Ev Blog Səhifə 138

Milli-mənəvi dəyərləri yaşadan məkan – NAXÇIVAN

0
Naxçıvan

Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi böyük strateji hədəflərin uğurla həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında qarşıya qoyulan vəzifələrin icra olunması, bütün sahələr üzrə əldə edilən ardıcıl nailiyyətlər qədim diyarı yeni-yeni zirvələrə doğru istiqamətləndirir. Ulu Öndərimizin işıqlı ideyalarına bağlılıqla, yüksək əzmkarlıqla, vətənpərvərliklə həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastruktur layihələri səmərəli nəticələr verir, şəhərlərlə yanaşı, ən ucqar kəndlər belə, abadlaşır, insanların həyat şəraiti hər gün daha da yaxşılaşır. Bu gün fəxrlə deyə bilərik ki, artıq muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Həmin yaşayış məntəqələrində sakinlərin firavan yaşayışı üçün hər cür şərait yaradılıb, göstərilən dövlət dəstəyi, mövcud əlverişli biznes mühiti mindən çox yeni ailə təsərrüfatlarının fəaliyyətə başlamasına yol açıb, insanların torpağa, yurda bağlılığı artıb.

Naxçıvan

Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir.

Bütün bunların fonunda milli və mənəvi dəyərlərimiz də ən yüksək səviyyədə yaşadılır, Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir.

Naxçıvan

Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olub. Məscidin daxilində və fasadında işlərin keyfiyyətlə aparılması, xüsusilə mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.

Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflər müəyyənləşdirilir

Muxtar respublikamız kəskin kontinental iqlimə malik olduğuna görə burada payız-qış mövsümünə hazırlıq böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu məsələlər daim diqqət mərkəzində saxlanılır, bütün sahələrdə qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması, inkişaf proseslərinin davamlı xarakter alması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi, müəssisə və təşkilatların qışa hazırlığı mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Görülən hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər həyata keçirilir, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır.

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub.

Ali Məclisin Sədri aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün sürətlə inkişaf edən, abadlaşan, böyük quruculuq işləri ilə diqqəti cəlb edən muxtar respublikamızda mənəvi dəyərlərimiz də qorunur, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərinin İslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır.

Naxçıvan

Sentyabrın 10-da Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak edib. Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, ehsan verilib.

Yüksəliş və tərəqqini təmin edən regional inkişaf strategiyası uğurla həyata keçirilir

Bu gün muxtar respublikada yüksəliş və tərəqqini təmin edən regional inkişaf strategiyası uğurla həyata keçirilir. Həmin tədbirlərin tərkib hissəsi olaraq Şahbuz rayonunun Badamlı qəsəbəsində də kompleks quruculuq işləri görülüb. 48 mənzilli 6 yaşayış binası əsaslı təmir olunub, qəsəbə mərkəzi, məktəb binası və xidmət mərkəzi tikilib, avtomobil yolu yenidən qurulub. Mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin edilib. Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılıb. Qəsəbədə həyata keçirilən həmin tədbirlər burada məskunlaşmanı daha da artıracaqdır. Onu da qeyd edək ki, aparılan quruculuq işləri insanların rahat yaşayışı ilə yanaşı, həm də bölgədə turizmin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Sentyabrın 11-də Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri burada yaradılan şəraitlə tanış olub.

Həmin gün Ali Məclisin Sədri “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb, zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Naxçıvan

İnsan kapitalına investisiya qoyuluşu həyata keçirilir, təhsildə real imkanlar yaradılır

Dövrümüz yeni tələblər, müasir iqtisadi təfəkkürə əsaslanan axtarışlar, yeni sosial-iqtisadi stimullar, yeni motivasiya tədbirləri, inkişaf ssenariləri və dinamika tələb edir. Bütün bunlar isə gələcəyə hesablanmış inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olan uğurlu təhsil siyasəti ilə mümkündür. Çünki sürətlə dəyişən dünyada yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsi yalnız yüksək təhsillə, intellektual səviyyəli gənclərlə mümkündür. Bütün bunlara nail olmaq üçün Naxçıvanda daim insan kapitalına investisiya qoyuluşu həyata keçirilir, nəticədə, bütün sosial sferalarda, xüsusilə gələcəyimizi müəyyənləşdirən təhsildə real imkanlar yaradılır, məktəb binaları müasir tədrisin tələblərinə uyğun qurulur. Şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilir. Bu gün məktəblilər ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edir, biliklərə yiyələnirlər. Görülən işlərin davamı kimi, sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub.

