Noyabrın 9-u və 10-da Göyçayda XIV Nar festivalı keçirilir. Festivaldan rəngarəng görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Nar festivalı
Doğma diyarımız bir çox təbii nemətlərlə zəngindir. Zəngin təbiəti və doqquz iqlim tipi burada müxtəlif meyvələrin becərilməsinə zəmin yaradır. Bu meyvələrdən biri də nardır.
Nar festivalı
Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Ölkəmizdə Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Narın əsas məkanı isə Göyçaydır. Burada yetişən nar öz şöhrəti ilə dünyaya səs salıb.
Nar festivalı
Bu məşhurluğun təsbiti kimi bu il də Göyçayda Nar festivalı təşkil olunub. Sayca 14-cü festivalda minlərlə turist, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.
Nar festivalı
Builki bayramın özəlliyindən biri də festivalın 9 Noyabr Bayraq Gününə təsadüf etməsi olub. Tədbir Bayraq meydanında üçrəngli bayrağımızın ucaldılması ilə start götürüb. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları salamlayıb və onları müxtəlif nar çeşidləri və ondan hazırlanan məhsullarla tanış olmağa dəvət edib.
Nar festivalı
Tədbirdə nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib. Builki nar bayramı məhsul satışının çoxluğu və rayona səfər edən qonaqların sayı ilə yadda qalıb. İki gün davam edəcək festivala turizm şirkətləri turlar təşkil edib və turistlərə nar və nar məhsullarının alınması üçün şərait yaradılıb.
Ətirli Mandarin bağlarına heyran qalacaqsınız!
*Tarixlər: 16 Noyabr
*Qiymət :⤵
*25 manat
✅ Tura daxildir:⤵ ✅ (Astara Mandarin bağları turu) ✅ Vip nəqliyyat ilə gediş-gəliş (Yeni istifadəyə verilmiş ƏLƏT-ASTARA yolu ilə) ✅ Səhər yeməyi ✅ çay süfrəsi ✅ Axşam çay süfrəsi ✅ Mandarin bağlarında gəzinti,mandarin təsərrüfatı ilə yaxından tanışlıq. ✅ Yerli düyü,çay meyvə və s alış veriş etmək imkanı) ::::::::::::::::::::::::::::::::::::::::::::::: ✅ Ekskursiyalar:⤵ ✅ Astara Bulvarı,Yanarbulaq,dağlıqda ərazidə yerləşən füsunkar mənzərəli Mandarin-Sitrus bağında gəzinti,Lənkəran Samovar heykəli) ✅ Professional tur rəhbəri ✅ Fotosessiya ✅ Hədiyyəli intellektual oyunlar “””””””””””””””””””‘””””””””””””””””””””” ℹ Tur zamanı spritli içkilərin qəbulu qəti qadağandır ℹ Nəqliyyatda gedərkən siqaretin qəbulu qəti qadağandır ℹ 0-5 Yaşlı uşaqlar yer verilməzsə tam pulsuz “””””””””””””””””””””””””””””””””””””””” ✅ Toplaniş:⤵ ✅ Gənclik m/s 06:30 ✅ Bakıdan çıxış: saat 07:00 ✅ Bakıya qayıdış: (çatma vaxtı) 22:30 :::::::::::::::::::::::::::::::::::::::::::::::: Qeydiyyat üçün əlaqə:⤵
Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” ilk qaçış marafonu keçirilib.
“Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı altında təşkil olunan marafona ilk olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti dəstək verib. Kollektiv olaraq yürüşə qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, qaçış marafonunun keçirilməsində əsas məqsəd təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Mətbuat katibi qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanın milli parklarından birində bu cür kütləvi maarifləndirici və ətraf mühitin mühafizəsinə diqqət çəkən qaçış marafonu keçirildi: “Bu, ekoloji turizmin təbliği, sağlam həyat tərzinin təşviqinə yönələn tədbir olmaqla yanaşı, insanların həftəsonu günlərini təbiət ərazilərində səmərəli keçirmələri üçün bir nümunədir. Çox sevindiricidir ki, Dövlət Bayrağı Gününü milli parkda yaddaqalan tədbirlə qeyd etdik. Ətraf mühitin sağlamlaşdırılmasına, sağlam həyat tərzinin aşılanmasına hədəflənən bu cür tədbirlər davamlı olaraq digər milli parklarımızda da təşkil olunacaq. Marafona qoşulan 70-ə yaxın iştirakçı 6 kilometr məsafə qət edib və finiş xəttini keçən ilk üç marafonçu hədiyyələrlə mükafatlandırılıb. Həmçinin marafonun bütün iştirakçılarına mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı verən dəvətnamə təqdim olunub”.
Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova ilk öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təbiət qoynunda, əlamətdar bir gündə marafonu təşkil etdiyinə görə minnətdarlıq bildirib: “Bayram günü olmasına baxmayaraq, hər iki qurumun əməkdaşları marafonda aktiv iştirak etdilər. Bu gün sağlam həyat tərzini təbliğ etdik, ətraf mühitin mühafizəsinə diqqət çəkdik və milli parklarımızdan birini göstərmiş olduq. Düşünürəm ki, bu tədbiri keçirtməklə digər vətəndaşlar üçün yaxşı nümunə ola bildik”.
Yarışın qalibləri Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Şahmar Rzayev və Günəş Bünyadzadə qaçış marafonun təşkilini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar bu gün milli parkda sağlam həyat tərzi keçirdiklərini və buradan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər. Yarış iştirakçıları digər qurumların da belə tədbirlər keçirməsini tövsiyə ediblər.
Azərbaycana daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətlər ilə fəal iş aparılır.
Bu barədə Şanxayda keçirilmiş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı zamanı bildirilib.
Sərginin paralel forumlarından olan 2-ci Çin sərgi sənayesi ticarəti beynəlxalq forumunda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, son illər ölkəmizdə turizm sənayesində böyük inkişaf müşahidə olunur. Hökumətin bu sahənin inkişafı ilə bağlı strateji planına uyğun olaraq görülmüş işlər nəticəsində Azərbaycanda turizmin müxtəlif növləri üzrə ən müasir standartlara uyğun infrastruktur yaradılır. Gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, zəngin və dadlı mətbəxi ilə Azərbaycan turizm sektoru sürətlə böyüyən ölkəyə çevrilir. Bundan başqa, Azərbaycan, xüsusən də paytaxt Bakı beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Ötən bir neçə ildə Bakıda beynəlxalq səviyyəli 50 tədbir keçirilib. Bir neçə gün əvvəl isə paytaxtımız 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bütün bu amillər əcnəbi turistlərin marağına səbəb olur.
F.Nağıyev qeyd edib ki, Azərbaycan Çin ilə digər sahələrdə olduğu kimi turizm üzrə də əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabrından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Cari ilin martında isə Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Hazırda Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi olub. Habelə “ASAN Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bundan başqa, Çinin müxtəlif şəhərlərində Azərbaycanın turizm imkanlarının təqdimatları keçirilib. Ölkənin tanınmış onlayn səyahət platformaları – 300 milyondan çox istifadəçiyə xidmət göstərən “Trip.com” əməkdaşlıq olur. 100 milyondan çox istifadəçisi olan “Qyer.com” ilə əməkdaşlıq aparılır. Bunların nəticəsidir ki, ölkəmizə səfər edən çinlilərin sayında ciddi artım müşahidə olunur. Cari ilin 10 ayı ərzində Azərbaycan səfər edən çinli turistlərin sayında 64 faiz artım müşahidə olunub.
Forumda Azərbaycanın turizm brendi “Azerbaijan: Take Another Look” (“Azərbaycan: Bir daha bax”) filmi nümayiş olunub.
Qeyd edək ki, 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın ölkə pavilyonunda respublikamızın turizm potensialına dair videoçarxlar, nəşrlər, elektron materiallar nümayiş olunub.
Ümumdünya Sufi Mərkəzinin təşəbbüsü ilə Daşkənddə ikinci “Nəqşibəndiyyə turizm festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda ABŞ, Çin, Malayziya, İndoneziya, Türkiyə, İngiltərə, Yeni Zelandiya, Hindistan, Avstraliya və digər ölkələrdən gələn Nəqşibəndiyyə sufi təriqətinin 250 ardıcılı iştirak edib.
Festivalın keçirilməsində məqsəd məşhur Şərq mütəfəkkirlərinin İslamın inkişafında və dünya sivilizasiyasındakı roluna lazımi qiymət verməkdir.
