??YEN İL İSTANBUL TURU??
?Çox maraqlı və fərqli bir tur?
?Möhtəşəm Avtobus Turu?
? Tarix: 28.12.2019-04.01.2020 ?ERKƏN REZERVASİYA!
İndi al hissə hissə ödə.?
?İLKİN ÖDƏNİŞ 50$ (1 nəfər üçün) ÖDƏYƏRƏK QALANI TUR ZAMANINA Qədər ödəyə bilərsiniz.
Müddəti : 3 gecə 4 gün (ümumi 7 gün ) ?Qiymət: 199 USD
QİYMƏTƏ DAXİLDİR?:
?Komfortlu Avtobusla gediş və dönüş (Mercedes Travego 54 nəfərlik)
?Wifi
?3 gecə 4 Gün oteldə gecələmə (Milord Hotel 4*)
?Oteldə Səhər yeməyi 3 dəfə
?Tur Rəhbər (bütün yolboyu)
?Avtobusda çay,kofe fasilələrdə
Qax rayonunun “Təndirli” adlanan hissəsində yaşayan sakinlər illərdir mavi yanacağın üzünə həsrət qalıblar. Dərdlərinə çarə tapılmayan sakinlər son ümid yerini Sputnik Azərbaycan-da görürlər.
Rayon sakini Roza Seydəliyeva deyir ki, dəfələrlə aidiyyəti orqanlara müraciət etmələrinə baxmayaraq, onların dərdinə çarə tapan yoxdur: “Dəfələrlə müraciət eləmişik. Hər dəfə vəd verib yola salırlar. Evdə körpə uşaqlar var, mən işləmirəm, yoldaşım da xəstə. İllərdir elektrik sobasından istifadə edirik. Borc da gəlib kəllə-çarxa çıxır”.
Sözügedən bölgənin sakini Əlyar Əzimov isə bildirir ki, döymədikləri qapı qalmayıb: “2016-2017-ci illərdə dəfələrlə “Azəriqaz”-a da qonşular adından məktub yollamışıq. Onlardan müsbət cavab almadıq. 2 ay əvvəl də aidiyyatı orqanlara bir də məktub yollamışıq. Hələ ki, oradan da səs-soraq yoxdur. 10 ildir həmin ərazidə yaşayıram. Şəhərin bir hissəsidir, amma hər şeyə pul veririk. Məcbur qalıb odun alırıq. Meşələrin də qırılmasına icazə yoxdur. Açığı, heç özümüz də razı deyilik meşənin qırılmasına. Balon qazından istifadə edirik, 20 manat verib qaz vurdururuq, heç bir ay getmir. Balon qazı da çox təhlükəlidir. Dövlətimizin sərvətini bizə qıymırlar. Səlahiyyətli şəxslərə yazmaqdan yorulmuşuq. Buradakı nümayəndələrinə də deyirsən, qayıdırlar ki, “1000-1500 manat ver çəkim”. Mən o qədər pulu hardan tapım?”
Yerli sakin Jujuna Canaşvilini də illərdir ki, bu problem narahat edir: “Çox təəccüblüdür, Azərbaycan hər il Gürcüstana qaz ixrac edir. Mənim qohumlarım yaşayır orada, onlar gen-bol istifadə edirlər qazdan. Hələ üstəlik qiyməti də bizdən ucuzdur. Amma mən Azərbaycan vətəndaşıyam, illərdir ki, qaz üzünə həsrətəm. Tək qadınam, mən necə odun alım? Aldığım məvaciblə güclə dolanıram, qış gələndə maaşım ancaq elektrik xərclərinə gedir. Çünki məcburam evi elektrik avadanlıqları ilə qızdırım. “Azəriqaz” və SOCAR birinci öz yerli əhalisini qazla təmin etməlidir, ondan sonra səxavət kisəsinin ağzını açıb digər ölkələrə qaz paylasın. Azərbaycanlıların yaxşı bir deyimi var: əvvəl evinin içi, sonra çölü”.
