Ev Blog Səhifə 128

Azərbaycan “Global Healthcare Travel Council” forumunda təmsil olunur

0
Global Healthcare Travel Council

İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi ilə Beynəlxalq Sağlıq Turizmi Forumu (“İnternational Healthcare Travel Forum”) işə başlayıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, forumda 50-yə yaxın ölkədən 700-dən artıq nümayəndə iştirak edib. Ölkəmizi bu nüfuzlu tədbirdə Qlobal Sağlamlıq Turizmi Şurası (QSTŞ) İdarə Heyətinin üzvü olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib. Zirvə toplantısının açılış mərasimindən sonra forum iki gün ərzində stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib.

Global Healthcare Travel Council” stendində təmsil olunan AHTTSA təmsilçisi tərəfindən sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verilib. Qonaqlara ölkəmizin məşhur sağlamlıq mərkəzlərini əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. İki gün davam edən Forumda ümumilikdə 7 panel iclası təşkil olunub. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, bu turizm növünün istiqamətləri, leqallaşma, tənzimləmə və akkreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi, dental turizm, spa və velnes, kulinariya, idman, 3-cü yaş qrupu turizmlərinin xüsusi maraq kəsb etdiyi vurğulanıb. Yeni tendensiyaların şaxəli inkişafı hədəf kimi qəbul edilib.

Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib. Indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizi Qlobal Sağlamlıq Turizm Şurasında təmsil edir. 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib. Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib. 2019-cu ilin aprel ayında təşkilatın Bakı şəhərində keçirilən növbəti forumda rotasiya üzrə sədrlik Ukrayna Respublikasına keçib.

“Inforadio” ictimai radiosunun jurnalisti Azərbaycanla bağlı təəssüratlarını bölüşüb

0
Inforadio

“Inforadio” ictimai radiosunun “Unterwegs” verilişinin internet səhifəsində adıçəkilən kanalın əməkdaşı Oliver Şooşun (Oliver Soos) Azərbaycana səfərini təsvir edən reportaj (https://www.inforadio.de/) yerləşdirilib.

Jurnalistin Azərbaycanla tanışlığı onun Qobustan Milli Tarix-Bədii Qoruğuna səfəri ilə başlayır. O, paytaxt Bakı şəhərindən 60 kilometr məsafədə yerləşən Qoruğun UNESKO-nun Dünya İrsi siyahısına daxil edildiyini, burada qədim incəsənət nümunələrinin olduğunu dinləyicilərin nəzərinə çatdırır. Qoruğun ərazisində 14-16 min il tarixə malik olan altı mindən çox qayaüstü rəsmin olduğunu qeyd edən Şooş, buradakı rəsmlərin döyüş, ritual rəqs səhnələrini, dəvə karvanlarını, günəş və ulduzları əks etdirdiyini bildirir.

Qobustandan sonra Bakı ətrafında yerləşən palçıq vulkanlarını ziyarət edən jurnalist dünyadakı təqribən 800 palçıq vulkanından 300-nün Azərbaycanda yerləşdiyini diqqətə çatdırır. Palçıq vulkanlarından birinin üzərinə çıxan Şooş onu təsvir edir. Vulkanın mərkəzindən təbii qazın çıxdığını qeyd edir. Səfər zamanı onu müşayiət edən azərbaycanlı bələdçi palçıq vulkanından çıxan palçığın insan üçün faydasından söz açır və ondan kosmetik məhsullarının istehsalında geniş istifadə edildiyi vurğulayır.

Səfərini Bakı şəhərində başa vuran Şooş şəhəri təsvir edərkən onun valehedici olduğunu bildirir. Bakıda Dənizkənarı Bulvar boyunca inşa edilmiş müasir göydələnlərin Dubay şəhərini, şəhərin mərkəzinin Parisi, qədim içərişəhərin isə Qüdsü xatırlatdığını nəzərə çatdırır. Dinləyicilərə bura səfər etməyi tövsiyə edir.

