Ev Blog Səhifə 106

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

0
Özbəkistan

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın regionları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin yaradılması layihəsi həyata keçirilir. Bununla əlaqədar əldə olunmuş razılığa əsasən Özbəkistanın Buxara vilayət hakimiyyəti nümayəndələri, habelə mədəniyyət kollektivindən ibarət qrup bu gün Azərbaycana səfərə yola düşüb. Onlar dekabrın 10-dək Lənkəran şəhərində olacaqlar.

Layihəyə Azərbaycanın Özbəkistandakı səfirliyi, bu ölkənin Nazirlər Kabinetinin Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsi (MMXÖDK) müvafiq dəstək göstərir.

Səfər zamanı Lənkəran və Buxara arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsindən danışılacaq. Gələcəkdə bu barədə müvafiq müqavilənin imzalanması, tərəflər arasında elm, mədəniyyət, turizm, təhsil sahəsində birgə layihələrin icrası olacaq. Əməkdaşlığın genişləndirilməsinə dair görüşlərin, müzakirələrin təşkili nəzərdə tutulur.

Azərbaycana gedən qonaqlar arasında Buxara vilayət hakiminin müavini Voxid Niyozov, Mədəniyyət idarəsi rəhbərinin müavini Qolibcon Barotov, vilayət filarmoniyasının rəhbəri Rauf Avezov, mədəniyyət xadimləri, musiqiçilər var. Həmçinin MMXÖDK sədrinin müavini Firuz Bekov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da səfərə gedənlər arasındadır.

Səfərlə əlaqədar Lənkəran şəhər Mədəniyyət sarayında “Özbək mədəniyyəti və incəsənəti günü” keçiriləcək. Bu münasibətlə Mədəniyyət sarayında özbək sənətinə dair əl işləri, suvenirlər sərgilənəcək. Sarayın salonunda isə bədii proqram nümayiş etdiriləcək.

Buxara vilayət hakimiyyətinin nümayəndələri ilə Lənkəran Rayon İcra Hakimiyyətində görüş keçiriləcək. Qonaqlar rayonun, habelə cənub bölgəsinin görməli məkanları, tarixi abidələri, turizm obyektləri ilə tanış olacaqlar.

Berlində keçirilən seminarın iştirakçılarına Azərbaycanla bağlı məlumat verilib

0
turizm

Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin “Əmək və həyat” cəmiyyətinin Federal Siyasi Maarifləndirmə Mərkəzi ilə birlikdə seminar həyata keçiriblər. Xarici siyasət seminarının iştirakçıları üçün Azərbaycan haqqında məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə “Əmək və həyat” cəmiyyətini, Almaniyanın müxtəlif dövlət qurumlarını, təhsil, tədqiqat və humanitar təsisatlarını, eləcə də özəl şirkətlərini təmsil edən şəxslər iştirak ediblər.

Berlin

Səfirliyin ikinci katibi Vüqar Qafarov Azərbaycanın daxili və xarici siyasəti, çoxqütblü diplomatiyası və beynəlxalq əməkdaşlığından danışıb. Trans-regional layihələri və təşəbbüsləri aparılıb. Avropa İttifaqı ilə tərəfdaşlığı, qonşuları ilə münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda demokratiya və dünyəvilik ənənələri, ölkəmizin multikulturalizm və dini tolerantlıq mühiti, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa töhfəsi, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bu günü barədə məruzə ilə çıxış edib.

Daha sonra tədbir interaktiv müzakirələrlə davam edib. Səfirliyin əməkdaşları qonaqların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın İran və Rusiya ilə münasibətləri, Qoşulmama Hərəkatı, Azərbaycanın siyasi sistemi, ölkəmizdə demoqrafik vəziyyətindən danışıblar. Əhalinin məşğulluğu, qadınların rolu, turizm imkanları, Azərbaycanın ixracat məhsulları və digər məsələlərə dair suallarını cavablandırıblar.

