Ev Blog Səhifə 120

İsveçrə gözəllikləri: Engelberq–Titlis

0
Engelberq–Titlis

Engelberq – İsveçrənin Obvalden dairəsində yerləşən, mənzərəli, dağ zirvələri ilə əhatə olunan kiçik şəhərdir.

AZƏRTAC İsveçrənin bu kurort şəhərindən reportaj təqdim edir.

Turistləri əsasən bu kurorta cəlb edən Titlis dağıdır. Bu dağın zirvəsindən başı qarlı Alpa xoş təsir bağışlayan mənzərə açılır. Yuxarıda ziyarətçilər buzlaqda çapılmış tunellə keçərək, Avropada ən hündür asma körpüdə gəzişə və ya xizək sürə bilərlər. Dağın döşü ilə çəkilən kanat yolunun aşağı stansiyası Engelberqdə yerləşir.

Engelberq–Titlis

Titlis dağı

Engelberqin mərkəzində yerləşən “Titlis Xpress” kanat yolu Trüyob stansiyasında yer dəyişməklə Titlis dağının zirvəsindəki son dayanacağa aparır. Burada sərnişinləri dünyada ilk fırlanan kabinələri olan “Titlis Rotair” kanat yoluna səfər gözləyir. Kanat yolu arzu edənləri birbaşa buzlağa çatdırır. Qısa lakin maraqlı səyahət zamanı sərnişinlə olan kabinələr 5 dəqiqə ərzində 360 dərəcə dövr edir, başı qarlı dağ zirvələrinə, sıldırım qayalı yamaclara və dərin dərələrə gözəl mənzərə açır. Engelberqdən dağın zirvəsinədək gedişə ümumilikdə 30 dəqiqə sərf olunur.

Engelberq–Titlis

Titlisin zirvəsi və müvafiq olaraq turist marşrutunun son dayanacağı 3020-3041 metr yüksəklikdə yerləşir, burada ilboyu hər tərəf qarla örtülür. Titlis dağında ziyarətçilərin rahatlığı üçün quraşdırılan 5 mərtəbəli stansiyanın hər mərtəbəsində özünün infrastrukturu mövcuddur. Burada restoranlar, kafe, pikniklər üçün zonalar, konfrans zalları, mağazalar, fotoatelye yerləşir. Ayrıca dəhliz buzlağın sahəsi bir kvadratkilometrdən çox olan dərinliyinə aparır. Təbii buz qatından keçid və rəngli işıqla bəzədilmiş taxçalar çapılıb.

Titlis Kliff Uolk

Ziyarətçilər 100 metrlik Titlis Kliff Uolk körpüsünü keçərək öz əsəb sistemlərini qıcıqlandıra bilərlər. Bu körpü Avropada ən hündür asma körpüdür. Körpü 500 metr dərinliyi olan dərənin üstündə, qayalar arasında, 3041 metr yüksəklikdə quraşdırılıb və yalnız yaxşı havada istifadəyə açıq olur. Bizim Titlis dağına səyahətimiz zamanı hava bir az küləkli olduğundan körpü ziyarətçilərə bağlı idi.

Engelberq–Titlis

Qışda Engelberq-Titlis kurortu müsafirlərə xizək və kirşə idmanı ilə məşğul olmaq imkanı yaradır. Yayda isə samokat, dağ velosipedləri sürmək, yürüşə getmək və s. olar.

Trüyob gölü

Geriyə dönərkən, Trüyob stansiyasında yerdəyişmə zamanı istirahət üçün yaradılan şəraitdən həzz almaq olar. Hava ilə doldurulan döşəkcələr uşaqların ürəyincə olacaq, təbiət gəzintisinin həvəskarlarını isə dağ gölü məftun edəcək. Arzu edənlər sahildəki körpüyə bağlanan avarlı qayıqlardan göldə gəzinti üçün pulsuz istifadə edə bilərlər.

Engelberq–Titlis

Şəlalədən bir az aralıda kiçik, lakin çox gözəl dağ çayına tamaşa etmək olar. 10-15 dəqiqə sakit, aramla gəzərək çayın məcrasına çatmaq olar. Kiçik çay daşlıq yerlə axaraq, təmiz saf su ilə dolu balaca körfəzlər əmələ gətirir.