Ali Məclisin Sədri muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edib. Muxtar respublika rəhbəri qeyd edib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı və bu sahədə həyata keçirilən islahatlar innovativ inkişafa və güclü iqtisadi potensiala əsaslanır. İqtisadiyyatın dinamik inkişaf səviyyəsi muxtar respublikada genişmiqyaslı layihələri reallaşdırmağa, o cümlədən təhsil infrastrukturunu yeniləşdirməyə tam imkan verir. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillər təhsil prosesinin inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasıdır.

Son illərdə muxtar respublikada tikilən və yenidən qurulan 200-dən çox təhsil müəssisəsi ən müasir standartlar səviyyəsində şagirdlərin, müəllimlərin istifadəsindədir. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda yüksək intellektli kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmuşdur.

Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən istifadənin əhəmiyyətini vurğulayıb, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçilməsi, şagirdlərin muzeylərə ekskursiyalarının təşkili, çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə dərslərinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Naxçıvan

Tanınmış hərb xadimlərimizin irsi yaşadılır, təbliğ edilir

Ötən əsrin 70-ci illərində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi-mədəni irsimizin qorunması, tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması siyasəti bu gün uğurla davam etdirilir. Cəmşid Naxçıvanski Muzeyi binasının yenidən qurulması da Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir.

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib.

Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.

“Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur”, – deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Bu muzey həm də gələcək nəsillərin tərbiyəsi və vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyəti ilə seçilir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin, eləcə də Araz-Türk Respublikasının öyrənilməsi və tədqiq olunması, gənclərin, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının muzeyə ekskursiyalarının təşkili barədə tapşırıqlar verib.

Qədim diyarımızın turizm potensialının təbliğində mühüm rol oynayan Naxçıvan Muxtar Respublikası Turizm Departamenti artıq tarixi binada fəaliyyət göstərir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilib.

Ali Məclisin Sədri iclas zalında turizm şirkətləri üçün təlim və seminarların, eləcə də ali təhsil müəssisələrinin Turizm və otelçilik ixtisası tələbələrinin iştirakı ilə görüşlərin keçirilməsi, muxtar respublikanın turizm potensialı barədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması barədə tapşırıqlar verib.

turizm

Milli dəyərlərin qorunması ön plandadır

Ulu Öndərimiz ölkəmizə rəhbərliyinin hər iki dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirib. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri muzeydə yaradılan şəraitlə maraqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Mədəniyyət Nazirliyinə muzey fondunun zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Hər il “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arıçılar üçün geniş imkanlar açır

Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksəkkeyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb. Arı ailələrinin sayı artıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 74 mindən çoxdur. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahədə də uğurlu nəticələrin əldə edilməsinə şərait yaradıb. Hər il Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arıçılar üçün geniş imkanlar açır. Sentyabrın 28-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti festival keçirilib.

Festivalda iştirak edən Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb. Ali Məclisin Sədri nümunəvi arıçılıq təsərrüfatlarının təcrübəsinin yayılması, arıçılığın elmi əsaslarla öyrənilməsinə diqqətin artırılması, eləcə də Naxçıvan Dövlət Universitetində muxtar respublika arıçıları ilə birlikdə maarifləndirici seminarın keçirilməsi barədə tapşırıqlar verib.

Arıçılıq

Dövlət qayğısı ilə əhatə olunan sakinlər daha əzmlə çalışır, Heydər Əliyev siyasi xəttinə daim sadiqlik nümayiş etdirirlər.