Azərbaycandakı alman məskənləri və irsi barədə verilmiş məlumatlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirdə, həmçinin Azərbaycanın mədəniyyətinə, incəsənətinə, mədəni turizm imkanlarına və münaqişəyə dair müvafiq əyani materiallar nümayiş olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb

0
turizm

Azərbaycanın şəhərləri ilə İndoneziyanın Banten əyaləti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İndoneziyanın Banten əyalətinin paytaxtı Seranq şəhərinə işgüzar səfər edən Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev şəhərin meriyasında olub. Əyalətin təhsil və mədəniyyət sahələrinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirib.

Şəhərin meri Syafruddin ilə keçirilən görüş zamanı qarşı tərəfə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, multikulturalizm ənənələri davam etdirilir. Habelə iqtisadi inkişafı və ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə ətraflı məlumat verilib. Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən səfir mövcud dini və mədəni oxşarlıqların möhkəm dostluq əlaqələrinin inkişafı üçün yaxşı zəmin yaratdığını deyib.

Səfərə görə təşəkkürünü bildirən Syafruddin Azərbaycan ilə tarixi və mədəni oxşarlıqların mövcudluğundan məmnunluq duyduğunu ifadə edib. Seranqın Azərbaycan şəhərləri ilə regionlararası əməkdaşlığa hazır olduğunu vurğulayan mer, həmçinin turizm sahəsində ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan şəhərləri ilə Seranq arasında mədəniyyət, turizm, o cümlədən dini turizm və digər sahələrdə əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Azərbaycan səfirinin Seranq şəhərinə səfəri İndoneziyanın nüfuzlu mətbu orqanlarından olan “Respublika” qəzetində və yerli “Banten News” qəzetində geniş işıqlandırılıb.

Azərbaycanın şəhərləri ilə İndoneziyanın Banten əyaləti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

0
Azərbaycan və İndoneziya

Azərbaycanın şəhərləri ilə İndoneziyanın Banten əyaləti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İndoneziyanın Banten əyalətinin paytaxtı Seranq şəhərinə işgüzar səfər edən Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev şəhərin meriyasında olub. Əyalətin təhsil və mədəniyyət sahələrinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirib.

Şəhərin meri Syafruddin ilə keçirilən görüş zamanı qarşı tərəfə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, multikulturalizm ənənələri, habelə iqtisadi inkişafı və ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə ətraflı məlumat verilib. Səfir Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Mövcud dini və mədəni oxşarlıqların möhkəm dostluq əlaqələrinin inkişafı üçün yaxşı zəmin yaratdığını deyib.

Səfərə görə təşəkkürünü bildirən Syafruddin Azərbaycan ilə tarixi və mədəni oxşarlıqların mövcudluğundan məmnunluq duyduğunu ifadə edib. Seranqın Azərbaycan şəhərləri ilə regionlararası əməkdaşlığa hazır olduğunu vurğulayan mer, həmçinin turizm sahəsində ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan şəhərləri ilə Seranq arasında mədəniyyət, turizm, o cümlədən dini turizm və digər sahələrdə əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Azərbaycan səfirinin Seranq şəhərinə səfəri İndoneziyanın nüfuzlu mətbu orqanlarından olan “Respublika” qəzetində və yerli “Banten News” qəzetində geniş işıqlandırılıb.

Braziliya üç milli parkın özəlləşdirilməsinə hazırlaşır

0
Braziliya

Braziliya hökuməti məşhur şəlalələr kompleksinin bir hissəsi yerləşən İguasu və digər iki milli parkın özəlləşdirilməsinə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ölkənin rəsmi jurnalında dərc olunmuş sərəncamda deyilir.

Sərəncamda hökumətin üç milli parkı – Lensoys-Maranyensis (Maranyan ştatı, şimal-şərq), Jerikuakuara (Seara, şimal-şərq) və İquasu (Parana ştatı, cənub), prezident administrasiyasının tərəfdaşlıq investisiya və qeyri milliləşdirmə proqramlarına daxil etmək qərarı verdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, dövlət əmlakının özəlləşdirilməsi üçün zəruri materialların hazırlanması barədə müqavilə imzalanacaq. Müqavilə Braziliyanın İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə bağlana bilər.