İsveçrə pendiri

Alp çəmənliklərində otlayan boynu zınqırovlu kök inəklər – Engelberq üçün tipik mənzərədir. Təəccüblü deyil ki, bu region özünün pendiri ilə tanınır. İsveçrədə pendirin hazırlanması sənəti haqqında daha çox öyrənmək istəyənlər üçün Engelberqdə, “Schaukäserei Kloster Engelberg” pendir hazırlama müəssisəsində ustad dərsləri təşkil olunur. Müsafirlər yumşaq ağ pendirlərin hazırlanma prosesini əvvəldən-axıradək gözləri ilə görə, həmçinin onlardan bəzilərinin dadına da baxa bilərlər.

Engelberq–Titlis

Engelberqdən hər gün 15 fermer pendir hazırlama müəssisəsinə olduqca keyfiyyətli təzə sağılmış inək südü təhvil verirlər. Pendirtutanlar əvvəlcə südün tərkibində ilin fəsillərinə, havaya və yemə görə dəyişə bilən yağ və zülalın miqdarını yoxlayırlar. Sonra süd 68 dərəcə temperaturda bir dəqiqə ərzində pasterizə olunur.

Daha sonra süd 35 dərəcəyədək soyudulur və pendirtutanlar oraya çürüdücü renin fermentini və maya əlavə edirlər. Süd təxminən 40 dəqiqəyə yoqurt və ya yumşaq kəsmiyə bənzər lazımi konsistensiyaya çatır. Pendirtutan bundan sonra pendirli kəsmiyi xüsusi bıçaqla hissələrə bölür.

Ağırlıq qüvvəsi sayəsində pendirli kəsmik hissələri bütöv kütləyə çevrilir, yerdə qalan zərdab isə sıxılır. Bu zəngin qidalı mayedən sonradan zərdablı içki hazırlayırlar.

Pendirin hamar olmasından ötrü onu xüsusi pendir qablarına qoyurlar. Ertəsi gün isə elə həmin qablarda pendir bir saatlıq duzlu məhlula yatırılır. Orada pendir duzu özünə çəkərək artıq suyunu buraxır. Bu səbəbdən pendirin üzərində nazik qabıq əmələ gəlir.

Bax bu qədər. Yeni tutulan pendirin bəzi növləri istifadəyə hazır olur. Pendirin digər növlərinin yaxşı tutmasından ötrü onları 14 dərəcə temperatur və 95 faiz rütubətlilik şəraitində zirzəmidə iki il və daha çox saxlayırlar. Belə halda pendir daha dadlı və ətirli olur.

Sözardı əvəzi

Biz İsveçrəni elə gəldiyimiz marşrutla da tərk etdik: Riqadan tranzit vasitəsilə “airBaltic” aviaşirkətinin Sürix-Bakı reysi ilə. Lakin bizim bu dəfə Latviya aviadaşıyıcısının biznes-klass uçuşu ilə tanışlıq imkanımız oldu. Biznes-klass biletləri dünyanın əksər aeroportlarına, o cümlədən Sürixə də “biznes-lounge”u əlçatan edir. Tezləşdirilmiş pasport nəzarəti, hava limanında qeydiyyat üçün ayrıca duracaq, baqajın və əl yükünün aparılması üçün yüksəksəviyyəli normalar yol gərginliyini azaltmağa imkan verir. Biznes-salondakı rahat kreslolar və göyərtədə nəfis qidalanma uçuşu başdan-ayağadək həzzə çevirir.

Fürsətdən istifadə edərək, biz paytaxtın gözəl parklarını, iri fermer bazarını görmək, Köhnə şəhəri gəzmək və Avropanın ən yaxşı zooparklarından birində olmaq üçün Riqada bir gecə qalmaq qərarına gəldik. Lakin bu, başqa bir reportaj üçün ayrıca mövzudur.

Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib

0
Jerar Depardye

Görkəmli fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın baş nazirinin müavini Əziz Abduxakimov mətbuat konfransında məlumat verib.

O deyib ki, hazırda Özbəkistanın xarici ölkələrdə 14 turizm səfiri fəaliyyət göstərir və onların hamısı tanınmış adamlardır. Turizm səfirlərinin altısı hazırda Özbəkistandadır və onlar Daşkənddə keçiriləcək “İpək Yolu ilə Turizm” beynəlxalq turizm yarmarkasında iştirak edəcəklər.

Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye isə deyib ki, o, Özbəkistanın turizm potensialıni təkcə Fransada yox, bütün Avropa ölkələrində təbliğ edəcək.

Aktyor bildirib ki, noyabrın 26-dək Özbəkistanda “İpək Yolu” adlı film çəkir, baş rolun ifaçısı da özüdür. O vurğulayıb ki, İslam irsi Özbəkistanda çəkdiyi filmin əsas mövzularından biridir. Bu sənədli film Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukus şəhərlərində lentə alınır.

Sitrus festivalı turuna sizdə qatılın

0
Sitrus festivalı

Siz hələdə Çay, çəltik, sitrus festivalında olmamısınız ??? Ele isə Lənkəranda təşkil olunan Çay, çəltik, sitrus festivalı turana sizdə qatılın.

Tarix: 16-17 Noyabr

Turun qiymət: 25 AZN.

✅Tur 1-günlükdür hansı tarixi istəsəniz seçib qeydiyyatdan keçə bilərsiniz.
✳ Qiymətə daxildir ⤵
✅ komfortlu nəqliyyat.
✅ Gülərüz tur rəhbəri.
✅ Səhər yeməyi.
✅ Dönüşdə şirniyyatla çay süfrəsi.
✅ Fotosesiya.
✅ Yolboyu əyləncəli və hədiyyəli viktorinalar.

✅ Xəzərin sahilində nahar eləmək şansı.

Ekskursiyalar ⤵

✅Möhtəşəm Çay, çəltik, sitrus festivalında iştirak etmək şansı.
✅ Mandarin, Kivi, Feyxoa bağları.
✅ Lənkəran Xanbulan gölü.
✅ Həzi Aslanovun ev muzeyi.
✅ Lənkəran xanlarının evi.
✅Çay mağazası.
✅Sitrus bazarında alış-veriş etmək şansı.
QEYD
❇Toplaşma yeri saat 06:30-da Gənclik Mall-ın qarşısında.
❇ Bakıdan çıxış 07:00-da.
❇ Bakıya çatma 23:00-da.
❇ Tur zamanı spirtli içki qəbulu qəti qadağandır.
❇ Turda 5 yaşadək uşaqların iştirakı pulsuzdur ( maşında yer və menyu verilməzsə ).
❇ Şəkillər turdan 1 gün sora link vasitəsilə telefonunuza göndərilir.
Əlavə suallarınıza WhatsApp nömrələrimizdə cavab tapa bilərsiniz.

070-264-60-30

Azərbaycan Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir.

0
turizm

Azərbaycan Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən 01 Sentyabr 2019-cu il tarixdən icrasına başlanmış “Turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində Lənkəran şəhərində ölkə gənclərini əhatə edən 3 günlük təlim və təcrübə proqramı həyata keçirilib. Tədbirdə qonaq qismində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Əli Nurullayev və Ağakişi Baloğlanov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev Azərbaycan Gənclər Fondunun və təşkilatın fəaliyyəti haqqında məlumatları qeyd etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb. Onların üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırıb. Birliyin sədri həmçinin ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. Gənclərin bütün sahəlrədə, o cümlədə sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək turizm sahəsində sahibkarlığın önəminə də diqqət çəkib.

Təbirdə iştirak edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları da tədbirin təşkilini təqdirəlayiq hesab edib. Layihənin gənclər üçün faydasını dilə gətirib.

Biznes və karyera planlaşdırılması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü “Sahibkarlıq fəaliyyəti, ideyanın müəyyən edilməsindən danışıb. Biznes plan və sturkturu, marketinq planı, rəqiblərin təhlili, reklam üsulları, ölkəmizdə turizm sahəsində qəbul edilən son sərəncamlar və qanunlar, turizm sahəsində ölkəmizdə fəaliyyət göstərən qurumlar, turizm sahiblarlığının növləri, turların təşkili, bələdçilik fəaliyyəti, ölkəmizdə turizimin inkişafı üçün təkliflər və görülməli işlər və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb və qrup işləri təşkil edilib.

Tədbirin 3-cü günü isə Xanbulan gölü və Hirkan Milli Parkının ərazisindəki dəmirağac meşəliyi, Astara rayonunda Ləm adlanan XIX əsrə aid yay evi, Yanar bulaq, Ərçivan kəndindəki XIX əsrə aid hamam və Astara şəhərində yerləşən yeni salınmış Park-Bulvar ərazisi, Lənkəran şəhərindəki Xan evi və Dairəvi qalaya təcrübə turu təşkil edilərək, iştirakçılar məlumatlandırılıb.

Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Layihənin həyata keçirilməsində məqsəd turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsini artırmaqla bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmaqdir. Onların məşğulluğunu təmin etmək, ölkəmizin turizm potensialını layiqli şəkildə təqdim etməkdir. Bilavasitə bu sahədə gənclər arasında sahibkarlığın ikişafına dəstək olmaqdır.

Hirkan milli parkında VELOYÜRÜŞ – FOTOLAR

0
turizm

Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan milli parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib.

turizm



Yürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının, Respublika Olimpiya Velosiped məktəbinin nümayəndələri və həvəskar velosipedçilər iştirak edib. 344 velosipedçinin qatıldığı tədbirdə 10 km məsafə qət olunub. Bunu jurnalistlərə açıqlamasında Hirkan milli parkının direktoru Azər Mirzəyev bildirib.

turizm



O qeyd edib ki, veloyürüşün keçirilməsində məqsəd milli parklarda ekoturizmin inkişafına nail olmaqdır. İnsanları ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırmaqdır. Sağlam həyat tərzini və sağlam istirahət günü ənənəsini təbliğ etməkdir. Hamıya tövsiyə edirəm ki, yaşından asılı olmayaraq velosiped sürsünlər, sağlam həyat yaşasınlar. Sağlam bədən sağlam ətraf mühitdə formalaşır, ona görə də sağlam olmaq üçün hamı velosiped sürsə yaxşıdır.

Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub

0
turizm

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə II Çin Beynəlxalq İdxal Sərgisi keçirilib. Sərgi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.

Bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirilib. Sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.

Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib.

Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz “Made in Azerbaijan” brendi ilə istehsal etdikləri məhsullarından danışıb. O cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.

İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb.

Bundan başqa, sərginin “Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit”, “Qlobal ticarət və beynəlxalq logistika”, “Bir kəmər, bir yol” eko-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, “2-ci Çin sərgi sənayesi ticarəti” və digər paralel forumlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sahələr üzrə ölkəmizin potensialından söz açıblar. Əldə olunan uğurlar və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Azərbaycan-Rusiya sağlıq turizmi əlaqələri genişləndirilir

0

Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş “SWIC – Spa and Wellness International Congress” adlı tədbir keçirilib.

Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin “SPA və Wellness” industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edib. O qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır. Y.Trubnikova nümunə olaraq Rusiyanın “Top 100″nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür. Potensial var və lazımi tədbirlər həyata keçirilir.

Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvləri ilə görüşüb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının mənzil-qərargahında baş tutan görüşdə ölkəmizin sağlamlıq turizmi sahəsindəki potensialı var. Mövcud imkanlardan səmərəli istifadə yollarından danışılıb. Bu istiqamətdə görülən işlər və qarşıdan gələn 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə eyni zamanda sağlamlıq turizmi sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə fəaliyyətlə bağlı hər iki ölkənin assosiasiyaları arasında memorandum imzalanıb. Sənəddə qarşılıqlı biznes forumların, infoturların keçirilməsi haqqında müddəalar öz əksini tapıb.

Səfər çərçivəsində Yelena Trubnikovanın daha bir görüşü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovla baş tutub. Qonaq ali təhsil ocağının auditoriyalarına daxil olaraq tələbələrlə də görüşüb. Fikir mübadiləsi aparıb. Görüşlərdə həmçinin tələbələrin Rusiya sağlamlıq turizmi təsisatlarında təcrübə keçmək imkanları və bu istiqamətdə ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.

Noyabr ayı üçün baş tutan ölkə daxili və ölkə xarici turların siyahısı

0
turlar

(Turların programı üçün özələ yaza və ya instagram facebook səhifərimizdən əldə edə bilərsiniz.)

