Ev Blog Səhifə 122

Elmar Məmmədyarov İordaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

0
turizm

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşeni qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən Elmar Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğulayıb.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə səfir Səmi Abdulla Ğoşe etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Səfir Səmi Abdulla Ğoşeni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

TRABZON – UZUNGÖL – BATUMI TURU

0
TRABZON - UZUNGÖL - BATUMI TURU

Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – “dərin”, Batis limen – “dərin liman”) adı ilə bağlıdır. Sizi maraqlı tura dəvət edirik.

● TRABZON – UZUNGÖL – BATUMI TURU
● 16-20 Noyabr (2gecə/3gün)

● Qiymət: 79$

● Qiymətə daxildir
• Komfortlu nəqliyyat
• Oteldə gecələmə (2 gecə/3 gün)

Tulipa oteli
• səhər yeməkləri (oteldə)
• Turrəhbər
• Fotosessiya
• Uzungöl gəzintisi
• Trabzon Forum (alış-veriş mərkəzi)

• Batumi bulvar gəzintisi

● Qeyd:
• Qiymət 2 və 3 nəfərlik otaqlarda bir nəfər üçün nəzərdə tutulmuşdur

• Hər ailədən 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər

• Toplanış: 16 Noyabr saat 14.00 / 15.00 yola düşmək
• Bakıya dönüş 20Noyabr saat 09.00-11.00 arası

Əlaqə nömrəsi 070-264-60-30

Sabah Abşeron Milli Parkında marafon keçiriləcək

0
Abşeron Milli Parkı

“Sabah Dövlət Bayraq Günü ilə əlaqədar Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” qaçış marafonu keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, milli parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaqdır. İnsanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaqdır. Milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

İ.İbrahimova bildirib ki, “Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçirilən marafona “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək.

Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq.

İsveçrənin gözəllikləri: Lütsern

0
İsveçrə

Lütsern Pilatus dağının ətəyində, eyniadlı gölün sahilində yerləşən şəhər, müvafiq almandilli kantonun paytaxtı və İsveçrənin turizm mərkəzlərindən biridir. Lütsernin tarixi hissəsinin arxitekturasından zövq almaq, özünü kulinariya yenilikləri ilə sevindirmək, təbiətin qoynuna səyahət etmək və Lütsern gölündə bərə gəzintisinə çıxmaq üçün hər il bura təqribən 9 milyon turist gəlir.

Lütserndə keçirdiyimiz iki gün ərzində biz də macal tapıb bütün bu sadalananları etməyə çalışdıq.

Təyyarə, qatar və bərə ilə

Azərbaycan ilə İsveçrə arasında birbaşa hava nəqliyyatı hələlik yoxdur. Lakin bəzi aviaşirkətlər tranzit reyslər təklif edirlər. Onlardan biri Latviyanın “airBaltic” milli aviadaşıyıcısıdır. Aviaşirkət aprel ayından oktyabr ayınadək olan dövrdə həftədə iki dəfə Bakıdan Riqaya təqribən 3 saat 50 dəqiqə çəkən reyslər həyata keçirir. “airBaltic” Riqadan Avropa, o cümlədən Skandinaviya, habelə MDB və Yaxın Şərq ölkələrini əhatə edən 70-dən çox istiqamətdə uçuşlar yerinə yetirir.

Lütsernə getmək üçün əvvəlcə Sürixə uçmaq (2,5 saat), oradan səyahəti qatarla davam etdirmək lazımdır. “airBaltic” sərnişinlərinə dadlı qəlyanaltı və isti yeməklər təklif olunur. Qidalanma biznes-klas biletlərinin qiymətində nəzərdə tutulub, ekonom-klasla uçan sərnişinlər yeməyin haqqını ayrıca ödəməlidirlər. Bundan əlavə, sərnişinlər uçmazdan əvvəl aviaşirkətin saytında (https://www.airbaltic.com/en/inflight-meals) özlərinə menyu sifariş edə bilərlər. Arzu edənlərin uçuş zamanı alış-verişlə məşğul olmaq imkanları da var. Axı “airBaltic” jurnalında münasib qiymətlərlə geniş çeşiddə məhsullar təqdim edilib.

