Dövlət Turizm Agentliyi Asiya – Sakit Okean Turizm Assosiasiyasına (PATA) üzv qəbul edilib.
Bu barədə APA-ya Dövlət Turizm Agentliyindən bildirilib. Məlumata görə, beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradır. Üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.
Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu şirkəti, hava limanı və kruiz təşkilatı, 108 qonaqpərvərlik şirkəti, 68 təhsil müəssisəsi və yüzlərlə turizm şirkəti daxildir. Ümumilikdə 800-dən çox üzvə malik olan təşkilat 1951-ci ildən bəri fəaliyyət göstərir. Beynəlxalq turizm platforması rolunu oynayır.
Bununla bağlı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə olunur. Asiya-Sakit okean bölgəsi Azərbaycan üçün əsas bazarlardan biridir:
“Əlbəttə ki, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə və Azərbaycan ilə Asiya-Sakit okean regionu arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla, bu artıma dəstək və töhfə vermək istəyirik”.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın turizm potensialının Asiya regionunda təbliğ edilməsi və turistlərin cəlb edilməsi istiqamətində genişmiqyaslı təbliğat işləri aparılır.
“Türk Hava Yolları”nın aylıq 5 milyondan çox oxucu kütləsi olan “Skylife” jurnalı var. Dekabr buraxılışında Bakı haqqında 4 səhifəlik məqalə dərc olunub.
“Bakı – mədəniyyətlərin qarışdığı şəhər” adlı məqalədə oxuculara Bakıda yerləşən memarlıq abidələri, turistlərin kompakt olduğu küçələr, restoranlarda təqdim olunan qida çeşidləri və Azərbaycanın milli mətbəx nümunələri haqqında ətraflı məlumat verilir.
Anita Rao Kaşi adlı müəllif tərəfindən qələmə alınan məqalədə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi kimi tarixi memarlıq abidələri var. Bakıda xristianlığın müxtəlif qollarına məxsus kilsələrin mütləq görülməli məkanlar siyahısına daxil olduğu qeyd edilir.
Müəllif səfərdən zövq almaq üçün səhər, günorta və axşam saatlarında hansı məkanlara baş çəkməyin daha uyğun olduğu barədə turistlərə tövsiyələr təqdim edir.
Jurnal dekabr ayı ərzində “Türk Hava Yolları” vasitəsilə səyahət edən bütün sərnişinlərə təqdim olunacaq.
Qeyd edək ki, türk və ingilis dillərində nəşr olunan “Skylife” jurnalının aylıq dövriyyəsi 280 mindir.
Jurnalda hər ay müxtəlif ölkə və şəhərlər barədə məqalələr dərc olunur. Səyahətçilərə turizmin müxtəlif növləri üzrə ixtisaslaşan destinasiyalar barədə detallı informasiyalar təqdim olunur.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Qoruğun sərgi zalında “Kamal Qasımov – 110” sərgisi təşkil olunub. Seminar keçirilib. Bu tədbirlər Böyük Vətən müharibəsi qəhrəmanı, basqallı vətənpərvər Kamal xan Ağarəzi xan oğlu Qasımxanlının (Kamal Qasımov-1909-1941) anadan olmasının 110 illiyinə həsr edilib.
turizm
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Kamal Qasımovun nəslinin nümayəndələri iştirak edib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarixçi Şəfa Mövsümov, İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, basqallı ziyalılar qatılıblar.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarda çıxış edərək Kamal Qasımovun keçdiyi həyat yolundan, ikinci dünya savaşında göstərdiyi qəhrəmanlığından, haqqında çəkilən “Vətən oğlu” filmindən danışıb.
turizm
F.Xəlilli Kamal Qasımovun qardaşı Mahmudun oğlu Xanlar Qasımxanlının Qoruğa hədiyyə etdiyi, 1942-ci ildə on min nüsxə ilə çap olunan “Kamal Qasımov” plakatını bərpa etdirdiklərini və sərgidə nümayiş olunacağını qeyd edib. O, Kamal Qasımovun atası, görkəmli pedaqoq Ağarəzi xan Qasımxanlının oğluna həsr etdiyi “Şəxsi tənqid” romanını yazmasından, romanın indiyə qədər nəşr etdirməməsindən, Qoruğun həmin romanı nəşr üçün hazırlamasından danışıb.
turizm
Fariz Xəlilli həmin romanın əlyazmasını iştirakçılara nümayiş etdirib və Xanlar Qasımxanlıya romanı Qoruğa təqdim etdiyi üçün minnətdarlıq edib.
