ABŞ-ın yəhudi icmasını təmsil edən heyətin tərkibindəki turoperatorlarla Azərbaycan turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü baş tutub.
Dövlət Turizm Agentliyindən “Report”a verilən məlumata görə, B2B (Biznesdən-biznesə) formatında keçən görüşdə Azərbaycanı təmsil edən 70-ə yaxın turizm şirkəti iştirak edib.
İştirakçılar ixtisaslaşdıqları turizm növləri üzrə təklif etdikləri xidmətlər barədə qarşılıqlı fikir mübadiləsi aparıblar.
ABŞ turoperatorları ilə ikitərəfli müzakirələr zamanı mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş çərçivəsində keçirilən təqdimatlar zamanı qonaqlara Azərbaycanın hotel və qonaqpərvərlik, eləcə də işgüzar tədbirlər sahəsində mövcud potensialı barədə geniş məlumatlar verilib.
Həmçinin Azərbaycanın müxtəlif turizm istiqamətləri üzrə potensialından danışılıb. Turizm marşrutları, qədim memarlıq abidələri və milli mətbəxi barədə təqdimatlar keçirilib.
BƏƏ və Səudiyyə Ərəbistanı ümumi turist vizası tətbiq etməyi düşünürlər. Səudiyyə Ərəbistanının “Əl-İktisadiya” qəzeti BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mansuriyə istinadən xəbər verir.
Trend-in məlumatına görə, BƏƏ və Səudiyyə Ərəbistanı hazırda Səudiyyə Ərəbistanının turistlərin krallığa girməsini asanlaşdırmaq üçün təklif etdiyi fürsətlərdən istifadə etmək üçün səyləri gücləndirir. Təklif olunan təşəbbüslər arasında turizm sektorunu, hava limanlarını və otel biznesini canlandırmaq üçündür. İki ölkəyə səfər etmək üçün ümumi vizanın tətbiqi müzakirə olunur.
Səudiyyə Ərəbistanı Iqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci il ərzində belə vizanın tətbiqi gözlənilir. Bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanı ilk dəfə olaraq 49 ölkədən turistlərin ölkəyə turist vizaları ilə daxil olmasına icazə verib.
İSTANBUL HƏLƏ BELƏ TUR GÖRMƏYİB ? Tarix: 28.12.2019 Müddəti : 3 gecə 4 gün (ümumi 7 gün ) ?Qiymət: 189 Usd “”””””””””””””””””””””””””””””””””””””””””” QİYMƏTƏ DAXİLDİR:⤵ ✅ Komfortlu Avtobusla gediş və dönüş (Mercedes)? ✅ Yol boyu WiFi? ✅ 3 gecə 4 Gün oteldə gecələmə ? ✅ Oteldə Səhər yeməyi ? ✅ Tur Rəhbər (bütün yolboyu?? ✅ Sığorta hədiyyə ? ✅ Fotosesiya limitsiz ✅ Avtobusda sərin sular? “”””””””””””””””””””””””””””””””””””””””””””””” ? Ekskursiyalar:⤵ ?Sultanahmet meydanı ? Topkapı ? Ayasofya ? İstanbul körpüsü ? Böyük ada (əlavə ödənişlə) ?Taksim meydanı ?Eminönü ?Cevahir AVM ?Batumi bulvar gəzintisi Ali və Nino heykəli ?Qalata Kulesi(30TL) ?Top Kapı(80TL) ?Mısır Çarşı ?Kız kulesi(30TL) ?İstanbul boğazında Vapur turu(20 TL) ?Kapalı Çarşı “””””””””””””””””””””””””””””””””””‘”””””””””””” ℹQEYD : Qiymət 2 və 3 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır! ℹ Muzeylərə giriş bileti qiymətə daxil deyil. ℹ Yerlər qeydiyyat gününə görə verilir “””””””””””””””””””””””””””””””””””””””””””””””” Toplanış 28 Dekabr 19:00 da Gənclikb M/S qarşısı Atatürk parkı Yola düşmə 20:00 İstanbuldan dönüş 2 Yanvar “””””””””””””””””””””””””””””””””””””””””””””””” Əlavə məlumat və əlaqə üçün:⤵
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib. Sənaye məhsulunun həcmi 40,2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 92,1 dəfə, o cümlədən, tikinti quraşdırma işləri 99,2 dəfə artıb. Mühüm infrastruktur layihələri yerinə yetirilib, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN xidmət” mərkəzi inşa edilib. Müasir turizm və mədəniyyət obyektləri istifadəyə verilib. 45 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılıb.
Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X40 MVA gücündə “Qəbələ” yarımstansiyası yenidən qurulub. Qəbələ Dekorativ Qızılgüllər İstixanası, xalçaçılıq və digər iri istehsal və emal müəssisələri yaradılıb, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb. Genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.
Yaşayış binası Qəbələ şəhərində istismar müddəti başa çatmış üç ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikiləcək.
Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib.
Ölkə başçısı qeyd edib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Dövlət başçısı söyləyib ki, şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz.
Prezident daha sonra əlavə edib ki, Şamaxı-İsmayıllı yolunda sürüşmə olub – amma bir yerdə.
“Amma yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.
Bu yeni ilinizi unudulmaz edin !!!