Lütsern

Sürix aeroportundan dəmir yolu platformasına birbaşa yol var. Oradan qatarlar müxtəlif istiqamətlərdə İsveçrə və Avropa boyu, o cümlədən Lütsern istiqamətində hərəkət edir. İsveçrədə qatarlar səssiz və rahatdır, çox vaxt ikimərtəbəlidir, birinci və ikinci klaslara ayrılan kupeləri, tualetləri və vaqon restoranı var. Məlumdur ki, Avropa şəhərlərinin əksəriyyətində dəmir yolu vağzalları şəhərin mərkəzində yerləşir. Lütsern istisna deyil. Burada da qatarlar düz şəhərin mərkəzinə gəlir. Bu da çox rahatdır, çünki şəhərin əsas yerlərinə piyada və ya ictimai nəqliyyatla getmək olar.

Təyyarədən düşüb qatarla Lütsernə gəldik. Lütserndən otelimizin yerləşdiyi Vitznauya bərə ilə getməli idik. Müntəzəm işləyən bərələr İsveçrənin ictimai nəqliyyatının bir hissəsidir. Bərələr sərnişinləri təyinat yerinə çatdırmaq üçün ayrıca haqq müqabilində müxtəlif kruizlər təklif edir, o cümlədən onları yeməklə təmin edir.

Qatarlarda olduğu kimi, burada da xidmət birinci və ikinci klaslara bölünür. Birinci və ikinci klas sərnişinlərinə fərqli xidmət göstərilir. Məsələn, birinci klas sərnişinləri üçün ayrıca masalar nəzərdə tutulub. Sərnişinlər təmiz hava almaq, gözəl mənzərələri seyr etmək üçün göyərtəyə çıxırlar.

Lütserndən Vitznauyadək 50 dəqiqəlik yol hiss olunmadan keçdi.

Vitznau

Vitznau Lütsern gölünün sahilində yerləşən kiçik kommunadır. Yeri gəlmişkən, İsveçrədə bu gölü Firvaldşted (Vierwaldstättersee) də adlandırırlar. Bu da alman dilindən tərcümədə “dörd meşə kantonunun gölü” deməkdir. Belə ki, əvvəllər onun sahilində dörd kanton – Uri, Şvids, Untervalden və Lütsern yerləşib.

Lütsern dairəsinə daxil olan Vitznau kommunasında 2019-cu ilin vəziyyətinə görə 1465 nəfər əhali yaşayır. Burada bir sıra otellər və restoranlar, çoxsaylı evlər yerləşir. Vitznau Mərkəzi İsveçrənin heyrətamiz təbiət mənzərələri ilə göz oxşayan ideal çıxış məntəqəsidir. Rigi dağının zirvəsinə doğru hərəkət edən “Vitznau-Rigi-Bahn” dəmir yolunun son stansiyası məhz burada yerləşir.

Lütsern

Otelimiz bərələrin yan aldığı göl vağzalının bir-iki addımlığındakı yaşıllıq ərazidə, praktiki olaraq, gölün sahilində yerləşir.

“Hotel Vitznau Park”

“Park Hotel Vitznau” mehmanxanasının 100 illik tarixi var. Lakin bu yaxınlarda aparılan bərpa işləri nəticəsində otel ultramüasir kompleksə çevrilib. Burada müsafirlərə hər cür rahatlıq yaradılıb. Təkcə nömrələrin qapılarındakı kilid sistemləri nəyə desən dəyər. Digər otellər üçün adi olan maqnit kartlar yerinə burada müsafirlərə içərisinə ötürücülər quraşdırılmış miniatür breloklar verilir. Müsafir nömrəsinə yaxınlaşan kimi qapı avtomatik açılır. Tarixi binanın interyerlərinin dəbdəbəli dekorasiyası ilə gözəl vəhdət təşkil edən qabaqcıl texnologiyalar oteldə keçirdikləri bütün müddət ərzində qonaqları müşayiət edir. Nömrələr işıqlandırmanı, pərdələri və multimedianı idarə edən “ağıllı ev” sistemi ilə təchiz edilib.

Lakin göz işlədikcə uzanan Lütsern gölünə otelin pəncərələrindən açılan valehedici mənzərə onun əsas üstünlüyüdür. Uzaqdan görünən Alp dağlarının qarlı zirvələri sanki mavi duman içərisində əriyib yoxa çıxır. Sırf İsveçrəyə xas olan bu mənzərəni başqası ilə səhv salmaq əsla mümkün deyil. Gölün suyu tərtəmizdir, burada müxtəlif balıqlar üzür, onun səthi isə su quşlarının sevimli məkanıdır.