Muxtar respublikada qarşıya qoyulan hər bir vəzifənin vaxtında icrası, abadlaşdırılan kəndlərimizdə yaradılan möhtəşəm şəraitin qorunub saxlanılması, kənd təsərrüfatının yeni meyarlar əsasında inkişaf etdirilməsi Naxçıvanın ümumi inkişafına da əsaslı töhfələr verir. Ardıcıl və səmərəli fəaliyyətin ötən sentyabr ayında da əldə olunmuş uğurlu nəticələri seçilmiş yolun nə qədər düzgün olduğunu bir daha təsdiq edir. Bütün bunlar həm də Naxçıvanda sabitliyin, əmin-amanlığın, sıx birliyin nəticəsində mümkün olub. Muxtar respublikada dövlət qayğısı ilə əhatə olunan sakinlər daha əzmlə çalışaraq inkişaf, yüksəliş proseslərinin fəal iştirakçılarına çevrilirlər. İnsanlar şəhərlərimizdə, kəndlərimizdə aparılan quruculuq işlərini ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin bəhrələri kimi dəyərləndirir. Daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər. Nəticədə, dövlət-cəmiyyət birliyi muxtar respublikamızı daha böyük uğurlara aparır.

Turizm strategiyası və əcnəbilərin inteqrasiyasının qarşılıqlı əlaqə və təsir aspektlərinə nəzər salınıb

0
turizm

Bakı regional miqrasiya idarəsində “Turizmin inkişaf strategiyası və əcnəbilərin inteqrasiyası” mövzusunda ictimai müzakirə təşkil olunub.

Qurumun miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev turizmin inkişaf strategiyası müstəvisində Xidmətin həyata keçirdiyi miqrasiya siyasətindən danışıb. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı qanunvericilikdəki son dəyişikliklər, vizaların verilməsi sahəsində yeni qaydalar, istifadədə olan yeni mobil tətbiq və digər resurslar barədə ətraflı məlumat verib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov müvəqqəti və daimi yaşama hallarının artma səbəblərini izah edib. Azərbaycanda turizm strategiyasının uğurlu tətbiqindən söhbət açıb. Şura sədri ölkə ərazisində müvəqqəti və daimi əsaslarla yaşamaq niyyətində olan əcnəbilərin cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb.

Əcnəbilərin inteqrasiyası ilə əlaqədar icra olunan layihənin məqsəd və vəzifələrindən danışılıb. “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Leyla Hüseynova gələcəkdə həyata keçiriləcək fəaliyyət planından da bəhs edib.

Sessiyada turizmin təşviqi zamanı maarifləndirmə işinin əhəmiyyəti, milli tur-bələdçilərin formalaşdırılmasından söhbət açılıb. Turizm lisenziyalarının verilməsi və bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunub. “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb.

RUBLUN POSTSOVET MƏKANINDA TƏSİR GÜCÜ

0
rubl

“Uzun illər Özbəkistana başçılıq edən, mütləq hakimiyyətə malik İslam Kərimovun 2016-cı ildə vəfat etməsindən sonra hakimiyyətə gələn Şövkət Mirziyoyevin prezidentlik dövründə ölkə dünyaya açılıb. Bu da Rusiya müəssisələri üçün əla imkanlar yaradıb. İki ölkə elitaları əvvəllər də əməkdaşlıq ediblər. Lakin Mirziyoyev Rusiya və Ukraynanı nəzərə almasaq, keçmiş Sovet İttifaqının ən böyük respublikasını, 32 milyon əhaliyə malik bu ölkəni, nəhayət, biznesə açıq elan edib”, – analitik Maksimilian Hess (Maxmilian Hess) “Eurasianet.org” saytında işıq üzü görən məqaləsində yazır.

