Türk Şurası çərçivəsində həyata keçən “İpək yolu” layihəsində Qazaxıstan Azərbaycanla turizm sahəsində six əməkdaşlıq edir.
“Qazax Turizm” Milli şirkətinin sədr müavini Timur Dyusenqaliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, “Xəzər Kruizi” layihəsi çərçivəsində də birgə əməkdaşlıq etməyi planlaşdırırıq.
T. Dyusenqaliyev türk birliyi və qardaşlığının daha da inkişaf edəcəyinə əmin olduğunu və iki ölkə arasında turizm axınının inkişaf etdirməyin vacibliyini bildirib: “Qeyd etmək istərdim ki, Qazaxıstan turistlərinin Azərbaycana axını daha çoxdur. Bunu qarşılıqlı etmək üçün informasiya mübadiləsi aparmalı, turizm şirkətlərini dəvət etməliyik. Çünki bunun təməli “ İpək yolu ” layihəsində qoyulub”.
Turizm sahəsində mövcud problemlərdən danışan Timur Dyusenqaliyev bildirib ki, turizmin inkişafına səbəb olan əsas amillərdən biri də nəqliyyatdır. Ona görə də, aviabiletlərin qiymətlərinə yenidən baxılması yaxşı olardı. “Qazaxıstan turistlərini əsasən Azərbaycanın şəhərləri, mədəniyyəti, mətbəxi cəlb edir. Deyə bilərəm ki, Azərbaycan öz qədim mədəniyyəti və bənzərsiz sənət əsərləri ilə fəxr edə bilər. Azərbaycanda olmuşam, Bakı çox xoşuma gəlir, Naftalanda olmağı planlaşdırıram”, -deyə “Qazax Turizm” Milli şirkətinin sədr müavini söyləyib.
Xatırladaq ki, Nur-Sultan şəhərində “Ağıllı şəhərlər, ağıllı istiqamətlər” devizi altında Dünya Turizm Təşkilatının 8-ci sammiti keçirilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib.
Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bu viza rejiminin “Şengen” nümunəsində yaradılmasını və “Birlik vizası” adlanması təklifini irəli sürüb. O əlavə edib ki, MDB ölkələrində geniş turizm potensialı mövcuddur və Birlik ölkələri bu sahədə faydalı əməkdaşlığı gücləndirə bilərlər. Qazaxıstan Prezidentinin sözlərinə görə, MDB-nin hər bir ölkəsində unikal təbiət-landşaft və dünyanın ən məşhur obyektlərinin siyahısını tamamlayacaq tarix-mədəniyyət abidələri var. “Təəssüf ki, milli miqrasiya və viza rejimlərində olan əhəmiyyətli fərqlər hələ də qalmaqdadır. Onlar bir səyahət zamanı bir neçə ölkəni gəzmək istəyən turistlərə əngəl törədir. Mən, əlbəttə, bunun asan olmayacağını bilirəm, amma düşünürəm ki, MDB ərazisində “Şengen” vizasına bənzər “Birlik vizası” adlı vahid rejimin tətbiqinin müzakirə olunmasının vaxtı çatıb”, – deyə Kasım-Jomart Tokayev vurğulayıb.
Qazaxıstan Prezidenti əlavə edib ki, məsələyə bu cür yanaşma MDB məkanında turist axınının da kəskin artması ilə nəticələnəcək. O qeyd edib: “Əlbəttə, ekspertlərimiz bu məsələnin üzərində ciddi iş aparmalıdırlar”.
Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib. Bu da ötən ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8 faiz çox xarici vətəndaş deməkdir.
Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 min, yəni iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88 faiz qeydə alınıb. Gələn əcnəbilərin 6,7 min və ya 13 faizdən çoxu Gürcüstanın, 5,3 min və ya 8 faizdən çoxu Rusiyanın payına düşür.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən illə müqayisədə 231.8 faiz artım deməkdir.
Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7 faiz və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1 faiz və ya 3,8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz artaraq2,4 milyona çatıb.
Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52 faiz) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min və ya 21,7 faiz olub.
Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb.
Trend-in məlumatına görə, 2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9 manat gəlir əldə etdiyi halda, 2018–ci ildə bu məbləğ 56 439,4 manata çatıb.
Ötən müddətdə səyahət agentlikləri və turoperatorların da sayı artıb. 2013-cü ildə səyahət agentlikləri və turoperatorların sayı 197, 2018-ci ildə 374 olub.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.
Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: “Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin“.
Payız çox gözəldir həmdə Goranboyda ? ? ? GORANBOY BALLI QAYA TURU ? Tarix: 19 Oktyabr Müddət: 1 gün Qiymət: 28 Azn “””””””””””””””””””””””””””””””””””””” Qiymətə daxildir:⤵ ? Komfortlu nəqliyyat ? Səhər yeməyi ? Çay süfrəsi ? Tur rəhbər ? Əyləncəli oyunlar və hədiyyələr ? Fotosessiya (şəkillər turdan sonra 3 gün ərzində verilir) “””””””””””””””””””””””””””””””””””” Ekskursiyalar:⤵ ✅ Ballı Qaya?? ✅ Ballı Şəlaləsi və Gölü ?? “””””””””””””””””””””””””””””””””””””” Qeyd:⤵ ℹ 6 yaşa qədər uşaqlara (avtobusda yer verilməzsə) ödənişsiz. ℹ 6 yaşdan yuxarı tam ödəniş ℹ Tur zamanı spirtli içkilərin istifadəsi qadağandır. ℹ Toplanış yeri və saatı: 06:30 da Gənclik M/S 07:00 da Yola düşmə 22:30 Bakıya çatma “””””””””””””””””””””””””””””””””””””” ■Ətraflı məlumat və qeydiyyat üçün: o7o-264-60-30
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Turizm Agentliyi tərəfindən “Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri” mövzusunda forum keçirilib.
Forumda çıxış edən “Royal Hopspitality Group”un rəhbəri Cavid Cəbiyev bildirib ki, evlərini turistlərə verən sahibkarlar vergidən yayınırlar.
“Badamdar ərazisindəki villalar kirayə verilir. Böyük əksəriyyətinin qeydiyyatı yoxdur.Ciddi vergidən yayınma halları var. Gündəlik qiymət olaraq 300-450 manatdan başlayır və 750 manata qədər fərqli qiymətlər təklif olunur. Bu qiymətlər 10 nəfərlik villalar üçün nəzərdə tutulub. Buna bir nəzarət mexanizmi qurulmalıdır”- deyə o bildirib.
Onun sözlərinə görə, vergi qeydiyyatında 3 mindən çox sırf turizm məqsədli şirkət qeydiyyatdan keçib. Lakin həqiqi turizm ilə məşğul olan şirkətlərin isə dəfələrlə az olduğu bildirilir. O qeyd edib ki, səriştəsiz şirkətlər turizmlə məşğul olan şirkətlərə mane olur.
Cavid Cəbiyev həmçinin otellərin xidmət səviyyəsinə də toxunub.
“Bakıda və bölgələrdə bəzi otellər var ki, üzərində 5 ulduz var. Amma içərisinə daxil olanda heç 3 ulduz səviyyəsində də olmadığının şahidi oluruq. Yəni heç bir 5 ulduz tələblərinə cavab vermir. Bu standartlar dəqiq və əsl peşəkarların iştirakı ilə hazırlanmalıdır. Fərqli və yeni-yen i turizm bazarlarına istiqamətlənmə olmalıdır. Məsələn biz 2012-ci ildə Avstraliyadan birbaşa Lənkərana 120 nəfərdən ibarət turistlər gətirdik. Biz 6 ay əvvəlcədən rezervasiya etdik. Tam yeni bir bazara üz tutduq. O vaxt biz bundan danışanda hamı bunu qeyri-real hesab edirdi. Çalışmalıyıq ki, yeni-yeni istiqamətlərdən ölkəmizə turist cəlb edək”-deyə Cavid Cəbiyev bildirib.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Azərbaycanda səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Avstriya Parlamentinin Ətraf Mühit Komitəsinin sədri Yohannes Şmukenşlaqer, Parlamentin Turizm Komitəsinin sədri Qerald Hauzer, Aşağı Palatasının üzvü, Avstriya Xalq Partiyasının Aşağı Avstriya Federal Torpağı üzrə Gənclər Təşkilatının sədri Bernhard Haynrayxberqer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Azərbaycan və Avstriya tərəfindən həmsədrləri burada olub. Avstriyanın “TÜV Austria”, “Frequentis”, “Rail Cargo Austria AG”, “Tachograph INTELLIC” şirkətlərinin nümayəndələri də iştirak edib.