Lütsern

Açıq və qızdırılan hovuzu olan spa-kompleks və mini-bar, buxar hamamı, fin saunası, sanarium (saunanın yumşaq forması), masaj və prosedur otaqlarından istifadə nömrənin qiymətinə daxildir.

“Park Hotel Vitznau” otelində fəaliyyət göstərən hər iki restoranın Mişlen ulduzu var. Oteldə İsveç masası yalnız səhər yeməyi üçün nəzərdə tutulub. Nahar və şam yeməyi menyudan yemək seçməyi nəzərdə tutan fərdi xidmət prinsipi üzərində qurulub.

Səyyahlar Vitznauda ruhən və cismən dincələndən sonra kantonun paytaxtı Lütsernə yola düşürlər. Bunun üçün yenə də sərnişin bərəsindən istifadə etmək lazımdır. Bərə heç bir saat keçməmiş bizi Lütsernin mərkəzinə çatdırır.

Qədim şəhər

Lütsern tarixi görməli yerlərlə zəngin olan qədim şəhərdir. Kapelbryukke körpüsü, Vasserturm qalası, Şproyer körpüsü, KKL Mədəniyyət və Konfrans Mərkəzi və digər çoxsaylı tikililər Lütsernin şəhər mənzərəsinin ən gözəgəlimli obyektləridir. Qədim şəhəri piyada dolaşaraq öyrənmək daha yaxşıdır. Onda maraqlı nə varsa hamısını görmək şansınız daha yüksəkdir.

Lütsern

Qədim “Saat körpüsü” və ya Kapelbryukke başlanğıcını Firvaldştet gölündən götürən, məcrası Lütsernin mərkəzindən keçən Roys çayı üzərində 1365-ci ildə salınıb. Uzunluğu 204 metr olan bu taxta körpü Avropanın ən qədim örtülü körpüsüdür. Damı kirəmitlə örtülmüş bütün körpü boyu gül-çiçək bitən kaşpolar asılıb. Yaxınlıqdakı 34 metr hündürlüyündə Su qülləsi ondan 65 yaş qocadır. Müxtəlif dövrlərdə ondan gah zindan, gah keşikçi qülləsi, gah da yanğın vışkası kimi istifadə olunub. Yeri gəlmişkən, 1993-cü ildə körpü, demək olar, tamamilə yanıb külə dönüb, lakin sonralar bərpa olunub.

Ratuşa və Muzeqqmauer

Lütsern Şəhər Ratuşasının renessans üslubunda inşa edilmiş, uca saat qülləsi olan binasının bir vaxtlar taxıl anbarı olması inanılmazdır. Buna baxmayaraq, şəhərin ən qədim meydanlarından birində – Kornmarktda (“Taxıl bazarı”) yerləşən ratuşa binasında XVI əsrdə taxıl anbarı yerləşib. Hazırda burada tarix muzeyi fəaliyyət göstərir. Muzeydə o dövrün həqiqi atmosferi yaradılıb. Odur ki, bura gələn ziyarətçilər əvvəllər məmurların necə işlədiklərini görə bilərlər.

Kornmarkt meydanında diqqəti təkcə ratuşa binası deyil, həm də onun ətrafında yerləşən tarixi gildiya evləri cəlb edir. Gildiya evləri arasında gəzişərək Roys çayının sahilinə çıxırsan. Burada çoxsaylı kafe və restoranlar yerləşir. Bulvar şəhər sakinlərinin və turistlərin sevimli gəzinti yeridir.

Şproyerbryukke Lütsernin daha bir tarixi körpüsüdür. Dəyirman meydanına (Muhlenplatz) aparan bu körpünün adı da məhz elə dəyirmanla bağlıdır. Qədim vaxtlarda burada böyük yarmarkalar keçirilirmiş. Hazırda fəvvarə və kafesi olan, xüsusi ab-havası ilə seçilən bu körpü bütün perimetri boyu turistləri cəlb edir. Buradan şəhərin bəzi görməli məkanları, məsələn, qala divarının bürclərindən biri aydın görünür.

