• Həm ziyarət, həm ticarət sevənlər üçün 😉
• 14-20 Noyabr (4 gecə-5 gün)
• Qiymət: 149 USD (253 AZN)
• Qiymətə daxildir:
Tur boyu xidmət göstərən transfer (VİP avtobus)
Oteldə gecələmə (1 gecə Trabzon, 2 gecə İstanbul və 1 gecə Batumi)
Qidalanma (səhər yeməkləri)
Fotossesiya
Tur rəhbər
Yol boyu əyləncəli və hədiyyəli oyunllar
Ekskursiyalar: • Batumi gəzintisi, Ali və Nino, Sahil gəzintisi, Trabzon Atatürk meydanı gəzintisi, İstanbul gəzintisi, Sultanahmed, Ayasofya, Top Kapı, Mısır Çarşı, İstanbul İstiklal Caddesi, İstanbul boğazında Vapur turu (əlavə ödənişli), Laleli Pazar, Kapalı çarşı, Qalata Kulesi, Üsküdar balıq yeməyi, Ekstra (əlavə ödənişli) gəzintilər (istəyə uyğun olaraq):
Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.
Dövlət Turizm Agentliyindən “Report”a verilən məlumata görə, Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli məbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.
Viza qaydaları, valyuta, nəqliyyat sistemi, ölkənin iqlimi, tətil və bayram günləri haqda ətraflı informasiyalar yerləşdirilən səhifənin sonunda Rusiyadan olan məşhur bloqqerlərin Azərbaycana dair təəssüratlarına da yer verilib.
Həmçinin səhifəyə keçidləri çoxaltmaq məqsədilə rəqəmsal sferada xüsusi reklam bannerlərinin yerləşdirilməsi işlərinə başlanılıb.
Gündəlik 67 min ziyarətçi sayı olan “Profi+travel” onlayn portalının əsas funksiyası müxtəlif ölkələrin turizm məhsullarının tanıdılmasını həyata keçirməkDİR. Partnyorlarla biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir.
Xatırladaq ki, portal vasitəsilə turizm destinasiya və məhsulları turizm mütəxəssisləri arasında B2B (Biznesdən-biznesə) və B2C (Biznesdən-müştəriyə) formatlarında təbliğ olunur.
QAX – ŞƏKİ – OĞUZ XAL-XAL – QƏBƏLƏ Turu
2 gün/1gecə – 73 AZN
19 – 20 oktyabr ——-
Qiymətə daxildir:
Nəqliyyat
Gecələmə: QAX EDEN PARK HOTEL(1 gecə)
Qidalanma: 2 səhər yeməyi – Voleybol , Futbol – Tur rəhbər
Fotosessiya
Ekskursiyalar: ( Mamırlı şəlaləsi, Ulu körpü, Sumu qala, Şəki xan sarayı, Karvan saray , Halvaçı dukanı ,Oğuz Xal-Xal şəlaləsi, Qəbələ Nohur göl) ——- QEYD : Hava şəraitinə uyğun olaraq proqrama dəyişiklik oluna bilər. QEYD: Otaqda minimum 2 nəfər qala bilər.
0-5 yaş uşaqlar pulsuz (1 uşaq).
Toplaşma yeri və saatı:
• 19 oktyabr saat 06:30 Nərimanov Metrosu McDonalsin qarşısı
• Yola düşmə saatı 07:00
• 20 oktyabr Bakıya dönüş saat 23:00-dək
Mən avstraliyalıları gözəl Azərbaycana səyahət etməyə dəvət edirəm.
Bu sözləri Avstraliyanın səyahət və kulinariya üzrə jurnalisti Sofia Levin Melburnun “3AW” radiosunda yayımlanan “A Moveable Feast” adlı səyahət və kulinariya şousunun qonağı olarkən deyib.
Veriliş zamanı Sofia Levin bu ilin sentyabrında Azərbaycana səfəri ilə bağlı öz təəssüratlarını dinləyicilərlə bölüşüb və aparıcıların çoxsaylı suallarını cavablandırıb.
Avstraliyalı jurnalist Azərbaycanın zəngin və qədim tarixə malik olduğunu qeyd edərək, buranın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir məkan olduğunu xüsusi vurğulayıb. Formula 1 Azərbaycan Qran-Prisi və “Eurovision” mahnı müsabiqəsi kimi mötəbər tədbirlərə etdiyi ev sahibliyi sayəsində ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini bildirib. Azərbaycanın müasir turizm infrastrukturu ilə seçildiyini qeyd edən S.Levin burada mehmanxanaların, yemək və digər xidmətlərin qiymətlərinin də münasib olduğunu deyib.
