Ev Blog Səhifə 103

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

0
TURİZM

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi qəbul edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi, təhsil və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb. Səfir Viktor Szederkenyinin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd edib. Bu sahədə səylərin artırılacağını vurğulayıb. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə diqqəti çəkən qonaq Naxçıvan Muxtar Respublikasının inkişafını əməkdaşlıqda vacib amil kimi dəyərləndirib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İordaniya mətbuatında Azərbaycan ilə əlaqələrə həsr edilmiş məqalə dərc olunub

0
İordaniya mətbuatı

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyində, eləcə də “əl-Ğad” hökumət qəzetində, habelə geniş oxucu auditoriyasına malik www.orobanews.comwww.ammonnews.net və s. xəbər portallarında Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə diplomat Azərbaycan-İordaniya əlaqələrinə nəzər salır. Ölkələrimizin dost və tərəfdaş olduğunu vurğulayır. Qeyd edir ki, Azərbaycan ilə İordaniya beynəlxalq təşkilatlarda biri-birini dəstəkləyir. Bu iki ölkə arasındakı münasibətlər illərlə davam edən əməkdaşlığa və fəal siyasi dialoqa əsaslanır.

Müəllif qeyd edir ki, Əmmanda ulu öndər Heydər Əliyevin, Bakıda isə Kral Əl-Hüseyn bin Talalın adını daşıyan küçələr var. Sabiq rəhbərlər arasındakı şəxsi dostluq ənənəsi bu gün Prezident İlham Əliyev və Kral II Abdullah tərəfindən davam etdirilir. Bu ənənə ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat İordaniyanın beynəlxalq təşkilatlar çərçivəsində dəstəkverici mövqedən çıxış etdiyini vurğulayaraq, Azərbaycan dövlətinin bu mövqeyi yüksək dəyərləndirdiyini bildirib. O, İordaniya Senatının Xocalı soyqırımını pisləyən, qınayan və kütləvi qırğın kimi qiymətləndirən bəyanat qəbul etdiyini xatırladıb.

Müəllif, həmçinin iki ölkə arasında bir sıra tədbirlərin keçiriləcəyini, turizm sektorunda əlaqələrin inkişafda olduğunu, ekoturizm sahəsində əməkdaşlığın təşviqi istiqamətində səylərin davam etdirildiyini bildirib.

Səyahətdən qayıdarkən qanunları pozmadan nələri gətirmək olar

0
səyahət

Qanunsevər vətəndaşlar başqa ölkələrə səyahətdən qayıdarkən özləri ilə narkotik maddələr, silah və döyüş sursatı götürməyi yəqin ki, heç ağıllarına da gətirməzlər. Buna şübhə yoxdur. Lakin çimərlikdən götürülmüş adi balıqqulağı və ya palma toxumu ucbatından böyük məbləğdə cərimə ödəməli olar, hətta dəmir barmaqlıqlar arxasına düşə bilərsiniz.

Bu gün AZƏRTAC “RİA Novosti”yə istinadla səyahətdən yalnız xoş xatirələr və leqal suvenirlərlə qayıtmaq barədə söhbət açacaq.

Qəribə qadağalar

Hər bir ölkədə özünəməxsus məhdudiyyətlər var. Ümumiyyətlə özünüzlə tütün, antikvariat və mədəni dəyərlər götürməyə hazırlaşırsınızsa, çox diqqətli olmalısınız. Bir sıra ölkələrdən qayıdarkən özünüzlə bitki və heyvanlar, həmçinin müqəvva və dərilər götürmək qadağandır. Belə əşyaları mağazalarda almısınızsa, müvafiq çekləri hökmən saxlayın, gömrük yoxlamasından keçərkən bu çeklər sizə lazım olacaq.

Turizm biznesi üzrə ixtisaslaşan hüquqşünas İrina Dotsenko deyir: “Ən əsas məsləhət budur ki, əgər tanımadığınız adamlar sizdən nəyisə aparmağı, orada onu kiməsə çatdırmağı xahiş edirlərsə, heç vaxt razılaşmayın”.