Görüşdə iki ölkə arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığ edilib. Hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb. Eyni zamanda Avstriya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
AZXEBER.COM-un müsahibi Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovdur.
– Rəşad müəllim, Qətər Dövləti hər zaman özünə məxsus siyasəti, xüsusiyyətləri ilə digər Körfəz və ümumilikdə ərəb ölkələrindən fərqlənib. Bir diplomat kimi Qətəri digər Ərəb ölkələri ilə müqayisə etməli olsanız, hansı fərqlilikləri qeyd edə bilərsiniz?
– Qətər də digər körfəz ölkələri kimi neft və qazla zəngindir. Dünyanın təbii qaz ehtiyatlarının 14 faizi Qətərdə yerləşir. Hazırda ən böyük maye qaz (LNG) ixracatçısı olan Qətərdə illik 80 milyon tona yaxın maye qaz hasil olunur. 2022-ci ilədək isə hasilatın 110 milyon tona çatdırılacağı planlaşdırılır. Ölkə rəhbərliyi neft və qaz satışından əldə etdiyi gəlirləri ölkənin hərtərəfli inkişafına yönəldir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Qətər adam başına düşən ÜDM payına görə (təqribən 130 min dollar) təkcə ərəb ölkələrini deyil, ümumilikdə bütün dünya ölkələrini qabaqlayır. Qətər dünyanın ən böyük valyuta ehtiyatlarına malik ölkələrindən biridir. Təkcə qeyd etmək kifayətdir ki, bu ölkənin suveren fondunun (Qətər İnvestisiya Qurumu) aktivləri 350 milyard ABŞ dollarına yaxındır.
Qətər ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasına (Al Udeid) ev sahibliyi edir. Həmçinin, dünyanın ən böyük və nüfuzlu media qurumlarından olan “Aljazeera” media şəbəkəsi də Qətərdə yerləşir. Rəsmi Doha regionda bir çox konfliktlərin həllində vasitəçilik səyləri ilə də seçilir.
– Son illərdə Azərbaycan Qətər münasibətlərində nəzərəçarpacaq dərəcədə aktivlik müşahidə olunur. İki ölkə arasında əlaqələr bütün sahələr üzrə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın Qətər Dövlətindəki səfirliyi iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində hansı layihələri həyata keçirir?
– Bu il Azərbaycan-Qətər diplomatik əlaqələrinin qurulmasının 25 ili tamam olub. Bu müddət ərzində iki ölkə arasında əlaqələr böyük məsafə qət edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004 və 2017-ci illərdə Qətər Dövlətinə rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açıb, həmin səfərlər zamanı imzalanmış sənədlər əlaqələrin dərinləşməsi üçün əlverişli hüquqi zəmin yaradıb. İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və dövlət başçıları arasındakı yaxın dostluq münasibətləri Azərbaycan-Qətər əməkdaşlığının inkişafında və dərinləşməsində əvəzsiz rola malikdir.
Hazırda iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafı yönündə səylər göstərilir. 2017-ci ildən etibarən fəaliyyət başlayan hökumətlərarası birgə iqtisadi komissiyanın mütəmadi görüşləri keçirilir. Həmin görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair mühüm qərarlar qəbul olunur. Bu xüsusda, İnvestisiyalar üzrə birgə işçi qrupunun yaradılmasını və ilk görüşünün 16-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Bu işçi qrupu iki ölkə arasında sərmayələrin daha səmərəli təşviqi və birgə layihələrin həyata keçirilməsi məqsədini daşıyır.
