Ev Blog Səhifə 134

Sinqapurda ATB təşkilatçılığı ilə ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib

0
turizm

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 4 turizm şirkəti və 1 hotel Sinqapurda keçirilən “ITB Asia 2019” sərgisində iştirak edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, stend ziyarətçilərinə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və s. barədə detallı məlumatlar verilib.

turizm

Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkət nümayəndələri ilə beynəlxalq turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. Təklif olunan müxtəlif turizm məhsulları barədə müzakirələr aparılıb.

ITB Asia” hər il 3 gün ərzində keçirilən B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir.

Messe Berlin (Singapore) PTE. LTD” şirkəti və Sinqapur Sərgi və Konvensiya Bürosu tərəfindən təşkil olunan bu sərgi turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir araya gətirir. Sərgi zamanı müxtəlif seminar və digər tədbirlər baş tutur.

turizm

Bu il sərgiyə 132 ölkədən 1300-dən çox iştirakçı, 13 mindən çox ziyarətçi qatılıb. Həmçinin 3 gün ərzində 27 mindən çox işgüzar görüş keçirilib.

Azərbaycanın qolf turizmi potensialı beynəlxalq sərgidə təbliğ edilir

0
Qolf turizmi

Azərbaycan Turizm Bürosu Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən “International Golf Travel Market” sərgisində ölkəni təmsil edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə “Golf in Azerbaijan” stendi altında Azərbaycan Turizm Bürosu ilə yanaşı, ölkənin “Dreamland” və “The National Golf Club” kimi qolf klubları da iştirak edir.

Azərbaycanın qolf turizmi potensialının təbliğ olunduğu stend ziyarətçilər tərəfindən böyük marağa səbəb olub və 2 gün ərzində maraqlı tərəflərlə 120-dən çox görüş həyata keçirilib.

1700-dən çox qolf klubu və destinasiyanın qoşulduğu sərgidə qolf ölkələridə olacaq. Eləcə də qolf turizmi üzrə ixtisaslaşmış turoperatorlar bir araya gəlir.

1998-ci ildən etibarən keçirilən “International Golf Travel Market” sərgisi B2B (Biznesdən biznesə) görüşlərinin baş tutduğu potensial tədbir hesab olunur.

Dünyada qolf turizminin ən mühüm tədbirlərindən hesab edilən sərgi hər il bir ölkədə baş tutur.

Azərbaycanın tanınmış simalarıyla möhtəşəm tur

0
Şəki-Oğuz-Qəbələ

Əziz dostlar payızın gözəlliyini sizdə Azərbaycanın tanınmış simalarıyla birlikdə görmək istəyirsinizsə o zaman şirkətimizin təşkil etdiyi möhtəşəm
LAHIC~QƏBƏLƏ turumuza qoşula bilərsiniz
Tarix: 20 Oktyabr
✔ Turun qiyməti 25 Azn
—————————————– 
Qiymətə daxildir. . 

1. Komfortlu nəqliyyat. 

2. Səhər yeməyi. ( Yağ – bal – pendir – qaymaq – yumurta – çörək – çay ). 

3. Çay süfrəsi

4. Limitsiz foto çəkiliş. 

 5.Pozitiv Tur Rəhbəri

6.Yol Boyu İntelektual Və Hədiyyəli Oyunlar

7.Yol Boyu Canlı Musiqi Və Gitarist

4* Hotel də diskoteka
..
Iştirak edəcək məşhurlar
1.Elxan Qaraxanlı
2.Musa Musayev və Təranə Qumralın qızı Qumral
3.Məşhur Modellər
4.Müğənni Gülşən
5.Və Supriz Məşhurlar
..
Ekskursiyalar

Lahıc qəsəbəsi 

Asma körpü 

Laza kəndi

Nohur Göl

Qəbələnd İstirahət Mərkəzi
_ 
Toplanış: 06:30 – 07:00 Gənclik Mall-ın qarşısı. . 
• 07:00 yola düşmə vaxtı 
..
Qeyd:10+1-deyildə.9+1 kampaniyamizda var?
Qeyd: Tur zamanı spirtli içkilər qəti qadağandır. 
Qeyd: 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş.