Festival çərçivəsində Daşkənd, Buxara, Səmərqənd və Termez şəhərlərinə ziyarət-turizm turları təşkil ediləcək. Sufi təriqətinin ardıcılları Həzrət Baxouddin Nəqşibəndi, İmam Al-Buxari, Hacı Əxrar, İmam Abu Mansur al-Maturidi, Həzrət Abduxaliq Qijduvani, Xoca Mahmud Ənjir Fəqnavinin memorial komplekslərini, həmçinin Səmərqənddəki Şahi Zində kompleksini, Reqistan meydanını, Uluqbəyin rəsədxanasını və Termezdəki İmam Termezi kompleksini ziyarət edəcəklər.
Qeyd edək ki, Nəqşibəndiyyə sufi təriqəti Buxarada yaşayan görkəmli din xadimi Baxouddin Nəqşibəndinin (1218-1389) adı ilə bağlıdır. Dünyada Nəqşibəndiyyə sufi təriqətinin 40 milyondan çox ardıcılı var. Təkcə Malayziyada onların sayı 15 milyondan çoxdur.
Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzidir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir.
Kənd evi layihəsində yeni bir tur daha… ? Sizləri 2 günlük Quba,Qusar turuna dəvət edirik…
? Tarix: 16-17 noyabr ? Qiymət: 43 Azn Qiymətə daxildir: ?Komfortlu nəqliyyat ?Gecələmə – kənd evində ( ailəvi gələnlər nəzərə alınacaq ) ?Səhər yeməyi ☕Çay süfrəsi ( kənd evi abu-havasında ) ??Tur rəhbər ?Limitsiz fotosessiya ?Yol boyunca musiqi ?Maraqlı və hədiyyəli oyunlar Ekskursiyalar: 1⃣Quba Çənlibel gölü 2⃣Quba Qəçreş meşəsi 3⃣Qusar Laza şəlaləsi ————————————— Toplanış: 16 noyabr 06:30 Gənclik Mall’ın qarşısı Yola düşmə vaxtı: 07:00 ?Qeydlər Yerlər limitlidir. Tur zamanı spirtli içkilər qəti qadağandır. Əyləncə,gəzinti, vaxtını dəyərli etmək istəyən hər kəs qatıla bilər.
İsveçrə landşaftının böyük hissəsini Alp dağları tutur. Təəccüblü deyil ki, İsveçrə regionlarının çoxunun dağ turizm marşrutu var. Lütsern də istisna deyil. Onun əsas görməli yerlərindən biri Mərkəzi İsveçrənin rəmzi olan Pilatus dağ massividir. Bu dağ massivinə səyahətin ecazkar mənzərələrlə müşayiət olunan marşrutuna bərə ilə kruiz, qatarda gediş, habelə qondola deyilən kanat yolu kabinəsində geri qayıtma daxildir. Dağın zirvəsində qonaqları Lütsernin və ətraf bölgələrin heyrətamiz mənzərələrini seyr etmək, dağlıq restoranda nahar etmək və Alp dağlarında məskunlaşan, insanlardan əsla qorxmayan, bəzən hətta onların zəhləsini aparan dolaşalarla ünsiyyətdə olmaq fürsəti gözləyir.
Lütsern – Pilatus
Vahiməli funikulyor və “zəhlətökən” dolaşalar
Region üzərində ucalan Pilatus dağ massivi əzəldən insanların təxəyyülünü coşdurur. Bir vaxtlar yerli sakinlər düşünürdülər ki, dağın zirvəsi əjdahalar məskənidir. “Pilatus” adının özü isə çox güman, latın sözü olub “şlyapa qoymaq” mənasını verən “pilleatus” sözündən əmələ gəlib. Həqiqətən də Pilatusun 2128 metrə çatan zirvəsi çox vaxt qalın buludlarla dövrələnmiş olur.
Hazırda Pilatus ekskursiyalar keçirmək üçün populyar yer, müşahidə meydanı və macəra axtaranlar üçün maqnitdir. Turistlər zirvəyə yolu bərə ilə kruizdən başlayırlar. Təəccüblü deyil ki, bərə nəqliyyatı Lütsern gölü bölgəsində ictimai nəqliyyatın bir növüdür. Bərələr Lütserni sahildəki yaşayış məntəqələrinin çoxu, o cümlədən Alpnahştad kəndi ilə birləşdirir. Burada səyyahlar xüsusi dişli qatara oturur və Pilatus dağının zirvəsinə gedirlər.