Bununla belə, bəzi qanunlar səyahətçilər üçün xoşagəlməz sürprizə çevrilə bilər.

Adi bir daş ucbatından həbsxanaya düşə bilərsiniz

Ən populyar turizm istiqamətlərindən olan Türkiyədə sərhəddən keçərkən nadir hallarda problem yaranır, lakin bu ölkədən aparılan suvenirlərin ümumi dəyəri min dolları aşmamalıdır. Ölkədən aparılan qədim əşyaların və arxeoloji artefaktların miqdarı ilə bağlı qadağalar var. Bu qadağalar sənətkarlardan və ya əntiq əşyalar satılan dükanlardan alınmış suvenirlərlə bərabər çimərlikdə tapılmış əşyalara da aiddir. Buna görə 4 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Misir və Tunisdə də oxşar qadağalar müəyyən olunub. Məsələn, Misirdən aparılan qızılın dəyəri 3 min dollardan çox olmamalıdır, Tunisdən isə palma ağacı, ondan hazırlanmış əşyalar və həna gətirilməsi qadağandır.

Heyvanlara toxunmayın

Nəsli kəsilmək qorxusu olan heyvanları, fil sümüyündən, tısbağa qınından, balıqqulağı, pələng dərisi və mərcandan hazırlanmış əşyaları sərhəddən keçirməyə cəhd göstərməyin.

Tailanddan qızıl külçələr, qiymətli daşlar, platin bəzək əşyaları, müvafiq lisenziyası olmadan marka və antikvariat aparılması qadağandır.

Şri-Lankadan antikvariat, nadir kitablar, palma yarpaqları üzərində əlyazmalar, fil sümüyündən məmulatlar, xırda pul və marka kolleksiyaları, cilalanmamış qiymətli daşlar, habelə 2 kiloqramdan çox çay aparılmasına icazə verilmir.

Qazıntıları arxeoloqlara saxlayın

Yunanıstanda və Kiprdə tarixi artefaktlara, o cümlədən arxeoloji qazıntı yerlərindən tapılmış daşlara xüsusi diqqətlə yanaşırlar. Əntiq əşyaların surətləri ilə bağlı problem olmamalıdır, lakin ekspertlər məsləhət görürlər ki, suvenirlər və zərgərlik əşyaları alarkən çeki hökmən saxlayasınız.

İtaliyada yaşı 100-dən yuxarı olan əşyalar avtomatik olaraq antikvariat hesab edilir. Onları ölkədən aparmaq üçün Mədəniyyət Nazirliyindən icazə almaq lazımdır.

Kontrafaktları götürmək olmaz

Fransa Gömrük Məcəlləsinin ayrıca bir maddəsində nəzərdə tutulub ki, ölkəyə kontrafakt mallar, xüsusən Fransa brendlərinə oxşar saxta mallar gətirilməsi və ölkədən belə malların aparılması qadağandır. Əks halda yüksək məbləğdə cərimə nəzərdə tutulub.

Finlandiyada yaşı 50-dən çox olan əşyalar tarixi və bədii dəyərə malik hesab edilir.

İsveçrədən bütün ağartı məhsulları (o cümlədən pendir), habelə çəkisi 500 qramdan çox olan ət və yağ aparmaq üçün onları bəyannamədə qeyd etmək lazımdır.

Kubada gömrük qaydaları çox sərtdir. Bu ölkədən tarixi dəyər kəsb edən artefaktlar, kitablar və sənədlər, habelə dəniz balıqqulağı, qara və ağ mərcanlar, qiymətli metallar, ekzotik quşların lələkləri aparıla bilməz. Əgər siz timsah dərisindən və ya qiymətli metaldan hazırlanmış məmulat alırsınızsa, onların aparılması üçün mağazadan sizə lisenziya vermələrini xahiş edin.

