Ev Blog Səhifə 133

?ŞƏKİ-OĞUZ-QƏBƏLƏ Payız Turu?

0
ŞƏKİ-OĞUZ-QƏBƏLƏ Payız Turu

Payız hər yarpağın çiçək olduğu ikinci bahardır, təbiətin min-bir gözəlliyə büründüyü romantikanın fəsli???
.
?ŞƏKİ-OĞUZ-QƏBƏLƏ Payız Turu?

Turumuzun bu dəfə ki, qonağı Aktyor və Yazar ELNUR ALİZADEH?

Turun Tarixi: 27 Oktyabr
Turun qiyməti: 25 AZN
.
Qiymətə daxildir:⤵
? Nəqliyyat?
? Pozitiv tur rəhbəri??
? Fotosessiya?
? Səhər yeməyi??☕ (pendir, yağ, bal, yumurta, təndir çörəyi və samovar çayı)
? Axşama çay süfrəsi☕
? Yol boyu əyləncəli oyunlar və qaliblərə hədiyyələr?
.
✔ Ekskursiyalar:⤵
? Qəbələ Nohurgöl
? Oğuz Xal-Xal şəlaləsi, balıqları yaxından izləmək şansı??
? Şəki Xan Sarayı
? Yuxari Karvansaray
? Tacirlər küçəsi
? Şirniyyat evində şirniyyatlardan dadaraq almaq şansı
.
? QEYD:
? Toplaşma saat 06:30-06:45 Gənclik Mall’ın yanı, Tofiq Bəhrəmov stadionunun qarşısında
? Bakıya çatma 23:00
? Tur zamanı spirtli içki qəbulu qəti qadağandır
? Turda 5 yaşadək uşaqların iştirakı pulsuzdur ( maşında yer və menyu verilməzsə )
? Şəkillər turdan sonra 3 gün ərzində link vasitəsilə whatsappınıza göndərilir.
✷ 10+1 KAMPANİYASI DAVAM EDİR

Əlaqə nömrəsi 070-264-60-30

Soyuq şəhər kafesindən isti kənd evinə: Samovar çayı, göl qırağı… – REPORTAJ

0
turizm

Hərdən kəndimizin və gölün şəklinə baxanda yaxşı mənada təəccüblənirəm. Deyirəm, görəsən, bu, mənim illərdir, ətrafında yaşadığım göldür?! Sosial mediada o qədər gözəl şəkillər paylaşılır ki…

Bu fikirləri Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “5 Mövsüm” tur şirkəti tərəfindən həyata keçirilən “Şəhərdən kəndə” layihəsi çərçivəsində tur zamanı evində qonaq olduğumuz İsmayıllı rayonu Təzəkənd sakini Ramtiq Alızadə deyib.

Son zamanlar Azərbaycanda aqrar ekoturizmə maraq getdikcə artmaqdadır. Odur ki, Azərbaycanda aqro-ekoturizmin inkişafına dəstək məqsədilə turlar həyata keçirilir.

Bu dəfə qatıldığım tur İsmayıllı rayonunun Təzəkənd kəndinə oldu.

Nəhayət, gəlib Təzəkəndə çatdıq.

Bizi evində qonaq olacağımız Ramtiq Alızadə qarşıladı. Həyətə daxil oluruq. Bizi kənd evinin üzərindəki “Qonağımız olun” lövhəsi qarşıladı.

1936-cı ildə salınmış kənd Bakı-İsmayıllı magistral yolunun üzərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, sıx meşə massivinin ətrafında yerləşir. Kənd əhalisinin əsas dolanışıq mənbəyi təsərrüfatdır.

Ailənin bağçasından payız gözəlliyini əks etdirən Vəlbinə gölü görünür.

Tur iştirakçıları ailənin həyətdə yetişdirdikləri meyvə və tərəvəzlərin dadına da baxdılar. Bizə pomidor, xiyar, lobya, bibər, reyhanın əkini, becərilməsi, yığılması, qablaşdırılması barədə məlumat verdilər.