İsveçrənin digər şəhərlərində orta əsrlərə aid qala divarlarının praktiki olaraq qalmadığı bir vaxtda, Lütserndə Muzeqqmauer qala divarının 870 metrlik fraqmenti salamat qalıb. Özü də bu, Avropanın yaxşı vəziyyətdə qalmış ən uzun qalasıdır. Qala divarı 9 qədim bürcü birləşdirir. Hündürlüyü 31 metr olan Tsayt qala bürcü onların ən məşhurudur. Bu bürcdəki qədim saatın vaxtı şəhərin o biri saatlarından bir dəqiqə tez göstərmək kimi eksklüziv hüququ var!

Azərbaycanın turizm brendi Londonda mükafatlandırılıb

0
turizm

Londonda turizm üzrə “City Nation Place Global” (Şəhər Millət Məkan Qlobal) forumu keçirilib. Azərbaycanın “Bir daha bax” ( Take another look ) şüarına əsaslanan turizm brendi forumunda mükafata layiq görülüb.

Müxtəlif regionlardan olan 24 nominant ölkə arasında 5 kateqoriya üzrə müsabiqə keçirilib. Azərbaycanın ölkə turizm brendi “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası üzrə qalib olub.

Müsabiqənin nəticələri Böyük Britaniyanın “City Nation Place” adlı tədbirlər və marketinq üzrə ixtisaslaşmış nüfuzlu təşkilatı tərəfindən hər il “Dünya Səyahət Bazarı” sərgisi ərəfəsində keçirilən qlobal forumda elan olunub. Artıq beşinci ildir ki, forum dayanıqlı turizmi inkişaf etdirmək məqsədi ilə keçirilir. Daha çox insanı bu prosesə cəlb etmək məqsədi ilə dünya turizm sənayesinin iştirakçılarını bir araya toplayır.

Xatırladaq ki, müxtəlif ölkə və regionların brend, marketinq, kommunikasiya üzrə turizm məhsulları arasında keçirilən müsabiqədə “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası məkanın brend strategiyasının araşdırılması, kreativ yanaşma, hədəf auditoriya ilə iş və s. kimi xüsusiyyətlər nəzərə alınaraq verilir.

Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə yeni loqo və şüar təqdim olunub. Dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin beynəlxalq ictimaiyyətə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində baş tutub.

Əyləncəli Yeni İl Turu ??

0
Yeni il turu

28.12.2019-03.01.2020
? 4Gün/3Gecə (ümumi 7Gün  Avtobusla)
CƏMİ -199 usd

İLKİN ÖDƏNİŞ 60$ (1nəfər üçün) ÖDƏYƏRƏK QALANIN GEDİŞ GÜNÜ ÖDƏYƏ BİLƏRSİZ

✅ Qiymətə Daxildir :⤵
✔ Layiqli xidmət və Kefiyyət ??
✔ Kamfortlu Avtobusla Gediş -Dönüş
✔ Səhər Yeməyi(Otelde)
✔ Çay (Yol Boyu)
✔ Sığorta hədiyyə ?
✔ Bələdçi xidməti
✔ Yol boyu Şaxta baba
✔ Qrup Şəklində Fotosesiya

✔ (3 Gecə/4 Gün) oteldə Gecələmə ✔ Yol boyu maraqlı oyunlar və yeni il hədiyyələri (Supriz) ?

Gəzintilər :⤵
1.Qırmızı Meydan
2.Kremlin Sarayı(500 rubl)
3.Vorobyovı Qorı
4.Aziz Vasil Katedrali
5.Bolşoy Teatrı (1500 rubl)
6.Zaryadye parkı
7.Gorky parkı
8.Lenin movzeleyi.
9.Arbat küçəsi
10.Gum Alışveriş mərkəzi
11 Kalominski parkı
12 Moskva məsçidi
13.Puşkin muzeyi(400rubl)
14.Tretyakov Dövlət Galeryası(500 rubl)
15.Moskva metrosu
16.Dövlət Tarix Muzeyi (700 rubl)
17.Tverskaya küçəsi
18.Böyük İvan Çan Qülləsi
19.Moskva Heyvanat Bağçası (500 rubl)
20.Ostankino Tv Qülləsi (1000 rubl)
21.Qaqarin muzeyi

22.Moskva city

✍Qeyd:⤵
Qiymət 2 nəfərlik otaqda 1nəfər üçün Hesablanmışdır .
1 yaşdan 5 yaşına kimi uşaqlar ödənişsizdir xidmət tələb olunmursa.