Turizm Nazirliyinin verdiyi məlumata görə, 2018-ci ildə İguasu Milli Parkı ölkədə ən çox ziyarət edilən ikinci yer olub. Rio de Janeyrodakı Tijuka Milli Parkı isə turist axını siyahısında birinci yeri tutub.

Azərbaycanlılar bu şəhərdə 4 gecə qalırlar

0
turizm

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin son statistik məlumatlarına görə, Rusiyadan və MDB-nin əksər ölkələrindən gələn turistlərin sayında müsbət dinamika müşahidə olunur.

Xüsusən Azərbaycanın turizm bazarı 2019-cu ilin yanvar-oktyabr aylarında Əbu-Dabiyə turist göndərilməsini ötən illə müqayisədə ( 2.165 nəfər, +41 faiz) artırıb.

Hesabat dövründə Əbu-Dabiyə səyahət edən qazaxıstanlı turistlərin sayı ötən illə müqayisədə 13.217 nəfər artıb. Onların Əmirliklərdə keçirdikləri gecələrin sayı isə 2,5 faiz çoxalıb. Ukrayna turist bazarında bu göstəricilər üzrə artım az olsa da, stabildir: turistlərin sayı 12.818 nəfərdən 15.007 nəfərə çatıb.

Qeyd etmək lazımdır ki, MDB-dən gedən turistlər Əbu-Dabidə daha çox qalırlar. Məsələn, rusiyalı və qazaxıstanlı turistlər bu şəhərdə 5 gecə, ukraynalı və azərbaycanlılar isə 4 gecə keçirirlər.

Bütün MDB məkanının turizm bazarı üçün ilin sonunadək olan proqnozlar da müsbətdir: 140 min turistin gəlməsi (ötən illə müqayisədə 35 faiz çox) hədəfi tamamilə realdır.

Statistik məlumatlara əsasən demək olar ki, Əbu-Dabi turizm istiqamətinə maraq durmadan artır. Bunu təşviq etmək üçün həm turistlərin, həm də turizm sənayesi peşəkarlarının tələbatını artıran çoxsaylı layihələr və tədbirlər həyata keçirilir.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

0
Qobustan

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək:

“Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək”.

Aparat rəhbəri qeyd edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: 

“Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb”.

Memduh Unal: ECO-ya üzv dövlətlər arasında son 15 ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə Azərbaycandır

0
Memduh Unal

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında həm ticarət, həm də kənd təsərrüfatı sahəsində bir çox əməkdaşlıq imkanı var. Bu əməkdaşlıq məsələlərinin müzakirəsinə ehtiyac duyulur. Ona görə də İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclasına və Kənd Təsərrüfatı Nazirlərinin VI iclasına ev sahibliyi edən Azərbaycana çox təşəkkür edirik.

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinin kənd təsərrüfatı və sənaye üzrə direktoru Memduh Unal dekabrın 3-də Bakıda AZƏRTAC-a məxsusi açıqlamasında bildirib.

Azərbaycan rəhbərliyinin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün uzun illərdir çox məntiqli siyasət yürütdüyünü vurğulayan Memduh Unal deyib: “Azərbaycan neftin qiymətindən asılılığın aradan qaldırılması üçün qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük önəm verir və bu sahədə bir çox uğura nail olub. Kənd təsərrüfatı, turizm sahələri də daxil olmaqla, qeyri-neft sektoruna investisiyalar artırılıb. Bu baxımdan beynəlxalq aləmdə Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət təqdir edilir. ECO-ya üzv dövlətlər arasında son 15 ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bu, bizim hesabatlarımızda da öz əksini tapıb”.

Bakıda Çinin Fuciyan əyalətinin turizm potensialının təqdimatı olub

0
Çin

Dekabrın 3-də Bakıda Çin Xalq Respublikasının Fuciyan əyalətinin turizm potensialının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Hilton Baku” otelində gerçəkləşən təqdimat mərasimi “China Travel” LLC turizm şirkətinin təşkilatçılığı ilə reallaşıb.