Zümrüd Abdullayeva deyir ki, havalar soyuyan kimi evdə otura bilmirlər: “Bölgəmiz turizm bölgəsidir. Təəssüf ki, bu cür cənnət bizə zindan olub. Hər dəfə havalar soyuyanda məcbur oluruq ya Bakıya, ya da başqa yerə gedək. Əsl köçəri həyat sürürük. Dəfələrlə İcra Hakimiyyətinə, qaz idarəsinə məlumat vermişik. Ancaq boş vədlər verirlər”.
Barəsində danışdığımız bölgənin digər sakini Könül Aslanova da şikayətçilər sırasındadır: “Biz yenicə köçmüşük. Amma köçməyimizə də peşmanıq. Şəhərin yaxınlığı olmasına baxmayaraq, qaz xətləri çəkilməyib. Burada xeyli sayda insan yaşayır. Onların həyatına bu qədər laqeyd yanaşmaq nə dərəcədə düzgündür?”
Yerli sakin Eldəniz Mirzəyev də dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdiyini söyləyir: “Mən və qonşularım dəfələrlə müraciət eləmişik. Səsimizə səs verən yoxdur. Bilirsiniz ki, bu bölgə olduqca soyuq iqlimə malik bir yerdir. Burada oktyabrdan maya qədər havalar soyuq olur. Sərt şaxtalar olur. Odunla necə qızdıraq? Elektrik sobasının da qızdırmağa gücü yetmir”.
Haqqında danışdığımız ərazinin sakini Cuma Musayev də iradını bildirir: “İstəyimiz budur ki, bura qaz xətti çəkilsin. Biz də bu ölkənin vətəndaşıyıq, onun sərvətindən istifadə etməyə hər birimizin haqqı var”.
Füzuli Seydəliyev də şikayətçilər sırasındadır: “Getmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Dəfələrlə “Azəriqaz”-a müraciət etmişik. Hər il müxtəlif vədlərlə yola salırlar. Bu yaxınlarda Rayon İcra Hakimiyyətinə də müraciət etdik. İndi də deyirlər, 2020-ci ildə çəkiləcək. Belə çıxır ki, biz bu qış da qazsız qalacağıq”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Amma qurum onlarla sakinin iddiasını təkzib etmək yolu tutdu. Qurumdan sadəcə bildirdilər ki, Qax rayonundan onlara heç bir şikayət daxil olmayıb…
Yeni ilə 1 ay qalmış, bölgələrdəki lüks otellərdə qiymətlər bahalaşıb. Baxmayaraq ki, ildən ilə otellərin sayı da artır, lakin qiymətlər də hər il demək olar ki 10 fazi qalxır.
BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.
Qeyd edək ki, hazırda ölkəmizdə təklif olunan qiymətlər türkiyə, dubay hətta avropadakı tariflərdən belə yüksəkdir. Müqayisəli mənzərəni sizə təqdim edirik.
Yeni il günü Azərbaycanın bölgələrində otellərin qiyməti 1900 manat, Türkiyədə 1200, Avropa ölkələrində isə 1700 manata təklif edilir.
Hər il olduğu kimi bu il də bölgələrdə fəaliyyət göstərən otellər Yeni il ərəfəsində öz xidmətlərini çox baha qiymətə təklif edir. Quba, Qəbələ və Şamaxıda 4 ulduzlu otellərdə qiymətlər 800 min manat , 5 ulduzlu otellərdə isə 2 min -4 min manata qədər dəyişir. Ekspertlər ildən ilə qiymətlərin artdığını deyirlər.
Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən otellərin çox az hissəsi gündə 3 dəfə qidalanma təklif edir. Göstərilən qiymətlərə isə yalnız səhər yeməyi daxildir. Halbuki 1000 manatdan başlayan qiymətlərlə qarşılama, yola salma və 3 dəfə qidalanma da daxil olmaqla, 5 gün ərzində yeni ili Türkiyədə keçirmək mümkündür.
Ekspert onu da bildirir ki, qiymətlərin baha olmasına əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması və hər dəfə yeni ildə ölkəyə daha çox turistin gəlməsidir. Qiymətlərin bahalılığına baxmayaraq, hazırda bölgələrdə əksər otellərdə yerlərin çoxu satılıb.