Seyşel adalarında emal edilməmiş koko-de-mer qozunun suvenir kimi aparılmasına ciddi nəzarət edilir.

Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib

0
turizm

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Sakit Okean Alyansına (SOA) üzv ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycan tərəfindən xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti, SOA tərəfindən isə Meksika, Çili və Kolumbiyanın ölkəmizdəki səfirləri iştirak ediblər.

Görüşdə Azərbaycanın Alyansa üzv ölkələrlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Nəqliyyat və turizm sahələrinin potensialı haqqında məlumat verilib. Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit yüklərin daşınmasında strateji nəqliyyat qovşağı olduğu ifadə edilib. Bu baxımdan Azərbaycanın SOA və müşahidəçi dövlətlərlə əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.

SOA-ya üzv ölkələrin səfirləri Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. İqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafı üçün müvafiq qurumlarla praktiki layihələr üzərində müzakirələrə hazır olduqlarını bildiriblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Görüşdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak edib.

Məlum olduğu kimi, 2019–cu il 4-6 iyul tarixlərində Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Peru Respublikasına səfəri zamanı Azərbaycan Sakit Okean Alyansında (SOA) müşahidəçi statusu alıb. SOA Çili, Kolumbiya, Meksika və Peru tərəfindən yaradılıb, 57 ölkənin müşahidəçi statusunda iştirak etdiyi Latın Amerikası ticarət blokudur. Birlikdə 210 milyon nəfər əhaliyə və dünya miqyasında 8-ci yerdə olan ÜDM-yə malik bu ölkələr malların, xidmətlərin, kapitalın və insanların tam inteqrasiyası məqsədilə bir araya gəliblər.

Naftalan şəhərinin turizm inkişaf planı təqdim olunub

0
turizm

Dekabrın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun iştirakı ilə Naftalan şəhərinin turizm inkişaf planının təqdimatı keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Turizm Bürosunun 2020-ci ildə Naftalan şəhəri üzrə nəzərdə tutulmuş fəaliyyət planı açıqlanıb.

Bildirilib ki, fəaliyyət planının məqsədi Naftalan şəhərini turistlər üçün daha cəlbedici etməkdir. Həmçinin Naftalanın mövcud turizm potensialından səmərəli istifadə etməklə bütövlükdə şəhəri turizm məhsuluna çevirməkdir. Müvafiq infrastruktura uyğun xidmətlər təklif etməkdir.

Qeyd olunub ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirməkdir. Beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Gəncə Destinasiya Menecmenti Təşkilatının Naftalanda təsis edilmiş nümayəndəliyinin də təqdimatı olub.

Şahdağ yeni il Turu

0
Şahdağ yeni il Turu

?Şahdağ yeni il Tur ??❄
? Tarix : 31 dekabr (1yanvar)
? Qiymət : 35 manat.

1. Komfortlu VİP nəqliyyat ?

  • Klima
  • Rahat oturacaqlar
  • Wifi

2. Səhər yeməyi (Yağ,Bal?, Pendir?,Yumurta?,Çörək ?, Qaymaq, Zeytun və Pünrəngi Çay ☕).

3. Əyləncəli Tur Rəhbəri və Bələdçi.


4.Limitsiz və Qarlı Foto çəkiliş ?(Şəkillər 1 gün sonra link vasitəsiylə göndərilir).
5.Çay süfrəsi ☕Quba paxlavası ilə ?
6.Avtobusda əyləncəli oyunlar və canlı ifa gitarist. ?
7.Diskoteka ?(dje)
8.Karaoke ?acig zalda və özəl Kabinet
9.Playstation 3 ?
10.Billiard oyunu
11.Mafiya oyunu Qurup halında ?‍??
12 .Şaxta baba qar qız qonağımız olacağ??
13.Dilək şarı qurup halında havaya buraxacayiq?
14.Axşam yeməyi paket (12 ) AZN isdəyə görə əlavə ödənişlə )
15.Ekskursiyalar ??Şahdag resort

12.Yarismalar keriləcək hədiyyələr??