Yeni il tarixində sərfəli qiymətə Gürcüstan turumuza qoşularaq istirahətin dadını çıxarın ?
2 gecə / 3 günlük tur cəmi 99 USD
Tarixlər:
30 dekabr – 3 yanvar (2 gecə-3 gün)
● Qiymətə daxildir:
• Komfortlu nəqliyyat
• Oteldə səhər yeməyi
• Oteldə gecələmə
• Ekskursiyalar :
TBİLİSİ və BAKURİANİ şəhər gəzintiləri
• Tur rəhbəri
• Yeni il şənliyi və qala şam yeməyi (əlavə 30 USD)
● Qeyd:
• Qiymət 2 və 3 nəfərlik otaqlarda bir nəfər üçün nəzərdə tutulmuşdur
• Hər ailədən 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər
• Start: 29 və 30 dekabr 21.30 Toplanış (gənclik metrosu yaxınlığı) • Finiş: 2 və 3 yanvar 06.00-07.00 (gənclik metrosu yaxınlığı)
Dövlət Turizm Agentliyi ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxsləri sayarkən, faktiki Azərbaycanda yaşayan və hər 90 gündən bir sərhəddi 1 saatlığına o sərhədi keçib geri qayıdan azərbaycan mənşəli Rusiya və Gürcüstan vətəndaşlarını (və ya Rusiya və Gürcüstan mənşəli vətəndaşlığı olmayanları) da sayır.
Cebhe.info-nun xəbərinə görə, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib:
“Özü də hərəsini 4 dəfə. Belələrinin sayı minlərlədir və hərəsi ildə 4 dəfə ölkəmizə gələn əcnəbi kimi qeydə alınır. Turistlər çoxalır. Əlbəttə, arzu olunan sayda yox. DTA bunu etməklə bir qədər manipulyasiyaya yol verir. Onlar turist demirlər, ölkəyə gələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər deyirlər. Alt məqsədləri isə bütün gələnləri turist kimi qələmə verməkdir.
Oktyabrın 29-da Rusiyanın paytaxtı Moskvada “Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusuna həsr olunmuş seminar keçirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagenti və turizm sənayesinin nümayəndələri iştirak ediblər.
“Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərindən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub.
Tədbir çərçivəsində vurğulanıb ki, rusiyalı turistlərin qış aylarında istirahət destinasiyası olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır. Həmçinin dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə ölkəmizə gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 724730 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 5.31 faiz artım deməkdir.
Təbii sərvətləri ilə zəngin olan və eyni zamanda, sərt iqlimə malik Norveçdə turistlərin ən sevimli məkanlarından biri avtomobillə paytaxt Oslodan bir saatlıq məsafədə yerləşən körpünün üzərindəki incəsənət muzeyidir. Heyrətamiz muzey “BIG-Bjarke Ingels Group”un qeyri-adi layihəsi əsasında yaradılıb.
CNN telekanalının saytına istinadla xəbər verir ki, bu əsrarəngiz muzey Randsvela çayının sahilində yerləşən Kristefos Heykəl Parkının yaxınlığındadır. Çayın üzərindəki Tvist adlanan bu körpü-muzey həm körpü, həm də heykəltəraşlıq muzeyi kimi istifadə olunur. BIG şirkətinin tərəfdaşı və incəsənət direktoru Bjarke Ingels bildirib ki, körpü-muzey bir neçə incəsənət ənənəsinin hibrididir. Muzeyin adı isə məşhur Tvist üslubundan götürülüb. Onun sözlərinə görə, turistlərdən başqa, çayın üzərindən keçən sakinlər də üç qalereyadan ibarət olan muzeyin eksponatları ilə tanış ola bilər.
Muzeyin eksteryeri ikiqat əyri alüminium panellərdən ibarətdir. BIG şirkətinin dizayner qrupu bu panelləri kitab yığını formasında hazırlayıb. Gecələr işıqlandırma sistemi sayəsində onların çayda əks olunan parıldayan görünüşü xüsusi romantik ab-hava yaradır. Muzeyin interyeri isə kosmik dizayn ilə bayırdakı təbiət mənzərəsinin unikal vəhdətini yaradır.
Ətrafdakı Kristefos Heykəl Parkı isə son iki onillikdə Norveçin ən maraqlı mədəniyyət obyekti hesab edilir. Bu heyrətamiz park yapon rəssamı Yayoi Kusama və İslandiya ekoloqu Olafur Eliassonun səyləri ilə salınıb.
Rəsmi açılışı 2019-cu ilin sentyabrında olmuş Tvist körpü-muzeyi Skandinaviya incəsənətinin modern habı sayılır.
Oktyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsindən danışılıb. Qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirələr edilib.
Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.
Agentlik sədri Fuad Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görüşü xatırladaraq o zamandan bu günədək Agentliyin fəaliyyətindəki yeniliklərdən və ölkədə turizmin inkişafına verilən töhfələrdən söhbət açıb.
O qeyd edib ki, bu il Azərbaycan noyabrın 4-6-da Londonda keçiriləcək. Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2019”) daha geniş heyətlə təmsil olunacaq.
Görüşdə, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp da iştirak edib.
Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 29304 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 26.79 faiz artım deməkdir.