Oş şəhərindəki S.İbrahimov adına Milli Dram Teatrında “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” ilinin təntənəli bağlanış mərasimi keçirilib.
turizm
İclasda Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və ya müavinləri, digər qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan Mədəniyyət nazirinin müavini Rafiq Bayramov da tədbirə qatılıb.
turizm
Nazir Azamat Jamankulov deyib ki, qədim Oş şəhəri il ərzində bütün türk dünyasının və türk xalqlarının mədəniyyət paytaxtı olub və bu qürurverici haldır.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” ili çərçivəsində keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu mühüm tədbirlərdən sonra Oş şəhəri bütün dünyada daha çox populyarlıq qazanıb və daha çox tanınıb.
turizm
Mərasimdə Oş şəhərinin meri Taalaybek Sarıbaşev estafeti Özbəkistanın Xivə şəhərinin meri Sabir Jumaniyazova verib.
Qırğızıstanın və digər türk dövlətləri musiqi kollektivlərinin konsert proqramı ilə tədbirə yekun vurulub.
Tədbirdən və konsertdən fotoreportajı təqdim edirik.
Cari ilin oktyabrında Çinin Honkonq xüsusi inzibati bölgəsinə səfər edənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,7 faiz azalaraq, 3,31 milyon nəfərə düşüb.
Bu barədə Honkonqun turizm bürosu məlumat yayıb. Ümumilikdə Honkonqu ziyarət edənlərin sayında azalma iğtişaşlar başlayandan sonra, iyul ayından bəri müşahidə olunur. Ötən ay Çinin materik hissəsindən səyahət edənlərin sayı azalıb. Honkonqa səyahət edənlərin sayı 45,9 faiz, Yaponiyadan olanların 44,9, ABŞ turistlərin sayı isə 38,2 faiz azalıb. Yanvar-oktyabr aylarında Honkonqa səfər edənlərin sayındakı azalma 4,7 faiz təşkil edib.
İnzibati bölgənin əsas aviasiya şirkətlərindən olan “Hong Kong Airlines” gələn ilin fevralından Kanadanın Vankuver, Vyetnamın Xoşimin və Çinin Tiencin şəhərlərinə uçuşları dayandıracağını açıqlayıb.
Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilib. Zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırırlar. Həmçinin polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il avqustun 2-də “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bununla bağlı Tədbirlər Planı təsdiq edilib.
Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik edərək deyib: Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, tədqiq edərək üzə çıxarırlarsa, muzeylər də onu yaşadaraq gələcək nəsillərə çatdırır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq tarixi-mədəni irsə və milli dəyərlərə qayıdış siyasətinin tərkib hissəsi olaraq ölkəmizdə geniş muzeylər şəbəkəsi yaradılmış, rayonlarda tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri istifadəyə verilmişdir. Müstəqillik illərində isə Ulu Öndərin rəhbərliyi ilə muzey işi inkişafın yeni mərhələsinə qədəm qoymuş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası yaradılmışdır.
Naxçıvan Dövlət Tarix Muzeyi
Muzey işinin vacibliyini önə çəkən Ulu Öndər deyirdi ki, “Milli ənənələrimizin, tarixi irsimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu əsasda tərbiyə etmək üçün muzeylər lazımdır”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında muzeylərin yaradılması və inkişafı diqqətdə saxlanılır. Ən qədim insan yaşayış məskənlərinin və tarixi abidələrin mövcudluğu, dünya tufanı və Nuh peyğəmbərlə bağlılıq, 5-7 min illik şəhərsalma mədəniyyəti, sənətkarlığın inkişafı Naxçıvanda Azərbaycan xalqının böyük tarixi-mədəni irsinin, milli dəyərlər və adət-ənənələr sisteminin yaranmasına, bununla yanaşı həm də muzeylərin formalaşmasına səbəb olmuşdur. Muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılmış, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılmışdır. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir.
Ali Məclisin Sədri deyib: Naxçıvanın müasir inkişafı, xüsusilə bütün sahələrdə yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması muzey işinin də dövrün tələblərinə uyğunlaşdırılmasını zərurətə çevirmişdir. Muxtar respublikada məktəb-muzey şəbəkəsinin yaradılması və interaktiv dərslərin keçirilməsi, muzey günlərinin təşkil olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası tədris olunur. Tələbələr muzeylərdə açıq dərslərə və praktik işə cəlb olunur. Kadr hazırlığı diqqətdə saxlanılır. Naxçıvan Dövlət Tarix Muzeyinin ötən 95 ildəki fəaliyyəti də muxtar respublikada muzeyşünaslığın inkişafında mühüm mərhələ kimi dəyərləndirilməlidir. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində yaradılan və muxtariyyətin yaşıdı olan bu mədəniyyət müəssisəsi ilk illər Tarix-Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərmişdir. Muzeyin formalaşmasında 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Muzey sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmiş, 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirmişdir.
