Bu məsələ Azərbaycanda toy və film turizmin inkişafı ilə bağlı vəziyyəti gündəmə gətirib. Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə Cebhe.info-ya açıqlamasında xaricilərin toylarının Azərbaycanda keçirilməsi üçün xüsusi konsepsiya hazırlandığını deyib:
“Toy məsələsində artıq özəl şirkətlər xariciləri cəlb edirlər. Xüsusilə də Hindistan və İrandan olan toylar cəlb edilir. Hindistan toylarının Azərbaycanda keçirilməsi üzrə Azərbaycan Turizm Bürosunun konsepsiyası var. Hindistanda bu istiqamətdə təbliğat işləri aparılır. Çap və elektron materiallar hazırlanır. “Celebrate your wedding in Azerbaijan” broşürları hazırlanıb. Azərbaycanda artıq Hindistan toyları keçirilir. Düzdür, bu, hələ geniş yayılmayıb, başlanğıcdır. Lakin təbliğat işləri uğurlu olduqdan sonra biz düşünürük ki, bu seqment çox gəlirli bir sahəyə çevriləcək. Çünki hindistanlılar ildə xaricdə toy keçirmək üçün təxminən 50 milyard dollar pul xərcləyir və toylarının hardasa 40 faizindən çoxunu məhz xaricdə etməyi xoşlayırlar. Seçimlərini çox zaman yaxın ölkələrə etsələr də, amma böyük regionu götürdükdə populyar istiqamət Türkiyə istiqamətidir. Həmçinin Azərbaycana da maraq göstərirlər. Bizim apardığımız araşdırmalara görə, hindliləri ən çox cəlb edən 2-3 şey var. Birincisi, onlar bizim mətbəxi, yeməkləri, bizim mətbəxlə öz mətbəxlərinin sintezini yaratmağı xoşlayırlar. İkincisi, bəzi adət-ənənələr üst-üstədüşür, məsələn, xına onlarda da çox populyardır. Bundan başqa, Azərbaycanda toy keçirmək onlar üçün Avropadan daha əlverişlidir. Özləri həmişə qeyd edirlər ki, Azərbaycanda hindistanlılara qarşı xüsusi isti münasibət var. Yadda saxlamaq lazımdır ki, Azərbaycanda atəşpərəstlərin “Yanardağ”, “Atəşgah” kimi kult olan yerləri var. Bu da onları cəlb edir. Bu gün üçün əsas təbliğat istiqaməti Hindistandır. Əlbəttə ki, qonşumuz olan iranlıların toyları da var… O istiqamətdə də intensiv işlər görüləcək”.
“Filmlərə gəldikdə isə Bakıda filmlərin çəkilişi başlayıb. Film sahəsi ilə bağlı da konsepsiya hazırlanır. Filmlərin çəkilişini Azərbaycana sistemli şəkildə cəlb edilməsi üçün tədbirlər görülür. Amma bu sahədə atılan addımlar müzakirə və ideya səviyyəsindədir. Çünki müxtəlif yanaşmalar var. Məsələn, filmləri cəlb edəndə qurumların sistemli şəkildə dəvət edilməsi, yerli aktyorların orada iştirakı məsələsi, müəyyən maliyyə güzəştlərinin edilməsi və s. müzakirə olunur. Bu gün biz Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi olaraq bir çox filmlərin, xüsusilə də sənədli filmlərin çəkilişlərini dəstəkləyirik. Bədii filmlərin, serialların çəkilişinə gəldikdə isə bizim gündəmdə olan məsələmiz Koreya serialının Azərbaycanda çəkilişinə dəstək verilməsidir. Koreyalılar filmin hansı ölkədə çəkildiyini gördükdə onlar həmin ölkəyə səyahət etmək istəyirlər buna meyilli olurlar. Azərbaycanda elə bir film çəkilsə, koreyalılar üçün stimul olacaq”.
Moskvada İtaliya şirkətləri üçün Azərbaycanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib
Moskvada İtaliyanın Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə İtaliya şirkətləri üçün nəzərdə tutulan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib.
