Ev Blog Səhifə 101

Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir

0
turizm

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyi, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyi vurğulanıb. İqtisadiyyat naziri M.Cabbarov 2019-cu ilin Azərbaycan-Rusiya əməkdaşlığının genişlənməsi baxımından xüsusilə uğurlu olduğunu qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya səfərinin qarşıdakı dövrdə əlaqələrin intensivləşdirilməsi prosesinə yeni impuls verdiyini diqqətə çatdırıb.

Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin Rusiya regionlarının Azərbaycanla əlaqələrin inkişafında marağını vurğulayıb. Rusiyanın federal subyektləri, xüsusilə Həştərxan vilayəti ilə sıx münasibətlərin qurulmasından məmnunluğunu ifadə edib.

Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri M.Cabbarov və Rusiyanın Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin imzalayıblar.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

Özbəkistanın Şərq nağılı

0
Özbəkistan

Qədim Səmərqəndin küçələrində dolaşmaq, Daşkəndin Şərq bazarına baş çəkmək, Buxaradakı məscid və mədrəsələrin divarlarında naxışlara tamaşa etmək Özbəkistana səyahətə yollanan turistlərin hərəkət planlarının yalnız bir hissəsidir. AZƏRTAC RİA Novosti agentliyinə istinadla oxuculara ən ləziz plovun harada hazırlandığı, səhranın qızmar qumlarında hansı göldə çimmək və özünü əsl köçəri kimi hiss etmək barədə bəhs edəcək.

Özbəkistan

Daşkənd koloriti

Daşkənd, Buxara, Səmərqənd və Xivə Özbəkistana gələn turistlərin ənənəvi marşrutudur. Respublikanın Turizmin İnkişafı Komitəsinin müşaviri Bəhruz Həmzəyev sivilizasiyanın toxunmadığı bu rayonlardan danışıb. İslam memarlığının şedevrlərini öz gözləri ilə görmək üçün bu məkanlara daha çox turist gəlir.

Daşkənd MDB ölkələrinin turistləri arasında ən populyar şəhərdir. Qonaqlara şəhərin həm yeni, həm də qədim hissəsini göstərirlər. Tərkibində mavzoley, məscid və mədrəsənin olduğu Həzrəti İmam dini kompleksini ziyarət etmək ekskursiya probleminin ayrılmaz hissəsidir. Burada Məhəmməd Peyğəmbərin saçı və həqiqi olması UNESKO tərəfindən təsdiq edilmiş VII əsrə aid Müqəddəs Quran saxlanılır.

Şərq koloritini hiss etmək üçün yerli bazara baş çəkmək lazımdır. Çorsu və Alay Daşkəndin ən məşhur bazarları sayılırlar. Turizm bələdçisi Asiyə Şaripova deyir: “Səyahətçilər daha çox turistik olmayan bazarlara üstünlük verirlər. Mən Daşkəndin Çorsu və Səmərqəndin Siab bazarını xüsusilə qeyd etmək istərdim. Bu bazarlarda təzə meyvə, tərəvəz və ədvalar almaq olar. Eyni zamanda, turistlərə xalça, suvenirlər, məişət əşyaları, quru meyvə və şirniyyat da təklif olunur”.

Özbəkistan

Səmərqənd

Daşkənddən Səmərqəndə 270 kilometr məsafə var. Bu, təxminən iki saat qatarla yol deməkdir. XIV əsrdə Səmərqənd Teymurləngin imperiyasının paytaxtı olub, onun XV əsrdə inşa edilmiş Qur-Əmir türbəsi də məhz bu şəhərdə yerləşir. Bu türbənin Aqradakı Tac-Mahal üçün nümunə olduğu söylənilir.

Səmərqənddəki Bibi-Xanım məscidi Teymurləngin sevimli arvadının şərəfinə tikilib. Onun mənası “böyük şahzadə” deməkdir. Bələdçi Əziz Xalmuradov deyir: “Bəzən turistlər gülməli suallar verirlər. Məsələn, özbəklərdə çoxarvadlılıq varmı və ya onlara bir çox dəfə evlənmək olarmı? Mən adətən zarafatla cavab verirəm ki, indi bizdə çoxkişililik var və bir çox qadınların bir neçə əri olur”.