Ailənin hazırladığı ağartı məhsulları, mürəbbələr, çərəzlərdən alanlar da oldu.

Ramtiq Alızadənin sözlərinə görə, İsmayıllı rayonunun, kəndlərinin gözəl mənzərəsi və turistik imkanları var:

Şəhərdən kəndə” layihəsi haqqında eşidəndə qərara aldıq ki, biz də layihəyə qoşulaq. Həyətyanı təsərrüfatımızla, həyətimizlə bağlı fotolar çəkib göndərdik. Mütəxəssislər təsərrüfatımızla tanış oldular, məsləhət verdilər. Həyətdə müxtəlif dekorativ işlər etdik. Bir neçə tur çərçivəsində qonaqlar qəbul etmişik”.

İlk turun həyəcanını hələ də unutmayan Ramtiq bəy deyir ki, ilk dəfə yağış yağsa da, ilk tur özünəməxsusluğu ilə seçilib:

turizm

“Hətta heç gözləməzdim ki, dəmlədiyimiz bitki çayı qonaqların daha çox xoşuna gələr. Çayın faydaları haqqında soruşurdular. Təsərrüfatımızda əkib-becərdiyimiz təbii məhsulların yetişməsi ilə tanış olur, onların dadına baxırlar.

Gələcəkdə qonaqların ürəyincə olan bir çox yeniliklər etməyi planlaşdırıram. İndiyə kimi ən çox bir tur çərçivəsində 28 nəfər qonaq qəbul etmişik. Artıq Vəlbinə gölü və kəndimizi tanıyırlar. Fərdi şəkildə də gəlib istirahət etmək istəyənlər olur”.

Ev sahibi deyir ki, gələcəkdə evlərində gecələmək üçün şərait yaratmaq da planları arasındadır.

Ocaqda bişən yeməklərlə nahar etdikdən sonra gəzə-gəzə Vəlbinə gölünə gedirik.

Yaşıllıqlar içində kiçik gölə turistlər də üz tutur. Payız olsa da, hələ də yaşıl yarpaqları qalan ağaclar var.

turizm

Tur iştirakçılarının bəziləri şəkil çəkdirir, bəziləri göl qırağında döşəkçə qoyub uzanıb, kimisi də tilovunu atıb balıq gözləyir… İstirahətə gələn inaanlar plastik butulka və digər məişət tullantılarını bura atıblar.

Beş mövsüm” tur şirkətinin bələdçisi Məsud Ağa isə deyir ki, aqrar ekoturim ölkəmiz üçün yenidir və onun inkişafı üçün “Şəhərdən kəndə” layihəsi çox əhəmiyyətlidir:

“Layihə başlayandan bizim şirkətimiz “Aqro” Tədarük və Təchizat ASC şirkəti ilə əməkdaşlıq edir. Artıq yaydan başlayaraq, 4-5 tur həyata keçirmişik. Ekoturizm deyəndə yüksək dağlıq ərazi nəzərdə tutulur. Bu turizm növünə dağ gölləri, yüksəkliklərdə yerləşən şəlalalərini görmək aiddir. Lakin ekoturizmdən fərqli olaraq, aqrar turizm növündə yaşayış yerlərinə səfərlər nəzərdə tutulur.

turizm

Turistlər kənd yerlərində ailələrin həyətyanı təsərrüfatı ilə yaxından tanış olur, kənd həyat tərzini yaxından görür. Təbiət gözəlliklərindən zövq almaqla yanaşı, həm də müxtəlif fəaliyyətlərə qatılır. Belə ki,insanların əylənməsi üçün əraziyə uyğun infrastruktur yaradılır. İnsanlar artıq yenilik axtarır, fərqli şəkildə istirahət etmək istəyirlər.