Azərbaycanın Rusiyadakı Səfirliyindən APA-nın Moskva bürosuna verilən məlumata görə, forumda 200-dən çox italiyalı şirkət iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu çıxış edib. Çıxışda xüsusi olaraq Rusiya və İtaliyanın Azərbaycan üçün mühüm iqtisadi tərəfdaş ölkələr olduqları qeyd edilib.
İtaliya ilə ikitərəfli əlaqələrə gəldikdə, bu ölkənin iş adamlarına məlumat verilib. Son 20 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi İtaliyanı Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına şərait yaradıb.
Əməkdaşlığın əsasən enerji sahəsində inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılıb. Meyvə, tərəvəz, digər ərzaq məhsullarının birgə istehsalı və ticarəti üzrə də yeni layihələrin həyata keçirilməsi təklif edilib.
Eyni zamanda, turizmin inkişafının Azərbaycan üçün xüsusi önəm daşıdığını nəzərə alaraq, bu sahədə yeni biznes layihələrinin prioritet olduğu iş adamlarının diqqətinə çatdırılıb.
Azərbaycan Hava Yolları tərəfindən Bakı-Milan arasında birbaşa avia uçuşların həyata keçirildiyi vurğulanaraq, İtaliya şirkətləri tərəfindən də Bakı və Roma arasında birbaşa uçuşlara başlanması təklif edilib.
Səfir Polad Bülbüloğlu biznes imkanlarının daha dərindən öyrənilməsi, habelə istirahət və gəzinti üçün İtaliya iş adamlarını Azərbaycana dəvət edib.
Tədbirdə eyni zamanda İtaliyanın Rusiya Federasiyasındakı Səfiri Paskualle Tarraççano, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə Səfiri Oljas İsabekov və Özbəkistanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şoxrux Qulamov çıxış ediblər.
Çıxışlardan sonra keçirilmiş panel müzakirələrin Azərbaycan üzrə hissəsində ölkəmizdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri həmkarlarına təcrübələri haqqında söhbət açıblar. Azərbaycanda biznes üçün cəlbedici mühitin yaradıldığını vurğulayıblar.
Panel diskussiyalarda əsasən enerji və konsaltinq sahəsində ixtisaslaşan şirkətlər iştirak ediblər. Bununla yanaşı, Azərbaycan diskussiyada xüsusi diqqəti cəlb edən İtaliyanın şərabçılıq və dequstasiya sahəsində ixtisaslaşan tanınmış “Di Vine Consultinq” şirkətinin rəhbəri Andrea Ulivanın çıxışı olub. Belə ki, son on il ərzində Azərbaycanda şərabçılığın inkişafı sahəsində fəaliyyət göstərdiyini, Azərbaycanı ikinci vətəni hesab etdiyini bildirən ekspert, şərabçılıq sahəsində ölkədə son illərdə inanılmaz inkişafın baş verdiyini diqqətə çatdırıb.
İtaliyalı iş adamlarını bu sahədə yeni biznes layihələrə dəvət edən Uliva, Azərbaycanın ləziz şərablar istehsal etdiyini bildirib . Xüsusi vurğulanıb ki, şərabçılığın inkişafına diqqət verən ölkə rəhbərliyi tez-tez üzüm plantasiyalarına baş çəkir. Dinamikanı yerində izləməyə maraq göstərir.
İtaliya səfirliyinin dəstəyi ilə keçirilmiş forum nüfuzlu xarici investorların Azərbaycana marağını bir daha təsdiqləyib. Eyni zamanda seçilmiş format ölkəyə yeni texnologiyalar və sərmayələrin cəlb edilməsi baxımından effektivliyini göstərib. Səfirlik tərəfindən Rusiyada fəaliyyət göstərən xarici iş adamlarının Azərbaycana cəlb edilməsi istiqamətində iş davam etdiriləcək.