5 yaşdan yuxarı tam ödəniş (xidmətlər Tam Göstəriləcək )

?Qiymətə Daxil deyil:⤵
1.Muzeylərə və ödənişli yerlərə Giriş bileti (Qiymətləri proqramda  Qeyd olunub)
2.Nahar & Şam yeməyi

3.Qala Gecəsi (+30 $)

?YERLƏR ÖDƏNİŞ GÜNÜNƏ GÖRƏ VERİLİR:

?ÖDƏNİŞLƏR GÜNÜN MƏZƏNNƏSİNƏ GÖRƏ MANATLA QƏBUL OLUNUR :

Toplanış 28 May m/s
Toplanış Günü :28.12 .2019
Toplanış saatı :18:00
Çıxış :19:00

Bakıda olma vaxdı :03.01.2020

Ətraflı məlumat üçün:⤵

070-264-60-30

Elmar Məmmədyarov Litva Seyminin sədri ilə görüşüb

0
Litva

Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin (Parlament) sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib. İki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olunub. Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentarilər arasında mütəmadi təmasların vacibliyi vurğulanıb.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.

E.Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iştirakımız barədə məlumat verib.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Əmir Şeyx Səud bin Saqr Əl Qasimi: Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq

0
Əmir Şeyx Səud bin Saqr Əl Qasimi

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Xeymə Əmirliyində olub və əmir Şeyx Səud bin Saqr Əl Qasimi ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Ras Əl Xeymə əmiri Azərbaycan xalqının BƏƏ üçün əziz olduğunu bildirib, ölkəmizlə hərtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

M.Əliyev BƏƏ-nin dost və qardaş ölkə olduğunu, Azərbaycan və BƏƏ arasındakı mövcud əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişafı üçün heç bir maneə olmadığını bildirib. Diplomat əməkdaşlığın genişləndirilməsi üçün lazımi potensialın mövcud olduğunu vurğulayıb. O, Azərbaycan haqqında məlumat verərək, ölkəmizin xüsusilə də sovet və müstəqillik dövrünün tarixi, mədəniyyəti barədə ətraflı bəhs edib.

Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan danışan səfir ölkəmizin təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya və enerji layihələri, xüsusilə də Şimal-Cənub dəmir yolu xətti, TANAP və TAP layihələri barədə geniş məlumat verib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında müzakirələr aparılıb. M.Əliyev ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə danışaraq, onların 19-cu əsrin əvvəllərində İran və Türkiyə ərazilərindən gətirildiyini bildirib.

Söhbət zamanı iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Səfir son illər Azərbaycan ilə BƏƏ arasında turizm sahəsində əlaqələrin yüksək xətlə inkişaf etdiyini bildirib. İqtisadi-ticarət sahəsində də əlaqələrin genişləndirilməsinin vacib olduğunu və bu sahədə əməkdaşlıq üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Şeyx Səud bin Saqr Əl Qasimi Ras Əl Xeymə Əmirliyində turizmin inkişaf etdiyini, azad iqtisadi zonanın yaradıldığını, ticarət limanlarının, bir sıra zavod və fabriklərin fəaliyyət göstərdiyini deyib. Azərbaycan ilə qeyd olunan sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib.

Ras Əl Xeyməyə səfər çərçivəsində Əmirliyin Turizmin İnkişafı Departamentində də görüş keçirilib. Departamentin meneceri Marina Alekhiçeva bölgənin turizm imkanları, Mərcan və digər adalar barədə geniş məlumat verib.

Bildirilib ki, Ras Əl Xeyməni 2018-ci ildə 1.1 milyon turist ziyarət edib. Bu turistlərin əsasını Almaniya, Rusiya, Birləşmiş Krallıq, Hindistan, Qazaxıstan və Polşadan gələn turistlər təşkil edir. 2018-ci ildə Ras Əl Xeyməyə Azərbaycandan təxminən 350 turist səfər edib.

Səfər çərçivəsində səfir M.Əliyev “RAKEZ” ( Ras Əl Xeymə İqtisadi Zonası) iqtisadi Zonasında olmuş və icraçı direktor Məhəmməd bin Hamid Əl Qasimi ilə görüşüb.

