Afrika qitəsinə ən çox bu ölkə sərmayə qoyub
Beynəlxalq Tövsiyyə və Yoxlama şirkəti “Ernst & Young“un (EY) hesabat hazırlayıb. Afrikaya son 4 ildə ən çox sərmayəni Çin (72,2 milyard) qoyub.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, Beynəlxalq Tövsiyə və Yoxlama şirkəti “Ernst & Young“un (EY) hazırladığı hesabata görə, Afrika qitəsinə 2014-2018-ci illərdə ən çox sərmayə qoyan ölkə 72,2 milyard dollarla Çin olub.
Çindən sonra “frankofon” (fransızca danışan) ölkələrə 34,1 milyard dollarlıq sərmayəsilə Fransa, 30,8 milyard dollarla ABŞ, 25,2 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri, 10,1 milyard dollarla Cənubi Afrika və 5,4 milyard dollarla İspaniya gəlir.
Çinin ən çox sərmayə qoyduğu sektorlar pərakəndə-satış, infrastruktur, maliyyə, telekommunikasiya, turizm, media və texnologiya sahələridir.
Regional olaraq Şimal Afrikadan sonra ən çox sərmayənin axdığı bölgələr isə Cənub Afrika, Şərqi Afrika və Qərbi Afrikadır.
Qitədə son dövrdə texnologiya sərmayələri artıb. Belə ki, Afrikada indiyə qədər 600 texnologiya mərkəzi açılıb. Cənubi Afrika, Nigeriya və Misirdə də texnologiya şirkətləri qurulub.
Leyla Məmmədova: Məqsədimiz kənd təsərrüfatı və turizm sahələrini özündə birləşdirən aqroturizmi inkişaf etdirməkdir
Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi çərçivəsində “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə Hacıqabulun “Nar vadisi”nə aqrotur təşkil edilib. Bu turda yerli və dövlət orqanları ilə yanaşı, səfirliklərin nümayəndələri də iştirak edirlər. Aqrotur iştirakçıları seleksiya yolu ilə əldə edilmiş “MinaŞirin” nar sortu tinglərindən salınmış bağlarla tanış olurlar. Yerli sahibkar nəinki Azərbaycandan xaricə nar ixrac edir, eyni zamanda, bu nar sortunun tinglərinin satışını da həyata keçirir. Hətta Kolumbiyada da pilot layihə reallaşdırır. Biz innovativ layihələrə açıq olan, marketinqə önəm verən sahibkarlarımızın, fermerlərimizin olduğuna çox sevinirik.
Bunu Hacıqabulda nar təsərrüfatına təşkil olunan aqrotur zamanı AZƏRTAC-a açıqlamasında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova söyləyib.
Onun sözlərinə görə, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən bu il “Şəhərdən Kəndə” aqroturizm layihəsinə başlanılıb: “Məqsəd ölkəmizdə kənd təsərrüfatı və turizm sahələrini özündə birləşdirən aqroturizmi inkişaf etdirməkdir. İki il ərzində 500 fermerə təlim keçərək aqroturizmi inkişaf etdirmək, fermerləri məhsul satışının düzgün təşkili barədə məlumatlandırmaq istəyirik və bu istiqamətdə layihələr reallaşdırırıq. Əsas hədəf ölkəmizin şimal və şimal-qərb regionlarıdır. Lakin gördüyünüz kimi, bu gün Hacıqabuldayıq. Bu da o deməkdir ki, əgər bizə digər regionlardan da müraciətlər olarsa, böyük məmnuniyyətlə buna baxılacaq. Artıq 50-yə yaxın fermerlə əməkdaşlıq edirik. Bu fermerlər Şəki, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Quba və Hacıqabuldandır”.
“Şəhərdən Kəndə” layihəsi ilə əməkdaşlıq etmək istəyən, 500 fermerdən biri olmaq istəyən varsa, bizə rəsmi internet səhifəmiz, eləcə də sosial şəbəkələrimiz vasitəsilə müraciət edə bilər. Bu müraciətlər araşdırılır və onlara təlimlər keçirilir. Bu layihədə bizə həm yerli, həm də xarici qurumlar da dəstək göstərir”.