Nəşr xatırladır ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oktyabrın əvvəli Daşkənddə baş tutan ikitərəfli iqtisadi forumda iştirak edib. Onun verdiyi məlumata əsasən, ötən il ticarət dövriyyəsi 20%, cari ilin ilk altı ayında isə 12% artıb. Hər iki tərəf xüsusilə energetika sahəsində artım tempinin saxlanılmasında maraqlıdır.

“Ancaq Matviyenko oktyabrın 2-i Özbəkistanın Rusiyanın başçılıq etdiyi, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarusun iştirak etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacağını söyləməklə açıq-aşkar hadisələri tələsdirib. Həmin vaxtadək Özbəkistanın təşkilata qoşulması ilə bağlı birtərəfli danışıqlar olsa da, real heç bir addım atılmayıb. Görünür, Matviyenkonun bəyanatı onun özbəkistanlı həmkarlarını qəfil yaxalayıb”, – eskpert qeyd edir.

Özbəkistanla yanaşı regionun ən kasıb ölkəsi Tacikistan da tez-tez Aİİ-nin mümkün üzvü kimi nəzərdən keçirilir. Amma son vaxtlar Düşənbə tamamilə Pekinə üz tutub. Aprel ayında Çin Dövlət Maşınqayırma Müəssisəsi (CMEC) Tacikistanın iqtisadi lokomotivi, prezident Emoməli Rəhmanın ailəsinin sərvət mənbəyi hesab edilən, gəlir gətirməyən “Talko” dövlət alüminium zavoduna 545 milyon dollar investisiya yatırmağa razılıq verib.

Aİİ üzvləri üçün tarif baryerlərini xeyli azaldıb. Buna baxmayaraq, Rusiyanın dominantlığı başqa situativ ziddiyyətlər doğurur.

Cari ilin ilk altı ayında ticarət dövriyyəsini 1,6 milyard dollara çatdıran Bakı və Moskva iqtisadi əməkdaşlığın gələcək inkişafı barədə danışmağa başlayıblar. Nəzərdən keçirilən istiqamətlərdən biri Azərbaycanın enerji sektorudur. “Rosatom” şirkəti də bu ölkədə atom elektrik stansiyasının inşasında maraqlı olduğunu bildirib.

Bu zaman Rusiya ilə Gürcüstanın iqtisadi münasibətlərində əks tendensiya müşahidə edilir. “Reuters” agentliyinin məlumatına əsasən, iyulda Gürcüstanın turizm sektorundan illik gəlir 13%, Rusiya əleyhinə Tiflisdə keçirilən etirazlara cavab olaraq Moskva avqustda iki ölkə arasında birbaşa reysləri dayandırdıqdan sonra 11% aşağı düşüb.

Son 15 ildə Rusiya Tiflisə təzyiq göstərmək üçün yerli turistlərin Gürcüstan iqtisadiyyatındakı əhəmiyyətli rolundan və gürcü şərabının aparıcı idxalçı statusundan dəfələrlə istifadə edib. Rusiyanın Avrasiyadakı iqtisadi rolu, çox güman, dəyişikliklərə məruz qalacaq, ancaq güclü qol sahibləri zaman-zaman gücünü nümayiş etdirməyi sevir.

Azərbaycan Yaxın Şərqdə turizm potensialının təbliğatını genişləndirir

0
turizm

Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.

Bu barədə münasibətini bildirən Azəbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edib.

Florian Zenqstşmid bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşəcəyini deyib. Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını diqqətə çatdırıb. O, 2018-ci ildə ölkəyə Körfəz ölkələrindən olan 200 mindən çox turist gəlib. Bu rəqəmin əvvəlki ilə nisbətdə 30% artım sayıldığını qeyd edib. “Wego” platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan əməkdaşlığa münasibətini bildirib. Azərbaycanın Yaxın Şərq və Şimali Afrika üzrə ən yaxşı 3 destinasiyadan biri sayıldığını qeyd edib.

2019-cu ildə ötən ilə nisbətdə Körfəz ölkələri səyahətçiləri tərəfindən Azərbaycan haqda onlayn axtarışların 60% artdığını bildirib.