Paytaxt Bakının həm qədim tikililəri, həm də müasir arxitekturası ilə göz oxşadığını bildirən jurnalist qədim tarixi özündə əks etdirən İçərişəhərə xüsusən heyran olduğunu qeyd edib.
Müsahibə zamanı S.Levin Bakı ilə yanaşı, ölkəmizin digər bölgələrinə, o cümlədən Şəkiyə səfəri barədə də təəssüratlarını bölüşüb. Qədim yaşayış məskənlərindən biri olan Şəkinin hər güşəsinin tarixi əhəmiyyət daşıdığını bildirib. Şəki Xan Sarayının müxtəlif rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri haqqında məlumat verərək, bu memarlıq abidəsinin özunəməxsus gözəlliyi ilə seçildiyini deyib.
Jurnalist, həmçinin Azərbaycanda dağ və qış turizminin də çox populyar olduğunu, hər il çoxlu sayda xarici turistin xizək sürmək üçün ölkəmizə səfər etdiyini diqqətə çatdırıb.
Avstraliyalı jurnalist Azərbaycan milli mətbəxinə heyran qaldığını xüsusi vurğulayıb. Belə ki, o, dolma, düşbərə, “Şah plov” və “cız-bız” kimi milli xörəklərimizin özünəməxsusluğunu qeyd edib. Bununla yanaşı o, ölkədə son illər şərabçılığın inkişafına xüsusi diqqət yetirildiyini, Azərbaycan şərablarının öz tamı ilə seçildiyini söyləyib.
Söhbət zamanı S.Levin Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib. Ölkədə məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların fəaliyyət göstərdiyini də bildirib.
Möhtəşəm turizm potensialına malik olan Azərbaycanın avstraliyalı turistlər arasında çox da populyar olmadığını təəssüflə qeyd edən S.Levin, onları bu gözəl ölkəyə səyahətə çağırıb.
Qeyd edək ki, “3AW” Melburnun ən aparıcı radio kanallarından biri hesab edilir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu oktyabrın 16-da Zaqatalada keçirdiyi işgüzar forum keçirilib. Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və sair sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib. Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlətimizin başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. S.Məmmədov sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında gördüyü işlər barədə məlumat verib. Bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 134,1 milyon manat güzəştli kredit verilib. Həmin investisiya layihələrinin reallaşdırılması 4000-dən çox iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bu dövrdə verilən güzəştli kreditlərin 65 faizi ölkə regionlarınındər. 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.
Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb.
Turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biri sayılır. Neft, tibb, maşınqayırma sahəsindən sonra dördüncü ən gəlirli sahələrdən biridir. Buna görə də Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bu sahəni inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
Azərbaycanın son illər sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi xarici ölkə vətəndaşlarında ölkəmizə marağın artmasına səbəb olub. Burada son illər Azərbaycanda intensiv şəkildə keçirilən beynəlxalq forum və tədbirlərin, eləcə də böyük idman yarışlarının da rolunu xüsusi vurğulamaq lazımdır.
Azərbaycanda turizm sektorunun inkişafı keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyur. Burada yeni infrastrukturun yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi turistlərin ölkəmizə maraq göstərməsinə səbəb olur. Danılmaz faktdır ki, son illər ölkəmizə gələn turistlərin sayı sürətlə artır. Bunu statistik rəqəmlər də təsdiq edir.
Qeyd etdiyimiz kimi, Azərbaycana dünyanın dörd bir yanından turist gəlir. Turistlər arasında türkdilli ölkələrin vətəndaşları üstünlük təşkil edirlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə çıxışı zamanı deyib. O qeyd edib ki, ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq: “2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi“.
Maraqlıdır, türkdilli ölkələrdən gələn turistlərin sayını necə artırmaq olar?
“Türkdilli ölkələrdən ölkəmizə daha çox turist gəlməsi üçün viza məsələsi…”
İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda turizmin inkişaf etdirilməsində əsas məqsəd dünyanın inkişaf etmiş ölkələrindən, eyni zamanda, MDB ölkələrindən vətəndaşların istirahət üçün ölkəmizi seçməsinə nail olmaqdır. Bununla yanaşı, türkdilli ölkələrin vətəndaşlarının ölkəmizə maraq göstərməsi əhəmiyyətlidir. Türkdilli ölkələr arasında Türkiyə vətəndaşlarının turist kimi ölkəmizə səyahət etməsinin üstünlük təşkil etməsi məqsədəuyğun olar: “Nəzərə almaq lazımdır ki, Türkiyənin özü tanınmış turizm ölkəsidir. MDB ölkələrinin vətəndaşlarının əksər hissəsi Türkiyəyə üz tutur. Artıq Azərbaycan turizmi inkişaf etmiş ölkələrin turizm səviyyəsinə çatır. Məlumdur ki, son illər Azərbaycanda infrastrukturun müsbət mənada dəyişməsi turizmin inkişaf etməsinə səbəb olub. Ölkəmizdə olan istirahət mərkəzlərinin müasir standartlara cavab verməsi xarici turistlərin diqqətini cəlb edir”.