2017 və 2019-cu illərdə Qətər Dövlətinə iki dəfə ixrac missiyası təşkil olunub. Həmçinin, hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması və Qətər Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın inkişafı yönündə konkret addımlar atılıb.
2018-ci ilin oktyabr ayında Qətərdə keçirilmiş “Birinci Beynəlxalq Məhsullar” sərgisində ölkəmizin 18 şirkəti iştirak edib. Sərgi çərçivəsində məhsullarımızın ixracına dair səmərəli danışıqlar aparılıb.
Karqo daşımaları ilə bağlı Qətər Hava Yolları ilə aparılmış danışıqlar müsbət nəticələnib və artıq 2019-cu ilin ikinci yarısından etibarən ilkin olaraq sərnişin təyyarələri vasitəsilə məhsullarımızın Qətərə birbaşa ixracına başlanılıb.
– Son illər ölkəmizə ərəb ölkələrindən, o cümlədən Qətərdən çox böyük turist axını var. Səfirliyimiz ölkəmizin turizm potensialının təbliği üçün hansı addımları atır?
– Bəli, son dövr ərzində bir çox ərəb ölkələrindən, o cümlədən Qətərdən ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Təkcə son 5 il ərzində Qətərdən ölkəmizə səfər edənlərin sayında 40 dəfədən çox artım olub.
Ölkəmizin Qətərdə turizm imkanlarının təbliği məqsədilə bir sıra işlər görülüb. Qətərin aparıcı KİV-lərində mütəmadi olaraq ölkəmizlə bağlı yazı və məqalələr nəşr edilib. Qətər bloqerlərinin və KİV təmsilçilərinin ölkəmizə səfərləri təşkil edilib. Qətərdəki turizm şirkətləri ilə sıx əməkdaşlıq qurulub.
Hazırda Qətər Hava Yolları tərəfindən Bakıya gündə iki dəfə birbaşa uçuş həyata keçirilir. Bu reysə olan marağı və sərnişinlərinin sayının artdığını nəzərə alaraq, birbaşa uçuşların sayının artırılması nəzərdən keçirilir.
Yaxın zamanda Azərbaycan-Qətər Birgə Turizm Forumunun keçirilməsi üzərində çalışırıq. Həmçinin, viza siyasətinin daha da asanlaşdırılması yönündə danışıqlar aparılır. Bu istiqamətdə görülən işlər bizdə turizm əməkdaşlığının daha da inkişaf edəcəyinə və ölkəmizə səfər edən qətərli turistlərin sayının daha da artacağına əminlik yaradır.
– Gəlin, Qətərdə yaşayan azərbaycanlılar və onların hazırki durumuna da diqqət çəkək. Bu ölkədə yaşayan həmyerlilərimiz Sizə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?
– Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və Prezident cənab İlham Əliyevölkə xaricində yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həlli həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Bu siyasətə uyğun olaraq, səfirliymiz hazırda Qətərdə yaşayan 300-ə yaxın vətəndaşımızın problemlərini daim diqqətdə saxlayır. Vətəndaşlarımızın təşkilatlanması və onların dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu xüsusda, 2018-ci ilin dekabr ayında Qətərdə yaşayan həmvətənlərimizlə birgə qəbul olunmuş qərar əsasında bu ölkədə Azərbaycan diaspor təşkilatı təsis edilib. Azərbaycanın maraqlarının qorunması, təbliği, ölkəmiz barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və Azərbaycan-Qətər dostluq əlaqələrinin inkişafı diaspor təşkilatının əsas fəaliyyəti kimi müəyyənləşdirilib.
2019-cu ilin fevral ayından etibarən səfirliyimizdə diaspor təşkilatı ilə birgə Azərbaycan dilinin tədrisi məqsədilə “Bazar Günü” məktəbi yaradılıb və fəaliyyətə başlayıb. Məşğələlərdə azyaşlı şagirdlərə Azərbaycan dili tədris edilir. Eyni zamanda, adət-ənənələrimiz, qədim və yeni tariximiz öyrədilir. Məşğələlərdə 30-a yaxın həmvətənimiz iştirak edir.
