aksiya Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Məqsəd dost və qardaş Azərbaycan dövləti ilə həmrəylik nümayiş etdirməkdir.

Azərbaycan turizmində yeni mərhələ: Hoteller turistlərə çadır təklif edəcəklər

0
Çadır turizmi

“Pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq” – Samir Dübəndi

“Bu gün Rusiya kimi böyük ölkələrdə də yayda hotellərdə yer tapılmır. Bu gün bir çox ölkələr gəlmək istəyən turistləri geri qaytarmamaq üçün bir təcrübəni sınaqdan keçiriblər. Belə ki, bu ölkələrdə bir qədər yüksək komfortu olan, müəyyən mebellərlə təmin olunmuş çadırlar qurulur”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi bu barədə bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində təşkil olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da bu təcrübədən yararlana bilər: “Hazırda bununla bağlı olaraq biz belə çadırlar istehsal edən bir şirkətlə danışıqlar aparırıq ki, sonradan bununla bağlı hotellərə tövsiyəmizi verək. Yəni pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq. Eyni zamanda da Bakı əhalisini rayonlara cəlb etməliyik. Bunun üçün isə müəyyən ekoturlar təşkil oluna bilər. Düşünürəm ki, Bakıda böyüyən, yaşayan biri üçün balın necə hazırlanması, arıçılıq, eyni zamanda bu kimi digər təsərrüfatlarda bir gün keçirtmək maraqlı olar. Təbii ki, bunun üçün həm də turistlərin gecələmə imkanları da təmin edilməlidir. Yəni bütün bunların olması eyni zamanda kəndlərdə turizm məqsədilə icarəyə verilən evlərin sayının artması, hotellər, hostellərin daha da inkişafı deməkdir”.

“Kənddən-şəhərə” də bu addıma qoşula bilər. Lakin biz bunu görmürük. Halbuki, onların konsepsiyasında da bu malların həm də turizm məqsədilə tanıtımı nəzərdə tutulub”, – deyə ekspert qeyd edib.

Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir

0
turizm

Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Əhməd İbrahimi qəbul edib.

Bu barədə “Report” DTA-ya istinadən xəbər verir.

Görüşdə iki ölkə arasında turizm sahəsi üzrə əməkdaşlıq perspektivləri, ölkələrin mövcud turizm potensialı yüksək olduğunu deyib. COVID-19 pandemiyası dövründə hər iki ölkədə turizm sahəsi üzrə aparılan işlər və görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Səfir Müzakirələr zamanı iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin və turizm imkanlarının artırılmasının vacibliyinə toxunub. Misirin istirahət zonası olan Şarm Əl-Şeyx şəhərinə yenidən birbaşa aviauçuşların açılması təklifi ilə çıxış edib.

Fuad Nağıyev Azərbaycanın da Misir Ərəb Respublikası ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Postpandemiya dövründə yenidən Misir və Azərbaycan arasında qarşılıqlı turist səfərlərinin bərpasının turizmin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb.

Görüş çərçivəsində turizm sahəsi üzrə həyata keçirilən müvafiq strategiyalar, eləcə də bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri barəsində qarşılıqlı müzakirələr aparılıb.

Qaxın turizm marşrutu tullantılardan təmizlənib

0
Qax

Qaxın Ləkit kəndində yerləşən Mamırlı şəlaləsinin ərazisində Şəki Destinasiya Menecmenti Təşkilatının təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmizlik aksiyası keçirilib.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Ümumdünya Turizm Günü ilə əlaqədar təşkil olunmuş aksiya olub. Kənddən şəlalə istiqamətinə gedən yol və şəlalənin ətraf əraziləri məişət tullantılarından təmizlənib.

Şəki Destinasiya Menecmenti Təşkilatı tərəfindən hazırlanmış təmizliyə riayət edilməsi və ətraf mühitə qarşı daha diqqətli olunması ilə bağlı xəbərdarlıq lövhələri, yol nişanları və zibil konteyneri kənd ərazisində yerləşdirilib.

Pandemiya dövründə təmiz və sağlam mühitdə istirahət etmək lazımdır. Turizm maşrutlarının təmizlənməsi və təmiz saxlanılması məqsədini daşıyan aksiyada turizm könüllüləri və kənd icra nümayəndələri iştirak ediblər.

Təmizlik aksiyasının digər məqsədi ziyarətçiləri təmizliyə riayət etməyə təşviq etməkdir. Məlumatverici lövhələrlə təbiət abidəsinin əhəmiyyətini sakinlərə və turistlərə çatdırmaq, xarici və yerli turistlərin ərazidə hərəkətini asanlaşdırmaqdır.