● QUBA QUSAR LAZA TURU (y)
● Tarixlər : 09 – 10 / 16 – 17 / 23 – 24 Noyabr (1 gecə/ 2 gün)

● Qiymət – 75 AZN (4 dəfə qidalanma daxil)

İSTANBUL – TRABZON – BATUMİ TURU (y)
• 14-20 Noyabr (4 gecə-5 gün)

• Qiymət: 149 USD (253 AZN)

• TBİLİSİ – MTSXETA – QORİ TURU (y)
• Tarix: 8-11 Noyabr (2 gün-1 gecə)

• Turun qiyməti: 65 AZN

● TRABZON – UZUNGÖL – SHOPPİNG TURU (y)
● 21-25 Noyabr (2 gecə/3 gün)

● Qiymət: 65 USD (110 AZN)

● MƏŞHƏD ZIYARƏT TURU
● .22 – 29 Noyabr (3 gecə 4 gün)

● ● Qiymət: 40 USD (72 AZN)

Yeni İL ölkə daxili və ölkə xarici turların siyahısı

? Quba – Qusar Şahdağ YENİ İL turu
● Tarixlər : 28 – 29 / 29 – 30 / 01 – 02 Yanvar / 02 – 03 Yanvar (1 gecə/ 2 gün)
▪ Qiymət – 119 AZN (3 dəfə qidalanma və qala gecəsi daxil)

● Tarixlər : 30 Dekabr – 01 Yanvar / 31 Dekabr – 02 Yanvar (2 gecə/ 3 gün)
▪ Qiymət – 189 AZN (6 dəfə qidalanma və qala gecəsi daxil)
Diqqət Diqqət: Noyabr ayının 1-inə qədər rezervasiyaya 10% ENDİRİM

Noyabr ayının 15-indən sonra isə 10% qiymətdə artım.

● Yeni il tarixində sərfəli qiymətə Gürcüstan turumuza qoşularaq istirahətin dadını çıxarın 😉
● 2 gecə / 3 günlük tur cəmi 99 USD

● Tarixlər: 29 dekabr – 2 yanvar (2 gecə-3 gün) / 30 dekabr – 3 yanvar (2 gecə-3 gün)

● SOÇİ – ADLER TURU (y)

• 29 dekabr-3 yanvar 2020-ci il
• 3 gecə 5 gün 205 $
• 29 dekabr-4 yanvar 2020-ci il

• 4 gecə / 6 gün: 239 $

● MOSKVA YENI IL TURU
● Tarix:28.12.2019
● 4gün 3gecə(ümumi 7Gün Avtobusla / 199 USD

Əlavə məlumat 070-264-60-30

Qonşudan gələn yenilik turizmi çökdürə bilər

0
turizm

Gürcüstanda əhalinin 27 faizi turizmə xidmət sahəsində çalışır. Azərbaycanda isə bu sahədə çalışanalrın sayı 22 mindir. Bu isə o deməkdir ki, ölkəmizdə 10 minlərlə yeni iş yerlərinin yaradılması üçün turizmdən istifadə etmək olar.

Artıq 2021-ci ildən etibarən Türkiyədə otellər ulduza görə əlavə vergi ödəyəcək. Bu vergi 5 ulduzlu otellərdə gündəlik olaraq adambaşına 18 TL (5.50 AZN) olacaq. 4 ulduza görə,  otellər adambaşına olaraq 12 TL (3.50 AZN) ödəyəcəklər. 3 ulduzlu otellər isə buna görə, gündəlik olaraq  adambaşına 9 TL (2.67 AZN), 2 1 ulduzlu otellər, motellərqonaqlama üçün əzərdə tutulan mənizl və düşərgələr isə buna görə 6 TL (1.60 AZN) vergi verməli olacaqlar. Lakin 12 yaşından kiçik olan uşaqlara görə heç bir vergi alınmayacaq.

Bununla bağlı olaraq artıq Türkiyə Böyük Millət Məclisində Plan və Büdcə Komissiyası tərəfindən layihə qəbul olunub. Lakin müzakirələr birmənalı qarşılanmayıb. Belə ki, komissiyanın üzvləri verginin yüksək olmasını deyiblər. Komissiya üzvləri bildiriblər ki, belə olan halda onlar qonaqların otellərdən mənzillərə qaçmasını təşviq etmiş olacaqlar. Lakin digər millət vəkili Camal Öztürk isə bu ənənənin artıq başqa ölkələrdə olduğunu deyib: “Biz köhnə bazara təzə nırx qoymuruq. Fransada bu cür vergilər ən azı 10 avrodur. Artıq Rusiyada, Yunanıstanda da bu təcrübə yaradılıb. Bizim ölkədə də buna ehtiyac var”.