– Qətər ərəb dünyasının ən güclü və nüfuzlu ölkələrindənbiridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qətər dövləti və ictimaiyyətinin mövqeyi necədir?
– Qətər Dövləti Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir.
Qətər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və həmin münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq həllini tapmasına dəstək verir.
Qətər Dövlətinin bu mövqeyi ölkəmiz tərəfindən çox yüksək qiymətləndirir. Dağlıq Qarabağla bağlı həqiqətlərin Qətər ictimaiyyətinə çatdırılması yönündə səfirlik tərəfindən ardıcıl işlər görülür. Bu yöndə yerli mətbuatla sıx əməkdaşlıq edir və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə tədbirlər keçiririk.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılmış uğurlu iş sahəsində artıq bütün dünya, həmçinin Qətər ictimaiyyəti də erməni cinayətkarlarının xalqımıza qarşı həyata törətdiyi etnik təmizləmə siyasəti barədə kifayət qədər məlumata sahibdir.
– Qətər tərəfi ilə mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?
– İndiyə qədər həm Qətərdə, həm də Azərbaycanda qarşılıqlı olaraq mədəniyyət günləri təşkil edilib. Həmçinin, bu sahədə qarşılıqlı əməkdaşlığa dair müvafiq sənəd imzalanıb. İl ərzində Qətərdə ölkəmizin mədəniyyət və incəsənətinin təbliğinə yönəlmiş tədbirlərin təşkili əsas prioritetlərimizdəndir.
Hazırda Qətərdə növbəti Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə hazırlaşırıq. Həmin tədbir çərçivəsində ölkəmizdən böyük nümayəndə heyətinin Qətərə səfəri nəzərdə tutulur. Burada Azərbaycan kino həftəsinin, rəsm əsərləri və xalçaçılıq sərgisinin, xalq musiqisinin, milli mətbəximizin nümayişi və bir sıra digər mədəni tədbirlərin təşkili planlaşdırılır.
Bildiyiniz kimi, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları sayəsində ölkəmizdə təhsil infrastrukturunu yenilənməsi, müasir tipli yeni təhsil müəssisələrinin inşa edilərək istifadəyə verilməsi istiqamətində böyük işlər görülüb. Bu xüsusda, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələri qeyd etmək istərdik.
Digər tərəfdən Qətər Dövləti də təhsilin inkişafına xüsusi önəm verir. Son illər ərzində bu ölkədə bir çox müasir təhsil müəssisələri fəaliyyətə başlayıb. Bunu nəzərə alaraq, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin aparılması hər iki tərəf üçün xüsusi önəm kəsb edir.
2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədə uyğun olaraq sonrakı illər ərzində hər iki ölkənin təhsil nazirləri qarşılıqlı səfərlər həyata keçirib. Son iki il ərzində isə Qətər Universitetinin 100-ə yaxın tələbəsi ölkəmizə səfər edərək, Azərbaycanın ali təhsil müəssisələri ilə əyani tanış olmaq imkanı əldə edib. Hazırda ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması məqsədilə universitetlərarası əməkdaşlıq sənədlərinin imzalanması üzərində iş aparılır.
Artıq bir neçə ildir ki, Azərbaycana ərəb turistlərin axını baş verir. Lakin əlləri açıq olan və yaxşı pul xərcləyən ərəblər özləri ilə bir sıra mənfi xüsusiyyətlərini də gətirdilər. Onların hərəkətləri, davranışları cəmiyyətimizdə heç də yaxşı qarşılanmadı və etiraza səbəb oldu. Bu aralar isə Azərbaycana gələn ərəb turistlərin sayının azaldığı deyilir.