O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini vurğulayıb. Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb saytı 20 dildə fəaliyyət göstərir. Eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən “Wego” hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.

Təhlükəli gecə reysləri: Yolda qalan, gecikən, vaqonu çatışmayan qatarlara alternativ?

0
Təhlükəli gecə reysləri

10 gündür ki, rayonlara gecə sərnişin daşımaları bərpa olunub.

İlkin mərhələdə dörd istiqamət (Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı) seçilib.

Gecə reysləri 10 illik fasilədən sonra oktyabrın 1-dən bərpa olunub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bildirdiyinə görə, hələlik payız və qış ayları boyunca gecə reysləri ilə bağlı test rejimi təşkil olunacaq. Növbəti ildən isə ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq. Xatırladaq ki, 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi-müəll.) gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulmuşdu. Buna səbəb ölkə yollarında baş verən nəqliyyat qəzalarının sayının artması olmuşdu.

Məlumat üçün bildirək ki, oktyabrın 18-dən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirildiyinə görə, gecə reysləri ilə bağlı test rejimindən uğurla çıxsalar, mart ayından yeni daşıyıcılar da cəlb edib digər regionlara gecə reysləri açılacaq. Dövlət qurumunun 10 ildən sonra gecə reyslərini bərpa etməsi təqdirəlayiq addım kimi qiymətləndirilsə də, məsələdə narahatedici məqamlar var.

İstənilən halda gecə reysləri çox təhlükəlidir. Ekspertlərin fikrincə, yol təhükəsizliyi üçün vacib olunan bütün qaydalara, nəzarət və tələblərə riayət olunsa belə, hərəkət zamanı gözlənilməz riskli maneələr ortaya çıxa bilər. Xüsusilə də yol infrastrukurunda problemlər olan Azərbaycna kimi ölkələrdə gözlənilməz risklər əlavə problemlər yaradır.

Düzdür, Dövlət Avtomobil Nəqliyyatı Xidməti gecə reysinə buraxılan avtobuslara xüsusi sürət rejiminin tətbiq edildiyini, sürücülər arasında növbəlilik prinsipinin qoyulduğunu, yollarda infrastruktur və işıqlandırmaların nəzərə alındığını bildirsə də, bütün hərəkət yollarında və məkanlarda eyni durum yoxdur. Məsələn, şimal bölgəsindən başqa digər rayonlara gecə reysində mütləq Kürdəmir rayonu ərazisindəki yoldan keçmək tələb olunur ki, müşahidələr bu yolda əsas infrastruktur tələbi hesab olunan işıqlandırmaya tam riayət olunmadığını göstərir.

İstər ən müasir tələblərə cavab verən Almaniyanın “MAN” şirkətinə məxsus “Neoplan” avtobusları olsun, istərsə sükan arxasında 5 sürücü növbələşsin, gecə saatlarında hərəkət zolağında təhlükəsizliyə tam əməl olunmursa, reyslərin təşkili zamanı bütün risklər nəzərə alınmırsa, hərəkət təhlükəlidir. Ola bilsin ki, zamanla Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu nüansları nəzərə alsın və tədbir görsün.

Ümumiyyətlə, araşdırma və səfərlər zamanı baş vermiş qəzaların statistikasına əsasən, ən təhlükəsiz nəqliyyat növü təyyarə sayılır. Ondan sonra su nəqliyyatı və dəmiryolu gəlir. Avtomobil ən təhlükəli nəqliyyat növüdür. Nəticə etibarilə dəmiryolu da təhlükəsiz nəqliyyat növünə aiddir və dünya təcrübəsində ölkə daxilində dəmir yolundan gecə reyslərindən daha geniş istifadə edilir. Ancaq Azərbaycanda bu sahədə də ciddi problem var və belə qənaətə gəlmək olar ki, gecə reyslərinin bərpasını vacib edən məqamlardan biri də məhz bu problemlər olub.

