Ev Blog Səhifə 132

İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir (FOTO)

0
İsveçrə şirkətlərinin görüşü

İsveçrənin işgüzar dairələrinin nümayəndələri ölkəmizə səfər edib və səfər çərçivəsində onların Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşü baş tutub.

Azərbaycanın İsveçrədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələri qiymətləndirilib. İsveçrə Konfederasiyası ilə ikitərəfli və çoxtərəfli kontekstdə münasibətlərin gələcək perspektivləri müzakirə olunub.

İsveçrə nümayəndə heyəti SOCAR-ın İsveçrədəki fəaliyyətini, eyni zamanda Paşa Bank ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan ilə maliyyə və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən rabitə, informasiya texnologiyaları, turizm, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

Maliyyə və Bank sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri Azərbaycanda Azərbaycanda sığorta sahəsində işgüzar əlaqələrin qurulması imkanları ilə maraqlanıb. Xüsusilə qonaqlara Azərbaycan iqtisadiyyatının inkişafı üzrə strateji yol xəritəsində bu sahədəki qarşıya qoyulan məqsədlər və gələcək imkanlar barədə məlumat verilib.

İsveçrə iş adamları xüsusilə vurğulayıb ki, Çin ilə “Bir Kəmər Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat və tranzit dəhlizlərindən məhsulların daşınmasında əməkdaşlıq müzakirələri aparılır.

Qonaqlara Azərbaycanın iqtisadi imkanları, aparılan islahatlar və qeyri-neft sektorundakı perspektivlər barədə geniş məlumat verilib. Çoxsaylı sualları cavablandırılıb.

Bu ilin əvvəlindən Azərbaycanda 75 investisiya təşviqi sənədi verilib

0
Azərbaycan

İndiyə qədər Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 milyard manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2 940 təsdiqedici sənəd verilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Nazirlikdə keçirilmiş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb. 19 minə yaxın iş yeri açılıb. 2019-cu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 milyon manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün, ümumilikdə, 730 təsdiqedici sənəd təqdim edilib.

Göyçay Nar Festivalı Turu

0
Nar Festivalı

Nar bayramı  Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda noyabr ayında, nar yığımı vaxtı keçirilən bayram şənliyidir. Nar bayramı bizimlə daha marağlı olacaq.

Tarix 9-10 Noyabr
Qiymət 20 azn
Qiymətə daxildir
1⃣Komfortlu VİP nəqliyyat
2⃣ Səhər yeməyi (Yağ,Bal, Pendir,Yumurta,Çörək və Pünrəngi Çay )
3⃣Təcrübəli Tur Rəhbəri
4⃣Limitsiz Foto çəkiliş (Şəkillər 3 gün sonra link vasitəsiylə göndərilir)
5⃣Çay
6⃣Avtobusda əyləncəli oyunlar

Ekskursiyalar ‍‍
Göyçay Nar Festivalına Giriş

Toplanış vaxtı: 06:30 Toplanış Yeri Genclik m
07:00 Yola düşmə


Qeydlər

2⃣10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
3⃣Tur zamanı spirtli içkilər qəti qadağandır
4⃣0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməmək şərti ilə) 6 yaşdan yuxarı tam ödəniş.

Ətraflı məlumat və qeydiyyat üçün: 070-264-60-30

Azərbaycanı səsimizlə birinci edək

0
Azərbaycan

Azərbaycanın turizm brendinin tanıtım videoçarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində 6800 səslə üçüncü pillədə yer alır.

Hazırkı nəticələrə əsasən ilk pillədə 9800 səslə İspaniya, ikinci pillədə isə 8300 səslə Fransa qərarlaşıb.

Azərbaycanın birinci pillədə yer alması, beləliklə ölkəmizin turizm potensialının təbliği və daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir. Oktyabrın 25-dək davam edəcək müsabiqədə Azərbaycanı qalib etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edin. Hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz. 24 saat ərzində müxtəlif vaxtlarda da linkə daxil olaraq səs vermək mümkündür.

Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx mükafat alacaq. Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.

Qeyd edək ki, 140 ölkənin müsabiqəyə qatılıb. Seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla 28 ölkənin film və videoçarxı mübarizə aparır.

Türkiyənin Antalya kurort şəhəri bu ilin sonunadək rekorda imza ata bilər

0
Antalya

Türkiyənin Antalya kurort şəhəri bu ilin sonunadək gələn turistlərin sayına görə rekorda imza ata bilər. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dekabrda Aralıq dənizinin sahilində yerləşən bu kurortun qəbul etdiyi əcnəbi turistlərin sayı 16 milyon nəfərə çata bilər.

Türk Otelçilər Federasiyasının rəhbəri Osman Ayık bildirib ki, cari ilin doqquz ayı ərzində Antalyaya 14 milyon əcnəbi turist gəlib. Onun sözlərinə görə, 193 ölkənin vətəndaşları burada istirahət ediblər və turistlərin sayı hər ay artmaqda davam edir. Ayık əlavə edib ki, bu il Antalyaya gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. Federasiya rəhbəri vurğulayıb ki, turizm sektorunda həyata keçirilən mühüm tədbirlər bu tendensiyanın 2020-ci ildə də davam edəcəyini göstərir. Ayık qeyd edib ki, bu, ilk növbədə, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlıdır.

Aralıq dənizi Turizm Otelləri Assosiasiyasının rəhbəri Erkan Yağçı isə agentliyə bildirib ki, Türkiyəyə gələn hər üç turistdən biri məhz Antalyada dincəlməyi üstün tutur. Onun sözlərinə görə, bu rəqəmi artırmaq üçün turizm sektorunun inkişafına dair xüsusi strategiya hazırlanır.

Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 16,7 faiz artıb

0
Otel

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı artıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1743,9 min olub. Bu da ümumi gecələmələrin 65,4 faizini təşkil edir. Gecələmələrin 15,6 faizi Səudiyyə Ərəbistanı, 11,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,4 faizi Rusiya Federasiyası, 5,8 faizi İsrail, 5,5 faizi Hindistan, 5,1 faizi İran, 4,6 faizi Türkiyə, 3,6 faizi Küveyt olub. 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2,0 faiz olmaqla ABŞ və Qətər, 1,9 faizi Pakistan, 1,6 faizi Çin,1,4 faizi İraq, 1,3 faizi Qazaxıstan olub. Hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Bəhreyn, 22,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.

Cari ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz olub.

2019-cu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6 faiz (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9 faiz) təşkil edib.

Asiyanın və Avropanın 31 aparıcı turizm agentliyini Azərbaycana gəlib

0
turizm

Turizm sferasının inkişafı iqtisadiyyatımızın vacib sahələrindən biridir. Hər il millyonlarla turist Azərbaycana səyahət edir. Ölkəmizdə turizm və qonaqpərvərlik sahəsi üzrə fəaliyyət göstərən şirkət və agentliklər xarici qonaqları cəlb etmək üçün müxtəlif tədbirlər görür, ölkəmizi təbliğ etməyə çalışır.

Trend-in məlumatına görə, oktyabr ayının ilk həftəsi 10-a yaxın ölkədən 31 aparıcı turizm agentliyinin rəhbəri Bakıya səfər edib. Bu səfər, Prime Travel Market 2019 çərçivəsində təşkil olunmuşdur. Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi keçirilmiş tədbir Azərbaycanda, lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Çexiya, Sloveniya, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb ƏmirlikləriCənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak etmişdir. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparmışdırlar. Prime Travel Market, ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır.

Qazaxstan, Rusiya, Qırğızıstan, BƏƏ, Pakistan, Hindistan, Gürcüstan, Ukrayna, Çini təmsil edən şirkət rəhbərləri üçün Bakıda fam trip və ekskursiyalar təşkil olunmuşdu. Qonaqlar Bakının gəzməli yerləri ilə tanış olub, milli mətbəximizin təamlarını dadıblar. Bir həftə ərzində Azərbaycanda qalan qonaqlar həm də 5-ulduzlu otellərlə tanış olublar.