Ecazkar İordaniya: Ölü dəniz
İordaniyaya səyahətimiz sona yaxınlaşır. Əsrarəngiz Petradan Ölü dənizə yollanırıq. Ölü dəniz duzlarının nadir tərkibi və müalicəvi palçıqlar bu dənizə milyonlarla turistləri cəlb edən müalicəvi kurort kimi şöhrət qazandırıb. Ölü dənizin İordaniya sahillərində şəhər tipli yaşayış məntəqələri yoxdur, burada yalnız otel kompleksləri inşa edilib. Ölkənin paytaxtı Əmmana, necə deyərlər, əlinizi uzatsanız çatarsınız. Orada isə görməli tarixi yerlərə getmək, maraqlı şopinqlə məşğul olmaq imkanı var. Biz də belə etdik.
Qeyri-adi sututar
Petradan Ölü dəniz rayonuna qədər 137 kilometr məsafə var. Avtomobillə bu yolu qət etməyə təxminən iki saat vaxt lazımdır.
İordaniya vadisi heyrətamiz regiondur. Yer kürəsində quru səthinin ən aşağı sahəsi olan Ölü dəniz də bu vadiyə aiddir. Burada suyun səviyyəsi okean səviyyəsindən təxminən 430 metr aşağıdır. İnsanların intensiv təsərrüfat fəaliyyəti nəticəsində bu səviyyə ildə bir metr azalır. Ölü dənizə tökülən çayların ən böyüyü İordan çayıdır. Dəniz adlanmasına baxmayaraq, əslində göl olan bu sututarın axarı olmadığına görə çayların suyu buxarlanır və onların əvəzinə duzlardan və minerallardan ibarət “kokteyl” qalır.
Adama elə gəlir ki, planetimizdəki duzun hamısı bu dənizdə cəmləşib. Onun suyu o qədər duzludur ki, adi gözlə görünən canlı orqanizmlər bu suda yaşaya bilmir. Hesablamalara görə burada bir litr suyun tərkibində 300 qram duz var, dənizin dibindən çoxsaylı mineral bulaqlar qaynayır. Bu suyu laboratoriyada əldə etmək mümkün deyil, ona görə də müalicəvi prosedurlar elə burada aparılmalıdır. Həkimlərin sözlərinə görə, Ölü dənizin suyu və palçığı bir sıra dəri xəstəliklərinin, həmçinin allergiya, sinir sistemi və yuxarı tənəffüs yollarının müalicəsi üçün çox faydalıdır. Tərkibində yerli duzlar və gil olan İordaniya kosmetikası da yüksək qiymətləndirilir.
İordaniya Ölü dəniz akvatoriyasını Fələstin ilə İsrail arasında bölür. Ölü dənizin cənubunda – İsraildə onun dərinliyi cəmi 5 metrə qədər olduğu halda, şimalda – İordaniyada bu göstərici 300-400 metr həddindədir. Ona görə burada dəniz suyunun tərkibi daha yaxşı, duzların qatılığı optimaldır, çünki İordan çayı onları qismən həll edir.
“Mövenpick Resort & Spa Dead Sea”
Yuxarıda qeyd etdiyimiz kimi, Ölü dənizin İordaniya sahillərində şəhər tipli yaşayış məntəqələri yoxdur. Ona görə də buradakı kurortlara gələnlərin bütün həyatı otel komplekslərinin ərazisində keçir.
Biz beşulduzlu “Mövenpick Resort & Spa Dead Sea” spa otelində qalırdıq. Bu otelin əsas üstünlüyü akvatoriyaya açılan panoram mənzərəsi və dənizə çıxışının olmasıdır. İordaniyada ən böyük “Mövenpick” otelinin ərazisi 8 hektardır. Burada mehmanxana korpusları və villalardan əlavə böyük “Zara Spa” kompleksi, bir neçə hovuz, 9 kafe və restoran, bir sıra başqa obyektlər var. Nohurda qızılı rəngli böyük karp balıqları və ördəklər üzür.