Hazırda Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz, Bakı-Böyük-Kəsik, Bakı-Gəncə, Bakı-Yalama və Bakı-Şirvan-Hacıqabul üzrə dəmiryolu xətti fəaliyyət göstərir. Bu marşrutlar üzrə gecə reysləri də təşkil olunur. Amma dəmiryolu nəqliyyatı da bütün ölkəni əhatə etmir. Xüsusilə yay turizmi mövsümündə, bayram və istirahət günlərində artan tələbatın qarşılanmaması sərnişinlərin narazılığına səbəb olur. Qatarlara əlavə vaqonların qoşulması da bu problemi kökündən həll edə bilmir. Sürət qatarının dəfələrlə yolda qalması isə bu sahədə ciddi problemlərin hələ də aktuallığını qoruduğunu göstərir.

Halbuki dəmiryol nəqliyyatının inkişafı turizmin inkişafı üçün də əsas şərtlərdən biri hesab olunur. Ekspertlərin fikrincə, dəmir yolunun təhlükəsiz nəqliyyat növü olduğunu nəzərə almaqla, gecə reyslərinə alternativ kimi bu sahəni inkişaf etdirmək daha məqsədəuyğundur.

Moskva yeni il Turu??

0
Moskva Yeni il turu

?? Moskva yeni il Turu??
Yeni ili Moskvada qarşılayaq!!!
?Tarix:28.12.2019
?4gün 3gecə(ümumi 7Gün Avtobusla)?
Cəmi 199?

İlkin Ödəniş 50?(1nəfər üçün) Ödəyərək Qalanını Avtobusda Ödəyə Bilərsiniz

Qiymətə Daxildir:
1.Kamfortlu nəqliyyat ilə Gediş Dönüş
2.Səhər yeməyi (Oteldə)
3.Çay yol boyu
4.Bələdçi Xidməti
5.Qrup Şəklində Fotosesiya
6.İzmailov (3 Gecə/4 Gün) otelde gecələmə

7.Yol boyu maraqlı oyunlar və Yeni il hədiyyələri( Supriz?)

Gəzintilər :
1.Qırmızı Meydan
2.Kremlin Sarayı(500 rubl)
3.Tarix muzeyi
4.Vasili Blejenni kilsəsi
5.Bolşoy Teatrı (1500rubl)
6Zaryadye parki
7.Gorki parkı
8.Lenin movzeleyi.
9.Arbat küçəsi
10.Gum Alışveriş mərkəzi
12 Tarix muzeyi
13.Puşkin muzeyi(400rubl)
14.Tretyakov Dövlət Galeryası(500 rubl)
15.Moskva metrosu
16.Dövlət Tarix Muzeyi (700rubl)
17.Tverskaya küçəsi
18.Böyük İvan Çan Qülləsi



Qeyd:
1)Toplanış yeri Gənclik metrosu Atatürk parkının qarşısı
2)Toplanış 17:30 çıxış 18:00-dur
3)Muzeylərə giriş qiymətə aid deyil
4)Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub
5)Yeni il günü qala gecəsində iştirak əlavə 30$

Ətraflı məlumat və qeydiyyat üçün: 070-264-60-30

Azərbaycan gələn ay Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində iştirak edəcək

0
Azərbaycan və Şanxay

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri xanım Quo Min ilə görüşüb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Ş.Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan Çinlə ikitərəfli əlaqələrə böyük önəm verir və müxtəlif istiqamətlər üzrə səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan Çinlə əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlıdır. Dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Çin beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 2015-ci ilin dekabrında ölkə prezidentinin Çinə dövlət səfəri ilə əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulub, səfər çərçivəsində mühüm razılaşmalar əldə edilib, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi barədə Memorandum imzalanıb.

Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və s. sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Təşkil edilən biznes forumlar, ixrac missiyaları, sərgilər və digər tədbirlər əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.

Nazir qeyd edib ki, Azərbaycan şirkələri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.