1çi yer- 150 AZN hədiyyə
2çi yer-80 AZN hədiyyə
3çi yer- 50 AZN hədiyyə
4çi yer-@iydeperfumery dan hədiyyə
5 çi yer Tufandaga bilet hədiyyə
?Sonda ateş ve şanliğ
13.Sürpriz Hədiyyə oyun zamanı
?Növbəti Tura bilet
?Xarici turlara 10% endirim
?Kanada bilet.
⏰Toplanış vaxtı: 06:30 ?Toplanış Yeri :Gənclik metrosu. Tofiq Bəhramov stadionu? Qarşısı
?07:00 Yola düşmə?
?22:00 Bakıya çatmaq?
? Qeydlər ?
1⃣0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməmək şərti ilə) 6 yaşdan yuxarı tam ödəniş.
2⃣10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.?
3⃣Tur zamanı spirtli içkilər qəti qadağandır ☠
4⃣ Partiya yalnız 100 bilet var ( Məktəblilər tura qoşula biler)
Ətraflı məlumat üçün: 070-264-60-30

Qonaqpərvərlik və turizm sahəsində təhsil və karyera imkanları

0

Xaricdə təhsil alıb, uğurlu karyera qurmaq bir çox gəncin arzusudur. Düzgün seçilmiş universitet gələcəkdə aparıcı şirkətlərdə karyera perspektivlərini açacaq. Öz biznesinizi qurmağa kömək edəcəkdir. Tədbir ən sürətlə inkişaf edən sahələrdən biri olan Qonaqpərvərlik və Turizm sahəsində təhsil və karyera imkanlarına həsr olunmuşdur. Noyabr ayında JW Marriott Absheron otelində baş tutmuşdur.

Bu sahənin aparıcı universitetlər sırasına daxil olan Glion və Les Roches Universitetlərinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi olan Prime Education Şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr və valideynlər proqramlar, qəbul qaydaları və karyera imkanları haqqında məlumat əldə etdilər.

Les Roches Universitetinin Direktoru cənab Karlos Diez de la Lastra, Glion və Les Roches Universitetlərinin Mərkəzi və Şərqi Avropa üzrə tələbə qəbulu komissiyasının rəhbəri cənab Nicat Musayevdə tədbirdə iştirak ediblər. Tələbələrə dünyanın aparıcı şirkət və otellərinin gələcək əməkdaşlarında görmək istədikləri keyfiyyətləri və bacarıqları haqqında danışdılar. Universitetlərin öz tələbələrini bunlara uyğun tədris etdiklərini bildirdilər.

Hər iki Universitetin məzunları təhsilləri, tələbə həyatları, əldə etdikləri uğurlar və təcrübələri haqqında fikirlərini bölüşdülər. Les Roches Universitetinin məzunu, həmçinin Universitetin Azərbaycandaki səfiri Nazim Süleymanov Qalaaltı Hotel&Spa otelinə Otel Əməliyyatları Meneceri təyin olunmasında Les Roches Universitetinin rolu haqqında danışdı.

Tədbirin xüsusi qonağı olmuş Xalq artisti, M Group Production Şirkətinin direktoru Murad
Dadaşov Qonaqpərvərlik sənayesinin daxilindən necə işlədiyini müzakirə etdi. Görüş zamanı qeyd olundu ki, Azərbaycanda keçirilən beynəlxalq idman və mədəniyyət tədbirləri bu sahənin ölkəmiz üçün aktual olduğunu və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini göstərir. Les Roches Universitetinin dəvəti ilə Marbella kampusunda səfərdə olmuş Murad bəy, Universitetdə tələbələr üçün yaradılan şəraitdən danışdı. Murad bəyin qeyd etdiyi kimi də, bu Universitetlərdə təhsil gənclərimizə böyük imkanlar verə bilər. Beynəlxalq Olimpiya Komitəsi, Disneyland, Marriott, Hyatt, Hilton, Bloomberg, Booking.com, J.P.Morgan, Louis Vuitton kimi dünyanın aparıcı şirkətlərində karyera qurmağa tramplin ola bilər.