Son illər Bakıda vəhşi tikinti bumunun qurbanı olmuş tarixi binalar…
Hər binanın özünün bir tarixi, eləcə də həyatı, milli, ictimai əhəmiyyəti var. Bakıda son illərə qədər, yəni paytaxtımızı başına götürən tikinti bumu başlayana qədər qədim və orta əsrlər, eləcə də XIX əsr intibahının yadigarı olan binalar qalmaqda idi. Çox təəssüflər olsun ki, işbazlar əllərinə keçən fürsətdən istifadə edərək Bakının tarixi binalarına, sözün əsl mənasında, divan tutmağa başladılar.
Bakıda sökülən tarixi binaların yerində isə otellər, restoranlar, şadlıq evləri, ticarət mərkəzləri, əyləncə məkanları inşa edildi. Hətta şahidlərin sözlərinə görə, tarixi binaların sökülməsi olduqca çətin olub. Buna səbəb isə o binaların özülünün həddindən artıq möhkəm olması, inşasında təbii materiallardan istifadə edilməsi olub. O da bildirilir ki, tarixi binalar sökülərkən onların bəzilərinin yerləşdiyi ərazinin özündə yeraltı abidələr olub, həmin abidələr də bina qarışıq yerlə yeksan edilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən Bakının sökülən, yerində “göydələnlər”, digər obyektlər inşa edilən tarixi binalarının da məsələsinə toxunub.
“Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın” – deyə bildirən Prezident İlham Əliyev bildirib ki, bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər çoxmərtəbəli binalar tikirlər: “Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər YUNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə, ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə “Azəravtoyol” Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaq”.
Bakıda hansı tarixi abidə sayılan binaları söküblər və yerində nələr tikiblər? O dağıdılmış binaların yerində inşa edilən binaları, “göydələnlər”i, otel və restoranları sökərək yerində həmin qədim binanın oxşarını inşa etmək nə qədər mümkündür?
Memarlar bizimlə söhbətində bildirdilər ki, Bakıda dağıdılan binaların əksəriyyəti tariximiz üçün böyük əhəmiyyət daşıyıb. Lakin bəzi işbazların tarixi binalara qarşı laqeyd münasibəti sayəsində Bakıda onlarla tarixi bina məhv edilib.
Memarlar vurğulayırlar ki, paytaxtdakı yüzlərlə tarixi bina, eləcə də memarlıq abidələri müasir işbazların, iş adamlarının qurbanı olub, onların yerlərində otellər, ticarət mərkəzləri, başqa obyektlər inşa edilib.
Aidə Əhmədova: “Bir çoxları kimi, Tağıyevin də tikdirdiyi yaşayış binalarının bir qismi müstəqillikdən sonra işbazlar tərəfindən sökülərək yerində yeni bina inşa edilib”
Sənətşünas Aidə Əhmədova bizimlə söhbətində bildirdi ki, Bakıda baş verən tikinti bumu şəhərin tarixi binalarının məhvinə və şəhərin tarixi gözəlliyinin pozulmasına səbəb oldu. Ölkə başçısının bu cür ciddi məsələni yenidən vurğulamasının və diqqət mərkəzinə gətirməsinin əhəmiyyəti böyükdür. Ölkə başçısının verdiyi mesajlardan tikinti ilə məşğul olan bütün şirkət rəhbərlərinin nəticə çıxarmalı olduğunu deyən A.Əhmədovanın sözlərinə görə, tarixi binaları dağıdıb onun yerində müasir binalar tikən işbazlar, əslində, bununla dövlətə, xalqa, tarixə xəyanət etmiş oldular. O vurğuladı ki, uzun müddətdir bəzi işbazlar Bakının tarixini silməklə məşğuldurlar. Milyonçuların bizim üçün tikib, miras qoyub getdikləri tarixi binaların “müasir milyonçu”ların qurbanı olduğunu deyən sənətşünas qeyd edir ki, bu gün Bakıda Şəmsi Əsədullayevin, Musa Nağıyevin, Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun inşa etdiyi binaların çoxunun yerində “göydələnlər”, otellər ucalıb. “Lakin təəssüf ki, Bakıda bir çox milyonçunun, o cümlədən də Tağıyevin inşa etdirdiyi binaların bəziləri məhv edilib. Bir çoxları kimi, Tağıyevin də tikdirdiyi yaşayış binalarının bir qismi müstəqillikdən sonra işbazlar tərəfindən sökülərək yerində yeni bina inşa edilib. Məsələn, Neftçilər prospekti 95/97 ünvanında yerləşən, hazırda sökülmüş olan binaları da 1880-ci illərdə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib. Bilirsiniz ki, Bakıda, ümumiyyətlə, ölkədə mövcud olan tarixi binaların böyük əksəriyyətinin dövlət qeydiyyatına alınmaması işbazlara şərait yaradıb ki, onlar bu binaları söküb yerində eybəcər, heç bir estetik gözəlliyi olmayan binalar inşa etdirsinlər”.