Əlaqə nömrəsi 070-264-60-30

KUALA LUMPUR – BALİ NOVRUZ QRUP TURU – Go Travel

0
Kuala lumpur-Bali

?Novruz Bayramı tətilini necə keçirəcəyinizi bilmirsinizsə, sizə MÖHTƏŞƏM KUALA LUMPUR – BALİ NOVRUZ QRUP TURU-muzu təklif edirik ! ?

☀10 GÜN – CƏMİ 1500 usd

Qiymətə Daxildir:
?Otellər 5*
✈Aviabiletlər (gediş – dönüş)
?23kq baqaj + 10kq əl yükü
?Qidalanma (səhər yeməyi)

? Tarix: 19.03 – 29.03

? Pacific Regency Hotel Suites 5*

? La Villais Kamojang Seminyak 5*

ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
ℹ Malaziyanın Kuala-Lumpur, İndoneziyanın Bali şəhəri dünyanın ən gəzməli yerləri hesab olunur.
ℹ Toplanış yeri və saatı:
19 mart – 07:00 Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
19 mart – 10:00 uçuş

29 mart – 08:00 Bakıya çatma

❗Qrup rəhbəri Go Travel Turizm Şirkətinin direktoru – Telman Məmmədov olacaq

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib

0
Stokholm

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib.

Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Qonaqları salamlayan tədbirin təşəbbüskarı, biznesin inkişafı üzrə mütəxəssis Ulrika Nazimson öz fəaliyyəti və bu tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb.

“Bu gün biz Azərbaycanı İsveçdə daha da yaxşı tanıtmaq istəyirik və bunun üçün biznes sahəsinin verdiyi imkanlarından istifadə etməyə çalışacağam. Gələcəkdə, bu tədbirin davamı kimi mən iki ölkədən olan iş adamlarının birgə görüşünü də keçirmək istəyirəm”, – deyə Ulrika Nazimson bildirib.

Sonra çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, bu tədbirin baş tutması təşəbbüsünün irəli sürdüyünə və keçirilməsi üçün fəaliyyətinə görə Ulrika Nazimsona təşəkkür edib. Diplomat bildirib ki, bu gün Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi və gözəl təbiəti haqqında daha çox məlumat verməklə və ölkəmizi daha da yaxşı tanıtdırmaqla yanaşı, bura, eyni zamanda, İsveç iş adamlarına Azərbaycan ticarət və investisiya imkanlarını nümayiş etdirmək üçün yaxşı şansdır.

Vaqif Seyidbəyob deyib: “Bu layihə İsveç və Azərbaycan arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək və bir daha Azərbaycan hökumətinin iki ölkə arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirməyə marağını nümayiş etdirəcək”.

O bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyi 2008-ci ildə fəaliyyətə başlayıb və ötən 10 ildən çox müddətdə səfırlik ikitərəfli münasibətləri inkişafına töhfə verərək yaxşı dost əlaqələrinin qurulması üçün əlindən gələni edib.

“Bu gün biz bir daha əməkdaşlıq etməyə və birlikdə işləməyə hazır olduğumuzu göstərmək üçün buradayıq. Onu da əlavə etmək istərdim ki, bu tədbirin keçirilməsi üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan Diasporuna Dəstək Fondu, tərəfindən yaradılan təşkilat xaricdə yaşayan azərbaycanlıları da dəstəkləyir”, – deyə diplomat qeyd edib.

İsveçin Rusiya və MDB ölkələri üzrə Ticarət Palatasının rəhbəri və idarə heyətinin üzvü Hainz Syoqren, keçiriləcək təqdimatın əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanla İsveç arasında olan münasibətlər iki ölkənin potensialını əks etdirmir. “150 il əvvəl ölkələrimiz arasında çox sıx münasibətlər mövcud olmuşdur. Hətta Nobel qardaşları öz var-dövlətlərinin böyük hissəsini Azərbaycanda qazanıb. Onların Bakıdakı neft sahəsində işləri o qədər uğurlu olub ki, 1880-cı illərdə onlara çalışanların sayı 15 min nəfərdən çox olub”.

Hainz Syoqren bildirib ki, həmin illərdə Nobel qardaşları İsveçə xas yanaşmanı Bakıda da nümayiş etdirib. Çünki onlarla çalışan işçilərin sosial rifahı üçün bir sıra məsələlər həll olunub.