Otel kompleksinin geniş ərazisində hərəkət edən elektrokarlar müsafirlərə pulsuz xidmət edir. Kurort kompleksindəki nömrələr zövqlə tərtib edilib və bütün zəruri avadanlıqla təchiz olunub. Nömrələrin əksəriyyətinin geniş balkonundan baxanda dənizə və bağlara gözəl mənzərə açılır.
Uşaqlar üçün geniş xidmətlər spektri, o cümlədən gözəl hovuzu olan klub nəzərdə tutulub. Otel ərazisindəki hovuzların biri həll olunmuş dəniz suyu ilə doldurulub. Hovuzun girəcəyi dəniz sahilini xatırladır: onun dibinə xırda çimərlik qumu səpilib. Ölü dənizin suyu barədə çox eşitmişdik. Buna görə bir sual bizi çox maraqlandırırdı: doğrudanmı insan bu dənizə girəndə onun bədəninin kütləsi azalır və suyun səthində rahatca dayanaraq, məsələn, kitab oxumaq olar. Bu effekti öz üzərimizdə sınaqdan keçirmək üçün tələsirdik.
Sahildəki daşlar qəşəng olmaqla bərabər, çox sürüşkəndir. Buna görə də tarazlığı itirməmək üçün rezin ayaqqabılar geymək məsləhətdir. Ölü dənizi ilk dəfə görəndə onun qeyri-adi xassələri hiss olunur. Sanki su insana müqavimət göstərir. Düşünürsən ki, ayaq üstə dayana bilməyəcəksən, ayaqların yerdən aralanır və səni yuxarı qaldırır. Buna görə selfi həvəskarlarına məsləhət görərdik ki, telefonlarını möhkəm tutsunlar. Onu da qeyd edək ki, çimərlikdəki xidmət heyəti sizin suya girməyinizə və orada salamat qalmağınıza kömək edir.
Dənizin suyu yağ kimi qatıdır. Bircə anda insanın bütün bədəni acı-duzlu təbəqə ilə örtülür. Sizə xəbərdarlıq edəcəklər ki, dəniz suyu gözlərinizə və ağzınıza düşməməlidir. Ona görə də bu suya baş vurmağa dəyməz. Yaxşısı budur, arxası üstə uzanıb mütaliə etməkdən ləzzət alın.
Bir sevindirici məqam da var ki, Ölü dənizin suyunun tərkibində olan brom və planetimizin başqa yerləri ilə müqayisədə burada atmosferdə ozon təbəqəsinin daha sıx olması dərini yanmaqdan qoruyur.
Ölü dənizin suyunda fasiləsiz olaraq 20 dəqiqədən çox qalmaq məsləhət deyil. Bundan sonra içməli su ilə yaxalanmaq lazımdır (çimərlikdə duş var). Bir qədər fasilədən sonra dəniz prosedurlarını davam etdirmək olar.
Faydalı palçıq
Ölü dənizin palçığı müalicəvi xassələri ilə məşhurdur. “Mövenpick Resort & Spa Dead Sea” otelinin müsafirlərinin rahatlığı üçün dənizin dibindən çıxarılmış palçıq sahildə böyük bir küpə doldurulur, arzuedən hər kəs oradan palçıq götürə bilər. Plastilin kimi elastik olan bu palçığı həm kosmetik, həm də müalicəvi məqsədlər üçün bədənə və üzə yaxırlar. Palçıq müalicəsi, ilk növbədə, ekzema, dermatit, dəmrov və başqa dəri xəstəliklərindən əziyyət çəkən adamlar üçün tövsiyə edilir. Bir qədər gözləyəndən sonra elə oradaca, sahildə qoyulmuş duşda və ya dənizə girərək palçığı yumaq olar.