İcraçı direktor “RAKEZ” iqtisadi zonası barədə ətraflı məlumat verib. O, “RAKEZ”in Ras Əl Xeymə hökuməti tərəfindən yaradıldığını, 50-dən çox sektorun, o cümlədən 800 sənaye şirkətinin fəaliyyət göstərdiyini, ümumilikdə isə bütün sahələr üzrə 14 500-dən çox şirkətin olduğunu qeyd edib. O, yeni fəaliyyətə başlayan sahibkarlara, sənayeçilərə lisenziyalar, iş qurmaq istəyən sahibkarlara logistik dəstək verildiyini bildirib.

Məhəmməd Əl Qasimi Azərbaycanı çox sevdiyini, 3 il bundan əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanın necə zəngin dövlət olduğunun, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycandan bütün nümayəndə heyətlərini qəbul etməyə və görüşlər keçirməyə hazır olduqlarını bildirib. Hətta Azərbaycana gedib təqdimatlar etməyə, Ras Əl Xeymədən ölkəmizə investorlar cəlb etməyə hazır olduqlarını vurğulayıb.

Ras Əl Xeyməyə səfər çərçivəsində səfir M.Əliyev “Saqr Limanı”nı ziyarət edib və limanın meneceri Adrian Person ilə görüşüb. Adrian Person “Saqr Limanı” və onun perspektivləri barədə müfəssəl məlumat verib.

Turist sayının artırılması üçün hədəfimiz Avropa və Asiya bazarlarıdır

0
Turist

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn əcnəbilərin əksəriyyəti Rusiya, Gürcüstan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan vətəndaşları olub.

2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən ölkəmizə gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, sözügedən ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər təşkil edib.

“Report” bu artımın növbəti illərdə də nə dərəcədə davamlı olacağı, zamanda Azərbaycana Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayını artırmaq üçün hansı addımların atılmalı olduğu və bu istiqamətdə hansı işlərin görüldüyü ilə bağlı mütəxəssislərin fikrilərini öyrənib.

Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə “Report”a verdiyi açıqlamada bildirib ki, Avropa bazarı Azərbaycana turist cəlb etmək yolunda prioritet istiqamətlərdən biridir: “Bu il Azərbaycana Böyük Britaniyadan gələnlərin sayında 23,5%, Almaniyadan gələnlərin sayında 21,4%, İtaliyadan gələnlərin sayında 12,6%, Fransadan gələnlərin sayında 14,7%, Polşadan gələnlərin sayında 32,7% artım müşahidə edilib. Bu ölkələrlə yanaşı, Niderlanddan gələnlərin sayı 5,3%, İsveçrədən gələnlərin sayı 23%, Macarıstandan gələnlərin sayı 31,6%, Latviyadan gələnlərin sayı isə 5,1% artıb. Lakin sadaladığım ilk 5 ölkə hazırda Azərbaycan üçün prioritet bazarlar rolunu oynayır. Ona görə də həmin ölkələrdə gücləndirilmiş təbliğat işləri aparılır. Bu məqsədlə Almaniyada Azərbaycanın rəsmi turizm numayəndəliyi açılıb. Bu cür nümayəndəliyin digər Avropa ölkələrində də açılması nəzərdə tutulub”.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə

Əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır“.