Rayon icra hakimiyyətinin Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov Kamal Qasımov haqqında Sovet dövründə yazılan əsərlərdən, çəkilmiş filmlərdən danışıb. Şair və yazıçıların Kamal Qasımov haqqında yazılarından sitatlar gətirib. Kamal Qasımovun xatirəsinin Basqalda əbədiləşdirilməsi üçün təklifləri topladıqlarını bildirib.
Tədbirdə iştirak edən qohumu Gülnarə Əliyeva yaşlı nəsillərin Kamal Qasımov haqqında xatirələrini bölüşüb.
turizm
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarixçi Şəfa Mövsümov “Kamalın igidliyi: Basqaldan Pruta” mövzusunda məruzə edib. O bildirib ki, həmin dövrün mətbuatında Kamal Qasımovla bağlı çoxlu yazılar var. O, müharibənin əvvəlində üç gecə ərzində altı əsgərlə Cənub cəbhəsində üç körpü partladaraq düşməni çayın digər sahilində saxlayıb. Kamal Qasımov düşmənlə əlbəyaxa döyüşdə qəhrəmancasına həlak olub. Şəfa Mövsümov Kamal Qasımov haqqında biblioqrafiyanı da təqdim edib.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Nuranə Feyzullayeva Yemelyan Bukovun Kamal Qasımov haqqında şeirini oxuyub. Sevinc Mirzəyeva isə Ağarəzi xan Qasımxanlının romanından Basqal haqqında qeydləri səsləndirib.
Misirin Mərkəzi bankı 2020-ci ilin sonlarına qədər ölkənin turistik sektoruna dəstək üçün 50 milyard Misir funtu (3 milyard dollardan çox) ayırmağı planlaşdırır.
AZƏRTAC “Əl-Masri əl-Youm” qəzetinə istinadla xəbər verir ki, bu məbləğ öncəki yatırımdan on dəfə çoxdur. Sərmayələr otellərin modernizə edilməsi və inkişafına, həmçinin uzunmüddətli böhrandan zərər çəkən turizm biznesi nümayəndələrinə dəstək üçün sərf olunacaq.
Turizm bu ölkənin xəzinəsinə əsas valyuta gətirən mənbələrdən biridir. Misir Turizm Nazirliyinin məlumatına görə, 2011-ci ildə hakimiyyət dəyişikliyinə və 2015-ci il oktyabr ayının sonlarında Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğrayana qədər turizm sahəsi ümumdaxili məhsulun 11,3 faizini təşkil edir və xəzinənin 14 faizini valyuta ilə təmin edirdi.
Son illər ölkədə turizm sahəsi qismən bərpa olunub. 2018-ci ildə Misiri 11 milyondan çox xarici ölkə vətəndaşı ziyarət edib. Cari maliyyə ilinin nəticələrinə əsasən, sahənin gəlirləri böhrandan öncəki göstəricini ötə bilər.
Misiri ziyarət edən turistlərin sayına görə ilk yerləri Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa tutur.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Bakıda səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüşüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə R.Bayramov iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Rusiyada gerçəkləşən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Son illər bu sahədə əməkdaşlığa töhfə verən bir sıra tədbirlər keçirilib.
Respublikamızın Rusiya Federasiyasının regionları ilə münasibətlərinin mədəni əməkdaşlıqda da əhəmiyyət kəsb etdiyini deyən Rafiq Bayramov deyib: “Biz bu istiqamətdə regional təşkilat və müəssisələrlə daha sıx əlaqələrin qurulmasında və təcrübə mübadiləsində maraqlıyıq. Bu gün dünyada idarəetmə üzrə müasir metodlar tətbiq edilir. Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu xüsusda təcrübə mübadiləsi vacibdir. Bu sahədə layihələri inkişaf etdirib təcrübələrimizi bölüşməliyik”.