Lütsern – Pilatus
Dağ dəmir yolunun bu hissəsi dünyada ən böyük, bəzi yerlərdə 48 dərəcəyə çatan maililiyə malikdir. Qatar meşələr və çöllərdən keçir, dik qayalara dırmaşır. İki adi relsin ortasından çəkilmiş xüsusi dişli rels qatarın sərt yoxuşlarda irəliləməsinə kömək edir. Təhlükəsizliyi təmin etmək üçün dişli dəmir yolunun bütün marşrutu hər 14 gündən bir əsaslı şəkildə yoxlanılır.
Zirvəyə qalxan yol yarım saat çəkir. Pilatus-Kulm stansiyasında qonaqlar qatardan düşürlər. Burada eyniadlı otel və restoran yerləşir. Markalanmış cığırlarla ətraf yerlərdə, o cümlədən Pilatusun əsas zirvəsi Tomlishorn istiqamətində gəzişmək olar. Cığırlar çox vaxt qayalarda yarılmış tunellərdən keçir.
Yuxarıda Lütsern gölünə və şəhərinə, Riqi, Byurqenştok, Titlis, Ştanserhorn, Sentis, Mərkəzi Alp dağlarına və Alp dağlarının Bern hissəsinə heyrətamiz mənzərələr açılır. Müşahidə meydanı çox böyük yüksəklikdə yerləşdiyinə görə bu unikal mənzərə hətta çox bərk duman düşəndə də görünür. Aydın səmalı günlərdə Alp dağlarının ta Almaniya ilə sərhəddəki Şvartsvald regionuna və Fransa hissəsinədək uzanan 73 zirvəsinə mənzərə açılır.
Lütsern – Pilatus
Alp dolaşaları ilə tanışlıq Pilatusa səfər proqramının dəyişməz hissəsidir. Qarğakimilər fəsiləsinin nümayəndələri olan bu qara lələkli, qırmızı pəncəli və sarı dimdikli iri quşlar adamlardan qətiyyən qorxmur, turistlərin əlindən yeyirlər. Bəziləri çiyinlərinin üstünə çörək parçası qoyurlar ki, yemə doğru uçan dolaşa ilə effektli kadrlar çəkdirə bilsinlər.
Frekmyunteqqedə toboqqan
Turistlər Pilatus mənzərələrinə doyunca tamaşa edəndən sonra başqa marşrutla geri qayıdırlar. Dağın ətəyinə gedən kanat yolu sərnişinləri qondollarla Lütsernin Kriens stansiyasına çatdırır. Yalnız Frekmyunteqqedə minik dəyişdirməli olurlar. Burada yüksək dağlıq kəndirli park və ən uzun toboqqan trası yerləşir. Sərnişinlər ərazinin təbii maililiyi boyu çəkilmiş polad trasdan ibarət əyləncəli attraksionda ağırlıq gücünün təsiri ilə hərəkət edən kirşələrə otururlar. Qeyd edək ki, bu maraqlı idman əyləncəsi yay üçün aktualdır.
Qışda isə Mərkəzi İsveçrənin ən gözəl trasları ilə xizəklərdə üzüaşağı sürüşmək olar.
Sonra turistlər kanat yolu ilə son stansiyaya – Lütsern dairəsinə aid Kriens adlı xudmani şəhərciyə gəlirlər. Buradan avtobus arzu edənləri 15 dəqiqəyə Lütsern dəmir yolu vağzalına çatdırır.
Lütsern – Pilatus
Nəqliyyat Muzeyi
İsveçrə Nəqliyyat Muzeyi turistlər üçün Lütsernin ən görməli məkanlarından biridir. Əslində, İsveçrədə ən çox ziyarət edilən muzeydir. Daha doğrusu, bütöv bir kompleksdir. Çünki burada muzeylə bərabər, planetarium, müxtəlif attraksionlar, simulyatorlar, şokolad mağazası və s. yerləşir.
Nəqliyyat Muzeyində bəşəriyyətin mobilləşməsinə kömək edən texniki nailiyyətlər nümayiş etdirilir. Avtomobil, dəmir yolu, su, hava və kosmik nəqliyyat növləri onlar arasındadır. Özü də muzeyi yaradanlar xırdaçılıq etməyiblər: eksponatlar arasında əsl təyyarə, gəmi və qatarlar var. 20 min kvadratmetrdən artıq ərazidə sərgilənən ümumən 3 mindən çox eksponat müxtəlif nəqliyyat vasitələrinin inkişafı tarixini əyani izləməyə, nəqliyyatın indisi barədə təsəvvür əldə etməyə və gələcək perspektivlərlə tanış olmağa imkan verir.