“Zara Spa”
İordaniyadakı “Mövenpick” otellər arasında ən böyük spa salon olan “Zara Spa”nın sahəsi 6000 kvadratmetrə bərabərdir. Burada müsafirlərə müxtəlif sağlamlaşdırıcı və istirahət xarakterli prosedurlar təklif olunur. Kompleksin girəcəyində sizi qarşılayan şux qamətli bədəvi sizə xurma ilə ərəb qəhvəsinin dadına baxmağı təklif edəcək. Spa zonasından çıxmazdan əvvəl ətirli çay içmək, yerli çərəzlərin və meyvələrin dadına baxmaq imkanı var.
Əmmanda gəzinti
Aeroporta yola düşməzdən əvvəl İordaniyanın paytaxtı və ölkənin ən böyük şəhəri Əmman ilə tanış olmağı qərara aldıq. Əhalisinin sayı 1,8 milyondan çox olan Əmman Bakı ilə qardaşlaşmış şəhərdir.
Köhnəliklə yeniliyin qaynayıb-qarışdığı, ideal ərazidə – İordan çayı vadisinin səhralıq və məhsuldar hissələri arasında yerləşir. Əmmanın işgüzar mərkəzində ənənəvi tikililərlə yanaşı, müasir binalar, otellər, restoranlar, qalereya və butiklər də görmək olar.
Bir maraqlı fakt: eramızdan əvvəl IV əsrdə bu şəhər hökmdar Ptolemey II Filadelfin şərəfinə Filadelfiya adlanıb.
Əmmanda addımbaşı qədim tarixi abidələr rastınıza çıxacaq. Şəhərin yuxarı hissəsində ən qədim fortifikasiya qurğularının yerləşdiyi istehkam ucalır. Burada aparılmış qazıntı işləri zamanı Neolitdən Ellinizmə, son Roma və ərəb-müsəlman dövrlərinə qədər müxtəlif tarixi dövrlərə aid çoxsaylı tapıntılar aşkar edilib. İstehkamın ətəyində 6000 tamaşaçı tutan Roma amfiteatrı yerləşir. Şəhərin ən məşhur görməli yeri sayılan bu teatr qayada çapılmış dərin bir oyuq şəklindədir. Ondan hələ də müxtəlif mədəni tədbirlər keçirilməsi üçün istifadə edilir. Bu yaxınlarda daha bir qədim amfiteatr – Odeon tapılıb və bərpa edilib. hazırda Odeon 500 tamaşaçı tutur.
Yolda adi bir şəhər bazarı görəndə yerli koloritlər daha dərindən tanış olmaq üçün oraya boylanmaqdan özümüzü saxlaya bilmədik. Məlum oldu ki, həmin bazar Azərbaycan bazarlarından az fərqlənir. Lakin bizim üçün adi sayılan meyvə və tərəvəzlə bərabər, burada quava, manqo, təzə xurma, ağ badımcan, qeyri-adi ədviyyat kimi ekzotik məhsullar da satılır.
Sonda Əmmandakı çoxsaylı qənnadı mağazalarından birinə baş çəkib Yaxın Şərqdə ən sevimli desertlərdən biri sayılan künəfə adlı yerli şirniyyatın dadına baxdıq. Kadaif vermeşilindən və keçi pendirindən hazırlanan bu məhsulun üzərinə şərbət də əlavə edilir və çox dadlı bir təam alınır.
Son söz əvəzi
Nəhayət evə yollanırıq! Doğma yurda qayıtmaq həmişə adamı sevindirir. Xüsusən “flydubai” aviaşirkətinin biznes salonunda uçanda. Bizim səfərimiz bu şirkətin dəstəyi sayəsində baş tutdu. Qeydiyyat bölməsində sərnişinlərə diqqətli münasibət, pasport nəzarətində uzun növbələrin olmaması, aeroportda rahat biznes-lanç, dadlı yemək, təyyarədə rahat şərait – yorğun yolçulara bundan artıq nə lazımdır?!
