İxrac missiyası çərçivəsində “Ecodry”, “AHEC”, “Az-Granata”, “Brightman BMC”, “BakuKonserv”, “Salam Travel”, “Novus E.R.A.” və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.
Qəbələnin otel və mehmanxanalarında 11 ayda 170 mindən çox yerli və əcnəbi turistə xidmət göstərilib
Son illər Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artmasına səbəb olub. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı vardır. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin Azərbaycana böyük axınla səfər etməsinə geniş yol açıb.
Geniş turizm infrastrukturuna malik Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir. 2019-cu ilin 11 ayında rayondakı otel və mehmanxana tipli müəssisələrə 172 min 818 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 58 min 371-i və ya 33,8 faizi Azərbaycan, 114 min 447-si və ya 66,2 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.

On bir ayda Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 34 min 184 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, on bir ayda Qəbələnin otel və mehmanxanalarında Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Qətər, Oman, Rusiya, Hindistan, Çin və İraqdan olanlar üstünlük təşkil edib.
Qurum rəsmisi bildirib ki, cari ilin ötən dövründə Qəbələ rayonu ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2260 yerdir. On bir ayda otel və mehmanxanalarda 24 min 776 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 86,3 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.
Otel və mehmanxanalarda ən çox sıxlıq avqustda müşahidə olunub – 36 min 466 nəfər. İyunda turistlərin sayı 21 min 53, iyulda isə 35 min 453 nəfər olub.

Ötən dövrdə turizm obyektlərində 1238 işçi çalışıb. Onlardan 240 nəfərini qadınlar, 95 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 36 nəfərini isə əcnəbi işçilər təşkil edib.
Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər
Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasını təmsil edən aşpazlar Birləmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən kulinariya çempionatında 1 diploma, 5 bürünc və 1 gümüş medala layiq görülüblər.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə İstinadən xəbər verir.
Məlumata görə, müxtəlif ölkələrdən 50 komandanın mübarizə apardığı çempionat dekabrın 9-11-də baş tutub.
Azərbaycan nümayəndə heyəti çempionatda Dövlət Turizm Agentliyinin təşkilatçılığı və dəstəyi ilə iştirak edib.
Qeyd edək ki, “SIAL Middle East 2019” qida sərgisi çərçivəsində, Ümumdünya Usta Aşpazlar Birlikləri Assosiasiyası (WACS) və BƏƏ Aşpazlar Gildiyası tərəfindən təşkil edilən yarışmada Azərbaycanı 1-i hakim olmaqla, 4 aşpaz təmsil edib.
Komandanın rəhbəri Orxan Muxtarov Azərbaycanın qastronomiya destinasiyası kimi təqdimatı və milli kulinariyamızın təbliği məqsədilə növbəti il də bu növ tədbirlərdə iştirak üçün müvafiq beynəlxalq təşkilatlara müraciət ediləcəyini bildirib.
Xatırladaq ki, 2009-cu ildən bəri hər il keçirilən “SIAL Middle East 2019” beynəlxalq qida sərgisidir. Yaxın Şərq bölgəsində qida və içki sektoru üzrə, eləcə də qonaqpərvərlik sənayesində ən böyük tədbirlərdən biri hesab olunur.
28 mindən çox insan tərəfindən ziyarət edilən sərgiyə 40-dan çox ölkədən 1000-ə yaxın iştirakçı qatılır. 30-dan çox ölkə milli pavilyonla təmsil olunur.
Bakıda və regionlarda yeni hotellər açılacaq
“Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir”.
Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
“Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin şimal, şimal-qərb, Gəncə və cənub istiqamətlərinə üz tuturlar. Turizm infrastrukturu və kadr potensialı bu istiqamətlər üzərində inkişaf etdirilir”, – o qeyd edib.
K.Quluzadənin sözlərinə görə, hazırda dövlət 3 və ondan az ulduzlu otellərin istifadəyə verilməsində maraqlıdır: “Ölkədə 600-a yaxın otel fəaliyyət göstərir. Ölkədə, əsasən, bahalı turizm infrastrukturu yaradılıb. Amma bu günün çağırışı ucuz, daha az ulduzlu hotellərin mövcüdluğu ilə bağlıdır. Çünki Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edirik, onlar üçün həmin xidmətlər formalaşdırılmalıdır. Regionlarda 3 və ondan az olan hotellərin tikilişinin intesivləşməsini istəyirik. Bu istiqamətdə dövlət biznesə dəstək verir”.
Mədəniyyət Nazirliy 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir. Lonfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsidir. Ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır. Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.
Konfransın açılış mərasimində UNESKO-nun baş direktorunun müavini Xinq Qu, BMÜTT-nin icraçı direktoru Manuel Butler iştirak edib. Yaponiya şahzadəsi Akiko Mikasa və Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm üzrə nazir müavini Hirofumi Kado çıxış edib.
Çıxışlar zamanı müasir dövrdə mədəniyyətin və mədəni irsin rolu, həmçinin turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarətindən danışıblar. Mədəniyyət məhsullarından istifadə etməsi ilə bağlı birgə proqramların həyata keçirilməsi mövzularında fikirlər səsləndirilib.
Konfrans çərçivəsində keçirilən sessiyalarda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə bağlı məsələlərdən danışılıb. Eləcə də yaradıcı sənayelərin rolu və inkişaf etdirilməsi, səhayət edən insanlar üçün ölkələrin yaradıcı sənaye və mədəni irs məhsullarının zənginləşdirilməsi mövzuları müzakirə edilib. Qeyd olunmuşdur ki, müasir dövrdə mədəni turizm bu prosesdə əsas rol oynayır.
Səfər çərçivəsində Vasif Eyvazzadə UNESKO-nun baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koiçiro Matsuura və bir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irsindən danışıb. Həmçinin yaradıcı sənayelər sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıb.
UNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə həmçinin “Bakı Prosesi”, Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu müzakirə edilib. Xinq Qu qeyd edib ki, o, 2018-ci ildə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib. Bakıdan xoş təəssüratlarla ayrılıb.
Azərbaycana səfər edən xarici turistlərin sayı artıb
Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artaraq, 241 minə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər.
Qeyd edilməlidir ki, gələnlərin yarıdan çoxunu, yəni 56,7 faizini bu iki ölkənin vətəndaşları təşkil edib.
Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33,5 faiz, 40,1 faiz və 35,5 faizlə İran dəyişib. Eləcə də, Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur.
Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər içində 76,3 faiz göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3,4 min və 2 min nəfər artaraq, 27 min və 17 min nəfər təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6 faiz, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib.
Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6 faiz artaraq, 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20,2 faiz, 46,7 faiz və 38 faiz daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib.
Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.
Əvvəlki aylarda olduğu kimi, Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91,9 faizlə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24,5 faiz artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67,7 faizlə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12,2 faiz artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8,3 faiz və 3,7 faiz artaraq, 289 və 235 min nəfərə çatıb.
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib
Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib.
İclasda Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