Azərbaycanın Çinlə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran İqtisadiyyat naziri ticarət, investisiya, nəqliyyat-tranzit, İKT, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialı vurğulayıb.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qeyri-neft sektorunun uğurla inkişaf etdiyini diqqətə çatdıraraq Çin şirkətlərini Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib. Nazir qeyd edib ki, sənaye sahəsində bir sıra layihələr üzrə artıq razılaşmalar əldə edilib.

Səfir Azərbaycan və Çin arasında əlaqələrin inkişaf etdiyini, Çinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini diqqətə çatdırıb. Qarşılıqlı ticarət dövriyyəsi artır, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycanın əlverişli və unikal coğrafi mövqeyini vurğulayan səfir nəqliyyat, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əlaqələrin inkişafı üçün potensialı, ölkəsində Azərbaycanın aqrar məhsulları və şərablarının çox tanındığını, onlara tələbat olduğunu qeyd edib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi barədə müzakirələr aparılıb.

Azərbaycana turist axını 10%-ə yaxın artıb

0
turistlər

Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, son 1 ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88% olub.

Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13%-dən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8%-dən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.

Cənubi Asiya ölkələri arasında Hindistandan (83,7% və yaxud 3 min nəfər), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1% və yaxud 3,8 min nəfər) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 2,4 milyona çatıb.

Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1,26 milyon nəfər və yaxud 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min nəfər və yaxud 21,7% olub.

Müştərilərinə “atıb” Bakıya qaçan bu qadını müstəntiq axtarır…

0
Hot tur

Rusiyanın Altay vilayətində fəaliyyət göstərən “Hot Tur” turizm firmasının direktoru müştərilərinə qarşı dələduzluq əməlinə yol verib və Bakıya qaçıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, firmanın direktoru Olesya Şaxtorinanın işləri əvvəlcə yaxşı gedib, o, Altay vilayətinin sakinlərinə isti ölkələrə “putyovkalar” satıb və müştəriləri firmadan razılıq ediblər. Amma rublun məzənnəsi aşağı düşməyə başlayanda firmanın müştəriləri də azalıb. Bu zaman Şaxtorina müştərilərə “atmağa” başlayıb.

Əvvəlcə firmadan turpaket alan müştərilər gün məsələsində aldadılıblar, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Yaxud müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3-ulduzlu otellərə yerləşdiriblər. Daha sonra isə müştərilərə ümumiyyətlə “atıblar”-onlardan pul alsalar da turpaket verməyiblər.

Nəticədə müştərilər hüquq-mühafizə orqanlarına şikayət edib və Şaxtorinanın barəsində bir neçə ay əvvəl cinayət işi qaldırılıb. İş üzrə cəmi 12 zərərçəkən var, onlara dəyən ziyan 2 milyon rubldan yuxarıdır.

Polislər əvvəlcə firmanın təsisçisini-Şaxtorinanın ərini dindiriblər. O, firmanın işlərində iştirak etmədiyini, dələduzluqdan xəbərsiz olduğunu bildirib. Olesya isə çemodanlarını yığıb və iki uşağını da götürərək Azərbaycana “istirahətə” yollanıb. 2019-cu il sentyabrın əvvəllərindən o, Xəzər sahilindəki kurortlardan birindədir və geri qayıtmağa hazırlaşmır.

Qusarda 14 yaşayış məntəqəsinin əhatə edən yol yenidən qurulur – FOTO

0
Qusar

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) yenidənqurma işləri davam etdirilir.

AAYDA-dan APA-ya verilən məlumata görə, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir.

Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.

Uzun müddət təmir olunmadan istismarı və təii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidən qurulması işləri mövcud problemləri aradan qaldırır.

Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yol boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır. Əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılı. Yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.


Texnoloji ardıcıllığa uyğun olaraq, bu işlərin ardınca yol əsasın alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. İşlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilir. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kv.m sahəni əhatə edir. Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur.
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boru, iki yerdə düzbucaqlı su keçidinin və 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi layihə üzrə aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanları və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq. Yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək. 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.


Sözügedən yolda yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.