Plov və Registan

Bələdçi Əziz Xalmuradov daha sonra əlavə edir: “Əcnəbilər hesab edirlər ki, özbək mətbəxi çox yağlıdır. Əslində, bizim yeməklər çox yağlı deyil: süfrəyə təzə tərəvəz, çoxlu süd məhsulları verilir. Mastava və maşxurda şorbalarının, ispanaq və göyərti ilə samsu supunun da dadına baxa bilərsiniz”.

Asiyə Şaripova əlavə edir: “Plov ənənəvi xörəkdir. Zənnimcə, ən yaxşı plovu Səmərqənddə bişirirlər. Ən yaxşı balıq Xivədə, kabab Buxarada, ləzzətli laqman isə Daşkənddə olur”.

Özbəkistan

Şərqdə əsas meydanı Registan adlandırırdılar. Səmərqənddə onun ərazisində XV-XVII əsrlərə aid olan üç mədrəsə yerləşir. Bu memarlıq kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Əziz Xalmuradov deyir: “Atam danışırdı ki, uşaqlıqda dostları ilə birlikdə Registanın damlarında qaçardılar. Böyük Vətən müharibəsi dövründə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdən evakuasiya edilmiş insanlar mədrəsədə yaşayırdılar. İndi bu ərazi turizm məkanıdır. Buraya giriş təqribən beş dollardır”.

Qızılqum səhrası

Səmərqənddən Buxaraya gedən yolda Uçquduk şəhərinə, həmin “üç quyu”nun olduğu yerə baş çəkmək lazımdır. Şəhər Qızılqum səhrasının ortasında – Amudərya və Sırdərya çaylarının arasında inşa edilib və üç ölkənin – Özbəkistan, Qazaxıstan və Türkmənistanın ərazisinə düşür.

Qızılqum səhrasının ortasında yurd düşərgəsində bir neçə gün keçirməklə, özünüzü əsl köçəri kimi hiss edə bilərsiniz. Burada sizə dəvənin üzərində və cip maşınlarda yarğanlar boyu gəzmək, qumların arasında yaradılan süni göl olan Aydarkulda çimmək, həmçinin insanların, heyvanların və ov səhnələrinin təsvir edildiyi beş mindən çox qayaüstü rəsmin olduğu Sarmış təbii qoruğuna ekskursiya təklif olunacaq. Bələdçi Xalmuradov səhradakı karvansaranın xarabalıqlarını da görməyi tövsiyə edir.

Buxara

Səmərqənd və Buxara arasında olan 280 kilometrlik məsafəni maşınla dörd saata, sürət qatarı ilə saat yarıma qət etmək olar. Bu ərazidə ən görməli məkan orta əsrlərə aid Lyəbi-Xauz memarlıq ansamblının tərkibində olan keçmiş ticarət meydanı, Ərk qalası, minarə və Qəlyan məscididir.

Samanilər sülaləsinin Buxara şəhərindəki türbəsi IX əsrdə qədim qəbiristanlığın ərazisində inşa edilib. Rəvayətə görə, Çingiz xanın hücumu zamanı yerli sakinlər onu məhv olmaqdan qorumaq üçün üzərinə qum töküblər.

Xivə şəhəri

Bələdçi Asiyə Şaripova bildirir ki, Xivə şəhərinin qədim hissəsi – İçən-Qala möhkəm qala divarları ilə əhatə olunub. Turistlər adətən müdafiə istehkamlarının kənarına çıxmırlar, çünki bu ərazidə istirahət üçün zəruri olan otellər, suvenir dükanları və s. mövcuddur. Lakin heç bir gecə həyatından söhbət gedə bilməz. Bu, muzey şəhəridir.

Xivə şəhərinin 2500 ildən çox yaşı var. Rəvayətə görə, İçən-Qala Nuh peyğəmbərin oğlu Simin əmri ilə Heyvak quyusunun ətrafında qazılıb. Qədim Xivə şəhəri Orta Asiyada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş birinci abidədir.

Muynakda gəmi qəbiristanlığı

Bələdçi Şaripova sözlərinə davam edir: “Muynakda Özbəkistana klassik turlar sırasına daxil deyil və digər şəhərlərdən tamamilə fərqlidir. Buranın atmosferi bir az ağırdır, lakin mənzərələr valehedicidir. Ərazidə gəmi qəbiristanlığı var.