Ekspert qeyd etdi ki, Köhnə Çadrovı, indiki M.A.Əliyev 102 ünvanındakı qədim tikililər də işbazların qurbanı olub. Bu binaların sırasında Azərbaycan SSR-in Xalq artisti Abbaş Mirzə Şərifzadənin evinin də olduğunu deyən ekspert bildirdi ki, Mirzağa Əliyev küçəsi 115-də yerləşən bu bina da yox edilib. Onun sözlərinə görə, M.Əliyev küçəsi 124 ünvanında yerləşən və 1900-cü ildə inşa edilmiş mesenat Təhməzov qardaşlarının 3 mərtəbəli sarayı da yoxdur. O dedi ki, Gəncədə şərabçılıqla məşğul olan, kasıblara kömək edən, gəncləri oxumağa göndərən Təhməzov qardaşlarının binası Azərbaycanın tarixi memarlıq abidələrinin siyahısında olduğuna baxmayaraq, sökülüb.
Əvvəllər Nijnaya Tazapirskaya küçəsi adlanan küçədə tikilən tarixi binalardan biri də tarixə qovuşub. Bina iki qardaşa məxsus olub. Onların müsavatçı olduğu bildirilir. 1920-ci ildə “Qırmızı ordu” Bakıya gələrkən buradan qaçıblar. Belə gözəl tarixi bina isə işbazlar tərəfindən dağıdılıb.
Qeyd edək ki, “Tarix, mədəni və təbii irsi qoruma” İctimai Nəzarət Komitəsinin icraçı direktoru Aytəkin İmranova bizimlə söhbətində qeyd etdi ki, dövlət qeydiyyatına alınan bu tarixi binaların yerində bu gün müasir otel və “göydələnlər” ucalır: “Əvvəllər bütün bu binalar siyahıya alınırdı. Onlar tarixi memarlıq nümunəsi kimi qorunurdu. Nəinki onları sökmək və ya dağıtmaq, onlar üzərində heç təmir işləri də aparmağa izin yox idi. Restavrasiya işləri də ancaq həmin abidənin ilkin görünüşünə xələl gətirməmək şərtilə aparıla bilərdi. Müstəqillikdən sonra da həmin abidələrin siyahıya alınması barədə qərar qəbul edilməli idi. Ancaq yarımçıq qaldı. Bu bir yana, indi həmin tarixi abidələrə münasibət o səviyyədədir ki, hətta təmir işləri aparılarkən belə onların tarixiliyi nəzərə alınmır. Dövlət qeydiyyatına alınsa belə, bu abidələr qorunmur. Onlara münasibətdə ögeylik nümayiş etdirilir”.
Ekspertin vurğuladığına görə, tarixi memarlıq abidəsi sayılan bir gimnaziya var idi ki, onu da söküb tamamilə təhrif etdilər. “4 fəsil” oteli üçün şəhərin mərkəzində 40-a yaxın irili-xırdalı gözəl tarixi abidələr sökdülər” – deyə ekspert qeyd etdi.