Sizlərə möhtəşəm YENİ İL turu təklif edirik

0
Yeni il turu

Yeni ili daha gözəl və əyləncəli qeyd etmək istəyirsizsə Sizlərə möhtəşəm YENİ İL turu təklif edirik.
? Quba – Qusar Şahdağ YENİ İL turu
● Tarixlər : 28 – 29 / 29 – 30 / 01 – 02 Yanvar / 02 – 03 Yanvar (1 gecə/ 2 gün)
▪ Qiymət – 119 AZN (3 dəfə qidalanma və qala gecəsi daxil)
● Tarixlər : 30 Dekabr – 01 Yanvar / 31 Dekabr – 02 Yanvar (2 gecə/ 3 gün)
▪ Qiymət – 189 AZN (6 dəfə qidalanma və qala gecəsi daxil)

Diqqət Diqqət: Noyabr ayının 1-inə qədər rezervasiyaya 10% ENDİRİM

QİYMƏTƏ DAXİLDİR:
• Transfer (komfortlu VİP avtobus)
• OLD QUBA Hotel – 4* -də gecələmə (Quba rayonunda)
( https://cloud.mail.ru/public/2yAs/LvzfCwxZ4 )
• Tur Rəhbər – Bələdçi
• Gecənin ulduz qonağları
• DJ – bütün gecələri səhərə qədər diskoteka
• Şaxta baba və qar qız
• Animator şou və İllüziyalar
• Limitsiz fotosessiya (şəkillər CD və ya DVD disklərdə pulsuz olaraq veriləcək)
• Yol boyu əyləncəli və hədiyyəli oyunlar
• Çay süfrəsi – Musiqili əyləncə

Hotelin daxilində xidmətlər qiymətə daxildir:
▪ Sauna
▪ Qapalı hovuz
▪Tennis zal
▪Açıq havada futbol & voleybol meydançası
▪Trenajor zalı

▪Cinema zal

▪Ekskursiyalar

– Quba – Qırmızı qəsəbə (Qədim tağlı körpüsü, Nizami parkı, Tarixi Etnoqrafiya muzeyi, Tarixi hamam muzeyi ), Qəçreş meşəsi, Çənlibel gölü və Şahdağ ekskursiyası

Toplanış: 07:30 – 08:00
Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısı
• 08:00 Yola düşmə vaxtı

• 22:00 Bakıya çatmaq

• 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda və oteldə yer verilməzsə)
• 5 – 12 yaş 20 % ENDİRİM
• Qrup turları üçün minimal say 16 nəfər (ödəniş edən) nəzərdə tutulmuşdur
• Qruplar üçün Tur tarixi seçimi sərbəstdir

ƏLAQƏ NÖMRƏSİ 070-264-60-30

Ötən il təyyarələrin salonlarında 6,1 mln. ton tullantı yaranıb

0
Təyyarələr

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, 2018-ci ildə təyyarələrin göyərtələrində təxminən 6,1 mln. ton tullantı əmələ gəlib. Əvvəlki ildə isə bu göstərici 2018-ci ilə nisbətən 7% az5,7 mln. ton olub.

“APA-Economics”in IATA-ya istinadən verdiyi məlumata görə, dünyada sərnişin axınının artması şəraitində avialaynerin salonunda əmələ gələn tullantıların həcmi əhəmiyyətli dərəcədə artacaq. Belə ki, aşağı büdcəli aviadaşıyıcıların sayı artdıqca və turizm inkişaf etdikcə növbəti onillikdə bu rəqəm iki dəfə artacağı proqnozlaşdırılır.

IATA tərəfindən keçirilmiş araşdırma onu göstərib ki, tullantıların 23%-dən çoxu istifadə olunmamış ərzaq və içki məhsullarından ibarətdir və bu da iaşə bazarında 15 mln. ABŞ dollarlıq itki deməkdir. Bundan əlavə, hər il təxminən 1,3 mlrd. ton ərzaq məhsulları sadəcə atılır ki, bu da bütün mövcud ərzaqların üçdə birini təşkil edir. Hesabata əsasən, qəzetlər, kağız qablar, plastik stəkan və çəngəl-bıçaqlar bortdakı tullantıların 17%-ni təşkil edir. Sərnişinlər həmçinin ədyal və yastıqlardan, birdəfəlik qulaqlıqlardan, eyni zamanda xırda tualet və kosmetik vasitələrdən qalan plastik qablaşdırmaları da təyyarədə qoyurlar.