“Təəssüflər olsun ki, biz bir vaxtlar mövcud olmuş bu əlaqələri yaddan çıxartmışıq. Ona görə bu kimi tədbirlərin keçirilməsi və davamlı olması çox vacibdir”, – deyə Hainz Syoqren söyləyib.

Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi Xıdır Kazımov təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qoruyub saxlanılması üçün çalışır. Xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.

Azərbaycanla İsveç arasındakı əlaqələrə də toxunan X. Kazımov qeyd edib ki, Nobel qardaşlarının ölkəmizdə buraxdığı miras bu gün də qorunur. O bildirib ki, bu qəbildən olan fəaliyyətlər arasında Nobel təqaüdü, Bakı Nobel İrsi Fondu və Nobel qardaşları Muzeyini qeyd etmək olar.

Tədbirin əsas hissəsində biznes inkişafı üzrə mütəxəssis Ulrika Nazimson Azərbaycanla bağlı təqdimat edib. Təqdimatda ölkəmizin tarixi və mədəni aspektləri, iqtisadi inkişafın gələcək modeli haqqında ətraflı məlumat veriib. İsveç və Azərbaycan arasındakı işgüzar və mədəni əlaqələrin inkişaf etdirmə perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın turizm potensiyalı haqqında xüsusi videoların nümayiş olunmasından sonra, ölkəmizin tarixi mədəni müxtəlifliyi haqqında danışılıb. Azərbaycanın inkişaf modeli, neft qaz, layihələri ilə bağlı ətraflı məlumat verilib. Təqdimatda respublikanın digər tərəfdaş ölkələrlə əlaqələri haqqından da bəhs olunub.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri haqqında da məlumat verən Ulrika Nazimson, hava nəqliyyatının inkişafı, Xəzərin ən böyük limanı olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlərdən və İsveç iş adamlarını maraqlandıra biləcək digər layihələr haqqında da məlumat verib.

Telekomunikasiya texnologiyalarının da Azərbaycanda böyük vüsət aldığını diqqətə çatdıran biznes inkişafı üzrə mütəxəssis U. Nazimson, Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən müxtəlif peyklərin istifadə edildiyini və bunun Azərbaycanda kosmik sənayenin inkişafı üçün ilk addım olduğunu bildirib.

Azərbaycanda “Volvo”, ABB, “Ericsson”, “Electrolux”, “Oriflame”, “SKF”, “Husqvarna” və “Vsab” kimi İsveç şirkətlərin fəaliyyət göstərdiyini bildirən Ulrika Nazimson bu əlaqələrin daha da inkişaf edə biləcəyini qeyd edib. Bəzi sahələrə daha çox diqqətin yetirilməli olduğunu vurğulayıb.

Tədbir əsnasında ingilis dilində nəşr edilmiş “Cry” (Ağı) kitabının təqdimatı da keçirilib. Burada çıxış edən şairə Leyla Bəyim, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında məlumat verib. Münaqişə haqqında həqiqətlərin İsveçdə də yayılmasının vacibliyini bildirib.

Dünyəvi ədalətin türk modeli: bu günü və sabahı

0
turizm

Zəngin dünyamız ədalət azlığından əziyyət çəkir. Uzun illərdir ki, səlahiyyətli beynəlxalq təşkilatlar ədalətsizlik bayrağı ilə ikili standartlara əsir düşüblər. Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istəmirlər. Çox maraqlıdır ki, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı qanlı mübarizəsini “azadlıq aktı”, Azərbaycanın ərazi suverenliyini bərpa etmək uğrunda mübarizəsini isə azadlığı boğma kimi dəyərləndirənlər az deyil.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov deyib.

“On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. Keçən 10 il ərzində Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğruldub. Zirvə Görüşü Türkiyə Prezidentinin dediyi kimi, “Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda keçirilib. Bu, yubiley – 10 illik Zirvə Görüşü idi” – deyə professor qeyd edib.

Alim bildirib ki, oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə türkdilli ölkələrin geniş təmsilçiliyi var idi. Keçən müddət ərzində yeni üzvlər də qəbul edilib. Şuranın qərarları gələcəkdə türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi isə təşkilatın Avropa ölkələri və regional qurumlarla əlaqələrinin inkişafına təkan verəcək. Məhz bu təşkilatın uğurlu fəaliyyəti sayəsində indi nəqliyyat dəhlizləri genişləndirilir, energetika müəssisələri inşa edilir, yüngül sənaye və kənd təsərrüfatı, logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorlar da uğurla inkişaf etdirilir.