Ekspertlər qeyd edirlər ki, Muxtarov küçəsi 83-də “Yuğ” teatrının yerləşdiyi tarixi bina da işbazlar tərəfindən sökülüb. O binanın əsası 1888-ci ildə qoyulmuşdu və XIX əsr Azərbaycan memarlığını ifadə edirdi. Fərəculla hamamı kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı.
Cəfər Qiyasi: “İşbazlar tərəfindən inşa edilən binaların sökülərək yerində əvvəlki tarixi binaların təkrar inşa edilməsi mümkün deyil”
Tanınmış memar Cəfər Qiyasi “Bakı-Xəbər”ə bildirdi ki, son illər Bakıda işbazlar tərəfindən bir sıra tarixi binalar sökülərək yerində yeni binalar inşa edilib. O binaların adlarını konkret olaraq çəkməyən C.Qiyasinin sözlərinə görə, işbazların məhv etdiyi binaların sayı çoxdur: “Bu binaların sayı çoxdur. Bakıda həqiqətən də bir sıra tarixi binalar sökülərək yerində otellər, restoranlar, “göydələnlər” tikilib. İşbazlar tərəfindən inşa edilən binaların sökülərək yerində əvvəlki tarixi binaların təkrar inşa edilməsi mümkün deyil. Çünki o binaları yenidən tikmək mümkün deyil. Əvvəla biz bu binaları yenidən inşa etmiş olsaq, onların tarixiliyini, əvvəlki görkəmini verə bilmərik. Əgər tarixi bina yarıuçuq vəziyyətdədirsə, onu yenidən bərpa etmək mümkündür. Bir də ki, o otelləri, “göydələnlər”i sökmək özü mümkün deyil. Ancaq bundan sonra tarixi binaların mühafizəsi, qorunması ilə bağlı diqqətli olmaq lazımdır ki, işbazlar bir də onlara əl uzatmasınlar” -deyə C.Qiyasi qeyd etdi.
Xızı ərazisində geomorfoloji tədqiqat aparılıb
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev tədqiqat işləri aparıb. Tədqiqat Siyəzən və Xızı rayonları ərazisində olub.
Tədqiqatlara əsasən elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan 1 müxtəlif rəngli gil layları geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilib. Bu məqsədlə Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrinə baş çəkilib. O cümlədən əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağı təbiət abidəsini formalaşdıran süxurlardan ibarət olub. Laboratoriya analizləri üçün süxur nümunələri götürülüb. Onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılıb.
Paytaxtımızda “Medinex”
Sabah “Medinex” – Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.
Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.
Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan. Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib. Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribyutor və istehsalçılar tərəfindən təmsil olunub. Belarus Respublikası “Medinex” sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edir.
“Medinex” sərgisi 3 zonadan ibarət olacaq. “Showcase” zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə, potensial tərəfdaşlarla tanış olacaq. Mövcud əlaqələri möhkəmləndirmək, məhsul və xidmətləri təqdim etmək mümkün olacaq.
Tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbir olan “Medinex” sərgisi Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.
“İnnovasiyalar” zonası tibb sahəsinin gələcəyini bu gün görmək imkanı yaradacaq. Həmin zonada sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələri, nailiyyətləri, inqilabi prototipləri, gələcəyin texnologiyalarını və avadanlıqları nümayiş etdiriləcək.
“Prezentasiya” zonasında sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar yer alacaq.
“Medinex” sərgisində tibdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıq, tibb müəssisələri və apteklər üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, diyetologiya, tibbi təhsil, BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.
Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.
YENİ İL TURU??
28.12.2019-03.01.2020
? 4Gün/3Gecə (ümumi 7Gün Avtobusla)
CƏMİ -199 usd
İLKİN ÖDƏNİŞ 60$ (1nəfər üçün) ÖDƏYƏRƏK QALANIN GEDİŞ GÜNÜ ÖDƏYƏ BİLƏRSİZ
Qiymətə Daxildir :
Layiqli xidmət və Kefiyyət ??