Naxçıvan Dövlət Tarix Muzeyi
“Muzeyləri qorumaq hər kəsin vətəndaşlıq borcudur”, – deyən Ulu Öndərin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Dövlət Tarix Muzeyi də mühüm inkişaf yolu keçmişdir. Müstəqillik dövründə muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Tarix Muzeyi üçün yeni bina ayrılmış, aparılan tədqiqat işləri fondu zənginləşdirmiş, yeni şöbələr yaradılmışdır. Bu gün muzeydə xalqımızın qədim və zəngin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.
Ali Məclisin Sədri deyib: Muzeylərə sadəcə maddi mədəniyyət nümunələrinin saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər həm də elm ocaqlarıdır. Naxçıvan Dövlət Tarix Muzeyi də ötən dövrdə Naxçıvanda tarixşünaslıq elminin inkişafına mühüm töhfə vermişdir. Hazırda muzeydə mühafizə olunan hər bir eksponat ayrıca tədqiqat mövzusudur. Xalq o zaman mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri və zəngin mədəniyyəti olsun. Son illər Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar aparılmış, beynəlxalq konfranslar keçirilmiş, arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş və toplanmışdır. Həmin maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu mərkəz kimi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Qeyd olunub ki, muzey bir tərəfdən də Naxçıvanın turizm potensialının inkişafına töhfə verir. Hər il minlərlə turist muzeyə ekskursiya edərək tariximiz, mədəniyyətimiz və etnoqrafiyamız haqqında ətraflı məlumat toplayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Muzeyin mənası, əhəmiyyəti xalqın tarixini təbliğ etdirməkdən, mədəniyyətin səviyyəsini göstərməkdən ibarətdir”. Bu mənada Naxçıvan Dövlət Tarix Muzeyi tariximizin və mədəniyyətimizin təbliği, gənc nəslin dəyərlərimizə sədaqət ruhunda tərbiyəsi sahəsində mühüm bir missiyanı yerinə yetirir. Çünki tariximiz gələcək nəsillərə təkcə kitablarda yazılmaqla deyil, həm də muzeylərdə qorunmaqla, nümayiş etdirilməklə öyrədilməlidir. Naxçıvan Dövlət Tarix Muzeyi bundan sonra da tarixi-mədəni irsimizin qorunub saxlandığı mərkəz kimi fəaliyyətini davam etdirməli, elm və təhsil müəssisələri, alim və tədqiqatçılarla, gənclərlə muzey arasında əlaqələr daha da gücləndirilməlidir.
“Müdrik fikirlərin birində deyilir ki, tarix gələcək haqqında elmdir. Bu fikirdə böyük həqiqət vardır. Əgər biz tariximizə sahib çıxır, onu öyrənir və təbliğ ediriksə, deməli gələcəyimiz üçün əsaslı təminat yaratmış oluruq. Naxçıvan Dövlət Tarix Muzeyinin bundan sonrakı fəaliyyəti də keçmişimizi yaşatmaq və gələcəyimizə xidmət amalı olmalıdır” – deyən Ali Məclisin Sədri bu yolda muzeyin kollektivinə uğurlar arzulayıb. Yubiley münasibətilə bir daha təbrik edib.
Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.
Ali Məclisin Sədri təltifləri təqdim edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi muxtar respublikada muzey işinin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür. Bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulub. Bu sahədə mühüm işlər həyata keçirilib. Son 24 ildə muxtar respublikada müxtəlif profilli 17 muzey yaradılıb. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Muzeylərdə 140 mindən artıq eksponat qorunaraq mühafizə edilir. Bu ilin ötən dövründə muzeylərimizi 584 mindən çox tamaşaçı ziyarət edib. Onlardan 166 mindən çoxu xarici ölkə vətəndaşıdır. Ötən dövrdə muxtar respublika sakinləri tərəfindən muzeylərimizə 5083 eksponat təqdim edilib.