IATA-da başqa bir problemin mövcudluğunu da qeyd ediblər – əksər hallarda təyyarənin salonundakı tullantıları sadəcə toplayıb və sonradan çeşidləyib və emal etmək mümkün olmur. Belə ki, bir çox ölkələrdə ciddi təhlükəsizlik və əməyin mühafizəsi qaydaları tətbiq olunduğu üçün bu, bir çox hallarda təyyarənin salonundakı tullantıları birbaşa olaraq tullantıların yandırılması zavodlarına göndərilir.

“Təyyarələrin salonlarında tullantı problemini həll etmək məqsədilə biz aviaşirkətlərə bir çox tövsiyələr verdmişik. Lakin aviaşirkətlər bu problemi özləri həll edə bilməzlər”, – deyə IATA-nın Aviasiya mühiti üzrə direktoru Maykl Gill bildirib.

Azərbaycan ilk dəfə Dubayda “Global Village” yarmarkasında iştirak edəcək

0
Global Village

Oktyabrın 29-da Dubayda işə başlayacaq XXIV “Global Village” beynəlxalq yarmarkasında Azərbaycan pavilyonu da olacaq.

“Report” Ərəb KİV-inə istinadən xəbər verir ki, Azərbaycan yarmarkaya ilk dəfə qatılacaq.

Ümumilikdə, yarmarkada 78 ölkə, 3500 ticarət nöqtəsi və 60-dan çox attraksion və oyun olacaq. Yarmarka 2020-ci il aprelin 4-dək davam edəcək. Mövsüm ərzində 40 mindən çox şou keçiriləcək.

Müxtəlif ölkələri təmsil edən “Global Village” pavilyonları konkret ölkənin mədəni xüsusiyyətlərini və milli rəngarəngliyini əks etdirən bənzərsiz üslubda quraşdırılır. Pavilyonlarda satılan malların çeşidi çox genişdir. Burada kosmetika, suvenirlər, geyimlər, dəri və ağac məhsulları, ədviyyatlar və daha çox şey tapmaq olar.

Qeyd edək ki, “Global Village” BƏƏ-də hər il 1,6 milyon kvadratmetr ərazidə yerləşən “Dubailand” əyləncə parkında təşkil olunan beynəlxalq və çox genişmiqyaslı yarmarkadır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir.

Gürcüstan Rusiya ilə birbaşa aviareyslərin dayandırılması nəticəsində 350 milyon dollar itirib

0
Gürcüstan və Rusiya

Rusiya ilə birbaşa aviareyslərin dayandırılması nəticəsində Gürcüstanın dövlət büdcəsinin gəlirləri 350 milyon ABŞ dolları azalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Sameqrelo bölgəsinin Zuqduqi rayonunda fermerlerlə görüşdə söyləyib.

Baş Nazirin sözlərinə görə, Gürcüstanın turizmdən gəlirləri 2 milyard dollardan çoxdur. Lakin cari ilin iyulunda Rusiya hökumətinin qərarı ilə iki ölkə arasında birbaşa aviareyslərin dayandırılması nəticəsində avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları da nəzərə alınmaqla dövlət büdcəsinin gəlirləri 350 milyon dollar azalıb.

Hökumət başçısı deyib ki, turizmdən əldə olunan gəlirlərin təqribən 3 faizi Sameqrelo bölgəsinin payına düşüb: “Bu çox azdır və bölgənin potensialına uyğun deyil. Bu, həm də, bölgədə turizm məhsullarının az olması ilə bağlıdır. Bölgədə bu istiqamətdə çoxlu işlər görülməlidir”.

G.Qaxariya fermerləri daha çox işləməyə və yerli istehsalı artırmağa çağırıb.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustda ölkəyə 252,8 min Rusiya vətəndaşı səfər edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.

Sentyabrda isə Gürcüstana səfər edən rusların sayı 18 faiz azalaraq 163,3 min nəfər olub.