“Prezident İlham Əliyev Zirvə Görüşündə qeyd etdi ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib” – deyə H.Sadıqov qeyd edib.

Həmçinin Zirvə Görüşündə beynəlxalq ticarətin dollar əsaslı olmasının qeyri-müəyyənlik şəraitində risklər yaratması kimi fikirlər səsləndirildi. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməyin lazım olduğu qeyd edildi.

Tədbirdə təşkilatın perspektivi haqqında mülahizələr də səsləndi. Təşkilatın inkişafının növbəti mərhələsinə keçildiyi, gündəlikdə “Türk baxışı 2040” proqramının işlənilməsi məsələsi durduğu da qeyd edildi. Bununla əlaqədar Şuranın katibliyi tərəfindən təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya hazırlanır.

Heydər Əliyev Beynəlxalq Hava Limanı əcnəbi şirkətlər üçün bağlanıb?

0
Heydər Əliyev Beynəlxalq Hava Limanı

Hava nəqliyyatı bu gün Azərbaycanın da layiqli oyunçu olduğu, artan potensiala sahib bir rəqabət bazarıdır.

Ölkənin əlverişli coğrafi mövqeyinə görə əsas hava limanı sərnişin və yük yolunda lazımi yerdə və lazımi vaxtdadır. Azərbaycanın ilk və aparıcı habı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı Avropa ilə Asiya arasındakı bağlayıcı adlandırılır.

Son onilliklərdə Azərbaycanın sərnişin və yük daşınması seqmenti artmaqdadır, hava limanında nəinki sərnişin axını, eyni zamanda, bədxahların sayını artırır. Paradoksal haldır ki, narazı aviasərnişinlərin əsas hədəfi məhz hava limanıdır.

O, tez-tez tənqidlərə məruz qalır və bu da Azərbaycanda əcnəbi aviaşirkətlərin və ucuz biletlərin olmaması ilə bağlıdır.

Narazılıqlar onunla bağlıdır ki, “Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısı Azərbaycan bazarına daxil olan yeni şirkətlərə “mane” törədir və rəqiblərini ölkə aeroportuna buraxmamağa çalışır. Bu da yüksək qiymətlərin və əhalinin avianəqliyyatdan az istifadə etməsinə səbəb olur.

Bu, belədirmi? İctimai fikirləri və güclənən narazılıqları artıran şayiələri müzakirə edək.

Heydər Əliyev Beynəlxalq Aeroportu – “Skytrax” tərəfindən beş ulduzlu nüfuza malik olan hava limanının rəhbərliyi həmişə yeni sərnişinlərin və hava daşıyıcılarının cəlb edilməsində maraqlıdır.

Azərbaycan Hava Yolları” milli aviaşirkətinin xarici aviadaşıyıcıların Azərbaycan hava limanlarına uçuşlarını qadağan etməsi üçün əsası yoxdur. Əks təqdirdə, hava limanlarında beynəlxalq və daxili reyslər həyata keçirən yalnız azərbaycanlı daşıyıcılar olardı.

Hər hansı bir modifikasiyada olan sərnişin təyyarələrini qəbul edən, o cümlədən, sərnişin və yük terminalı, priori, uçuş-enmə zolaqları olan böyük bir hava mərkəzi xarici hava yolları olmadan mümkün deyil”, – Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov deyib.

Onun sözlərinə görə, artıq üçüncü ildir ki, Bakı aeroportu postsovet məkanında bütün hava limanları arasında ən yaxşısı nominasiyasında lider olaraq qalır (Skytrax World Airport Awards). Hər il beş milyona qədər sərnişinə xidmət göstərən dünya hava limanları siyahısında üçüncüdür (Bu gün paytaxt hava limanında sərnişin daşımalarının həcmi dörd milyonu keçib). Keçən il sərnişin axınının daha da artması ilə əlaqədar olaraq, Bakı hava limanından 16 yeni istiqamət açılıb.

Hava limanı gəlirləri sərnişinlərin xərci deməkdir. Nəticə etibarilə Azərbaycan hava limanına nə qədər çox təyyarə gələrsə, maliyyə dövriyyəsi və əhalinin hərəkətliliyi bir o qədər yüksək olar.