Qeyd edək ki, Mamırlı şəlaləsi Qaxın Ləkit kəndinin ən çox ziyarət olunan hissələrindən biridir. Şəlalə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qax Təbiət Abidəsi olaraq dövlət tərəfindən qorunur.

ADB CAREC ölkələrinə tövsiyə verib

0
ADB

Asiya İnkişaf Bankı (ADB) turizmi inkişaf etdirmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu açıqlayıb.

Gezmeli.az “Finans.az”ın məlumatına görə, ADB-nin araşdırmasında göstərilir ki, turizm ölkələri arasında sosial-iqtisadi və mədəni bağların dərinləşdirir. Bu insanları və millətləri yaxınlaşdırır. Daha yaxşı dialoq mühiti formalaşdırır:

“Turizm sahəsində əməkdaşlığın təşviqi “CAREC 2030” strategiyasının əsas prioritetlərindəndir. Həmçinin o da təsdiq olunub ki, turizm qlobal iqtisadiyyat və Dayanıqlı İnkişaf Məqsədləri baxımından ölkələrin inkişafına kömək edən ən effektiv yoldur”, – deyə hesabatda qeyd edilib.

Xatırladaq ki, ADB-nin CAREC proqramına Azərbaycan da daxil olmaqla 11 ölkə üzvdür.

Dubayda koronavirusla əlaqədar yeni qadağalar tətbiq edilib

0
Dubay

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq turistlərə xidmət göstərən ictimai iaşə müəssisələri üçün yeni qadağalar tətbiq edilib.

Gezmeli.az “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin turizm idarəsinin rəhbərliyi qərar qəbul edib.

Qərara əsasən, Dubayda fəaliyyət göstərən gecə klubu, bar və restoranlara tapşırılıb ki, gecə saat 1-dən sonra əyləncəli tədbirlər keçirməsinlər. Qadağaya əmək etməyən sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə ödəməli olacaq.

Xatırladaq ki, indiyə qədər BƏƏ-də koronavirusa 91 minə yaxın yoluxma qeydə alınıb, təxminən 400 nəfər həyatını itirib. Hazırda əmirlikdə gündəlik yoluxma göstəricisi 4 ay öncəki maksimal həddi üstələyib.

Bu il Türkiyəni 10 milyona yaxın turist ziyarət edib

0
Antalya

Bu ilin səkkiz ayı ərzində Türkiyənin turizm bölgələrini 9 milyon 271 min 660 nəfər ziyarət edib.

Gezmeli.az AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu turistlərin 7 milyon 255 min 107 nəfəri xaricdən Türkiyəyə gəlib. Onların arasında Almaniya, Rusiya, Bolqarıstan və Ukrayna vətəndaşları üstünlük təşkil edib.

Məlumatda dünyada yayılan COVID-19 pandemiyasının Türkiyənin turizm sektoruna da təsir göstərdiyi bildirilir. Belə ki, bu ölkəyə gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73,94 faiz azalıb.

Naxçıvan MR-in özünəməxsus turizm loqosu hazırlanıb

0
turizm

Naxçıvan Muxtar Respublikasının (MR) “Saat Meydanı” Turizm İstirahət Mərkəzində 27 sentyabr Ümumdünya Turizm Günü qeyd olunur. Turizm İşçiləri Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

Gezmeli.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan MR-in Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, bölgənin qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır: “Məhz bu səbəbdən Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvanı dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd edib”

“Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvanın Turizm Departamenti arasında “Naxçıvanda turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanıb. Birgə fəaliyyət çərçivəsində “Take another look” brendi yaradılıb. Loqoya uyğun olaraq Naxçıvan MR-in özünəməxsus yerli loqosu hazırlanıb.

Qeyd edək ki, sonda Naxçıvanın turizm loqosunun təqdimat videoçarxına baxış olub.

Azərbaycan Turizm Asossasiyası BƏYƏNAT yayımlayıb

0
Azərbaycan Turizm Asossasiyası

Azərbaycan Turizm Asossasiyası hazırkı durumla bağlı bəyənat yayımlayıb.

Gezmeli.az bəyənatın tam mətnini oxucularına təqdim edir:

“Azərbaycan Turizm Asossasiyası (AZTA) müqəddəs vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun yanında olduğunu bəyan edir.
Asossasiyanın çoxsaylı üzvləri ilə döyüş zonalarında istənilən yardımı göstərməyə hər an hazır olduğumuzu bəyan edirik.
27 sentyabr turizm günü bizim üçün daha önəmli qürurverici bir gün oldu.

Allah vətənimizi, dövlətimizi və millətimizi qorusun!”