Lənkaran Sitrus FESTİVALİ

0
Lənkəran

Lerik Lənkəran Masallı
● Tarix : 2Noyabr-3Noyabr(1 gecə / 2 gün) ● Qiymət – 59AZN
Qiymətə daxildir: • VİP nəqliyyatla transfer (20 yerlik sprinter)
• Hoteldə Gecələmə (Starwey)
• Qidalanma: 2 dəfə səhər yeməyi
• Çay süfrəsi
• Fotosessiya (şəkillər pulsuz olaraq verilir) • Tur Rəhbəri • Yolboyu əyləncəli oyunlar • Şou proqramlar və canlı musiqilər
Lerik Relax istirahət mərkəzine giriş ödənişə daxil deyil
Lerik Relax şəlaləsine gediş
Lerik gəzintisi görmədiyiniz yerlər ilə sizi tanış edəcəyik
Lənkaran – Hirkan milli parkı – Xanbulan gölü, Xəzərin sahili
Masallı – isti su istirahət mərkəzi ● Toplanış vaxtı:
2Noyabr 06:30 ▶ Çıxış saatı: 07:00
◀ Geri dönüş: 3Noyabr 23:00 ?Toplanış Yeri : 28 MOLL TICARƏT MƏRKƏZİN QARŞISI
✍Bizimlə əlaqə :
?070-264-60-30(zeng & whatsapp)

“Aqrar Tədarük və Təchizat” ASC-nin təmsilçisi: Festivallar yerli məhsulların təşviqi üçün çox əhəmiyyətlidir

0
Vüqar Namazov

Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC bölgələrdə aqrar sahə üzrə keçirilən festivallara həmişə böyük dəstək göstərir. Belə festivalların keçirilməsində əsas məqsəd yerli məhsulların satışının təşviqidir. Bu sahəyə marağın yönləndirilməsindən ibarətdir. Bu festivallar, eyni zamanda, bölgələrdə aqroturizmin inkişafına da böyük təkan verir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov Balakəndə keçirilən III Xurma festivalının yekunları ilə bağlı müsahibəsində söyləyib.

Azərbaycanda aqroturizm sahəsinin böyük potensialının olduğunu vurğulayan ASC-nin təmsilçisi deyib: “Yerli və xarici turistlər belə festivallara böyük maraq göstərirlər. Festivallar bölgələrə turistlərin cəlb edilməsi üçün çox əhəmiyyətlidir. Turistləri yalnız gəzmək düşündürmür. Onlar, eyni zamanda, alıcılar, həm də gələcəyin sərmayəçiləri, təsərrüfatçları, fermerləridir”.

Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” aqroturizm layihəsi çərçivəsində festivalda iştirak etmək üçün Balakən rayonuna 50 nəfərdən çox aqroturistin səfər etdiyini vurğulayan Vüqar Namazov deyib: “Festivalda, həm də “Kənddən Şəhərə” layihəsi ilə iştirak edirik. “Aqrar Tədarük və Təchizat” ASC olaraq, yerli kiçik və orta fermerlərin istehsal etdikləri məhsulların tədarükünə hazırlaşırıq. Qablaşdırılmış şəkildə satışına və ixracına dəstək göstəririk”.

G20 ölkələrinin nazirləri dayanıqlı turizmin inkişafı məsələlərini müzakirə ediblər

0
turizm

Böyük iyirmiliyin” turizmin inkişafına cavabdeh olan nazirləri Yaponiyanın Hokkaydo prefekturasının Kuççyan şəhərində iki gün davam edən görüşlərini yekunlaşdırıblar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, şənbə günü birgə bəyannamənin qəbulu ilə başa çatan görüşdə əsasən turizmin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bəyannamədə qeyd edilir ki, G20 ölkələri turistlərin ətraf mühitə və mədəniyyət abidələrinə qarşı diqqətli olması üçün müvafiq tədbirlər görəcəklər. Sənəddə, həmçinin turistlərə yalnız populyar rayonlarla deyil, həm də digər yerlərlə tanış olmaq imkanının yaradılması məsələsi də öz əksini tapıb.