Sovet dövründə Muynak Aral dənizinin sahilində yerləşən liman olub. İndi həmin dənizdən əsər-əlamət qalmayıb və gəmilər qumun üzərində dururlar.

Bələdçi sözlərinə yekun vurur: “Turistlər Özbəkistandan müxtəlif ədvalar, bitki çayları, ipək şallar, taxta və keramikadan düzəldilən əşyalar alıb aparırlar. Hər bir məsciddə və mədrəsədə suvenir çadırları var.

Dünyanın ekoloji cəhətdən ən yaxşı on məkanı

0
dünya

Turizm hər iki tərəfi iti olan qılınca bənzəyir. O, dünya iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, eyni zamanda, təbiətə ziyan vurur. Məsələn, Everest dağına baxaq: buradakı təbiət gözəlliyi və qarla örtülmüş zirvələr tədricən minlərlə alüminium və plastik, kağız, şüşə, geyim və hətta çadır tullantılarına məruz qalır. Everesti fəth etmək istəyənlərin sayının çox olması isə dünyanın bu ən hündür dağının gələcəkdə böyük tullantı yerinə çevriləcəyi təhlükəsini yaradır.

Xoşbəxtlikdən, Yer kürəsində hələ təbii gözəlliyini, təmiz havasını və vəhşi təbiətini qoruyub saxlayan məkanlar qalmaqdadır. AZƏRTAC basetop.ru saytına istinadla ekoloji reytinqlər tərəfindən seçilən bu cür yerlərin siyahısını təqdim edir.

10. Ferradura parkı, Braziliya

Kanela şəhərinin bir neçə kilometrliyində 500 akr ərazidə yerləşən şam ağacları meşəsində çoxlu vəhşi meymunlar, mavi zığ-zığ quşları və əyləncəli koatalar (iriburun yenotlar) mövcuddur. Park kanyonun zirvəsində yerləşir və Santa-Krus çayının at nalı şəklində axdığı yerdə 420 metr əraziyə uzanır. Bu səbəbdən də Ferradura parkı həm də “Nal parkı” adı ilə tanınır. Burada yaşıllıq zonasının sıx olması, təmiz hava, habelə Arroyo-Kasador şəlaləsinə açılan gözəl mənzərəni 4 turizm marşrutu, 3 baxış meydançası və 8 barbekü, uşaq meydançası və snek-barın olduğu məkan tamamlayır.

9. Val-d”Orça, İtaliya

UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş daha bir təmiz məkan və Avropanın ən yaşıl və ecazlar yeri Val-d”Orçadır. Bu gözəl vadi İtaliyanın mərkəzindəki Toskana bölgəsində yerləşir və günəbaxanlarla örtülmüş təpələri ilə məşhurdur.

Bu vadiyə səyahət etmək üçün ən uyğun vaxt noyabrdan iyunadək olan dövrdür. Həmin dövrdə turistlər də az olur və tənhalıq şəraitində yaşıl təpələr və zeytun ağacları meşəliyini seyr etmək olar. Onların yaxınlığında isə ucsuz-bucaqsız taxıl zəmiləri var.

8. Qorenski rayonu, Sloveniya

Bu bölgənin kənd yerləri bütün ölkənin ən yaşıl və təmiz hissəsi hesab edilir. Qorenski rayonu İtaliyadan Sloveniyaya qədər uzanan ecazkar Yuli Alplarının evi sayılır.

Dağ silsiləsinin ən yüksək zirvəsi Triqlav dağıdır. Onun özü kimi, ətrafı da ölkənin yeganə Milli parkının bir hissəsidir.

7. Şetland adaları, Şotlandiya

Gözdən uzaq və bakirə gözəlliyini qoruyub saxlamış Şetland adaları Böyük Britaniyanın ən yaşıl hissəsidir.

Şetland arxipelaqına ümumilikdə 300 ada daxildir və onların cəmi on altısı məskunlaşıb. Təəccüblü deyil ki, burada hava çox təmizdir və təbiət demək olar ki, insan amili ilə çirklənməyib.

Ekoloji turizm üçün daha əlverişli məkanlar Anst adasında yerləşən “Hermaness National Nature Reserve” qoruğudur. Əsrarəngiz sahil peyzajlarını dəniz sahilindəki qayalarda olan quşlar, suitiləri tamamlayır. Sonuncular suya tullanmazdan əvvəl qaya daşı kimi də görünürlər. Qoruqda yüz mindən çox quş növü var.