Fərqli alternativlər çox sayda fərqli və geniş istiqamət seçimi, bu isə aşağı bilet qiymətləridir. Əgər Bakının hava limanı alternativ aviaşirkətlərə qapalıdırsa, bazarda rəqabət yoxdur deməkdir.

Ancaq, paytaxt hava limanının direktorunun sözlərinə görə, xarici aviaşirkətlər heç bir məhdudiyyət olmadan Azərbaycana uçuşlar təşkil edə, o cümlədən, Azərbaycan hava limanından digər şəhərlərə uçuşlar həyata keçirə bilər (“azadlığın beşinci dərəcəsi” kimi adlandırılır).

2018-ci ildə bizim aeroporta 36 xarici aviaşirkət, Turkish Airlines, FlyDubai, Aeroflot, UIA, Air Arabia, S7 Airlines, Qatar Airways, Utair, Lufthansa, SCAT və başqa hava limanları da daxil olmaqla, müntəzəm uçuşlar həyata keçirib. Beynəlxalq reyslərin əksəriyyəti Bakı hava limanından, xarici aviaşirkətlər tərəfindən yerinə yetirilir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilir ki, şirkət uzunmüddətli əməkdaşlığa maraqlı olduğundan bütün yeni xarici hava yolları və hava limanlarına xüsusi endirim dərəcələri təklif edir.

Ancaq qeyd etmək lazımdır ki, hər bir aviaşirkət mümkün riskləri nəzərə alaraq müəyyən bir ölkəyə yeni reys açıb-açmayacağına özü qərar verir. Qeyd etmək lazımdır ki, aviaşirkət, əvvəla, beynəlxalq turizmdən yüksək gəlir əldə edəcəyi ölkəyə uçuşlar təşkil edəcək. Buna görə də Azərbaycan turizm sektorunu inkişaf etdirərək ölkəyə çox sayda turist cəlb edir:

“Rəqabət cəlbedici və faydalıdır. Belə ki, sərnişin ucuz qiymətlərlə səyahət etmək üçün geniş seçim imkanlarına malik olur. Mərkəzin məqsədi müxtəlif xarici aviaşirkətlər tərəfindən hava limanına maksimum sayda uçuş təklif etməkdir.

Buna görə xarici aviadaşıyıcıların cəlb edilməsi və yeni uçuşların açılması istiqamətində fəal işlər davam etdirilir ki, bu da turizmin inkişafı, iqtisadi artımın təmin edilməsi, ölkədə yeni iş yerlərinin yaradılması üçün əlavə stimul rolunu oynayır”.

Beləliklə, azərbaycanlıların yaxın illərdə yeni istiqamətlərin açılmasına və geniş hava yolu seçiminə ümid etmək üçün əsaslı səbəbləri var. Səyahət çantalarını hazırlamağın vaxtıdır!

“Baku City Tour” avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq

0
Baku City tour

Yaxın zamanlarda “Baku City Tour” avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.

Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir:

“Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək üçün audiobələdçilərə başqa dillər də əlavə ediləcək. Bunlar çin, ərəb, türk və hind dilləridir. Qiymətlərə gəldikdə isə heç bir bir dəyişiklik olmayacaq. Xaricilər üçün ödəniş 20 manat, yerli sakinlər üçün 5 manatdır, uşaq və yaşlılar üçün isə ödənişdə 50 faiz endirim var. Yeni istiqamət növbəti ilin sonuna kimi istifadəyə veriləcək”.

R.Bağırov “Baku City Tour“a olan tələbatdan da danışıb:

“Mövsümdən asılı olaraq, turizm marşrutuna tələbat dəyişir. Mart ayından oktyabr ayının əvvəlinə kimi tələbat daha çox olur. Həmin aylarda elə olur ki, xəttə əlavə avtobuslar buraxılır”.

Mərkəzin direktoru qeyd edib ki, səhər saat 10:00-dan axşam saat 19:00-a kimi insan sayından asılı olamayaraq, avtobuslar hər gün xəttə çıxırlar. Azadlıq meydanından başlayan tur təqribən 1 saat 30 dəqiqə çəkir və hər dayanacaqda 2 dəqiqə dayanmaqla 25 km yol qət edilir.