Bir həftə ərzində Azərbaycanda qalan qonaqlar həm də 5-ulduzlu otellərlə tanış olublar. Müsbət haldır ki, artıq Çin və BƏƏ nümayəndələri qrup turları təşkil etməyə razılığa gəliblər.

Ölkəmizə gələn agentliklərin fərqləndirici xüsusiyyəti odur ki, onlar həm də tələbələrə xaricdə təhsil imkanları təklif edirlər. Artıq Azərbaycanın aparıcı universitetlərinə müxtəlif
yaşlı tələbələrdən ibarət qrupların səfəri planlaşdırılır. Xarici tələbələrin Azərbaycana cəlb olunması ölkəmizdə təhsilin inkişafına təkən verəcək.

Qəbələnin otel və mehmanxanaları doqquz ayda 103 mindən çox əcnəbi turistə xidmət edib

0
Qəbələ

2019-cu ilin 9 ayında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 153 min 40 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 49 min 944 nəfəri və ya 32,6 faizi Azərbaycan, 103 min 96 nəfəri və ya 67,4 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, otel və mehmanxanalarda ən çox sıxlıq avqustda müşahidə olunub – 36 min 466 nəfər. İyunda turistlərin sayı 21 min 53, iyulda isə 35 min 453 nəfər olub.

Doqquz ayda Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 17 min 895 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin əvvəlindən bu qədim diyara Birləşmiş Ərəb Əmirliklərindən 13 min 734 nəfər, Küveytdən 5 min 604, Bəhreyndən 5 min 61, Qətərdən 4 min 588, Özbəkistandan 3 min 665, Omandan 3 min 487, Rusiyadan 2 min 746, İsraildən 2 min 738, Hindistandan 2 min 586, Çindən 1050, İraqdan isə 514 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 39 min 428 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Cari ilin ötən dövründə Qəbələ rayonu ərazisində 15 otel və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2258 yerdir. Doqquz ayda otel və mehmanxanalarda 20 min 258 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 91,5 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.

Ötən dövrdə turizm obyektlərində 1259 işçi çalışıb. Onlardan 243 nəfərini qadınlar, 82 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 36 nəfərini isə əcnəbi işçilər təşkil edib.

Bakıda Elektron Ticarət Forumu keçirilir

0
Bakıda Elektron Ticarət Forumu

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb.

“APA-Economics in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Birliyinin təşkilatçılığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş, pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib.

“İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar və platformalar vasitəsilə ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”, – deyə nazir bildirib.

R. Quluzadə çıxışında deyib ki, müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunan Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri uğurla icra olunmaqdadır. Bu isə öz növbəsində bütün sahələrdə olduğu kimi, elektron ticarətin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə inkişaf dinamikası buna əyani sübutdur”.

Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” ölkələrində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində elektron ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilib. Transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik və s. istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb.

“Bu gün Bakı Elektron Ticarət Forumunun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur”, – deyə nazir bildirib.

Azərbaycanda artıq ikinci dəfə keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiya keçirilib. Milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub.

“Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.

Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə “Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub.

Ağıllı sərhədlər: ticarət, turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.

Gürcüstanda beynəlxalq media nümayəndələri üçün press-tur təşkil edilib

0
Press-tur

Gürcüstan Milli Turizm Administrasiyasının təşəbbüsü ilə Tbilisidə beynəlxalq media nümayəndələrinin press-turu start götürüb. Tur Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf və Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə oktyabrın 22-23-də keçiriləcək İpək Yolu Forumu (Silk Road Forum) çərçivəsində təşkil edilib. Turda Azərbaycan, ABŞ, Qətər, İran, Fransa və Bolqarıstandan jurnalistlər iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, dünən press-tur çərçivəsində jurnalistlər Qonaqlar Gürcüstanın Kaxetiya regionunda, Gürcüstanın tanınmış ictimai xadimi, şair knyaz Aleksandr Çavçavadzenin muzeyində, habelə çaxır zavodunda olublar.