Quşlar dünyasını müşahidə etməkdən təngə gəldikdə isə, siz qayıq muzeyinə və ya Şotlandiyanın ən möhkəm qəsrlərindən biri olan Muness qəsrinə baxa bilərsiniz.

Adalardan birinə səfər etdiyiniz zaman bilməlisiniz ki, hətta yayda da bu ərazidə havalar isti olmur və temperatur nadir hallarda 21 dərəcə Selsidən yuxarı qalxır.

6. Kerri qraflığı, İrlandiya

İrlandiya dünyanın ekoloji cəhətdən ən təmiz ölkələrindən biridir, qraflıq isə onun ən yaşıl hissəsidir. Buna səbəb tez-tez yağan yağışlar və isti okean iqlimidir. Burada dumanlı bataqlıqlar, qızılı rəngli zəmilər, sərt dəniz qayaları və tənha buxtalar göz oxşayır. Qraflığın ərazisində şəhərin hisi və səs-küyündən uzaq istirahət etmək olar.

Kerridə ölkənin ən yaxşı Milli parkları, o cümlədən Killarni Milli parkı var. Turistlər həmin ərazidə çoxlu tülkü və maral olan meşələr, yaşıl təpələr, göllər, şəlalələr və rahat cığırlarda gəzə bilərlər.

5. Tambov vilayəti, Rusiya

Bu vilayət 2018-ci ildə “Yaşıl patrul” təşkilatının tərtib etdiyi ekoloji reytinqin lideri olub.

Əgər siz təbiət mənzərəsindən, təmiz havadan və ekoloji cəhətdən təmiz ərzaqdan ötrü darıxırsınızsa, “Russkaya derevnya” turizm kompleksində bunların hamısını tapa bilərsiniz. Vorona çayının sağ sahilində yerləşən bu kompleksdə iki zonanın xüsusiyyətləri – çöllər və şimal meşələri vəhdət təşkil edir. Səyahətçilər üçün at üzərində gəzinti, balıqçılıq və ov da təşkil olunub.

4. Altay, Rusiya

Bu bölgə Rusiyanın ekoloji cəhətdən ən təmiz məkanıdır. Ölkənin “Yaşıl apteki” adlanan ərazidə sakit şəraitdə və urbanizasiyadan uzaqda istirahət etmək olar. “Yaşıl patrul” təşkilatının reytinqində Altay təmizliyinə görə ikinci yeri tutub.

Altay Diyarının ən gözəl məkanı biosfer statusu almış Katun qoruğudur. Xüsusi mühafizə olunan bu ərazi unikal ekoloji sistemin və ətraf mühitin öyrənilməsi və qorunub saxlanılması məqsədilə yaradılıb. Onun tərkibində çoxlu sayda göllər, buzlaqlar, 700 növdən artıq bitki və 47 növ məməli heyvanlar var. Qoruğa getmək çox asandır və qoruq turist axınından etibarlı mühafizə olunub.

3. San-Pedro-de-Atakama, Çili

Təmiz havası, dəniz səviyyəsindən xeyli yüksəkdə olması və dünyanın ən quru səhrasına yaxınlığı Çilinin bu qəsəbəsini Yer kürəsinin ekoloji cəhətdən ən təhlükəsiz məkanlarından birinə çevirib. Brada nə səs-küy, nə də suyu və havanı çirkləndirən zərərli istehsalat var.

San-Pedro-de-Atakama çoxlu sayda görməli məkanları ilə də məşhur deyil. Qəsəbənin qərbində mənzərəli Ay vadisi yerləşir. Cənub istiqamətində isə Çilinin ən qədim arxeoloji abidələrindən biri olan Tulor yaşayış məskəni yerləşir.

2. Te-Anau, Yeni Zelandiya

Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, Te-Anau dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biridir.

Te-Anaunun Fiordlend Milli parkının girişində yerləşməsi və onun ölkənin iki ən gözəl fiorduna – Milford Saund və Daubtfol Saunda yaxın olması bu şəhəri piyada turistlər üçün düşərgə bazasına çevirir.

Dünyanın ən təhlükəsiz məkanına səyahət etməyin daha münasib vaxtı turistlərin az olduğu mart ayı və ya payız fəslidir. Həmin mövsümdə şəhərdə mülayim hava şəraiti hökm sürür.