Söhbət zamanı həmçinin teatr sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərindən bəhs edilib. Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva vurğulayıb ki, Azərbaycanla müxtəlif sahələrdə bir neçə layihənin gerçəkləşməsinə nail olmaq arzusundadırlar: “Bu layihələrdən biri Həştərxanda keçirilən teatr festivalıdır və həmin festivalda Azərbaycanın iştirakından məmnun olardıq”.
Daha sonra görüşdə mədəniyyət sahəsində qarşılıqlı təcrübə mübadiləsi, o cümlədən tələbə mübadiləsi kimi mövzular müzakirə edilib.
Rafiq Bayramov Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları, habelə xalq yaradıcılığı ənənələrinin yaşadılması və təbliğinə xidmət edən layihələr haqqında məlumat verib. Bildirib ki, müştərək layihələrin dəstəklənməsi və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birinin mədəni irsini daha yaxından tanımasına öz töhfəsini verəcək.
Görüş qarşılıqlı əməkdaşlığın perspektivləri mövzusunda müzakirələrlə davam edib.
“Şahdağ” Turizm Mərkəzinin rəhbəri Rodderik Leffler 2019-2020-ci illərin qış mövsümündə turist axınının 5% artacağını proqnozlaşdırır.
“Kompleksimizin fəaliyyət göstərdiyi 6 il ərzində ilk dəfə olaraq bu mövsümdə qonaqlar üçün bütün xizək yollarını istifadəyə vermişik, buna görə də turist axınının ötən mövsümlə müqayisədə 5% artacağını gözləyirik”, – deyə o, qış mövsümünün açılışı münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.
R.Leffler qeyd edib ki, xarici qonaqların böyük hissəsini Rusiya və Qazaxıstandan olan turistlər təşkil edir.
O, həmçinin deyib ki, qonaqların və ziyarətçilərin rəylərini nəzərə alaraq, qarşıdakı mövsümdə bu kompleksdə turizm xidmətlərinin qiymətləri 15% aşağı salınıb.
Kompleksin rəhbəri vurğulayıb ki, yeni layihələrin həyata keçirilməsi, xüsusilə 2020-ci ilin avqustunda diceylərin festivalının təşkil edilməsi planlaşdırılır. Bundan başqa, tələbələr üçün yay düşərgəsinin təşkili də nəzərdə tutulur.
“Şahdağ Turizm Mərkəzi” QSC Azərbaycan Dövlət Turizm Agentliyinin strukturuna daxildir.
Misirin Mərkəzi bankı 2020-ci ilin sonlarına qədər ölkənin turistik sektoruna dəstək üçün 50 milyard Misir funtu (3 milyard dollardan çox) ayırmağı planlaşdırır.
AZƏRTAC “Əl-Masri əl-Youm” qəzetinə istinadla xəbər verir ki, bu məbləğ öncəki yatırımdan on dəfə çoxdur. Sərmayələr otellərin modernizə edilməsi və inkişafına, həmçinin uzunmüddətli böhrandan zərər çəkən turizm biznesi nümayəndələrinə dəstək üçün sərf olunacaq.
Turizm bu ölkənin xəzinəsinə əsas valyuta gətirən mənbələrdən biridir. Misir Turizm Nazirliyinin məlumatına görə, 2011-ci ildə hakimiyyət dəyişikliyinə və 2015-ci il oktyabr ayının sonlarında Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğrayana qədər turizm sahəsi ümumdaxili məhsulun 11,3 faizini təşkil edir və xəzinənin 14 faizini valyuta ilə təmin edirdi.
Son illər ölkədə turizm sahəsi qismən bərpa olunub. 2018-ci ildə Misiri 11 milyondan çox xarici ölkə vətəndaşı ziyarət edib. Cari maliyyə ilinin nəticələrinə əsasən, sahənin gəlirləri böhrandan öncəki göstəricini ötə bilər.
Misiri ziyarət edən turistlərin sayına görə ilk yerləri Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa tutur.
Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları üçün “ASAN Viza” vasitəsilə viza verilməsinə başlanılıb. Həmin fəaliyyətin təmin edilməsi üçün Azərbaycan və Türkmənistan hökumətləri arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Saziş ötən il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış saziş Milli Məclisin 2019-cu il 12 fevral tarixli qərarı ilə təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər. Hər iki dövlətin ərazisindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları Ələt qəsəbəsində yerləşən, regionun əsas nəqliyyat və logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” sistemi vasitəsilə elektron viza əldə edə bilirlər. Ötən il rekord sayda, 47 min sərnişin Bakı Limanı vasitəsilə Azərbaycan ərazisinə daxil olub. Onların əksəriyyəti Türkmənistan vətəndaşlarıdır.
“ASAN Viza” sistemi vasitəsilə indiyədək 1 milyon 842 000-dən çox viza verilib. Bu vizaların 34 faizi Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunmuş vizaların payına düşür.
Bu ilin 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39 faiz daha çox, yəni 869 min 905 viza verilib. “ASAN Viza” ilə Azərbaycana səfər edən həmin əcnəbilərin 82 faizi səfər məqsədini turizm olaraq qeyd edib. Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıqdır. Daha sonra İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə olunması agentliyin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.
Azərbaycan Asiya həyatının rəngini və tərzini əxz etmiş, lakin Avropa mədəniyyətinə malik ölkədir. Bu harmoniyanı istər xalqın mədəni həyatında, istərsə də turizm və sosial sahədə görmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İranın İSNA xəbər agentliyinin saytında “Viza alın və Azərbaycana yollanın” başlıqlı yazıda əks olunub. Materialda qeyd olunub ki, coğrafi baxımdan yaxın olan Azərbaycana İrandan hər il çox sayda turist gedir. Ölkənin inkişaf etmiş şəhərlərindən biri paytaxt Bakıdır.
Azərbaycana səyahəti asanlaşdırmaq üçün bəzi şeyləri bilmək vacibdir. Məsələn, oraya səyahət etməzdən əvvəl mütləq viza almalısınız. Azərbaycanda viza almağın bir neçə yolu var. Bunun üçün şəxsən Azərbaycan Respublikasının səfirliyinə müraciət edə, yaxud “ASAN Viza” saytına daxil olmaqla, elektron viza ala bilərsiniz. Sonuncu variant üçün “Master Card” və ya “Visa Card”a sahib olmalısınız.
Azərbaycana səyahət etməzdən əvvəl yaxşı olar ki, onun milli valyutası haqqında məlumat əldə edəsiniz. Azərbaycan manatının məzənnəsini internetdə axtarış verməklə öyrənmək mümkündür.
Orada nəqliyyat xərcləri İrana nisbətən bir qədər artıqdır. Nəqliyyata daha az vəsait xərcləmək, hər dəfə nağd pul problemi ilə üzləşməmək üçün “Bakı Kart”dan istifadə etməniz məsləhətdir. Ona təkrar-təkrar pul yükləmək olur.
Bakıda qalma xərcləri isə İranın böyük şəhərlərindəkindən çox da fərqlənmir. Bununla yanaşı, qalmaq üçün seçim imkanınız kifayət qədər geniş olacaq. Büdcənizdən, şəhər mərkəzinə yaxın və ya uzaqlıqdan, ehtiyacınız olan otaqların sayından asılı olaraq, ən yaxşı variantı asanlıqla seçə biləcəksiniz.
Yazıda qeyd edilir ki, Azərbaycanın, xüsusən Bakı şəhərinin ilin hər fəslində özünəməxsus gözəlliyi var. Yazda Bakı buludlu, yağışlı havadan zövq alanlar üçün uyğundursa, yayda hava isti olur.
Azərbaycanda başqa şəhərləri də görməyə dəyər. Ölkə ərazisində payızda hava əsasən mülayim keçir. Başqa sözlə, orada səfərinizə xələl gətirə biləcək dərəcədə soyuq olmur. Qış təbii ki, soyuq və qarlı keçir. Bu isə qış idman növləri ilə məşğul olmağa, xizək sürməyə imkan verir.