Vurğulanıb ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsi olmaqla yanaşı, həm də muzey kollektivlərinin, ümumilikdə mədəniyyət işçilərinin əməyinə verilən yüksək qiymətdir. Natəvan Qədimova bu diqqət və qayğıya görə muxtar respublikanın bütün mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov kollektiv adından minnətdarlıq edib. O deyib ki, muzeylərə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında müxtəlif profilli muzeylərin yaradılması haqqında imzalanan sərəncamlar, Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Naxçıvan Dövlət Tarix Muzeyi də diqqət və qayğıdan kənarda qalmayıb. Məhz, Ali Məclis Sədrinin təşəbbüsü ilə 2000-ci ilin noyabrında muzey yenidən qurulan indiki binasına köçürülüb. 2007-ci ildə muzey binası əsaslı təmir olunub. Lazımi avadanlıqlarla təchiz olunaraq kollektivin istifadəsinə verilib. Son 20 ildə muzey fonduna 12 minə yaxın eksponat daxil edilib.
Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Nuri Xavər çıxış edərək deyib: “Mən 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsindən məzun olmuşam. Həmin il Naxçıvan Dövlət Tarix Muzeyində bələdçi kimi işə başlamışam. Naxçıvan Dövlət Tarix Muzeyində yaradılan iş şəraiti, gənc kadrlara və muzey işinə göstərilən diqqət qısa zamanda işimin öhdəsində layiqincə gəlməyə imkan verdi. Naxçıvan Dövlət Tarix Muzeyində işləmək həm qürurverici, həm də çətindir. Çünki bu işdə dünyagörüş, dərin bilik tələb olunur. Muzeyimizdəki hər bir eksponat tariximiz, bugünümüz və gələcəyimizdir. Buna görə də mən hər zaman muzey işinin sirlərinə dərindən yiyələnməyi, bu sahədə biliyimi daha da artırmağı özümə borc hesab edirəm. İşimin ən şərəfli tərəfi isə tariximizi yerli vətəndaşlarla yanaşı, dünyanın bir çox fərqli ölkələrindən gələn turistlərə çatdırmaq və təbliğ etməkdir. Bu gün yubiley tədbiri muzey kollektivi üçün ikiqat qürurvericidir. Çünki Ali Məclis Sədrinin Sərəncamı ilə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından ikisi Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaş isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar. “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan əməkdaşlar arasında mənim də adım vardır. Bu, gənc əməkdaş kimi fəaliyyətimə verilən yüksək qiymətdir. Yaradılan şəraitə, eləcə də əməyimizə verilən yüksək qiymətə görə təltif olunan muzey işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığımızı bildiririk”.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olub.
Hörmətli Turistlər, Möhtəşəm 5* QAX EL RESORT HOTELİNDƏ Gecələməklə QAX – ŞƏKİ – QƏBƏLƏ – TUFANDAĞ TURUna Qeydiyyatdan keçməyə Tələsin! ?
● Tarix : 14-15 Dekabr (1 gecə/ 2 gün)
● Qiymət – 79 Azn
Tura daxildir:
✔ Nəqliyyat xidməti
✔ Qax El Resort Hotelində Gecələmə (5*)
✔ Qidalanma: 2 dəfə Səhər yeməyi
✔ Hoteldaxili Fitness və SPA xidmətləri, Sauna və Türk hamamı, Qapalı Hovuz, Fitness zalı, Tennis masası, Bilyard, Cinema Club
✔ Ekskursiyalar:
Qax – Ulu körpü, Sumuq qala
Şəki – Xan Sarayı, Karvansaray, Şirniyyat evi,
Qəbələ – Turizm Kompleksi, Nohurgöl ✔ Qayıdışda Çay fasiləsi ✔ Fotoçəkiliş ✔ Tur Rəhbəri
✔ Yolboyu Əyləncəli Oyunlar
Qiymətə daxil deyil:
-Muzey və komplekslərə giriş biletləri
#Qeyd: – 0-5 yaş uşaqlar pulsuz (1 uşaq) avtobusda və hoteldə yer tutmazsa
Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalanandan sonra Xəzəryanı region ölkələrinin əməkdaşlığı yeni stimul alıb. Bizim ortaq dənizimiz həm də ortaq qayğımız deməkdir. Ona görə də “Xəzər dialoqu” forumu bu dənizin qorunub saxlanması və müdafiəsi problemlərinə görə narahat olan insanları birləşdirir.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Konvensiya iştirakçısı olan ölkələrin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən biri barədə danışıb.