1. Laplandiya, Finlandiya

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, planetimizin ekoloji cəhətdən ən təmiz məkanı Laplandiyadır. Bu ərazidə toz hissəciklərinin orta miqdarı bir kubmetrə 6 mikroqramdan da azdır. Bu, dünyada ən aşağı göstəricidir.

Təmiz hava ilə nəfəs almaqla yanaşı, siz şimal qütbü parıltısının ecazkar mənzərəsinin seyr edə, yaxud xizəklə sürüşə bilərsiniz. Bütün bunları birlikdə etmək səyahətçilərə xüsusi zövq verir.

Finlandiyanın digər yerləri də ekoloji cəhətdən təmizdir. Onun “min göl ölkəsi” adlandırılması da təsadüfi deyil, çünki göllərin bir çoxu o qədər təmizdir ki, onu əlavə təmizləmə prosedurundan keçirmədən içmək və ya yemək hazırlamaq mümkündür. Məsələn, Pyayyanne böyük gölü paytaxt Helsinkini su ilə təchiz edir. Bunun üçün qayaların qranit qatları arasından şəhərə 120 kilometr uzunluğunda tunel də çəkilib. İçməli suyun birbaşa krandan gəlməsi Finlandiya sakinlərinin milli qürurudur və ekoloji cəhətdən o qədər də təmiz olmayan ölkələr buna həsəd aparırlar.

Şahdağ turu

0
Şahdağ turu


21-22 dekabr 2019 (1 günlük ) —————————————————————- Standart paket 16 AZN Qiymətə daxildir:
-Komfortlu Avtobus -Səhər yeməyi
-Cay və musiqi (disko )
-Foto çəkiliş (iCloud Ile keyfiyyətli)
-Tur Rəhbər
-Maraqlı oyunlar və hədiyyələr
-06:30-07:00 Toplaşma yeri :
Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısı

10:00-10:30 Səhər Yeməyi
10:30-11:30 Quba – Şahdağ yolu
11:30-12:00 “Şahdağ Qış-Yay Turizm kompleksi”nə giriş
12:00-16:00 “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə vaxtı
16:00 Xahiş edirik avtobusun yanında toplaşın.
17:30-19:00 Çay süfrəsi və diskoteka
19:00 – 21:30 Quba – Bakı yolu ( yol üstü Beşbarmaqda fasilə )
21:30 – 22:00 Bakıya
Qeyd:
-10 nəfərdən çox qruplar üçün 1 şəxs ödənişsiz

Tur zamanı spirtli içkilər qəti qadağandır.

0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə).
5 yaşdan yuxarı tam ödəniş.
-Kanat və xizəkdən istifadə, həmçinin kompleks ərazisindəki digər əyləncəli xidmətlər qiymətə daxil deyil.
Etrafli melumat ucun 070-264-60-30

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

0
Şahdağ

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.

“Report” xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Mərkəzin rəhbəri Rodderich Lefflerin məlumatına görə bu il “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayında 5%-dək artımın olması gözlənilir: “Bizim üçün qonaqların təhlükəsizliyi prioritet məsələdir. Bütün komandamız mövsümün açılışına qədər intensiv təlimlər keçib. Həmçinin kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinikamız var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Onu da qeyd edim ki, qonaqlarımız kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir”.

“Şahdağ”da qiymətlər 15 faiz endirilib

0
turizm

“Qonaqların rəylərinə hər zaman diqqət edirik. Bunu nəzərə alaraq, qiymət strategiyasında optimallaşma həyata keçirdik. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib”.

Trend-in məlumatına görə, bunu qış turizm mövsümünün açılışı münasibətilə keçirilən mətbuat konfransında “Şahdağ” Turizm Mərkəzinin sədri Rodderix Leffler deyib.

Onun sözlərinə görə, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağının artdığı müşahidə olunur. Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür:

“Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, “avtoxizək” xidməti əlavə etmişik. Biz bu gün son 6 ildə ilk dəfə olaraq, 6 sürüşmə zolaqlarının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı”.

R.Leffler əlavə edib ki, yeni əyləncələr hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə “Şahdağ“a gələn turistlərin sayında 5 faizə yaxın artım olacağı gözlənilir.