Odur ki, aqrar ekoturizm növünü seçənlər gəlib kənd evində istirahət edir, vaxtını səmərəli keçirir, razı qalırlar. Restoran və kafe mühiti ilə müqayisədə qonaqlar özlərini isti bir ailə mühitində hiss edirlər”.

Tura xaricdən qoşulan insanlar da var idi. Bizimlə səfər edən iki turist xanım Estoniyadan idi.

turizm

Bir neçə saatlıq göl qırağında gəzintidən sonra Ramtiq bəy və ailəsi bizi yenidən ətirli samovar çayına qonaq edir.

Çay süfrəsi ətrafında maraqlı söhbət edilir. Artıq hava tutqunlaşır, yavaş-yavaş yağış damlaları üzümüzü isladır. Vaxtdır. Bakıya yola düşürük…

Nüfuzlu “China Daily” qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub

0
China Daily

Çinin ölkədə və xaricdə ən çox oxucusu olan ingilisdili “China Daily” qəzetində “Çin və Azərbaycan arasında daha böyük əməkdaşlıq üçün fürsətlər və qazanılan uğurlar” başlıqlı geniş məqalə dərc olunub.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallının müəllifi olduğu məqalədə iki xalq arasında tarixi İpək Yolu vasitəsi ilə yaranmış dostluq əlaqələrinin keçmişi qeyd olunub. Münasibətlərimizin hazırki vəziyyətindən və əməkdaşlıq üçün mövcud olan böyük potensialdan bəhs olunur. Qeyd edilir ki, hələ orta əsrlərdə məşhur Azərbaycan şairlərinin əsərlərində Çin xalqına və mədəniyyətinə böyük ehtiram ifadə olunub. Belə möhkəm təməl üzərində qurulub. Dostluq və əməkdaşlıq bu gün daha da zəngin və çoxşaxəli xarakter alıb.

Məqalədə Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrə verdiyi xüsusi əhəmiyyətdən danışılıb. Bu münasibətlərin bütün sahələrdə dərinləşməsində və genişləndirilməsində maraqlı olmasından söz açılıb. Bildirilib ki, hazırda əlaqələrimiz yüksək inkişaf dinamikasına malik olan dostluq və qarşılıqlı etimada əsaslanan çoxölçülü tərəfdaşlıq kimi xarakterizə olunur.

Müəllif ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrdən söz açıb. Azərbaycanın “Vahid Çin” prinsipini, Çinin də, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərinin toxunulmazlığından danışılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyi diqqətə çatdırıb.

Yazıda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal dialoqdan, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün icrasında Azərbaycanın fəal iştirakından danışılıb. Bildirilib ki, 2015-ci ilin dekabrında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanan 10 hökumətlərarası sənəddən biri “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu olub.

ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 2019-cu ilin aprelində ikinci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın böyük nəqliyyat və infrastruktur layihələri var. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizi “Bir kəmər, bir yol“un həyata keçirilməsinə mühüm töhfə verir.

Məqalədə iki ölkə arasında ötən il ticarət dövriyyəsinin Çinin Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətinin 43 faizini təşkil ediblər. Azərbaycanı Çinin əsas regional ticarət tərəfdaşı etdiyi diqqətə çatdırılıb. Yazıda, həmçinin Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çinə ixracından danışılıb. Bu istiqamətdə Çinin müxtəlif şəhərlərində açılan Azərbaycanın ticarət və şərab evlərinin fəaliyyətindən söz açılıb.

Müəllif Azərbaycanın Çində keçirilən müxtəlif mədəniyyət festivalları və yarmarkalarda fəal iştirak etdiyini bildirib. İki ölkənin bölgələri arasında səmərəli əməkdaşlığın yaranıb. Mart ayında imzalanmış “Çinli turistlərinin Azərbaycan Respublikasına qrup səyahətinin asanlaşdırılması haqqında Anlaşma Memorandumu“nun iki ölkə arasında turizm sahəsində əlaqələrin genişlənməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb. Bundan başqa, “Bir kəmər, bir yol” təşəbbüsündən danışılıb. Çərçivəsində təhsil, səhiyyə və mədəniyyət sahələri də daxil olmaqla əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsinə zəmin yaradacağı bildirilib.