GöYCAY NAR BAYRAM FESTIVAL ve MiNGEÇEViR KüR Gemi gezinti TURU
✅⏩✷ ✷ 9 ve 10 noyabr” 1günlük ve ya 9-10noyabr 2 gunluk 14 cü GöYCAY NAR BAYRAM FESTIVAL ve MiNGEÇEViR KüR Gemi gezinti TURU-
✅⏩ 1günlük 9 ve 10noyabr Qiymet:25AZN seher yemeyile 38azn seher+nahar(günorta) yemeyile
✅⏩ 2günlük 9-10noyabr Qiymet: 75AZN seher yemeyile 98AZN (Her şey daxil)
Qiymətə daxildir:
? Komfortlu nəqliyyat
? Səhər yeməyi
☀ Ekskursiyalar (Göyçay Nar Festìvalı ve Mingeçevir Kür gemi gezintisi)
? Tur rəhbəri, gitara ifasi
? Fotoçəkiliş
☕ Cay sufresi geri dönüşde
? Yol boyu əyləncəli oyunlar ve hediyyeler..
Turunun proqrami:
■06:30-06:45 Təyin olunmuş yerdə toplanis 28 may metrosu- 28molun qarşısı (Cefer Cabbarli heykelinin qarşisinda toplaniş
■ 06:45-08:30 Hacıqabulda səhər yeməyi QədirXum Restoranı (yag-bal-pendir-qaymağ-yumurta və şirin çay)
■ Yolda tənəffüs 10-15 dəqiqə
■ 11:30 GÖYÇAY NAR Festivalda iştirak ™ Göyçay – sözünün mənası «göy, yaşıl, şəffaf çay-su»deməkdir.
■ 14:45-15:45 Nahar Yeməyi. Turistlerimizin oz hesabina) (əlavə 13azn ödəməklə bizim menyudan istifadə edə bilərsiniz) (çoban salati pendir, süzme, acika, duşes ve kompot, pervi sup ve assorti kabablar: lule,tike,toyuq+kartof qizartmasi) 15:45-19:00
SƏRBƏST VAXT
■ ÇAY FASİLƏSİ
■ 19:00 – 23:30 BAKI YOLU
■ ÇAY FASİLƏSi
■ 19:00 – 23:30 BAKI YOLU
Əlavə məlumat 070-264-60-30
Koreya Respublikasının məşhur səyahət verilişinin heyəti Bakıda çəkiliş edib
Cənubi Koreyanın nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və çox populyar olan “Battle Trip” səyahət verilişinin heyəti Bakıda çəkiliş edib.
Məşhur gülüş ustaları və veriliş aparıcıları Kim Sook və Song Euininin rəhbərlik etdiyi heyət çəkilişlərə Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayıb.
Onlar Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıblar.
Qonaqlar Azərbaycan mətbəxi ilə də yaxından tanış olublar. Verilişin əsas hissəsi Bakıda yerləşən yerli və xarici restoranlarda çəkilib. Onlar milli mətbəx nümunələri ilə tanış olublar.
Veriliş aparıcıları, həmçinin Bakıda ictimai nəqliyyatdan, o cümlədən metrodan və taksidən istifadə ediblər. Burada nəqliyyatın çox gözəl təşkil olunduğunu vurğulayıblar.
Xatırladaq ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.
Koreya Respublikası Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir. Burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq aparılır.
Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 22.5 faiz artım deməkdir.
Türkiyənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb
Türkiyənin 2023-cü ilə olan hədəfi – “75 milyon turist” üçün ölkənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb.
Bu məqsədlə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Təqdimat və İnkişaf Agentliyi yaradılıb.