Mərkəz sədri əlavə edib ki, turistlərin təhlükəsizliyi çox önəmlidir:

“Müxtəlif fövqəladə hallar üzrə proqramımız, treninqlərdən keçmiş peşəkar işçilərimiz var. 7 gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir. Burada hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Onu da qeyd edim ki, xizək sürmək üçün keçid kartları alınan zaman artıq turistlər sığortalanır”.

R.Leffler Azərbaycanda qış idmanlarının populyarlaşdığını qeyd edib.

O əlavə edib ki, “Şahdağ“a yerli turistlər daha çox gəlir: “Amma qonşu ölkələrdən də turistlər gəlir. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur”.

R.Leffler deyib ki, hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var və bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub.

Mərkəz sədri gələn turistlərin rahatlığının təmini üçün “Şahdağ” yaxınlığında SOCAR-ın yanacaq doldurma məntəqəsinin tikildiyini də söyləyib.

”Kapadokya – Trabzon – Batumi” turu

0
Kapadokya - Trabzon - Batumi

??? Sizləri Möhdəşəm ”Kapadokya – Trabzon – Batumi” turuna dəvət edirik.???
BAHARIN İLK GÜNLƏRİNİ KAPADOKYADA QARŞILAYAQ ?
“””””””””””””””””””””””‘”””””””””””””””””””
☘ Turun tarixi: 18.03.2020
☘ Turun müddəti: 3 gecə 4 gün
☘ Turun qiyməti: 189 $
☘ İlkin ödəniş 50 $
“”””””””””””””””””””””””””””””””””””””””””
? Qiymətə daxildir:⤵
? Tur boyu xidmət göstərən transfer ( VİP avtobus )
? Oteldə gecələmə (1 gecə Trabzon, 2 gecə Kapadokya)
? Səhə yeməyi oteldə
? Yol boyunca ( Çay + Kofe )
? Fotossesiya
? Tur rəhbər
? Yol boyu əyləncəli və hədiyyəli oyunllar
✅ Ekskursiya:⤵
KAPADOKYA
? Hava şarları
? Göyərçinlik vadisi
? Yeraltı şəhər gəzintisi ( 30 tl )
? Peri bacaları
? Kapadokya-Üçhisar ( 10 tl )
? 3 Peri bacası
? Avanos
? Hayal Vadisi
? Vadi yürüyüşü-Hicking
? Asmali Konak ( 10 tl )
? Kapadokia Mall Shopping
? Aşk və mavi konağı ( 5 tl )
✅ TRABZON ⤵
? Trabzon Mall Shopping
? Trabzon Forum AVM
? Uzungöl
✅ BATUMİ ⤵
? Ali və Nino heykəli
? Batumi bulvarı
? Yaxtada Qara dəniz gəzintisi (15 lari)
“””””””””””””””””””””””””””””””””””””””
Qiymətə daxil deyil:⤵
Muzeyə giriş biletləri
Günorta və axşam yeməyi
Uzun göl turu əlavə ( 10 $ )
“”””””””””””””””””””””””””””””””””””””””
Qeyd: ⤵
ℹ Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
ℹ 0-5 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək ) şərti ilə
ℹ Ödənişlər yalnız günün məzənnəsinə uyğun olaraq qəbul edilir
ℹ Tur zamanı nəqliyyatda spritli içkilərin qəbulu və siqaretin çəkilməsi qəti qadağandır
“””””””””””””””””””””””””””””””””””””””””
☛Turun başlama tarixi: 18.03.2020
Toplaşma yeri: Gənclik M/S Atatürk parkı
Toplanış saatı: 19:00
Çıxış – 20:00
☛Turun bitmə tarixi : 24.03.2020
“””””””””””””””””””””””””””””””””””””””””
Əlavə məlumat və suallarınız üçün:⤵

070-264-60-30

“Şahdağ”ın rəhbəri: “Xizək sürənlər avtomatik olaraq sığortalanır”

0
Rodderix Mark Leffler

Şahdağ Turizm Kompleksində xizək zolaqlarına keçid alan şəxslər avtomatik olaraq sığortalanır. Azvision.az xəbər verir ki, bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler deyib. Onun sözlərinə görə, kompleks ərazisində təhlükəsizlik yüksək səviyyədə təmin olunub.