Dubay: 2019-cu ilin sonunda “Gələcəyin muzeyi” açılacaq

0
Dubay

Dubayın ən gözəl və mənzərəli yerində – ətrafında “Emirates Towers”in yerləşdiyi Şeyx Zayed magistral yolunun kənarında dünyanın ultramüasir və yüksək texnologiyalar muzeyinin binası ucalır. “Gələcəyin muzeyi” adlanan bu obyekt cari ilin sonunda istifadəyə veriləcək və “Dubai Expo 2020” sərgisinin mərkəzinə çevriləcək.

AZƏRTAC CNN-nin reportajına istinadla xəbər verir ki, muzey binasının tikintisində indiyədək dünyada istifadə olunmuş ən mürəkkəb konstruksiyalar tətbiq olunub. Onun özəlliyi ondan ibarətdir ki, burada tarixi artefaktlar yox, bəşər tarixində ən inqilabi və innovativ ixtiralar nümayiş etdiriləcək. “Gələcəyin muzeyi”nin layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Killa Design” şirkəti tərəfindən 2015-ci ildə hazırlanıb və inauqurasiyası Dubay əmiri Şeyx Məhəmməd Rəşid Əl Məktumun iştirakı ilə keçirilib. Binanın fasadı paslanmaz polad və şüşə konstruksiyalardan ibarətdir. Pəncərələr isə aviasiya sənayesi texnologiyalarından istifadə etməklə hazırlanıb. Memarlar bildiriblər ki, muzeyin dizaynı Fen-şuy fəlsəfəsini – Yerin və səmanın vəhdətini əks etdirir. Fasadın səthi ərəb kalliqrafiyası ilə bəzədilib.

Dubay rəsmiləri bildirirlər ki, “Gələcəyin muzeyi” bu şəhəri innovasiyalar və yüksək texnologiyalar habına çevirəcək. Burada texnologiyanın səhiyyə, iqlim dəyişməsi və ərzaq təhlükəsizliyində rolu barədə eksponatlar nümayiş etdiriləcək. Bundan başqa, muzeydə kosmik nailiyyətlər, informasiya texnologiyaları, “ağıllı şəhərlər”, süni intellekt barədə stendlər də olacaq.

Killa Design” şirkətinin sahibi Şon Killa bildirib ki, onun arxitektorları dünyada ən iddialı layihəni təqdim ediblər. Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq pəncərələrin birləşməsi ilə izolyasiya və hidroizolyasiya vahid bir sistem halında inşa edilib. “Biz yeni texnika və innovasiyalar yaratmağa çalışmışıq, inşaat sektorunda dayanıqlı texnologiyaların tətbiqi ilə gələcəyə cığır açmışıq”, -deyə Killa əlavə edib.

Dubay hakimiyyəti isə bildirib ki, muzeyin istifadəyə verilməsi innovasiya texnologiyaları habına çevrilməklə yanaşı, bu şəhərin turizm strategiyasına da böyük töhfə olacaq.

QUBA-QUSAR LAZA TURU✷?? ?