Onun sözlərinə görə, aparılan təbliğat işlərinə misal olaraq infoturların, mediaturların təşkilini, sosial şəbəkələrdəki fəaliyyəti, media vasitəsilə həyata keçirilən işlərimizi, müxtəlif sərgilərdə iştirakımızı göstərə bilərik: “Bütün bu işlərin nəticəsində həmin ölkələrdən gələn turist sayının artdığını görürük. Bizim biri Moskvada, biri isə Dubayda olmaqla iki media habımız var ki, bunlardan birincisi Avropa ölkələri ilə, ikincisi isə Asiya ölkələri ilə işləyir. Ümumilikdə, əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır. Hələ ki, Latın Amerikası və digər bazarlar bizim üçün başlıca istiqamət deyil. Bu iki hab vasitəsilə biz mediada lazımi işlər həyata keçiririk. Hökümətlərarası tədbirlər təşkil edir, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq edirik. Tez-tez bu təşkilatın nümayəndələri ilə həm ölkəmizdə, həm də xaricdə görüşlərimiz olur. Azərbaycanda keçirilən müxtəlif idman yarışlarının, elmi konfransların, işgüzar görüşlərin də təbliğatını aparmaq fəaliyyətimizin əsas prinsiplərindəndir. Bütün bu işlər üçün eyni zamanda Avropa ölkələrindən oradakı bazara yaxşı bələd olan mütəxəssislər də cəlb etmişik”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə bu il Avropa ölkələrindən gələnlərin sayının artmasının əsas səbəbinin ölkəmizdə keçirilən idman yarışlarının olduğunu deyib: “Statistikaya baxsaq, artımın, əsasən, may ayının sonu və iyun ayınını əvvəllərində olduğunu görəcəyik. Avropalı turistlərin sayının artırılması üçün həm dövlət, həm də özəl qurumlar səylərini əsirgəməməlidir. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Bunlardan biri də hər il müxtəlif sərgilərdə iştirakımızdır. Bu sərgilərdən üçü bizim üçün daha önəmlidir. Bunlardan biri İTB Berlin sərgisi, biri Madriddə keçirilən “Fitur” sərgisi, digəri isə Londonda keçirilən “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisidir. Biz hər il bu sərgilərdə böyük heyətlə iştirak edirik”.

Bak;

R.Quliyev qeyd etdi ki, gələn il futbol üzrə Avropa çempionatının dörd oyunu Azərbaycanda keçiriləcək: “Biz oyunlar ərəfəsində gələn turistlərin burada daha çox qalmasını təmin etmək üçün cəlbedici addımlar fikirləşməliyik. Avropa ölkələrindən gələn turistlərin sayını artırmaq üçün həmin ölkələrlə Azərbaycan arasında olan ortaq tarixi günləri təyin etmək və həmin günlərdə müxtəlif marşrutlar həyata keçirmək lazımdır. Bundan əlavə, müxtəlif filmlərin də burada çəkilməsi turizmin inkişafına böyük dəstək ola bilər”.

Turizm üzrə ekspert Ruslan Quliyev

Hava limanlarımız bir hab rolunu oynamalıdır“.

Assosiasiyanın prezidenti bu sahədə Türkiyə təcrübəsini misal gətirdi: “Belə ki, Rusiya kanallarından biri Türkiyənin Papadokia ərazisində teleserial çəkdi. Bundan sonra həmin əraziyə turist axını kəskin şəkildə artdı. Macarıstan və Gürcüstanda bu ölkələrdə film çəkən xarici nümayəndələrə xərclədikləri vəsaitin 30%-ni qaytarmaq kimi bir təcrübə var. Biz bu praktikadan da yararlana bilərik. Avropadan gələn turist sayının artması üçün nəqliyyat, logistika xərclərinin azaldılması, çarter reyslərinin artırılması da çox önəmli məsələdir. Artıq bizim hava limanlarımız bir hab rolunu oynamalıdır”.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə Avropa ölkələri ilə birbaşa reyslərimizin az olduğunu qeyd edib: “Bu il üçün Azərbaycanda 3 milyon əcnəbi vətəndaşın qəbul edilməsi hədəf götürülüb. Düşünürəm ki, ilin sonuna qədər biz bu məqsədə nail olacağıq. Əsas məqsədlərdən biri də Avropadan gələn turistlərin sayının artırlmasıdır. Çünki Avropa ölkələrində maddi rifah səviyyəsi daha yüksək olduğundan bu ölkələrdən gələn turistlər daha bahalı xidmətlərdən istifadə edə bilirlər. Nəticədə bu da Azərbaycan üçün daha çox gəlir gəlməsi deməkdir.

İlk növbədə, statistik analizləri düzgün aparmaq lazımdır ki, gördüyümüz işlərin nəticəsini dəqiq təyin edək və gələcək işlərimizi effektiv formada planlaşdıraq. Hazırda dövlət statistikamızda turist sözü əvəzinə “əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxslər” ifadəsi işlədilir. Bu ifadə ilə isə ümumi ölkəyə gələn xarici vətəndaşların sayı göstərilir və biz onların içindən turizm məqsədi ilə gələnlərin sayını ayırd edə bilmirik”.

Turizm üzrə ekspert Samir Dübəndi

Avropa ölkələri ilə birbaşa reyslərimizin sayı az, qiymətləri isə çox bahadır“.