Fuciyan əyalətinin Fuco şəhərinin Mədəniyyət və Turizm Bürosunun vitse-prezidenti Luo Şujong çıxış edərək son illər Azərbaycan ilə Çin arasında iqtisadi, siyasi, mədəni və turizm sahəsində əməkdaşlıq əlaqələrindən söz açıb. Bildirib ki, Çin hökumətinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan hökuməti tərəfindən dəstək göstərilir. Qeyd olunub ki, əlaqələrin daha da inkişaf etdirilməsi gələcəkdə də müxtəlif layihələrin birgə icrası ilə davam edəcək.

Fuco səhərinin turizm imkanlarından danışan Luo Şujong deyib ki, turizm imkanları inkişaf edən Fuciyan əyaləti və Fuco şəhərinə hər zaman turistlərin gəlişi maraq doğurur: “Biz yerli və digər ölkələri təmsil edən turist şirkətləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Bizim məqsədimiz qarşılıqlı turizm potensialının yüksəldilməsinə xidmət edir. Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlıq üçün münbit şərait və böyük potensial var. Biz istəyirik ki, azərbaycanlılar Fucoya turist kimi səfər etsin, biz də Azərbaycana çoxsaylı çinli turistin gəlişi üçün çalışaq. Biz bu sahədə qarşılıqlı olaraq belə tədbirlər keçirmək, təqdimatlar reallaşdırmaqla əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik”.

Bildirilib ki, Fuciyan əyalətini il ərzində 3 milyonu xarici olmaqla, ümumilikdə 90 milyon turist ziyarət edir. Bu rəqəmi yaxın gələcəkdə daha da artırmaq üçün bir çox layihələr icra olunur, işlər görülür.

Azərbaycan Turizm Bürosunun regional meneceri Rüfət Sadıxov deyib ki, Azərbaycan Çin ilə turizm sahəsində əməkdaşlıqda maraqlıdır. Bildirib ki, artıq Azərbaycanın bu ölkədə turizm nümayəndəliyinin açılması çinli turistlərin ölkəmizə gəlişini sürətləndirib. Bu ilin oktyabr ayınadək olan dövrdə ölkəmizə 25 min çinli turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım deməkdir. Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq üçün lazım olan addımlar bundan sonra da tərəflərin səyi nəticəsində davamlı olacaq.

Sonra Fuciyan əyalətinin turizm potensialını əks etdirən videoçarx təqdim edilib.

Azərbaycandan Əbu-Dabiyə turist axını artıb

0
Əbu-Dabi

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin son statistik məlumatlarına görə, Rusiyadan və MDB-nin əksər ölkələrindən gələn turistlərin sayında müsbət dinamika müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, xüsusən Azərbaycanın turizm bazarı 2019-cu ilin yanvar-oktyabr aylarında Əbu-Dabiyə turist göndərilməsini ötən illə müqayisədə ( 2.165 nəfər, +41 faiz) artırıb.

Hesabat dövründə Əbu-Dabiyə səyahət edən qazaxıstanlı turistlərin sayı ötən illə müqayisədə 13.217 nəfər artıb. Onların Əmirliklərdə keçirdikləri gecələrin sayı isə 2,5 faiz çoxalıb. Ukrayna turist bazarında bu göstəricilər üzrə artım az olsa da, stabildir: turistlərin sayı 12.818 nəfərdən 15.007 nəfərə çatıb.

Qeyd etmək lazımdır ki, MDB-dən gedən turistlər Əbu-Dabidə daha çox qalırlar. Məsələn, rusiyalı və qazaxıstanlı turistlər bu şəhərdə 5 gecə, ukraynalı və azərbaycanlılar isə 4 gecə keçirirlər.

Bütün MDB məkanının turizm bazarı üçün ilin sonunadək olan proqnozlar da müsbətdir: 140 min turistin gəlməsi (ötən illə müqayisədə 35 faiz çox) hədəfi tamamilə realdır.

Statistik məlumatlara əsasən demək olar ki, Əbu-Dabi turizm istiqamətinə maraq durmadan artır. Bunu təşviq etmək üçün həm turistlərin, həm də turizm sənayesi peşəkarlarının tələbatını artıran çoxsaylı layihələr və tədbirlər həyata keçirilir.