-Dmitri İvanoviç, Moskvada “Xəzər dialoqu-2019” adlı XII beynəlxalq iqtisadi forumun işi başa çatıb. Bu unikal sututarın qorunub saxlanması üçün həmin tədbirin əhəmiyyəti nədən ibarətdir?
-Forumun adında “iqtisadi” sözü olsa da, biz hamımız başa düşürük ki, Xəzərin ekoloji sistemi qorunmasa, onun bioloji resurslarının təkrar istehsalı təmin edilməsə, bu dənizin təbii sərvətlərindən istifadə etmək mümkün deyil. Əgər bu işlər görülməsə, Xəzər akvatoriyasının hər hansı hissəsində yaranan böhran həm dənizin özü üçün, həm də onunla həmhüdud dövlətlərin inkişaf perspektivləri üçün böyük fəlakətə çevrilə bilər. Lakin əgər Xəzərin resurslarının qorunması və bərpası üzrə ümumi səylər birləşdirilsə, ölkələrimiz hələ əsrlərboyu Xəzərdə dənizçilik və balıq ovu, neft və qaz hasilatı ilə məşğul ola, turizm sahəsini inkişaf etdirə və ən başlıcası, dövlətlərarası əməkdaşlığı genişləndirə bilərlər. “Xəzər dialoqu” forumunun əhəmiyyəti hakimiyyət nümayəndələrinin, innovasiya şirkətlərinin, “beyin hücumu” prosesində Xəzərin qorunması üzrə kompleks tövsiyələr hazırlayan alim və ekspertlərin potensialını birləşdirməkdən ibarətdir. Keçənilki forumun iştirakçıları tərəfindən qəbul edilmiş qətnamədə nərə balıqları yetişdirilməsindən, Xəzər suitisinin qorunmasından başlamış, dənizdə brakonyerliyə qarşı mübarizəyə qədər çox geniş ekoloji tədbirlər spektri nəzərdə tutulur.
-Siz Azərbaycanla daim əlaqə saxladığınız üçün yəqin ki, Xəzərdə əməkdaşlıqda bu dövlətin rolunu qiymətləndirə bilərsiniz?
-Şübhəsiz, Azərbaycan Xəzərdə müştərək layihələrin ən fəal iştirakçılarından biridir, ekoloji problemlərin həllinə onun töhfəsi isə durmadan artır. Məsələn, Azərbaycan zooloqları Xəzər suitisi üzrə işçi qrupun tərkibinə daxildirlər. Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyası Xəzər dənizinin mineral resurslarının və bioloji müxtəlifliyinin öyrənilməsindən başlamış onun ekosisteminə antropogen təsirin qiymətləndirilməsinə qədər müxtəlif məsələlər üzrə sıx əməkdaşlıq edirlər. Yenicə başa çatmış forumda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də iştirak edirdi. Şirkət Xəzər şelfində neft hasilatı prosesində hər hansı ekoloji risklərin istisna olunmasında maraqlıdır. Qısa desək, Azərbaycan məsul dövlət kimi bizim ortaq dənizimizin təhlükəsizliyi ilə bağlı bütün layihələrdə qarşılıqlı fəaliyyətin zəruri olduğunu dərk edir.
-“Təhlükəsizlik” anlayışına başqa mövqedən yanaşsaq, Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradılması nə dərəcədə aktualdır?