Bu gün media təmsilçiləri Qori və Kutaisi şəhərlərinə gedəcəklər. Qoridə onlar “Kartli” külək elektrik stansiyasında, Kutaisidə azad sənaye zonasında, “AE Solar” günəş modulları fabrikində və şəhər aeroportunu da ziyarət edəcəklər.

Sonra İpək Yolu Forumu işə başlayacaq. Forumda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı gözlənilir.

Forumun missiyası yüksəkvəzifəli siyasətçilər, biznesmenlər və birlik liderləri arasında ticarət və rabitəyə dair mühüm məsələlərin müzakirəsi, Şərq ilə Qərbi birləşdirən Yeni İpək Yolu boyunca ölkələrin üzləşdikləri problemlərin öyrənilməsi, habelə regiona və dünya iqtisadiyyatına müsbət təsir göstərən ümumi həllərin tapılması üçün yüksək səviyyədə çoxtərəfli beynəlxalq platforma rolu oynamaqdan ibarətdir.

Forumun birinci günü ayrıca qruplararası müzakirələr çərçivəsində ticarət, süni intellekt, nəqliyyat və energetika ilə bağlı məsələlərin tam spektrini müzakirə etmək imkanı verir. İkinci gün isə Gürcüstanın özəl sektoruna və investisiya imkanlarına həsr edilib.

Forum çərçivəsində aktual məsələlərə dair müxtəlif paralel tədbirlər keçiriləcək. Hazırda müasir nəqliyyat və rabitə sistemləri ilə əvəzlənmiş qədim ticarət yolları əmtəə, mədəni, texnologiya və bilik mübadiləsi magistralları olaraq qalır. Nəqliyyat dəhlizləri müasir beynəlxalq ticarətin miqyasının və sürətinin artması fonunda daim inkişaf edir. Ölkələr və müəssisələr diqqətlərini yaranan imkanlara yönəldirlər, eyni zamanda beynəlxalq və regional dialoqlar əvvəlki kimi açıq tipli qarşılıqlı iqtisadiyyat ətrafında cəmləşib. İstehsal şəbəkələri, transmilli korporasiyalar və onların istehsal-satış şəbəkələri müxtəlif ölkə və regionlarda öz iştirakını genişləndirirlər. Hökumətlər isə ticarəti maneələrin azaldılması və azad ticarət haqqında sazişlərin imzalanması yolu ilə genişləndirmək üçün səylər göstərirlər. Bu fonda texnologiyalar vasitəsilə dayanıqlı inkişafa nail olmaqdır. Habelə sənayenin və infrastrukturun modernləşdirilməsi yolu ilə regionda inklüziv inkişafa kömək etmək son dərəcə əhəmiyyətlidir.

Bu il foruma təqribən 2 min iştirakçı, o cümlədən siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatların, beynəlxalq maliyyə təsisatlarının və müəssisələrin nümayəndələri toplanacaq. Onlar regional və qlobal ticarət və əlaqələri səmərəli müəyyən edən amilləri öyrənəcəklər.

Süni intellekt, onun dünya iqtisadiyyatının inkişafına təsiri, dünya ticarətinin dəyişən landşaftı, Yeni İpək Yolu çərçivəsində nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün yeni imkanlar yaradılacaq. Habelə energetika sahəsində enerji dəhlizləri boyunca təhlükəsizliyin artırılması vasitəsilə birləşmə əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, 2015 və 2017-ci illərdə Tbilisidə keçirilmiş I və II İpək Yolu forumları böyük beynəlxalq marağa səbəb olub. Qədim ticarət yolu olan İpək Yolu uzun əsrlərboyu Mərkəzi Asiyadan keçməklə Çini Avropa ilə birləşdirib. İpək Yolunun inkişaf etdirilməsi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir. O, bu istiqamətə xeyli sərmayə yatırır.