Kamfortlu Avtobusla Gediş -Dönüş
Səhər Yeməyi(Otelde)
Çay (Yol Boyu)
Sığorta hədiyyə ?
Bələdçi xidməti
Yol boyu Şaxta baba
Qrup Şəklində Fotosesiya
(3 Gecə/4 Gün) oteldə Gecələmə
Yol boyu maraqlı oyunlar və yeni il hədiyyələri (Supriz) ?
Gəzintilər :
1.Qırmızı Meydan
2.Kremlin Sarayı(500 rubl)
3.Tarix muzeyi
4.Aziz Vasil Katedrali
5.Bolşoy Teatrı (1500 rubl)
6.Zaryadye parkı
7.Gorky parkı
8.Lenin movzeleyi.
9.Arbat küçəsi
10.Gum Alışveriş mərkəzi
11 Kalominski parkı
12 Tarix muzeyi
13.Puşkin muzeyi(400rubl)
14.Tretyakov Dövlət Galeryası(500 rubl)
15.Moskva metrosu
16.Dövlət Tarix Muzeyi (700 rubl)
17.Tverskaya küçəsi
18.Böyük İvan Çan Qülləsi
19.Moskva Heyvanat Bağçası (500 rubl)
20.Ostankino Tv Qülləsi (1000 rubl)
Qeyd:
Qiymət 2 nəfərlik otaqda 1nəfər üçün Hesablanmışdır .
1 yaşdan 5 yaşına kimi uşaqlar ödənişsizdir xidmət tələb olunmursa.
5 yaşdan yuxarı tam ödəniş (xidmətlər Tam Göstəriləcək )
?Qiymətə Daxil deyil:
1.Muzeylərə və ödənişli yerlərə Giriş bileti (Qiymətləri proqramda Qeyd olunub)
2.Nahar & Şam yeməyi
3.Qala Gecəsi (+30 $)
?YERLƏR ÖDƏNİŞ GÜNÜNƏ GÖRƏ VERİLİR:
?ÖDƏNİŞLƏR GÜNÜN MƏZƏNNƏSİNƏ GÖRƏ MANATLA QƏBUL OLUNUR :
Toplanış 28 May m/s
Toplanış Günü :28.12 .2019
Toplanış saatı :18:00
Çıxış :19:00
Bakıda olma vaxdı :03.01.2020
Ətraflı məlumat üçün:
070-264-60-30
İranın xəbər saytında Qız qalası haqqında geniş yazı dərc olunub
İranın “Tehran News” saytında Bakıdakı Qız qalası haqqında geniş yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Bakı qədim tarixi abidələr şəhəri kimi təqdim olunub. Qeyd edilib ki, qədim tarixi olan Qız qalası Bakı şəhərinin rəmzi sayılır. Şəhərə səfər edən turistlər, ilk növbədə, bu unikal abidəni görmək istəyirlər.
Nəzərə çatdırılıb ki, 1964-cü ildən muzey kimi fəaliyyət göstərən bu tarixi abidə 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Qız qalası təkcə Bakının deyil, ümumilikdə Azərbaycanın rəmzi sayılır. Qala Bakının tarixi hissəsi olan İçərişəhərdə yerləşir. İçərişəhərin özü də Azərbaycan xalqının tarixindən xəbər verən bir məskəndir.
Materialda bildirilir ki, Bakı hər il çox saylı turistin ziyarət etdiyi şəhərlərdən biridir. Azərbaycanın paytaxtı tarixi abidələrlə zəngindir. Dünyada sənaye üsulu ilə ilk neft hasilatı burada baş verib və Bakı şəhəri bundan sonra xüsusilə məşhurlaşıb.
“Etihad” Əbu-Dabini tibbi turizm mərkəzinə çevirmək niyyətindədir
Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı olan “Etihad Airways” və Əbu-Dabidəki Klivlend Klinikası saziş imzalayıblar. Sazişə əsasən, iki təşkilat Əbu-Dabiyə əsas tibbi turizm istiqaməti qismində birgə promouterlik edəcəklər.