“Komanda intensiv təlimlərdən keçib. Kompleks ərazisində 7/24 saat klinika fəaliyyət göstərir. Burada təkcə ilkin kömək üçün yox, cərrahi əməliyyatlar üçün də lazımi avadanlıqlar var. Dağda çalışan komanda praktikdır”.

Leffler bildirib ki, bu gün son 6 ildə ilk dəfə olaraq açılış mövsümündə sürüşmə zolaqlarının hamısı aktiv şəkildə turistlərə təqdim edilib: “Əvvəlki illərdə havanın temperaturuna görə bütün zolaqları açmaq mümkün olmamışdı. Lakin bu il biz buna nail olduq“.

Gürcüstanın turzimdən gəlirləri 300 milyon dollar azalıb

0
turizm

Rusiyadan Gürcüstana avia uçuşların dayandırılması səbəbindən ölkəmizin turizmdən gəlirləri 300 milyon dollar azalıb.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze parlamentin iclasında çıxışı zamanı söyləyib.

Ölkədə yüksək inflyasiyanın səbəblərinə toxunan K. Gvenetadze deyib: “Cari ilin əvvəlində Milli Bankın pul-kredit siyasəti birdəfəlik inflyasiyaya az təsir edib. Lakin, sentyabr ayından etibarən inflyasiya sürətlənib. Bu da əsasən, larinin dəyərdən düşməsi və milli valyutanın köhnəlmiş nişanda uzun müddət qalması ilə əlaqədardır”.

Onun sözlərinə görə, iyul ayında Rusiyanın Gürcüstana avia uçuşlarını dayandırması, eləcə də rəsmi və ya qeyri-rəsmi ticarət sanksiyalarının tətbiq etməsi də milli valyutanın dəyərdən düşməsinə zəmin yaradıb.

“Digər tərəfdən də, xarici valyuta qazancının faktiki azalmasından əvvəl bazarda xarici valyutaya təklifin azalması və tələbin artması milli valyutanın dəyərini itirməsinə səbəb oldu”,-deyə K.Gvenetadze vurğulayıb.

İran Prezidentinin Yaponiyaya səfəri beynəlxalq mətbuatın diqqət mərkəzindədir

0
İran Prezidenti Həsən Ruhani

AZƏRTAC xəbər verir ki, Həsən Ruhani dekabrın 20-də Yaponiyaya səfər edərək, bu ölkənin Baş Naziri Şinzo Abe ilə regional və qlobal siyasi məsələləri, eləcə də ikitərəfli əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcək.

Yerli və xarici mətbuatın İran Prezidentinin Yaponiyaya səfərini diqqətdə saxlaması heç də təsadüfi deyil. Belə ki, İranın ABŞ-la münasibətlərindəki gərginlik artıq pik həddə çatıb. Rəsmi Vaşinqton iqtisadi sanksiyalarla İranı beynəlxalq aləmdən təcrid edərək, öz məqsədlərinə nail olmağa çalışır.

Yaponiya ABŞ-ın Uzaq Şərqdəki ən yaxın müttəfiqidir və avropalı müttəfiqlərdən fərqli olaraq, İran ilə əlaqələrini tamamilə kəsmək niyyətində deyil. Ötən gün İran mətbuatı yazırdı ki, Yaponiya İranın neft-kimya sənayesinə 120 milyon dollar sərmayə yatırmaq niyyətindədir. Bu xəbəri Yaponiya mətbuatı da təsdiq etdi. Bunda başqa, iki ölkə arasında geniş ticarət və turizm əlaqələri mövcuddur.

İran Yaponiya üçün böyük bazardır. Tehranın və digər böyük şəhərlərin ticarət mərkəzlərində Yaponiya istehsalı olan məhsullar geniş alıcı kütləsinə malikdir. Hər il minlərlə yapon turist İranı ziyarət edir. Yaponiya isə İrandan neft və qaz idxal edir.

Qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu bir zamanda ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Yaponiya–İran əlaqələrinə mənfi təsir göstərir. Həsən Ruhani mövcud təsirləri neytrallaşdırmağa çalışacaq. Onu da qeyd etmək lazımdır ki, rəsmi Tokio Vaşinqtonla müttəfiqliyinə baxmayaraq, İran ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

İran Prezidentinin səfərindən sonra qarşılıqlı əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyini və ABŞ-ın buna reaksiyasının necə olacağını isə zaman göstərəcək.