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan K. Quluzadə bildirib ki, Azərbaycanda ərəb turistlərin azalması mövsümü xaraktır daşıyır:
“Ərəb turistlərin azalması mövsümlə bağlıdır. Ərəblər adətən qışda çox soyuq olanda və bir də yayda gəlir. Ümumiliyyətlə, turistlərin sayında azalma yoxdur. Bu, mövsümlə əlaqəlidir. Qışın gəlişi, xizəkçiliyin başlaması ilə turistlərin axını müşayiət olunacaq”.
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, bunu bir çox səbəbləri var:
“Bunu rəsmi statistika da sübut edir ki, ərəb turistlər ölkəmizə keçən ilə nisbətən bu il daha az gəliblər. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, ərəblər bir istiqamətə bir müddət çox yüklənirlər. Daha sonra yeni bir istiqamət tapdıqda, o sahəyə yönəlirlər. Bu onların davranış qaydasında mövcuddur. Son vaxtlar ərəblər üçün Orta Asiya daha populyar olub. Bu ölkələr içərisində daha çox Qırğızıstan və Özbəkistana gedilir.
Subyektiv səbəb isə ondan ibarətdir ki, açığı, Azərbaycanın turizm potensialında bir dəfə gələn turistin ikinci dəfə gəlməsi üçün cəlbedici turistik məhsullar yoxdur. Turistlərə eyni tipli yanaşma, eyni tipli əyləncə, eyni tipli məhsullar təqdim olunur. Təbii olaraq, turistlərin sayında azalma müşahidə olunacaq. Həmçinin gələcəkdə də bu hiss oluncaq”.
N. Cəfərli ərəb turistlərin sayının azalmasını onların davranış qaydaları ilə də əlaqələndirib:
“Davranış qaydalarının da buna təsiri var. Ola bilər ki, artıq onlar hiss ediblər ki, burada onlara qarşı yaxşı münasibət yoxdur. Bu məsələ yaxşı deyil. Çünki turizmini inkişaf etdirmək istəyən ölkə turistlərə qarşı dözümlü olmalıdır. Çünki onlar başqa ölkələrdən gəliblər, onların əyləncələri, ağız dadları və s. fərqlidir. Ona görə də bu sahədə daha çox dözümlü olan ölkələr turizmdə önə çıxacaqlar. Mənim fikrimcə, bu məsələ barəsində cəmiyyətdə maarifləndirmə aparılmalıdır.
Digəri isə qlobal məslədir. Bilirsiz, hansı ölkənin əhalisi turizmdən böyük vəsait götürür? Həmin ölkələrdə turistlərə daha dözümlü münasibət olur. Məsələn, Gürcüstan əhalisinin 29 faizi artıq turizm sahəsində dolayı və birbaşa yolla qazanc əldə edir. Amma Azərbaycanda rəsmi rəqəmlərə görə, cəmi 24 min insan bu sahədə çalışır. Amma bu rəsmi rəqəmdir, qeyri-rəsmi, qeydiyyata düşməyən müəssisələr də mövcuddur”.
Ekspert həmçinin ərəb turistlərin ölkələr üçün cəlbedici olan tərəflərindən də danışıb:
“Ərəblər daha çox pul xərcləyirlər: əyləncələrə daha çox fikir verirlər, kafe və restoranlara daha çox gedirlər. Öz ölkələrində qadağan olunmuş və yaxud çox bahalı olan əyləncələrə qoşulurlar. Bunlara alkoqol içkilər, gecə klubları və s. daxildir. Öz ölkələrində də əlbətdə ki, gecə klubları mövcuddur, lakin orada cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ona görə də onlar Azərbaycana gəldikdə daha çox öz ölkələrində olmayan və yaxud çox baha olan əyləncələrə üz tuturlar. Belə olduğu halda da həmin əyləncələrə əlavə pul xərcləyirlər. Bu da başqa ölkələrin ərəb turistlərinə maraq göstərməsinə səbəb olur. Bizdə belə bir fikir var ki, bizə ərəb turist çox gəlir, lakin Gürcüstana azı bizdən 4 dəfə çox turist gedir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın gələnlərin 30,6%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.