Maraqlıdır, Azərbaycanda da belə bir addımın atılmasına ehtiyac varmı?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında hələlik ölkəmizdə buna gərək olmadığını deyib: “Hazırda otellərimiz bələdiyyə, şəhər vergisi ödəyirlər. Buna görə otellərdən adambaşına olaraq təxminən 1.10-1.20 AZN vergi tutulur. Hansı otellərin bunu edib-etməməsi başqa bir mövzudur. Düşünürəm ki, ulduza görə əlavə verginin tətbiqi müsbət olmayan tendensiya kimi dəyərləndirilə bilər. Bu cür addım turistlərin otellərdən evlərə qaçmasını təşviq edə bilər. Amma etiraf edək ki, artıq biz belə bir mənzərənin şahidiyik. Sonuncu təhlil zamanı bəlli olub ki, Bakı şəhərində mənzillər sayı 1200 idi. Onlar kiçik və orta səviyyəli otellər üçün böyük rəqib hesab olunur”.

“Hazırda otellər bütün vergiləri ödəyirlər. Onlar heç bir vergidən azad deyillər. Torpaq, əmlak, gəlir, muzdlu işə görə olan vergiləri ƏDV (əlavə dəyər vergisi) ödəyirlər. Bu gün biz orta və kiçik nbiznesin inkişafını düşünürük. O cümlədən düşüünrəm ki, kiçik otellər, qonaq evləri, B1 and B1 konseptində işləyən mərkəzlərin sayı artmalıdır. Bunun üçün biz daha əlverişli istuasiya yaratmış olsaq, biznesdə bu sahəyə maraq artar. Düşünürəm ki, otellər ƏDV-dən azad oluna bilər. Bundan başqa, muzdılu işə görə ödənilən vergi ləğv olunsa, yaxud da azalsa, bu addım həmin işçilərin məvacibinə də müsbət təsir etmiş olar. Hələlik ki, belə bir addımın atılmasına gərək yoxdur. Çünki hazırda otelçilik sahəsində vergi yükünü azaltmaq lazımdır”, – deyə o əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli qonşu ölkə və Azərbaycan turizmi arasındakı fərqlərdən danışıb: Türkiyə artıq 30 ildən də artıqdır ki, otelçilik təcrübəsinə malikdir. Otelçilik təcrübəsinə görə Türkiyə artıq dünyanın ilk 10-a daxil olub. Bu ölkədə turizm sahəsində yeni vergilərin tətbiqi o qədər də təəccüblü deyil. Lakin Azərbaycanda isə bu sahəyə yeni inkişaf etməkdir. Ona görə də hələlik ölkədə otellərə bu cür vergilər tətbiq etməklə müəyyən tənzimlənmə prinsiplərinə keçirilməsi mərhələsi deyil. Qonşu ölkələrlə bizim cəlb etmək istədiyimiz turist bazarları da eyni olduğuna görə, qiymət, xidmət və əyləncə növlərinə görə onlardan daha üstün olmağa çalışmalıyıq. Lakin hazırkı durumda biz qonşularımızdan geridə qalırıq. Biz həm turizm sahəsində çalışanların sayına, həm də adambaşına gələn gəlirlərin miqdarına görə də geridə qalırıq”.

“Çünki Gürcüstanda əhalinin 27 faizi turizmə xidmət sahəsində çalışır. Azərbaycanda isə bu sahədə çalışanalrın sayı 22 mindir. Bu isə o deməkdir ki, ölkəmizdə 10 minlərlə yeni iş yerlərinin yaradılması üçün turizmdən istifadə etmək olar. Lakin vergi yükü artırılarsa, biz turizm sahəsinin daha böyük çətinliklərlə qarşılaşacağının şahidi ola bilərik”, – deyə o əlavə edib.

Lahıcda 228 il yaşı olan tarixi məscid təmir ediləcək

0
Lahıc

Tapşırıq əsasında noyabr ayının 1-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlayıb

Lahıcdakı acınacaqlı vəziyyətdə olan Bədöyün məscidinin əsaslı təmirinə qərar verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabr ayının 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər edib. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat verib. Sözügedən məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.

Tapşırıq əsasında noyabr ayının 1-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlayıb. Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən, abidədə təmir işlərinə başlamazdan əvvəl arxeoloji tədqiqat işləri aparılmalıdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində səkkiz kitabə var. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il)hicri 1323-ci (1905-ci il) tarixləri qeyd edilib.