Dövlət və özəl şirkətlərin iştirak edəcəyi kampaniyada ümumilikdə 5 milyard türk lirəsinin xərclənəcəyi nəzərdə tutulur. Bundan əlavə Türkiyənin dünyada tanıdılması məqsədilə hazırlanan videoçarxlara hər il ayrılan 18 milyon dollar vəsait kampaniya çərçivəsində bir neçə dəfə artırılıb. Ölkənin dünyada tanıdılması məqsədilə artıq 20 reklam filmi çəkilib.
Kampaniyanın əsas hədəfləri ölkəyə gələn turist sayını fəsillərdən asılı olmayaraq bərabərləşdirmək və Türkiyəyə gələn xarici vətəndaşları ölkənin 81 şəhərinə cəlb etməkdir.
Bu məqsədlə ölkənin hava, dəniz və quru yollarında fəaliyyət göstərən nəqliyyat şirkətlərinin işlərində yeniliklərin edilməsi də gözlənilir. Türkiyənin bəzi bölgələrinə sürətli qatar yolunun çəkilməsi planlaşdırılır.
Bu il start verilən kampaniyanın ilk nəticələri artıq görülür. Belə ki, son hesablamalara görə, yay ayları ərzində ölkəyə gələn xarici vətəndaşların sayında bu il 17 faiz artım müşahidə edilib.
Azərbaycan Yaxın Şərqdə turizm potensialının təbliğatını genişləndirir
Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.
Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib. O ölkəmizə son illər Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə edildiyini söyləyib.
O, bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşən, Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını deyib.
F.Zenqstşmid, həmçinin 2018-ci ildə ölkəyə Körfəz ölkələrindən olan 200 mindən çox turistin gəldiyini deyib. Bu rəqəmin əvvəlki ilə nisbətdə 30 faiz artdığını vurğulayıb.
“Wego” platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan əməkdaşlığa münasibətini bildirib. Azərbaycanın Yaxın Şərq və Şimali Afrika üzrə ən yaxşı 3 destinasiyadan biri sayıldığını qeyd edib. 2019-cu ildə ötən ilə nisbətdə Körfəz ölkələri səyahətçiləri tərəfindən Azərbaycan haqda onlayn axtarışların 60 faiz artdığını bildirib.
O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini bildirib.
Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb saytı 20 dildə fəaliyyət göstərən, eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən “Wego” – hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.
Hacıqabul rayonundakı “Nar vadisi”nə aqrotur təşkil edilib
Bu gün “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində Hacıqabul rayonunun Meyniman kəndindəki “Nar vadisi”nə aqrotur təşkil edilib.
“Report” xəbər verir ki, aqrotur Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə baş tutub.

Aqroturda Azərbaycandakı diplomatik korpusların nümayəndələri də iştirak edib. “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, aqroturun məqsədi bu ərazidə yetişən yeni nar növü ilə ictimaiyyəti tanış etmək, Hacıqabulun gözəl güşəsini təqdim etməkdir: “Nar vadisi” ində aqrar turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Burda mina – yüksək keyfiyyətli, şirin nar növü yetişdirilir”.
Bundan başqa, onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi “Şəhərdən kəndə ” layihəsi 2 il ərzində həyata keçiriləcək: “2 il ərzində ölkənin Şimal və Şimal-Qərb bölgəsində aqroekoturizmin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Layihə çərçivəsində 500-ə yaxın fermerlə maarifləndirmə işləri aparılacaq”.
UBDP-nin rəhbəri Aleksandro Frakassertti deyib ki, rəhbərlik etdiyi qurumu bu kimi layihələrə dəstək verib: “Aqroekoturizm biznes sahəsi üçün cazibədar layihədir. Ümid edirəm ki,bu kimi layihələrin sayı artacaq. “Nar vadisi” ində yeni nar növü yetişdirilir. Bu ərazidə həmçinin atçılıqla da məşğul olmaq üçün şərait yaradılacaq. Bio müxtəlifliyin qorunması üçün bizim üçün vacibdir. Bir neçə ildir ki, Azərbaycanda bio müxtəlifliyin qorunması üçün bir sıra layihələr həyata keçiririk”.