0
QUBA-QUSAR LAZA TURU✷?? ?

??5* QUBA ŞAHDAĞ OTELİNDƏ QONAQLAMA İLƏ SİZİ PAYIZIN İLK TURUNA DƏVƏT EDİRİK.
QUBA-QUSAR LAZA TURU✷?? ?
2 gün 1 Gecə 19-20 Oktyabr
✔ Turun qiyməti: Ekonom paket 59 Azn
*Tura daxildir *
1. Rahat və geniş nəqliyyat
2. 2 dəfə səhər yeməyi
3. Sərbest vaxtinizda Otelin Sauna,qapali basseyn ve turk hamamindan istifade ede bilersiz ve Qudiyalcay etrafinda gəzinti, yarişmalar-intellektual-əyləncəli oyunlar qaliblərə hədiyyələr ve.s
4. 5* Quba Şahdag otelində gecələmə
5. Ekskursiyalar (Quba Qəçrəş meşəsi, Qusar Laza Şəlaləsi)
6. Diskoteka, əyləncələr və daha nələr))
—————————-
Gorüş saat: 06:30 (Təyin olunmuş yerdə toplanış)
Start: 07:00
Finish: 21:00-21:30
—————————–
QEYD1: Otelin bütün xidmətləri qiymətə daxildir. (Sauna,Türk Hamamı,Qapalı Havuz,Playstation Zalı,Karaoke Zalı)
QEYD2: Oteldə yerləşmə 2-3 nəfərliklərdə nəzərdə tutulub.Turist otaqda tək qalmaq istəsə əlavə olaraq 30AZN ödəməlidir.
QEYD3: 0-5 yaş uşaqlar heç bir xidmətdən istifadə etməsə ödənişsizdir.
– 6-9 yaş 15% endirimlidir.
– 10 yaşdan yuxari tam ödənişlidir

Əlavə məlumat üçün:

070-264-60-30

Aran bölgəsinin turizm potensialı araşdırılır

0
Məhəmməd Muradov

“Aran bölgəsinin turizm potensialının araşdırılması üçün ekspertlər cəlb edilib. Fikirləşirik ki, Kür çayı sahilində turizm məhsulları hazırlana bilər”

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib. “Aran bölgəsinin turizm potensialının araşdırılması üçün ekspertlər cəlb edilib. Fikirləşirik ki, Kür çayı sahilində turizm məhsulları hazırlana bilər”

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

Qurum rəsmisinin sözlərinə görə, Aran iqtisadi rayonunun turizm potensialı təsdiqlənərsə, orada Destinasiya Menecmenti Təşkilatı yaradıla bilər.

“Turizm marşrutları hazırlanarkən coğrafi, regionallıq prinsipi əsas götürülmür. Regionallıq prinsipində turizmin inkişafı üçün Destinasiya Menecmenti Təşkilatları yaradılır. Belə təşkilat Qubada yaradılıb. Növbəti istiqamət olaraq Gəncə Destinasiya Menecmentlik Təşkilatı yaradılacaq. Cənub zonasının turizm potensialını inkişaf etdirmək üçüm Lənkəranda da Destinasiya Menecmenti Təşkilatının yaradılması planlaşdırılır. Bundan əlavə, Aranın turizm potensialı öyrəniləcək”.

Bakıda “küçə sənətçiləri” arasında seçim aparıldı

0
küçə sənətçiləri

Bakıda “küçə sənətçiləri”nin seçimi başa çatıb, 18 nəfərin fəaliyyətinə icazə verilib.

Bu barədə Azvision.az -a Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov məlumat verib. Onun sözlərinə görə, paytaxtda küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib. Bakıda “küçə sənətçiləri”nin seçimi başa çatıb, 18 nəfərin fəaliyyətinə icazə verilib.

Bu barədə Azvision.az -a Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov məlumat verib. Onun sözlərinə görə, paytaxtda küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

“Seçim üçün müraciət edənlər çox olsa da, onlardan 18 nəfər seçildi. Həmin şəxslər hələlik fəaliyyətə başlamayıblar. Onların adlarını Daxili İşlər Nazirliyinə göndərmişik ki, fəaliyyət göstərmələrinə icazə verilsin. Yəqin ki, 2-3 günə nazirlikdən cavab alacağıq”.

R.Bağırov qeyd edib ki, seçilən şəxslər arasında musiqiçilər, rəssam, pantamimo aktyoru, canlı heykəl də var.

Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olundu

0
Arxangelsk

“Dvina” otelin konfrans zalında Arxangelsk vilayətindəki soydaşlarımız Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib. Tədbir “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri, Rusiya Azərbaycanlıları İttifaqının Arxangelsk vilayətindəki nümayəndəsi Tərlan Qasımovun təşəbbüsü ilə baş tutub.

Tədbir Müstəqillik Gününün tarixindən və Azərbaycan Rusiya münasibətlərindən bəhs edib. Tədbirdə Axangelsk qubernatorun müavini Viktor İkonnikov, Regional İnkişaf Agentliyinin rəhbəri Maksim Zaborsky, Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayətinin rəhbəri Şahobiddin Vakkosov,üzvləri iştirak edib.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı müsbət tendensiyaları qeyd edən tədbir iştirakçıları ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatından danışıblar. Arxangelsk vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdiriblər.

Azərbaycan ilə Arxangelsk vilayəti arasında ticari-iqtisadi əməkdaşlıq barədə saziş imzalanıb. Qubernator İqor Orlovun Azərbaycana səfəri, bir sıra mədəni və sosial tədbirlərin müşayiəti ilə keçiriləcək. Mühüm tədbirlər Rusiya və Azərbaycan xalqları arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib

0
Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub. İqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Qətər Dövləti ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. Nazir Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Qətərin səfiri diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“My Travel” turizm şirətinin təşkilatçılığı ilə “İran-Azərbaycan Sammiti” yüksək səviyyədə reallaşdı

0
turizm

7NEWS.az xəbər verir ki, “My Travel” turizm şirkəti tərəfindən cari ilin 9 oktyabr tarixində Tehranda təşkil edilmiş “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi” çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan Sammiti yüksək səviyyədə həyata keçirildi. Sammitdə aşağıdakı şirkətlər öz təqdimatlarını reallaşdırdılar. Bioloji Təbabət Klinikası, Lankaran Springs wellness resort hotel, Neqsicahan holding, Duzdag hotel və Baku City Circuit Formula 1!

Bu barədə saytımıza “My Travel” şirkətinin rəhbəri Elnarə Cabbarova məlumat verib: “Azərbaycan təmsilçilərinin təqdimatları iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı. “Baku City Circuit”in əməkdaşı Formula 1 yarışlarının təşkilatçılıq prosesi barədə danışdı. Bütövlükdə Sammitdə 100-dən çox qonaq iştirak edirdi. Onlar arasında Azərbaycan və İrandan başqa, Hindistan, Türkiyə, Rusiya, Oman, Əfqanıstan, Serbiya və Cənubi Afrikadan qonaqlar var idi. Bu gün ikitərəfli siyasi və iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatması çox sevindirici haldır. Mən öz çıxışımda qeyd etdim ki, ikitərəfli əlaqələrin inkişafı, əlbəttə ki, turizm sahəsinə də müsbət təsir göstərmişdir. İslam ölkələrinin 4-cü Beynəlxalq Sağlamlıq Konqresi” nin kənarındakı “Turizm və Sağlamlıq Turizmi Sektoru üzrə İran-Azərbaycan İş Əməkdaşlıq Sammiti” bu əlaqələrin ən yaxşı nümunəsidir. Həm İranın, həm də Azərbaycanın təbii mənzərəsi və infrastruktur yenilikləri ikitərəfli turizm əlaqələrinin inkişafında yeni səhifə açdı. My Travel turizm agentliyi olaraq, gələcəkdə belə zirvə görüşləri, forumlar və promosyonlarla təmin etmək missiyasını götürməyə tam hazırıq. Əminəm ki, bu hadisə tərəfdaşların coğrafiyasını və müştəri bazasının genişlənməsinə, ixrac idxalı yaratmağa və iki qonşu ölkə arasında turizm sektorunda tərəfdaşlıq qurmağa kömək edəcək bir platforma olacaqdır.”