Azərbaycanın əsas simvollarından birini özündə ehtiva edən “Nar vadisi”indən – VİDEOREPORTAJ

0
Nar vadisi

Bakıdan 113 km məsafədə yerləşən Hacıqabul rayonunun Meyniman kəndində, 40 hektar ərazidə salınmış nar bağı.

Nar vadisi” adlanan bu məkana yolumuz Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə həyata keçirilən aqrotur çərçivəsində düşmüşdü.

Nar vadisi

Məqsəd jurnalistləri, eləcə də Azərbaycandakı diplomatik korpusların nümayəndələrini “Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin əhatə etdiyi vadi ilə tanış etmək idi. Bizi nar bağının sahibi, vaxtilə Kanadada təhsil almış Rəşad Şirinov qarşıladı və ərazi barədə geniş məlumat verdi.

Onun sözlərinə görə, “Nar vadisi” təsərrüfatı 2009-cu ildə qurulub, 2012-ci ildən isə burada seleksiya yolu ilə yeni şirin nar növü – “Mina” əldə edilərək əkilib: “Bu nar xoş dada malikdir, süfrə sortu hesab edilir və onu soyuducuda uzun müddət saxlamaq mümkündür. Hər ağacdan 40-50 kq məhsul yığılır. Bu, 1 hektara 30 tona yaxın məhsul deməkdir. Bu il təsərrüfatdan 1 000-1 200 ton məhsul gözləyirik”.

Sahibkar qeyd edib ki, nar yetişdirmək xüsusi zəhmət tələb edir: “Yay aylarında nar ağaclarının üzərində 20-yə yaxın əməliyyat keçirilir. Ağaclar damcı üsülü ilə suvarılır, onlara gübrə verilir. Xüsusi məqamlardan biri narın çiçəklənmə dövründə kəpənəklərlə mübarizə aparılmasıdır. Bəzən bazarda satılan narlarda üzdən heç bir xəstəlik, zərbə olmadığını görürürk. Yəni, tam sağlam məhsul təsiri bağışlayır. Ancaq narı kəsəndən sonra içindən qurd çıxır. Buna səbəb nar çiçəkləyən dövründə kəpənəyin ora yumurta qoymasıdır. Narın ağzı bağlanandan sonra qurd içəridə qalır. Biz də bunun qarşısını almaq üçün mübarizə aparırıq. Bağın ərazisində kəpənəkləri tutmaq üçün işıq tələsi var. Gündəlik olaraq prosesi diqqətdə saxlayırıq”.

R.Şirinovun sözlərinə görə, xaricdən Azərbaycan narına, xüsusilə bu növə böyük maraq var, odur ki, Rusiyaya və ərəb ölkələrinə ixrac həyata keçirilir. “Bununla yanaşı, Almaniyaya ixracla bağlı danışıqlar aparılır. Gələcəkdə Asiya ölkələrinə də narımız çatdırıla bilər. İxrac prosesində narın qablaşdırılmasına xüsusi diqqət yetirilir. Nar nəmliyini tez itirir. Buna görə də, xüsusi qablarda ixrac edilir. Hazırda bağın böyüdülməsi istiqamətində çalışırıq. Çünki ölkədə yeganə tingçilik təsərrüfatları bizdədir. Bağda 300 minə yaxın ting yetişdiririk. Hazırda 42 nəfər bağda çalışır”.

P.S. Dünya bazarında nar Azərbaycanın simvollarından birinə çevrilməkdədir. Ölkəmiz ötən il 9,3 min ton nar ixrac edərək 12,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Quru subtropik iqlimə malik Şirvan bölgəsi nar yetişdirmək üçün ölkənin ən münasib yeridir. Azərbaycanda ən çox yayılmış nar növləri “Şəlli mələsi“, “Şahnar“, “Çəhrayı gülöyşə“, “Azərbaycan gülöyşəsi“, “Qırmızıqabıq“, “Bala Mürsəl“, “Nazikqabıq” və “Qırmızı vələs“dir.

Çinin aparıcı turoperatorlarına Azərbaycanın turizm potensialı tanıdılıb

0
Çin

Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşü keçirilib. Görüşdə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib.

turizm

B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib. Onlara Azərbaycan və onun turizm imkanları, turizm marşrutları, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə ətraflı məlumatlar verilib.

Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı 20 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artım deməkdir.

2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.