Onu da qeyd edək ki, buradakı kinoteatrda İsveçrədə ən böyük ekran quraşdırılıb. Ekranda sənədli, elmi və maarifləndirici filmlər nümayiş etdirilir. Planetarium öz miqyasına görə kinoteatrdan geri qalmır. Burada qabaqcıl texnologiyaların köməyi ilə virtual kosmik gəzintilər təşkil edilir. Onun 18 metr hündürlükdə yerləşən günbəzi gecə səmasını əks etdirir. Kadr arxasındakı səs isə ulduzların və planetlərin düzülüşünü izah edir.
“Swiss Chocolate Adventure”
Muzey kompleksində ən maraqlı attraksionlardan biri “Swiss Chocolate Adventure” adlanır. “Swiss Chocolate Adventure” İsveçrədə yeganə özünəməxsus attraksiondur ki, burada təqribən 20 dəqiqə ərzində ziyarətçilərə maraqlı şəkildə şokoladın kəşfi, mənşəyi və daşınması haqqında məlumat verilir.
Şokolad dünyasına səyahət etmək üçün ziyarətçilər Amerika təpəciklərindəkinə bənzəyən karetlərə otururlar. Karetlər yarıqaranlıq pavilyon boyu yavaş-yavaş hərəkət edir, hər dəfə stilizə edilmiş dekorasiyalar qarşısında dayananda ora quraşdırılmış ekranlarda şokoladın hazırlanmasının bu və ya digər xüsusiyyətləri barədə çarx nümayiş etdirilir.
Gəzintinin sonuna yaxın karetlər köşkə yaxınlaşır və qonaqlara “Lindt” markalı şokolad təqdim edilir ki, onlar uzun müqəddimədən sonra əsl İsveçrə şokoladının dadına baxsınlar.
Okeanları və dənizləri aşaraq ilk dünya səyahəti 1522-ci ildə həyata keçirilib. Portuqaliyalı səyyah Ferdinand Magellanın kapitanı olduğu gəminin də daxil olduğu bu ekspedisiya zamanı onun özü də daxil olmaqla 50 nəfər həlak olub. Üç ildən sonra İspaniyanın Sevilya şəhərinə çatan “Victoria” gəmisində isə cəmi 18 dənizçi olub. Həmin vaxtlar hər bir insanın arzuladığı dünya səyahəti indi müasir və super komfortlu gəmilər sayəsində bir zövq halına gəlib. Bu məqsədlə pul ayıran və 3 aydan 9 ayadək səyahət etməyə hazır olan səyahətçilər üçün dünyanın ən məşhur şirkətləri xüsusi paketlər təklif edir. Həmin firmaların sərəncamında qlobal səyahətə çıxanların bir okeandan digərinə komfortlu keçidini təmin edən ən müasir nəhəng gəmilər var. Səyahət zamanı dünyanın ən görməli məkanlarında, gözəl şəhərlərində fasilə verən gəmi kapitanı kruiz iştirakçılarına mənalı istirahət üçün şərait də yaradır.
CNN telekanalının reportajına istinadla xəbər verir ki, “TripAdvsor” konsaltinq şirkətinə məxsus “Cruise Critic” nəşrinin baş redaktoru Kolin MakDeniel 2020-ci ildə dünya səyahətinə çıxanlara müraciətlə deyib: “Gələn il üçün bir çox kruiz şirkətləri mükəmməl konsepsiya təqdim ediblər. Səyahətçilər dalğaların üzərində olduqlarını belə hiss etməyəcəklər, onları rahat və maraqlı kruiz, limanlarda isə ekskursiyalar və şoppinqlər gözləyir. Nəhəng gəmilər böyük limanlara yaxınlaşdıqda, onların sərəncamına kiçik və rahat yaxtalar veriləcək. Gələn il dünya səyahətlərinin qiymətləri də daha ucuz olacaq. Bir paketlə dünyanın ən böyük şəhər limanlarını gəzmək, alacağınız təəssüratlar həyatınızın sonunadək yaddaşınızdan silinməyəcək”.
Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi dünya səyahətini daha maraqlı edib. Səyahətçilər bütün kruiz vaxtı olduqları şəhərlərlə, habelə okean və dənizlərlə bağlı təəssüratlarını istədikləri dəqiqə virtual olaraq öz yaxınları ilə bölüşə bilərlər. Bir sıra turizm operatorları u məqsədlə yeni məhsullar təqdim edib. Onları oxuculara təqdim edirik.