Fuad Nağıyev: “Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq”

0
turizm

Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq.

Bunu “APA-Economics”ə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər.

“Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib. Konsepsiyası hazırlanıb. Hazırda mərkəzin digər dövlət qurumlarının da prosesdə iştirakını nəzərə alaraq fəaliyyətinə dair tələb olunan zəruri proqram təminatının yaradılması istiqamətində işlər aparılır. Bu mərkəz gələn ilin turizm mövsümünə qədər fəaliyyətə başlayacaq”, – deyə F. Nağıyev qeyd edib.

Agentliyinin sədri əlavə edib ki, bu gün paytaxtda (Bakı Dənizkənarı Parkda, hava limanında və Nizami küçəsində) üç turizm informasiya mərkəzi fəaliyyət göstərir.

“Mərkəzlərdə Agentliyin əməkdaşları turistləri maraqlandıran mövzular ilə bağlı onları məlumatlandırırlar. Bəzən elə olur ki, turistlərə agentliyin səlahiyyətinə aid olmayan məsələlər ilə bağlı köməklik göstərə bilmirik. Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin, informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası fərqlidir. Turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır”, – deyə Agentliyin sədri bildirib.

Kənan Quluzadə: “Azərbaycan və Gürcüstanı əhatə edən turpaketlər hazırlanıb”

0
Gürcüstan

“Azərbaycan və Gürcüstanın turizm şirkətləri iki ölkəni əhatə edən turpaketlər hazırlayıb”.

Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat katibi Kənan Quluzadə bildirib.

O deyib ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində açılmış Azərbaycanın Turizm Nümayəndəliyinin əsas məqsədi vahid paketlərin formalaşdırılması ilə Gürcüstana gələn turistlərin Azərbaycana da keçidini təmin etməkdir. “Məqsəd Gürcüstanın Loqodek istiqamətindən Şəki və ətraf rayonlara, Qırmızı Körpü istiqamətindən Gəncəyə vahid paketlərin olmasıdır. Bu məqsədlə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən turizm şirkətləri iki ölkəni əhatə edən turizm paketləri formalaşdırılıb”.

K.Quluzadə bildirib ki, Azərbaycan və Gürcüstanın qarışısında duran əsas vəzifə sərhəd keçid məntəqələrini turistlər üçün daha sərbəst və rahat keçidi təmin etməkdir. O bildirib ki “Məqsədimiz sərhədi protokol keçidi kimi hiss etsinlər”.

Noyabr ayında Azərbaycana 241 min xarici vətəndaş gəlib

0
statistika

Noyabr ayında Azərbaycanı səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13.3 faiz artaraq 241 minə çatıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, gələnlərin sayına görə Rusiya (69 min) və Gürcüstan (68 min) ən yüksək göstəricilərə malikdirlər. Gələnlərin yarıdan çoxunu, yəni 56.7 faizini bu iki ölkənin vətəndaşları təşkil edib. Faiz göstəricilərinə görə, ən yüksək artım tempi müvafiq olaraq 33.5 faiz, 40.1 faiz və 35.5 faizlə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur.

Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76.3 faiz göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3.4 min və 2 min nəfər artaraq müvafiq olaraq 27 min və 17 min nəfər təşkil edib.

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.1 faiz və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6 faiz, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20.2 faiz, 46.7 faiz və 38 faiz daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib.

Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.

Əvvəlki aylarda olduğu kimi Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91.9 faizlə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24.5 faiz artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67.7 faizlə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12.2 faiz artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8.3 faiz və 3.7 faiz artaraq 289 və 235 min nəfərə çatıb.