Bununla yanaşı, nazirlər lazımi informasiyanın toplanması və mübadiləsinin təşkilindən danışıblar. Həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə etməklə səyahətin asanlaşdırılmasına şərait yaradılması barədə də razılaşıblar.

Dubay səyahət üçün ən yaxşı on şəhərdən biri elan edildi

0
Dubay

Lonely Planet” nəşrinin versiyasına görə, Dubay şəhəri 2020-ci ildə səyahət üçün ən yaxşı on şəhərdən biri hesab olunub. “Best in Travel 2020” illik reytinq cədvəlinə əsasən növbəti ildə səyahət üzrə ekspertlər icması bu Əmirliyi dünyanın on gəzməli şəhərlərindən biri elan edib. Bu şəhərin tarixi və mədəni abidələri, əyləncə yerləri var. Açıq məkanda həyata keçirilən tədbirlər və layihələr səyahətə çıxan daha çox turistin marağına səbəb olur.

Lonely Planet” nəşri tərəfindən Dubayın səyahət üçün ən mühüm şəhərlərdən biri elan edilməsi Əmirliyin turizm potensialının ardıcıl olaraq inkişafının təzahürüdür”. Bu fikri ifadə edən Dubayın Turizm və Kommersiya Marketinqi Korporasiyasının baş direktoru İssam Kazım qeyd edib ki, həmin istiqamətdə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid al Məktumun göstərişlərinə əsasən, Əmirliyə bütün dünyadan turistlərin cəlb olunması, bu sahədə innovativ təşəbbüslərin və strateji planların yerinə yetirilməsi gələcəkdə də davam etdiriləcək.

Lonely Planet” nəşrinin vitse-prezidenti Tom Holl əlavə edib: “Dubay turistləri heyran edən yeni dünya rekordlarına can atması ilə məşhurdur. Burada yeməklərin keyfiyyəti və şoppinq yüksək dünya standartlarına uyğundur. Bundan başqa, “Expo 2020” sərgisi ərəfəsində Dubayda görməli məkanların siyahısı daha da artır. Bu sıraya yeni obyektlər – “Ain Dubai” çarxı, Al-Şindaq muzeyi və “Jameel Arts Centre” mədəniyyət mərkəzi əlavə olunub”. Dünyanın bir çox ölkələrindən səyahətçiləri cəlb edən Dubay hər kəs – həm şəhər istirahətini, həm romantik gəzintiləri və ailə səyahətini, həm də mədəniyyət obyektlərini və qastronomik nümunələri qiymətləndirənlər üçün müxtəlif ən geniş variantlar təklif edir.

Lonely Planet” ekspertlərinin qənaətinə görə, Dubayda yeri və açılışına hazırlıq görülən turizm obyektləri növbəti ildə bu şəhərə daha çox turist cəlb edəcək. Onların arasında “Dubai Expo 2020”, texnologiyalar və innovasiya sahələrində futuristik tədqiqat layihələrini təqdim edəcək. Unikal biznes və texnologiya inkubatoru olan “Gələcəyin muzeyi”, 250 metr hündürlüyündə olan və şəhərin bütün mənzərəsini görmək imkanı verən “Ain Dubai” çarxı artıq istifadəyə verilmək üzrədir.

Bundan başqa, Əmirliyin milli-mədəni irsi, muzeylər və tarixi rayonlar da turistlərin ən sevimli ziyarət məkanıdır. Onların arasında “Al Seef” mədəni-tarixi rayonu, “Al-Şindaq” muzeyi, Dubay Muzeyi, Köhnə Dubayın heyrətamiz bazarları, Cümeyra məscidi də var. Həmçinin “Frying Pan Adventures” şirkətinin təşkil etdiyi Köhnə Dubaya qastronomik ekskursiya da var.

Ekspertlərin qeyd etdiyi digər görməli və əyləncə məkanları arasında Dubayın “Burc Xəlifə” məşhur göydələni var. Həmçinin “Dubai Mall” ticarət mərkəzi, “Burc Al Arab” və “Madinat Jumeyra” otelləri, “La Mer” və “Kite Beach” çimərlikləri də mövcuddur.