Saziş çərçivəsində “Etihad” bütün dünya üzrə əsas bazarları xüsusi turpaketlərlə təmin edəcək. Buraya reyslərin bronlanması, otellərdə qalmaq və 40 ixtisas üzrə həkimlərin xidmətini təklif edən Əbu-Dabidəki Klivlend Klinikasında tibbi xidmət üçün vahid həll daxildir.
“Etihad Aviation Group” şirkətlər qrupunun baş icraçı direktoru Toni Duqlas deyib: “Müalicəyə ehtiyacı olan səyahətçilərə xüsusi xidmətlər, o cümlədən personalımız tərəfindən göyərtədə qulluq təklif edən aviaşirkət üçün belə nüfuzlu təchizatçı ilə əməkdaşlıq təbii inkişafdır, tibbi xidmətlərin daxil olduğu mövcud turpaketi əldə etməyi arzulayan müsafirlərimizə daha çox seçim təklif etməyə yönləndirilib. Əbu-Dabi tibbi xidmətin bundan sonrakı inkişafına şərait yaradan əhəmiyyətli sərmayələr alıb. Biz dünya səviyyəli tibbi xidmətlərin daha əlçatan edilməsi işində fəxrlə iştirak edirik”.
Tibbi turizm sahəsində əməkdaşlıq bu ilin əvvəlində Əbu-Dabinin Səhiyyə Departamenti ilə Mədəniyyət və Turizm Departamenti tərəfindən elan edildiyi kimi, bu sahədə aparıcı mərkəz olması üçün Əbu-Dabinin daha irimiqyaslı strategiyasına hər iki şirkət tərəfindən dəstəyin bir hissəsidir.
Əbu-Dabidəki Klivlend Klinikasının baş icraçı direktoru doktor Rakeş Suri deyib: “Biz “Etihad Airways”lə bu sazişi bağlamağa çox şadıq. Klivlend Klinikası ilə “Etihad Airways”in əməkdaşlığı bizim pasiyentlər və onların ailələri üçün xidmətlərimizi daha əlçatan edəcək”.
Dünyanın hər yerinə uçan 108 təyyarədən ibarət parka malik “Etihad Airways” Əbu-Dabidəki Klivlend Klinikası kompleksini yeni bazarlarla birləşdirəcək, tibbi turizmin qlobal mərkəzi kimi Əbu-Dabinin nüfuzunu möhkəmləndirəcək.
Klivlend Klinikasının beynəlmiləl komandası öz pasiyentlərinə qüsursuz praktika təqdim edəcəklər. Pasiyentin klinikada fəaliyyət göstərən nümayəndəsi sizi bütün səyahət boyunca yönləndirəcək və məsləhət verəcək, mənzilbaşına çatdıqda qarşılayacaq və tərcüməçi xidməti təklif edəcək.
2018-ci ildə Əbu-Dabidəki Klivlend Klinikası 93 ölkədən 1380 pasiyent qəbul edib. Gözəl kompleksdə yerləşən klinika regionun daha ağır xəstələrini qəbul edərək onlara intensiv müalicə xidmətləri göstərir. 2015-ci ildə açılan klinikada xeyli əməliyyatlar – BƏƏ-də ilk dəfə həyata keçirilən ürək, qaraciyər, ağciyər köçürülməsi əməliyyatları aparılıb. 2019-cu ildə klinika çərçivəsində çox gözəl onkoloji mərkəz yaradılıb. BƏƏ-də onkoloji xəstəliklərin müalicəsi üçün mərkəzdə inteqrasiyalı və dəyişikliklərə hazır yanaşmadan istifadə olunur.
Maunt-Vernon ABŞ-da ən çox ziyarət edilən tarixi yerlərdən biridir
Vaşinqton şəhərindən 24 kilometr cənub-şərqdə, Potomak çayının sahilində yerləşən Maunt-Vernon plantasiyası XVIII əsrdə ABŞ-ın birinci prezidenti Corc Vaşinqtona məxsus olub. Birləşmiş Ştatların dövlətçiliyinin banilərindən birinin malikanəsinə 1960-cı ildən Milli Tarixi Abidə statusu verilib.