S. Dübəndi hesab edir ki, bu gün Avropalı turistlərin Azərbaycana gəlməsinə maneə olan əsas səbəblər bizim hava nəqliyyatımızla bağlıdır. Avropa ölkələri ilə birbaşa reyslərimizin sayı az, qiymətləri isə çox bahadır. Əksər hallarda bizim öz vətəndaşlarımız belə Gürcüstanın Kutaisi hava limanından istifadə edirlər. Buna görə də hava nəqliyyatı sahəsində islahatlar aparmaq lazımdır. “Açıq səma” (Open sky) siyasətini həyata keçirmək lazımdır. Bizim regionlarımızda yerləşən hava limanlarından yalnız öz vətəndaşlarımız istifadə edir. Avropa ölkələrinə, demək olar ki, uçuş olmur. Həmin hava limanlarına Kutaisi təcrübəsini tətbiq etmək və ucuz reyslər həyata keçirmək lazımdır. Bundan əlavə çarter reysləri də açılmalıdır. Çarter sırf turist daşınması üçün nəzərdə tutulan bir reysdir. Turizm sektorunun 4 komponenti var ki, bunlardan biri də məhz nəqliyyatdır. Digər 3 komponent isə qidalanma, yerləşmə və gecələmə xidmətləridir. Odur ki, göstərdiyimiz xidmətlərin keyfiyyət səviyyəsini yüksəltməliyik. Ölkəyə turist gələn zaman süni qiymət şişirdilməsi hallarına imkan verməməliyik. Hər bir ölkə vətəndaşı buna riayət etməlidir”.

Digər tərəfdən, onun sözlərinə görə, bir neçə ildir ki, Azərbaycan turizm brendinin Avropa ölkələrində tanıdılması istiqamətində müəyyən işlər görülür: “Bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən təbliğat-təşviqat işləri aparılır və Azərbaycan nümayəndələri müxtəlif sərgilərdə iştirak edirlər. Lakin biz Avropanın hər hansı bir şəhərində yerləşən bir parkda Azərbaycan mətbəxinə, mədəni irsimizə aid yığıncaqların keçirildiyini görmürük. Yalnız Heydər Əliyev Fondu tərəfindən təşkil edilən tədbirlərin şahidi oluruq. Dövlət Turizm Agentliyi bu istiqamətdə daha aktiv olmalıdır. Biz bu gün yeni turizm məhsullarının yaradılması üzərində səylərimizi artırmalıyıq. Bu istiqamətdə Dövlət Turizm Agentliyi müəyyən addımlar atır. Azərbaycanda artıq bu günə qədər ənənəvi olmayan turizm məhsulları yaradılır. Lakin hələ də bir sıra turizm növləri Azərbaycanda ənənəvi sahəyə çevrilməyib. Qeyd edim ki, ölkəmizdə turizmi inkişaf etdirmək üçün kifayət qədər yerli mütəxəssislər var. Bunun üçün xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yoxdur. Yalnız bir sıra spesifik sahələrdə xarici mütəxəssisə ehtiyac yarana bilər”.


Bu yeni ilinizi unudulmaz edin

0
Yeni il

Yeni il tarixində sərfəli qiymətə Gürcüstan turumuza qoşularaq istirahətin dadını çıxarın 😉

2 gecə / 3 günlük tur cəmi 99 USD

Tarixlər:
29 dekabr – 2 yanvar (2 gecə-3 gün)

30 dekabr – 3 yanvar (2 gecə-3 gün)

● Qiymətə daxildir:
• Komfortlu nəqliyyat
• Oteldə səhər yeməyi
• Oteldə gecələmə
• Ekskursiyalar :
TBİLİSİ və BAKURİANİ şəhər gəzintiləri
• Tur rəhbəri

• Yeni il şənliyi və qala şam yeməyi (əlavə 30 USD)

● Qeyd:
• Qiymət 2 və 3 nəfərlik otaqlarda bir nəfər üçün nəzərdə tutulmuşdur
• Hər ailədən 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər

• Ölkəxarici bütün turlarda Kapital bankın Birkartı keçərlidir (2-3-6 aylıq taksitlə)

• Start: 29 və 30 dekabr 21.30 Toplanış (gənclik metrosu yaxınlığı)
• Finiş: 2 və 3 yanvar 06.00-07.00 (gənclik metrosu yaxınlığı)

Əlavə məlumat 070-264-60-30