-Bu məsələnin həllini təxirə salmaq olmaz, çünki Xəzər qeyri-sabitlik mənbələrinə və böhranlı regionlara bilavasitə yaxın ərazidə yerləşir. Dünyada turbulentliyin artması isə yeni-yeni təhdidlər doğurur. Geosiyasi baxımdan Xəzər regionu həm iqtisadi, həm də hərbi-siyasi mənada çox mühüm rayondur. Məhz bu səbəbdən, ABŞ və Avropa İttifaqı kimi xarici qüvvələr Xəzəri öz nəzarəti altına almaq istərdilər. Qəbul edilmiş Konvensiyada Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin konturları cızılıb və ona qapalı dəniz statusu verilib. Buna görə, Konvensiyanın iştirakçıları olmayan ölkələrin hərbi gəmilərinin Xəzər akvatoriyasında olması istisna edilir, Xəzərin sahilində isə digər ölkələrin obyektləri, bazaları və hərbi dəstələri olmamalıdır. Bundan əlavə, Konvensiyanın iştirakçısı olan ölkələrin öz ərazilərini Xəzərdə onların qonşularına qarşı hərbi fəaliyyət və təcavüz üçün digər dövlətlərə təqdim etməsi qadağan olunub. Xəzəryanı ölkələrin hər birinin öz hərbi dəniz donanması var. Onların vaxtaşırı keçirilən təlimlərində birgə fəaliyyətin əlaqələndirilməsi və ehtimal edilən hərbi-texniki əməliyyatların detalları sınaqdan keçirilir.
-Axı Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti təkcə silahlı qüvvələr xətti üzrə həyata keçirilmir?
-Təhlükəsizlik çoxfaktorlu anlayışdır. Məsələn, Xəzərdə gəmiçilik güclü külək, toz fırtınası və ya dumanlı hava, həmçinin dənizin buz bağlaması ilə mürəkkəbləşən şəraitdə həyata keçirilə bilər. Buna görə də Xəzər akvatoriyasında gəmilərin təhlükəsizliyini təmin etməkdir. Brakonyerliyə, narkotrafikə, terror təhdidlərinə qarşı səmərəli mübarizə aparmaqdır. Müxtəlif fövqəladə hallara operativ reaksiya vermək zəruridir. Bunun üçün Xəzəryanı ölkələrin sərhədyanı xidmətləri və fövqəladə hallar nazirliklərinin bölmələri təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi, xarici risklərin qarşısının alınması və fövqəladə hallarda yardım göstərilməsi tədbirlərini birlikdə həyata keçirirlər. Xəzər regionundakı ölkələrin heç biri bütün bunları təkbaşına kompleks şəkildə həyata keçirə bilməzdi. Buna görə də Xəzərin təhlükəsizliyinin açarı əməkdaşlıqdır.
-Siz terrorizmin adını çəkdiniz. Xəzər dənizi sahillərində yerləşən dövlətlər üçün bu təhlükə nə dərəcədə realdır?
-Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin çoxunda müşahidə olunan siyasi və sosial qeyri-sabitlik davam etdikcə aktual olaraq qalan terror təhdidi Rusiyanın və onun müttəfiqlərinin təhlükəsizliyinə təsir göstərəcək. Bu vəziyyətdə Xəzəryanı dövlətlərin silahlı qüvvələrinin əhəmiyyəti region hüdudlarından kənara çıxır. Terrordan çəkindirmə funksiyasını yerinə yetirir. Məsələn, Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin qoşunları və regiondakı tərəfdaşlarının bölmələri ilə qarşılıqlı əlaqə saxlamaqla yanaşıdır. Həm də ticarət yollarının və neft yataqlarının mühafizəsini təmin edirlər. 2015-ci ilin payızında döyüş gücünün tətbiqi çox əyani şəkildə nümayiş etdirildi. O vaxt Xəzər dənizi akvatoriyasından havaya qaldırılan 26 ədəd “Kalibr” qanadlı raketi 1500 kilometrdən artıq məsafədə Suriya terrorçularının obyektlərini məhv etdi. Terrorizmə və ekstremizmə qarşı mübarizədə Rusiyanın əsas müttəfiqlərindən biri olan Azərbaycan MDB-nin cənub cinahında və Yaxın Şərqdə təhlükəsizliyi təmin edir.