İqtisadçı onu da vurğuladı ki, türkdilli ölkələrdən ölkəmizə daha çox turist gəlməsi üçün viza məsələsi asanlaşdırılmalı, turizm şirkətləri tərəfindən əlverişli güzəştlər tətbiq edilməlidir.
Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Turizm Agentliyidən “Report”a verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Fuad Nağıyev turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, eləcə də mövcud potensialın inkişaf etdirilməsinin vacib məqamlardan olduğunu diqqətə çatdırıb.
Riçardas Malinauska meri olduğu Druskininkay şəhərinin 19-cu əsrdən bu günədək Baltikyanı ölkələr üzrə məşhur turizm məkanı hesab olunduğunu qeyd edərək turizm sahəsində mümkün ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə Azərbaycan və Litva dövlətləri arasında olan dostluq əlaqələrinin möhkəmliyi vurğulanaraq gələcəkdə də turizm sahəsində bu növ görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən litvalı turistlərin sayı 1 885 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 27% artım deməkdir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib.
Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bu viza rejiminin “Şengen” nümunəsində yaradılmasını və “Birlik vizası” adlanması təklifini irəli sürüb. O əlavə edib ki, MDB ölkələrində geniş turizm potensialı mövcuddur və Birlik ölkələri bu sahədə faydalı əməkdaşlığı gücləndirə bilərlər.
Kasım-Jomart Tokayevin sözlərinə görə, MDB-nin hər bir ölkəsində unikal təbiət-landşaft və dünyanın ən məşhur obyektlərinin siyahısını tamamlayacaq tarix-mədəniyyət abidələri var:
“Təəssüf ki, milli miqrasiya və viza rejimlərində olan əhəmiyyətli fərqlər hələ də qalmaqdadır. Onlar bir səyahət zamanı bir neçə ölkəni gəzmək istəyən turistlərə əngəl törədir. Mən, əlbəttə, bunun asan olmayacağını bilirəm, amma düşünürəm ki, MDB ərazisində “Şengen” vizasına bənzər “Birlik vizası” adlı vahid rejimin tətbiqinin müzakirə olunmasının vaxtı çatıb”.
Qazaxıstan Prezidenti əlavə edib ki, məsələyə bu cür yanaşma MDB məkanında turist axınının kəskin artması ilə nəticələnəcək. O qeyd edib ki, ekspertlər bu məsələnin üzərində ciddi iş aparmalıdırlar. Məlumdur ki, “Şengen” vizasının tətbiqi bir sıra Avropa dövlətlərinin iqtisadi inkişafını təmin edən vasitələrdən biridir. Xatırladaq, gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında razılaşma 1985-ci ildə Avropanın 5 ölkəsi – Belcika, Niderland, Lüksemburq, Fransa, AFR arasında Lüksemburqun Sengen şəhərində imzalanıb. Bu razılaşma 26 mart 1995-ci il tarixindən qüvvəyə minib. Bununla Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunub və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilib.
MDB ölkələri arasında vahid viza rejiminin tətbiqi real görünürmü? Tətbiq olunarsa, bu ölkələrə hansı iqtisadi dividentlər gətirə bilər? Digər tərəfdən, MDB ölkələri üçün vahid viza rejimi tətbiq olunarsa, münaqişə vəziyyətində olan ölkələrdə bu məsələ necə tənzimlənə bilər? Bu ölkələrin təhlükəsizliyinə problem yaratmazmı?
İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə, dünyanın qloballaşması istiqamətində atılan istənilən addım təqdirəlayiqdir:
“MDB məkanı geniş bir ərazini əhatə edir. Bu məkanda vizasız gediş-gəlişin təmin edilməsi ölkələrin xeyrinədir. “Şengen” ölkələrinin nümunəsi yaranarsa, Azərbaycanın da bu müqaviləyə qoşulması iqtisadi baxımdan səmərəlidir. Çünki Azərbaycan keçmiş MDB məkanında turizm üçün potensiallı ölkə kimi tanınır. Bu ərazidə yaşayanlara Azərbaycanın sanatoriyaları, şəfalı mənbələri tanışdır. Bu rejimin tətbiqi ölkəyə turist axınının artıra bilər. Bununla belə, bu rejimin tətbiq olunması keçmiş SSRİ dövlətləri arasında gediş-gəlişi artıracaq və turizmi inkişaf etdirəcəksə, insanların Avropaya, digər ölkələrə çıxışını azaldacaq. Rejim tətbiq olunarsa, bu məkanda yaşayanlar Bodrumda istirahətdənsə, Şimali Qafqazın turizm obyektlərinə və ya Baykal gölü ərazisinə üstünlük verəcəklər”.