“Cunard”
Bu kruiz şirkəti ilk dünya səyahətini 1922-ci ildə həyata keçirib. “American Express”in maliyyə vəsaiti ilə yaradılan Britaniya-ABŞ şirkəti dünya səyahətinin sayına görə rekordçudur. “Cunard” 2020-ci ildə dörd qitə üzrə 38 istiqamətdə kruizlər həyata keçirəcək. 2021-ci ildən etibarən isə şirkətin iki gəmisi Antarktida da daxil olmaqla tam dünya səyahəti paketi təqdim edəcək: “Queen Mary-2” gəmisi ənənəvi Şərq-Qərb, “Queen Victoria” isə Panama kanalından keçərək Şimal-Cənub istiqamətlərində kruiz yerinə yetirəcəklər. Yanvarın 10-da başlayacaq kruiz Nyu-Yorkdan 113, Londondan isə 99 gün davam edəcək.
“Crystal Cruises”
Bu kruiz şirkəti də dünya səyahəti üzrə veteranlardan sayılır. İyirmi ildən çox turizm bazarında olan “Crystal Cruise” 2020-ci ildə 105 günlük kruiz paketi təklif edir. Səyahət ABŞ-ın Mayami kurort şəhərindən başlayacaq və Romada sona çatacaq. Bu şirkət öz müştərilərinə güzəştlər də edir. Belə ki, uzunmüddətli dəniz səyahətindən rahatsız olan sərnişinlər səyahətlərinin qalan hissəsini hava yolu ilə də davam etdirə bilərlər.
“Silversea”
Bu şirkətə məxsus “Silver Whisper” gəmisi 388 sərnişinlə kruiz paketi hazırlayıb. Onun digər gəmisi – “Silver Cloud”un isə 250 sərnişin yeri var. Bu şirkətin özəlliyi ondadır ki, kruizlər qeyri-adi marşrutla həyata keçiriləcək: birinci gəmi Florida ştatının Lauderdal limanından yola düşəcək, Antarktika, Arktika Dairəsi və Sakit okeanı keçərək Hind okeanına çatacaq. Səyahətçilərə aysberqlərdən tutmuş Sakit okeanın sahilboyu ölkələri və qızmar iqlimi olan Hind okeanı mənzərələrini görmək imkanı veriləcək. Kruizin müddəti 150 gündür. Son liman isə Nyu-York olacaq. Şirkətin çartersiz dünya turu isə 167 gün davam edir və gəminın çıxış nöqtəsi Argentinanın Uşuaya, son nöqtəsi isə Norveçin Tromso limanları olacaq.
“Seabourn”
Dünya səyahəti təklif edən daha bir şirkət – “Seabourn” bu kruizi altıillik fasilədən sonra bərpa edir. Onun gəmisi dünya səyahətinin yalnız yarı hissəsini yerinə yetirəcək. Səyahətçilər Mayami şəhərindən yola düşərək şərq istiqamətində Atlantik okeanı, Aralıq dənizi, Qırmızı dəniz, Hind okeanı və Sakit okeanı keçəcəklər və kruizi Kaliforniya ştatının San-Fransisko limanında başa vuracaqlar. “Seabourn Sojourn” gəmisində səyahət müddəti 146 gecədir və yanvarın 4-dən mayın 28-dək davam edəcək.
Dünya səyahətinə çıxmaq istəyənlər üçün “Viking Cruises”, “Regent Cruises”, MSC, “Oceania Cruises”, “Princess”, “Costa Cruises” şirkətləri də maraqlı paketlər təklif edir. Qeyd edək ki, kruiz qiymətləri səyahət günlərindən, xidmətlərin keyfiyyətindən asılı olaraq 20 mindən 70 min dollara qədər dəyişir.
Lahıcdakı acınacaqlı vəziyyətdə olan Bədöyün məscidinin əsaslı təmirinə qərar verilib.
Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.
Oktyabr ayının 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər edib. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat verib.
Sözügedən məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.
Tapşırıq əsasında noyabr ayının 1-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlayıb.
Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən, abidədə təmir işlərinə başlamazdan əvvəl arxeoloji tədqiqat işləri aparılmalıdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində səkkiz kitabə var. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-ci (1905-ci il) tarixləri qeyd edilib.
Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.
Bu il 31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.
Bu şəbəkə inkişafını yaradıcılıq – musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.
UNESCO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur. İncəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.
Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.