Çox mühüm bir fikri hamının diqqətinə çatdırmaq istəyirəm: Xəzərin resurslarının tədqiqi və mənimsənilməsi ilə bağlı bütün perspektivlər, dənizin bioloji resurslarının qorunub saxlanması və təkrar istehsalı ilə bağlı hər hansı layihələr yalnız o halda reallaşdırıla bilər ki Xəzər dənizi təhlükəsizlik və əməkdaşlıq ərazisi kimi qalsın. Buna görə də Konvensiyanın iştirakçıları olan ölkələrin silahlı qüvvələrinin başlıca vəzifəsi dəyişməz qalır. Bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyini və ortaq Xəzər məkanında bu dövlətlərin müştərək iqtisadi fəaliyyətini təmin etmək.
Yeni İli harda qarşılayacaqınıza hələdə qərar verməmisiniz? O zaman sizə bir təklifimiz var.2⃣0⃣2⃣0⃣ni birlikdə,Avropa və Asiya qitəsində ,Türkiyənin ulduzu ??İstanbul?? şəhərində qeyd edək???Özüdə ??şooook??qiymətə cəmi 199??
?Tarix : 28.12.2019-04.01.2020
?4 gün /3 gecə (ümumi 7 gün)
?Qiymət: 199?( 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub )
İlkin ödəniş : 50 ?(1 nəfər üçün)
Qiymətə daxildir:
? Komfortlu Nəqliyyat
? Oteldə (4 gün/3 gecə) gecələmə .
? Ekskursiya
? Səhər yeməyi (oteldə)
? Qrup şəklində fotosesiya
??♂Tur rəhbər
?Yol boyu əyləncəli və hədiyyəli oyunllar
Ekskursiyalar ?İstanbul gəzintisi ?Çukur və Cənnət mahellesinin çəkildiyi yer ?Şərifiyyə Sarıncı ?Yerbatan Sarıncı ?Dolmabahçe Sarayı ?Madame Tussauds ?Sultanahmed ?Ayasofya ?Top Kapı ?Gülhanə parki ?Mısır Çarşı ?Eminönü balıq yeməyi ?İstanbul İstiklal Caddesi ?Laleli Pazar ?Kapalı çarşı ?Taksim meydanı ?Vapur gəzintisi ( 45 TL) ? Böyük Ada (30 TL) ?İstanbul akvarium ( 100 TL) * ?Batumi gəzintisi ?Ali və Nino ?Batumi bulvari * Ekstra gəzintilər ?Trabzon Uzungöl ?Trabzon Ayderi Yaylasi ❎Qiymətə daxil deyil: ? Giriş biletləri ?Trabzon Uzungöl və Ayderi Yaylasına gediş dönüş.( 20 ?) ?Qala gecəsi ( 40 ?)Gəmidə Keciriləcək. Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək). Ətraflı məlumat və qeydiyyat üçün
“Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunur”.
Bunu Azərbaycan Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.
Onun sözlərinə görə, kənd turizminin inkişafı üçün kənd evlərinin imkanlarının artırılması nəzərdə tutulur: “Kənd turizminin inkişafı üçün bir necə istiqamət nəzərdə tutulur. Bunlar münasib kənd evlərinin siyahıya alınması, eyni zamanda onların icma şəklində formalaşdırılmasıdır. Daha sonra əsas istiqamətlərdən biri müəyyən islahatlar tətbiq edilməklə kənd evlərinin sahiblərini fəaliyyətə cəlb etməkdir”.
F.Zenqstşmit əlavə edib ki, əsas məqsədlərdən biri daha münasib olan büdcə hotellərinin ölkə vətəndaşlarına əlçatanlığını təmin etməkdir.
Onun sözlərinə görə, müşahidələr göstərir ki, ölkəyə gələn turistlər 4 və 5 ulduzlu hotellərdə qalırlar: “Amma Dövlət Turizm Agentliyinin aşağı büdcəli hotellərdə qalmaq istəyən turistlər üçün də müəyyənləşdirilmiş xüsusi dəstək çərçivəsində məhz belə münasib hotellərin tikilməsi ilə bağlı da təklifləri var. Kənd yerlərində yaşayanlar öz evlərini bu şəbəkəyə əlavə etməklə və münasib təlim keçməklə belə bir platforma yarada bilərlər. Amma təəssüflər olsun ki, onların bir şəbəkəyə qoşulma imkanları mövcud deyil. Platformalar əlverişli şəkildə yerli və xarici turistlərə təqdim edilir”.