Belə bir rejim tətbiq olunarsa, bu münaqişə vəziyyətində olan ölkələr, konkret olaraq Azərbaycanla Ermənistan arasında problem yarada bilərmi?
Akif Nəsirli deyir ki, bu məsələ iki ölkə arasında çözülməlidir:
“Azərbaycan üçün Ermənisatan vətəndaşının digər ölkələrin vətəndaşları ilə eyniləşdirilməsi mümkün deyil. Ölkələrin birinin digərinə “cəsusluq siyasəti” var. Məsələn, Azərbaycan Ermənistan üçün yaşıl işıq yandırarsa, Ermənistan vətəndaşı asanlıqla ölkəyə gələrək, istənilən informasiyanı əldə edə və müxtəlif vasitələrlə öz ölkəsinə ötürə bilər. Ona görə də hesab edirəm ki, münaqişə ölkələri bir-birilərinə müxtəlif rejim tətbiq etməklə bu sistemə keçə bilərlər. Eləcə də, məsələn Ermənistan vətəndaşları üçün Azərbaycana və ya əksinə, azad rejim olmaya bilər. Bu yaxınlarda Ermənistan Azərbaycan vətəndaşlarının ölkəyə getməsi üçün qadağanı aradan qaldırdığını elan etdi, amma bunun reallıq olduğu, yoxsa siyasi ambisiyalara söykəndiyi məlum deyil. Çünki hələ ki Azərbaycan vətəndaşlarının öz təşəbbüsü ilə Ermənistana səfərinin şahidi olmamışıq”.
Azərbaycanda fəaliyyət göstərən iyirmidən çox aparıcı turizm şirkətinin nümayəndələrinin Quba və Qusar rayonlarına tanışlıq turu təşkil olunub.
Dövlət Turizm Agentliyinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatının təşəbbüsü ilə reallaşan səfər rayonların turizm potensialının, turizm məhsullarının təqdim olunması məqsədi daşıyıb.
Səfərin ilk günü qonaqlar Qubanın alma bağlarında məhsul toplanması və onun istehsalı, “Quba Palace” mehmanxana kompleksi və burada yerləşən Qolf Klubu, Azərxalça ASC-nin Quba filialı ilə yaxından tanış olublar. Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər. Günün sonunda qonaqlar Quba və Qusar rayonlarının turizm destinasiyası ilə bağlı təqdimatı izləyiblər.
Səfərin ikinci günü turizm şirkətlərinin nümayəndələri Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölü ətrafında yaradılan yeni turizm imkanları barədə məlumatlandırılıblar. Qonaqlar Quba rayonunda keçirilən “Alma bayramı“nın da iştirakçısı olublar.
Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində keçirilən master-klasda qonaqlara ləzgi yeməklərinin hazırlanması qaydası təqdim edilib.
Turizm şirkətlərinin nümayəndələri Qubada “Bal evi” müəssisəsində olublar. Həmçinin rayonda paxlava və bükmə hazırlanmasını izləyiblər.
ƏZİZ TURİSTLƏRİMİZ SİZİ “TƏBRİZ” TURUNA DƏVƏT EDİRİK ? ?Turun tarixi : 08.11.19-11.11.19 2 gecə / 3 gün ?Turun qiyməti : 99 AZN
● Qiymətə daxildir:
✔Tur boyu xidmət göstərən transfer
✔Oteldə gecələmə
✔Qidalanma (2 dəfə oteldə səhər yeməyi)
✔Fotossesiya
✔Tur rəhbər
✔Yol boyu əyləncəli və hədiyyəli oyunlar
✔Ekskursiya:
• Təbriz bazarı (Böyük bazar)
• Qacar muzeyi
• Şairlər məzarı
• El gölü (Qədim Şah gölü)
• Göy məscid
• Azərbaycan muzeyi
• Saat qülləsi (Bələdiyyə binası)
• Kəndivan kəndi
• Məşrutə evi
• Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi
• Ərk qalası
• Seyid Həmzə türbəsi
• Eynalı dağı
• Kanat
QEYD : Muzeylərə giriş bileti Nahar və şam yeməkləri
? AVTOBUSDA YERLƏR ÖDƏNİŞ GÜNUNƏ GÖRƏ VERİLİR:
Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək )
Qeyd 3: Hava şəraitinə və digər amillərə müvafiq olaraq ,göstərilən proqrama təşkilatçılar tərəfindən dəyişikliklər edilə bilər
☛Turun başlama tarixi : 8 Noyabr Toplanış- 20:00 Çıxış-21:00 ☛Turun bitmə tarixi : 11 Noyabr