Bu malikanə prezidentin böyük qardaşı, britaniyalı admiral Vernonun şərəfinə belə adlandırılıb. 1751-ci ildə plantasiya miras kimi Corc Vaşinqtonun əmlakına çevriləndən sonra o, həmin ərazidə ikimərtəbəli taxta malikanə və bir başqa tikililər inşa edib. Corc Vaşinqton ömrünün sonuna – 1799-cu ildə vəfat edənə qədər dövləti vəzifələrinin icrası gedişində fasilələr zamanı həmişə Maunt-Vernonda yaşayırdı. Artıq uzun illərdir ki, bu malikanə muzeyə çevrilib və həmin muzeyi hər il 1 milyondan çox turist ziyarət edir.

Malikanəyə ictimaiyyət nümayəndələrinin baxmasına imkan verilməsi yenilik deyil. Bu, Corc Vaşinqtonun özünün başladığı və 200 ildən artıq tarixi olan ənənənin bir hissədir. O hələ 1794-cü ildə “ağlı başında olan hər bir abırlı insanın Maunt-Vernon plantasiyasındakı binalara, bağlara və başqa obyektlərə tamaşa etmək marağını təmin etməsinin” əleyhinə olmadığını yazırdı.
Malikanənin girəcəyindəki müasir binada Corc Vaşinqtonun, birinci xanım Marta Vaşinqtonun və birinci ailənin oğul və qız nəvəsinin heykəlini görmək olar. Turistlər elə oradaca Corc Vaşinqtonun həyatından tarixi məqamların, o cümlədən birinci prezidentin inauqurasiya mərasiminin və Birləşmiş Ştatların müstəqilliyi haqqında bəyannamənin Vaşinqnton üçün oxunduğu tədbirin şüşə üzərində təsvirləri, habelə Vaşinqtonun evinin maketi ilə tanış ola bilərlər.

Ziyarətçilər malikanədə Vaşinqtona məxsus olmuş əmlak obyektlərinin orijinalları ilə tanış ola bilərlər. General Vaşinqton öz karetasını bir neçə at saxlanılan tövlənin yaxınlığında saxlayırdı. Bu işlə əsasən onun Co və Cek adlı xidmətçiləri məşğul olurdu. Malikanənin ərazisində indi də böyük heyvan ferması var. XVIII əsrdə olduğu kimi indi də həmin fermada bir neçə qoyun növü saxlanılır.
Vaşinqtonun evi 1734-cü ildə tikilib. O vaxt binada cəmi 4 otaq vardı. Vaşinqton bu malikanəni və evi miras kimi qəbul edəndən sonra orada daha bir mərtəbə və bir neçə əlavə otaq tikib. Ən sonuncu otaq 1778-ci ildə tikilmiş ziyafət zalıdır. Ailə həmin zalda qonaqları qəbul edir və təntənəli gecələr təşkil edirdi. Malikanədə ən böyük otaq olan bu zalda indi də Corc və Marta Vaşinqtonlara məxsus rəsm əsərlərini və vazaları görmək olar. Amerikanın birinci ailəsi nahar və şam yeməklərini zalın yanındakı səliqəli otaqda yeyirmiş. Birinci mərtəbədəki dəhlizin divarında Bastiliya qalasının açarı asılıb. Bu açarı Vaşinqtona Amerikanın müstəqilliyi uğrunda müharibə zamanı amerikalıların tərəfindən vuruşmuş general Jilber Lafayet bağışlayıb. İkinci mərtəbədə bir neçə qonaq otağı yerləşir. Vaşinqton həmin otaqlarda qonaqları qəbul edirdi. Əlamətdar haldır ki, evin divarlarının demək olar ki, hamısı yaşıl rəngə boyanıb. XVIII bu rəng Amerikada varlılıq rəmzi idi, çünki o vaxt yaşıl boya tapmaq heç də asan deyildi.
